Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 05 Dekabr 2018

ABŞ-ın İrana qarşı sərt sanksiyalar tətbiq etməsi bu ölkə iqtisadiyyatını sarsıdıb. Virtualaz.org qeyd edir ki, İran hökuməti ölkəyə xarici valyuta gətirə bilmək üçünarmatur istehsalını stimullaşdırıb və nəticədə İran istehsalı olan ucuz armatur qonşu ölkələrin, o cümlədən Azərbaycanın tikinti materialları bazarını doldurmaqdadır.

 

 

Azərbaycan bazarını bir neçə aydır ucuz İran armaturlarının doldurması nəticəsində yerli istehsalçılar çətin vəziyyətlə üzləşib. Çünki qiymət xeyli ucuz olduğundan yerli istehsalçılar bu rəqabətə davam gətirə bilmir. O cümlədən Türkiyədə dəmir-polad istehsalçıları ucuz İran armaturu ilə bağlı həyacan təbili çalırlar və hökumətdən yerli istehsalçıları qorumaq üçün təcili tədbirlər görməyi xahiş edirlər.

Qonşu Gürcüstanda da vəziyyət fərqli deyil. Son aylar bu ölkəyə də İrandan armatur idxalı xeyli artıb, nəticədə yerli istehsalçılar ciddi problemlə üzləşiblər.

Azərbaycana gəldikdə statistik məlumatlara görə 2018-ci ilin 9 ayı ərzində ölkəyə İran, Rusiya və Ukraynadan olmaqla cəmi 120 min ton armatur idxal edilib. Bu, armatura olan tələbatın əhəmiyyətli hissəsi deməkdir.  Başqa sözlə, bu sahədə yerli istehsalçıların qorunmasına dair  demək olar heç bir iş görülməyib. Hansı ki, İqtisadiyyat Nazirliyinin yerli istehsalçıları  öz mallarına dempinq tətbiq edən xarici ölkələrdən qorumaq üçün spesifik rüsumlar tətbiq etmək səlahiyyəti var. Amma bu alət ucuz İran armaturuna qarşı tətbiq edilmir.

Lakin ucuz İran armaturu təkcə yerli istehsalçılar üçün problem yaratmır. Məsələ bundadır ki, İranda köhnəlmiş də olsa texnoloji normalara əməl edən iri metallurgiya kompleksləri, poladəritmə zavodları ilə yanaşı çoxsaylı özəl zavodlar, Azərbaycanda olduğu kimi metal tullantılarını kustar sobalarda əridib heç bir standartlara cavab verməyən armatur istehsal edən primitiv sexlər də fəaliyyət göstərir. Və belə müəssisələrin, sexlərin istehsal etdiyi armaturlar keyfiyyət baxımından olduqca təhlükəli ola bilər.

Virtualaz.org internet mənbələrində İran armaturunun keyfiyyətinə dair araşdırma aparıb və bu sensasion videokadrlarla qarşılaşıb. Kadrlara əsasən hansısa ərəb ölkələrindən birində ağırtonnajlı maşınlardan boşaldılmış armaturlardan birini götürüb beton bloka yüngülcə vururlar. Və bu zərbədən armatur sanki şüşə boru kimi sınır. Kadrlardakı şəxs bu sınaqdan sonra armaturun üzərindəki etiketi nümayiş etdirir. Məlum olur ki, həmin armatur İranın “Saba Steel” zavodunun istehsalıdır.

 

Araşdırmalara əsasən İranda bu cür “armatur” istehsal edən çoxsaylı zavodlar var. Onların heç bir standarta cavab verməyən və açıq-aşkar təhlükəli məhsullarını son vaxtlara qədər ancaq Əfqanıstan və İraq kimi ölkələrdə alırdılar. Lakin son vaxtlar İran hökumətinin tətbiq etdiyi dempinq siyasəti sayəsində bu cür istehsalçılar öz mallarını sürətlə Azərbaycan bazarına da doldurmağa başlayıblar. Təsəvvür etmək çətin deyil ki, təqdim etdiyimiz bu cür armaturlarla Bakıda çoxmərtəbəli yaşayış binalarının inşa olunması hansı gələcək təhlükələrdən, kütləvi insan tələfatına səbəb ola biləcək uçqunlardan xəbər verir.

Belə ki, kadrlardakı kimi armaturları istehsal edən İran zavodları sadəcə olaraq dəmir filizini və ya metal tullantılarını əridir, ərinti qəliblərə tökülür və armatur hazırdır! Bu ərintinin tərkibinə metala elastiklik verən, onun sınmasını istisna edən xüsusi maddələr vurulmur. Yəni söhbət armatur adına ifrat bərkimiş poladdan gedir.

 

Virtualaz.org inşaat sektorundakı qaynaqlardan İran armaturlarının Azərbaycan bazarına necə daxil olması və hansı inşaat şirkətləri tərəfindən tikintidə istifadə olunması barədə sensasion faktlar, görüntülər əldə edib. Mənbələr bildiriblər ki, son vaxtlar İran armaturu ölkəyə birbaşa inşaat şirkətlərinin özləri tərəfindən gətirilir. Onlar öz nümayəndələrini İrana göndərir, ucuz armaturu alıb maşınlara yükləyir və nəzərdə tutulan gömrük rüsumlarını ödədikdən sonra ölkəyə daxil edirlər. Və birbaşa inşaat meydançalarına boşaldırlar.

Məsələn, bu foto Bakının Nəsimi rayonunda, Tibb Universitetinin yaxınlığında “pilot layihə” əsasında çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirən “Konstra” MTK-nın tikinti meydançasında çəkilib. Fotoda şirkətin İran armaturunu yük maşınından inşaat ərazisinə boşaltdığı görünür.

Yaxud yenə də Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirən “Pilot İnşaat-A” MMC adlı şirkətin də armaturu İrandan gətirdiyi bildirilir.  Növbəti kadrlar isə “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti baronunun inşa etdiyi çoxmərtəbəli binalardan birinin tikinti meydançasından çəkilib. Bu tikintidə istifadə olunan armaturlar da İran istehsalıdır.

Əlbətdə, inşaatçı şirkət hansı ölkənin istehsalı olan tikinti materiallarından istifadə etmək barədə qərarı özü verir. Lakin söhbət İran armaturlarından gedirsə bu şirkətlərin istifadə etdiyi armaturlar təsadüfən “Saba Steel” kimi zavodlarda istehsal edilməyib ki? Ümumiyyətlə, binanın dayanıqlığının birbaşa asılı olduğu və inşaatın ən kritik materiallarından olan armaturun bu kimi MTK-lar tərəfindən İrandan alınıb gətirilməsi zamanı keyfiyyət məsələsinə necə nəzarət olunur? Azərbaycanın müvafiq dövlət strukturları ölkə bazarını dolduran İran armaturlarının keyfiyyətini axırıncı dəfə nə vaxt yoxlayıb? Bu suallar açıq qalır.

Amma Azərbaycandan fərqli olaraq Gürcüstanda təhlükəli İran armaturları ilə bağlı ciddi narahatlıqlar var. Bu ölkənin sınaq və layihələndirmə Mərkəzinin rəhbəri Arçil Kubaneyşvili 2018-ci ilin sentyabr ayında commersant.ge portalına müsahibəsində deyib ki, İran armaturları fərqlidir.

“Keyfiyyəti pis olanı da var, yaxşı olanı da. Lakin ümumiyyətlə götürəndə İran istehsalçıları texnoloji normalara kifayət qədər əməl etmir. Gürcüstanda nəyə görə İran armaturunu alırlar? Çünki ucuzdur. Lakin ucuz armatur alırsansa gərək onun keyfiyyət standartlarına nə dərəcədə uyğun olduğunu diqqətlə yoxlayasan, əks halda belə armaturdan istifadə çox təhlükəli olacaq. Müxtəlif parametrlər üzrə yoxlama aparmaq lazımdır-geometrik, fiziki-mexaniki, habelə davamlılıq. Əgər armatur bu parametrlər üzrə keyfiyyət standartlarına cavab vermirsə onu ölkəyə buraxmaq olmaz”-Arçil Kubaneyşvili deyib.

Arçil Kubane

Nəşr olunub CƏMİYYƏT

“Azərbaycan yurdumuz, Traktor boz qurdumuz!”


“Traktorsazi” futbol klubu 1970-ci ildə Təbriz şəhərindəki traktor zavodunun himayəsi ilə yaradılıb. Yarandığı ilk illərdən uğurlu nəticələr göstərən klub 1990-cı ildə rumıniyalı Vasili Qocanın məşqçiliyi dövründə böyük nailiyyətlər əldə edib. İranın yüksək liqasına vəsiqə qazanması klub tərəfdarlarının genişlənməsinə səbəb olub. “Traktorsazi” İranın “ən çox və ən coşqun azarkeşləri” olan komandası kimi tanınır. Türkiyə KİV-də isə sözügedən komanda “dünyada ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edilir.

Image result for traktorsazı

Hazırda “Traktorsazi” komandasının azarkeşləri “Barselona” futbol klubunun tərəfdarları ilə müqayisə olunur, “Asiyanın Barselonası” adlandırılır. Adıçəkilən klub tərəfdarlarının Azərbaycan dilində səsləndirdikləri şüarlar Barselona azarkeşlərinin katalan dilindəki şüarları ilə müqayisə edilir. “Traktorsazi” komandası azarkeşlərinin ən çox səsləndiridiyi şüarlar aşağıdakılardır:

- “Yel yatar, tufan yatar, yatmaz Traktor bayrağı!”

- “Azərbaycan yurdumuz, Traktror boz qurdumuz!”

- “Yaşasın Azərbaycan!”

- “Azərbaycan var olsun, istəməyən xar olsun!”

- “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”

- “Bakı-Təbriz-Ankara, biz hara, farslar hara!”

Image result for traktorsazı

Komandanın nüfuzunun artması və millətçiliyin mərkəzinə çevrilməsi İrandakı və ölkə xaricindəki panfarsist və paniranist dairələrinin narahatlığını artırıb. 2010-cu ildə kulubun sahibi Nasir Şəfəqinin KlV-ə açıqlamsında “klubumuzun rəsmi qeydiyyatdan keçmiş 482 min azarkeşi var” sözləri adıçəkilən dairələrin diqqətini xüsusilə cəlb edib. “Traktorsazi” tərəfdarlarının getdikcə çoxalması, həmçinin yüz minlərlə azarkeşin komandanın qələbəsi və ya məğlubiyyətini alqış və şüarlar ilə qarşılaması hakim rejimin başağrısına çevrilib. Komanda və onun tərəfdarları milli təhlükəsizliyə təhdid kimi dəyərləndirilib, yaranmış vəziyyətdən çıxış yolu kimi klub əslən Xoy şəhərindən olan Nasir Şəfəqinin əlindən alınaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli “Sepah-e Aşura” korpusunun idarəetməsinə verilib. Klubun rəhbərliyinə gətirilən mühafizəkar hərbçilər “Traktorsazi”nin zəifləməsi və dağılması üçün əllərindən gələni əsirgəməyiblər.

“Traktorsazi” azarkeşlərinin komandanın digər şəhərlərdə keçirilən oyunlarına getməsi hüquq-mühafizə orqanlarına əlavə problemlər yaradır. Xüsusilə də adıçəkilən komandanın Tehranın “Persepolis” və “İstiqlal” komandaları ilə oyunları iqtidar üçün ən böyük başağrısına çevrilir. Oyunların keçirildiyi Tehrandakı 100 min nəfər tamaşaçı tutan “Azadi” stadionunun yarısından çoxu “Traktorsazi” tərəfdarları ilə dolur. Qələbə və ya məğlubiyyətdən asılı olmayaraq oyunun sonu kütləvi dava ilə bitir. Tehranda keçirilən oyunlarda “Traktorsazi” komandasının əleyhinə səsləndirilən irqçi şüarlara tərəfdarlar tərəfindən verilən sərt cavablar komanda ətrafındakı həssaslığı daha da artırır. Dövlət televiziyası oyunu təqribən 3 dəqiqə gecikmə və stadiondakı səsləri efirə vermədən yayımlayır. "Traktorsazi” futbol komandası dəfələrlə tərəfdarlarının rəftarına görə cəzalandırılıb və oyunlar tamaşaçısız stadionda keçirilib. Komanda tərəfdarları isə belə cəzaları bəhanə kimi xarakterizə edir, əsl məqsədin tərəfdarların ruhunu sındırmaq olduğunu bildirirlər.

Image result for traktorsazı

Qeyd edək ki, İranda qadınların stadiona girişi qadağandır. Bəzən qadınlar kişi paltarı geyərək stadiona daxil olurlar.Lakin “Traktorsazi”nin qadın tərəfdarları sözügedən tələbə riayət edərək, stadiona getmirlər. Təbriz stadionunda keçirilən oyunları ətrafdakı təpələrdən izləyirlər. Bu təcrübənin adət halını alacağından narahat olan hüquq-mühafizə orqanlarının qadınları təpələrdən uzaqlaşdırması kütləvi iğtişaşlarla nəticələnib. Minlərlə qadın azarkeş həbs olunub. Son illərdə həmin təpələr tikanlı məftil ilə hasara alınıb.

“Traktorsazi” futbol komandasının tərəfdarları Azərbaycan Respublikasının uğurlarına sevinir, ölkəmizin problemlərini özlərinə problem hesab edirlər. Dağlıq Qarabağ və ətraf rayonların ermənilər tərəfindən işğalına etiraz əlaməti olaraq “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirirlər. Hətta oyunlar Qarabağ ilə bağlı xüsusi günlərə təsadüf edərsə, Qarabağın azadlığı uğrunda şəhid olanların xatirəsi xüsusi olaraq anılır və şüarlar səsləndirilir.

“Traktorsazi” futbol komandasının azarkeşləri 2016-cı il aprel ayının əvvəlindəki dörd günlük döyüşlərdən sonra keçirilən ilk oyunda Azərbaycan Respublikası əsgərinin şücaətindən ruhlanaraq:

“Sən çağırsan gələrəm mən, Sən yaşa, Azərbaycan!

Eybi yoxdur ölərəm mən, Sən yaşa, Azərbaycan!

Mən bilirəm Vətənimsən, Sən yaşa, Azərbaycan", -şüarını səsləndirmişlər. Sözügedən şüar müxtəlif oyunlarda təkrarlanır.

Komandanın azarkeşləri son illərdə, həmçinin İran hökumətinin biganəliyi səbəbindən Urmiyə gölünün qurumasına da etiraz edir və:

“Urmu gölü səslənir, susuzam, haray, haray!”,

“Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir!”, - kimi şüarlar səsləndirirlər.

Image result for traktorsazı

Məqsədli şəkildə adıçəkilən klubu zəiflədərək dağıtmaq siyasətinin əks-effekt verdiyini görən siyasi dairələr 2017-ci ilin sonunda “Traktorsazi”ni hakimiyyətə yaxınlığı ilə tanınan Təbrizli iş adamı Məhəmmədreza Zunuzi Mütləqə satıblar. Klubun yeni sahibi “yeni məşqçi və oyunçu cəlb edəcəyik, komandanın tərəfdarlarına yeni-yeni qələbələrin sevincini yaşadacağıq” sözləri ilə fəaliyyətə başlasa da, süni olaraq yaradılan çətinliklər aydın müşahidə edilir. Ötən müddət ərzində klubun yeni sahibinin baş məşqçilik üçün “Bursaspor”un baş məşqçisi Ərtoğrul Sağlam və Con Toşak ilə bağladığı müqavilələrə məlum dairələrin təzyiqi ilə xitam verilib.

25 noyabr 2018-ci ildə Tehranın “Azadi” stadionunda “Persepolis” - “Traktorsazi” komandalarının oyunu daha böyük qalmaqala səbəb olub. “Persepolis” tərəfdarları oyundan əvvəl sosial şəbəkələrdə xəbərdaredici video-bildirişlər yayaraq, ölkənin rəsmi dilindən başqa qeyri-dildə və milli birliyə xələl gətirən şüarlar səsləndirildiyi təqdirdə əks şüarlar səsləndirəcəklərini və “Artsax” plakatı qaldıracaqlarını ifadə ediblər. “Traktorsazi” tərəfdarlarının Azərbaycan dilində şüarları, xüsusilə də “Qarabağ bizimdir, bizim olacaq” şüarının əleyhinə azərbaycanlıları təhqir edən şüarlar səsləndirib və üzərində fars dilində “Artsax” yazılmış plakat qaldırıblar.

Mühafizəkar hərbi dairələrə yaxınlığı ilə tanınan sosial şəbəkə ünvanlarında yayılmış videoların birində “Persepolis” tərəfdarı formasında olan şəxs qəliz ləhcə ilə Azərbaycan dilində söyləyir ki, “biz Persepolisin azəri tərəfdarları bazar günü stadiona gedəcəyik. Pantürklərə cavab olaraq biz Qarabağın əsl adı olan “Artsax" şüarını verəcəyik. Erməni “Artsax”! Erməni “Artsax”i! Erməni ‘Artsax”i! söyləyəcəyik”.

Nəzərə alınmalıdır ki, sözügedən hərəkətlər ictimai etiraza səbəb olub, həmçinin İslam Şurası Məclisinin bir neçə azərbaycanlı üzvü tərəfindən qınanılıb.

Image result for traktorsazı

Urmiyə şəhərindən İslam Şurası Məclisinə seçilmiş deputat Seyid Hadi Bahaduri bu barədə bildirib: “Qanuna görə ölkənin baş prokuroru azərbaycanlıları təhqir edənləri cəzalandırmalıdır. Stadionda təhqirə yol veriləcəyi təqdirdə oyunun dayandırılacağı əvvəlcədən elan olunsa da, buna əməl edilmədi”.

Urmiyə şəhərindən seçilmiş digər deputat Ruhullah Həzrətpur isə belə deyib: “Ölkənin Futbol Federasiyası bu məsələ ilə bağlı tədbir görməlidir. Qarabağ islam dünyasının ayrılmaz bir hissəsidir. Bu kimi hərəkətlər cahilliyin göstəricisidir və insan hüquqlarına ziddir. Biz bu məsələni diqqətdə saxlayacağıq”.

Təbriz şəhərindən seçilmiş deputat Şahabəddin Bimeğdar da öz fikrini bildirərək deyib: “Bu kimi hərəkətlər beynəlxalq aləmdə qəbuledilməzdir. Mən bu məsələni İslam Şurası Məclisində qaldıracağam və ölkənin gənclər və idman nazirinə xəbərdarlıq edəcəyəm”.

Mərənd şəhərindən seçilmiş deputat Məhəmməd Həsənnejad “Twitter”də yaydığı paylaşımda yazıb: “Əgər bu gün ermənilərin Qarabağı işğal etməsinə göz yumsaq, sabah yəhudilərin Fələstində, xristianların Bosniya və Herseqovinada və buddistlərin isə Cənub-Şərqi Asiyada müsəlmanlara hökmranlıq edəcəyini gözləməliyik”.

Ərdəbil şəhərindən seçilmiş deputat Seyid Hemayat Mirzadə bildirib: “Azərbaycanlılar onlara qarşı edilən təhqirlərə necə cavab verəcəklərini yaxşı bilirlər. Biz lazımi yerlərə etirazımızı bildirəcəyik. Əgər məsul şəxslər bu məsələ ilə bağlı dərhal ölçü götürsə, belə hadisələr təkrarlanmayacaq. Aidiyyəti qurumların nəzarətinə baxmayaraq, bəzən belə hadisələrin qarşısını almaq olmur. Bir kiçik qrup nəsə etməyə çalışır, digərləri isə onu təkrarlayır. Lakin yenə də belə hərəkətlər qəbuledilməzdir. Qarabağ sözünün mənası açıq-aşkar məlumdur. Gec və ya tez Azərbaycan xalqı öz doğma torpaqlarında - Qarabağda yaşayacaq. Ermənilər özləri də bilirlər ki, Azərbaycanın haqqını tapdalayıblar, Qarabağı zəbt ediblər. Tərəfdarların bir qismi üzərində “Artsax” yazılmış plakat qaldıraraq, ixtilaf yaratmaq məqsədi ilə bu addımı atıblar. “Persepolis” tərəfdarlarının bu addımı bütün farsdilli və Tehran sakinlərinin münasibəti deyil. Azərbaycan bütün İran deməkdir. İranın Azərbaycansız heç bir mənası yoxdur. “Traktorsazi” tərəfdarlarının stadionda əxlaqlı və səbrli davranışı Azərbaycan xalqı üçün fəxrdir”.

Nəşr olunub İDMAN

Nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan dili bizim mənəvi sərvətimizdir, dövlət atributlarımızdan biridir. Azərbaycan dili qədim və zəngin dildir: "Azərbaycan Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatda dil ilə bağlı mütəmadi monitorinq keçirir".

 Onun sözlərinə görə, mətbuatda da dil ilə bağlı nöqsanlar var: “Burada daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir".

Millət vəkili vurğulayıb ki, Azərbaycanda ədəbi dilin saflığının qorunması dövlət sənədlərində də öz əksini tapıb: “Biz çalışmalıyıq ki, öz dilimizi qoruyaq".

