Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 27 Mart 2018

“Türkiyə və təhlükəsizlik” konfransında çıxış edən Baş Qərargah rəisi Hulusi Akar Suriyanın Afrin bölgəsində gerçəkləşdirilən “Zeytun budağı” hərəkatının maraqlı detallarını bölüşüb.

H.Akar konfransda 2015-ci ildə Diyabəkir şəhərinin mərkəzi nöqtələrindən birində PKK terror təşkilatına qarşı aparılan hərəkatı xatırladıb. O həmin hərəkat zamanı dinc sakinlərə göstərilən həssaslıqdan danışıb. Akar bir uşaq səsinin eşidilməsi ilə “Sur” hərəkatının 15 gün təxirə salındığını bildirib: “Bir çavuş “Sur”dakı bölüyün komandirinə “bir uşaq səsi eşitdim, burada bir ailə ola bilər” deyib. O anda atəş açıb bölgəni yerlə bir etmək olardı. Acaq o uşaq səsi hərəkatı 15 gün ləngitdi”.

Baş Qərargah rəisi “mehmetçik”in eyni həssaslığı Afrində “Zeytun budağı” hərəkatı zamanı sərgilədiyini də qeyd edib: “Afrin hərəkatı 2000 kilometrlik sahəni əhatə edirdi. Orada terrorçuların mülki geyim geyindiyinin də şahidi olduq. Mülki geyimdə ölən terrorçuların fotolarını çəkib “dinc sakinlər öldürülür” başlığı ilə paylaşırdılar. Ancaq biz dinc sakinlərə zərər dəyməməsi üçün diqqətlə işləyirdik. Əlavə olaraq, Afrinin boşaldılması əsnasında bəzi terrorçuların qaçma ehtimalına görə dinc sakinləri vurmamaq üçün bir hərəkat tətbiq etdik. Şəhərdə 3 mərtəbəli bir binanın 1-ci mərtəbəsində terrorçuların qaldığına dair bilgi əldə etdik. Həmin binanın 2-ci mərtəbəsi PKK-nın mərkəz yeri idi. Ancaq 3-cü mərtəbədə 12 övladı olan bir ailə yaşayırdı. Onlara görə binanı vura bilmədik. Əməliyyatları başqa metodlarla davam etdirdik”.

H.Akar bu ana qədər 130 000-dən çox suriyalının Fərat Qalxanı bölgəsindəki evlərinə yerləşdiklərini açıqlayıb.

“Afrinə geri qayıdış başlayıb. Bu qayıdışların sürətli və təhlükəsiz şəkildə olması üçün işlər görürük. Əməliyyatlar isə davam edir”,- Baş Qərargah rəisi bildirib. (Virtualaz.org, Musavat.com)

 
Nəşr olunub DÜNYA

“Müstəqilliyimizin əldə edilməsi xalqımızın  əhval-ruhiyyəsinə çox müsbət təsir etdi. Biz illərdir ki, müstəqilliyə möhtac idik”. 

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev 1991-ci ildə müstəqillik elan olunan günün səhəri yaşananlara münasibət bildirərkən deyib.

Yaşar Əliyev həmin günləri çox yaxşı xatırladığını da dilə gətirib.

“Hər birimiz azadlığa çıxacağımız günü səbirsizliklə gözləyirdik. O zaman millət fədailəri bunun üçün çalışırdı. İndi isə düz 25 ildir ki, dövlət, xalq olaraq müstəqilik. Həmin vaxt mərhum Heydər Əliyevlə müstəqilliklə bağlı söhbətlərimiz olurdu.  Hər birimiz buna sevinirdik. Xalqın  gözündə sevinc var idi”.

Yaşar Əliyev Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirib. Keçmiş Semaşko (indiki Musa Nağıyev - red.)  adına xəstəxanada uzun müddət baş həkim işləyib.

Sonralar Milli Məclisin keçmiş sədr müavini Yaşar Əliyev iki çağırış deputat olub. O, Azərbaycan-İran iqtisadi komissiyasında sədr, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında Azərbaycan  nümayəndə heyətinin rəhbəri olub.

Daha sonra 10 il Azərbaycanın Çindəki səfiri  postunda çalışıb. 

2011-ci il avqustun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Çin Xalq Respublikasınıdakı səfiri vəzifəsindən geri çağırılıb. Hazırda Prezident təqaüdçüsüdür.

Yaşar Əliyevin YAP-ın yaradılmasında böyük xidməti olub.

O, yeganə deputat olub ki, parlamentdəki mandatını mərhum Heydər Əliyevə təklif edib.


(Namidə BİNGÖL, Modern.az)

 

Nəşr olunub SİYASƏT
Çərşənbə, 28 Mart 2018 02:33

Hara gedirsən, Azərbaycan futbolu?

Futbolun vətəni İngiltərədirsə, Azərbaycan da onun məzarıdır. İngilislər də 20 komandalı çempionata Premyer Liqa deyir, biz də. Halbuki bu yaxınlarda haqqın rəhmətinə qovuşan məşhur ingilis fizik-nəzəriyyəçisi Stiven Hokinqin vətənindəki liqaların sayı, bizim Premyer Liqadakı klubların sayından çoxdur. Əslində bizimki Premyer yox, PremYERSİZ, yəni mənasız Liqadır.

Onlarda futbol mədəniyyəti var, bizdəkini isə mədə niyyətində olanlar idarə edir. Təsəvvür edin, mövsümün ortasında “Arsenal”ın prezidenti istefa verir və eyni gündə də “Liverpul”a rəhbər təyin olunsa, necə olar? İngiltərə kraliçası II Yelizavetanın canına and olsun Britaniyada aləm bir-birinə dəyər. Azarkeşlər ayağa qalxar, yer-yerindən oynayar.

Amma bizdə… Kamran Quliyevin “Sumqayıt”ın prezidenti postundan ayrılıb, “Neftçi”də eyni vəzifəyə təyin olması ciddi rezonans doğurmadı. Heç futbola nəzarət edənlər demədilər ki, ay bala, “where are you going?”

Niyə? Çünki bu təyinat AFFA-nın baş katibi Elxan Məmmədovun planı idi. Qapıbir qonşusunu 10 minlik maaş aldığı klubdan, ikiqat artıq məvacib alacağı “Neftçi”yə gətirdi. Ki, otur burda neftdən gələn pulları ye, mənim də faizimi unutma.

Bu kimi planlarla məhv etdilər Azərbaycan futbolunu. Sponsorlar qaçdı, klublar dağıldı. Şəxsi intiraqalara görə, Azərbaycan futbolunun bəzəyi olan “Xəzər Lənkəran”ı məhv etdilər. Hələ də yetirmələri Premyer Liqa klublarında top qovan, vaxtı ilə at oynadan “Bakı”nın avtobusunda isə indi paytaxtımıza gələn ərəb turistlər daşınır.

Hələ mən dəfələrlə birinci divizionda çempion olub, Premyer Liqa üzünə həsrət qalan bölgə klublarından danışmıram. Danışmıram ki, Tovuz kimi futbol məbədi sayılan bölgənin klubunun əvəzinə, “Səbail” Premyer Liqaya necə gəldi? Ümumiyyətlə, ölkə futboluna heç bir fayda verməyən klubu yaradıb, aşağı yaş qrupundakı uşaqları “”Qarabağ” sən kimsən, bizə qalib gələsən?” deyə, qışqırtmağa məcbur idilərmi? Neyləyək, qardaş, gözləri doymur da… Bəzi oliqarx balaları saxladıqları müğənnidən, gəzdiyi lüks avtomobildən bəh-bəhlə danışdığı kimi, bunlar da bir “kruqa” düşəndə klublarından söz açırlar.

İndi gəl sən bu ölkə futbolunu sev, yağışda, boranda çempionat oyununa get. Sonra da deyirlər ki, stadiona azarkeş gəlmir. Futbolu öz əlində oyuncağa çevirənlərin çempionatına niyə maraq olsun ki? Düşünün, Premyer Liqanın son turunda keçirilən 4 oyun zamanı ümumilikdə 6700 azarkeş qeydə alınıb. Onların 4 mini də Azərbaycan derbisi sayılan “Neftçi” və “Qarabağ” arasında keçirilən matçın payına düşür. Onu da unutmayaq ki, AFFA nümayəndələri azarkeşlərin sayını hesablayan zaman, matçın mühafizəsini təşkil edən polisləri də, oyunu işıqlandıran jurnalistləri də haqq-hesaba qatır.

4 oyuna gələn 6700 azarkeş bilirsiz nə deməkdir? Bu, heç Türkiyənin həvəskarlar liqasında keçirilən “Artvin Hopaspor” – “Kars 36” komandalarının oyununu izləyən fanatların yarısı belə deyil. Təsəvvür edin, qardaş ölkədə keçirilən həvəskarların qarşılaşmasını 15 min azarkeş izləyib. Niyə? Çünki onlar futbolu sevirlər, onlarda “Qalatasaray”ın prezidentini gətirib, “Fənərbaxça”ya təyin etmirlər. Klubları federasiya maliyyələşdirmir. Ona görə də, tribunada boş yer olmadığından, matçı yaxınlıqdakı binaların damına çıxıb izləyirlər.

(Emin Səfərov, Yenicag.az)

Nəşr olunub İDMAN

Ukrayna prezidenti Pyotr Poroşenkonun Saakaşvili və Nadejda Savçenkonun Ukraynada dövlət çevrilişi hazırlamaq istəmələri ilə bağlı iddialarına Mixail Saakaşvili cavab verib.

Eks-prezident Poroşenkonu şərəf və ləyaqəti olmayan yalançı adlandırıb.

"Əvvəlcə mən məhkəmədə müdafiə olunacağam, növbəti il isə məhkəmədə Poroşenkoya qarşı şahid olacağam. Mən artıq tarix kitablarındayam, o isə kriminal və məhkəmə xronikalarına düşəcək" - deyə o, Feysbuk səhifəsində bildirib. (Musavat.com, Axar.az)

 
Nəşr olunub DÜNYA

Martın 23-də Masallı rayonunun Qızlavar kəndi ərazisindən kənd sakini Ağəddin Ağayevin qol və qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlərlə A.Ağayevi odlu silahdan açdığı atəşlə yaralayıb hadisə yerini tərk edənin Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev olması və onun Bakı şəhərinə gedərək orada gizlənməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əliyevin paytaxtın N.Nərimanov rayonu ərazisində gizləndiyi müəyyən olunub və yaxalanarkən o, polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib.

