Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 10 Yanvar 2019

“Hazırda xalq artisti Fəxrəddin Manafovun zəngini gözləyirik”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov deyib.

Onun sözlərinə görə, F.Manafov rəsmi şəkildə teatrın işçisidir: “Fəxrəddin Manafovun çıxış etdiyi “Mərasim” tamaşası repertuarımızda var. Səhnə əsəri ayda bir dəfə nümayiş etdirilir. Tamaşanın rejissor köməkçisi onunla əlaqə saxlayıb və nə vaxt oynamaq istədiyini soruşub. Nə vaxt istəsə, gəlib rolunu ifa edə bilər. Teatrda xalq artisti üçün bütün şərait yaradılıb. Səhnə əsərinin nümayişi Fəxrəddin Manafovdan asılıdır”.

Qeyd edək ki, F.Manafov bir müddət əvvəl çalışdığı Rus Dram Teatrından işdən çıxdığını bildirmişdi.

Mədəniyyət Nazirliyinin rəhbərliyi aktyorun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq vermişdi.

Nəşr olunub MƏDƏNİYYƏT

Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib.

Boyukmillet.com xəbər verir ki, bunu qoruğun direktoru Vüqar İsayev bildirib. 

2018-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40min nəfər (təxminən 50 faiz) artıb. Onun sözlərinə görə, 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır: “Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən, Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi”.

Nəşr olunub MƏDƏNİYYƏT

"Neftçi" futbol klubunun prezidenti Kamran Quliyev brifinq keçirib. "Report" xəbər verir ki, K.Quliyev əvvəlcə komandanın qış hazırlığını dəyərləndirib...

- Komandamız artıq məşqləri bərpa edib, yanvarın 13-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaq. Keçirəcəyimiz 3 yoxlama oyununda rəqiblərimiz də bəllidir. Hər şey qaydasındadır. Paralel olaraq, transfer çalışmalarımızı davam etdiririk. Yaxın vaxtlarda bu məsələdə də yeniliklər olacaq.

- Albaniya mətbuatının yazdığına əsasən, Kvame Karikarini transfer etmək istəyən "Partizani" "Neftçi" ilə razılığa gələ bilmir. Bu iddia nə dərəcədə həqiqətə uyğundur?

- Doğru məlumat deyil. Bildiyim qədərilə, hücumçumuza bir neçə təklif gəlib. Amma bunlar qeyri-rəsmi təkliflərdir. O mənada ki, "Neftçi"yə heç bir rəsmi müraciət olmayıb. Olanda da mətbuata məlumatlar tez çatır. Ona görə sizin də xəbəriniz olacaq.

- Sərfəli təklif müqabilində Karikarini buraxmaq fikriniz var?

- Ola bilər ki, daha çox təcrübə toplaması üçün icarəyə verək. Karikariyə ümidimiz tükənməyib. Keçmiş komandalarındakı statistikasına baxsaq, kifayət qədər məhsuldar futbolçu olduğunu görərik. Görünür, ilk 6 ay onun üçün çətin keçdi. Səbəbkar isə digər hücumçumuz Mirabdulla Abbasovdur. Bu da rəqabətin nəticəsidir. Amma inanmaq istərdik ki, Kvame özünü ya "Neftçi"də, ya da başqa klubda yaxşı forvard kimi göstərəcək, idman və ya maddi baxımdan bizə fayda verəcək.

- "Neftçi"də oyununun alınmaması səbəbini özü ilə danışmısınız?

- Bunu Karikarinin özü də qəbul edir, anlayışla qarşılayır. Əməkdaşlarımız onunla daimi ünsiyyətdədir. Bilir ki, hazırkı rəqabətdə Mirabdulla Abbasovdan bir addım geridədir. Başqa sözlə, Mirabdulla daha öndədir. Amma hər şey bir anda dəyişə bilər. Ona görə də heç bir hücumçu, ümumiyyət, bütün mövqelərin oyunçuları boşalmamalıdırlar. Mən bunu belə görürəm: Ola bilsin, Abbasov daha çox çalışdı və daha şanslı oldu.

 

- Amma Karikari son müsahibələrində "Meydanda daha çox olmalıyam ki, özümü göstərə bilim" deyib...

- Vaxt qazanmağın da öz şərti var. Baş məşqçimiz Roberto Bordin çox təcrübəlidir. Onun siyasətinə və futbola baxışına bələdik. Bəziləri başqa cür düşünə bilər, amma bu insanın düşüncəsi belədir: Futbolçu əzmkar olmalı, məşqdə canını, bacardığını verməli, özünü maksimum dərəcədə ortaya qoymalıdır. Bunlar onun oyunlarda meydana çıxması ilə nəticələnəcək.

