Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 03 Dekabr 2018

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinanın paytaxtı Buenos Ayresdə təşkil edilən G20 liderlər zirvəsində 50 dəqiqəlik mətbuat konfransı keçirib.

Boyukmillet.com xəbər verir ki, Türkiyə lideri jurnalistlərin Münbiç və İdlibəki son hərbi vəziyyət, BRİCS, valyuta bazarlarındakı rahatlama, Fransadakı hadisələr və Rusiyadan alınacaq S-400 müdafiə sisteminə dair suallarını cavablandırıb.

İdlibdə Rusiya ilə əməkdaşlıq

-Vladimir Putinlə görüşdünüz. O, açıqlamasında İdlib mövzusunda Türkiyə ilə birlikdə narahatlıqları olduğunu bildirdi. Bu narahatlıq nədən ibarətdir?

– Putinin nə dediyini bilmirəm, amma bu ana qədər bizim hərbi qüvvələrimizlə birgə İdlibdə üzərinə düşən vəzifələri yerinə yetirdi. Aidiyyəti qurumlarımız daim əlaqədədirlər. İdlibdə ciddi mənada Rusiya ilə hər hansə sıxıntımız yoxdur.

S-400 müdafiə sistemi

– Müdafiə sisteminin milli valyuta ilə alınacağını Putinlə birgə söylədiniz. Dollardan imtina etmək mövzusunda G20-yə daxil olan digər ölkələr arasından müttəfiq tapa bilərikmi?

– Yeni müttəfiqlər ola bilər. Danışdığımız hər lider bunu qəbul edir, amma hərəkətə keçmir. Hətta bəziləri Mərkəzi bankımızla görüşür. Ancaq proses sürətli şəkildə getmir. Bu mövzuda ən həssas olan liderlərdən biri cənab Putindir. Onun da gündəmində yerli və milli valyuta ilə bazarlıq etmək yer alır. Eyni şeyi Çin və İranla da həyata keçirmək istəyirik.

Münbiç məsələsi: Pompeo Trampın yanında “elə olmaz, belə olar” deyə bilmir

– “Suriyadakı siyasi böhranın həllinin ən böyük maneəsi YPD terror təşkilatıdır” demisiniz. ABŞ prezidenti Donald Tramp ilə Münbiç məsələsini müzakirə etdiyinizi bilirik. Həmin müzakirənin detallarını bölüşə bilərsiniz?

– Danışdıq. Suriyanı onlardan təmizləmək nöqtəsində razılaşma var. Xarici işər nazirlərimiz 90 günlük yol xəritəsini müzakirə etmək üçün bu gün orada qarşılıqlı müzakirədə idilər. Bu prosesi sürətləndirib Münbiçi YPG/PYD-dən təmizləmək barəsində qətiyyətimizi davam etdirəcəyik. Tramp bu işlərdə daha dik durur. Onun yanında Pompeo “elə olmaz, belə olar” deyə bilmir.

-Fransada “Sarı jiletlilər” aksiyaları Avropanı cənginə alıb. Türkiyədə “Gezi parkı” olaylarını xatırlatdığı üçün…

– Gezi olaylarının arxasında kimlərin olduğunu açıqladım. İşin xarici ayağı Soros, daxili ayağı Osman Kavala idi. Kavalanı maliyyələşdirənlər bəllidir. Almaniyaya gedirəm, Merkel və Şteynmeyer məndən Kavalanı soruşur. Özlərinə anlatdım. “Niyə bu adamı bu qədər sevirsiniz, buna hüququnuz haradan gəlir” deyə soruşdum…

– Merkel və Makron Avropa İttifaqı ordusunun yaradılması məsələsini önə çıxardı. Rusiya dərhal dəstək verdi. ABŞ isə çox da isti yanaşmır. Türkiyə üçün NATO ilə Aİ ordusu arasında seçim müzakirə mövzusu ola bilərmi?

– Bu sualları cavablamaq üçün tezdir. Hazırda NATO-dayıq. Onlar da NATO-dadırlar.

Nəşr olunub DÜNYA
Bazar Ertəsi, 03 Dekabr 2018 15:14

Paşinyandan seçkiqabağı populist BƏYANAT

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ararat şəhərində seçkiqabağı mitinq zamanı hökumətin orduya xərcləri kəskin şəkildə artıracağı barədə populist açıqlama verib. 

Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bunun üçün hökumətin yaxın 5 ildə əlavə 2,5 milyard dollar xərcləyəcəyini açıqlayıb.

“Yaxın 5  ildə ordunun ehtiyacları üçün əlavə 2,5 milyard dollar pul xərcləyəcəyik. Həmin pulu korrupsioner məmurlar bizə ödəyəcək”.

Paşinyan korrupsionerlərin bunu könüllü edəcəyi halda, onlara güzəştlər olunacağını da vurğulayıb.

Nəşr olunub DÜNYA

Fransada davam edən etiraz aksiyalarında 3 nəfər ölüb.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, Fransa polisi ötən həftə sonu paytaxtda iğtişaşlar törədən 378 nəfəri saxlayıb. Onlardan 200-ü bu gün və sabah məhkəmə qarşısına çıxarılacaq. Saxlanılanlardan bəzilərini yeddi ilə qədər həbs cəzası gözləyir.

Prezident Emmanuel Makron da iğtişaş törədən bütün iştirakçıların məhkəməyə çıxarılacağına söz verib.

“Sarı jiletlilər” adı altında hərəkatlanan nümayişçilər etirazları bəhanə edərək brend mağazaları talayırlar. Dior mağazası ötən günlərdə yaydığı açıqlamasında nümayişlər səbəbi ilə təxminən 1 milyon avro zərərə uğradığını bəyan edib.

Nəşr olunub DÜNYA

Naxçıvan Muxtar Respublikası (MR) əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Boyukmillet.com-un məlumatına görə, bununla əlaqədar Naxçıvan MRAli Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Nicat Babayev Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Nəşr olunub SİYASƏT

Adil Əliyev: “Parlament seçkisi arxada qalıb, sən mənə 3 dəfə məğlub olmusan; bunu bizim dairədə və ölkədə bilməyən yoxdur; Sən isə məktəb direktoru ilə idmançı arasındakı qovğanı da gətirib ikimizin arasındakı seçki yarışına dürtürsən”

Azərbaycanda böyük işlər görülür, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkənin sənaye inkişafı, sosial problemlərin həlli üçün müxtəlif proqramlar reallaşdırırlar. Yeni müəssisələr tikilir, qeyri-neft sektoruna diqqət ayrılır, vergi sistemində və kənd təsərrüfatında yenilikləri də görməmək mümkün deyil. Milli Məclisin bu il qəbul etdiyi büdcə də sosial yönümlüdür. Bakı şəhərinin yeni meri Eldar Əzizov da işə ciddi girişib, şəhərdə köklü problemlərin həlli ilə məşğuldur. Yəni bütün ölkə üzrə çalışmalar var gücü ilə davam edir, əyir-əskiklər müəyyənləşdirilir və aradan qaldırılır.

Ən böyük nemətlərimizdən biri ölkəmizdə olan sabitlikdir. Ancaq ölkəmizi qarışdırmaq istəyən qüvvələr hələ də var, həm xaricdə, həm də təəssüf ki, xaricdə. Ancaq belələri nəticə əldə edə bilmirlər və bilməyəcəklər də. Bu günlərdə sərhəddə silahlı insident baş verdi. Qəhrəman sərhədçilərimiz qanunsuz keçidin qarşısını aldılar. Elə özünü radikal müxalifət adlandıran qüvvələr də aranı qarışdırmaq istəyirlər. Ancaq onlar da nəticə əldə edə bilməyəcəklər. Çünki vətəndaşlarımıza xaos və anarxiya yox, sabitlik və inkişafın davamı lazımdır.

