Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 04 Dekabr 2018

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev EURACTIV” portalına müsahibə verib.

"Report" həmin müsahibəni təqdim edir. 

- Postsovet məkanında bir neçə “dondurulmuş münaqişə” var. Amma onların bəzilərini “dondurulmuş” hesab etmək olmaz. Çünki bu münaqişələrdə hələ də silahlardan istifadə olunur, insanlar həyatını itirir. Dağlıq Qarabağ da belə münaqişələrdən biridir. Ermənistanda yeni baş nazirin hakimiyyətə gəlişindən sonra bu istiqamətdə hansısa dəyişikliklər olubmu? Münaqişənin həllində müsbət iinkişafa ümid varmı?

- Bu il noyabrın 11-də Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü qeyd olunub. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün Avropada, Azərbaycanın işğal altındakı əraziləri boyunca Birinci Dünya müharibəsini xatırladan səngərlər var.

Buna görə sizinlə razıyam. Bu münaqişəni metaforik olaraq “dondurulmuş” hesab edənlər yanılır. Birinci və İkinci Dünya müharibəsi göstərib ki, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı gücdən istifadənin dəhşətli fəsadları olur. Odur ki, dövlətlərin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin dəyişdirilməsinə cəhd qəbuledilməzdir.

Əgər Ermənistandakı yeni hökumət sivil dövlət qurmaq, əhalisini layiqli həyatla təmin etmək niyyətindədirsə, rəsmi Yerevan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli, BMT Təhıükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi Azərbaycanın işğal altındakı ərazilərindən qoşunlarını çıxarmalıdır. Bundan əlavə, azərbaycanlı məcburi köçkünlər doğma torpaqlarına qayıtmalı, ədalət bərpa olunmalıdır. Ədalət olmadan sülhü təmin etmək mümkün deyil.

Ermənistan qonşu ölkələrlə sülh şəraitində yaşamağı öyrənməlidir. O, hərbi təcavüzü, ərazi iddialarını və öz-özünü təcrid etməyi dayandırmalıdır. Yalnız bundan sonra hərbi riskləri aradan qaldırmaq, işğalla əsaslanan status-kvonu dəyişdirmək olar. Nəticədə münaqişənin siyasi yolla həllinə imkan yaranar.

Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər (Fransa, Rusiya, ABŞ) bu münaqişə ilə bağlı status-kvonun dəyişdirilməsinə ehtiyac olduğunu hətta prezidentlər səviyyəsində dəfələrlə vurğulayıblar. Ermənistandakı yeni hökumətdən də bunu gözləyirik. Onlar əvvəlki hərbi xunta rejiminin səhvlərini təkrarlamamalıdır.

Bu ilin sentyabrında Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası əsnasında Azərbaycan Respublikası Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbət olub. Nəticədə Azərbaycan konstruktiv mövqeyini, münaqişənin danışıqlar yolu ilə həllində qətiyyətini bir daha nümayiş etdirib. Atəşkəs rejiminin gücləndirilməsi, aşağı səviyyələrdə kommunikasiyanın yaradılması, danışıqlara dair öhdəliklərin təmin edilməsi ilə bağlı şifahi razılıq əldə olunub.

Azərbaycan Ermənistandakı seçkidən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdiyi və dəstəklədiyi substantiv, intensiv danışıqlara hazırdır. Amma təəssüf ki, Bakının konstruktiv və xoşniyyətli mövqeyinə rəğmən, Yerevan Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirir. Bu, danışıqlar üçün əlverişli mühitin yaradılmasına ciddi zərbə vurur.

- Ermənsitanın Azərbaycanda ciddi narahatlıq yaradan fəaliyyətinə misal göstərə bilərsinizmi?

- Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində anneksiya siyasəti yürüdür, qeyri-qanuni fəaliyyətlər həyata keçirir. Bununla o, işğal əsaslanan status-kvonu möhkənləndirməyə çalışır. Rəsmi Bakıda xüsusilə, ciddi narahatlıq yaradan məsələ Suriya ermənilərinin işğal altındakı ərazilərdə məskunlaşdırılması, bu ərazilərdə demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsidir. Humanitar hüquqa və Cenevrə Konvensiyalarına əsasən, işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyət qadağandır. İşğal altındakı ərazilərdə mineral sərvətlərin istismarı və onların İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzv ölkələrinə qeyri-şəffaf şəkildə ixrac edilməsi də ciddi narahatlıq yaradır. Bununla yanaşı, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının əsrlərlə mövcud olan mədəni irsini məhv edir. Onlardan bəzilərinin bərpası artıq mümkün deyil. Sülh prosesinə xələl gətirməklə bərabər, Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni səfərlər və bu ərazilərdə qanunsuz əməllərin həyata keçirilməsi etnik təmizləməyə məruz qalmış 1 milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqının kollektiv hüquqlarının pozulmasıdır.

- Rəsmi Bakı bütün əsas qlobal ölkələrlə yaxşı əlaqələrə əsaslanan siyasət yürüdür. Lakin qlobal ölkələr arasında münasibətlər daha da pisləşir: ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər indiyədək olmadığı qədər pisdir, Vaşinqtonla Pekin arasında əlaqələrdə problemlər var, Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlər narahatedicidir. Bugünkü vəziyyəti necə qiymətləndirirsiniz? Bu, Azərbaycan üçün necə nəticələnə bilər? Ölkənizin beynəlxalq səviyyədə rolu necə olacaq?

- Beynəlxalq münasibətlərdə artan gərginlik və ziddiyyət beynəlxalq ictimaiyyətinin məsuliyyətli üzvü olan Azərbaycanı da narahat edir. Çünki rəsmi Bakı qanunlara əsaslanan beynəlxalq siyasi və iqtisadi düzəni dəstəkləyir. Bununla yanaşı, o, çoxşaxəli beynəlxalq münasibətlərin və əməkdaşlığın tərəfdarıdır.

Azərbaycan universal təsisatlarla bağlı islahatların və onların müasir dövrə uyğunlaşdırlmasının sadiq tərəfdarıdır. Bakı 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək (Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirən beynəlxalq təsisatdır. Bu təşkilata üzv ölkələr heç bir hərbi bloka qoşulmur). Beynəlxalq sülh və təhlükəsizlik məsələləri Qoşulmama Hərəkatının gündəmində olan prioritet mövzulardır. Azərbaycanın sədrliyi dövründə bu hədəflərə töhfə verməsi üçün güclü iradəsi var. Azərbaycan ziddiyyətlərdən uzaq durur və ikitərəfli səmərəli əməkdaşlıq formaları ilə öz nümunəsini təqdim edir. Bu gün ölkəmiz qlobal sülh platforması rolunu oynayır. Müxtəlif mövqeləri olan ölkələr Azərbaycanda ortaq məxrəc tapır. Məsələn, Rusiya, ABŞ və NATO-nun hərbi liderləri müntəzəm olaraq Bakıda görüşür.

Yeri gəlmişkən, sualınız mənə Prezident İlham Əliyevin Şimali Atlantika Şurasının iclasındakı sözlərini xatırladıb. Dövlətimizin başçısı o zaman demişdi: “Biz dostlarımızın da bir-biri ilə dost olmasını istərdik”. Bu bəyanat qüvvədə qalır.

- “Bir kəmər - bir yol” təşəbbüsü Azərbaycan üçün nə qədər vacibdir? Ələtdəki Beynəlxalq Dəniz Ticarət Limanı şübhəsiz ki, bu böyük mozaikanın bir hissəsidir. Amma Avropa İttifaqı Çinin bu planından narahatdır və bununla bağlı Pekinə öz təklifini verib. Ölkələr üçün uduşlu plan necə ola bilər?

