Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 14 Mart 2018

Dünyanın ən dahi fiziki Stiven Hokinq 76 yaşında dünyasını dəyişdi. Ailəsi tərəfindən verilən açıqlamada fizikin evində səhərə yaxın vəfat etdiyi bildirilib.

Ötən Yeni İl bayramında BBC-yə verdiyi müsahibəsində Stiven Hokinq 75 yaşına qədər yaşamağı düşünmədiyini, bu qədər yaşadığı üçün özünü şanslı hiss etdiyini demişdi.

Stiven öz kəşfləri, gördüyü işləri ilə dünyada haqqında ən çox danışılan dahidir. Onun kitabları 40 dilə çevrilib və rekord sayda satılıb.

Hələ 21 yaşında olarkən uzun sürən xəstəlik ucbatından iflic olan dahi dünyada müzakirələrə səbəb olan fikirləri, nəzəriyyələri, dünya fizika tarixinə möhürünü vuran şəxsdir. Xüsusən də kosmosla bağlı kəşfləri inanılmazdır.

Qeyd edək ki, Hokinq 8 yanvar 1942-ci ildə anadan olub. Hələ 8 yaşında ikən Londondan 20 mil uzaqda yerləşən məşhur St.Albans məktəbinə gedib.

Məktəbdən məzun olduqdan sonra atasının oxuduğu Oksford Universteti kollecinə daxil olub. Atası israrla onun həkim olmasını istəsə də, Hokinq daha çox riyaziyyata maraq göstərirdi.

1985-ci ildə səsini tamam itirdiyi üçün əlil arabasında gəzməyə başlayıb və yazıları səsə çevirə bilən kompyüter sayəsində insanlarla ünsiyyət qura bilirdi. Danışmaq istədiyi anda əlindəki elektron aləti sıxır, əlil arabasındakı kompyüterə dəqiqədə 10 söz yazmağı bacarırdı.

Dahinin şəxsi həyatı da bir müddət gündəmdən düşməyib. O, 1965-ci ildə Jane Vilde ilə evlənir. Toy günü əsa ilə ayaqda güclə dayanan Hokinq bu evliliyi onun həyatında bir dönüm nöqtəsi olduğunu demişdi. Cütlüyün bir-birinin ardınca 3 uşağı olur.

Lakin getdikcə Hokinqin şöhrətinin artması, ailəsinə az vaxt ayırması, xüsusən də bacısı ilə gizli eşq yaşaması cütlük arasında narazılıqlara gətirib çıxarır. Nəticədə arvadı onun bacısı Elaine Mason ilə yaşadığı macəra üzündən 1995-ci ildə boşanır. Stiven boşanmanın ardınca elə Elaine Mason ilə evlənir.

Lakin bu evlilik cəmi 11 il sürür. Mətbuatda yayılan  dedi-qodulara görə Elaine dahi fizikə qarşı dəfələrlə zorakılıq göstərib, ona mənəvi əzablar verib. Lakin Stiven bütün bu söz-söhbətlər qarşısında susurdu. 2006-cı ildə cütlük səssizcə boşanır. (Xalidə Gəray, Musavat.com)

 

Nəşr olunub CƏMİYYƏT
Çərşənbə, 14 Mart 2018 16:59

"Real TV" yayıma başlayır - VİDEO

Sabahdan etibarən “Real” TV peyk yayımına başlayacaq.

Sözügedən kanalın “Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

“Real” TV-nin baş direktoru Mirşahin Ağayevdir.

Nəşr olunub CƏMİYYƏT

“Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür”.

“Report” xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə parlament sədri Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib.

“Nizami Gəncəvi 13-cü əsrdə yaşamış dahi şəxsiyyətdir, Azərbaycan türküdür. Hər nə qədər bəziləri ona sahib çıxmaq istəsə də, gerçək budur ki, Nizami Gəncəvi Gəncədə doğulub, Gəncədə yaşayıb və Gəncədə vəfat edib. Onun “Xəmsə”si bu gün dünya elm adamlarına, şairlərinə bir nümunədir. Belə bir dahi şəxsin adına beynəlxalq tədbirin təşkil olunmasını alqışlayıram. Ona görə də bu tədbirdə iştirak etmək istədim”, - deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, B.Yıldırım VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Forum Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilir.

