Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 16 Mart 2018

Milliyyətçi Gənclər Təşkilatının İdarə Heyətinin Sədrliyini icra edən Müşviq Vəliyevin 3 illik səlahiyyət müddəti bitdiyi üçün 11 Mart 2018 tarixində MGT-nin qurultayı keçirildi. Bununla bağlı aşağıdakı məsələləri diqqətinizə çatdırırıq:

- Müşviq Vəliyev estafetin daha gənc kadrlara ötürülməsi baxımından öncəki seçkidə də bəyan etdiyi kimi növbəti dönəm İdarə Heyəti Sədrliyinə namizədliyini vermədi və bundan sonra təşkilatın İdeoloji şöbəsinin əməkdaşı olmaqla bərabər, əsas olaraq fəaliyyətini 2015-ci ildə yaradılmış "Milliyyətçi Hərəkat təşəbbüs qrupu"-da aktiv şəkildə davam etdirəcək.

- İdarə Heyəti üzvləri nizamnaməyə əsasən İH Sədrliyinə namizədlik tələblərinə uyğun gələn şəxslər arasından İskəndər bəy Osmanlının namizədliyi üzərində duraraq qurultaya təqdim etmək qərarına gəldi.

- Qurultay zamanı keçirilən etimad səsverməsinin nəticəsi olaraq da İskəndər bəy Osmanlı təşkilat üzvlərinin etimadını alaraq növbəti dönəm üçün MGT İdarə Heyəti Sədri seçildi.

Beləliklə, növbəti dönəm üçün MGT İdarə Heyətinin tərkibi aşağıdakı kimi formalaşdı:

İskəndər Osmanlı - İH Sədri
Mərdan Orucoğlu - Xarici əlaqələr şöbəsi
Toğrul Əmiraslanlı - Təbliğat/təşviqat şöbəsi
Coşqun Əliyev - Maarif şöbəsi
Zakir Kərimli - İdeoloji şöbə


Sonda yeni İH komandası Azərbaycan Respublikası və MGT bayraqlarına and içərək fəaliyyətlərinə başlayıblar.

MGT Qurultayda yeni dönəm seçkilərini keçirdi

MGT Qurultayda yeni dönəm seçkilərini keçirdi

MGT Qurultayda yeni dönəm seçkilərini keçirdi

MGT Qurultayda yeni dönəm seçkilərini keçirdi

MGT Qurultayda yeni dönəm seçkilərini keçirdi


 
Boyukmillet.com
Nəşr olunub CƏMİYYƏT

“Demək istəyirlər ki, baxın, biz bura sığınsaq da, belə dəbdəbə içində yaşayırıq”

Samir Adıgözəlli: “Kiminsə bahalı avtomobilində oturub, paylaşım edib, ölkənin dəyərlərini, simvollarını söymək onlara nə verə bilər?”

Müxtəlif yalançı səbəbləri əsas gətirərək, xarici ölkələrə sığınmış və son zamanlar tərbiyəsiz hərəkətləri ilə gündəmə gələn bəzi azsaylı mühacirlərin qınanması prosesi davam edir. Əsasən də ölkənin mənəvi dəyərləri və simvollarını təhqir edən həmin yaramazlara qarşı ciddi müqavimət və ictimai qınaq mövcuddur.

Onların davranışlarında da müxtəlif təəccüblü jestlər nəzərə çarpır. Məsələn, həmin söyüş makinalarından biri son videomüraciətində Ermənistan mətbuatının onunla bağlı mövzunu gündəmdə saxladığını xüsusi fəxarətlə vurğulayırdı. Həmin adamlar xüsusilə də sığınacaq aldıqları ölkələrin bahalı, təmtəraqlı həyat tərzini də təbliğ etməkdə maraqlı görünürlər. Onların kiminsə bahalı avtomobilində və ya dəbdəbəli restoranda oturub, paylaşım edib, Azərbaycandakı problemlərdən danışması da diqqətdən yayınmır. Prezidentin köməkçisi Əli Həsənov da sosial şəbəkələr vasitəsilə öz profilindən paylaşdığı yazıda məhz bu məqamlara toxunur: “Bu və ya digər səbəblərdən Vətəndən uzaq düşmüş çoxsaylı həmvətənlərimizin əksəriyyəti keçmiş illərdə və günümüzdə bəhs olunan müsbət ənənəni yaşatsa da, təəssüf ki, heç də hamı haqqında eyni fikirləri söyləmək mümkün deyil. Bəzən bu və ya digər yüksək postu tutmaq müqabilində deyil, sadəcə, “komfortlu iaşə obyektindən istifadə imkanı” qazandığına görə milli ideallarımıza xəyanət yolu tutan və milli maraqlarımıza qarşı çıxanlar da tapılır".

Ə.Həsənov sual edir: "Daha komfortlu iaşə obyektlərindən istifadəni reklam etmək, bu və ya digər kuluarlarda, kulislərdə görünmək, doğrudanmı insanları Qərb dəyərlərinin, liberalizmin, müasirliyin simvoluna çevirir? Özünü Qərb dəyərlərinin daşıyıcısı olduğuna inandırmaq milli idealları, dəyərləri, dövlətçiliyi, milli savaşı inkar etməyə əsas verirmi? Komfortlu iaşə obyektlərinin üzərinə şüarlar yazıb, şəkil yapışdırmaq, sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə insanı azadlıq mücahidinə çevirirmi?”

Son vaxtlar sosial şəbəkələrdə ölkəmizin dəyərlərini, simvollarını təhqir edənlərlə aktiv mübarizə aparan və buna görə onların qəzəbinə tuş gələn Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli Bakı xəbər qəzetinə açıqlamasında bildirdi ki, həmin kateqoriya adamların hər bir danışığı, davranışı, oturuşu və duruşu qüsurludur: “Mən xaricdə yaşayan soydaşlarımızla tez-tez canlı ünsiyyətdə oluram. Bizim işimiz elədir ki, ilin çox gününü Vətəndən uzaqda oluruq. Müxtəlif səbəblərdən xaricdə yaşayanlar sırasında çoxsaylı müxalif mövqeli adamlarla da təmasda olmuşam. Mən son bir necə ay ərzində meydana çıxan bu tip tərbiyədən uzaq adamlarla ilk dəfədir rastlaşıram. Onların layiqli cavabını aktiv şəkildə verənlərdən biri də mənəm. Amma onlar buna dözümlülük göstərmirlər. Səhifələrində hətta elementar tənqidi fikir yazanları belə bloklayırlar. Təzada baxın. Özləri ölkənin dəyərlərini, simviollarını təhqir edir, ancaq başqalarının tənqidini belə qəbul etmək istəmirlər. Deyirlər ki, hakimiyyət sosial şəbəkələrdə  trollardan istifadə edir. Mənim bir profilim var və öz adımla yazıram. Görün onlar buna görə öz səhifələrində məni hansı formada təhqir edirlər? Bunları deməkdə məqsədim budur ki, həmin kateqoriya adamlarda heç bir əxlaqi kriteriyalar qalmayıb. Bəli, mən Əli Həsənovun fikirləri ilə tam razıyam. Onlarda guya bahalı olan həyat tərzi ilə imitasiya etmək meylləri də var və bunu açıq nümayiş etdirirlər. Kiminsə bahalı avtomobilində oturub, paylaşım edib, ölkənin dəyərlərini, simvollarını söymək onlara nə verə bilər? Aydındır ki, məqsədləri var. Yəni özlərinə daha çox adam qoşmaq istəyirlər. Demək istəyirlər ki, baxın, biz bura sığınsaq da, belə dəbdəbə içində yaşayırıq. Əslində isə belə deyil. Onların necə yaşadığını mən hamıdan gözəl bilirəm”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

Reytinq