Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 29 Mart 2018
Cümə Axşamı, 29 Mart 2018 19:35

1918-ci il hadisələri — İrəvan qırğınları

Bu gün oxuculara İrəvanda baş verən qırğınlardan bəhs edəcəyik.

1828-ci ildə Rusiya-İran müharibəsinin qələbəsindən, yəni Türkmənçay müqaviləsindən sonra yaradılmış İrəvan vilayətinə Naxçıvan xanlığı ərazisinin də daxil olması ermənilərin torpaq iştahasını xeyli artırmış və onları öz məkrli məqsədlərini daha qətiyyətlə irəli sürməyə, nəyin bahasına olursa-olsun, bu yurda sahib olmağa sürükləmişdir. Ermənilər bu gün məhz tarixi ədalətsizliyin mahiyyətinə varmayaraq, daha doğrusu, bu faktın üzərindən sükutla keçərək “Naxçıvan ərazisi Ermənistanın olmuşdur” tələbi ilə çıxış etməklə, öz mənfur siyasətlərini irəli sürməkdə davam edirlər. 1918-ci il Milli Komitənin sədri Mir Hidayət Seyidzadənin verdiyi məlumata görə erməni silahlı qüvvələri Naxçıvan üzərinə iki istiqamətdən hücum etməyi planlaşdırmışdılar. Məlumatda göstərilir ki, ermənilər həmin dövrdə Sədərək, Qəməriyyə kəndlərinə basqın edərək bu yaşayış məntəqələrini məhv etmiş, sonra isə Şərur və Naxçıvan qəzası istiqamətində hərəkət eləməyə başlamışlar. Erməni silahlı qüvvələrinə bu kömək İrəvandan və Aleksandropoldan, yəni Gümrü şəhərindən edilmişdi. 

İkinci quldur dəstəsinin isə Zəngəzur istiqamətindən gəlməsi gözlənilirdi. Məlumatda həyacanla bildirilirdi ki, əgər on beş gün ərzində tədbir görülməsə, Ordubad düşmən ayaqlarının tapdağı altında qalacaq, hər iki istiqamətdən hücum edən düşmənə cavab verə bilməyəcəyik. Daşnak hökuməti Zəngəzur, Şərur, Naxçıvan, Ordubad qəzalarında yaşayan müsəlmanları qırmaqla bu torpaqları Ermənistan ərazisinə birləşdirməyi planlaşdırmışdı. Çünki qarşıdan gələn ildə Fransada xalqların sülh konfransının keçirilməsi nəzərdə tutulurdu. Ermənilər bu konfransda məhz həmin ərazilərdə müsəlmanların yaşamadığını bildirməklə bu qədim türk torpaqlarını Ermənistana birləşdirmək məqsədi daşıyırdı. Erməni siyasətbazlarının fikrincə, konfransda dünya xalqlarının nümayəndələri yuxarıda adları çəkilən ərazilərdə müsəlmanların yaşamadığını, həmin ərazilərin tamamilə boş olduğunu görüb bu torpaqların Ermənistana verilməsi barədə razılığa gələcəklər. Göründüyü kimi erməni siyasətbazlarının bu uzaqgörənliyi həmin dövrdə xalqımıza çox böyük faciələr gətirdi. Onların qızışdırıb dinc əhali üzərinə göndərdiyi quldur dəstələri minlərlə əhalini vəhşicəsinə öldürdü, qan su yerinə axdı, əhali dağlara, meşələrə qaçdı, min cür əziyyətə qatlaşmalı oldu. Həmin dövrdə Azərbayçanın iri sənaye şəhərlərinə böyük ümidlə baxan, onlardan imdad diləyən Naxçıvan əhalisinin ürək ağrıdan tələbləri “Azərbaycan” qəzetində dərc edilirdi: “Düşmənlərimiz mürgüləmirlər, onlar öz xalqlarının ideyalarını həyata keçirmək yolunda heç bir əlverişli imkanı əllərindən vermirlər. Onlar Ararat dövdəti sərhəddinin Türkiyə sərhədlərindən tutmuş Şuşaya qədər uzadılmasını və bu ərazidə bir nəfər olsun belə müsəlmanın, turkün yaşamamasını istəyirlər. Bu niyyətlərini həyata keçirmək üçün hər bir əlverişli hadisədən istifadə edirlər”.. 1919-çu ilin ortalarına yaxın Naxçıvanda ermənilərin təzyiqi daha da artmağa başladı. Onu da qeyd edək ki, artıq bu vaxta qədər ermənilərin tayqulaq Androniki Naxçıvan ərazisindən keçərək Zəngəzur üzərinə getmişdi. Bu zaman onun qoşununun keçdiyi kəndlər bütünlüklə dağıdılmış, əhalisi isə öldürülmüşdü. Naxçıvan və ona bitişik ərazilərdə ermənilərin azğın hücumları, vəhşilikləri başladığı dövrdə əli silah tutmağı baçaran əhalinin çox hissəsi ayağa qalxmış, öz doğma torpaqlarını, ana və bacılarının, uşaqların namus və qeyrətini mərdliklə qorumuşlar. Doğrudur, ermənilər eilahsız, köməksiz Naxçıvan kəndlərinə hüçum edərək burada çox vəhşiliklər törətmişlər, amma heç də hər yerdə onlar öz istədiklərinə nail ola bilməmişlər. Vedibasarda Abbasqulu bəy Şadlinskinin yaratdığı özünümüdafiə dəstələri daşnaklrın uzun müddət qarşılarını ala bildi, onların neçə-neçə Azərbaycan kəndləri üzərinə hücumuna, soyqırımı keçirməsinə yol vermədi. Bu özünümüdafiə dəstələri Naxçıvanın müəyyən hissəsini də mərdliklə qoruyurdu. Erməni vəhşiliklərinə qarşı Naxçıvanda Kəlbalı xan Naxçıvanski də öz dəstəsi ilə mətanətlə vuruşurdu. Andronikin Naxçıvan qəzasında iki yüzdən artıq kəndi yandırması xəbərini eşidən bu el qəhrəmanı əyalətdə ümumi səfərbərlik keçirərək durmadan irəliləyən və qarşılarında bütün dinc əhalini qılıncdan keçirən erməni-daşnak dəstələrinin qabağına çıxmışdı. Onun dəstəsi böyük mətanətlə vuruşaraq bu azğın daşnak qüvvələrinin qarşısını almışdı. Ermənilərə qarşı həmin vuruşda bir çox Naxçıvan oğulları fərqlənmişdilər. Onlardan biri də Kəlbalı xanın yaxın silahdaşı Hacı Xəlil ağa İmanov olmuşdur. Nehrəm kəndindən olan bu şəxsi Kəlbalı xan piyada hissələrinin başçısı təyin etmişdi. Hüseyn ağa Novruzov isə süvari qoşunlarına başçılıq edirdi. Hər iki hissənin sıralarında qəhrəmanlıqla vuruşan igidlərin səyi nəticədə Şıx-Mahmud və başqa kəndlər tezliklə ermənilərdən təmizləndi.

Lakin buna baxmayaraq Naxçıvan şəhəri özü ağır vəziyyətə düşmüşdü. Düşmən qüvvələri artıq şəhərin “Xoşulu” məhəlləsini tutmuşdu. Şəhərdə olan erməni sakinləri də daşnaklara yaxından kömək göstərir, küçə və dalanları ələ keçirmək işində öz dindaşlarına bələdçilik edirdilər. Naxçıvanın, demək olar, bütün əli silah tutan kişiləri bir nəfər kimi silaha sarılmış, ümumi düşmənə qarşı mərdliklə vuruşurdu. Güllə və silah çatmasa da, bu, onları qorxutmurdu. Hamı azğın düşmənin qarşısını almaq, tutulmuş məhəllələri azad etmək, itirdikləri qohumlarına, əzizlərinə görə düşməndən qisas almaq umidilə döyüşə atılmışdı. Hər bir kəs bacardığı köməyi əsirgəmirdi. Hacı Xəlil ağanın dəstəsi də başqa özünümüdafiə dəstələri kimi düşmənin qabağında mərdliklə dayanıb vuruşurdu. O, şəhərin “Əriklik gədiyi” deyilən yerindo səngər qazdırıb öz dəstəsilə ermənilərə qarşı möhkəm müqavimət göstərirdi. Hacı Xəlil ağa Qəmər adlı atın belində bütün səngərboyu düşmənə qarşı vuruşan döyüşçülərə baş çəkir, onları ruhlandırır, ümumi döyüşə başçılıq edirdi. Onun dəstəsində Səfi, Rəfi və Naxçıvanın başqa mərd oğulları mərdliklə vuruşurdular. Lakin heç də hamı erməni silahlı qüvvələrinin güclü təzyiqinə davam gətirə bilmədi. Qüvvələrin qeyri-bərabər olması özünü tezliklə büruzə verdi. Hüseyn Ağa Novruzov heç bir göstəriş almadan cəbhəni boş qoydu, öz süvari dəstəsinə geri çəkilmək əmri verdi. Bu xəyanət Naxçıvan döyüşçülərinə, xüsusilə Xəlil ağanın dəstəsinə ağır başa gəldi. Ermənilər bu xəyanətdən istifadə edərək, “Əriklik gədiyi”ni mühasirəyə aldılar. Hacı Xəlil ağanı dəstəsilə birlikdə əsir götürüb vəhşicəsinə güllələdilər. Sonralar türklər Naxçıvana daxil olduğu vaxt bu xəyanəti eşidərək, Hüseyn ağa Novruzovu cəzalandırdılar. Türk qoşunlarının Naxçıvandakı komandanı mayor Xəlil bəy Hüseyn ağanı evində güllələdi. (Bax: “Oğuz eli”, 14 may)1992-ci il). Beləliklə, 1918-ci ilin yayında Naxçıvan iki tərəfdən məngənə arasında qalmışdı. Bir tərəfdən ermənilər artıq Naxçıvanın yaxınlığında, hətta bəzi məhəllələrində vuruşurdu, şəhər uğrunda ölüm-dirim mübarizəsi gedirdi, digər tərəfdən isə ingilislərdən böyük yardım alan daşnaklar Andronikin başçılığı ilə Naxçıvanın içərilərinə doğru hərəkət edirdi. İngilis, fransız müstəmləkəçilərinin əlaltısı olan Andronik bu dövrdə türklərə qarşı mübarizə pərdəsi altında Naxçıvanın şəhər və kəndlərini talan edir, insanları kütləvi şəkildə qırırdı. Süst, Çeşməbasar, Tümbul və sairə kəndlər məhz Andronikin basqını nəticəsində dağıdılmış, əhalisinin böyük əksəriyyəti isə öldürülmüşdü (Bax: Q. Mədətov. “Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in təşkili” Azərnəşr, 1958, səh. 39). Türkiyə hökuməti belə bir vaxtda Zaqafqaziyada baş verən hadisələri diqqətlə izləyirdi. Artıq Şərur-Dərələyəz və Yerevan - Culfa dəmir yolu istiqamətində hərəkət edən türk qoşunları Kazım Qarabəkirin komandanlığı altında Naxçıvan üzərinə yeriyirdi. Belə bir dövrdə Fransa yenə daşnakların fəaliyyətini müdafiə edirdi. Belə ki, Fransanın Yerevandakı nümayəndəsi Antanta bloku adından bildirirdi ki, Anatanta Naxçıvanda, Zəngəzurda və Qarabağda daşnakların hərbi əməliyyatına hər cür yardım göstərəcəkdir (Yenə orada, s. 39). Türklərin qoşunla köməyə gəlməsi xəbərini eşidən Naxçıvan qəzasının kəndləri heç bir yardım gözləmədən öz kəndlarinin müdafiəsinə qalxdılar. Nehrəm kəndi sanki azərbaycanlıların qərargahına çevrildi. Bütün qonşu kəndlərin əhalisinin iştirakı ilə burada xalq qoşunu dəstələri yaradıldı. Erməni vəhşiliyinə qarşı qəzəbini nifrətə, silaha çevirmiş Azərbaycan kəndliləri Nehrəmin yaxınlığında Andronikin quldur dəstəsi ilə qarşılaşdı və onun qoşununu qeyribərabər döyüşdə məğlubiyyətə uğratdı. Andronik vəziyyəti belə görüb, daha öz yürüşünü davam etdirməyin mümkün olmadığını başa düşüb Qarabağ dağlarına qaçdı. Və burada yenidən qoşun toplamağa başladı. Bu xəbəri eşidən Kazım Qarabəkir paşa dərhal türk qoşunlarına Naxçıvanı, Ordubadı və Culfanı ələ keçirmək barədə əmr verdi. Bütün xalq türk qoşunlarını, öz xilaskar qan qardaşlarını duz-çörəklə qarşıladılar. Yaşlı əhalinin dediyinə görə əgər türk qoşunları vaxtında Naxçıvan, Ordubad qəzalarına qoşun yeritməsəydilər, daşnak tör-töküntüləri, başda Andronik olmaqla erməni quldur dəstələri Naxçıvan əhalisini bütünlüklə qırıb məhv edər, yaxud da dədə-baba yurdlarından didərgin salardılar. Erməni quldurlarının əlindən qaçan Ordubad sakinləri əhaliyə qarşı vəhşicəsinə törədilən qırğınlar barədə xeyli məlumat vermişlər. 1919-cu il iyunun, 15-də Tiflisə gəlmiş Ordubad sakini Əhməd Hacı Əli oğlunun verdiyi məlumat da bu cəhətdən maraqlıdır. Onun dediyinə görə erməni quldur dəstəsinin başçılarından biri olan Aşot Məlik Mosesyants həmin il iyunun 1-də bir neçə zabitlə Ordubada gəlib, danışıq aparmaq üçün 3 nəfər müsəlmanın yanlarına göndərilməsini tələb etmişlər. Ordubadlılar bu tələbi yerinə yetirərək öz aralarından 3 nəfəri Aşotun yanına göndərmişlər. Erməni qulduru həmin şəxslərə hökmlə bildirib ki, artıq bundan sonra Vedibasar, Şərur, Naxçıvan, Ordubad və Şuşaya qədər olan bütün Zəngəzur qəzası Ermənistana birləşdirilmişdir. Aşot Məlik Mosesyants da Ordubad rayonunun rəisi təyin olunmuşdur. Ordubadın səlahiyyətli nümayəndələri olan bu üç nəfər elə həmin an Aşotdan onun sözlərinin düzgünlüyünü təsdiq edən mandatın göstərilməsini tələb etmişlər. Lakin Aşot heç bir mandat göstərməyərək, “mənim sözlərim sizin üçün qanun olmalıdır”, - deyə cavab vermişdir. Lakin ordubadlı nümayəndələr qəti bildirmişdilər ki, Aşot Azərbaycan respublikasından, yaxud da müttəfiqlərin komandandığından rəsmi sənəd gətirməsə, bütün əhali ona tabe olmayacaqdır. Bu hadisədən hiddətlənən Aşot çıxıb getmiş, sonra müsəlmanların silahları toplayıb onun səlahiyyətli nümayəndəsi Nikolay Alışevskiyə verilməsi barədə göstəriş vermişdi. Aşotun bu ultimatumu müsəlmanlara çox pis təsir göstərmişdir. Onlar artıq yeni bir qırğına hazırlıq görüldüyü barədə şayiələr yaymağa başlamışlar. Tezliklə ətraf kəndlərin erməni sakinləri Aşota qoşulmuşlar. Halbuki, onlar uzun müddət müsəlmanlar tərəfindən qorunurdular. Aşotun dəstəsinə daxil olan yerli ermənilər tez-tez müsəlman yaşayış məskənlərinə hücum edir, hər gün bir neçə nəfər öldürülür, ev-eşiyi quldurlar tərəfindən talan edilib aparılırdı (Bax: Azərbaycan tarixi: sənədlər və nəşrlər üzrə. Bakı, Elm, 1990, səh. 317-318). Bu dövrdə İrəvan quberniyasından Şeyxov familiyalı bir nəfər Azərbaycan Respublikasının baş nazirinə vurduğu teleqramda da bu ərazidə yeni qırğınların baş verdiyini xəbər verirdi. Teleqramda göstərilirdi ki, Naxçıvandan, Şərur və Ordubaddan verilən xəbərlərə görə müsəlman xadimlərinin erməni hökuməti tərəfindən həbsləri başlayıb. Burada addımbaşı yoxlamalar aparılır, müsadirələr olunur. Erməni hökumətini nizami qoşunları Naxçıvandan bir qədər kənarda olan müsəlman kəndlərini top atəşinə tutur. Əhali hazırda təşviş içində çöldə yaşayır. Teleqram vuran şəxs dərhal Ermənistan hökumətinə bu barədə xəbər verməyi, əhalinin qırılmağının qarşısını almaq üçün qəti tədbirlər görməyi təkidlə tələb edirdi. Teleqramın sonunda isə o, bir daha xatırladır ki, bu işdə gecikmək müsəlman kəndlərinin, dinc əhalinin məhv olması deməkdir (“Azərbaycan” qəzeti, 29 iyun 1919-cu il). Türklərin Naxçıvandan, o cümlədən, Zaqafqaziyadan getməsi ermənilərin əlqolunu açmışdı. Onlar Naxçıvan torpaqlarında yenidən hökmranlıq etməyə, bu əraziləri yaratdıqları daşnak hökumətinin ərazisinə qatmaq niyyətində idilər. Ermənilər bu məqsədlərini həyata keçirmək üçün müttəfiq qoşunlarının komandanlığından istifadə edirdilər. Müxtəlif vasitələrlə ermənilər tərəfindən ələ alınmış müttəfiq qoşunlarının komandanlığı və zabitlər təbiidir ki, bir çox məsələlərdə erməni daşnaklarının tərəflərini saxlayırdılar. Hətta general Devi 1919-cu ilin may ayında Naxçıvana gələrək, Naxçıvan və Şərur qəzalarının müsəlman əhalisini toplayaraq bildirmişdi ki, onlar bundan sonra erməni hökumətinə tabe olmalıdırlar. Lakin general Devinin bu təklifi müsəlman əhalisi arasında çox böyük narazılıqla qarşılandı. Naxçıvan və Şərur qəzalarının əhalisi erməni hökumətinin son ildə müsəlman əhalisinə qarşı soyqırımı siyasətini tətbiq etdiyini nəzərə alaraq general Devinin təklifini rədd etdi və bu qərara gəldi ki, onlar Azərbaycan respublikasının tərkibindədir və heç bir qüvvə onları bu respublikanın tərkibindən alıb Ermənistan respublikasına verə bilməz.. Həmin qərardan sonra silahlı müsəlman dəstələri “Qurd qapısı” qəzasının ərazisinə erməni silahlı qüvvələrini buraxmamağı qərara aldılar. Azərbaycanda və eləcə də Ermənistanda Sovet respublikasının yaradılması ərəfəsində müttəfiq qoşunlarının komandanlığı bu ərazilərdə yaşayan xalqlar arasında milli qırğınların daha da qızışdırılmasına xüsusi diqqət yetirirdilər. İngilis komandanlığının bu işdə böyük marağı vardı. Onların məhz yaxından köməyi sayəsində daşnak qoşunları 1919-cu ilin iyun ayında Naxçıvanı ələ keçirə bildilər. Əhaliyə amansız divan tutan daşnaklar Naxçıvanda yeni general-qubernatorluq yaradaraq general Şelkovnikovu başçı qoydular. Bir qədər sonra isə bu qubernatorluq qəddar daşnak Varşamyana həvalə edildi. Qeyd etmək lazımdır ki, 1919-cu ilin yayında ingilislər və daşnaklar yalnız Naxçıvan şəhərinə və Naxçıvan-Yerevan dəmir yolu xəttinin ətrafına hakim idilər. Bu dövrdə erməni daşnaklarına və ingilislərə qarşı xalqın mübarizəsini təşkil edən Kəlbalı xan, Cəfərqulu xan və Xəlil bəy düşmənin planlarını alt-üst edir, bütün əli silah tutan kişiləri öz ətrafına toplayırdılar.

Zaqafqaziya regionunda yaranmış hərbi siyasi vəziyyətin getdikcə kəskinləşməsi, Rusiyanın Azərbaycana qarşı hərbi müdaxiləsi həm daşnak hissələrinə, həm də bu hissələrə qarşı mətanətlə vuruşan əhaliyə öz təsirini göstərirdi. Artıq 1920-ci il avqust ayının 10-da Qızıl Ordu ilə daşnaklar arasında atəşin dayandırılması haqqında barışıq imzalandı. Bu barışığa görə bütün Şərur qəzası və Naxçıvan qəzasının şimal-qərb məntəqələrinin bir hissəsi daşnakların əlində qaldı. Daşnak hökuməti isə Naxçıvandan, Qarabağdan və Zəngəzurdan müvəqqəti də olsa əlini çəkdi. Lakin daşnak hökuməti bu barışığa məhəl qoymayaraq öz hərbi hissələrini Ordubad qəzasının şimal-qərb hissəsində əməliyyat keçirən Dro və Njdenin köməyinə göndərirdi. Bu quldur dəstələri Ordubad qəzasının kəndlərində özbaşınalıqlar edir, əllərinə keçən müsəlmanları ağır işgəncələrə məruz qoyurdular. Əlbəttə, daşnaklar Naxçıvanın əldən verilməsi ilə heç cürə barışa bilmirdilər. Odur ki, onlar həm ingilislər, həm də qonşu İranda Maku sərdarı ilə sıx əlaqəyə girərək Naxçıvanın yenidən geri qaytarılması üçün müvafiq tədbirlər görməyə başladılar. Onlar bu məqsədlə 1920-ci ilin sentyabr ayında Naxçıvan üzərinə hücum etmək üçün Ordubad qəzasının cənub kəndlərinə hərəkət etdilər. Lakin bundan xəbər tutan rus ordusu daşnak quldur dəstələrinin hücumunu dəf edib Ordubad şəhərini azad etdi. ( olke.az )

Nəşr olunub Manset

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

"Report" xəbər verir ki, məlumatı Türkiyə prezidentinin rəsmi saytı yayıb.

Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib.

O, martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Nəşr olunub SİYASƏT
Cümə Axşamı, 29 Mart 2018 19:00

Avtobusda gənc oğlan qadınları döydü- VİDEO

Dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, avtobusda gənc oğlan qadınlara qarşı ağır ifadələr işlətməklə bir neçə qadını döyüb. Kadrlardan görünür ki, sərnişin axınının çox olduğu saat 18 radələrində avtobusda ayaq üstə çətinliklə dayanan qadın qarşısındakı oturacaqda əyləşmiş gənc oğlandan bir qədər səliqəli oturmasını xahiş edir.

Bu zaman həmin şəxs qadına kobud şəkildə cavab verir və nalayiq ifadələr işlətməyə başlayır. Daha sonra qadının iradlarına aqressiv reaksiya göstərən oğlan hücum edərək ona yumruqla zərbə endirir.

İnsdent zamanı gəncə irad bildirən yaşlı qadın və 2 qoca kişi də onun hücumuna məruz qalır. Yaşlı-qadın demədən hər kəsə əl qaldıran və ictimai nəqliyyatda özünü nalayiq formada aparan gənclə bağlı dərhal polisə müraciət edilib.

Həmin şəxs avtobusa daxil olan polis əməkdaşları tərəfindən bölməyə aparılıb və faktla bağlı zəruri araşdırmalara başlanılıb.

“Xaliq Faiqoğlu” şirkətinin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən 10 TH 318 dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi videosu da hüquq mühafizə orqanlarına təqdim olunub.

Nəşr olunub HADİSƏ

Bir neçə gün əvvəl, sosial şəbəkələrdə edilən bir paylaşım diqqətimi çəkdi. Gördüm ki, orta məktəb müəlliməsi olan bir xanım filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görüldüyü diplomun alınması ilə bağlı sevincini izləyiciləri ilə bölüşüb. Müəllimənin adı mənə tanış gəldi. Araşdırdıqda məlum oldu ki, həmin xanım son bir neçə ay ərzində ardıcıl informasiya basqısına məruz qalan əyalət məktəblərindən birinin direktorudur. Düzü, həmin müəllimə barədə yazılan ardıcıl tənqidi məqalələrdə bir kampaniyaçılığın elementlərini sezmişdim. Adama təəccüblü gəlirdi, niyə mediamız Şamaxının bir qəsəbə məktəbində baş verənlərə bu dərəcədə həssaslıqla yanaşır? Neqativliklərdən heç bir müəsissə, təhsil ocağı sığortalanmayıb. Sözügedən məktəbdə də hansısa kiçik qüsurların olması, həmin neqativliklərin hətta mediaya yol tapması təbiidir. Amma bununla bağlı bir məqalənin yazılması kifayət edir ki, həmin istiqamətdəki nöqsanlar aradan qaldırılsın. Peşəkar jurnalist kimi bu şübhələrimi heç kimlə bölüşmədim və bu barədə yalnız özüm-özümlə dərdləşməli oldum. Məhz barəsində mənfi bir kampaniyanın aparıldığı həmin məktəbin direktorunun gənc yaşında alimlik dərəcəsinə yüksəlməsi məndə bu mövzu ətrafında araşdırma aparmaq həvəsini oyatdı. Qəribə paradoks yaranır. Əyalətdəki qəsəbənin gənc yaşlı xanım direktoru alim olur. Diqqət edək ki, bu həmin rayon üçün qürurverici bir hadisədir. Çünki Şamaxı rayonunda fəaliyyət göstərən 72 məktəb içində bu uğura ilk olaraq məhz Babaşova imza atıb. Yəni daha dəqiq ifadə etsək, Gülnurə xanım Şamaxıdakı məktəb direktorlarının sırasında yeganə alimdir. Əslində, bu örnək olan bir hadisədir və həmin müəllimənin şanı – şöhrəti barədə təriflərin yağdırılması yerinə, bəziləri  onu mediamızın mənfi qəhrəmanına çevirməyə cəhd edir, hətta deyərdik ki, buna qismən nail də ola biliblər.  Avtomatik olaraq suallar meydana çıxır: bəlkə bu işin arxasında gənc direktorun uğurlarını qısqanan hansısa bir qüvvə durur? Və ya həmin müəllimə hansısa maraqların təmin olunması üçün ardıcıl şantaja məruz qalır? Yaranan bu haqlı sualları araşdırmaq üçün barəsində söz açdığımız Gülnürə Babaşova barəsində əsl həqiqətlərin üzə çıxarılması istiqamətində kiçik bir araşdırma apardıq.


