Azərbaycana qarşı Avropa və Asiya üzərindən solçu hücumu

17 Noy 2017
2793 baxış

AŞ PA və Avropa İttifaqında Rusiyanın kontrolunda olan sosialistlərin ölkəmizə qarşı kampaniyaları gözlənilən nəticəni vermədiyi üçün Kreml açıq şəkildə və öz ərazisində hərəkətə keçib; ÜAK-ın qeydiyyatının ləğvi prosesindən öncə kommunistlər Avropada təxribatlara başlamışdılar...


Son illərdə Rusiyanın Cənubi Qafqaz üzərində nəzarəti daha da gücləndirmək niyyəti açıq şəkildə görünməkdədir. Faktiki olaraq Kreml Azərbaycana təzyiqləri maksimum artırıb. Moskva Azərbaycanın Qərbmeylli siyasətindən, eyni zamanda islam dövlətləri ilə əlaqələri gücləndirməsindən narahatlığını gizlədə bilmir. Məhz bu səbəbdəndir ki, Rusiya özünün ənənəvi imperialist rıçaqlarını işə salıb. Müşahidələr və analizlər onu deməyə əsas verir ki, Rusiya Azərbaycanı zəif salmaq, regionda nüfuz sahibi olmaq üçün əlindən gələn hər nə varsa edir.


Xüsusi ilə 2013-cü ilin prezident seçkiləri ərəfəsində “beşinci kolon”un təxribatları, fəaliyyəti də yaddaşlardan silinməyib. Düzdür, Azərbaycan iqtidarı bu istiqamətdə gələn təhlükələri məharətlə önlədi, ancaq “beşinci kolon” hələ də tam sıradan çıxarılmayıb və Rusiya açıq şəkildə onların da vasitəsi ilə vaxtaşırı təxribatlar törədir...


Hələ ötən ilin payızında maraqlı bir fakt ortaya çıxmışdı ki, Avropa Şurasında, Avropa İttifaqında və digər beynəlxalq qurumlarda Azərbaycana qarşı qətnamələr hazırlayan, ölkəmizlə bağlı neqativ sənədlərin qəbuluna çalışan qruplar məhz Rusiyadan idarə olunan sosialist, solçu, kommunist qüvvələrdir. Məsələn, Azərbaycana qarşı qərəzli qətnamələr hazırlayan Kristof Ştrasser, Mixail Maknamara AŞ-da Rusiyanın gizli lobbistləridir. Ştrasser birmənalı olaraq və qərəzli şəkildə bütün fəaliyyətini Azərbaycana hücum etməyə yönəldib.

Image result for AşPA


AŞPA-da Azərbaycana qarşı olan sosialistlərin lideri isə bir zamanlar Azərbaycan üzrə həmməruzəçi olmuş Andreas Qrossdur. Rusiyadan aldığı təlimatlar üzrə Kremlə bağlı sosialist klanını o yönləndirir, idarə edir. Qross de-fakto Rusiyanın Avropadakı əsas adamıdır! Bu məsələlər artıq de-şifrə olunub. Bu haqda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinin də bəyanatları olub.

Related image


Həmçinin Avropa Parlamentində də Azərbaycana qarşı kampaniyalar aparan ermənipərəst qrupun Rusiya ilə əlaqələri haqda dəfələrlə deyilib və bunlar danılmaz faktlardır.


Habelə bu yaxınlarda TAP layihəsinin icrasına İtaliya ərazisində əngəllər törətməyə çalışan qüvvələrin də Rusiya ilə bağlılığı aşkarlanıb...

Image result for TAP İtaliya


Əslində Azərbaycanın Avropa ilə əməkdaşlığa münasibəti olduqca pozitivdir: İqtidarımız Avropaya inteqrasiya siyasəti yürütdüyünü dəfələrlə bəyan edib və müşahidələr də göstərir ki, aparıcı Avropa dövlətlərinin hökumətləri, qərarverici orqanları ilə əlaqələr, əməkdaşlıq yüksək səviyyədədir.

Image result for TAP İtalia protest


Habelə Avropa da Azərbaycanla əməkdaşlıqda maraqlıdır və hər addımda bu sezilir. Görünən isə budur ki, Rusiya regionda öz təsir imkanlarını saxlamaq, Cənubi Qafqazı əldən buraxmamaq məqsədi ilə xüsusən Azərbaycanın Avropa ilə münasibətlərinin korlanması üçün müxtəlif provokator planlar qurur və reallaşdırır. Bu işləri həyata keçirmək - yəni Azərbaycanı Avropadan narazı almaq üçün AŞ və Aİ-dəki nəzarət etdiyi qruplara lazımi məqamlarda qətnamə layihələri hazırlamaq və müzakirəyə təqdim etmək göstərişini verir...


Bir məqamı da diqqətdən qaçırmayaq: 2012-ci ildən bu ilin yanvarınadək Avroparlamentin sədri olan Martin Şultsun Rusiya kəşfiyyatına bağlı olduğunu Qərb mətbuatı və mənbələri dəfələrlə iddia ediblər. Azərbaycana qarşı ən sərt mövqe həmin illərdə sərgilənib...
Martin Şultsun Almaniyanın Sosial Demokrat Partiyasını təmsil etməsi də çox mətləblərdən xəbər verir. Ümumiyyətlə, üzə çıxan faktlar onu deməyə əsas verir ki, Avropadakı sosialistlərin liderlərinin, aparıcı adamlarının əksəriyyətinin Rusiya ilə bağlılığı var. Rusiya Avropa üzərindən onların vasitəsi ilə müəyyən siyasətini həyata keçirir.