- "Neftçi" hazırkı liderliyini sonadək qoruya biləcəkmi?

- İnşallah.

- Baş məşqçi hansı mövqelərə transferlər istəyib?

- Onunla bu barədə danışığımız olub. Dekabrın ortalarında Mamadu Mbocu transfer etmişik. Müdafiə xəttimizə transferlər tamamlanıb. Heyətə qapıçı Aqil Məmmədovu cəlb etmişik. Hazırda yarımmüdafiəçi və ola bilsin, hücumçu transfer etmək istəyirik. Hücumçu almaq şərt deyil. Oyunçu gətirmək xatirinə yox, keyfiyyətlisini almaq niyyətindəyik. Onu da nəzərə alın ki, qış bazarı "axşambazarı" kimi olur.

- Hazırda "Qəbələ"dən Stiven Monroz və "Qarabağ"dan Bədavi Hüseynovu almaq istədiyinizə dair xəbərlər var...

- Onların heç birinə müraciət etməmişik. Hər ikisinin öz klubları ilə müqavilələri davam edir. Biz belə məsələlərdə həssasıq.

- Gözaltı etdiniz oyunçular var?

- Daha çox yarımmüdafiəçi axtarırıq. Bəli, var. Bir neçəsi ilə danışıqlar aparmışıq. Ola bilər ki, yaxın günlərdə yeni transferimiz gerçəkləşsin.

- Yeni hücumçunun gəlişi Karikarinin komandadan ayrılmasından asılı olacaq?

- Təbii ki... İlk növbədə, Karikarinin özünə və kluba sərf edən təklif gəlsə, bu, ya satış, ya da icarə olacaq.

 

- "Qarabağ" Reynaldonu komandaya qaytardı. Deyilənə görə Riçard Almeyda da qayıdacaq. Mövsümün ikinci hissəsində "Neftçi" və "Qarabağ" arasında daha qızğın mübarizə gedəcəyini düşünürsünüz?

- Onsuz da mübarizə qızğındır. Biz ilk növbədə, özümüzü fikirləşir və təbii ki, rəqibləri də izləyirik. Digər komandalar güclənir. Hətta bəziləri yanvarın əvvəlindən qış təlim-məşq toplanışına yollanıb. Bu, onların iddiasından və planından xəbər verir ki, ciddi rəqabət olacaq.

- Reynaldonun özü də açıqlama verib ki, "Neftçi"dən ona təklif olub. Niyə onu komandaya cəlb edə bilmədiniz: "Qarabağ" mənim üçün doğmadır" dedi, yoxsa maliyyə məsələlərində razılaşa bilmədiniz?

- "Qarabağ" onun üçün doğmadır. Yəqin ki, ona görə o klubu seçdi.

- Mövsümün sonunda klubla "Forza Neftçi" azarkeş qruplaşması arasında uçurum oldu. Bəzi söz-söhbətlər var idi. Azarkeşlər də bəyanat yaydı...

- Heç bir uçurum yoxdur. Azarkeşlərimiz əvvəlki kimi klubun damarıdırlar. Daim onları tribunalarda görürük. Onlar əsas komandamıza ən böyük dəstək verənlərdəndir. Onlarla görüşümüz də olub və problemlər arxada qalıb. Hamı bilir ki, "Forza Neftçi" klubdan idarə olunan bir struktur deyil. Bu, bir fanat qrupudur. İnanmaq istəyirik ki, problemlərimiz artıq arxadadır və öz komandalarını dəstəkləməyə davam edəcəklər.

- Bir vaxtlar prezidenti olduğunuz "Sumqayıt" "Neftçi"ni ölkə kubokundan kənarlaşdırdı. Qış çempionu olduqdan sonra arxayınlıq yarandı və "Sumqayıt"a ona görə məğlub oldunuz, yoxsa "Neftçi"də həqiqəqən də problemlər var?