- Azərbaycan tarixən qədim İpək Yolunun bir hissəsi olub. Ölkənin tarixi təcrübəsinə, coğrafi mövqeyinə, həmçinin Azərbaycanın qlobal ticarətə töhfə vermək əzminə görə rəsmi Bakı belə layihələrdə fəal iştirak edir. Bununla yanaşı, o, bağlantı və uzlaşmalarla əlaqədar müxtəlif modellərin yaradılmasına töhfə verir. Bu gün ölkəmiz regionda ən müasir infrastruktura malik dövlətdir. Buraya İpək yolunun yerüstü, hava, dəniz və dəmir yol komponentləri daxildir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bunun ən bariz nümunəsidir. Çin “Bir kəmər - bir yol” təşəbbüsünü irəli sürdükdən etibarən Azərbaycan bu layihəni dəstəkləyir. Bununla yanaşı, ölkəmiz Aİ-nin uzlaşma və bağlantılarla əlaqəli konsepsiyasını da təqdir edir. Nəqliyyat dəhlizlərin yaradılması təkcə yük daşınması demək deyil. Əlbəttə ki, bu, daha böyük anlam kəsb edir. Çünki qədim İpək Yolu göstərib ki, bu, sivilizasiyaların, mədəniyyətlərin əməkdaşlığı və qarşılıqlı zənginləşməsidir. Azərbaycan isə müasir infrastrukturu və geniş regionlara çıxış imkanları sayəsində “Şərq-Qərb” layihəsi vasitəsilə Çin və Avropa bazarlarının birləşməsinə töhfə verir. Bu layihə ilə Çindən Avropaya ən qısa və sərfəli vaxtda yük daşınması mümkün olacaq. Bununla çox sayda iş yerləri yaradılacaq, ölkələr çiçəklənəcək və sabitlik olacaq. Ölkələr üçün uduşlu plan məhz budur.

- Azərbaycan həm coğrafi, həm də digər xüsusiyyətlərə görə Türkiyə və İranla yaxındır. Amma Aİ üçün geosiyasi ambisiyaları olan belə tərəfdaşlarla işləmək hər zaman asan olmur. Bu məsələ ilə bağlı məsləhət verə bilərsinizmi?

- Qonşu ölkələrlə əlaqələr Azərbaycanın xarici siyasəti üçün prioritet məsələdir. Düzgün qeyd etdiniz ki, ölkəmizin həm Türkiyə, həm də İranla dostluq və tərəfdaşlıq əlaqələri var. Heç kəsə məsləhət verə bilmərik. Amma Azərbaycan öz təcrübəsini bölüşə və özü ilə bağlı nümunələri göstərə bilər. Ölkəmiz şəffaf, təxminedilən, müstəqil xarici siyasət yürüdür. Rəsmi Bakı heç bir dövlətin daxili işlərinə qarışmır, Azərbaycan öz maraqları ilə tərəfdaşlarının maraqları arasında ortaq nöqtə tapmaq yolu ilə regional əməkdaşlıq imkanları təklif edir.

Hesab edirik, ən yaxşı inkişaf bölüşülən inkişafdır. Nəticədə sülhə və dostluğa əsaslanan qonşuluq münasibətlərinin yaradılmasına töhfə veririk.

Azərbaycan Türkiyə və İranla ikitərəfli, həmçinin üçtərəfli formatda əməkdaşlıq edir. Bu, qarşılıqlı faydalı olan regional əməkdaşlığa töhfə verir. Sonda onu əlavə etmək istərdim ki, qarşılıqlı xoş niyyətə əsaslanan ümumi maraqlar və etimad sayəsində ikitərəfli əməkdaşlıq modelləri ilə bağlı uğur qazanmaq mümkündür.

Nəşr olunub SİYASƏT

Kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olan Zabit Səmədov növbəti döyüşünü keçirib.

Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir

Reyting.az
 xəbər verir ki, “Mauqli” ləqəbi ilə tanınan azərbaycanlı Belarusda keçirilən görüşdə rusiyalı “Molekul Ada” ləqəbli Yevgeni Orlov üzərində qələbə qazanıb.

Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir

Beləliklə, məşhur döyüşçümüz Zabit Səmədov növbəti dəfə qələbəsi ilə Azərbaycan bayrağını dalğalandırıb.

Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir
Səmədov

Qeyd edək ki, Belarusun paytaxtı Minsk şəhərində keçirilən yarışı Rusiya Federasiyası Çeçenistan Respublikasının “Axmat” klubu təşkil edib.

Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir
Orlov(Soldan)

Yevgeni Orlova gəldikdə, onun da Azərbaycana xüsusi rəğbəti var. Bu isə təsadüfi deyil. Yevgeni Orlov İtaliyada yaşayan tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi Füzuli Məmmədovun cangüdənlərindən biridir.

Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir

Aldığımız məlumata görə, Yevgeni Orlov bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasında və Azərbaycanın paytaxtı Bakıda da olub. Onun ölkəmizə gəlməsinin səbəbi Füzuli Məmmədovun bacısının vəfat etməsi ilə bağlı olub. Tanınmış iş adamının mühafizəçisi kimi hüzr mərasimində iştirak etmək üçün Ordubad rayonuna gələn Yevgeni Orlov sonradan Füzuli Məmmədovla Bakıya gələrək bir neçə gün burada da qalıb.

Zabit Səmədovun nokauta saldığı tanınmış idmançı Füzuli Məmmədovun mühafizəçisidir

Yevgeni Orlovun Zabit Səmədova məğlub olmasına gəldikdə, Füzuli Məmədovun fikrincə, bu, bir idman yarışıdır və rinqə çıxan iki döyüşçüdən biri qalib olur. Onun fikrincə, bu döyüşdə qələbə həmyerlimiz Zabit Səmədovun payına düşüb. Zabit Səmədovla qürur duyduğunu vurğulayan Füzuli Məmmədov onun yarışlarını sevə-sevə izlədiyini, uğurlarına sevdindiyini dilə gətirib. Onun vətənpərvər idmançı kimi Azərbaycan gənclərinə örnək olduğunu ifadə edib. O, Orlovun ruhdan düşməyərək növbəti görüşlərə ciddi hazırlaşacağına və qalib gəlmək üçün rinqə çıxacağına inanır. 

F. Məmmədov bildirib ki, Azərbaycan artıq dünyada bir idman ölkəsi kimi tanınır. Onun fikrincə, beynəlxalq səviyyəli idman yarışlarının Azərbaycanda keçriliməsinin ölkəmizin dünyadakı milyonlarla idman həvəskarına tanınmasında mühüm rolu var. F. Məmmədov belə bir turnirin Bakıda da keçrilməsini istəyir və dəstək verməyə hazır olduğunu bildirir. O, qeyd edib ki, Bakıda keçrilən rinqdə Y. Orlov və digər peşəkar idmançılar da rinqə çıxa bilərlər.

Nəşr olunub CƏMİYYƏT

Tagesspiegel: "Buenos-Ayres əlləri qana bulaşmış iki liderin zirvəsinə çevrildi"

“Rusiya prezidenti Vladimir Putinlə şahzadə Salmanın salamlaşması dünya siayətinin əsl həqiqət anıdır”,-

Musavat com xəbər ver ki, İsveçrənin “Tagesspiegel” qəzetindən Matias Müller fon Blumenkronun məqaləsi bu cümlə ilə başlayır.

“Bu qanqster filmlərindəki səhnəni xatırladırdı. Sanki mafiyanın iki bossu bir-birlərini salamlayır və gülümsəyirdilər. Lakin bu dəfə söhbət dünya səviyyəsində önəmli yer tutan iki siyasətçidən gedir. Biri soyuqqanlı şəkildə jurnalistin qətlinə fərman verir, digəri isə qonşu ölkənin gəmilərinə hücum çəkir”,-deyə fon Blumenkron qeyd edir.

Müəllifin firkincə, mafiya dairlərində olduğu kimi, dostluq münasibətlərin qəbulu və hörmət edilməsi jesti olaraq əl sıxışma onların başqaları üzərində qələbə və özündən razılığını simvolaşdırırdı.

