Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlib - VİDEO

25 İyu 2018
2629 baxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində səslərin mütləq əksəriyyətini qazanıb.

“Report” xəbər verir ki, bunu bazar ertəsi Yüksək Seçki Şurasının (YSŞ) rəhbəri Sədi Güvən deyib.

"Nəticələrə görə, cənab Rəcəb Tayyib Ərdoğanın etibarlı səslərin əksəriyyətini qazandığı aydın olur", - deyə o bildirib.

Güvən həmçinin qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı hələ ki, heç bir etiraz daxil olmayıb.

YSŞ sədrinin sözlərinə görə, seçkilərdə seçici sayı 56 milyon 352 min 652 nəfər təşkil edib.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq