Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 07 Yanvar 2019

Azərbaycan 2018-ci ildə Türkiyədən müdafiə və aviasiya sənayeləri məhsullarının idxalına görə yeddinci yeri tutur: ötən il qardaş ölkədən idxal edilən bu məhsulların həcmi 2017-ci ildəki 34,143 milyon dollarla müqayisədə 63,409 milyon dollar (86 faiz çox) olub.

boyukmillet.com Anadolu agentliyinə istinadla xəbər verir ki, bu məlumat Türkiyə İxracatçılar Məclisinin hesabatında yer alıb.

2018-ci ildə Türkiyədən müdafiə və aviasiya sənayeləri məhsullarının idxalına görə ilk yeri 726,066 milyon dollarla ABŞ tutub. Birləşmiş Ştatlar ötən il Türkiyədən idxalın həcmini 2017-ci illə müqayisədə 5 faiz artırıb. İkinci göstərici 226,119 milyon dollarlıq (8 faiz çox) məhsul idxal edən Almaniyaya məxsusdur. İdxalçı ölkələr arasında ən yüksək göstəricini isə Oman nümayiş etdirib. Bu ölkə ötən il 153,373 milyon dollarlıq məhsul idxal edib ki, bu da 2017-ci ildəki 13,378 milyon dollarla müqayisədə 1046 faiz çoxdur.

Hesabat ilində Türkiyənin Qətərə müdafiə və aviasiya sənayeləri məhsullarının ixracı 83,455 milyon dollar (241 faiz çox), Niderlanda isə 75,582 milyon dollar (455 faiz çox) təşkil edib. 2018-ci ilin dekabrında qardaş ölkənin bu sahələr üzrə ixracatının həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artaraq 253,496 milyon dollara çatıb.

Ümumilikdə isə, 2018-ci ildə Türkiyənin ixrac etdiyi müdafiə və aviasiya sənayeləri məhsullarının həcmi 2017-ci illə müqayisədə 17 faiz artaraq 2,035 milyard dollara çatıb.

Nəşr olunub İQTİSADİYYAT

Azərbaycan nümayəndə heyətinin Mersin səfəri başa çatdı - <b style="color:red">Fotolar</b>Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis olunmuş Hərbçiləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin rəhbərliyi ilə hərbiyönümlü qeyri-hökumət təşkilatları, Qarabağ müharibəsi veteranları və media təmsilçilərindən ibarət nümayəndə heyətimizin Türkiyənin Mersin şəhərinə səfəri çərçivəsində yeni görüşlər keçirilib. 

Türkiyə Silahlı Qüvvələrinin Mersində yerləşən Aralıq dənizi Bölüyü və Qarnizon Komandanlığında keçirilən görüşdə nümayəndə heyəti üzvlərini, Türkiyə Müharib Qazilər Dərnəyinin (Müharibə Veteranları Birliyi) rəhbərliyini qarnizon komandanı, admiral Öndər Gürbüz qəbul edib. 

Ö.Gürbüz Azərbaycan nümayəndələrini, eləcə də türkiyəli müharibə veteranlarını hərbi hissədə görməkdən, salamlamaqdan böyük sevinc hissi duyduğunu bildirərək komandanı olduğu hərbi hissənin fəaliyyəti, missiyası və imkanları haqqında ətraflı məlumat verib. 

O, Azərbaycan-Türkiyə dostluq, qardaşlıq əlaqələrinin digərlərində olduğu kimi, hərbi sahədə, o cümlədən, hərbi dəniz qüvvələrinin inkişafı istiqamətində uğurla davam etdirildiyini bildirib. 

Səmimi qəbul üçün admirala təşəkkür edən E.Həsənli burada gördükləri mənzərədən böyük qürur hissi keçirdiklərini, Türkiyənin hər istiqamətdə olduğu kimi, Aralıq dənizində də üstün donanmaya malik olmasının məmnunluq yaradan hal olduğunu diqqətə çatdırıb. 

Azərbaycanın da Xəzər dənizi hövzəsində üstün hərbi gücə, inkişaf etmiş donanmaya malik olduğunu deyən nümayəndə heyətinin rəhbəri bütün manelərə, çətinliklərə baxmayaraq hər iki qardaş ölkənin bu yöndə ciddi nailiyyətlər əldə etməkdə olduğunu vurğulayıb. 

Qarnizon ərazisində hərbi hissəyə məxsus nümunəvi hərbi gəmilərdən biri ilə tanışlıq zamanı gəmi heyətilə səmimi söhbət edən nümayəndə heyəti üzvləri burada gördükləri ürəkaçan mənzərənin, gəmi heyətinin ruh yüksəkliyinin böyük sevinc hissi doğurduğunu qeyd ediblər. 

Türkiyə Hərbi Dəniz Donanması ilə bağlı digər ziyarət tarixi baxımdan xüsusi əhəmiyyət daşıyan, məşhur Çanaqqala müharibəsinin gedişatını dəyişməsinə yol açan "Nüsrət" minadaşıyan istehkam gəmisi ilə tanışlıq olub. 

Qeyd edək ki, sözügedən gəmi xidmət müddətini başa vurduqdan sonra çürüyüb məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ancaq hazırda Mersin Böyükşəhər Bələdiyyəsinin başqanı olan, o zamansa Tarsus Bələdiyyəsinə rəhbərlik edən Bürhanəddin Kocamazın təşəbbüsü və birbaşa dəstəyi ilə "Nüsrət" gəmisi alınaraq bura gətirilib, təmir edilərək həm turistik, həm də tarixi baxımdan vacib eksponat halına salınıb. 

Öz missiyasını bu şəkildə davam etdirən gəminin istər Türkiyə, istər dünya tarixində özünəməxsus rolu olduğunu deyən bələdçi Azərbaycan nümayəndə heyətini burada görməkdən məmnun olduğunu da dilə gətirib. 

Azərbaycan nümayəndə heyətinin Mersində növbəti görüşü bu vilayətin Toroslar rayonunun bələdiyyə başqanı Hamid Tuna ilə olub. 

H.Tuna Azərbaycanlı heyətə rayon və bələdiyyə haqqında ətraflı məlumat verib. Azərbaycanın Yevlax şəhəri ilə qardaşlaşmış olduqlarını dilə gətirib. 

E.Həsənli qəbul üçün bələdiyyə başqanına təşəkkür edib, yaxınlaşan seçkilərdə Mersin Böyükşəhər Bələdiyyə başqanlığına namizəd olan H.Tunaya uğurlar arzulayıb. 

Sonra nümayəndə heyəti üzvlərinə bələdiyyə başqanı adından ziyafət verilib və qarşılıqlı hədiyyələr təqdim edilib. 

Heyət bələdiyyə ərazisində fəaliyyət göstərən bir sıra qurumların rəhbərlərilə də görüşüb. 

Daha sonra Azərbaycan nümayəndə heyəti Mersinin Silifke və Ərdəmli rayonlarında olub, buradakı mühüm tarixi abidələri, görməli yerləri gəzib, turistik baxımdan məşhur yerlərə baş çəkib, dini-mənəvi dəyər daşıyan yerləri ziyarət ediblər. 

Azərbaycan nümayəndə heyətinin Mersin şəhərindəki yekun görüşü Türkiyə Müharib Qazilər Dərnəyinin Mersin şöbəsində baş tutub. 

Görüşdə dərnəyin ümumtürkiyə başqanı və yerli şöbənin fəalları ilə keçirilən görüşdə çıxış edənlər əməkdaşlığın yeni mərhələsində bir sıra tədbirlərin həyata keçirilməsində qərarlılıqlarını, bu cür görüşlərin Azərbaycan və Türkiyə ictimai mühitinə mühüm təsirlərinin olduğunu, eləcə də proseslərdə birgə iştirakın daha çox səmərə gətirdiyini qeyd ediblər. 

Azərbaycan nümayəndə heyəti ilə vidalaşmağın onlara duyğulu anlar yaşatdığını deyən Türkiyə Müharib Qazilər Dərnəyinin Türkiyə başqanı Şükrü Tandoğan, dərnəyin Mersin şöbəsinin rəhbəri Kamal Cındız nümayəndə heyətini Bakıda, İstanbulda, Mersində, Ankarada görüşmək arzusuyla vətənə yola saldıqlarını deyiblər. 

Qonaqpərvərliyə, səmimi, həssas münasibətə görə türkiyəli həmkarlarına təşəkkürünü çatdıran E.Həsənli əməkdaşlığın davam edəcəyinə, bu sahədə yeni nailiyyətlərin qazanılacağına inandığını vurğulayıb. 

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. 







Nəşr olunub CƏMİYYƏT

Qazaxda erməni təxribatı – DSX məlumat yaydı (Fotolar)

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Avropa.info-ya verilən məlumata görə, yanvar ayının əvvəlindən hazıradək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.


06 yanvar tarixində saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatorun çalovuna dəyib və kabinasının sağ şüşəsini sındırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Nəşr olunub CƏMİYYƏT

 

 
boyukmillet.com xəbər verir ki, “qaziler.az” saytının redaksiyasına Bakı şəhəri, Binəqədi rayonu (Su – meliorasiya idarəsinin yataqxanasında) 1285-ci keçid ünvanında yaşayan II – qrup Qarabağ müharibəsi əlili Hacıyev Məhəmmədəli İsgəndər oğlu tərəfindən şikayət ərizəsi daxil olub.
 
Ərizədə deyilir:
 
“Ərizəmlə sizə bildirirəm ki, N.Nərimanov rayonu, Xətai prospekti 29, mənzil 2 ünvanında zirzəmili 2(iki) mərtəbə, ümumilikdə 231 (iki yüz otuz bir) kvadratmetr olan və tam mülkiyyət sənədləri ilə mənə məxsus olan tikinti materiallarının satışı mağazası içərisindəki 500.000 (beş yüz min) manatdan artıq mallarla birlikdə uçurularaq yerlə-yeksan edilmişdir. Nəticədə mənə 1.000000 (bir milyon) manatdan artıq ziyan dəymişdir. Bu da azmış kimi mülkiyyətimi dağıdan “Poleks” MMC niyə etdiniz deyərkən məni vəhşicəsinə döyməkdən belə çəkinmədilər. Ən pisi də odur ki, mənim üzərimə olunan hücumun əsas təşkilatçılarından biri də N.Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadovdur. Çünki, mənim mülkümü dağıdan və məni döyən “Poleks” MMC-nin direktoru Şahin Qasımov İmişli rayonundan deputat seçilən Əsabil Qasımovun qardaşıoğludur və şirkətdə deputata məxsusdur. Onlar Şahmar İbadovla iş ortağıdırlar.
 
Xahiş edirəm, mənə dəyən zərərin ödənilməsinə və mənim hüquqlarımın qorunmasına, o cümlədən bu harınlamış cinayətkar dəstənin mənim həyat üçün yaratdığı təhlükədən qorunmağımda mənə köməklik göstərəsiniz”.
 
Müraciət “Qarabağ Qaziləri” “Vətən Müharibəsi Əlilləri” İctimai Birliklərinin rəhbərlərinə də ünvanlanıb.
 
Hər iki təşkilatdan saytımıza bildiriblər ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edəcəklər.
 
Ümid edirik ki, məsələ ilə bağlı hüquq mühafizə orqanları da lazımı tədbirlər görəcək.
 


 
 
 
 
 
 
Nəşr olunub CƏMİYYƏT
Bazar Ertəsi, 07 Yanvar 2019 13:44

Azərbaycanda rektor vəfat etdi

Azərbaycanda rektor vəfat etdi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Akademiyasının rektoru Çingiz Əliyev dünyasını dəyişib.

Xəzər Dəniz Gəmiçiliyindən Avropa.info-ya verilən məlumata görə, Ç.Əliyev bu gün səhər vəfat edib.

Çingiz Mansur oğlu Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə “Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi başlayıb. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi 5 il işləyib.

1993-1996-cı illərdə “Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, “Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə “British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə “Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb. Bu dövrdə “Günəşli” yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, “Çıraq” platformasının özülünün qoyulmasında iştirak edib. 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

17 elmi məqalənin, beş dərsliyin müəllifi olan Çingiz Əliyev texnika üzrə fəlsəfə doktoru idi.

Nəşr olunub CƏMİYYƏT

Əkrəm Əylislinin MeydanTV-də Mehman Hüseynovun müdafiəsinə həsr etdiyi müsahibəsi ilə tanış olandan sonra “ziyalı siyasəti”, “siyasətdə ziyalılıq”, “ziyalı kimdir” kimi suallar ətrafında bir daha müzakirə açmağa lüzum olduğunu gördüm. Bəziləri kimi bər-bəzək və ibarələr arxasınca qaçaraq müxtəlif dünya alimlərindən iqtibaslar gətirmək və klassik politoloji dildə təhlillər aparmaq fikrim yoxdur. Baxmayaraq ki, bu üslubda da kiminsə qarşısında geri çəkilmək kimi zəifliyim yoxdur. Sadəcə, oxucularımızı elmi-politoloji leksikonla yormaq yox, sadə dilimizdə, Azərbaycan nümunələri ilə məsələyə münasibətimi bildirmək fikrindəyəm.

Əslində, “ziyali kimdir”, “ziyalı siyasəti nədir” kimi sualları elə Əkrəm Əylislinin özünün timsalında təhlil etmək lazımdır. Bu daha rahat və anlaşılan olacaq. Düşüncələrimin hədəfi Əkrəm Əylislinin Mehman Hüseynov adlı, barəsində ziddiyyətli xəbərlər dolaşan həbsdəki bir cavan oğlanı niyə və nədən müdafiə etməsi deyil. Kimi müdafiə edib-etməyəcəyini Əylisli özü bilər. Aclıq elan etməsi barədə xəbərlər rəsmi dövlət orqanları tərəfindən birmənalı təkzib edilən bir gənci üzünə tutaraq dəxli olmayan “budaqları” xüsusi qərəzlə silkələmək, hətta dövlətçilik məsələlərini də kəmfürsətliklə hərcayı dildə qaralamaq isə artıq hamıya dəxli olan işə çevrilir. İnsanın qərəz və kin-küdurət xatirinə hətta öz şəxsi imicinə hansı dərəcədə laqeydləşə bildiyi Əylislinin bu “sanlı”müdafiə müsahibəsində aşkar görünür. Əylisli bir gənci fürsət bilərək xalqımıza, ziyalılara, dövlətçiliyə qarşı qisasçı mövqelərə keçmək işini əla bacardığını bir daha səxavətlə nümayiş etdirir. Ancaq bu dəfə də qərəz onun fəhmini o qədər zəlil edib ki, şuarçı sözlərin arxasında əsl niyyətini gizlədə bilməyib. Əsl niyyət isə, təbii ki, dustaq müdafiə etmək deyil…

Bir də ki, illərdir Xalq yazıçısı adı ilə bərabər qətrə-qətrə topladığıı xalqın sevgisini də “Daş yuxular”ının ağırlığı altında məhv etdiyindən camaatın üzünə çıxa bilməyən biri cəmiyyətin nədən və kimdən narahat olduğunu necə görə bilər?! Görünür, Əylisli xeyli yaşlanmağından, ya da ifrat qərəzlilik üzündən normal düşüncə məntiqini itirdiyindən buna da gedir. Onun “cəmiyyət Mehmanın səhhətindən narahatdır” kimi evindən bayıra çıxmadan gəldiyi “dahiyanə”qənaətin uyğunsuzluğunu, görünür, müxbir də anlamışdı. Belə olmasaydı, müxbir ona “cəmiyyət niyə laqeyddir” sualını verməzdi. Müxbirin Əylisliyə bu sualının mənası əslində o deməkdir ki, evindən eşiyə çıxmadığın halda cəmiyyətin narahatlığını necə görə bilərsən?! Burada bir adamın yüzlərlə, hətta minlərlə saxta hesab yaratması ilə sosial şəbəkələrdə qoparılan yalançı “tufan”ları lütfən gözümüzə soxmayın…