Avropa Parlamentinin iki fraksiyanın - Sosialistlər və Demokratların Proqressiv Alyansı (SOC) və Avropa Xalq Partiyasının (EPP) fraksiyalarının nəzarətində olması da nəzərlərdən yayınmamalıdır. Yəni bu fraksiyaların Kremldən təlimat aldıqları şübhə doğurmur...


Zaman-zaman bu fikirlərə və iddialara da rast gəlinib ki, Avropa təsisatlarındakı kommunistlərə ayrı-ayrı qruplar üzrə Rusiyadan patronajlığı iki vəzifə sahibinə tapşırılar - Rusiya Dövlət Dumasının spikeri və xarici işlər nazirinə...


Bütün bu qeyd edilənlərin fonunda belə bir nəticə hasil olur ki, Rusiya Azərbaycanın Avropa ilə əlaqələrinin korlanması üçün baş vurmadığı yol qalmayıb. Çünki Avropa ilə yaxınlaşmaqla Azərbaycan Rusiyanın təsirindən tam çıxmış olacaq. Ancaq fakt budur ki, ölkəmizə qarşı Avropa institutlarında hazırlanan təxribatların arzuolunmaz nəticələrinin qarşısı alınıb, Azərbaycan dövləti bu prosesləri önləməyə nail olub.
Məsələn, 2015-ci ilin parlament seçkilərindən başlayaraq, təxminən 2017-ci ilin mart ayınadək AŞPA-da Azərbaycanın səsvermə hüququnun dondurulması, Aİ ilə əməkdaşlığın pozulması üçün bir sıra addımlar atıldı. Müəyyən qrupların Azərbaycana qarşı təşkil etdiyi çoxsaylı dinləmələr, hazırladıqları qərar layihələri sonucda onların gözlədiyi nəticəni vermədi. Qısa desək, həmin təxribatçı qruplar, dolayısı ilə Rusiya Azərbaycana qarşı Avropa üzərindən hazırladığı planlarının baş tutmasına nail ola bilmədi. Avropadakı lobbi təşkilatlarını, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətini ləkələmək və sıradan çıxarmaq niyyətləri puç oldu. Bunun ardınca Kreml Rusiyada ərazisində Azərbaycanın lobbi təşkilatlarına qarşı prosesə start verdi və nəticə məlumdur: Ölkəmizin Rusiyadakı lobbi təşkilatı - Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı ləğv edildi. Bu o deməkdir ki, Avropa üzərindən Azərbaycana təzyiqlər etmək istəyən Rusiya istədiyi nəticəyə nail ola bilmədiyi üçün açıq təxribatlara öz ərazisində başlayıb.

Image result for Kreml


Və bir daha ora qayıdaq ki, bu günlərdə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvində Rusiya parlamentinin spikeri Vyaçeslav Volodinin adının çəkilməsi də təsadüfi deyildi. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycana qarşı təxribatçı sol qrupları zaman-zaman Rusiya Dövlət Dumasının spikeri postunu tutan adam koordinasiya edib. V.Volodindən əvvəlki Duma spikeri Sergey Narışkin də hər zaman Azərbaycana qarşı təxribatçı planlarda rol alırdı...


Bir nüans da diqqəti cəlb edir ki, yaxın aylarda Volodinin Azərbaycana səfəri nəzərdə tutulur. Güman edilir ki, bu səfərdən öncə Volodin Azərbaycana qarşı işləməklə, “çox vacib və əhəmiyyətli” olduğunu göstərməyə çalışır. Mümkündür ki, Volodinin səfərindən sonra Rusiyanın yuxarı instansiya məhkəmələrində ÜAK-ın qeydiyyatının bərpası baş versin...

Image result for Volodin


Rusiya hesab edir ki, bu davranışları ilə özünün “qorxulu, vazkeçilməz güc” obrazını formalaşdıracaq və bununla istəklərinə nail olacaq. Ancaq Kreml onun da fərqində olmalıdır ki, bu münasibət qarşılığında Azərbaycanın uzun illərdir yürütdüyü balanslı siyasət Rusiyanın ziyanına pozula bilər...


Və sonda. Rusiyanın “uzaqgörən” planları və qonşuları ilə davranışları Qərb dairələrini ciddi şəkildə narahat etməyə başlayıb. Məsələn, ABŞ Helsinki Komissiyası mayın 17-də Rusiyanın regionda aqressiv siyasəti ilə bağlı narahatlığını bildirib. Komissiya Rusiyanın sərhədlərinin hüdudlarından kənarda davranışını öyrənmək məqsədi ilə toplaşıb.

Image result for Üak


Komissiyanın sədri, senator Roger Vayker bildirib ki, Moskva öz qonşularına birbaşa aqressiya ilə yanaşı, adi silahlara nəzarət haqqında bir neçə sazişin effektiv fəaliyyətini, inam və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərini pozub.


Sitat: “Rusiya dövlətlər arasındakı Helsinki Yekun Aktının on rəhbər prinsipini pozur”.


Senator Marko Rubio isə deyib ki, Moskva postsovet məkanında təsir dairəsi axtarır, Avropa Birliyi və NATO-nu zəiflətmək istəyir: “ABŞ bu cür təxribatların qarşısında Şərqi Avropa və Baltikdən olan müttəfiqlərini müdafiə etməlidir”. (musavat)

 

boyukmillet.com

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq