Türkiyəli çempiondan möhtəşəm JEST - FOTO - VİDEO

07 İyu 2017
938 baxış

Türkiyənin İstanbul şəhərində Dünya Çempionlar King Boks Gecəsi keçirilib. Final yarışında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Sinan Ulutürk Azərbaycan xalq mahnısı “Sarı gəlin”-in sədaları altında Azərbaycan bayrağı ilə “Qarabağ Azərbaycanındır” şüarı və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) loqosunu əks etdirən köynəklə rinqə çıxıb. Qeyd edək ki, dünya çempionu olan Sinan Ulutürk BDM-in Türkiyə fəallarındandır. O, keçirilən yarışda yüksək nəaliyyət qazanaraq ulduzlar kubokunun qalibi olub. Yarışa dəstək verən BDM sədri dr. İsmayıl Ağayev də gecədə iştirak edib. Mükafatlandırma mərasimində İ. Ağayev Sinan Ulutürkə hədiyyələr təqdim edərək çıxış edib. Möhtəşəm idman yarışında dünya ölkələrindən beynəlxalq yarışlara imza atan təcrübəli idmançılarla birlikdə çoxsaylı qonaqlar və dünya ulduzları iştirak edib.

Gecədə BDM-in ortaq əməkdaşlıq etdiyi Türkiyənin Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi (ASİM-DER) və İstanbul Sənayeçi və Yatırımçı İşadamları Dərnəyi də yaxından iştirak edərək S. Ulutürkə dəstək verib.

Ulduzlar kubokunun mükafatçısı Sinan Ulutürk rəqibinə qalib gəldikdən sonra “Ya Qarabağ, ya ölüm başqa yolu yox artıq!” şüarını səsləndirib.

Möhtəşəm gecədən video və fotoları təqdim edirik.

 

boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq