Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 09 Aprel 2018

"Dərbənddə yaşayan azərbaycanlılar prezident seçkilərində İlham Əliyevi dəstəkləyir. Biz Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin tərəfdarıyıq".

Bu fikirlər Dərbənddə yaşayan azərbaycanlıların ictimai təşkilatlarının "Dədə - Qorqud" xeyriyyə fondu ilə birgə keçirdiyi tədbirdə səsləndirilib.

Nizami abidəsinin önündə baş tutan tədbirdə qeyd edilib ki, son illərdə Rusiya və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Rusiya və Azərbaycan prezidentləri iki ölkə arasındakı münasibətləri uğurla inkişaf etdirirlər.

Bəyan edilib ki, Dərbənddə yaşayan azərbaycanlılar şübhə duymur ki, Azərbaycan xalqı düzgün seçim edəcək və İlham Əliyevi yenidən prezident seçəcək.





(Femida.az)

Nəşr olunub CƏMİYYƏT
Bazar Ertəsi, 09 Aprel 2018 18:12

Avropa diasporundan İlham Əliyevə dəstək

Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzi ( CASVaK ) və Azərbaycan Beynəlxalq Diaspor Mərkəzinin ( BDM ) Avropa nümayəndəliyi İlham Əliyevin namizədliyini dəstəkləyən müraciət ünvanlayıb. 

 

Müraciətdə deyilir:


Hörmətli Cənab Prezident,
Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzi ( CASVaK ), Azərbaycan Beynəlxalq Diaspora Mərkəzinin ( BDM ) Avropa nümayəndəliyi ilə birlikdə tərkibində Azərbaycan,Türkiyə, Çexiya, Avstriya, Polşa, Belarusiya, Ukrayna elm, tanınmış ictimai-siyasi xadimləri, müxtəlif ixtisaslar üzrə təhsil alan tələbə, magistr kollektivini işadamlarını, birləşdirir, Avropa o cümlədən Çexiya Azərbaycan münasibətlərinin inkişafını əsas məsələ kimi qarşıya qoyur.
Çexiya Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.Çexiya Prezidenti Miroslav Zeman Azerbaycana səfər çərçivəsində də bəhs olunan münaqişənin beynəlxalq hüquq normaları əsasında həll edilməli olduğunu vurğulayıb.
Çexiya mətbuatı isə öz növbəsində Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasının vacibliyini bəyan etməkdədir.
Xoş təəssüratlarla vətənə dönən qonaqlar Azərbaycanda gördükləri normal mühit, stabillik, yaradıcılıq, quruculuq işləri haqqında yerli və Avropa kütləvi məlumat vasitələrində çıxışlar etmiş,məqalələr dərc etdirmiş, Dağlıq Qarabağ probleminin tarixini, yaranma səbəblərini dərindən öyrənərək Azərbaycanın haqqlı, ədalətli mövqeyine tərəfdar olduqlarını bildirmişlər.

Azərbaycanın gündən-günə möhkəmlənən beynəlxalq mövqeyi, artan nüfuzu Avropaya həmçinin Çexiya ictimaiyyətinə də məlumdur. Surətli inkişaf fonunda görünən mənzərə qonaqlarda böyük məmnunluq hissi yaratmışdır.Azərbaycan dünya miqyasında öz sürətli, hərtərəfli inkişafı ilə seçilir və Avropa dövlətlərinin etibarlı strateji tərəfdaşı kimi çıxış edir.
Cənab Prezident,
Əlbəttə ki, bütün bunlara Sizin yaratdığınız əlverişli şərait, rəhbərliyinizlə həyata keçirilən doğru, düzgün siyasət sayəsində nail olunub.
Sizə minnətdarıq və Sizin rəhbərliyinizlə aparılan uğurlu daxili və xarici siyasəti dəstəkləyirik.
Azərbaycan xalqının xoş rifahı naminə hal-hazırki Prezident seçkilərində qalib olmağınıza, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının gələcəkdə daha yeni nailiyyətler əldə etməsinə inanırıq.
Biz Sizi dəstəkləyirik.
Azərbaycan xalqının rifahı, hərtərəfli inkişafı naminə Sizə can sağlığı, yeni uğurlar arzu edirik.

Dərin hörmətlə,

prof.Ing. Azer Kerimov.DrSc (sedr), prof.RNDr. Ivan Meznik, prof. MUDr. Jiri Vanek,
Dos.PhDr. Frantisek Capka,Dos.MUDr. Jiri Dusek, Ing.MBA.Oldrich Sasinka. Ing.Nagif Fezizade PhD,
Ing.Agif Fazizade, Ing.Mgr.Gasim Fazizade, Mgr.Garash Garashli, Mgr.Laman Axmedova,Mgr.Arzu Sadigov
Mgr.Saxavat Gocayev, Mgr.Ilkin Cafarov, bkl.Rafiq Bagirzade, bkl.Farxad Iravani, bkl.Husayn Valiyev,
bkl.Israfil Valiyev,bkl.Mustafa Haciyev,bkl.Idris Yusifov

 

Nəşr olunub SİYASƏT

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti nəticəsində əziyyət çəkən şəxslərin etirazı davam edir.

Şikayəti ilə Minval.info-a müraciət edən Sevda Süleymanova həyat yoldaşı Qüvvətəli Süleymanovun keçmiş MTN işçisi “Akula” ləqəbli Akif Mustafayev tərəfindən həbs elətdirildiyini bildirib.

Sevda xanım söyləyib ki, 21 mart 2013-cü ildə həbs edilən həyat yoldaşı artıq 4 il 6 aydır qeyri-qanuni cəza çəkir. Sevda Süleymanova əlavə edib ki, ona öz mənzilində rahat yaşamağa da imkan vermirlər:

“Bütün əmlaklarımızı əlimizdən qeyri-qanuni yolla alıblar. Ali Məhkəmənin Qərarı ilə Yasamal rayonu, Zahid Xəlilov ev 69 ünvanında yerləşən mənzili və qeyri-yaşayış sahəsini udmuşam, orada məni yaşamağa qoymurlar, artıq məcburam zirzəmidə yaşayım, ona da imkan verilmir”. Sevda xanım tək tələbinin həyat yoldaşının azadlığa çıxması olduğunu əlavə edib.

Digər bir şikayətçi Elmidar İsmayılov isə özünün və atasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Xüsusi Təyinatlılar İdarəsinin Qartal məxfi qurumunun 5 nəfər əməkdaşları tərəfindən ölümcül şəkildə döyüldüklərini vurğulayıblar. Həmçinin onları Akif Mustafayevə məxsus tikinti şirkətində tutduqları vəzifədən uzaqlaşdırılıblar. Elmidar İsmayılov yenidən işlə təmin ediləcəyi günü gözləyir.

Hər iki şikayətçi onlara edilən təzyiqlərdən bezdiklərini və canlarına qəsd edəcəklərini bildirirlər: “Bu təzyiq və ya təhdid deyil, biz sadəcə haqqımızın bərpa edilməsini istəyirik. Əgər hüquqlarımız bərpa edilməzsə, 11 apreldə keçiriləcək prezident seçkilərindən sonra Ulu Öndər Heydər Əliyevin məqbərəsi önündə intihar edəcəyik”.

Nəşr olunub CƏMİYYƏT

Dünya Azərbaycanlıları Milli Birliyinin (DAMB) sədri Cavad Derəxti Dünya Azərbaycanlıları Konqresinin (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin diasporla iş üzrə sector müdiri Qafar Əliyev də iştirak edib.

Bu barədə İnterpress.az-a DAK sədrinin humanitar və mədəniyyət məsələləri üzrə müavini, DAMB-nin sədr müavini Xəzər Emin məlumat verib. 

Cavad Derəxti Sabir Rüstəmxanlı ilə görüşüb - EKSKLÜZİV - FOTOX.Emin son günlər S.Rüstəmxanlı ilə C.Derəxti arasında konfliktin olması ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirib: “Əvvəla, onu qeyd edim ki, Cavad Derəxti və Sabir Rüstəmxanlı önəmli şəxsiyyətlərdir. Onların arasında heç bir zaman inciklik olmayıb. Bundan sonra da, inanıram ki, olmayacaq. Çünki, bu iki şəxsiyyət birlikdə dünya azərbaycanlıları üçün böyük işlər ərsəyə gətiriblər. Cavad bəy Derəxti 6 il müddətində Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri olub. O, nəinki, Avropada, okeanın o tayında, Amrerikada, Kanadada və dünyanın hər bir ölkəsində azərbaycançılıq ideologiyasının carçısı olub. Biz onunla birlikdə çalışmışıq. Bizim Avropa parlamentinin qarşısında təşkil etdiyimiz mitinqlərimiz baş tutub. Strastburqda mitinqlərə, toplantılara təşkilatçılıq etmişik. Parisdə, İsveçdə, Norveçdə, Almaniyada və s ölkələrdə təşkilatçılığımızla mitinqlər həyata keçirə bilmişik. Bununla da, DAK-ın üzvləri olaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda əlimizdən gələni etmişik”.

“Cavad Derəxti ilə Sabir Rüstəmxanlı arasında heç bir zaman konflikt olmayıb”

O bildirib ki, bu əsassız şayiələr 2007-ci ildən sonra yayılmağa başlayıb: “2007-ci ildə DAK-a yeni sədr seçilməsi üçün qurultayımız baş tutdu. Və həmin qurultayda, bildiyiniz kimi, Cavad bəy sədr seçilmədi. Sabir Rüstəmxanlı seçildi. Və bu müddətdə də DAK-da müəyyən işlər görüldü. DAK-ın tanıdılması, Sabir bəyin onlarla bəyanatı oldu. İran dövlətinə qarşı, orada yaşayan azərbaycanlıların haqq səsinin tanıdılması istiqamətində müəyyən ciddi işlər həyata keçirildi. Sabir bəy, hər zaman Güneydəki soydaşlarımızın dil, təhsil və digər problemlərini işıqlandırmağa və həlli istiqamətində müəyyən işlər görməyə çalışıb. Mən Cavad bəyin 6 illik sədrlik dövründə sədrin humanitar və mədəniyyət məsələləri üzrə müavini olmuşam. Eyni zamanda, Sabir bəyin də sədrlik fəaliyyəti dövründə mən də həmin vəzifəmdə qalmışam. İndi əsas məsələ odur ki, bəziləri düşünürdülər ki, Sabir bəylə Cavad bəyin arasında gərgin münasibətlər mövcuddur. Bunu da Cavad bəyin 2007-ci ildə DAK sədri seçilməməsi ilə bağlayırlar. Çox təəssüf ki, əsl həqiqət tamam başqa bir məsələdir. Cavad bəy Derəkti 2007-ci ildən sonra da nə zaman Bakıya gələrdisə, S.Rüstəmxanlı ilə görüşürdü. Eyni zamanda, Avropada müxtəlif tədbirlərdə birlikdə iştirak ediblər. Onlar birlikdə, diasporamızın fəaliyyəti haqqında və xaricdə yaşayan soydaşlarımızın problemləri haqqında fikir mübadiləsi aparırdılar. Birlikdə bəyanat yayırdılar. Onlar iksi də bizim ağsaqqalımızdır. Çox təəssüflər olsun ki, bu gün bəziləri onların arasında gərgin münasibətlərin olduğunu iddia edirlər”.

“Biz hər iki təşkilat olaraq, gələcəkdə də birlikdə fəaliyyət göstərəcəyik”

X.Emin qeyd edib ki, S.Rüstəmxanlı və C.Deraxti Azərbaycan üçün birlikdə böyük işlər görüb: “Biz Cavad bəylə birlikdə 2010-cu ildə Dünya Azərbaycanlıları Milli Birliyi (DAMB) adlı təşkilatı təsis elədik və İsveçdə qeydiyyatdan keçirdik. Cavad bəyin təklifi və idarə heyətinin təşəbbüsü ilə həmin birliyə sədr mən seçildim. Sonradan belə qərar gəldik ki, mən Cavad bəyin müavini olum. Çünki, mən müavin kimi Bakıda, Cavad bəy isə sədr kimi Avropada daha geniş imkanlarla fəaliyyət göstərəcəkdi. Mən özüm DAK-ın vitse-prezidentiyəm. Bu, bir diaspora təşkilatıdır. Ona görə də, biz hər yerdə fəaliyyət göstərə bilərik. Biz müxtəlif dairələrdən, müxtəlif tribunalardan və müxtəlif təşkilatlardan sözümüzü deməyi bacarmalıyıq. Mən həm Sabir bəyin, həm də Cavad bəyin səlahiyyətli nümayəndəsiyəm. Ona görə də, əminliklə deyirəm ki, bu iki şəxs arasında heç bir zaman konflikt olmayıb. Kimin də nə sualı olsa, cavablandırmağa hazıram. Bizim hər zaman Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, eyni zamanda, Güney Azərbaycandakı soydaşlarımızın haqqlarının tanıdılması uğrunda mübarizəmiz davam edir. Biz hər iki təşkilat olaraq, gələcəkdə də birlikdə fəaliyyət göstərəcəyik. Biz birlikdə qurultaylar da keçirəcəyik”.

Cavad Derəxti Sabir Rüstəmxanlı ilə görüşüb - EKSKLÜZİV - FOTO“Biz bundan sonra da birlikdə tədbirlər və qurultaylar keçirəcəyik”

Sədr müavini yaxın zamanlarda DAK-la DAMB-nin birlikdə keçirəcəyi tədbirlərdən də danışıb. O, tez bir zamanda təşkilatın qurultayının baş tutacağının gözlənildiyini bildirib: “Biz bundan sonra da birlikdə tədbirlər və qurultaylar keçirəcəyik. Biz Dünya Azərbaycanlıları Milli Birliyi olaraq bu yaxınlarda İsraildə qurultayımızı keçirmək istəyirik. Bununla bağlı danışıqlar gedir. İsrail müstəqil dövlətdir. Azərbaycanı sevən dövlətdir. Öz siyasəti var. Orada çoxlu azərbaycanlılar yaşayır. Yəhudi icması hər zaman dünyanın istənilən yerində Azərbaycan icmaları ilə birlikdə çalışıb. Onlar hər zaman bizim yanımızda olublar. Bunu Cavad bəy özü də dəstəkləyib. Dünyanın bir çox dövlətlərində biz qurultayını keçirmişik. Ümumiyyətlə, mən bir məsələni deyim ki, bizim təşkilat olaraq əsas hədəfimiz dünyada yaşayan 50 milyonluq azərbaycanlıların birliyini təşkil etməkdir. Və Azərbaycan dövlətinin , dövlətçiliyin dünyada tanıdılması istiqamətində işlər aparmaq. Biz siyasi təşkilat deyilik, təbii ki. Ancaq Azərbaycan dövləti, dövlətin atributları və ölkənin başında dayanan Cənab İlham Əliyev bizim üçün müqəddəsdirlər. Yenə də deyirəm ki, dostlarımız bu iki təşkilat arsaında konfliktlərin olduğunu iddia edənlərə inanmasınlar. Hər şey yaxşıdır, hər şey öz yolunda gedir. Qurultayımıızı da may ayında keçirməyi planlaşdırmışıq. Çünki, bilirsiniz ki, bu il AXC-nin yaradılmasının 100 illiyidir və bununla əlaqədar olaraq, Prezident İlham Əliyev sərəncam imzalayıb. Biz də bu sərəncamı dəstəklədik. Biz tədbirlərimizi dünyanın bir çox ölkələrində kçeirəcəyik. Yəni, qurultayların iksi də bu il baş tutacaq. Hər bir şəxs düşünməlidir ki, Vətən üçün nə edib. O düşünməməlidir ki, Vətən onun üçün nə edib”.

X.Emin sonda bir daha cəmiyyətdə yanlış fikirlər səsləndirənləri obyektiv olmağa çağırırb: “Sonda yenə, nəzərinizə çatdırım ki, DAK sədri Sabir Rüstəmxanlı DAMB hərəkatının sədri Cavad bəy arasında heç zaman konflikt olmayıb və heç bir zaman olmayacq da. Cavad bəyin bir sözü var, deyir ki, məni siz qəbul edin, mən onsuz da sizi qəbul edirəm. DAMB-nin nəzdində bizim xaricdə yaşayan dostlarımızın dəstəyi ilə “EvroAZ” onlayn televiziya fəaliyyətə başlayıb. Və yaxın bir zamanda televiziyanın fəaliyyətində geniş imkanlar əldə edib yayına başlayacağıq”.

Nəşr olunub CƏMİYYƏT

Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir: "Son günlər Ermənistan mətbuatı ölkənin rəsmi qurumlarına istinadən növbəti dəfə təxribat xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşıdurma xəttində gərginliyi artırmağa cəhd göstərir.

Belə ki, aprelin 8-i və 9-da Ermənistan kütləvi informasiya vasitələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası, Qazax və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan ərazisinin guya atəşə tutulması barədə məlumatlar yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan ilə dövlət sərhədi boyu atəşkəs rejiminə tam riayət edir. Erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil, gələcək təxribatlar üçün zəmin yaradır və bu kimi xəbərlərin davamlı olaraq yayılacağı istisna edilmir.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınacaq, tərəfimizdən dərhal, sərt və sarsıdıcı cavablar veriləcək". ( Musavat.com)

Nəşr olunub SİYASƏT

Şərqi Qutadan baş verən kimyəvi hücumdan sonra Rusiya ABŞ tərəfindən həyata keçirilə biləcək raket hücumu və ya hər hansı hərbi müdaxiləyə qarşı hərbi taktikasını dəyişdirib.

NTV-nin məlumatına görə, Rusiyanın Suriyada yerləşdirdiyi S-400 raketləri aktiv hala gətirilib. Miq-31 təyyarələri 24 saat növbə çəkməyə başlayıblar. ABŞ raketləri Əsəd rejiminin 20 bazasını hədəf aldığı bildirilir.

Hərbi bazaların bəzilərində rus hərbçiləri də var. ABŞ-ın rus əsgərlərin olmadığı bölgələri hədəfə aldığı bildirilir. Rusiya hərbçiləri olan bütün bazalarda həyəcan siqnalı verilib. Ehtimal olunan ABŞ müdaxiləsinə qarşı cavab olaraq ABŞ donanmasına məxsus gəmi və təyyarələrə atəş açılacağı bildirilir.

ABŞ-ın Əsədin hərbi bazalarını Aralıq dənizindəki gəmilərdən vura biləcəyi ehtimal edilir. (Avropa.info)

Nəşr olunub DÜNYA

Moskva polisi “Lenkom” teatrı yaxınlığında 16,6 milyon dollarlıq aksiya satışı ilə bağlı dələduzluq edən şəxsi həbs edib.

Avropa.info xəbər verir ki, həbs barədə məlumat verən hüquq-mühafizə orqanları 1950-ci il təvəllüdlü Azərbaycan vətəndaşının 2014-cü ilin iyulunda böyük Sinqapur şirkətinin pullarını ələ keçirmək istədiyini deyib. O, həmin bu vaxt firmanın direktoru ilə tanış olaraq onu restoran və otel biznesi ilə məşğul olan şirkətin aksiyalarının 100%-nin ona məxsus olduğuna inandıra bilib. Reallıqda isə aksiyaların 25%-i “Lenkom” dövlət teatrına məxsus olub.

““Yunost” mehmanxanasında azərbaycanlı dələduz aksiyaların alış-satışı ilə bağlı 38 milyon dollar məbləğində müqavilə imzalayıblar. Bundan 750 milyon rubl çıxmaq şərti ilə müqavilə 16,6 milyon dollardan çox məbləğ təşkil edib. Daha sonra bu məbləğ cinayətkar tərəfindən açılmış hesaba köçürülüb” – mənbə belə deyib.

Axtarış-əməliyyat tədbirləri çərçivəsində dələduz 6 apreldə saxlanılıb və ona qarşı  küllü miqdarda məbləğdə dələduzluq ittihamı ilə cinayət işi açılıb. Hal-hazırda həmin şəxs heç yerə getməmək haqda iltizam imzalayıb.

Nəşr olunub HADİSƏ

Reytinq