Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 06 Dekabr 2018

Image result for Azay Quliyev

Xəbər verdiyimiz kimi, dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib. Milli Məclisin deputatı, ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev ATƏT PA-nın Prosedur qaydaları və iş praktikası üzrə alt Komitənin sədri, ATƏT PA-nın vitse-prezidenti lord Piter Bounesə məruzəsində ATƏT ərazisində uzanan münaqişələrin həllinin vacibliyi məsələsinə toxunduğuna görə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, Azay Quliyev Azərbaycanın ərazisində mövcud olan münaqişənin məruzədə “Dağlıq Qarabağ münaqişəsi” adlandırılmasına etirazını bildirib.

 

“Fikrimcə Ermənistan və Azərbaycan arasında münaqişənin adında əhəmiyyətli bir düzəliş etmək kifayət qədər zəruridir. İki ölkə arasında davam edən münaqişəyə nə siyasi, nə hüquqi, nə də coğrafi baxımdan Dağlıq Qarabağ münaqişəsi demək düzgün və anlaşılan deyil. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və Ermənistan bu ərazini və Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan digər 7 ətraf rayonla birlikdə 25 ildir işğal altında saxlayır. Münaqişənin mahiyyətinə görə onu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırmaq daha doğrudur. Məhz elə bu səbəbdən münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan liderləri arasında uzun illərdir danışıqlar aparılır. Ona görə xahiş edərdim ki, bu səhv aradan qaldırılsın və ATƏT PA-nın bundan sonrakı sənədlərində münaqişə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kimi qeyd edilsin. Bu düzəliş bir çox sui-istifadələrin və siyasi manipulyasiyaların qarşısını almaq üçün də çox önəmlidir".

ATƏT PA-nın prezidenti Corc Sereteli, ATƏT PA-nın vitse-prezidenti Lord Piter Bouness və ATƏT PA-nın Baş Katibi Roberto Montello Azay Quliyevin iradı ilə razılaşdıqlarını və bundan sonrakı sənədlərdə bu düzəlişi nəzərə alacaqlarını bildiriblər. Daha sonra ATƏT PA-nın prezidenti Nazirlər Şurasının iclasında çıxışı zamanı Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi terminindən istifadə edib.

 

 

 
 
 
 
Nəşr olunub SİYASƏT

Bölgədə şiələrin hakimi olmaq və dini region ölkələrinə siyasi təzyiq alətinə çevirmək üçün müxtəlif vasitələrdən istifadə edən İranın son dövrlər Gürcüstan azərbaycanlılarını hədəf seçdiyi haqqında ciddi faktlar açıqlanmışdı. İran Borçalı mahalındakı soydaşlarımızı ələ almaq üçün onlar arasında məzhəb ayrımı salır və beləliklə, parçalanmış toplumu daha rahat şəkildə idarə etməyə cəhd edir.

Gürcüstandan olan soydaşlarımız danışır ki, İranın Qum və Məşhəd şəhərindən gələn emissarlar bölgədə siyasi şiəliyi, əslində şiəlik adı atında Xomeyniçiliyi təbliğ edirlər. Bu gün Borçalıda siyasi şiəliyin təbliği ilə bağlı dini moizələr oxunur, din öyrənmək istəyənləri Məşhədə və Quma aparırlar, onların maddi ehtiyacları qarşılanır. Vaxtilə heç kimin ağlına gəlməyən məzhəb ayrılığı bu gün Borçalını ələ keçirib. Bu işi əsasən İranın Gürcüstandakı səfirliyi və emissarlar həyata keçirirlər. Məscidlərdə əsasən İrandan gələn dini ədəbiyyat paylanır. (İran hədəfinə çatır: Gürcüstan azərbaycanlıları arasında MƏZHƏB QARŞIDURMASI).

İran qaranlıq fəaliyyəti ilə seçilən Mirtağı Əsədovu Borçalıda “yeni şeyx” seçib və bu gün ondan soydaşlarımızın üzərində təsir rıçağı olaraq istifadə edir. Əsas hədəf məhz burada “dini kanton” yaratmaq və region ölkələrinə, xüsusilə Azərbaycana qarşı silah olaraq istifadə etməkdir. (İranın Borçalıda dini kanton yaratmaq planı və ayətullahların “yeni şeyxi”).

Turkustan.info bildirir ki, Publika.az hazırda Borçalıdakı dini vəziyyət və İranın təsir imkanları haqqında yerli mənbələrdən yeni məlumatlar əldə edib.

Bu gün İranın bölgədə “şeyx” təyin etdiyi Mirtağı Əsədovun ətrafına 500-dən çox soydaşımızı toplayıb.

İrana bağlı bu qrupun əsas mərkəzi İmam Əli və İmam Hüseyn adına məscidlərdir. Bu isə Marneulidə mövcud olan cəmi 4 məscidin ikisinin İranın təsirində olduğu deməkdir.

Mirtağı Əsədovu “şeyx” olaraq qəbul edən tərəfdarları əsasən gənclərdən ibarətdir. Hər cümə günü İmam Əli və İmam Hüseyn məscidinə 500-dən artıq dindar toplaşır. Onlar Mirtağı Əsədovun ətrafındakı fəallardır.

Yerli mənbələr danışır ki, İranın Gürcüstandakı səfiri də mütəmadi olaraq İmam Əli məscidində keçirilən dini mərasimlərə qatılır, dini moizələr oxuyaraq, siyasi təbliğat aparır.

“Marneulidə əhalinin 70 faizi şiələrdir. İran bu amildən istifadə edərək, moizəçilərini əsasən bu rayona göndərir. Vaxtilə rayonda təhsilin keyfiyyəti aşağı düşdü, gənclərimizin savadsızlığı artdı, nəticədə din amili önə çıxdı. İran bu vəziyyətdən istifadə edərək, bölgəyə girdi. Gənclərimizi Quma, Məşhədə dini təhsil almağa apardı, böyük maliyyə vəsaitləri alaraq, burada dini təsir gücü əldə etdi”, – Marneulinin yaşlı sakinləri danışır.

Mirtağı Əsədov da həmin vaxt İrana dini təhsil almağa gedənlərdəndir. Yerli mənbələrin məlumatına görə, əvvəlcə M.Əsədovun qardaşı İrana dini təhsil almağa gedib.

“Əsədovun qardaşı Qumda dini təhsil alandan sonra orada qaldı, əvvəlcə qardaşını, sonra da rayondakı gəncləri ora oxumağa apardı. Bu gün Əsədovun qardaşı İranda elmlər namizədidir və böyük biznesi var. Marneulidə Mirtağı Əsədov və tərəfdarlarını da o maliyyələşdirir”, – əldə etdiyimiz məlumatda bildirilir.

Ən təhlükəli məqamlardan biri isə Borçalıda İranın təsir dairəsinə daxil olan dindar soydaşlarımızın Azərbaycana qarşı düşmən mövqe sərgiləməsidir.

Yerli sakinlər danışır ki, bu dindarlar üçün Azərbaycan məfhumu yoxa çıxıb, onlar İrana böyük simpatiya bəsləyirlər.

Hətta Bakıda ictimai asayişi pozduğuna görə 30 sutka həbs cəzası alan Mirtağı Əsədovun azad edilməsi üçün Gürcüstanda Azərbaycan səfirliyinin önündə piket keçirməyə də hazırlaşırlarmış.

Qeyd edək ki, M.Əsədov həbsdən azad olunub, o, artıq Gürcüstana qayıdıb. Feysbukda “Gundelik Gurcustan” səhifəsində müsahibəsində yaxın günlərdə media-konfrans keçirməyə hazırlaşdığını açıqlayıb.