Əslində ictimai məzmunla heç bir real əlaqəsi olmayan belə “tufan”ların hansı texnologiyalarla yaradıldığından xəbərimiz var. Bunu Əylisli də bilsə, yaxşı olar….
“Azərbaycanda ziyalı yoxdur” deyən bir kəsin özünə nə ad təsəvvür etdiyini düşünmək belə dəhşətlidir. Doğrudan da ziyalı yoxdursa, bəs Əylisli özü nədir? Sözügedən müsahibəsində Mehmanı sadəcə üzünə tutduğunu o, daha bir fikrində də biruzə verir. Deyir ki, mənim məsələmdə də məlum oldu ki, Azərbaycanda ziyalı yoxdur. Bu məqamda “qara qızın dərdi var” aforizmi çox dəqiq yerinə düşür. Və sual yaranır: Əylisli görəsən özünün hansı “məsələsindən” danışır? Yaxud ziyalı saymadığı təbəqə onun hansı “məsələsinə” həyan durmadığı üçün qəzəbə tuş gəlib?

Deyirlər, insan yaşlaşanda küsəyən, inciyən, kövrək olur. Bu doğrudur. Ancaq insanın yaşlaşdıqca öz xalqına düşmənçilikdə daha dərinə gedə biləcəyi də doğru imiş… Əylislinin timsalında bunu da “kəşf etdik”… Maraqlıdır, onun ziyalı saymadığı təbəqə ahıl yaşında millətinə, xalqına qarşı “Yuxularını daşlaşdıran” birisinə niyə də dəstək verməli idi? Kimlərinsə hardasa qulağına fısıldadığı Nobel mükafatının eşqinə azərbaycanlıları düşmən ermənilərin qabağında alçaltmağa belə gedən birinə milli ziyalılar dəstəsinin nifrət püskürməsi tam gözlənilən idi. Sonda nə baş verdi? Əylisli ona vəd edilmiş Nobel mükafatını ala bilmədi, üstəlik cəmiyyətin yeni dalğa nifrətini də qazandı.

Soruşur ki, Azərbaycan ədəbiyyatı qarşısında xidməti olduğu halda hansı ziyalı bu barədə danışdı?! Əylislinin “yuyub-sərdiyi” o ziyalılar zamanında onu müdafiə etmişdilər, sözlərini də demişdilər. Nar çiçəyi ilə nağıl danışan vaxtlarda olmuşdu bu. Baxmayaraq ki, Əylisli heç o zaman da qazandığı kütləvi ziyalı sevgisini haqq etməmişdi. Bilirsinizmi niyə? Mən ədəbiyyatçı deyiləm. Ancaq bütün ədəbiyyat tədqiqatçıları bilir ki, sovet dövründə Ermənistanda bircə nəfər də olsun yazıçı azərbaycanlı-erməni dostluğu, ya da türkün-müsəlmanın müsbət obrazını göstərən povest, ya roman yazmadı. Ancaq içi elə Əylislinin özü qarışıq, Azərbaycan ədəbiyyatında belə nümunələr yaradanlar oldu. Lakin onların hamısı sonradan bu ziyankar ədəbi yaradıcılıq üslubunu haqlı olaraq tərk etdi. Tək Əylisli bu günədək həmin ənənəsinə sadiq qalıb. Elə “Daş yuxular” da onun bu gərəksiz və dəyərsiz sədaqətinin məhsulu kimi ortaya çıxdı. Bununla da, cəmiyyətdən ədəbi xidmətlərinə cavab umduğu halda cəmiyyət ondan imtina etdi. Çünki əvvəlcə o özü xalqından imtina etmişdi. Xalqdan imtina edənsə onun ziyalısından dünəndən imtina edər…
Ziyalılq etmək istəyənin xirtdəyindən tuturlar – bunu da Əylisli dedi. Hər kəlməsində o, əsl ziyalılığın nə olduğunu əməlli -başlı bilmədiyini, ya da özünə sərf edən formada başa düşdüyünü nümayiş etdirir. Ziyalılıq etmək deyəndə Əylisli görəsən nə demək istəyir?