- Bu, ağır məğlubiyyət idi. Amma hər məğlubiyyəti dərindən təhlil etməyə ehtiyac yoxdur. Çünki futbol qalibiyyət və məğlubiyyətlərlə paralel gedir. Biz daha çox qalib gəlirik. "Sumqayıt"dan öncə məğlub olduğumuz matç da olub. Məsələn, avrokubokda. Hardasa yeni il ab-havası, insanların yeni illə bağlı planlarını qurması da təsirini göstərdi. Amma inanmaq istəyirəm ki, bizim komandada peşəkarlar çoxluq təşkil edir. Klubda peşəkarlar işləməlidir. Məğlubiyyəti qəbul edirlər və bu məğlubiyyət səhvlərin təkrarlanmaması üçün onlara işarə idi. Komanda oyuna psixoloji cəhətdən lazımi qədər köklənməmişdi. Bunu futbolçulara da demişəm.

- Başqa klublardan "Neftçi"nin futbolçularına rəsmi təklif olub?

- Bəli, yerli oyunçularımıza yerli klublardan təkliflər olub. Çünki bizdə kifayət qədər güclü yerli oyunçu var. Rəşad Əzizli də "Sumqayıt"a keçdi. Bir neçə ay öncə Rəşad özü bizə müraciət etmişdi ki, belə bir söhbət var. Onun ora getməsi təsadüfi hal deyil.

- Mirabdulla Abbasovun ilin futbolçusu seçiləcəyini gözləyirdiniz?

- Onu təbrik edirəm. Bu il Azərbaycan futbolu üçün çətin oldu. Etiraf edək ki, digərlərindən böyük fərqlə seçilən oyunçu yoxdur. Abbasovun bir il öncəki və indi statusu arasında böyük fərq var. Azərbaycan futbolunda 23 - 25 yaşlı oyunçuya gənc və perspektivli deyilir. Onun 23 yaşı var. Bu yaşda öz sözünü deməyi az da olsa, bacarıb. Jurnalistlərin ona bu münasibətini və dəstəyini sadəcə alqışlayıram. Çünki siz ona dəstək oldunuz, Mirabdullaya stimul verdiniz ki, daha da yaxşı olsun.

Nəşr olunub İDMAN

Rusiyanın S-500 Prometey zenit raket sistemləri barədə yeni məlumatlar yaymaması S-400-ün ixracını təhdid altında qoymamasıyla bağlıdır.

BOYUKMİLLET.COM xəbər verir ki, bu məlumatı “Neşinl İnterest” qəzeti yayıb.

“S-500-lər 600 kilometr məsafəyə atış atmaq qabiliyyətinə sahibdir. Bu, S-400-ün imkanlarından 200 kilometr çoxdur. S-500 az görünə bilən qırıcıları aşkar etmək, həmçinin saniyədə 6,5 kilometr sürətlə uçmaq qabiliyyətinə sahib olan 10 döyüş başlığını eyni anda izləməyə qadirdir. Sistem silahlanmaya qəbul zamanı bir neçə dəfə dəyişdirilib. Ruslar qorxur ki, S-500-ün buraxılışı S-400-ün böyük ixracat uğurlarını məhv edər. Potensial müştərilər S-400-ə marağını itirə və onu köhnə hesab edə bilərlər. Türkiyə və Hindistan kimi vacib müştərilər bundan narazı qala bilərlər. S-500-lərin ixracının 2021-ci ilə reallaşdırılması mümkün deyil” – deyə o bildirib.

Nəşr olunub DÜNYA

UEFA yaxın vaxtlarda maliyyə "feyr-pley"i qaydalarını sərtləşdirə bilər. 

Boyukmillet.com-un "Bild"ə istinadən verdiyi məlumata görə, Avropa futbol qurumu mövcud qaydalar üzərində işləmək niyyətindədir. Buna əsasən qitə klubları futbolçu transferi üçün bütün lazımi məbləği maksimum 3 il ərzində ödəməlidirlər. Nəzərdə tutulan addım qüvvəyə minsə, klubların maliyyə feyr-pleyinin tələblərini yerinə yetirməsi çətinləşəcək. 

Qeyd edək ki, Fransanın PSJ klubu 2017-ci ildə Neymarı İspaniya "Barselona"sından 222 milyon avroya transfer edib. Lakin maliyyə sənədlərində bu məbləğ 5 ilə bölünüb. Beləliklə, UEFA hər il Kataloniya təmsilçisinin xəzinəsinə 44,4 milyon avronun köçürüldüyünü nəzərə alır. 

Azərbaycan klublarından "Keşlə" mailyyə "feyr-pley"i qaydalarını pozduğu üçün 2015-ci ildə cəzalandırılıb

Nəşr olunub İDMAN

Ötən il ərzində Azərbaycan Kredit Bürosuna banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən 1 845 147sorğu həyata keçirilib. 

Boyukmillet.com-un büroya istinadən verdiyi xəbərə görə, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 70% çoxdur. 

Büroya sorğuların 1 651 065-i banklar, 194 082-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 1 080 463 sorğu yerinə yetirilib.

Azərbaycan Kredit Bürosu 6 mart 2018-ci il tarixindən etibarən kredit tarixçələrinin realizasiyasına başlanıb. Ötən ilin yekunlarına əsasən Büro ilə müqavilə imzalamış təşkilatların sayı 120-yə çatıb. 2018-ci il ərzində Büronun sistemindən 30 bank və 38 BOKT istifadə edib. 

Ötən dövr ərzində Büro tərəfindən 5 xidmət istismara verilib ki, bunlar da kredit hesabatları, kredit skorinqi, arxiv sorğuları, mobil və kommunal xidmət hesabatlarıdır.

Qeyd olunan dövr ərzində 12 659 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət edib. Müraciət etmiş şəxslərin 12 573-ü fiziki, 86-sı isə hüquqi şəxslər olub.

Nəşr olunub İQTİSADİYYAT
Cümə Axşamı, 10 Yanvar 2019 15:15

Azərbaycanda pul bazası ötən il 12% artıb

Azərbaycanda pul bazası bu il yanvarın 1-nə 9 545,7 mln. manat təşkil edib.

Boyukmillet.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekarın 1-i ilə müqayisədə 560,5 mln. manat və yaxud 6,2% çoxdur. 

Ötən ilin əvvəlinə nisbətən isə pul bazası 1 002,5 mln. manat və yaxud 11,7% artıb. 

Nəşr olunub İQTİSADİYYAT

Rüfət Aslanlı evi üçün dünyanın ən bahalı mebellərini sifariş verdirib

Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət olunub.

boyukmillet.com- un məlumatına görə, Türkiyə Respublikasının “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan K.Əliyevə göndərdiyi şikayət məktubunun nüsxəsini "qafqazinfo" saytının redaksiyasına təqdim edib.


Özünə 65 min manat maaş yazan azərbaycanlı məmurun maşın kolleksiyası
O bildirib ki, 2012-ci il R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb. Razılaşmaya görə şirkət R.Aslanlıya məxsus Nərimanov rayonunda yerləşən “Roseville Apartments” yaşayış binasında ümumi sahəsi 620 m2 olan, satın alınaraq birləşdirilmiş üç ədəd mənzildə və Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsr tipli villada quraşdırılması üçün xaricdən daxili dekorasiya məhsulları, texniki avadanlıqlar, lüstrlər, mebellər, ipək xalçalar alaraq gətirib. 

M.İyigörür həm villa, həm də birləşdirilmiş mənzillər üçün zəruri avadanlıqlardan başqa, R.Aslanlının sifarişi əsasında “Aslanlı” ailə nişanı ilə xüsusi toxunan xalçalar, dəsmallar, qoxulu sabunlar da hazırlatdıraraq keçmiş sədrə göndərib.


“Roseville Apartments” yaşayış binasında R.Aslanlıya məxsus mənzillər üçün onlarla TIR dolusu materiallar göndərilib. 

Şikayətçinin sözlərinə görə, Rüfət Aslanlı həyat yoldaşı Leyla Aslanlı ilə birlikdə İtaliyanin Venesiya şəhərindəki MURANO adasına gedərək orada əl istehsalı, şüşədən hazırlanmış ümumi dəyəri 80 min avro olan 65 ədəd lüstr alıb. Hər bir lüstr L.Aslanlı tərəfindən tək-tək bəyənilərək seçilib.

Onlar İtaliyanin Milan şəhərinə gedərək orada “Aslanlı” ailə nişanı ilə Milanda xüsusi toxunan 100% ipək italyan xalçalar, Milanın ən bahalı ve lüks italyan mebel firması olan “BELCOR”-dan ümumi dəyəri 410 min avro olan əl istehsalı 200-dən çox mebellər alıblar

M.İyigörür R.Aslanlı və L.Aslanlı ilə dəfələrlə İstanbulda şirkətin Levent ofisində və ya R.Aslanlı və ailəsinin daim qaldığı “FOUR SEASONS” hotelindəki Suitlərində iclaslar keçirdiyini bildirib. Orada ər və arvadın seçərək bəyəndiyi 3 ədəd əl istehsalı gizli kassalar, Amerika istehsalı olan divar kağızları, balkon mebelləri, yüzlərlə bəzək əşyası, “smart” ve səslə işləyən tualetlər, barmaq izi ilə açılan qapılar və “smart”, soyuduculu şərab dolabları, “Aslanlı” ailə nişanı ilə xüsusi olaraq emal edilmiş pərdələr, yataq örtükləri, qoxulu sabunlar, dəsmallar və digər məhsullar onların ünvanına göndərilib. 

Mallar Amerika, İngiltərə, Belçika, Fransa, İtaliya kimi bir çox xarici ölkələrdən Türkiyəyə, oradan da Azərbaycana idxal edilib. Malların ümumi dəyəri 1 milyon 411 min 65 dollar məbləğindədir. R.Aslanlı 2016-cı ilədək hissə-hissə 603 min 14 dollar ödəyib. Onun şirkətə 808 min 51 dollar borcu qalıb.

Şikayətçi qeyd edib ki, ilk olaraq müqavilə R.Aslanlının özü ilə bağlansa da, sonradan onun istəyi ilə sifarişlər köməkçisi İsayev Elmar İslam oğlunun adına göndərilib. Yazışmalarda E.İsayev danışıqları müdiri R.Aslanlının adından etdiyini bildirib.

M.Güldoğan əlavə edib ki, borcun qaytarılması üçün R.Aslanlı ilə əlaqə saxlasalar da o, belə bir şirkəti tanımadığını və heç nə sifariş etmədiyini deyib. Rəsmi sənədlər ona təkrar göstərildikdən sonra isə sifarişlərin köməkçisi E.İsayevə məxsus olduğunu bildirib. Daha sonra isə onlara pulu ödəməyəcəyini, məhkəməyə verərlərsə, özlərinin ziyanlı çıxacağını deyərək hədələyib.

Mustafa Veysəl Güldoğan müraciətinin sonunda Kamran Əliyevdən R.Aslanlının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunmasını xahiş edib.

65 min maaş alan məmurun Gədəbəydəki qəsri, səslə işləyən tualeti, 65 lüstru... FOTO

 

65 min maaş alan məmurun Gədəbəydəki qəsri, səslə işləyən tualeti, 65 lüstru... FOTO

 

65 min maaş alan məmurun Gədəbəydəki qəsri, səslə işləyən tualeti, 65 lüstru... FOTO
Nəşr olunub CƏMİYYƏT
 
Xətai, Suraxanı və Sabunçu rayonlarında yeni fırıldaqçılar peyda olub.
 
boyukmillet.com xəbər verir ki, sözügedən rayon sakinlərinin Medicina.az-a verdiyi məlumata görə, bir neçə gənc əllərinə bir aparat götürərək binaların qarşısını gəzir. Onlar bloklara girərək guya "donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını deyirlər. Həmin şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edir, bunun qarşılığında isə 2 manat pul istəyirlər.
 
Medicina.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, onlara belə bir tapşırıq verilməyib.
 
"Dezinfeksiya”nın aparıldığı rayonlardan biri - Suraxanı rayon Dezinfeksiya İdarəsindən də fakt təkzib olunub. İdarədən qeyd olunub ki, onlarda da belə "fırıldaq”la bağlı məlumat var: "Bizə belə bir göstəriş yoxdur. Biz də eşitmişik ki, bir neçə oğlan gəzir, bloklara nəsə fısqırdır və sakinlərdən onların da qapısını "dezinfeksiya” eləmək üçün pul alırlar. Verənlər də olur, verməyənlər də. Bizə göstəriş verilməyib. Hətta bizə göstəriş olsa da, binalarda dezinfeksiya etmirik. Biz bağça, məktəb, xəstəxana, iaşə obyektlərini – yəni kütləvi yerləri dezinfeksiya edirik. Kimdirsə, pul yığmaq məqsədilə edir. Çünki qapını və bloku "donuz qripi”nə qarşı dezinfeksiya etmək mənasızdır. Sakinlər gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini istəsin”. 
 
Sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.
Nəşr olunub CƏMİYYƏT

img

Vüqar Qədirov: “Artıq Azərbaycanın belə şər maşını ilə mübarizə aparmaq kimi immuniteti formalaşıb”
Rauf Zeyni: “Bir saata yaxın söhbət etdik, saxlanma şəraitindən narazılıq etmədi”

 

Həbsdə olan bloger Mehman Hüseynovla bağlı məsələyə tam aydınlıq gətirildi. Bir neçə QHT rəhbəri onunla həbsxanada görüşüb, hətta fotoşəkil də çəkdirib paylaşıblar. Sosial şəbəkələrdə yayılan fotolardan görünür ki, M.Hüseynovun vəziyyəti qənaətbəxşdir.