M.Əsədov məlum müsahibəsində “Azərbaycanın daxili işlərinə qarışmırıq” deyə bildirsə də, Borçalıda onların nəzarətində olan İmam Əli və İmam Hüseyn məscidlərində Nardaran hadisələrinin yad olunduğu və Azərbaycan dövlətinə qarşı çağırışların edildiyi haqqında məlumatlar var.

Proseslərin inkişafı İranın Borçalıda təsir dairəsinə saldığı soydaşlarımızdan Azərbaycana qarşı gələcək planlarda istifadə edə biləcəyini göstərir.

Nəşr olunub CƏMİYYƏT

Bakı. Elçin Mehdiyev - Trend:

Dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin həm Ermənistan, həm də Azərbaycan tərəfindən qeydə aldığı əsir və girovların "hamının-hamıya" prinsipi əsasında azad edilməsinə dair Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsü Büro üzvlərinin diqqqətinə çatdırıb:

“Azərbaycanın bu təşəbbüsü çox humanist bir yanaşmadır və bu təşəbbüsün ATƏT PA tərəfindən dəstəklənməsi üçün kifayət qədər əsaslar var. Təşəbbüsün reallaşması münaqişə tərəfləri arasında müəyyən bir etimad mühitini yaratmaq və sülh danışıqlarında müsbət irəliləyişə nail olmaq üçün müsbət rol oynaya bilər. Hesab edirəm ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanın göstərdiyi xoş məramı düzgün qiymətləndirməlidir və danışıqlar üçün yaxşı şərait yarada biləcək bu nadir şansı qaçırmamalıdır. Buna görə Prezident Seretelini və Büro üzvlərini bu təşəbbüsü dəstəkləməyə və məsələni Assambleyanın əsas siyasi gündəmində saxlamağa çağırıram”.

Azay Quliyev həmçinin xatırladıb ki, 4 ildir qanunsuz olaraq girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasına kömək etmək məqsədilə Parlament Assambleyasının Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə Komitəsinin sədri xanım Marqareta Kiner Nellenə rəsmi məktubla müraciət edib və məsələyə insan hüquqlarının kobud şəkildə pozulması prizmasından qiymət verməyi xahiş edib.

ATƏT PA-nın prezidenti Georgi Sereteli Azərbaycanın bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağını qeyd edib.

Nəşr olunub SİYASƏT

Tanınmış jurnalist, Azinforum.az saytının təsisçisi Məhəmmədəli Qəribli öz facebook səhifəsində Naxçıvan həqiqətlərini əks etdirən maraqlı bir status paylaşıb. Muxtar Respublikanın Gömrük Komitəsinin sabiq sədri Asəf Məmmədov və  MR MTN-in sabiq naziri Vəli Ələsgərov cütlüyünün bu gün də təhdid, təhqir yoluyla sürdürdükləri mənəvi terrordan bəhs edən statusu Ovqat.com oxucuların diqqətinə çatdırıb.

“Bir neçə gündür ki, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sabiq sədri, general Asəf Məmmədovla bağlı yayılan xəbərləri və həmin informasiyalara verilən reaksiyaları izləyirəm. Bir qrup şəxs öz adları ilə Asəf Məmmədovun xeyrinə əsl “trolluq” edir. Asəf Məmmədovun işdən qovulmasının səbəbləri ilə bağlı paylaşılan informasiyaların altında təhdid, hədə və təhqir dolu şərhlər yazırlar. Hətta belə iddialar da səsləndirirlər ki, jurnalistlər bu məsələyə qarışıb, nəsə yazması doğru deyil. Diqqətimi daha çox Babayev soyadlı şəxslərin xüsusi canfəşanlığı çəkdi.

 

Qeyd edim ki, Asəf müəllimin soyadı Məmmədov olsa da, o, Babayevlərlə eyni tayfadandır. Sadəcə, onu nənəsi böyütdüyü üçün, soyadı başqadır. İlkin gümanım budur ki, “trolluğu” edənlər yad adamlar deyil, Asəf müəllimin öz doğmalarıdır. O doğmaları ki, istefaya göndərilən müəllimin vəzifədə olduğu onilliklər boyu Gömrükdə və onun ətrafında “at oynadıblar”.

