Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 11 Yanvar 2019

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
boyukmillet.com yanvarın 10-da M.Hüseynovun özünün yazdığı və imzaladığı müraciətin fotosunu və mətnini təqdim edir.

Müraciətdə deyilir: “Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Və cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin də kimlərinsə əhvalını pozmasını istəməzdim.

Bu yaxınlarda yaxınlarımdan mənə daxil olan məlumata görə, gecə saatlarında sosial şəbəkə istifadəçilərindən bir nəfər mənim vəziyyətimin kritik hala düşdüyünü və Müalicə Müəssisəsinə təcili aparılmağımla bağlı həqiqətə uyğun olmayan status paylaşmışdı. Bu məlumat mənim atamın və yaxınlarımın ciddi narahatlığına səbəb olmuşdur. Hesab edirəm ki, hər kəs həm etdiyi hərəkət, həm yazdığı yazının məsuliyyətini özü daşımalıdır. Lakin insanların hissiyyatı hər zaman nəzərə alınmalıdır. Bir məsələni də qeyd etmək istərdim ki, mən də nə doğma qardaşım Emin, nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram. Məni istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, ayaqdayam, qida qəbul edirəm, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm. Əvvəlcədən sizə mənim müraciətimi yaydığınıza görə, öz minnətdarlığımı bildirirəm”.
Mehman Hüseynov KİV nümayəndələrinə müraciət etdi - FOTO
Nəşr olunub CƏMİYYƏT

Rusiya XİN-in rəsmisi yenə Azərbaycana qarşı kobud bəyanat verdi – Gevorkyana görə…

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Azərbaycana qarşı kobud bəyanatla çıxış edib. Virtualaz.org xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması barədə danışıb.

“Doğrudan da mən bu barədə sosial şəbəkələrdə çoxlu məlumatlara rast gəlmişəm. Bayram günləri ərzində də belə insidentlər olub. Biz onları əvvəl də qeydə almışdıq və Azərbaycan tərəfi qarşısında məsələ qaldırmışdıq. Deyirdilər və təəsüflənirdilər ki, belə hallar  artıq yaxşı çıxmır və düzgün olmayan praktikadır. Amma bayram günlərində sosial şəbəkələrdə böyük material dərc edilib və bu, Rusiya vətəndaşlarına qarşı birinci diskriminasiya halı deyil. Ötən il etnik əlamətinə görə azı 16 Rusiya vətəndaşının Azərbaycana buraxılmaması qeydə alınıb”-Mariya Zaxarova deyib.

XİN rəsmisi əlavə edib ki, Rusiya vətəndaşları aeoroportda saatlarla saxlanılıblar və daha sonra ölkədən rəsmi səbəb göstərilmədən zorla ölkədən çıxarılıblar.

“Bizim fikrimizcə, bu faktlar Rusiya vətəndaşlarının hüquqlarının kobud pozulmasıdır, Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqda müqavilələrə ziddir. Mən bir daha demək istərdim ki, Rusiya tərəfi dəfələrlə Azərbaycan tərəfinə bu vəziyyətin yolverilməz olduğunu çatdırıb. Biz bu saxlanılma və sürgün praktikasını dayandırmağı tələb etmişik, çünki o ölkələrimiz arasında dostluq münasibətlərinə ziddir”-Zaxarova bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, Azərbaycan rəhbərliyi ilə təmaslarda Rusiya tərəfini əmin ediblər ki, situasiya yoluna qoyulacaq.

Bundan əvvəl erməni KİV-ləri Yeni ili Azərbaycanda qarşılamaq istəyən Rusiya vətəndaşı Kristina Gevorkyanın soyadına görə Bakıya buraxılmadığını yazmışdı.

Mariya Zaxarova bundan əvvəl də dəfələrlə Azərbaycana qarşı kobud bəyanatlar səsləndirib, xüsusən də erməni məsələsi ilə bağlı.

Nəşr olunub DÜNYA
Naxçıvanın Bakıdakı nümayəndəsi: Ulu Naxçıvan zövqsüz
Son günlər mətbuat adına qara ləkə olan bəzi üzdəniraq "sayt"da Naxçıvan Muxtar Respublikası və onun rəhbərliyi haqqında heç bir həqiqətə, fakta əsaslanmayan, ilk baxışdaca sifariş olunmuş "silsilə yazılar" təəsuratı yaradan, milli və multimilli əxlaqdan kənar, mənəviyyata hayqırı əsassız məlumatların yerləşdirilməsini təəssüf hissi ilə izləyir, bu santaj dolu yazıları və onları tirajlayan təxribatçıları qətiyyətlə lənətləyirik! Əslində, bu yazılara cavab vermək, yaxud onlar barədə hər hansı fikir ifadə etmək, bəlkə də, yersiz görünə bilər. Lakin bu yalan, şər və böhtan dolu "məqalələr"də adı keçən bir çox keçmiş yüksək vəzifəli şəxslərin mənə zəng edərək, bu məsələdə onlara yardımçı olmaq üçün çoxsaylı xahişlərini nəzərə alaraq, geniş ictimaiyyətin bunu bilməsini istədim ki, dəfələrlə bu insanlar nəinki barələrində yazılmaqda olan sifarişli "reytinq tablosu"nun iştirakçısı olmaq istəmədiklərini ifadə etmiş, hətta barələrində iftira yazanları məhkəməyə vermək, hüquqlarını layiqincə qorumaq niyyətindədirlər. Onlardan bir çoxu artıq öz vəkillərinə müraciət belə edib. Bu məsələlərə hüquqi qiymət verilməsi üçün, mənəvi deqradasiya yaşamaqda olan "qəhrəmanların" layiqli cavaba təbii ki, ehtiyaci var və bu, tərəfimizdən hər zaman mütləq olacaq. Əks təqdirdə, təbii ki "oģru elə baģırdı ki, doģru yaddaşını itirdi" məsəli öz mənasını itirərdi. Bir sözlə, qoy bu əldəqayırma və rahat idarəolunan əşyacıqlar bilsinlər ki, qədim və müasir tariximizin güvənc yeri, müstəqil Azərbaycanımızın bir dövlət kimi var olmasında, yaşamasında, çiçəklənməsində və inkişaf etməsində lokomativ sayıla biləcək ulu Naxçıvan və onun müdrik düşüncəyə malik, tərəqqipərvər və humanist ali rəhbərliyi heç bir insani dəyərlərə, vətəndaşlıq mövqeyinə sıģmayan, ucuz, hikkəli və zövqsüz "nəbz yoxlamaları"na boyun əyməyəcək. Bizim yolumuz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident cənab Ilham Əliyevin ləyaqətlə davam və inkişaf etdirdiyi haqq, ədalət yoludur!
Nəşr olunub SİYASƏT

 

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış etdilər.

Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.

 

Nəşr olunub RƏSMİ XRONİKA

Elm adamları okean sularının əvvəlki illərə nisbətən sürətli şəkildə isindiyini açıqlayıb.

boyukmillet.com Publika.az-a istinadən xəbər verir ki, “Science” dərgisində yer alan məqalədə insanlara təhlükənin siqnalları verilib.

Belə ki, bu əsrin sonuna qədər okean suları sürətlə isinəcək və dəniz səviyyəsi 30% həcmində yüksələcək.

Xəbərə görə, buzlaqlar BMT-nin 5 il öncəki hesabatındakı təxminlərdən daha sürətli şəkildə əriyir. Okeanın istiliyi bir neçə il ərzində rekord qıracaq. Elm adamları okeanların istilənməyə davam etdikcə daha pis nəticələr doğuracağını bildirib.

Araşdırmaya görə, istilənən okeanlar fırtına, qasırğa və şiddətli yağışların artmasında əhəmiyyətli faktordur. Suların temperaturunun qalxması, eyni zamanda, dəniz ekosistemlərini öldürür, dəniz səviyyəsini artırır və qasırğalarının daha fəlakətli olmasına yol açır.

Dəniz sularının bu şəkildə sürətlə istilənməsinin səbəbi isə havaya buraxılan zəhərli qazların yaratdığı temperaturdur.

Nəşr olunub CƏMİYYƏT

 

Baş nazirdən qərar: Bu məhsulların gömrük rüsumları artırıldı – Qiymətlər qalxacaq

Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib.
 
boyukmillet.com-un məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
 
Qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 litri üçün 0,3 ABŞ dolları, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litri üçün 0,3 ABŞ dolları, meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər üçün 15.12.2019-cu il tarixinədək 15 %, lakin 1 litri 0,7 ABŞ dollarından az olmamaq şərtilə, alkoqollu energetik içkilər 1 litri üçün 2,0 ABŞ dolları, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar: siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1000 ədədi üzrə 0,5 ABŞ dolları, elektron siqaretlər üçün maye – 1 kq-ı üzrə 1 ABŞ dolları müəyyən edilib.
 
Nazirlər Kabinetinin digər bir qərarı ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrində də dəyişikliklər edilib.
 
Qərarla şəkər əlavələri və ya digər şirinləşdirici və ya dadaromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat, 2 meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat, tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat, tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1 ədəd üçün 1,0 manat, tərkibində tütün olan siqarillalar 1000 ədəd üçün 20,0 manat, tərkibində tütün olan siqaretlər 1000 ədəd üçün 28,0 manat tərkibində tütün əvəzləyicisi olan siqarlar 1 ədəd üçün 1,0 manat, tərkibində tütün əvəzləyicisi olan siqarillalar 1000 ədəd üçün 20,0 manat, tərkibində tütün əvəzləyicisi olan siqaretlər 1000 ədəd üçün 28,0 manat, elektron siqaretlər üçün maye 1 litr üçün 20,0 manat müəyyən edilib.
 
Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Nəşr olunub İQTİSADİYYAT
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
 
 Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2018-ci ildə polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. 


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,kollegiya iclasını daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq vurğulayıb ki, 2018-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluq tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin saxlanılması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilib, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb.

Qanunsuz saxlanılan silahların yığılması istiqamətində də ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirlərinin nəticəsində vətəndaşlar tərəfindən 255 müxtəlif növ silah və xeyli sayda döyüş sürsatı təhvil verilib. 

Muxtar respublikanın daxili işlər naziri bildirib ki, 2018-ci ildə ümumilikdə 1702 vətəndaş qəbul edilib və müraciətlərin əksəriyyəti həll olunub. Görülən tədbirlərin nəticəsidir ki, ötən il yol qəzalarının sayı 2017-ci illə müqayisədə 54 faiz azalıb. Muxtar respublikamızda biometrik şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün texniki vasitələr quraşdırılaraq istifadəyə verilib. Hesabat dövründə maddi-texniki bazanın möhkəmləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində də işlər davam etdirilib. Biometrik şəxsiyyət vəsiqələrinə keçid prosesi ölkəmizin inkişaf etmiş dövlətlər sırasında irəliləməsinin bariz nümunəsidir. Muxtar respublikamızda biometrik şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün texniki vasitələr quraşdırılaraq istifadəyə verilmişdir. “Səyyari xidmət”in fəaliyyəti vətəndaşlar arasında böyük məmnunluq hissi yaradaraq daxili işlər orqanlarının nüfuzunu daha da möhkəmləndirmişdir. 

Məruzə ətrafında müzakirələrdə çıxışlar edilib. Qeyd olunub ki, polis orqanları əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqları yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasını təmin edəcək. 

Sonra kollegiya iclasının qərarı qəbul edilib.

Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov yekun vuraraq 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıb və bildirib ki, daxili işlər orqanları beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələri layiqincə yerinə yetirəcək, 2019-cu ildə də cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətlərini daha da gücləndirəcəklər. Naxçıvanın cinayətsiz region prinsipi qorunaraq əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcək. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilibNaxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Nəşr olunub CƏMİYYƏT

 

Təəccüblənmiş azərbaycanlıların İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Milad bayramı münasibətilə tədbirlərdə ölkənin erməni icmasına baş çəkməsini müzakirə etdikləri bir vaxtda Azərbaycanın Rusiyanın Rostov-Don şəhərindəki diasporunun rəhbəri Vaqif Mustafayev də erməni xalqını bu bayram münasibətilə təbrik edir, özü də bütün azərbaycanlıların adından (?!).

V.Mustafayev ötən ilin oktyabrında da Ermənistana belə bir təbrik yollamış və erməni xalqını müstəqilliklərinin 25 illiyi münasibətilə təbrik etmişdi. Yenə də “bütün azərbaycanlıların” adından.

İki il əvvəl isə yenə də o, Rusiyanın bu regionunun erməniləri tərəfindən təşkil edilmiş tədbirdə iştirak edərək, nitq söyləmişdi. O zaman mətbuat yazırdı ki, “Vaqif Mustafayevin təbriki ermənilərə xüsusilə xoş təsir bağışlamışdı”.

Vaqif Mustafayev Azərbaycan ictimaiyyətinin diqqətini ilk dəfə hələ 2015-ci ildə özünə cəlb etmişdi. O vaxt diaspor rəhbəri Rostov hakimiyyətinin icazəsi olmadan erməni separatçılarının təşkil etdiyi tədbirdə iştirak etmiş və səhnədə “DQR bayrağı” adlanan əski parçasını dalğalandıran qarabağlı rəqqasların çıxışını ayaq üstə alqışlamışdı.

Prinsip etibarilə ermənipərəst mövqedə olması Vaqif Mustafayevin şəxsi işidir, lakin nəyə görə o, bununla birlikdə Azərbaycan diasporuna rəhbərliyini davam etdirir və “bütün azərbaycanlılar” adından təbriklər göndərir?! Ona bu səlahiyyəti kim verib?

Nəşr olunub CƏMİYYƏT

Reytinq