Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 06 Yanvar 2019

Gənc qazaxın qətlindən qəzəblənən insanlar küçələrə axışdı, xüsusi təyinatlılar yeridildi, binalar üzərində snayperlər yerləşdirildi

Bu gün, yanvarın 6-da Qazaxıstanın Karaqanda vilayətində minlərlə qazax küçələrə axışaraq etirazlara başlayıblar.

boyukmillet.com  erməni mediasına istinadən xəbər verir ki, buna səbəb 23 yaşlı qazaxın “Qədim Roma” restoranında öldürülməsidir. Çoxminlik yürüşü əks etdirən kadrlar BASE Youtube kanalında yayılıb.

Erməni mediası açıq etiraf etməsə də, bu aksiyanın Qazaxıstandakı ermənilərə qarşı keçirildiyi şübhə doğurmur. Belə ki, gənc qazaxın qətlinə görə, bu ölkədəki erməni disasporunun 3 üzvü şübhəli sayılır. İzdihamlı aksiyanın öz məcrasından çıxaraq toqquşmalara səbəb olacağından ehtiyatlanan hökumət qabaqlayıcı tədbirlər görüb. Belə ki, kadrlardan da göründüyü kimi, aksiyanın keçirildiyi əraziyə xüsusi təyinatlı qüvvələr gətirilib, həmçinin binaların üstünə snayperlər yerləşdirilib. Məlumatlardan bəlli olur ki, qətl hadisəsindən bir gün sonra sosial şəbəkələrdə videokadrlar yer alıb. Yüzlərlə qəzəbli qazax qətl olayına görə Qazaxıstandakı erməni diasporunu günahlandırıb. Elə buna görə də polis dərhal küçələri nəzarət altına alıb, qəzəbli kütlənin ətrafını “çəpərləyib”.

Qazaxıstan mediası öz növbəsində xəbər verir ki, polis əməkdaşlarının operativ əməliyyat tədbirləri nəticəsində üç kişi həbs olunub. Onlar Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və Nadırbekov Kair Xamirovişdir.



Saxlanılanlar ağır cinayət əməli ilə bağlı şübhəli şəxs qismində tanınıb. Karaqanda şəhər məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib. Bundan əlavə, Karaqanda vilayətinin departamenti Qururyan Narek barəsində axtarış elan edib.

Az öncə Qazaxıstandakı Ermənistan səfirliyi baş verənlərlə əlaqədar bəyanat verib, qətlə yetirilən gəncin ailəsinə başsağlığı verib, həmçinin sakitliyə çağırış edib.

Nəşr olunub DÜNYA

ABŞ verdiyi sözdən dönür? – “Ordu anlaşma olmadan Suriyadan çıxmayacaq”

“Kürtlərin təhlükəsizliyi ilə bağlı anlaşma bağlamadan ABŞ ordusu Suriyadan çıxmayacaq”.

boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ milli təhlükəsilik məsləhətçisi Con Bolton bildirib.

Türkiyənin ABŞ-ın izni olmadan Suriyada hər hansı hərbi əməliyyat keçirməsinə razı olmadıqlarını bildirən Bolton, ABŞ-ın fikrindən daşınmadığını, ancaq bölgədəki tərəfdaşlarının təhlükəsizlini təmin etmədən əsgərləri Suriyadan çıxarmayacaqlarını vurğulayıb.

Bolton bu qərarın birbaşa Donald Trampa aid olduğunu qeyd edib.

Nəşr olunub CƏMİYYƏT

Bircə Allahdan savayı heç vaxt heç nədən qorxmamışam

Bu gün Baş nazirin sabiq müavini Abid Şərifovun doğum günüdür, 79 yaşı tamam olur. Abid Şərifov 1940-cı ilin 6 yanvarında Şəkidə anadan olub. 1995-ci ildən 2018-ci ilin 21 aprelinə kimi Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

boyukmillet.com bildirir ki, Modern.az saytının əməkdaşı Abid Şərifovdan doğum günündə qısa müsahibə alıb.

– Abid müəllim, necəsiz?

– Şükürlər olsun ki, hər şey yaxşıdır. Səhhətim də qaydasındadır. Zənginizə görə xüsusi təşəkkür edirəm. Bu arada sizin Yeni ilinizi də təbrik edirəm. Xoşbəxtlik arzu edirəm.

– Qarşılıqlıdır, çox sağ olun! Bu gün sizin doğum gününüzdü. 79 yaşınız tamam olur. Necə qarşılayırsız növbəti doğum gününüzü?

– Sadə. Dəbdəbəli doğum günləri keçirtməyi sevmirəm. İstisna hal yalnız 60 yaşda olub.

– Bir çox həmyaşıdlarınız yaş üstünə yaş gələndə qorxur. Siz də eyni halı yaşayırsız?

– Qətiyyən… Bircə Allahdan savayı heç vaxt heç nədən qorxmamışam. Bu da bir həyatdır.

– Vəzifədə olanda təbriklər də fərqli olur. İndi necə, təbrik edənlər varmı? Xüsusən də köhnə dostlarınızdan?

– Hər zaman xalqıma xidmət etmişəm. Ömrüm boyu da xidmət etməyə hazıram. Hər bir insan xalqına, torpağına bağlı olmalı və xidmət etməlidir. Bu, hamımızn borcudur. Qaldı ki, təbrik edənlərə, təbrik etmək istəyənlər zəng edir.

– Bir daha nəyə görə doğum günü keçirtməməyinizlə bağlı soruşmaq istərdim. Ola bilərmi ki, bu istəyin olmaması illərlə çalışdığınız işinizdən irəli gəlsin?

– Bunun gərgin işlərlə əlaqəsi yoxdur. Əvvəldən xasiyyətim belədir. Düşünürəm ki, sadəlik daha yaxşıdır.  Heç vaxt “bu gün bunu qeyd edim, sabah başqa bir günü qeyd edim” kimi hallarım olmayıb.  O yolun sahibi deyiləm.

– 1995-ci ildən 2018-ci ilə kimi baş nazirin müavini vəzifəsində çalışmısız. O illərin xiffətini çəkirsizmi?

– Qızım, hansı hökumətdə, hansı dövlətdə 23 il eyni vəzifəni icra etmək olar?! Hansı tarixdə bunu oxumusuz?! 79 yaşımda təqaüdə çıxmışam. 23 il sizə kiçik görünməsin. Ona görə də hər zaman prezidentimə minnətdar olmuşam və indi də minnətdaram. Eyni zamanda, ulu öndərimizin də ruhu şad olsun. Ömrüm boyu ulu öndərimizə borcluyam. Yaşımdan asılı olmayaraq cənab prezidentimin, xalqımın əsgəriyəm. Həmçinin, ailəm də, övladlarım da dövlətçilik yolunda hər şeyə hazırdır.

Nəşr olunub SİYASƏT

Ukrayna kilsəsi Rusiyadan rəsmən azad edildi – Varfolomey yeni savaşın təməlini atdı – FOTOLAR

Dünya provaslav xristianlarının dini rəhbəri Patriarx Varfolomey, rəsmi olaraq Ukrayna kilsəsini Rusiyadan azad edib. Ukrayna rəsmiləri bu tarixi hadisənin, ölkənin təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu hesab edirlər.

Kilsənin Rusiyadan sərbəst buraxılması haqda sərəncam, Ukrayna Mitropoliti Yepifaniy və Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə İstanbulda Giorgi kilsəsində dünya Patriarxı tərəfindən imzalanıb.

Dünyada 300 milyon xristianın lideri sayılan Patriarx Varfolomey yeni kilsə haqqında xahişi hələ 2018-ci ilin oktyabr ayında təsdiq etmişdi.

Poroşenko bu hadisəni 1991-ci ildə Ukraynanın Sovet İttifaqından ayrılması üçün keçirilən referendumla müqayisə edib.

Bu addım öz növbəsində Moskvanın narazılığına səbəb olub. Vladimir Putin illik mətbuat konfransında bu dəyişikliyin yeni qanlı münaqişələrə səbəb olacağını deyib.

Rusiya və Ukrayna arasındakı diplomatik münasibətlər 2014-cü ildə Moskvanın Krımı ələ keçirilməsi ilə başlayıb. Ukrayna Kerç boğazındakı gəmilərinin Rusiya tərəfindən ələ keçirilməsindən sonra ölkədə hərbi vəziyyət elan edib.

Ukrayna provaslav kilsəsi yüz illərlə Moskvanın tabeliyi altında olub. Məhz bu səbəbdən Ukrayna hesab edir ki, Rusiya müdaxiləsi ilə mübarizədə kilsənin azad olması çox mühüm rol oynayır.

Nəşr olunub DÜNYA

Reytinq