Bir neçə il bundan əvvəl, məhz bu Babayevlərin təhdidi ilə mən də üzləşmişəm. Həmin hadisə Asəf Məmmədovun yaxın dostu olan Naxçıvan MR MTN-in sabiq naziri Vəli Ələsgərovun vəzifədə olduğu dönəmə təsadüf edir.

Yadınızdadırsa, Türkiyədə FETO əməliyyatı aparılanda Sədərək Gömrüyünün Mirməhəmməd adlı rəisi də qonşu ölkədə saxlanılmışdı. Mövzu nəinki Azərbaycan, hətta bütün dünya mətbuatının diqqət mərkəzindəydi. Təbiidir ki, həmin səsli-külyli işlə bağlı mediada Asəf Məmmədovun da adı hallandırılırdı. Çünki Asəf Məmmədov Sədərək Gömrüyünün rəisinə bilavasitə nəzarət funksiyasını həyata keçirirdi. Asəf Məmmədovun dostu olan sabiq MTN rəhbəri Vəli general dostuna xoş gəlmək üçün bu istiqamətdə güya araşdırma aparmaq qərarına gəlmişdi.

Vəli Bakıda olan bir jurnalist dostu vasitəsilə güya “dəqiqləşdirmişdi” ki, Asəflə bağlı informasiyaları mətbuata mən ötürürəm. Başı eyş-işrətə qarışan Asəf müəllimin də, təbiidir ki, informasiyanı analiz etmək kimi qabiliyyəti yox idi. Bu səbəbdən də Vəliyə tez inanmışdı. Onun Vüqar Babayev adlı bir qohumu (Gömrükdə işləyirdi-M.Q) avtomobilini minib bir-bir mənim yaxın qohumlarımın evinə sürmüşdü. Onları çox pis formada hədələməyə başlamışdı. Həmin bu Vüqar Babayevi mən uşaqlığından tanıyıram. Rəhmətlik “çayçı Mazanın” oğludur.

Şərurda onun atasını tanımayan yoxdur. Çox zəhmətkeş və mehriban şəxs olan Mazan əmi Şərurun mərkəzində çayxana işlədirdi. Həmin bu Vüqar da uşaq vaxtından orda çay satırdı, yəni atasına kömək edirdi. Mənə Asəfin adından Vüqarın hədələrini gömrükdə işləyən Orxan adlı bir uzaq qohumum vasitəsilə çatdırdılar. Orxan Həsənov Ali Məhkəmənin sabiq rəhbəri Südabə Həsənovanın qardaşı oğludur. Düzü, Mazan əminin oğlunun bu qədər böyüdüyünə inanmağım gəlmədi. Amma sonra təhdidlərin miqyasının genişləndiyini görəndə, baş verənlərə tam inandım və ciddiyə almağa başladım.

Təhdidin də məğzi bu idi ki, Vəli Ələsgərov mənə Naxçıvana gəlməyi qeyri-rəsmi olaraq qadağan edirdi. Təbiidir ki, Asəfin sifarişi ilə. Vəlinin necə harın və “bespredel” adam olduğunu bildiyim üçün, bir neçə il Naxçıvanda xeyrə-şərə gedə bilmədim. Bununla bağlı hətta “Mən Naxçıvana niyə gedə bilmirdim?” başlıqlı müəllif yazısı da yazmışam. Həmin yazı bir çox KİV-lər tərəfindən tirajlanıb. İndi anlaya bilmirəm, yəni Asəf müəllimin Babayev soyadlı qohumları generalın reabilitasiyasına bu qədər inanırlar ki, köhnə hegemonluqlarını davam etdirirlər?

Sözardı: Yazıda bəhs olunan Babayevlər və Asəf Məmmədovla mənim də qohumluq əlaqələrim mövcuddur”.

 

 

Nəşr olunub SİYASƏT

Reytinq