Hətta onun azadlıqda çəkdirdiyi fotolarla müqayisə etdikdə M.Hüseynov daha gümrah görünür, əvvəlkinə nisbətən bir qədər də kilo alıb. Blogerin aclıq aksiyasını bir gündən sonra dayandırdığına dair rəsmi qurumların mövqeyi yayılmışdı. Sonra Mehmanın vəkili açıqlama verdi ki, müdafiə etdiyi şəxs qida qəbul edir. Amma, görünür, Mehmanın bu vəziyyətdə olması ölkənin daxilində süni ajiotaj yaratmağa cəhd edənləri qane etmirdi. Onlar, əksinə, guya Mehmanla bərabər aclıq saxladıqlarını deyirdilər. Hətta “aclıqla keçən” günlərin sayını 12-yə çatdırmışdılar. Bu süni kampaniyaçılığa xaricdən də dəstək verilirdi. Prosesə hətta bəzi tanınmış KİV-ləri də qatmışdılar. Ancaq nəticə göz qabağındadır. M.Hüseynovla bağlı yaradılan süni gərginlik nəticə vermədi. Daxildə və xaricdə olan şəbəkənin bu mövzu ətrafında süni ajiotaj yaratmaq cəhdi niyə alınmadı?

Politoloq Vüqar Qədirov qəzetimizə bildirdi ki, deyilən dairələrin niyyətlərinin puç olması yalanı müdafiə etdikləri ilə bağlıdır: “Bilirsiniz ki, bəzi beynəlxalq təşkilatlar və media qurumlarından  Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Müstəqilliyimizdən sonra biz belə halların tez-tez şahidi olmuşuq. Hər dəfə Azərbaycanda mötəbər tədbirlər keçiriləndə həmin şəbəkə işə düşürdü. Şəbəkənin ölkə daxilində və xaricində fəaliyyət göstərən üzvləri var. Buradakıların ötürdükləri yalan informasiyalar onlar tərəfindən tirajlanırdı. Heç vaxt onlar istəklərinə nail ola bilməyiblər. Artıq Azərbaycanın belə şər maşını ilə mübarizə aparmaq kimi immuniteti formalaşıb. M.Hüseynov ali təhsili olmayan bir gəncdir. Arada fotolar və videolar çəkib internetdə paylaşırdı. Ona görə də onun adını bloger qoyublar. Amma beynəlxalq mediada onu jurnalist kimi müdafiə edirdilər. Cəza çəkdiyi yerdə rejim qaydalarını pozduğu üçün ona cinayət işi qaldırılıb. Ola bilər ki, Mehman elan olunan ittihama etiraz edib. Amma deyilən şəbəkə onun quru aclıq keçirdiyini iddia etməyə başladı. Rəsmi qurumlar həmin məlumatı təkzib etsələr də, Mehmanın adı ilə qrant almaq istəyənlər yalanın miqyasını daha da artırdı. Çünki sakitlik onların işinə yaramırdı. Bir neçə QHT rəhbərinin Mehmanla həbsxanada görüşüb fotolar çəkdirməsi bütün yalanlara  və şayiələrə son qoydu. Çünki Mehmanın görkəmi heç də həmin şəbəkənin iddia etdiyi vəziyyətdə deyildi. Məlum oldu ki, bir neçə gün ərzində onlar ictimaiyyəti aldadıblar”.

M.Hüseynovla həbsxanada ən son görüşən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, gənc blogerin vəziyyəti yaxşıdır: “Biz onunla görüşdük. Bizdən əvvəl o, atası və Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri ilə də görüşmüşdü. Bizimlə birgə paylaşılan fotolardan da görürsünüz ki, Mehmanın vəziyyəti çox gümrahdır. Bir saata yaxın söhbət etdik. Saxlanma şəraitindən narazılıq etmədi. Aclıq aksiyası keçirmədiyini də bildirdi. Yeganə narazılığı elan olunan yeni ittihamla bağlıdır. Bununla əlaqədar da onun hüquqlarının müdafiəsi üçün istənilən şəraitin yaradılacağına söz verildi. Bu istiqamətdə heç bir problem yoxdur”.

 

 

Nəşr olunub SİYASƏT
Page 1 of 2

Reytinq