Gülnurə Babaşova kimdir?
İlk olaraq direktorun özü ilə əlaqə saxlmağa çalışdıq, lakin Gülnürə xanım bizə bildirdi ki, bu mövzuda danışmaq istəmir. Onun barəsində təqdim olunan rəsmi məlumatlara diqqət edək.

Babaşova Gülnurə 1980-ci ildə Şamaxı rayon Sabir qəsəbəsində anadan olub.1997-ci ildə ADPU-nin filologiya fakltəsinə qəbul olub,2001-ci ildə Şamaxı rayon Şəhriyar qəsəbəsində pedaqoji fəaliyyətə başlayıb.2005-ci ildə BSU-nun magistraturasına qəbul olub,2008-ci ildə isə həmin universitetin doktoranturasına qəbul olub.2016-ci ildə dissertasiya işini müdafiə edib,2018-ci ildə isə filologiya ixtisası üzrə fəlsəfə doktoru adını alıb.

Deyilənə görə, bu pilləyə çatmaq Gülnurə xanım üçün asan başa gəlməyib. Daima təzyiq və basqılar altında olunduğu deyilən Gülnurə xanım müəllimlik dövründə öz üzərində çalışaraq, müxtəlif kurslara ,treninqlərə qatılıb. 2012-ci ildə o,”İlin ən yaxşı 100 müəllimi müsabiqə”sinə qatılaraq yüksək balla qalib olmuş və Prezidentin sərəncamı ilə “İlin ən yaxşı 100 müəllimi” sırasında olub. Gülnurə xanım direktorluğa da həmin zamanlarda başlayıb. Onun yüksək bacarığını və işgüzarlığını görən rəhbərlik ona Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbində direktor vəzifəsində işləmək təklif edib. Doğulduğu qəsəbədə məktəb direktoru olmaq Gülnurə xanıma əlavə stumul verib. Deyilənə görə, o məktəbə rəhbər təyin edildiyi ilk gündən keçdiyi təlimlərdə öyrəndiyi yenilikləri onun üçün doğma olan məktəbə tədbiq etməyə başlayıb. Onun elə ilk qarşılaşdığı problemlər də burdan başlayıb. Belə ki, illərdir öz dəsti – xətti ilə dərs keçməyə alışmış heç bir rəqabətə getmək istəməyən və vaxtilə Gülnurə xanıma dərs deyən bir neçə qohum-müəllimlərdən ibarət dəstə bundan narazı qalır. Həmçinin mütamadi dərslərin dinlənilməsi, nizam – intizamın tələbi də, asudə işləməyə alışan bir neçə şəxsin xoşuna gəlmir. Onların dili ilə desək “bir uşağın gəlib onlara nizam- intizam qoyması” həmin şəxslərin heç də ürəyincə olmur. Lakin rəhbərliyin Gülnurə xanımım işindən razı qalmasını görüb susurlar.

Həmin zaman çərçivəsində Gülnurə xanım bir qəsəbə məktəbinə rəhbərlik etsə də ,qarşısına qoyduğu bir məqsəd olur: şəhər məktəbləri ilə ayaqlaşmağı bacarmaq. Bunun üçün apardığı ilk islahat müəllimləri Bakıda təşkil olunan müxtəlif kurslara göndərmək olur. Daha sonra şagirdlərlə rəhbərliyin sıx görüşləri təşkil edilir. Ardınca valideynlərlə silsilə görüşlər keçirir.Ən çox da valideynlərlə aparılan mütəmadi görüşlər öz səmərəsini verməyə başlayır.Bu vaxtadək övladının dərsi ilə maraqlanmayan bir çöx valideyn məktəblə sıx əlaqə yaratmağa başlayır, hətta övladının dərsinə biganə yanaşan müəllimlərdən dərs tələb etməyə üstünlük verir. İki-üç il keçdikdən sonra, Sabir qəsəbə məktəbində vəziyyət tamamilə dəyişir. Artıq şagirdlər Şamaxı rayonunda yeganə məktəb kimi müxtəlif beynəlxalq və yerli konfranslara qatılır, ali təhsil müəssisəsinə qəbulun sayı 5-6 dəfə artır.

Gəlin, statistikaya diqqət edək. 2012-ci ildə məktəbdən ali məktəblərə qəbul olanların sayı 2 nəfər olubsa, 2017-ci ildə bu nəticə 19 nəfərə çatıb. Eyni zamanda, Sabir qəsəbə tam orta məktəbin şagirdlərinin görüşlərinə müxtəlif dövlət xadimləri, professor və alimlər gəlməyə başlayır, şagirdlər onların mühazirələrini dinləyir. Bu templi inkişaf ətarfında Şamaxı rayonunun bir neçə məktəbi ilə müqayisə apardıqda görürük ki, anoloji hallar yalnız Sabir qəsəbə tam orta məktəbində baş verib.

Biz Gülnurə xanımdan suallarımıza cavab ala bilməsək də, onun sosial şəbəkələrdə aktivliyini nəzərə alıb,
qeydiyyatdan keçdiyi profilini araşdırmağa başladıq. Çox maraqlıdır ki, son yeddi ay ərzində barəsində gedən neqativ yazıların birinə belə o reaksiya verməyib. Bu xanımın səhifəsində yalnız dövlətçiliklə bağlı mütəmadi silsilə tədbirlər, açıq dərslərlə bağlı məlumatların paylaşıldığına rast gəlmək mümkündür. Onda isə sual yaranır: bəs belə olan halda, Vətəninə , xalqına və qəsəbəsinə xidmət göstərən bu xanımın başına gələn bu olaylar hardan qaynağlanır? Doğurdanmı bu yazılanlar doğrudur, yoxsa onun fəaliyyəti, dövlətə xidməti və sədaqəti kimlərisə narahat edir? Elə bu səbəbdən kənardan -kənara apardığımız araşdırmanı sizlərə təqdim edirik ki, Gülnurə xanım həqiqətən də bir qrup şəxsin qəzəbinə düçar olub. Ancaq prosesə bir şəxsin rəhbərlik etdiyi şübhəsizdir. Məsələnin ən pis tərəfi isə budur ki, həmin şəxsə bu işdə yardımçı olanlar sırasında bir vaxtlar Gülnurə xanımın özünə dərs demiş, onun müəllimi olmuş və bu gün də həmin məktəbdə çalışan, lakin direktorun apardığı islahatlarla razılaşmaq istəməyən müəllimlər də var. Qeyd edək ki, bu kampaniyanın başında duran şəxsin məktəblə heç bir əlaqəsi yoxdur. Hələllik sifarişçilərlə bağlı gəldiyimiz qənaət və bu cür şantaj xarakterli məlumatların hansı jurnalistlər vasitəsilə ictimailəşməsi və sonradan həmin məlumatlar ətrafında hansı spekuliyasiyaların aparılması haqda fikir bildirmək istəmirik. Məlum olur ki, müəlliməni gündəmə gətirtmək üçün onun islahatından narazı qalan və diaqnostik qiymətləndirmədəki nəticə səbəbindən dərsi və sinfi əlindən alınan müəllimlər bir vasitə kimi istifadə olunur. Biz müəllimənin fəaliyyətini məktəbin valideyinlərindən də araşdırdıq. Sizi inandıraq ki, müəllimə haqqında neqativ söz danışan bir valideyn belə tapmadıq. Hətta həmin məktəbdə məzun olmuş bir neçə şagirdləri ilədə əlaqə saxlaya bildik. Onlardan biri “tələbə olmağımı Gülnurə müılliməyə borcluyam”, deməklə kifayətləndi.
Bu yazını hansısa maraq və kiminsə müdafiə olunması aspektində qələmə almırıq. İstəyimiz budur ki, perspektivi olan bir xanımım məruz qaldığı şantaj kampaniyasına bir aydınlıq gətirək. Ancaq mövzu barədə daha ətraflı danışmaq və baş verənlərə aydınlıq gətirmək Gülnürə xanımın özünə aid olan məsələdir.

Çünki bilirik ki, filologiya ixtisası üzrə fəlsəfə doktoru adını yenicə almış Gülnurə xanım danışmağı hamıdan yaxşı bacarar. Ancaq bunu etməkdən niyə çəkindiyini anlaya bilmirik. Düzü, novator bir müəllimə kimi onun media ilə təmasdan qaçmasını təqdir etmirik.Ən azından verdiyi açıqlamalarla o, özü üçün hörülmüş bu hörümçək torunu yırta bilər. Bu artıq onun şəxsi işidir.

Ancaq məsələyə sırf profesional jurnalist aspektindən yanaşanda məlum olur ki, direktora yönələn tənqidi materiallarda yalnız onun özü deyil, bütün ailə üzvləri hədəfə alınır. Məqalələri arşadırdıqda məlum olur ki, hədəf olaraq direktorun məktəbdə müəllimə işləyən anası, bacıları, hətta həmin məktəbdə təsil alan ovadı belə seçilir. Bu da dərin qərəzin olmasından xəbər verir.
Hər şeyə rəğmən, araşdıra bilmədiyimiz bəzi detallar bizim üçün qaranlıq qalsa da, dəqiq onu deyə bilərik ki, çalışdığı qəsəbədə Gülnurə xanımın çox böyük hörməti və nüfuzu var.Əslində, Azərbaycan təhsilinə bu kimi fəaliyyəti , təhsili olan müəllimlər çox lazımdır.Lakin bu araşdırma bizə yeni bir ideya da verir ki, məktəbdə aşağı nəticə göstərən müəllimlərinin fəaliyyətinə də işıq salaq  və görək onlar belə göstəricilərə imza atmış  direktordan niyə narazılıq edirlər? Çünki əldə etdiyimiz məlumata görə müəllimənin gizli səsini yazıb mediaya ötürənlərin başında məhz qiymətləndirmədə aşağı nəticə əldə edən müəlimlər durur. Ən maraqlı faktlardan bir də budur ki, Şamaxı rayonunun əlaqədar qurumları və xüsusilə də Təhsil Şöbəsi bu məsələdə passivlik nümayiş etdirir. Təsəvvür edin ki, bir məktəbdəki kollektiv üzvləri tərəfindən direktorun səsi yazılır və sonra montaj olunaraq mediaya ötürülür. Bu əməlin özündə cinayət tərkibi var. Çünki qanunvericiliyə görə gizli çəkilişin aparılması və səs yazılarını qeydə almaq cinayət məsuliyyəti yaradan əməl sırasına aiddir. Hadisə Şamaxı rayon ərazisində baş verdiyi üçün, bu fakt həmin rayonun hüquq- mühafizə orqanları üçün cinayət işinin başlanması üçün ilkin əsas da sayıla bilər. (Azinforum.az)

Nəşr olunub CƏMİYYƏT

“Bu da o anlama gəlir ki, dediyiniz kateqoriyaya aid olan müxalifət söyüş söyənlərlə eyni sırada durur”

Samir Adıgözəlli: “Onların münasibəti belə olub ki, həmin adamlar fikirlərini ifadə etməklə bağlı məsələdə sərbəstdirlər”

Bir müddətdir Azərbaycan ictimai rəyində sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edən bəzi mühacirlərin əməlləri müzakirə olunur. Söhbət indiyə qədər siyasi arenada olmayan, sonradan yaxşı, komfortlu həyat axtarışı üçün, müxtəlif bəhanələrlə xarici ölkələrə sığınan bəzi şəxslərin söyüşlə fikirlərini ifadə edib, xalqa bu üsulla xitab etməsindən gedir.

Ən maraqlısı budur ki, həmin şəxslər daha çox siyasi şüarlar səsləndirməyə cəhd edirlər. Bu davranışlara müxtəlif səviyyələrdə etirazlar olunub. Bir sıra tanınmış jurnalistlər, ictimai-siyasi xadimlər, ziyalılar belə mübarizə metodlarının təqdir edilmədiyini vurğulayan yazılarla çıxış ediblər. Hətta hakimiyyətə müxalif mövqedə dayanan bir sıra şəxslər belə söyüş söyən mühacirlərin əməllərini sərt tənqid ediblər. Ancaq özlərini radikal adlandıran bir qrup müxalifət partiyası və təsisatı mühacirlərin etdiyi biabırçılığa susqunluq nümayiş etdirməklə münasibət bildirdilər. Hər halda, bir bəyanat verib onların əməlinə münasibət açıqlamaq olardı. Radikal müxalifətin söyüş söyən mühacirlərin davranışına bu sayaq münasibətini nə ilə izah etmək olar?

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli açıqlamasında bildirdi ki, artıq bu məsələyə milli-mənəvi dəyərlər aspektindən yanaşılır: “Bəli, həmin adamlar milli-mənəvi dəyərlərimizə zidd olan addımlar atıblar. Ölkənin simvollarını təhqir edib söyməklə, hansı dərəcədə tərbiyə aldıqlarını nümayiş etdiriblər. Mən gənc yaşlarımdan siyasətin içindəyəm. Etiraf edim ki, bu gün söyüş istehsal edən həmin adamların heç birini mən bu mübarizədə, siyasi spektrdə görməmişəm. Ancaq onlar siyasətçi olduqlarını iddia edirlər. Onlar bu əxlaqsız addımları atmağa başlayan gündən mən buna öz adımla olan profilimlə etiraz etmişəm. Demək olar ki, hamısı məni bloklayıb. Bax, budur onların “demokratiya” anlayışı. Azərbaycan kişisi heç vaxt uzaqdan durub kiməsə küçə söyüşlərilə söyməyib. Bunu edən adamların adına bizdə əxlaqsız deyiblər. Demək istədiyim budur ki, dediyiniz mühacirlərin siyasətə zərrə qədər də aidiyyəti yoxdur. Onda radikal müxalifət həmin adamlarla niyə ehtiyatlı davranır? Niyə onların əməllərini pisləyən bir bəyanatla çıxış etmirlər? Bunun səbəbini bilirəm. Çünki bu onların taktikasına oxşar fəaliyyətdir. Azərbaycanda troll dəstəsi yaradıb, insanları təhqir etdirməyin ilkin müəllifi Əli Kərimli olub. Bunu hamı bilir. İndi Əli Kərimli Orduxana, Turala, Mirzəliyə nə desin? Birinci ona görə demir ki, qorxur daha sərt və söyüşlə cavablar ala bilər. İkincisi isə hesab edir ki, onlar da iqtidara qarşı mübarizə aparmaqla onun marağının ifadəçisinə çevrilirlər. Mən onların davranışını neytral kimi dəyərləndirmirəm. Belə suallarla radikal müxalifətə müraciət edilib. Onların münasibəti belə olub ki, həmin adamlar fikirlərini ifadə etməklə bağlı məsələdə sərbəstdirlər. Bu da o anlama gəlir ki, dediyiniz kateqoriyaya aid olan müxalifət söyüş söyənlərlə eyni sırada durur”. (baki-xeber.com)

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

Reytinq