Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 28 Mart 2018

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla görüşüb.

“Report” xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırki durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib.

O, martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

6fe32400-15d8-42a3-93fc-b05d3ccab205.jpg (351 KB)

Nəşr olunub SİYASƏT

Prezidentliyə namizəd xarici işlər nazirini sərt tənqid etdi; son illər “DQR”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti XİN-in “dişsiz siyasətinin” nəticəsi hesab olunur

11 aprel prezident seçkisi yaxınlaşdıqca, mediada ən çox müzakirə edilən məsələlərdən biri də yeni formalaşacaq komanda ilə bağlıdır. Belə iddialar var ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq 7 illik  hakimiyyətin başlanğıcında bir sıra “köhnələr” yeni komandada olmaya bilər. Bu səbəbdən də  seçki təbliğatı dövründə namizədlər tərəfindən sərt tənqidə məruz qalan məmurlar dərhal medianın da diqqət mərkəzinə düşür ki, bu da təbiidir.

“Azərbaycanın hazırkı dövründə milli varlığına ən böyük təhlükə mövqesizlik, laqeyidlik və biganəlikdir”.

Bunu İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında  Zahid Oruc bildirib.  Prezidentliyə namizəd bir ildən artıqdır ki, Avropadan Azərbaycana qarşı terror təhdidləri, siyasi qətillərin həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıqları  xatırladaraq xarici işlər naziri Elmar Məmmədyarova çağırış edib: “Mən hesab edirəm ki, bunun əhəmiyyətini indi başa düşməkdəyik. Mən bu tribunadan xarici işlər naziri Elmar Məmmədyarova çağırış etmək istəyirəm. Onsuz da on illərdir ki, apardığın danışıqlar haqqında bir dəfə də xalqa, nə də ki, Milli Məclisə hesabat verməmisən. Olmazdımı bir dəfə Avropa ölkələrinin Azərbaycandakı səfirlərini yığıb onlara ölkəmizin daxili işlərinə qarışmamalarını, ölkələrinin Azərbaycanla təhdid dilində danışmalarının, qorxulu çağırışların yolverilməz olduğunu bildirəydiniz, mövqeyinizi ortaya qoyaydınız? Səfirlərə demək mümkün deyilmi Avropada ayrı-ayrı qüvvələri İŞİD-çi qiyafəsində hazırlayıb bizim əleyhimizə himayə eləməkdə məqsədiniz nədir? Axı gördüyünüz kimi onlar dövlətə, Allaha, mənəviyyata, hər şeyə təhlükə törətdiklərini ortaya qoyurlar. Məgər bu bəs deyilmi ki, siz onlara bu məsələ ətrafında öz mövqeyinizi, fikirlərinizi bildirəsiz?”

Zahid Oruc ile ilgili görsel sonucu

E.Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil.  Təcrübəli diplomat və korrupsiyaya bulaşmayan E.Məmmədyarov təəssüf ki,  illərdi  XİN-i “hücum diplomatiyası”na kökləyə bilməyib. Son illər “DQR”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda “dişsiz siyasətinin” nəticəsi hesab olunur.  Azərbaycan iqtidarına Qərb dairələrindən hücumlarda da E. Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu da deyilir.  Xüsusən siyasət və informasiya texnoloqları belə hesab edirlər ki, nazir diplomatların seçimində də peşəkar deyil. Bu səbəbdən də son illər səfirliklə bağlı korrupsiya faktları hallarına rast gəlinir. Bu da idarəetmədə ciddi nöqsanlar olduğu barədə rəyləri möhkəmləndirir. 