Картинки по запросу salman putin g20 buenos ayres

“Bu gün biz siyasətin vəhşiləşməsinin onun hüdudlarının totalitarizmə doğru genişlənməsinin şahidi oluruq. “Sərt əl”in geri qayıdışı yalan, qəddarlıq və hiyləgərləyin tanınmaısına gətirib çıxaracaq. Bizlər yenə də yuxarıdan gələn və heç bir vicdan əzabı çəkilmədən verilən əmrlərlə hücum savaşları, qətllərlə üz-üzə qalmışıq. Bəli Putin və MBS bu mənada əsl qardaşlığı, lakin qanlı qardaşlığı təcəssüm etdirirlər. Onlardan biri Yəməndə müharibə apararaq bu əsrlin ən dəhşətli humanitar fəlakətinə səbəb olub. Digəri isə öz daxilindəki etirazları susdurur, Ukraynadan Krımı qoparır, Suriyada isə qaranlıq bir despotu müdafiə edir. Onun kiberəsgərləri isə rəqəmsal dünyada xaos yaradırlar. Onları birləşdirən dəyər Qərb dünyasına olan ikrah, insan haqlarına hörmətsizlik, hər an istənilən cinayətə getməyə hazr olmalarıdır”,-deyə yazıda qeyd olunub. (musavat.com)

Nəşr olunub Manset

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürən dövlətlərdə baş verənlər ölkə ictimaiyyəti üçün də maraqlıdır. Bu baxımdan, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiyada baş verən hadisələrə dövlətlərin hakimiyyətlərinin münasibəti və yaranmış problemlərin həlli az əhəmiyyətli deyil. Hətta həmsədrlərin başqa münaqişələrlə bağlı tutduqları mövqe belə Azərbaycan tərəfindən müşahidə olunur, izlənilir. Bu dövlətlərin ədalətli olmaları öz vətəndaşlarına münasibətdə tutduqları mövqe ilə də ölçülür. Başqa sözlə, öz vətəndaşına ədalətli olmayan bir dövlət başqasının problemində, yaxud bu halda Dağlıq Qarabağ müaqişəsinin həllində obyektiv mövqe tuta bilərmi? Ölkəsində problemin həlli həm də adını çəkdiyimiz həmsədrlərin gücünün göstəricisi sayıla bilər. Cəmiyyətin haqlı etirazının zor tətbiqi ilə boğulması, heç şübhəsiz, güclü olmaq demək deyil. Bu dövlətlərin qüdrəti güc tətbiq etmədən həm ölkə daxilində, həm də xaricdəki münaqişələrin danışıqlar, dinc yolla həllindədir. Əksi isə ümidlərin doğrulmaması və məyusluq yaradır.

Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı noyabrın 17-dən “sarı jiletlilər”in etiraz aksiyası keçirilir. Hakimiyyət iddia edir ki, bu addım havanın çirklənməsinə qarşı atılır. Hazırda Fransada Aİ-95 markalı benzinin dövlət tərəfindən tənzimlənən qiyməti 1,47 avro, Aİ-98 1,54 avro, dizel isə 1,48 avrodur. Mövcud qiymətlər gələn il yanvarın 1-dən 2,9 avrosent bahalaşacaq. Dekabrın 1-də Parisdə keçirilmiş etiraz aksiyaları nəticəsində dəymiş zərər ilkin qiymətləndirmələrə görə 3 milyon avrodan çox olub. Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer nümayişlərin ölkə iqtisadiyyatına ciddi təsir göstərdiyini söyləmişdi. Fransa Daxili İşlər Nazirliyi bildirib ki, dekabrın 2-də ölkə üzrə etiraz aksiyalarında 136 min nəfər iştirak edib. Müxalifət isə 5 milyon fransalının aksiyaya çıxacağını planlaşdırmışdı. Dekabrın 4-dək aksiyalar zamanı 3 nəfər ölüb, 222-si asayiş keşikçisi olmaqla 1043 nəfər xəsarət alıb, 1424 nümayişçi saxlanılıb. Aksiyalar ölkənin başqa təbəqələrini də əhatə edir. Dekabrın 3-də etirazçılara səhiyyə işçiləri, 100-dən çox liseyin şagird və müəllimləri, habelə regionlar da qoşulublar. Qeyd edək ki, aksiya iştirakçılarını parlamentdə təmsil olunan və olunmayan bütün siyasi partiyalar, mühacirələr də dəstəkləyirlər. Ölkənin aparıcı siyasi partiyalarının liderləri hakimiyyəti aksiya iştirakçılarının hüquqlarını pozmaqda ittiham ediblər. Fransada keçirilən rəy sorğularının nəticələrinə əsasən, respondentlərin 80 faizi “sarı jiletlilər”i dəstəkləyir. Fransa Milli Cəbhə Partiyasının lideri Marin Le Pen aksiyaların dayandırılmasını, parlamentin buraxılmasını təklif edib. O vurğulayıb ki, Fransa vətəndaşları artırılmaqdansa, vergidə ədalətli olmağı tələb edir. Almaniya, Belçika, Niderlandda da Fransadakı aksiyalara dəstək məqsədilə yürüş və mitinqlər keçirilib. Bu onu göstərir ki, 3 avrosentlik qiymət artımına etirazın miqyası, sosial təbəqəsi genişlənir və iştirakçıların sayı artır. Fransa Prezidenti Emmanuel Makron hökumətə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə yaranmış vəziyyəti müzakirə etməyi tapşırıb. Bundan başqa, dövlət başçısı polis əməkdaşları ilə birlikdə nahar da edib. O bildirib ki, dekabrın 1-də aksiyalar keçirilən ərazilərdə xidməti vəzifələrini icra edən asayiş keşikçilərini mükafatlandıracaq.

Hər halda demokratik olsa, yaxud adlansa belə, Fransada baş verənlərə kənar müdaxilələrin olduğu iddia olunur. Başqa sözlə, bu ölkənin də öz "boz kardinal"ları var. Onlardan birinin Bernard Anri Levi olduğu deyilir. O, Fransa siyasətçisi, jurnalist, filosof və milyarderdir. O, sosialist sayılır. Hazırda Fransa hakimiyyətini müdafiə edir. Bosniyada müsəlmanları müdafiə edib, keçmiş Yuqoslaviyanın bombalanmasını, Kosovo Azadlıq Cəbhəsini dəstəkləyib. Həmçinin Əfqanıstanda terrora qarşı mübarizəni müdafiə edib. B.A.Levi İslam fundamentalizminə qarşı mübarizə aparanlardan sayılır. 2008-ci ilin avqustunda müharibə zamanı Gürcüstana gedərək o vaxtkı dövlət başçısı Mixeil Saakaşvilidən müsahibə götürüb. Eyni zamanda Afrikanın şimalında “ərəb inqilabları”nı dəstəkləyib. Rəngli inqilabların ideoloqlarından sayılır. Suriyadakı Bəşşar Əsəd rejiminə qarşı çıxış edir. Ukraynada Maydan hərəkatını dəstəkləyərək “Le Monde” qəzetində “Hamımız ukraynalıyıq” başlıqlı məqalə yazıb. 2014-cü ildə avropalı idmançıları Rusiyada keçirilən Qış Olimpiya Oyunlarını boykot etməyə çağırıb.

 

Deməli, Fransadakı bütün aksiyaları ideal şəkildə təşkil edən, etirazçıları sarı jilet və yeməklə təmin edən isə “Le-Parisien” qəzeti sayılır. Bu mətbu orqan Fransa və Avropanın ən varlı adamı Bernar Arnoya mənsubdur. Rəqibləri Arnonu “qoyun dərisi geymiş canavar” adlandırırlar. O, sərt üsulla mübarizə ilə 81 milyard dollar qazanıb. Fransa əks-kəşfiyyatının Arno ilə əlaqəsi olduğu və kəşfiyyatın ona rəqibləri barədə məlumatlar ötürdüyü bildirilir. Hətta iddia olunur ki, 2016-cı ilin prezident seçkilərində Emmanuel Makronun dövlət başçısı seçilməsində Rotşildlər böyük rol oynayıb. 2016-Məlumata görə, 2017-ci ildə Arno Rotşildlərin himayə etdikləri Makrona qarşı açıq mübarizə aparmayıb. Marin Le Pen ikinci tura qaldıqda isə Emmanuel Makronu dətəkləyib. İndi “sarı jiletlilər”in hərəkatı başqa iddianı irəli sürməyə imkan verir. Belə çıxır, Emmanuel Makronun hakmiyyətini Bernar Arnonun dəstəklədiyi “sarı rəngli” inqilabla yıxmaq istəyirlər. Aksiya iştirakçıları hakimiyyətin vergi siyasətinə qarşı deyil, artıq hökumətin istefası, parlamentin buraxılmasını tələb edir və Prezident Emmanuel Makrona qarşı şüarlar söyləyirlər. Maraqlı məqamlardan biri də budur. Bernar Anri Levi dünyada rəngli inqilabları dəstəklədiyi halda, öz ölkəsindəki “sarılar”a qarşı çıxır. Onda belə ehtimal etmək olar ki, rəngli inqilabların ideoloquna qarşı rəngli inqilab həyata keçirilir.

Əslində, “sarılar”ın hərəkatı oktyabrın 12-də bir fransız qadının benzinin qiymətinin bahalaşmasına qarşı petisiya toplaması ilə başlayıb. Sonra aksiya böyüyüb, “Le Parisen” avtomobil sahiblərinin qiymət artımına etiraz petisiyalarını dərc edib. Sosial şəbəkələrdə, xüsusilə bir həftədə hadisələri 4-6 milyon nəfər izləyib. Hazırda aksiyalar davam edir. Fransanın Baş naziri Eduard Filipp "sarılar"la görüşməyəcəyini bildirib. O, yeni vergi ödəmələri ilə bağlı planı parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri ilə görüşdə elan edəcəyini söyləyib. Ancaq Fransada sosial tələblərlə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Bu ölkədə sosial ədalət idealları uğrunda daim mübarizə aparılır. 2016-cı ilin yayında Fransa xalqı mübahisəli yeni əmək məcəlləsi layihəsinə etiraz olaraq aksiyalar keçirib. Bu sənəddə Fransada gün ərzində maksimum 10 saatlıq iş müddətinin 12 saata çatdırılması, əmək müqaviləsində dəyişiklik etmək istəyənlərin işdən azad edilməsi və çox işləyib müqabilində az əməkhaqqının ödənilməsi kimi maddələr yer alır. Əksəriyyətini müxalifətçilərin təşkil etdiyi Senat layihəni dəyişdirərək qəbul etdikdən sonra mətn təkrar parlamentə təqdim olunmuşdu. Həmin vaxt Fransua Olland prezident, Emmanuel Makron isə iqtisadiyyat naziri idi.

Beləliklə, baş verənlərə, “boz kardinallar”ın fəaliyyəti ilə bağlı yayılan xəbərlərə, irəli sürülən tələblərə əsasən, demək olar ki, Fransada “rəngli” inqilab doğulur. Aksiyaların heç də qiymətin bahalaşmasına qarşı olmadığı da aşkar görünür. Bunu həm də iki milyarder Bernarın mübarizəsi, Rotşildlərə qarşı fəaliyyət kimi dəyərləndirmək olar. Odur ki, “sarılar”ın hərəkatının Fransanı dəyişəcəyini ehtimal etmək olar. Əks halda, etirazların yenidən baş qaldıracağı istisna olunmur. Çünki inqilab hədəflərinə çatmayanda yenidən yaranır.

Nəşr olunub Manset

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb.

Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itən döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır.

Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.

*** 13:03

Ermənistan ordusunun Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Rusiya istehsalı olan “Su-25” döyüş təyyarəsi plana uyğun olaraq təlim uçuşu keçirirmiş. Gümrüdəki hava limanından uçan təyyarə havaya qalxandan sonra onunla əlaqə kəsilib.

Hazırda təyyarənin axtarışları aparılır.

Nəşr olunub Manset

Reytinq