Ə.Amaşov Azərbaycan dilinə dublyaj edilən filmlərdə də nöqsanların çox olduğunu diqqətə çatdırıb: “Şəxsən mən Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirən, burada nöqsanlar kifayət qədərdir”.

Nəşr olunub CƏMİYYƏT

Ermənistanda Nikol Paşinyana qarşı müxalifətdə olan keçmiş xüsusi xidmət rəhbəri, Serj Sərkisyanın Respublika partiyasının seçki siyahısında yer alan David Şahnazaryan Mill Təhlükəsizlik Xidmətinə çağırılıb.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, Şahnazaryanı baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Qarabağ məsələsindəki mövqeyi barədə son günlər verdiyi bir sıra açıqlamalara görə dindirilmək üçün çağırıblar.

“Ermənistanın Dağlıq Qarabağın qarantı olduğu və Şahnazaryann bəyanatında mümkün dövlətə xəyanət elementlərinin yer aldığı nəzərə alınaraq onun dedikləri ağır dövləti cinayət barədə xəbərdarlıq kimi nəzərdən keçirilir və cinayət işinin qaldırılması məsələsinə baxılır”-Milli Təhlükəsizlik Xidməti bildirir.

Açıqlamada deyilir ki, David Şahnazaryan ifadə vermək və öz sözlərinə dair sübutlar təqdim etmək üçün çağırılıb.

Bundan əvvəl Şahnazaryan bildirmişdi ki, Nikol Paşinyanın hakimiyyətini saxlamaq üçün Qarabağı vermək planı var. Onun iddiasına görə Paşinyan Qarabağın verilməsinə mane ola biləcək qüvvələri sıradan çıxarmaqla məşğuldur. Şahnazaryan hesab edir ki, Nikol Paşinyanla Azərbaycan prezidenti arasında Düşənbədə əldə edilmiş, atəşkəsin qorunmasına və tərəflər arasında operativ əlaqənin yaradılmasına dair razılaşma da Bakıya sərf edir. Çünki Azərbaycan bu anlaşmadan istifadə edərək Naxçıvan istiqamətində yeni mövqelərini daha möhkəmləndirib, habelə Qarabağda təmas xətti boyu süni təpələr tikir. Gələcəkdə həmin təpələrdən istifadə edib hücuma keçmək üçün...

Qeyd edək ki, Ermənistandakı seçki kampaniyası zamanı siyasi qüvvələr üçün əsas spekulyasiya mövzusu Qarabağdır və respublikaçılar daha çox bu məsələdən istifadə edərək Paşinyana hücum edirlər.

Nəşr olunub SİYASƏT

Rusiyanın Surqut şəhərinin hava limanı görkəmli Azərbaycan neftçisi Fərman Salmanovun adını daşıyacaq.

Boyukmillet.com xəbər verir ki, bu, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum olub. Səsvermənin nəticələri "Rossiya 1" telekanalında elan olunub.

Həmçinin qeyd olunur ki, Moskvanın Şeremetyevo aeroportuna Aleksandr Puşkinin, Domodedovo aeroportuna isə Mixail Lomonosovun adı veriləcək.

Rusiyanın daha 5 şəhərində səsvermənin ikinci turu keçiriləcək.

Qeyd edək ki, səsvermədə 50 regiondan 5 milyona yaxın insan iştirak edib. Səsvermə 11 oktyabr - 30 noyabr tarixlərində keçirilib.

Nəşr olunub CƏMİYYƏT

Azərbaycan Respublikasının Prezidenti Ilham Aliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyində olub.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Dövlət başçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib.

Prezident İlham Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.

Nəşr olunub RƏSMİ XRONİKA

"Hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür. Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hər bir məmur milli dili bilməlidir: "Hər bir məmur xarici dili bilmirsə, əlbəttə bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnaistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir”.

PA rəsmisi əlavə edib ki, Azərbaycanda dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan məmurların boynuna düşür: "Bu, tək dövlətin idarəçiliyində iştirak edən məmurların yox, o cümlədən akademik strukturlarda təmsil olunan bizim akademiklər, bizim alimlər, institutların elmi işçilərinin öhdəliyidir. İkincisi, əlbəttə, Azərbaycan dili tədris-təhsil müəssisələrində və nəhayət kütləvi informasiya vasitələrində qorunmalıdır".

Nəşr olunub CƏMİYYƏT

Reytinq