Siyavuş Novruzov ile ilgili görsel sonucu

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov yerli mediaya son müsahibəsində (unikal.org) namizədlərin məmurları hədəfə almasına toxunub.  “Onlara heç kim fikrinə görə qadağa qoya bilməz. Bu, seçki kampaniyasıdır. Əgər namizədlər kimisə tənqid deyil, təhqir edirsə, onun həll yolu məhkəmədir” deyən YAP funksioneri seçkidən sonra mümkün kadr dəyişikliyinə də toxunub. “Vəzifədə çox qalmağın bir pis cəhəti var. Bir adam bir yerdə çox oturduqca, o yer onun üçün adiləşir və o vəzifəyə çox zaman yenilik gətirə bilmir. Bunu bu cür şərh edirlər”.

S.Novruzov əlavə edib ki, bu gün Azərbaycanda bütün siyasəti ölkə başçısı aparır və məmurlar icraçıdırlar.

Yada salaq ki, Elmar Məmmədyarov 2004-cü il aprel ayının 2-dən xarici işlər naziri postunu tutur. (musavat.com)

Nəşr olunub SİYASƏT

Milli Məclisin deputatı Azay Quliyev bu gün YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib. Deputat seçicilərini ayrılıqda dinləyərək onların problemləri ilə maraqlanıb.


Müraciətlər əsasən məşğulluq, mənzil-kommunal, hüquq, təhsil, əfv, əmlak məsələləri və digər mövzuları əhatə edib. Azay Quliyev seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını və onların həlli üçün müvafiq addımlar atacağını qeyd edib. 
Deputat görüşdə vurğulayıb ki, yalnız seçicilərin ona ünvanlanan müraciətlərini aidiyyatı qurumlara göndərməklə kifayətlənmir, eyni zamanda onların icra vəziyyətini də daim diqqətdə saxlayır.


Azay Quliyev indiyə qədər olduğu kimi bundan sonra da zəruri hallarda seçicilərin problemlərini Milli Məclisdə səsləndirəcəyini bildirib. (Musavat.com)

 

1.jpg (60 KB)

29749632_10155770664013645_9051216040175061579_o.jpg (365 KB)

29745037_10155770664163645_6148868987232635870_o.jpg (258 KB)

Nəşr olunub CƏMİYYƏT

Emin HƏSƏNLİ
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq 

"...Bu və ya digər yad təsirlər, şəxsi və ya siyasi uğursuzluqlar üzündən yaranmış hər hansı kin-küdurət hissi azərbaycanlıların öz dövlətinə düşmən kəsilməsi üçün səbəb ola bilməz... Unutmaq olmaz ki, biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var. Siyasi mübarizəni də həmin çərçivədə, cəmiyyətimizə, vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərimizə uyğun şəkildə aparmalıyıq. Bu gün öz “siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə onların özlərinə, nə də ki, Azərbaycan cəmiyyətinə heç bir faydası olmadığını anlamalıdırlar... " - Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun bu fikirlərinin yer aldığı sosial şəbəkədəki statusları, təbii olaraq, böyük əks-səda doğurdu.

Hörmətli Əli müəllimin son proseslər, Azərbaycanı hər yöndən və hər cür cür yolverilməz formada hədəfə alan fərdlərin, qrupların qəsd-qərəzi barədə açıqladığı fikirlər gündəmi tamamilə dəyişdi. Bu məsələlər və proseslərlə maraqlanan hər kəsin düşüncələrini üstün məcraya yönəltdi. Əli Həsənov ictimai-siyasi polemikanın elə bir səviyyəsini təklif və müəyyən etdi ki, axır vaxtlar söyüş-qarğışı, təhqiri, iftiranı vətənə, dövlətə qarşı silaha çevirənlər dalana dirəndilər. Onlar bu çıxışla labüd seçimə məhkum edildilər: ya öz iyrənc “silah”larından əl çəkərək siyasi polemika meydanını birdəfəlik tərk etməli, ya da mübarizə üçün normal üsullara, polemikanın sivil, mədəni formasına yiyələnməlidirlər.

Lakin sözügedən statusların bu qədər effektli alınması hörmətli Əli Həsənovun təkcə dövlət xadimi, çox geniş və güclü bir sahəyə cavabdeh şəxs, daha mühümü isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədaqətli, yorulmaz köməkçisi olması ilə bağlı deyil. Doğrudur, onun fikirləri şəxsi səhifəsindən yayılsa belə, bütövlükdə Azərbaycan hakimiyyətinin, dövlətimizin rəhbərliyinin mövqeyi kimi qarşılandı. İlk növbədə bu baxımdan ictimai fikri təlatümə gətirdi. Ancaq burada başqa bir önəmli səbəb də həmin fikirlərin məhz vətənin, millətin mənafeyinə yönələn zərbələri dərin ürək ağrısıyla qarşılayan həqiqi vətənpərvər, gerçək millətsevər tərəfindən irəli sürülməsidir. Nümunəvi həyat və fəaliyyət yolu uzun illərdən bəri göz önündə olan həqiqi ziyalının, tarixçi alimin, əsl azərbaycanlının aydın mövqeyini ifadə etməsidir.

Özünün də qeyd etdiyi kimi, professor Əli Həsənov heç zaman, heç bir halda etik çərçivədən cüzi də olsa kənara çıxmayan, hətta ən gərgin məqamlarda da emosiyalarına nəzarəti bacaran şəxsiyyətdir. Eyni zamanda, cavabdeh olduğu sahədə də hər kəsin bu xətti izləməsinə maksimum dərəcədə çalışan dövlət xadimi kimi tanınır və qəbul edilir. Bu xüsusiyyətlərin formalaşmasında isə, heç şübhəsiz, onun uzun illər Ümummilli lider Heydər Əliyev, daha sonra və hal-hazırda da cənab İlham Əliyev kimi mükəmməl rəhbər şəxsiyyətlərlə birgə çalışmasının müstəsna rolu vardır. Son 25 ildə Azərbaycan ictimai-siyasi mühitində, ölkə mediasında söyüş, təhqir, fərd-ailə-nəsil yönündə çrkin sataşmaların olmaması, ən azından minimum həddə qalması məhz bu amillərlə əlaqədardır. Lakin görünür, mübarizənin, polemikanın sivil müstəvidə, etik çərçivədə aparılması üçün bunlar da kifayət deyil. Mühitin normallaşması üçün qarşı tərəfin, yəni müxalifətçiliyi qatı düşmənçilik, hakimiyyətdən narazılığı vətənə, millətə dönük çıxmaq kimi anlayanların da ədəb-ərkana, əxlaqi dəyərlərə yaxınlaşmaları lazımdır. Qarşı tərəf ləyaqətlə davranmayanda, opponentlik etmək adıyla hər cür nifrətəlayiq davranışı, həqarəti özünə rəva biləndə vəziyyət çətinləşir. Onlar vətəni, dövləti öz cılız maraqlarına qurban edəndə Azərbaycan hakimiyyətinin timsalı kimi nümunəvi rəftarı seçənlərin, konkret bu məqamda Əli Həsənovun və onunla bir mövqedə dayananların davamlı cəhdləri istənilən nəticəni verə bilmir. Nə yazıq ki, müxalifətçilik pərdəsi altında yolunu azaraq xarici dairələrin əlində oyuncağa dönənlər bununla müəyyən mənada manqurt davranışı nümayiş etdirirlər. Aydındır ki, manqurtluq yaddaşdan, düşüncədən məhrum edilərək yadların əlində alətə çevrilmək, doğma yurduna, öz xalqına qənim kəsilməkdir. Belə olan halda, şəxsi hirs-hikkə üzündən sağlam düşüncəsini itirənlərin, xaricdən gizli-aşkar sifariş alaraq, Azərbaycan adına nə varsa hamısına arxa çevirərək, söyüşə, təhqirə qurşananların məlum durumu manqurtluq deyil, bəs nədir? Cılız maraqlar güdüb siyasi mübarizəni, ictimai polemikanı durmadan çirkinləşdirənləri, azərbaycanlı xarakterinə belə iyrənclikləri calayanları manqurtdan nə ilə fərqləndirmək olar?

Belələrinin simasını və say tərkibini, onların əməllərinin qara mahiyyətini hörmətli Əli müəllim tam dəqiq müəyyənləşdirib: “...Söhbət müxtəlif saxta yollarla Avropada siyasi sığınacaq almış və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan beş-on nəfərdən gedir. Onlar iki əlin barmaqları ilə sayılacaq qədərdir... Mən üzümü məhz onlara tuturam və söyləyirəm: Azərbaycanı söyməklə öz komfortlu yaşayışınızı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq Vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir...”

Hər bir arzuolunmaz situasiya kimi, əlbəttə, bu vəziyyətdən də çıxış yolu var. Söyüş-təhqirin, biabırçı söz-söhbətlərin siyasi mübarizə elementinə çevrilməsinin qarşısını almaq yenə də mümkündür. Əminik ki, Azərbaycan hakimiyyəti dövlətin, millətin maraqlarına zidd olan istənilən hərəkəti dayandırmağa qadir olduğu kimi, bu yöndə də təsirli addımlar düşünür. Heç şübhəsiz, həmin addımlar öz yerində, zamanında atılır və atılacaq da. İctimaiyyətin, medianın, vətəndaş cəmiyyəti qurumlarının üzərinə isə, ayıq-sayıq olmaq, qəti mövqe nümayiş etdirmək, məlum söyüşçüləri dərhal kəskin qınamaq vəzifəsi düşür. Professor Əli Həsənovun qeyd etdiyi kimi: “Cəmiyyətimiz belələrinə sükutla yanaşmamalı, diasporumuz, media nümayəndələrimiz, ictimai fəallarımız seyrçi mövqe tutmamalıdırlar...”

Nəşr olunub YAZARLAR

Təbrizdə yaşayan müğənni Əli Pormehrin 2016-ci ildə İranın Germi şəhərində ifa etdiyi mahnı yenidən səs-küyə səbəb olub. Əslən azərbaycanlı olan Ə.Pormehri Gərmidə baş tutan konsertində ifa etdiyi mahnılarla Güneydə yaşayan soydaşlarımız tərəfindən sevilir.

Müğənninin Cənubi və Şimali Azərbaycandan bəhs edən “Salam yetir” mahnısı soydaşlarımız arasında dillər əzbərinə çevrilib. Ancaq türk dilində mahnılar oxuyan müğənni buna görə də müəyyən qədər basqılarla qarşılanıb. O, türk dilində oxuduğu mahnılara görə, Güneydəki azərbaycanlıların sevgisini qazansa da, onun mahnıları farslar arasında böyük nifrətə sahib olub. Eyni zamanda, İran hakimiyyəti ona qarşı təzyiqləri artırmağa başlayıb. Belə ki, İran televiziyalarına çağırılan Pormehrə fars dilində mahnılar oxuması tələbi qoyulub. Bununla razılaşmayan müğənninin efirlərə çıxmasına qadağa qoyulub..

Qeyd edək ki, Əli Pormehr Muğan vilayətinin Gərmi şəhərində anadan olub. Təbriz, Urmiya, Türkçülüklə bağlı oxuduğu mahnılarla tanınır. Azərbaycan dilində mahnılar ifa edən müğənni İranda yaşayan türklər tərəfindən xeyli sevilir. O, türk dilində mahnılar ifa edən yeganə pop müğənnisidir. O, 2015-ci ildə İranda keçirilən musiqi yarışmasında qalib olsa da, onun qalibiyyəti İran hakimiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Buna görə də, yarışmadakı nailiyyəti ilə əlaqədar müğənniyə vəd verilən mükafatlar geri götürülüb. (interpress.az)

Nəşr olunub MƏDƏNİYYƏT

Reytinq