Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 04 Yanvar 2019

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ-ın dövlət katibi Mayk Pompeonun Ankaranın Suriya siyasətinə dair fikirlərinə etirazını bildirib.
 
boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Aksoy Pompeonun "NewsMax” televiziya kanalına müsahibəsində Suriya ərazisində fəaliyyət göstərən YPG/PKK terror təşkilatlarının üzvlərinin kürd xalqı ilə eyniləşdirilməsini yanlış adlandırıb.
 
 O, həmçinin Pompeonun Ankaranın terrorçularla mübarizə sahəsində fəaliyyətini tənqid etməsini yolverilməz adlandırıb.
 
Türkiyə XİN rəsmisi əlavə edib ki, Ankara Suriyanın milli birliyi və ərazi bütövlüyünü, habelə özünün milli təhlükəsizliyini təhdid edən PKK/PYD/YPG və İŞİD terror təşkilatlarına qarşı mübarizəni əzmlə davam etdirəcək. Onun sözlərinə görə, Türkiyə kürdlərin də daxil olduğu bütün suriyalıları dəstəkləyir: "Türkiyə istər terrorla mübarizədə, istərsə də Suriyada münaqişənin nizama salınması prosesində suriyalı kürdlərin hüquqlarının müdafiə etməyi davam etdirəcək. PYD/YPD terrorçularının zülmündən qaçan yüz minlərlə suriyalı kürdlər Türkiyədə sığınacaq tapıb və onların təzyiqi nəticəsində öz yurdlarına qayıda bilmirlər”.
 
Xatırladaq ki, ABŞ-ın dövlət katibi Suriyadan qoşunların çıxarılmasına baxmayaraq, burada yaşayan kürdləri Türkiyənin törədəcəyi qırğından qoruyacaqlarını bəyan edib.
Nəşr olunub DÜNYA

Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb.

boyukmillet.com  “Yenicaggazetesi”nə istinadən xəbər verir ki, bunu Dünya Uyğur Konqresinin (DUK) sədri İsa Dolkun bildirib.

O, düşərgələrin genişlədildiyinə dair sübutların olduğunu deyərək həmin məkanlarda ölən 350 uyğur mənşəli professorun adları olan siyahının əllərində olduğunu söyləyib.

İ.Dolkun vurğulayıb ki, 2018-ci ilin yanvarında həmin düşərgələrdə saxlanılan uyğur türklərinin sayı bir milyondan çox idi: "Düşərgədə saxlanılanların arasında 80-90 yaşlarında yaşlı insanlar da var. Sabah çox gec olacaq. İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri soyqırımın bir daha təkrarlanmayacağına söz vermişdilər. Ancaq indi Çində uyğurlara qarşı soyqırım həyata keçirilir”.

Qeyd edək ki, 2018-ci ildə Sincan-Uyğur Muxtar Bölgəsində 1 milyon 120 min ictimai məmur 1 milyon 690 min uyğur türklərinin ailəsində “qonaq” olub.

 
 
 
 
 
Nəşr olunub CƏMİYYƏT

Nikita Xruşşovun siyasi fəaliyyətinə nəzər salarkən belə qənaətə gəlmək olar ki, o öz hakimiyyəti dövründə Azərbaycana qarşı həmişə ədalətli mövqe nümayiş etdirib. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı təkliflərini Xruşşov qətiyyətlə rədd edib. Anastas Mikoyanla yaxın dostluq münasibətlərinə baxmayaraq, Xruşşov bu məsələdə tarixi gerçəkliklərə üstünlük verərək ədalətsizliyə yol verməyib.

Nəhayət, 1964-cü ilin yanvar ayında Nikita Xruşşov Qarabağ məsələsi ilə bağlı Mikoyanın layiqli cavabını verib: “Mən bu gün hazıram ki, Dağlıq Qarabağda yaşayan erməniləri Ermənistana bir sutka ərzində köçürmək üçün ora on iki min hərbi yük maşını göndərim”. Bununla da Xruşov Dağlıq Qarabağın Ermənistanın tabeliyinə verilməsi məsələsinə münasibətini tam ortaya qoyub.

Bununla yanaşı, Nikita Xruşşov öz hakimiyyəti dövründə Azərbaycanın sosial iqtisadi inkişafı üçün SSRİ büdcəsindən səxavətlə vəsait ayırıb.

Bu baxımdan 1960-cı ilin aprel ayında sovet Azərbaycanının 40 illiyi münasibətilə Nikita Xruşşovun Azərbaycana səfəri maraqlı hadisələrlə yadda qalıb. SSRİ rəhbərinin Bakıya səfəri zamanı respublika üçün əhəmiyyətli olan bir sıra məsələlər də öz həllini tapıb.

Nikita Xruşşov Bakıya qatarla gəlib. Qarşılanma mərasimindən sonra vağzal ətrafındakı kiçik həyət evlərinə nəzər yetirən ali qonaq Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovdan soruşub:

– Paytaxt girişindəki bu kiçik və yöndəmsiz daxmalar nədir?

Xruşşovun qəfil sualı Axundovu çaşdırsa da, o, suala dərhal cavab tapıb:

– Nikita Sergeyeviç, bu daxmalarda sakinlər əsasən ev heyvanları saxlayırlar.

Xruşşov başını bulayaraq gülümsəyib:

– Sizin heyvanlarınız, deyəsən, çox savadlıdır. Daxmaların hamısının üstündə antenlər var.

Nikita Xruşşovun respublika stadionunda alovlu çıxışı alqışlarla qarşılanıb. Stadionda SSRİ rəhbərinə Azərbaycanın milli baş geyimi, papaq hədiyyə olunub. Xruşşov dərhal şlyapasını çıxardaraq papağı başına qoyub, şlyapasıyla isə görüşə toplaşanları salamlayıb. Məhz bu görüşdə tarixi bir foto yaranıb: iki papaqlı Xruşşov…

Həmin görüşdə sıravi bir milis əməkdaşının hərəkəti də Xruşşovun diqqətindən yayınmayıb. Toplaşanlar arasından bir qadın Xruşşova məktub vermək istəyəndə milis əməkdaşı kobud şəkildə onun qarşısını almaq istəyib. Bunu görən Xruşşov çox kəskin və sərt şəkildə milis əməkdaşına iradını bildirib və məktubu qadından alıb.

Xruşşovun Azərbaycana səfəri ilə Bakı Metropoliteninin tikintisinin yeni mərhələsi başlanıb. Məlum olduğu kimi, Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında metropolitenin tikintisi qərara alınıb. Qərarın icrası uzun illər yalnız sənəd üzərində qalıb. Təbii ki, 1941-45-ci illər müharibəsi illərində də bu haqda düşünülməyib. Nəhayət, 1951-ci ildə çox kiçik templə metronun tikintisinə başlanılıb. Ancaq qısa bir müddətdən sonra, 1953-cü ildə vəsaitin çatışmazlığı ucbatından tikinti işləri dayandırılıb. Məhz Xruşşovun Bakı səfəri zamanı bu məsələ öz həllini tapıb, tikinti işləri davam etdirilməyə başlayıb.

Xruşşovun Azərbaycana səfəri zamanı dənizdə neftçıxarma sahəsində olan bir çox problemlər də həllini tapıb. Sovet rəhbəri Neft Daşlarında olarkən bu şəhəri möcüzə adlandırıb. Məhz onun göstərişi ilə Neft Daşlarında yeni binalar inşa edilməyə başlanıb, burada işləyənlərin ərzaq və məişət əşyaları ilə yüksək təminatı öz müsbət həllini tapıb, yeni texnikalar və texniki avadanlıqlara təchizat məsələləri kimi problemlər həll olunub.

Xruşşovun Bakı səfəri zamanı onu respublika rəhbərliyi ilə yanaşı, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri də müşayiət edib. Müşaiyət edənlər arasında ən maraqlı fiqur isə Azərbaycan KP MK-nın ikinci katibi Vladimir Semiçastnı olub. O, 1959-1961-ci illərdə bu vəzifədə çalışıb. Bu həmin siyasətçidir ki, Nikita Xruşşov onu 1961-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə gətirmişdi. Və bu həmin DTK sədridir ki, 1964-cü ildə Xruşşovun hakimiyyətdən devrilməsində əsas icraçılardan biri olub. Çox yəqin ki, Xruşşov bunları əvvəlcədən bilsəydi, Vladimir Semiçastnı ilə bağlı lazımi qərarları elə Bakıda verərdi.

Nəşr olunub CƏMİYYƏT

Yanvarın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin Türkiyənin Mersin şəhərinə səfəri başlanıb.

Türkiyə Müharib Qazilər Dərnəyinin (Müharibə Veteranları Birliyi) Mersin şöbəsinin dəvətilə həyata keçirilən səfər qardaş ölkənin bu mühüm liman şəhərinin 1922-ci ilin 3 yanvarında fransız işğalından qurtulmasının 97-ci ildönümü münasibəti ilə gerçəkləşdirilən tədbirlərdə iştirak məqsədi daşıyır.

Yanvarın 3-də, səhər Azərbaycan nümayəndə heyətinin üzvləri Mersin vilayət və şəhər rəhbərliyinin, eləcə də yerli ictimaiyyətin nümayəndələri ilə birlikdə bu şəhərin tarixi dəmiryolu vağzalında keçirilən təntənəli mərasimə qatılıblar. Mərasimin mahiyyəti ondan ibarətdir ki, 97 il əvvəl olduğu kimi, yenə də simvolik qatar, onun qarşılanması vilayət və şəhər rəhbərliyi, o cümlədən, ictimaiyyət nümayəndələri tərəfindən böyük coşğuyla həyata keçirilib.

Həmin rəmzi qatarda dəmiryolu vağzalına daxil olan Türkiyə Müharib Qazilər Dərnəyinin Mersin şöbəsinin başqanı Kamal Cındız özləri gətirdikləri dövlət bayrağını vilayət və şəhər rəhbərliyinə təqdim edib, sonra isə ictiamiyyət nümayəndələrini salamlayıb.

Ardınca foklor kollektivləri, mehteran bölüyü xüsusi proqramla çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinin iştirakı ilə gerçəkləşən təntənəli mərasimdə yüksək ovqat müşahidə olunub. Tədbir daha sonra şəhərin Cümhuriyyət meydanında davam edib. Nümayəndə heyətimizin üzvləri meydana qədər olan təxminən 1 kilometrlik məsafəni vilayət və şəhər rəhbərliyi, yerli ictimaiyyətin nümayəndələri ilə birgə qət ediblər. Əllərində Türkiyə və Azərbaycan bayraqları tutan gənclər, tələbələr, eləcə də müharibə veteranları meydana daxil olaraq protokolda nəzərdə tutulan qaydada yerlərini tutublar.

Sonra xüsusi hərbi avtomobildə izdihamda qatılanları salamlayan Mersin valisi Ali İhsan Su, Mersin Böyükşəhər Bələdiyyə başqanı Bürhanəddin Kocamaz mersinlilərə səmimi duyğularını, xoş arzularını çatdırıb, bu günün səbəbkarı olanlara, başda Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk olmaqla bütün şəhidlərə, Mersininin qurtuluşunda əməyi olan hər kəsə rəhmət diləyiblər.

Daha sonra alqışların müşaiyyəti ilə yenidən foklor ansambılı səhnəyə çıxıb.

Mərasimdən sonra Türkiyə Müharib Qazilər Dərnəyinin Mersin şöbəsinin binasında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşə Mersin valisi Ali İhsan Su, Mersin Böyükşəhər Bələdiyyə başqanı Bürhanəddin Kocamaz, vilayətdəki donanma qarnizonunun komandanı, eləcə də Mersindən olan müxtəlif partiyaları təmsil edən millət vəkilləri, Şimali Kipr Türk Cümhuriyyətinin Mersindəki konsulu da qatılıblar.

Görüşdə Azərbaycan-Türkiyə qardaşlığınının önəmini bir daha vurğulayan Emin Həsənli göstərilən diqqətə, edilən dəvətə, təşkil olunan görüşlərə görə, Mersin rəhbərliyinə, xüsusən, Türkiyə Müharib Qazilər Dərnəyinə, dərnəyin Mersin şöbəsinə təşəkkürlərini çatdırıb.

Şəhər valisi, bələdiyyə başqanı, millət vəkilləri, eləcə də digər çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlığının bütün sahələr üzrə daha da möhkəmləndiyini, dostluq əlaqələrinin son illər durmadan inkişaf etdiyini, bir çox nailiyyətlərə yol açdığını qeyd ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvlərindən Milli qəhrəman Vahid Quliyev, Azərbaycanın ilk snayper-döyüşçü qadınlarından Növrəstə Yusifova, əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərində həlak olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu, “525-ci qəzet”in baş redaktor müavini, ədəbiyyatşünas-tərcüməçi Seyfəddin Hüseynli çıxış edərək Mersinin qurtuluşunun 97-ci illiyi münasibətilə vilayət rəhbərliyini bir daha təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, çay süfrəsi arxasında səmimi söhbətlər, mülahizələr, qeyri-hökumət təşkilatları səviyyəsində qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin gəlişindən böyük məmnunluq duyduqlarını nəzərə çatıdıran Türkiyə Müharib Qazilər Dərnəyinin başqanı Şükrü Tandoğan, dərnəyin Mersin şöbəsinin başqanı Kamal Cındız bu gəlişin Mersinin 97-ci illiyi ilə əlaqədar keçirilən tədbirlərə fərqli bir ovqat, xüsusi bir rəng qatdığını dilə gətiriblər. Mersinin qurtuluşunun Türkiyənin İstiqlal savaşının qalibiyyətlə sona yetməsində mühüm səhifə olduğunu qeyd edən şəhər valisi belə bir şanlı qələbənin tezliklə Azərbaycanda, Qarabağda, işğal olunmuş digər bölgələrimizdə də əldə ediləcəyinə olan dərin inamını ifadə edib.

B.Kocamaz isə ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladaraq bunun təkcə sözdə deyil əməldə də reallaşdığını, bu birliyin, vəhdətin bir çox mühüm uğurlara vəsilə olduğunu qeyd edib.

Azərbaycan nümayəndə heyəti üzvlərindən Türkiyə təmsilçisi Camal Barış, tibb təhsilini Türkiyədə tamamlayan, İstanbulda çalışan Fatma İsgəndərova, eləcə də digər qonaqlar bu görüşün önəmini vurğulayıb, Mersində həm Türkiyə, həm Azərbaycan qazilərinin, media nümayəndələrinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin bir araya gəlməsinin bu sahdəki əməkdaşlığın yeni bəhrələr verəcəyinə inamlarını ifadə ediblər.

Azərbaycan nümayəndə heyətinin mersin görüşləri davam edəcək. 

Qeyd edək ki, səfər QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

 

Nəşr olunub CƏMİYYƏT

Vətənimizin uğurları bizi çox sevindirir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu günlər doğma Azərbaycanımızda bayram bayrama qarışıb. Xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ilin gəlışini bayram edir. Əlbəttə, çox istərdik ki, bu əziz günlərdə biz də doğma Vətənimizdə olaq, doğmalarımızla bir yerdə bu bayramların xoş əhvalını yaşayaq. Amma biz Vətəndən uzaqda, Rusiya Federasiyasının Çelyabinsk vilayətində yaşayırıq. Biz bu bayramları burada yaşayan soydaşlarımızla birgə qeyd edirik.

Burada azərbaycanlılar çox mehriban və dostluq şəraitində yaşayırlar. Diaspor təşkilatı yaratmışıq və Vətənin ruhunu yaşatmağa çalışırıq. 2000-ci ilin martında yaratdığımız “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi Cənubi Uralın diaspor təşkilatları arasında öz fəallığı ilə seçilir. 
Təşkilatımızın başlıca məqsədi Azərbaycanla Çelyabinsk vilayəti arasında iqtisadi-ticarət, mədəni əlaqələrin daha da dərinləşməsini təmin etmək, bununla bağlı layihələri reallaşdırmaqdır. 
Bu gün Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yaranmışdır. Azərbaycanın Rusiyadakı diaspor təşkilatları da bu əməkdaşlığın inkişafına ğz töhfələrini veməyə çalışırlar. Bizim “Ozan” mərkəzi də bu əlaqələrin genişlənməsi işinə xidmət edir. Biz ölkəmizin mədəniyyətini, incəsənətini burada təbliğ edir, maraqlı tədbirlər keçiririk.
Mərkəzdə təşkil etdiyimiz görüşlərdə xalqımızın tarixi haqqında söhbət açır, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını faktlarla çelyabinsklilərə çatdırırıq.
Mərkəzin qəzetini buraxırıq. Eyni zamanda,”Dostluq ipək yolu: mədəni dialoq” adlı iki kitab da nəşr etdirmişik. Bu kitablar dövlətlərimizin qarşılıqlı münasibətlərinə həsr olunmuşdur.
Mərkəzin fəaliyyətində əsas istiqamətlərdən biri azərbaycanlı uşaqların təhsili məsələdir. Çalışırıq ki, uşaqlarımız xalqımızın adət-ənənələrini yaxşı öyrənsinlər, milli-mənəvi dəyərlərimizdən xəbərdar olsunlar.
Bu gün Çelyabinskdə yaşayan azərbaycanlılar Azərbaycan haqqında tam məlumatlıdırlar. Bilirlər ki, cənab Prezidentimiz İlham Əliyevin siasəti nəticəsində Azərbaycan çiçəklənən diyara çevrilmişdir və o, Cənubi Qafqazın lider dövlətidir. Biz ölkəmizin nailiyyətləri ilə fəxr edirik.
Dünya Azərbaycanlı­larının Həmrəylik Günü və Yeni il münasibəti ilə bütün dünyada yaşayan soydaşlarımızı təbrik edir, onlara daha möhkəm birlik arzulayıram.

 

Rəfail QULİYEV, 
Rusiya Federasiyası Çelyabinsk vilayətindəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri

 

Nəşr olunub CƏMİYYƏT

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan investisiya reytinqində ölkəmizin regionları arasında 2017-ci və 2018-ci illərin nəticələrinə görə ard-arda iki dəfə liderlik qazanıb. Şübhəsiz, bu göstərici regional inkişaf prioritetləri baxımından qədim diyarın sosial-iqtisadi sahədə və xarici iqtisadi əlaqələrdə uğurlarını bir daha ortaya qoymaqla, yeni investisiyalar üçün cazibədarlığını da artırmaqdadır.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan” Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov deyib. O qeyd edib ki, sərmayə, yəni investisiya qoyuluşu iqtisadiyyatda əsas hədəflərə çatmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlərin mühüm tərkib hissəsidir. Belə tədbirlər nəticəsində iqtisadi artım və həyat səviyyəsinin yüksəlməsi, xüsusilə elmtutumlu innovativ sahələrin inkişafında arzuedilən nəticələr əldə olunur. Bu da dövlətin investisiya siyasətinin əsas hədəflərindəndir. Belə ki, dövrün tələblərinə cavab verən investisiya siyasətini işləyib hazırlamaqla dövlət ölkə və region iqtisadiyyatının investisiya aktivliyinin artırılmasına, bununla da sosial-iqtisadi inkişaf üçün tələb olunan resursların cəlb edilməsinə və onlardan səmərəli istifadəyə şərait yaradır. Başqa sözlə, bazar iqtisadiyyatı şəraitində investisiya mənbələrinin üzə çıxarılması, onların lazımi istiqamətə yönəldilməsi dövlət investisiya siyasətinin əsas məqsədlərindən biridir. Planlı və məqsədyönlü şəkildə həyata keçirilən bu siyasət bəzi sahələrdə dərhal, bir sıra sahələrdə isə uzunmüddətli perspektiv üçün öz səmərəsini verir. Bu sahədə ölkəmizin regionları arasında lider mövqeyini möhkəmləndirmiş Naxçıvan Muxtar Respublikasında həyata keçirilən belə bir investisiya siyasəti də, son nəticədə, özünü real sektorun inkişafında, maliyyə potensialının və intellektual yaradıcı gücün artırılmasında göstərir. Bu da haqlı olaraq Naxçıvanın cazibə qüdrətini artırır.

Muxtar respublikada sənaye müəssisələrinin sayı 8,5 dəfə artaraq 442-yə çatıb

İqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov deyib: Naxçıvan Muxtar Respublikasının müasir inkişafında insan amilinə verilən diqqət ön planda durur. İqtisadi sahədə əldə olunan nəticələrin sosial sahəyə transformasiyası, uzunmüddətli dövrdə yeni, yaradıcı insan resurslarının formalaşdırılması həyata keçirilən bütün tədbirlərin, o cümlədən investisiya qoyuluşlarının da istiqamətini müəyyənləşdirir. Əhali məşğulluğunun təmin olunması, insanların ən ucqar yaşayış məntəqələrində məskunlaşmasını daha da əlverişli edən quruculuq tədbirlərinin geniş vüsət alması, daha çox intellektual potensialın gücündən faydalanmağı nəzərdə tutan innovativyönümlü yeni texnologiyaların istehsalata fəal tətbiqi məhz insan əməyinin yüksək qiymətləndirilməsi ilə nəticələnir ki, bu da iqtisadiyyatın istənilən sektorunda daxili imkanlar hesabına təkrar investisiya qoyuluşlarına müsbət təsir göstərir. Xüsusən özəl sektor üçün bu cəhətə baxdıqda muxtar respublikada istehsal olunan ümumi daxili məhsulun həcmi ilə nisbətdə geniş investisiya qoyuluşu gücünün formalaşdığını demək olar.

Məhz bu səbəbdəndir ki, 1990-cı illə müqayisədə muxtar respublikada sənaye müəssisələrinin sayı 8,5 dəfə artaraq 442-yə çatıb. Təkcə bir sahə üzrə rəqəmlərə baxdıqda görünür ki, son nəticədə, sakinlərin rifah səviyyəsinin artırılmasına yönəldilən belə sərmayə qoyuluşları istehlak bazarında yeni tələbatın formalaşmasına, bu isə, öz növbəsində, iqtisadi artımın dinamikasını müsbət səviyyədə saxlamağa imkan verən bir amildir.

Naxçıvanın 200-dən artıq kəndi abadlaşdırılıb, müasirliyə qovuşub

“Naxçıvan” Universitetinin dosenti qeyd edib ki, yol, nəqliyyat, rabitə, içməli su təminatı, idman, sağlamlıq, rekreasiya və turizm kimi əhalinin rifahına birbaşa təsir edən sahələrə yatırılmış investisiyalar iqtisadiyyatın digər sahələrinə də öz təsirini göstərməkdədir. Belə ki, bu məqsədlə yatırılmış hər manat ən azı 30 il müddətində öz çoxaldıcı təsirini göstərməklə sənaye, kənd təsərrüfatı, tikinti sektoru kimi sahələrə sabit maliyyələşmə zəmanəti verir. Muxtar respublikanın 200-dən artıq kəndinə çəkilmiş abad yollar, hər bir yaşayış məntəqəsini müasirliyə qovuşduran kənd və xidmət mərkəzləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları kimi yüzlərlə obyekt məhz bu siyasətin nəticəsində ərsəyə gəlib.

Son illər muxtar respublika iqtisadiyyatına 9,6 milyard manatdan çox investisiya yönəldilib

Əli Cabbarov bir mühüm məsələyə də diqqəti cəlb edərək vurğulayıb ki, bu gün dünyanın bir sıra iri dövlətlərində belə, kəskin problem kimi özünü göstərən ərzaq və enerji təhlükəsizliyi məsələsi Naxçıvanda tam şəkildə həll olunub. Ümumi gücü 239 meqavat olan 8 elektrik stansiyası, müasir texnologiyalara əsaslanan heyvandarlıq, quşçuluq, balıqçılıq, arıçılıq, bağçılıq, üzümçülük təsərrüfatları, soyuducu anbar və istixana kompleksləri, taxıl emalı müəssisələrindən ibarət 500-dən artıq kənd təsərrüfatı təyinatlı obyekt qeyd olunan sahələrdə muxtar respublikanın idxaldan asılılığını tamamilə aradan qaldırıb. Xüsusilə muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin ümumi enerji istehsalında 60 faizdən çox və istehsal olunan ərzaq məhsullarının ekoloji təmiz və orqanik mənşəli olması təkcə Naxçıvana gələn yüksək səviyyəli qonaqların deyil, iqtisadiyyat üzrə ekspertlərin də diqqətindən kənarda qalmır. Bundan başqa, Naxçıvanda əhalinin müasir standartlara cavab verən içməli su ilə təmin olunması və müasir kanalizasiya sistemlərinin qurulması da diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublika əhalisinin 40 faizdən çoxu beynəlxalq standartların tələblərinə uyğun içməli su ilə təmin olunur. Davam etdirilən işlər nəticəsində artıq bir neçə ildən sonra muxtar respublikanın bütün şəhər və rayon mərkəzləri və ətraf kəndləri tamamilə təmiz içməli su və kanalizasiya sistemi ilə təmin olunacaq. Bütün bu sadalananlarla birgə, ümumilikdə, son illər muxtar respublika iqtisadiyyatına 9,6 milyard manatdan çox investisiya yönəldilib, 12 mindən çox müxtəlif təyinatlı obyekt istifadəyə verilib.

On beş ildə muxtar respublika üzrə 73 mindən çox yeni iş yeri yaradılıb

“Sahibkarlıq fəaliyyəti iqtisadiyyatın hərəkətverici qüvvəsi, innovativ yeniliklərə və yeni investisiyalara çox həssas olan bir sahədir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə müxtəlif mənbələr hesabına yatırılan investisiyalar, son nəticədə, iqtisadiyyatın şaxələndirilməsi, əhalinin tələbatının ödənilməsi üçün mümkün olan əmtəə və xidmətlərin istehsalına imkan yaradır”, - deyən alim bildirib ki, yeni iqtisadi layihələr gerçəkləşdikcə əhalinin gəlirləri artır və istehlak bazarında canlanma yaranır. Ötən dövrdə Naxçıvanda bir çox bu kimi layihə reallaşdırılıb. Belə ki, 2000-ci ildən bəri Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1270 layihənin maliyyələşdirilməsinə 142 milyon 298 min manatdan çox güzəştli kreditlər ayrılıb. Bunun nəticəsində 2003-cü ildən ötən müddətdə muxtar respublika üzrə 73 mindən çox yeni iş yeri yaradılıb, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Ötən dövrdə Naxçıvanda reallaşdırılan tədbirlər, keçilən inkişaf yolu ona liderlik mövqeyi qazandırıb.

Nəşr olunub CƏMİYYƏT

Reytinq