Biri də var, bilmirsən onu nə adlandırasan, özünə vəkil deyir, ancaq nəyə və kimə vəkillik etdiyi anlaşılmır. Aslan İsmayılov uzun fasilədən sonra yenə mənim ünvanıma böhtan atıb. Ümumiyyətlə, bir azdan bu şəxsin böhtan atmadığı, şərləməyə çalışmadığı həmvətənlimiz qalmayacaq. 1 saatlıq açıqlamada ən azı 30-40 nəfərin adını çəkib və hamısının ünvanına ağlına gələni danışıb. Yəni bu açıqlamada onun böhtanları ilə bağlı ən azı 3-4 məhkəmə işi açmaq olar. Bu adam hüquq təhsilini necə alıb, məhkəmədə necə vəkillik edib, adam məəttəl qalır. Hüququn “a” hərfi ondan başlayır ki, sübutun, faktın yoxdursa, başqasına qarşı ittiham irəli sürməzlər, əks halda səni böhtançı, yalançı, şərçi adlandırırlar. Ona görə elə adı üstündədir.

Məsələn, o açıqlamasında deyir ki, guya məktəb direktoru ilə idmançı arasındakı qovğada mən ikincini dəstəkləyirəm və həmin idmançı guya mənim təlimatımla hərəkət edir. Yəni bu “hüquqşünasın” məntiqi belədir ki, ölkədə bütün idmançılara və onların cəmiyyətdə özlərini necə aparmalarına mən cavabdehəm. Birincisi, bəli, həmin idmançını tanıyıram, görüşəndə salamlaşırıq, birgə şəkillərimiz də var. Mən millət vəkiliyəm, minlərlə insanla şəkil çəkdirib, salamlaşıram. Ancaq bu salamlaşma mənim həmin adamların nə etdiklərinə və nə edəcəklərinə məsuliyyət daşımağım anlamına gəlmir. Bunu hüququ biliyi olmayan azyaşı uşaq da anlayar, bircə üzdəniraq məlum hüquqşünasdan başqa. Məktəb direktoru ilə idmançı arasındakı olay barədə mətbuatdan oxumuşam, kimin haqlı, kimin haqsız olduğunu da bilmirəm. İkincisi, ay “hüquqşünas”, parlament seçkisi arxada qalıb, sən mənə 3 dəfə məğlub olmusan, bunu bizim dairədə və ölkədə bilməyən yoxdur; sən isə məktəb direktoru ilə idmançı arasındakı qovğanı da gətirib ikimizin arasındakı seçki yarışına dürtürsən. Bir gün 11 sentyabrı – terrorçuların Amerikaya hücumunu da mənimlə əlaqələndirib seçki yarışında məğlubuiyyətinə dürtməyə çalışsan, bundan təəccüblənmərəm. Çünki, sənin təbiətin belədir. İnsanları şərləməyin azmış kimi, bölücülüklə məşğul olmağa başlamısan. Həmin video-müraciətində insanlara əməllərinə görə deyil, hansı regiona bağlı olduqlarına görə qiymət verirsən. Bu da hüququn və insanlığın ən aşağı nöqtəsidir. Biz azərbaycanlıyıq və hər kəs əməlinə, dediyi sözə görə cavab verir və verməlidir. Həmin idmançı və ya məktəb direktoru da həmçinin.

Sənə baş qoşmaq istəmirəm, bilirəm ki, tanınmış insanları şərləməkdə, böhtan atmaqda məqsədin var, istəyirsən cavab reaksiyası alasan və bununla polemikanı genişləndirməklə gündəmdəki “ağırlığını” qoruyasan. Əslində daha vacib işlərim var, ancaq mənə aid böhtanlarını da cavabsız qoymaq fikrində deyiləm. Səhv etmirəmsə, kiməsə böhtan atdığına görə bu yaxınlarda məhkəmə səni islah işlərinə məhkum edib, ancaq səni heç nə islah edə bilmir, bu dövlət, bu millət səndən xeyir görən deyil, bir cəzadan qurtulmadan, bir başqasına iddia edirsən. Görünür, sənin həyat kredon budur.

Adil Əliyev, millət vəkili

Nəşr olunub CƏMİYYƏT

Eldar Mahmudovun şəriki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hakim Samir Əliyevin sədrlik etdiyi prosesin qapalı keçirilməsinə qərar verilib.

Bildirək ki, bu iş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində cinayət işinin əsas diqqət çəkən məqamı Eldar Mahmudovun bu iş üzrə şahid qismində dindirilməsidir.