Polis əməkdaşları xidməti silahdan istifadə edərək Z.Əliyevi məhv ediblər. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança və 3 ədəd patron, mənzildən isə 2 ədəd qumbara və 5 ədəd gilz aşkar edilərək götürülüb. (yenicag.az)

Nəşr olunub HADİSƏ

Keçmiş rusiyalı casus Sergey Skripal və qızı Yuliyanın İngiltərədə zəhərlənməsindən sonra Qərb dövlətləri Rusiyaya qarşı sərt cavab tədbirləri görməyə başlayıb. Artıq Rusiyanın Avropa və ABŞ-dakı diplomatlarının bu ölkələrdən çıxarılması ilə yanaşı, “Qərb bloku” öz hərbi-siyasi ritorikasını sərtləşdirən Putin Administrasiyasına qarşı alternativ mexanizmləri də işə salmağa başlayıb. Nəzərdən keçirilən variantlar arasında Rusiyanın parçalanması da var. 

ABŞ və İngiltərə kəşfiyyat strukturları artıq Rusiyanın parçalanması proyektini masaya qoyublar. 

“Dağıstan – Çeçenistan Respublikası, yaxud “Şimali Qafqaz Respublikası”, “Başqırdıstan Respublikası”, “Tatarıstan Respublikası”, “Çuvaşıstan Respublikası” xəyali Rusiya peyzajında peyda olub. Mənbələr iddia edirlər ki, “Qərb bloku” gizli yollarla Rusiyanı çökdürmək məqsədilə müdaxilə etmək üçün “mürəkkəb keçmişi olan” bu xəyali dövlətləri seçib. Moskva ətrafında saxlanılacaq “Kiçik Rusiya” dövləti istisna olmaqla, bu 4 xəyali dövlət “Təlim mühiti üçün qətiyyətli hərəkətlər” (“Decisive Action Training Environment” və ya DATE) qrupunda birləşdirilib. Qeyd edilir ki, Qərb Rusiyanı daxilindən çökdürmək üçün həmin şərti dövlətlərdə müharibəyə başlamaq ssenarilərini nəzərdən keçirir. 

(Mənsur Rəğbətoğlu, Cebhe.info)

Nəşr olunub DÜNYA
Çərşənbə, 28 Mart 2018 01:30

Onların istədiyi söyüş azadlığıdı...

Ölkə gündəmini məşğul edən məsələlərdən biri də xaricdə məskunlaşan və Azərbaycan hakimiyyətində təmsil olunanlara qarşı olmazın ifadələr işlədib, sosial şəbəkələrdə “meydan sulayan” şəxslərin ritorikası, onların ölkə siyasətinə gətirməyə cəhd etdiyi naqislikdir. Xüsusilə bu mövzu Azərbaycan Prezidentinin köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənovun Feysbuk səhifəsində reaksiyası və çağırışından sonra daha çox həssaslıq qazanıb.

 

Maraqlıdır ki, bir keçmiş həmkarımız hətta bu ritorikanın “hədəfə dəydiyini” bildirməkdən çəkinmir, dolayısı ilə söyüşlərin davamının gəlməsi üçün ortaya atılan o şəxsləri təhrik də edir. Hədəfəmi dəyib?

 

Qətiyyən elə deyil. Məsələnin mahiyyəti tamamilə başqadır və doğrusu, biz məhz bunu üzə çıxarmalı, bunu aydınlaşdırmalıyıq.

 

Ölkədən kənarda olduqları üçün özlərini tam toxunulmaz, əlçatmaz hesab edən şəxslər durub-durub da, birdən-birə ölkə rəhbərliyində təmsil olunan, ölkənin siyasətini yürüdən şəxslər haqda niyə ən ağır, Azərbaycan mentalitetində “qan düşəsi” ifadələr işlətməyə başladılar? Onları buna kim təhrik edir?

 

Məncə, ən diqqət yetiriləsi də məhz bu “təhrikçi”nin unikal hesablamalarıdır.

 

Bizim üçün həssas, toxunulmaz sayılan məqamlar, anlar var və xalqımız minillərdir bu tabulara riayət edir. Etiraf edək ki, xüsusilə Mehriban xanım Əliyevanın formalaşdırdığı “Birinci ledi” institutu xalqın milli-mənəvi dəyərlərinin, mentalitetinin qorunmasında da xüsusi həssaslıq nümayiş etdirir. Parlamentdə hər hansı etikadan kənar ifadəyə görə kimsə cəzalanırsa, efirdə hansısa bayağı, milli dəyərlərə zidd (tutaq ki, evlənmə-boşanma tipli) veriliş bağlanırsa, gözlər Mehriban xanıma dikilir: O edib!

 

Milli kimliyimizi, tariximizi yaşadan sənətə – muğam, aşıq musiqisi – ikinci nəfəsin verilməsi də Mehriban xanımın adı ilə bağlıdır. Faktiki olaraq Mehriban xanım azərbaycançılığın, milliliyin, minillərlə yaşatdığımız dəyərlərimizin, əxlaq kompleksinin ən yüksək səviyyədə qorunması və inkişafını təmin edən şəxsdir.

 

“Söyüş texnologiyası”nı düşünənlər və bunun üçün bir neçə öz əxlaqlarına uyğun vasitəçi tapanlar məhz bu dəyərləri və bu himayəçini hədəf alıblar.

 

Məqsəd nədir?
Çox incə bir nüansa diqqət edin: adam çox ağır söyüşlərlə ölkə rəhbərliyində təmsil olunan şəxslərin bir neçəsinin adını çəkəndən sonra deyir: o mənim qohumlarım, o da siz, nə edirsiniz, edin, məni susdura bilməyəcəksiniz...
Qohumlarını, doğmalarını nişan verir adam. Sanki virtual əxlaqsızlığın real həyatda gerçəkləşməsinə çalışır; sanki “mənim sözlə etdiyimi əməldə edin” demək istəyir.