Ziyalılıq etmək xalqın milli-mənəvi dəyərlərini hansısa Emmanuilin medalı xatirinə düşmənin ayağı altına atmaqdırmı? Əgər budursa, cəmiyyət Əylislinin xirtdəyindən yapışmaqla çox doğru hərəkət edir. Düşməndən medal gözləyənin xirtdəyi elə öz xalqının əlində olar… Axı əl boyda bir gənci üzünə tutaraq dövlətçiliyi hədəfə almaq da əsla ziyalılq etmək deyil… Əylislinin “ziyalılıq nədir” sualına yenə onun öz timsalında nümunələr gətirək. Ziyalılıq vətənpərvərlik və millilik duyğuları ilə ayrılmaz şəkildə bağlıdır. Ayrıldısa, onların heç biri yoxdur. Həm də əsl ziyalı bu bağlılığı istənilən siyasi mühitdə bəyan etməyi bacarmalıdlr. Əylisli deputat kimi Milli Məclisdə mandat sahibi olanda nə ziyalılar, nə də hakimiyyətdəkilər barədə indiki sözləri danışırdı. Mandat olmayan kimi ziyalılar da, millət də, hakimiyyətdəkilər də düşmənə çevrildilər.

Dostoyevski demiş, “əynindəki mundiri çıxaran kimi onun bütün əzəməti əriyib getdi”… Ziyalıllq etmək bütün siyasi vəziyyətlərdə şəxsi maraqlar barədə düşünmədən fəal vətəndaş mövqeyi göstərməkdir. Əylisli göstəribmi? 1988-92 -ci illərdə mövcud hakimiyyətlər barədə Əylislinin dillərə düşmüş bir qanadlı sərrast fikir yazdığlnı, ya dediyini xatırlayan varmı? 92-93-cü illərdə cəmiyyət, fəal insanlar “KİM” sualının müzakirısinə qalxdığı vaxtlarda Əylisli Heydər Əliyevə ehtiyaç olduğu barədə bir kəlmə dedimi? Hətta onun gəlişinin əleyhinə də bircə kəlmə deməyə özündə cəsarət tapmadı. Suyun şırıltısına qulaq asmağa üstünlük verdi bir çoxları kimi. Zilalılıq budurmu? Ancaq o zaman Heydər Əliyevin lehinə cəsarətlə fikir deyən saysız insanlar var idi. Ziyalılıq etmək budur və buna görə heç kimin xirtdəyindən yapışmırlar…

Əylislinin son qəbahətlərinin biri də naxçıvanlıları demaqoq adlandırmasıdır. Göründü ki, Əylislinin vətən, millət təəssübü olmadığı kimi, doğulduğu torpaq təəssübü də yox imiş. Bəllidir ki, o bu sözü pis mənada, naxçıvanlıları gözdən salmaq, pis tanıtmaq üçün işlədir. Özü də ümumi şəkildə, bütün naxçıvanlılara aid etmək niyyətilə… Bəllidir ki, Əylisli “Daş yuxular” xəyanətinə görə onun başqa kitablarını da haqlı olaraq qucaq-qucaq yandıran naxçıvanlılardan qisas alır. Bu dəfə də naxçıvanlıları üzünə tutaraq əslində Azərbaycançıllq ideologiyasının altını qazır. Azərbaycançılıq ideologiyası bu gün bütün cəmiyyətin qəbul etdiyi, bütün medianın və vətəndaş cəmiyyətinin, dövlət orqanlarının, milyonlarla diaspor üzvümüzün sidq urəkdən qəbul və təşviq etdiyi bir konsepsiyaya çevrilib. Əylisli nə edir? Azərbaycançılıq ideologiyasını öz aləmində “4-5 demaqoq naxçıvanlının işi” adlandırmaqla həm bütün naxçıvanlıları, həm də azərbaycançılıq ideologiyasını vurur. Bunun da adını qoyur ziyalıllq. Ancaq buna “əkrəmsayağı ziyalılıq”deməyi unudur. Bunu da biz deyirik… Bir də onu deyirik ki, belə “ziyalılıq yükü” daşıyan adamın müdafiəsinə ancaq və ancaq özü kimilərin ehtiyacı ola bilər.

Nəşr olunub SİYASƏT

Reytinq