Nəşr olunub MƏDƏNİYYƏT

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş naziri Binəli Yıldırım ilə görüşüb.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 (Yenicag.az)

Nəşr olunub RƏSMİ XRONİKA

"Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, Suriyanın ərazi bütövlüyü həm Türkiyə, həm də Rusiya üçün önəmlidir: "Məqsədimiz Suriyanın Afrin bölgəsindən terrorçuların çıxarılmasıdır. YPG-yə ABŞ-ın silah yardımı etməsi qəbuledilməzdir”.

M. Çavuşoğli ölkəsinin ABŞ-la münasibətlərinə və dövlət katibi Reks Tillersonun vəzifəsindən uzaqlaşdırılmasına da münasibət bildirib: "Türkiyə ilə ABŞ arasındakı münasibətlər çətin dövrünü yaşayır. Lakin bütün bunlara baxmayaraq, biz ABŞ-la dialoqu davam etdiririk. Bizim üçün fərqi yoxdur ABŞ dövlət katibi vəzifəsini kim tutacaq. Biz ABŞ-la əməkdaşlığı davam etdirmək marağındayıq”.

Nəşr olunub DÜNYA

Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram.

Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin: Müşahidə Şurasının sədri Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Müşahidə Şurasının üzvləri Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seyidov Mirhəsən Mirheydər oğlu -"İrəli” İctimai Birliyinin sədri Hümbətov İlham Gürşad oğlu - "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini. (İnterpress.az)

Nəşr olunub SİYASƏT

Bakıda özünü eyvandan ataraq intihar etdiyi deyilən Susanna Şərifovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bu barədə AzNews.az-a şairə Simuzər Baxşıyeva (Nüsrətbəyli) bildirib. O, gəlininin intiharı ilə bağlı gedən məhkəmə prosesinə əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarovanın qarşı tərəfə dəstək verdiyini açıqlayıb:

“Mehriban Xanlarova Susannanın ailəsinə dəstək verir. Ancaq Mehriban bilsin ki, Allah onun cəzasını verəcək. Mənim iki körpəmin ahı Mehriban Xanlarova və onun balalarını tutacaq. Mehriban bütün günü Susannanın ailəsini ora-bura çəkir. Səviyyəsiz insandır. Mən onları ATV-də gördüm. Bütün bu işlərin hamısını Mehriban edir. Mən xalq artisti, millət vəkili Zeynəb Xanlarovaya məktub yazacam. Həm də teleqram vurub deyəcəm ki, çox təəssüf edirəm ki, sizin kimi ziyalı bir xanımın belə şərəfsiz, səviyyəsiz, çındır qardaşı qızı var. O, sizin familiyanızı daşıyır. Zeynəb xanım yerini bilən xanımdır. Mehriban neyləyəcək? Özü yanacaq. Allah onu necə cəzalandırdı... gərək özü yanaydı, amma körpəsi yandı. Mənim balarımın ahı tutub onu”.

Tanınmış şairədən Zeynəb Xanlarovaya mesaj: “Şərəfsiz, səviyyəsiz, “cındır...”



Simuzər Baxşıyeva qeyd edib ki, o, nəvələrini Susannanın ailəsi ilə görüşməyə icazə vermir: “Ona uşaq göstərmərəm. Aparıb uşağı tualetə, atasının əlehinə danışdırıb və sonra həmin videonu aparıb prokurorluğa verib. Onların planları olub. Sən demə, məni öldürüb, oğlumu da həbs etdirib evimizə sahib olmaq istəyiblər. Mən bunu hadisədən sonra bilmişəm. Allahım buna yol verməyib”.

Qeyd edək ki, ötən ilin may ayında Bakı şəhəri, Nəsimi rayon sakini Sussana Şərifova yaşadığı binadan özünü ataraq intihar edib. Məsələ ilə bağlı Susana Şərifovanın anası, Lənkəran rayon sakini olan Şərifova Olqa Alekseyevna iddia edib ki, qızı əslində intihar etməyib, öldürülüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. S.Şərifovanın həyat yoldaşı Əbülfəz Baxşıyev şübhəli şəxs qismində tutulub. (İnterpress.az)
Nəşr olunub CƏMİYYƏT

Reytinq