 

Əlbəttə, yaxşı bilir ki, bunun üçün adını çəkdiyi şəxslərin gen-bol imkanları var. Hollandiyada yaşayıb, holland xanımla ailə qurmaqla burdakı doğmaların da əxlaq anlayışının avropalaşdırılmadığını yəqin ki, anlayırlar. Bəs, nəyi nişan verirlər? Doğmalar niyə hədəfə çıxarılır? Bu “hədəflər” sonradan hansı siyasi avantüra üçün istifadə olunacaq? Bu söyüşlərin niyə əxlaq dəyərlərinə hücumla nəticələnməsi üçün çalışırlar?

 

Dövlətin dayaqlarının sarsıdılmasına göstərilən cəhddir bu. Milli dövlətlər öz dayaqları üstündə dayanır və bu dayaqlar ilk növbədə millətin minillərlə yaşatdığı mənəvi-əxlaqi dəyərlər sistemidir. Hazırda bu sistemə virtual terror həyata keçirilir və bunu edənlər birmənalı şəkildə öz doğmalarının əxlaqlarını siyasət meydanına çıxarıblar.

 

Hesablayırlar ki, azərbaycanlı kişisinin bu sözlərə təhəmmülü olmayacaq; özlərini əmin edirlər ki, ölkənin taleyini düşünən və həll edən kişilər bu virtual əxlaq terrorunun qarşısında siyasi dözümlərini bir gün itirəcəklər. Onda isə ssenarinin ikinci hissəsi, terrorun ikinci dalğası başlayacaq – xalqın bir üzvü olan rəhbərlərin xalqın dəyərlərinə hörmət etmədiyini demək fürsətləri və xalqın hissiyatına toxunmaq imkanları olacaq.

 

Digər, daha təhlükəli və qorxulu məqam yenə də azərbaycanlı kişisinin hissinə toxunmaqla, qisasçılıq duyğusunu alovlandırmaqdır. Mahiyyətləri “bolşevik pulu ilə 5 qəpik” etməyənlərin söyüş terrorunu durdurmaq üçün bir gün dözümünü itirən KİŞİ-nin Avropanın göbəyindəcə azərbaycanlı kişisinə xas addım atacağını dördgözlə gözləyirlər. Çünki bu ssenarini hazırlayanlar üçün adlarını çəkmədiyim o 3-5 nəfər sadəcə birdəfəlik istifadə üçün lazımdır. Necə ki, sağlam Skripal heç kəsin yadına da düşmürdü, heç bu polkovniki qorumaq da ağıla gəlmirdi, ancaq zəhərlənmiş və reanimasiyada yatan Skripal bütün dünyaya gərəkdir.

Məsələnin mahiyyəti aydındırmı? Hər iki halda udan bu ssenarini hazırlayanlar, uduzan isə ona alət olanlar, onların doğmaları və Azərbaycandır.

Bu iki ssenarinin həyata keçməməsi üçün əslində Prezidentin köməkçisi Əli Həsənov deyil, biz çağırış etməliyik: Azərbaycanın siyasi sabitliyi, stabil inkişafı və ölkəmizin getdikcə güclənən nüfuzu bir çoxlarının yuxusunu qaçırıb. Onlar ölkəmizin mənəvi dayaqlarını sarsıtmaq və dövlətimizə beynəlxalq təzyiq formalaşdırmaq üçün hər şeydən - əxlaqdan da, namusdan da keçirlər.

Sizlər xalqımız və dövlətimiz naminə onları eşitməzdən gəlin, bu millət üçün onları görməyin, onları öz ritorikaları ilə özlərini bu millətin gözündə necə miskin hala saldıqlarını göz önünə gətirin.
Sizlərin bütün bunları hesabladığına qəti şübhəmiz yoxdur. Sadəcə, bilin ki, sizlərin dövlətçiliyimiz üçün etdiyiniz bu fədakarlığınızı biz bilirik!

Və onların cavabını da biz verməliyik və veririk!

 

111.JPG (36 KB)

(Anar Yusifoğlu, Musavat.com)

Nəşr olunub CƏMİYYƏT
Çərşənbə, 28 Mart 2018 01:27

Nüsrət Məmmədovdan təklif

Aprel ayının 11 də Azərbaycanda Prezident seçkiləridir. Mənim sözüm bütün namizədlərədir. Xarici dövlətlərdə olan Azərbaycan diaspor təşkilatları böyük qüvvədir. Hörmətli Nazim İbrahimov Diasporla iş üzrə dövlət komitəsinin sədridir. Onu da qeyd edim ki Nazim müəllim Azərbaycan dövlətini, xalqını, Prezidentini sevən bir rəhbərdir. Azərbaycan diasporunun təşkilatlanmasında onun rolu danılmazdır. Amma təəssüflə vurğulamaq lazımdır ki Nazim müəllimin səlahiyyətlərinin məhdud olmasının nəticəsidir ki bir sıra diaspor təşkilatları Azərbaycan hakimiyyətindən uzaqlaşdırılır. Bunun bariz nümunəsi axır vaxtlar bir sıra xarici ölkələrdə azərbaycanlıların dövlət rəhbərlərimizin əleyhinə bəzi xoşagəlməz tədbirlərin keçirməsidir. Bunun əsas səbəbi həmin ölkələrdəki səfirliklərimizdir. Təcili bütün səfirliklərimizdəki diasporanı kurasiya edən XİN nümayəndələrini görəvlərindən uzaqlaşdıraraq, onları Diasporla iş üzrə dövlət komitəsinin nümayəndələri ilə əvəz etmək lazımdır. Belə olan halda yerlərdəki diasporla Səfirliklərimiz arasında olan intriqalara son qoyular, diasporlarımız daha da güclənər. Səfirlərimiz var ki görəvli olduğu müddətdə işləri yerlərdəki fəal diaspor rəhbərlərindən hüquq mühafizə orqanlarına donoslar yazmaqdır.

Hörmətlə, Nüsrət Məmmədov

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti. Bişkek Qırğızıstan (Olaylar.az)

Nəşr olunub CƏMİYYƏT

Menbiç əhalisi istəyir ki, bu şəhər də Türkiyə ordusunun nəzarətinə keçsin.

Bu sözləri Menbiçin xüsusi nüfuza malik əşirət lideri Əbdülkərim Fahhel deyib. O bildirib ki, Menbiç Türkiyə ordusunun gəlişini böyük həyəcan və arzu ilə gözləyir:

“Xalq türk ordusunun mülki şəxslərə zərər verməyəcəyini bilir. Onlar məndən soruşur ki, terror təşkilatlarından nə vaxt qurtulacağıq?

Türkiyə Menbiç əməliyyatına başlayan zaman şəhərin mərkəzində xalq tərəfindən gül-çiçəklə qarşılanacaq. Yerli əhali buradakı ABŞ ordusuna etibar etmir. Biz türk əsgərini bağrımıza basacağıq, ancaq ABŞ ordusunun burada qalmasını istəmirik. PKK buradan çıxarıldıqdan sonra ABŞ şəhərimizdə qalmağa davam etsə, lazımı addımları atacağıq”.

Qeyd edək ki, TSQ Afrini PKK zülmündən xilas etdikdən sonra terrorçuların nəzarət altına aldığı digər şəhərlərdən rəsmi Ankaraya çağırışlar edilir. Tel-Rıfat əhalisi keçirdikləri nümayişlərdə Türkiyənin bu şəhərə girməsini istədiklərini bildiriblər. (Axar.az)

Nəşr olunub DÜNYA

Ermənilərin ağlasığmaz iddiaları tarix boyu gülüş hədəfi olub. Ancaq heç vaxt bu ağlasığmaz, rüsvayçı iddialardan əl çəkmək fikrində olmayıblar.

Bu dəfə də iddia edirlər ki, Gürcüstanın paytaxtı Tiflis şəhəri ermənilər tərəfindən salınıb, adı da “Tpxi” olub. Üstəlik, bütün bu abırsız iddialara baxmayaraq, erməni icması müasir Tiflisin Avlabar əyalətində məskunlaşıb.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri Vahid Ömərov Publika.az-a açıqlamasında bildirib ki, bədnam qonşularımız Tiflisin ermənilər tərəfindən tikildiyini və əksər şəhər merinin erməni olduğunu iddia edirlər.

Onun sözlərinə görə, yaşadıqları ölkələrdə separatizmlə məşğul olan, milli maraqları və xəstə "erməniçilik" ideyaları naminə saxtakarlıqdan, yalandan əl çəkməyən, Qədim Azərbaycan şəhəri İrəvanı paytaxt elan edən ermənilər qonşu Gürcüstanın paytaxtı Tiflisin də qədim erməni şəhəri "Tpxi" olduğunu iddia edirlər. Hələ Sovet dönəmində 1961-ci ildə İrəvanda çap olunan B.S.Nalbəndyanın "Tiflis qədim və orta əsrlərin ədəbi mənbələrində" adlı saxta əsərində Tiflis qədim erməni şəhəri kimi təqdim edilib.

V.Ömərov bildirib ki, Gürcüstanın "Saerto" qəzetində 2017-ci il dekabrın 7-də "Ermənilər Tiflisin adını dəyişdirmək istəyirlər" adlı yazıda müəllif Georgi Qorqadze də ermənilərin əsassız iddialarına qarşı Gürcüstan hökumət orqanlarının passivliyini kəskin tənqid edib:

"Biz unutmamalıyıq ki, hələ keçən əsrdə (XX əsr) ermənilər Gürcüstana qarşı müharibəyə başladılar. Lakin onda heç nə əldə edə bilmədilər. Ancaq ermənilər arzulayırlar ki, bir gözəl gündə, əlbəttə, başqalarının köməyilə onlar Tiflisi "qaytaracaq" və onu daha "yaxşı" erməni adı ilə "Tpxi" adlandıracaqlar. Bədnam qonşularımız Tiflisin ermənilər tərəfindən tikildiyini və əksər şəhər merinin erməni olduğunu iddia edirlər. Halbuki ermənilər öz xislətlərinə uyğun olaraq, bəzi rus soyadlarını saxtalaşdıraraq erməniləşdiriblər. Məsələn, onlar Qədim Tiflisin merləri olan rus zadəgan nəslindən İzmayılovu "İzmayılyans" və İvanı "Ovanes" kimi təqdim edirlər. Ermənilərin Tiflisə əsassız iddiaları gürcü-erməni qarşıdurmasına səbəb olub. Vətənpərvər gürcü ziyalıları ermənilərin bu cür əsassız iddialarını ifşa ediblər. Buna görə də, Gürcüstanda XIX və XX əsrlərdə ermənilər əleyhinə güclü hücumlar başlayıb. 1897-ci ildə Tiflisdə nəşr olunan "İveriya" qəzetində çap olunmuş və ermənilərə həsr olunmuş bir məqalədə bir çox ritorik suallar verilir:

"Tiflis hansı əsasla erməni şəhəridir: coğrafi mövqeyinə görəmi, ərazi qanunlarına görəmi, yaxud hansı dövlət və beynəlxalq hüquqla? Ermənilər haradadır, Tiflis harada? Onların haradan haraya əlləri uzanır? Onların satın aldıqları evlər onlara məxsusdurmu, bunu hələ aydınlaşdırmaq lazımdır. Lakin Tiflis Gürcüstan ərazisində yerləşir. Burada ermənilərə heç nə məxsus deyildir. İlya Çavçavadze və Akaki Sereteli kimi görkəmli gürcü ziyalıları da erməniləri bütün xəyanətlərinə görə ittiham ediblər".

V.Ömərov onu da söylədi ki, 1918-ci il dekabrın 9-da ingilislərə arxalanan Ermənistan, ərazi iddiaları irəli sürərək, Gürcüstana müharibə elan edib:

“Erməni cəlladı, quldur və terrorçusu Daşnak Ermənistanın "general" rütbəsi verdiyi Dro-Drastamat Kanayan dekabrın 14-də Axalkalakini, dekabrın 20-də Şulaveri, dekabrın 25-də Tiflisi işğal etdi. İnglislərin köməyi ilə tərəflər arasında 1918-ci il dekabrın 31-də barışıq yarandı, Tiflis ermənilərdən xilas oldu. Bundan sonra Gürcüstanda ermənilər əleyhinə düşmənçilik gücləndi, erməni əhalisi Tiflisdən qovuldu, Gürcüstan Erməni Şurasının üzvləri, Daşnaksütyun Partiyasının liderlərindən ibarət Gürcüstan parlamentinin üzvləri həbs edildi, bütün erməni milislərinin silahları alındı və işdən azad edildi. Tiflisin ermənilərdən təmizlənməsinin birinci mərhələsinə başlandı, iclaslarda erməni dilində çıxış etmək qadağan edildi.

İosif Stalin və Lavrenti Beriya Tiflisin ermənilərdən təmizlənməsini gücləndirdilər. 1936-cı ildən şəhər Tbilisi adlandırılmağa başladı. 1949-cu ildə Tiflis məkrli "antisosial" elementlər kimi ermənilərdən ikinci dəfə təmizləndi”.

O bildirdi ki, gürcü elitasını ən çox qıcıqlandıran Gürcüstanda yaşayan erməni əsilli tarixçi Levan Taktakişvilinin saxtakarlıqla Tiflisin ermənilər tərəfindən və ermənilərin vəsaitilə tikilməsi iddiasını irəli sürməsidir. Gürcüstan tarixşünaslığında isə haqlı olaraq ermənilərin 200 il əvvəl rus generalı Paskeviç tərəfindən Gürcüstana və Tiflisə köçürüldüyü göstərilir:

"Bu gün erməni icması müasir Tiflisdə Avlabarda məskunlaşıb. Ermənilər Gürcüstan hesabına da "Böyük Ermənistan" yaratmaq iddiasındadırlar. Onlar Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsini öz əraziləri hesab edirlər. Abxaz-gürcü münaqişəsində Abxaziyanın hərbi strukturlarına daxil olan "Marşal Baqramyan adına batalyon" gürcülərə qarşı amansızlığı ilə fərqlənib. Ermənilər Gürcüstanın gözəl, şöhrətli paytaxtı Tiflisə həsrətlə baxaraq, onu "itirilmiş erməni şəhəri" siyahısına aid edirlər. Azərbaycanın qədim yaşayış məskəni olan, Azərbaycan Xalq Cumhuriyyətinin Ermənistana verdiyi İrəvanı özlərinə paytaxt etmiş ermənilər, Gürcüstanın paytaxtını da özlərininki hesab etməklə, erməni həyasızlığının ən bariz nümunəsini nümayiş etdirirlər".

Tarixçi alim Kərəm Məmmədov da bildirib ki, 19-cu əsrdə onların çox güclü “dostluqları” vardı və bu cür əsassız iddiaları yazdırıb tarixi saxtalaşdırmaqla məşğul idilər:

“O vaxt yazmışdılar ki, indiki Gürcüstan ərazisi boydan-boya ermənilərin olub. Ondan sonra bu istiqamətdə növbəti dalğa Bavariya-Qafqaz hökuməti təşkil olunanda meydana çıxdı. Onda da iddia edirdilər ki, Tiflis ermənilər tərəfindən tikilib, elə paytaxt da məhz Tiflis olmalıdır. Bu zaman gürcü hökumətinin başçısı ermənilərin qarşısına tələb qoydu ki, 24 saat ərzində Tiflis şəhərində bir dənə də erməni qalmayacaq, dərhal bu şəhəri tərk etməlisiz. Hətta bu məsələ ilə bağlı Gürcüstanın nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyəti arasında söhbət də olub. Bilirsiz də, o vaxt Azərbaycan Xalq Cumhuriyyəti İrəvanı Ermənistana güzəşt etdikdən sonra utanmadan İrəvanı özlərinə paytaxt etmişdilər. O zaman Gürcüstan hökumətinin nümayəndələri bizimkilərə gülərək deyirdilər ki, ”Çaqqalları nə qədər yedirtsən də, gözü yenə də meşədə olacaq. Siz çox nahaq verdiniz o torpaqları ermənilərə”.

Hazırda ermənilərin əsassız torpaq iddiaları bir çox istiqamətlərdə aparılır ki, biri də Tiflislə bağlıdır. Bu iddialar hələ 19-cu əsrdən başlayaraq bu günə kimi davam edir. İstədilər erməni-gürcü müharibəsi zamanı bu “sevdalarını” gerçəkləşdirsinlər, amma nail ola bilmədilər. Hazırda Tiflisdən əvvəl ən güclü ərazi iddiaları Cavaxetiya bölgəsinədir. Çünki 19-cu əsrin 20-ci illərindən Osmanlı ərazilərindən bura və tarixi Borçalı mahalının şimal hissəsinə köçürülüblər. Heç ora "Borçalı" da demirlər, “Şimali Loru” deyirlər".

K.Məmmədov deyir ki, tarixi saxtalaşdırmaqda onlara kömək edənlər o vaxt rəhbər vəzifədə olan ruslar olub:

“Təbii ki, erməniləri bu bölgələrdə yerləşdirən ruslar onların iddialarını da təsdiq edəcəkdilər. Faktiki olaraq qondarma vilayət Rusiya tərəfindən Cənubi Qafqazda yarandı. Yəni hələ 1724-cü ildən də o tərəfə, Pyotr tərəfindən əsası qoyulan layihənin davamı olaraq bu proseslər gerçəkləşdirilirdi. Bütün bunlar incə işlənmiş və ardıcıllıqla həyata keçirilən zəncirvari layihənin nəticələridir”.

Heç bir tarixi mənbədə hazırki Gürcüstan dövlətinin paytaxtı hesab olunan Tiflisin “Tpxi” adı ilə qeyd olunmadığını deyən tarixçimiz, bu məsələnin olduqca gülünc olduğunu vurğulayıb:

“Bilirsiz, bütün bunlar qondarma və saxta informasiyalardı. Çoxsaylı tarixi mənbələrdə aşağı-yuxarı proseslər bu cür qeyd olunub. Əgər onların iddialarında həqiqət payı varsa, niyə heç bir tarixi mənbədə Tiflisin “Tpxi” şəklində yazıldığına rast gəlinmir?! Ən qədim formada Tiflisin adı “Tilisu” kimi qeyd olunur ki, bu da isti su mənasını verir. Mən heç bir mənbədə bu şəhərin adının “Tpxi” şəklində olduğuna rast gəlməmişəm. Çox təəssüf olsun ki, bizim bəzi gürcü həmkarlarımız tarixi faktları qoyub, əsassız və bir o qədər də gülməli erməni iddialarını müdafiə edirlər. Onların da əksəriyyətinin soyadlarını dəyişmiş insanlar olduqları hər kəsə bəllidir”.

K.Məmmədov onu da əlavə etdi ki, ən qəribəsi bütün bu iddialara Gürcüstan rəhbərliyinin heç bir münasibət bildirməməsidir:

“Bu gün Avlabar, Havlabar əyalətlərində boydan-boya ermənilər yaşayır. Yəni yaxşı olardı ki, əhalinin özü də bu cür iddialara reaksiya verərdi. Bu gün qondarma iddiaları dəstəkləyən tarixçilərlə yanaşı, tarixi faktları qoruyub, həqiqəti dünyaya çatdıran gürcü həmkarlarımız da az deyil. Təəssüf olsun ki, bu gün soyadını dəyişmiş “gürcü” tarixçilərinin sayı daha çoxdur. Onlar da məhz ermənilərin dəyirmanına su tökməklə məşğuldurlar. Bax bütün bu məsələləri nəzərə alaraq, Gürcüstan hökuməti təbliğat aparmalıdır. Çox təəssüf ki, biz yalnız ermənilərin əsassız faktlar əsasında yazdıqları kitabları, orada yer alan erməni-gürcü müharibəsini görürük. Hazırda öz həmkarları ilə mübarizə aparan Quram Maxuliyanı da Gürcüstanda çox sıxışdırırlar. Təsəvvür edin ki, vəziyyət hansı yerə gəlib çatıb ki, Gürcüstanın özündə həqiqətən, gürcü olan tarixçiləri sıxışdırıb çıxartmağa çalışırlar”.

Gürcüstanın ən güclü və vicdanlı tarixçilərindən hesab olunan Quram Marxuliya isə bütün bu səslənən ifadələrin əsassız, gülünc olduğunu söyləyib. O bildirib ki, ermənilərin özlərini dövlət kimi tanıtması üçün özlərinə məxsus əraziləri belə olmayıb:

“Rusiya imperiyasının süqutu illərində erməni daşnaqları çox ciddi addımlar atmağa hazırlaşırdılar. Onlar iddia edirdilər ki, harada erməni yaşayırsa, o ərazilərdə ermənilərə aid qayda-qanun, qurumlar olmalıdır. Gürcüstanlılar ayrı, azərbaycanlılarda da müsəlman olduqları üçün tamam ayrı. Bu hardasa 1930-cu illəri əhatə edir. Eləcə də Gürcüstan sərhədləri daxilində yaşayan ermənilər bu ərazilərdə ermənilərin idarə etdiyi qurumların yaradılmasını istəyirdilər. 1918-ci ildə Gürcüstan müstəqilliyini elan etdikdən sonra ermənilər bu istiqamətdə açıq iddialarla çıxış etməyə başladılar. Nə qədər ki, Gürcüstan Rusiyanın tərkibində idi, belə fikirlər səsləndirilmirdi. Lakin müstəqillik elan olunduqdan, sərhədlərimiz dəqiqləşdikdən sonra ermənilər müxtəlif bəhanələrlə yaşadıqları ərazilərin onlara məxsus olduğunu iddia edərək, bizim onların torpaqlarına girdiyimizi söyləməyə başladılar. Bu gülünc fikirlərlə əvvəlcə özlərini, daha sonra isə bütün regionu inandırmağa çalışdılar.

Eyni ilin mayın 28-də Azərbaycandan sonra Ermənistanın özünü müstəqil elan etməsinin ardından ortaya çox maraqlı bir məqam çıxdı. Onlar heç özləri də bilmirdilər ki, müstəqil elan etdikləri dövlətin sərhədləri harada başalayıb, harada bitir. Bax, onlar ilk dəfə öz sərhədlərini təyin etmək üçün Gürcüstan hökumətinə müraciət etmişdilər. Ümumiyyətlə, ermənilər Gürcüstana qədəm basan kimi rusların köməyi ilə gürcü soyadlarının formasını dəyişməyə başladılar. Bu prosesin canlanması 18-ci əsrdən başladı və sonralar buna başqa proseslər də əlavə olundu. Soyad, ad və milli əlamətlərlə yanaşı, etiqadın da qarışdırılması kimi faktlara baxmayaraq, dövlətlərin ərazi bütövlüyü yenə dəqiqləşmirdi. Beləliklə ermənilər Gürcüstan hökumətindən xahiş edirdilər ki, Gürcüstan Georgievsk traktatı üzrə hərəkət etməsin. Niyə? Çünki Gürcüstan Georgievsk traktatı ilə hərəkət etmiş olsaydı, indiki Ermənistan ərazisinin böyük əksəriyyəti Gürcüstanın tərkibində qalardı. Həmin dövrdə isə Gürcüstan könüllü şəkildə özünə aid müstəqil ərazilərin bir hissəsini Ermənistana verdi".

Q.Marxuliyanın sözlərinə görə, bu da erməniləri qane etməyib:

"1918-ci ilin dekabr ayında Ermənistanın Silahlı Qüvvələri Gürcüstanın dövlət sərhədlərini keçərək müharibəyə başladı. Bununla da Gürcüstanın ərazi bütövlüyü pozuldu. Onların iddiası bu idi ki, Türkiyə Gürcüstanı mövcud olacaqsa, "Ermənistan Gürcüstanı" da yaradılmalıdır. Məhz Gürcüstanın könüllü şəkildə ərazisinin bir hissəsini (ermənilərin məskunlaşdığı əksər bölgələr) Ermənistana verməsi onların Tiflis iddialarına əsas yaratdı. İstəyirdilər ki, Tiflisi Ermənistanın paytaxtı elan etsinlər. Həmin vaxtlar Ermənistan nümayəndələri (Daşnak hökuməti) utanmadan Tiflis və Qori ərazilərinin boşaldılmasını belə tələb edirdilər. Təbii, bu danılmaz faktdır ki, həmin dövrdə baş verən bütün hadisələr Rusiyanın mürtəce qüvvələrinin köməkliyi ilə planlaşdırılıb həyata keçirilirdi. Tarixdə yalnız bu faktlara rast gəlmək olar. Eşitdikcə mən də heyrətlənirəm, nə qədər tarixdən məlumatsız olasan ki, bu cür gülünc iddia irəli sürəsən. Ermənilərin Gürcüstanla bağlı yeganə tarixi faktı odur ki, müəyyən dövrlərdə Gürcüstanda ermənilər yaşayıb və hazırda da yaşamağa davam edir”.

Q.Marxuliya deyir ki, erməni tarixçiləri bu qondarma faktlara əvvəl özlərini, daha sonra dünya ölkələrini inandırmağa çalışsalar da, heç bir nəticə əldə edə bilməyəcəklər:

“Bilirsiz, Gürcüstanda çoxsaylı ermənilər var ki, soyadlarını dəyişiblər. Ən təhlükəlisi isə budur ki, onlar “tarixçi”dirlər. Tarixin saxtalaşdırılması ilə məşğul olurlar. Siz özünüz də tarixi araşdırsanız görərsiz ki, Tiflis heç vaxt “Tpxi” adlandırılmayıb. Ərəb, Türk dillərində Tiflis sözünün müxtəlif cür yazılmasına rast gəlinə bilər, lakin erməni dilində Tiflis heç vaxt heç bir məna ifadə etməyib. Bu da onu sübut edir ki, heç vaxt Tiflis Ermənistan ərazisi olmayıb. Ermənilər Rusiyaya çox nahaq yerə güvənirlər”.

Tarxiçi bildirib ki, rəsmi Gürcüstanın bu iddialara reaskasiya verməməsinin tək səbəbi erməniləri ciddiyə almamasıdır:

“Tarix hər zaman təkrarlanır. Onlar bir dəfə torpaq iddiaları ilə sərhədləri pozmağa cəhd etdilər və nəticələrini bütün tarix gördü. İnanmıram ki, bir daha uşaqca addımlar atalar. Bütün bunlar sadəcə uşaq söhbətləridir. Gürcüstan heç vaxt Ermənistandan çəkinməyib. Biz heç vaxt müharibədən qaçmamışıq. Ruslara güvənib torpaq iddialarına başlaya bilərlər, amma unutmasınlar ki, tarix yenidən təkrarlanacaq”. (Axar.az)

Nəşr olunub DÜNYA
Page 1 of 2

Reytinq