Sabiq MTN başçısı şahid qismində ona görə dindirilib ki, onun rəhbərlik etdiyi nazirlikdə dövlət əhəmiyyətli layihənin icrası üçün ayrılan vəsaitin 30 milyona yaxını mənimsənilib və başqa bir şirkətin hesabına köçürülərək ölkədən çıxarılıb.

İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş. İmzalanmış müqavilə şişirdilərək 30 milyon manat Sahib Ağayevin xarici şirkətinin hesabına köçürülüb. Bu işdə Sahib Ağayevlə yanaşı, Kanada vətəndaşı Kazem Askarinin də adı keçir.

Sahib Ağayevin və ona himayədarlıq edənlərin əməli MTN ləğv edildikdən sonra üzə çıxıb. Bundan sonra Sahib Ağayev axtarışa verilib. O, Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib.

S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.

Bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib.

Boyukmillet.com xəbər verir ki, “Yeni Müsavat” eksklüziv olaraq sabiq nazirin istintaqa ifadəsinin bəzi təfərrüatlarını əldə edib. Eldar Mahmudovun istintaqa ifadə verməsi barədə xəbər və Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsindən ifadə verib çıxarkən görüntülər bir neçə dəfə mediada yayılsa da, onun nə üçün istintaqa dəvət edildiyi və hansı suallara cavab verdiyi haqda məlumat olmayıb. Beləliklə, bu, Mahmudovun ictimaiyyətə məlum olan ilk ifadəsidir:

Mahmudov dindirilən zaman bir zamanlar şəriklik etdiyi Sahib Ağayevin əməllərindən xəbərsiz olduğunu söyləyib. O, ifadəsində bildirib ki, nazir kimi rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsinə uyğun olaraq, üzərinə düşən vəzifələri icra edib. General-polkovnik hərbi rütbəsində olan Mahmudov hazırda işləmədiyini deyib.

Suallara cavabında Eldar Mahmudov “Main İnvestment LTD” MMC-nin rəhbəri, Kanada vətəndaşı Kazem Askarini təxminən 1998-ci ildən tanıdığını bildirib. O, Kazemlə hansı şəraitdə tanış olduğunu xatırlamayıb və bildirib ki, Kazem sahibkar kimi müxtəlif sahələrdə bizneslə məşğul olub. Daha sonra o, şərikinə qarşı irəli sürülmüş ittihamlarla bağlı danışıb. Qeyd edib ki, 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində təhlükəsizlik sisteminin qurulması üçün araşdırmalar aparıblar.

Mahmudovun sözlərinə görə, onların maraqlarına uyğun olan təhlükəsizlik sistemi Kanadada olub. Necə təsadüfdürsə, elə həmin təhlükəsizlik sisteminin qurulması işini də Mahmudovun 1998-ci ildən tanıdığı Kazem bilirmiş. Kazem Kanadada olan şirkəti vasitəsi ilə bu işləri görməyə başlayıb. Mahmudov söyləyib ki, Kazem Kanada vətəndaşı olduğu üçün və informasiya texnologiyaları ilə işlədiyi üçün nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşlarına bu işlə məşğul olmağı tapşırıb. Amma Mahmudov bu işi hansı işçisinə tapşırdığını xatırlamayıb.

Kazemin şirkəti ilə bağlanmış müqaviləyə əsasən o, Kanadada olan təhlükəsizlik sistemini Azərbaycanda quracaqmış. Müqavilənin 2013-cü ildə imzalandığını deyən Mahmudov bunun üçün Kazemin şirkətinə ödənilən ümumi məbləği əvvəlcə xatırlamadığını söyləyib.

Müqavilənin qiymətinin bir neçə dəfə dəyişdirilməsi, hər dəfə də məbləğin artırılması ilə bağlı suallara cavab verən Mahmudov deyib ki, bu prosesləri də tam xatırlamır. Amma təsdiqləyib ki, müqavilə bir neçə dəfə dəyişdirilib və qiymətlər artırılıb. Bunu da belə izah edib ki, sonradan görüləcək işlərin həcmi artırmış. Müqavilə üçün ödəniləcək məbləğin Maliyyə Nazirliyi ilə razılaşdırıldığını deyən Mahmudov qeyd edib ki, müqavilə imzalandıqdan sonra MTN-in Maddi Texniki Təminat baş İdarəsinə də məlumat verilib.

“Müqaviləyə ayrılacaq məbləğ Maliyyə Naziriliyi ilə ”Main İnvestment LTD” arasında razılaşdırılıb. Daha sonra da bizə məlumat verilib. Məbləğ MTN-nin büdcəsinə köçürüldü. Bundan sonra da “Main İnvestment LTD” ilə MTN arasında müqavilə imzalandı. Bu barədə mənə mütəmadi məlumat verilirdi. Həmin məbləğ MTN-nin büdcəsindən ayrılmırdı. Buna görə də müqavilənin dəyəri ilə çox da maraqlanmırdım. Məbləğ Maliyyə Nazirliyindən ayrıldıqdan sonra şirkətin bank hesabına köçürülüb” , – deyə Mahmudov söyləyib.

Təkrar suallara cavabında Mahmudov deyib ki, müqavilə üçün 80-90 milyon manat ayrıldığını xatırlayır. Bundan sonra isə Mahmudov şərikinin 30 milyonu necə mənimsəməsi ilə bağlı suallara cavab verib. İttihamda göstərilir ki, Sahibin də iştirakı ilə “Main İnvestment LTD”yə ayırlan 90 milyona yaxın vəsaitin 30 milyona yaxını Dominikan Respublikasında qeydiyyatda olan “Preim Desig and Patenting.SA” şirkətinin bank hesabına köçürülüb.

Amma Mahmudov suallara cavabında bundan xəbərsiz olduğunu deyib. O bildirib ki, “Main İnvestment LTD” ilə MTN arasında imzalanmış müqaviləyə əsasən şirkətə ilk olaraq avans kimi layihənin dəyərinin 30 faizi ödənilib. Bundan sonra isə MTN-də yaradıllan komissiya görülən işlərə nəzarət edərək qalan məbləği mərhələli şəkildə ödəyib. Mahmudov ifadəsində bu layihənin icrasına hazırda vəzifədə olan generallardan birinin rəhbərlik etdiyini bildirib.

Bu işdə şübhəli və suallar doğuran məqam həyata keçirilən layihənin məbləğinin həqiqətən də 90 milyon manat dəyərində olub-olmamasıdır. Layihənin ümumi dəyərinin bir neçə dəfə şişirdildiyi bildirilir. Maraqlıdır ki, bu layihəyə milyonlar ayrılsa da, heç bir mütəxəssis tərəfindən araşdırmalar aparılmayıb.

Elə Mahmudova da bu barədə suallar verilib. Soruşulub ki, layihənin dəyərini araşdırmaq üçün mütəxəssislər cəlb edilibmi? MTN tərəfindən heç bir mütəxəssisin cəlb edilmədiyini deyən Mahmudov bu mütəxəssislərin Maliyyə Nazirliyi tərəfindən təyin edildiyini bildirib.

Daha sonra Mahmudov mətbuatda “şəriki” kimi təqdim edilən və hazırda həbsdə olan Sahib Ağayev haqda sualları cavablandırıb. O, Sahib Ağayevin Qazaxıstanda yaşadığını və bizneslə məşğul olduğunu söyləyib. Mahmudov söyləyib ki, həyat yoldaşı Ağayevin xanımı ilə rəfiqə olub və tanışlıq da buradan başlayıb.

Əldə etdiyimiz məlumata görə, Mahmudov ailəvi tanışı olan Sahib Ağayevin oğlu Əlini də MTN aparatında işə götürübmüş. Amma özü vəzifədən çıxarıldıqdan sonra Əli Ağayev də işdən çıxarılıb. O da məlum olub ki, 30 milyona yaxın vəsaitin köçürüldüyü və Dominikanda qeydiyyatdan keçmiş şirkət də Sahib Ağayevin imiş. Amma Mahmudov bundan və şirkətin fəaliyyətindən də xəbərsiz olduğunu söyləyib.

Mahmudov Sahib Ağayevlə Kazemin əməkdaşlığından və birgə fəaliyyətindən də xəbərsiz olduğunu deyib. Sabiq nazirin bu ifadəsindən belə məlum olur ki, ailəvi dostu Sahib Ağayev və 1998-ci ildən tanıdığı Kazem birləşərək ona da yalan danışıblar.

Elə bundan əvvəl baş tutan “MTN əməliyyatları”nda da məlum olmuşdu ki, Mahmudov MTN-də baş verən bütün hadisələrdən “xəbərsiz” imiş…

Nəşr olunub CƏMİYYƏT
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.
 
Azərbaycanın rayonlarında sabaha bəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 4-5-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
 
ETSN xəbərdarlıq edir ki, dekabrın 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Azərbaycanın rayonlarında dekabrın 5-i axşamdan 6-sı gündüzədək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Nəşr olunub CƏMİYYƏT

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili prezident seçkilərinin yekunlarına etiraz edərək Tiflisdə keçirilən aksiya iştirakçılarına müraciət edib. Saakaşvili “Güc birlikdədir” birləşmiş müxalifətin tələblərini dəstəkləmək barədə çağırış edib.

Boyukmillet.com xəbər veir ki, Gürcüstanın birləşmiş müxalifət qüvvələri 28 noyabrda ölkədə keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadıqlarını bəyan edərək, etiraz aksiyaları keçirir.

Müxalifət hakimiyyətdən təcili olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

Etiraz aksiyasını dəstəkləyə sabiq prezident Mixail Saakaşvili “Skype” vasitəsi ilə gürcü xalqına müraciət ünvanlayıb: “Əvvəllər biz mümkün fəalkətlərdən danışmışdıq və bu fəlakət baş verib. Artıq Gürcüstanda seçki institutlatı yoxdur. Onlar hesab edir ki, gürcü xalqı bütün bunları qəbul edəcək və bağıçşlayacaq. Yox, bu, belə olmaycaq. Biz buna dözməyəcəyik. Onlar hesab edirdilər ki, xalq mübarizə aparmayacaq. Lakin bu gün gördülər ki, xalq sivil formada ayağa qalxaraq mübarizə aparır və biz əlimizi aşağı salmayacağıq, yolumuzdan geri dönməyəcəyik”.

Niderlandda yaşayan Saakaşvili onu da bəyan edib ki, əgər xalq onun ölkəyə dönüşü ilə bağlı çağırış edəcəyi təqdirdə ölkəyə qayıdacaq.

“Biz istədiyimizə nail olacağıq və mübarizəmiz tam qələbə ilə nəticələnəcək. Bu mübarizədə mən də sizinlə bərabərəm və sizlərdən biriyəm. Mənim hər hansı xüsusi rola da ehtiyacım yoxdur. Onu bilməyinizi istərdim ki, nə zaman mənə ehtiyacınız duyulduğu və çağıracağınız zaman sizin və liderlərinizin yanında olacağam. Ona görə də hər bir şəxs qələbimizi təmin etmək naminə öz “kərpicini” qoysun. Mən ölkəmdə bu cür ədalətsizliyi görüb, vətənimin necə məhv edilməsinə baxmaqdansa, ölməyim daha yaxşıdır. İnanıram ki, hər biriniz bu cür düşünürsünüz. Gürcüstanın böyük gələcəyi var”,- Saakaşvili bəyan edib.

Gürcüstan müxalifəti tələblərinin yerinə yetirilməsi üçün dekabrın 16-dək hakimiyyətə vaxt verib. Müxalifət hakimiyyətdən növbədənkəna parlament seçkilərinin keçirilməsini, seçki məcəlləsində geniş islahatlar aparılması, seçki komissiyalarının yeni formada təşkli kimi tələblərinin yerinə yetirilməsini tələb edirlər.

Qeyd edək ki, noyanrın 28-da Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib və seçkinin nəticələrinə əsasən, hakim komandanın dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,52 faiz səslə qələbə qazanıb.

Dekabrın 16-da isə yeni prezidentin inaqurasiya mərasimni keçitiləcək.

(Avropa.info)

Nəşr olunub DÜNYA

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 9 kredit ittifaqının lisenziyası ləğv olunub.

“Report” xəbər verir ki, bunlar Şərur rayonundakı “Cavid”, Beyləqan rayonundakı “Ekonom” və “Şahsevən”, Bərdə rayonundakı “Fermer-Marketinq”, Şəki şəhərindəki “Göyçə” və “Nicat”, Bakı şəhərindəki “M.F.”, İmişli rayonundakı “Mirqasım” və Salyan rayonundakı “Üç qardaş” kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 70-dən 61-ə düşüb. 

Nəşr olunub İQTİSADİYYAT

Azərbaycan milli komandasının futbolçusu, vitse-kapitan Maksim Medvedevin 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü ilə əlaqədar "Report"a müsahibəsi...

- AVRO-2020-nin seçmə mərhələsinin püşkatması nəticəsində düşdüyünüz qrupu necə dəyərləndirirsiniz?

- Normal qrupa düşmüşük. Bundan da çətin qrupa düşə bilərdik. Bütün komandalarla sonadək mübarizə aparmalı və onlara çətinlik yaratmağa çalışmalıyıq. Qrupun autsayderi olmadığımızı sübut etməliyik. Yaxşı oyun nümayiş etdirməli və güclü rəqiblərlə 90 dəqiqə vuruşmağa hazır olmalıyıq.

- UEFA Millətlər Liqasında qrupda qalmağınız seçmə mərhələdəki çıxışlarınıza necə təsir edə bilər?

- Millətlər Liqası artıq geridə qaldı. İrəliyə pozitiv baxırıq. Son nəticə (Kosovoya 0:4 hesablı məğlubiyyət - E.M.) komandamızın mübarizə əzmini qırmamalıdır. Əksinə, daha motivasiyalı, döyüşkən komanda olmalıyıq. Gələcək oyunlarda yaxşı nəticələrə nail olmaq üçün daha mehriban, daha möhkəm kollektivə çevrilməliyik.

- Xorvatiya son dünya çempionatının gümüş medalçısıdır və qrupun favoriti sayılır. Bəs qrup ikinciliyi uğrunda mübarizə şanslarını necə görürsünüz?

- Qrupumuzdakı komandalar həm reytinqcə, həm də oyun baxımından daha səviyyəlidir. Amma hər bir rəqibin işini çətinləşdirməyə çalışmalıyıq. Biz bunu bacarırıq və inanıram ki, qrupda hansısa sürprizləri gerçəkləşdirəcəyik.

- Əvvəllər Azərbaycan yığması bu rəqiblərdən Slovakiyaya qalib gələ, Xorvatiya və Uelslə heç-heçə edə bilibsə, Macarıstandan xal almaq mümkün olmayıb. Bu faktlar hansısa psixoloji üstünlük verirmi?

- Məncə, heç bir psixoloji üstünlük vermir. Çünki hazırkı futbolçuların heç biri bu komandalara qarşı oynamayıb. Biz yeni yığmayıq. Futbolçuların çoxu təzədir. Özüm milliyə çoxdandır çağırılmağıma baxmayaraq, nə Slovakiya, nə Uels, nə də Macarıstana qarşı oynamışam. Ona görə də heç bir üstünlük görmürəm. Rəqiblər də artıq fərqli futbol və fərqli futbolçularla oynayırlar. Biz də yığma olaraq, tam başqa oyun sərgiləyirik. Ona görə də hər şey sıfırdan başlayacaq.

- İlk oyunu Xorvatiya, sonuncusunu isə Slovakiya ilə səfərdə keçirəcəksiniz. Təqvimin nəticələrə təsiri ola bilər?

- Birinci görüşün harada və kiminlə olmasının fərqi yoxdur. Çünki reytinqcə ən aşağı yerdə gedən komanda bizik. Hər bir rəqiblə həm evdə, həm də səfərdə qarşılaşacağıq. Kiminlə başlayıb kiminlə qurtarmaq mənim üçün fərq etməz.

- Slovakiya yığmasının kapitanı Marek Hamşik Azərbaycan millisindən 6 xal almalı olduqlarını bildirib. Ümumiyyətlə, əksər rəqiblərin sizə belə yanaşmasına reaksiyanız necədir?

- Baxırlar-baxsınlar. Bu, onların öz işləridir. Qrupun lideri olub-olmadıqları fərq etməz, bütün komandaların işini çətinləşdirməliyik. 

Nəşr olunub İDMAN
Page 1 of 2

Reytinq