Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 08 Yanvar 2019

Ötən ilin ən çox müzakirə edilən xəbərlərindən biri “Azərbaycan Dəmir Yolları”nın yenicə dövriyyəyə saldığı sürət qatarı oldu. Bakı-Gəncə, Gəncə-Bakı marşrtutu üzrə relsə buraxılan bu qatar 364 km məsafəni 4 saat yarıma gedəcək (artıq getməyə başlayıb), yəni orta hesabla 90 km/saat sürətlə. Qatarda səyahətin qiymətləri isə lap dodaquçuqladacaq həddədir: Standart qiymət – 15, Biznes klass – 50, Birinci klass – 100 manat.

Bəs, görəsən, bizim sürət qatarı dediyimiz və dünyanın pullarını ödədiyimiz bu nəqliyyat vasitəsi digər həmcinslərindən nə qədər geri qalır?

Ovqat.com dünyada mövcud olan sürət qatarlarından yalnız bir neçəsini seçib bizim dəmiryolçuların eyni adla ictimaiyyətimizə və ölkə başçımıza sırıdığı ortalama 90 km/saat sürətlə gedən “dəmirayaqlı araba” ilə müqayisə edib. Ortaya isə bu nəticə çıxıb.

Son bir neçə ilə qədər ən sürətli qatar ABŞ-ın “Hyperloop One” ekspressi hesab olunurdu. Bu ekspress saatda 321 km məsafə qət edirdi. Daha sonra Çində və Yaponiyada bir sıra qatarlar “Hyperloop One” yarıyolda qoyduğundan ABŞ şirkəti üstünlüyü yenidən bərpa etmək üçün sürəti artırmağa qərar verdi. Eksperssin son hədəfi 1200 km/saat elan edildi və bu sürət sınaqdan uğurla çıxarıldı. Sürəti daha aşağı hiss etdirən, adını da bundan alan hiperlup kapsullar içərisində sərnişinlərini və karqolar daşıyan qatar bu hədəfə çatmaq üçün 80 milyon dollarından keçməli oldu. Manyetik qaldırma texnologiyasına əsaslanan hərəkət tərziylə təyyarələrlə yarışan “Hyperloop One”ın yeni sürətilə müqayisədə bizim Bakı-Gəncə ekspressimiz nəinki sağlam, hətta çolaq tısbağadan belə ləng tərpənir.

Sürət qatarları ilə diqqəti cəlb edən ölkələrdən biri də Çindir. Çinin “Şanxay” qatarı saatda 429 km sürətlə gedir. Yəni Gəncədən Bakıya qədər məsafəni həmin qatarla 45-50 dəqiqə ərzində qət edə bilərsiniz. Sözügedən qatarda səyahət edən sərnişinlər isə 400 km-lik məsafə üçün cəmi 8 dollar ödəyirlər. Bizim hesabla, 13 manat 60 qəpik. 100 manatdan 86.40 qəpik ucuz qiymətə.

“Harmony CRH380A” adlı sürət qatarı da Çindədir. 2010-cu ildə relsə buraxılan bu qatar əvvəl Şanxayla Nanki şəhərlərini birləşdirirdi. Hazırda isə Şanxay-Hangzhou və Wuhan-Guangzhoua  marşrutları üzrə də hərəkət edən qatarın sürəti 379 km/saatdır. Gəncə ilə Bakı Çində yerləşsəydi, bu iki şəhər arasında səyahət üçün cəmi 1 saat vaxtınız gedərdi.

İtalyanlar qatarlarının sürətində çinlilərdən azacıq geri qalırlar. “Trenitalia Frecciarossa 1000” ekspressi təkcə İtaliyanın yox, həm də Avropanın ən sürətli quru nəqliyyat vasitəsi kimi tanınır. Milandan Florensiyaya və ya Romaya 3 saatdan az müddətdə gedən bu qatar saatda 354 km sürətlə hərəkət edir.

“Renfe AVE” sürət qatarı ilə ispanlar Avropada yalnız italyanlardan geri qalırlar. “Siemens”-in layihəsi olan bu Qatarla Barselona’dan Parisə 6 saat içərisində gedə bilərsiniz. Qatarın sürəti isə 349 km/saatdır.

Almaniyanın ən sürətli qatarı da İspaniyada olduğu kimi Siemens tərəfindən də hazırlanıb. “Velaro D” adlanan qatarın sürəti 329 km/saatdir.

“Eurostar e320” və “TGV” ən sürətli həmcinsləri arasında altıncı yerdədir. Əslində “TGV” da “Eurostar e320”-nin bir başqa marşrutudur. “Eurostar”lar müştərilərinə Brüssel, Paris və London arasındakı məsafəni təxminən 2 saata getməyi təklif edir.

Yaponiyanın “Hayabusa Shinkansen E5” ekspresi 321 km/saat sürətlə irəliləyir. Bu il 55-cü ildönümünü qeyd edəcək olan “Hayabusa Shinkansen” Tokio-Osaka marşrutu üzrə işləyir.

Yaponiyanın “Hokuriku Shinkansen E7” qatarı öz həmcinsləri arasında yoxuş qatarı kimi tanınır. Onun sürətinin 259 km/saat olması Sizi təəccübləndirməsin. Qatarın “tısbağasürətliliyi” dağlara, qayalara dırmanmasından qaynaqlanır. Yaponiyaya səyahətə getsəniz bu qatar sizi Tokiodan götürüb ən qısa zaman ərzində “yapon Alpları” kimi tanınan Toyama və Kanazawa kimi zirvələrə apara bilər. Məhz bu keyfiyyətindən dolayı “Hokuriku Shinkansen E7” Yaponiyanın ən rəğbət görən qatarlarından biridir.

Yaponiyalar maglev tipli, yəni manyetik qaldırma texnologiyasıyla işləyən qatarlarının sürətini 600 km/saata qaldırmağı planlaşdırırlar. Artıq ilk sınaqlar öz nəticəsini verib. Yapon istehsalı olan maglev qatarlardan biri iki il əvvəl 603 km-i bir saatda qət edərək yerli rekordu təzələyib. 2027-ci ilə qədər ölkədə əksər qatarların orta sürətinin 600 km/saat olacağı gözlənilir.

Biz isə hələ də 90 km/saatı ən yüksək qatar sürəti hesab edirik. Doğrusu, bu tısbağa yerişin sürət qatarı kimi təqdim olunması insanda bəzi şübhələrə yol açır. Görəsən, Azərbaycan dəmiryolçuları öz rəhbərləri olan hörmətli Cavid müəllimə, yoxsa Cavid müəllim ölkə rəhbərliyinə tısbağa sürətli məhsullarını sürət qatarı kimi sırıyıb? 

Nəşr olunub CƏMİYYƏT

Qara dənizdə batan gəmi 3 min ton “oğurluq” kömür daşıyırmış – Azərbaycanlı kapitan və köməkçisi ölüb

Dünən Türkiyə sahillərində qəzaya uğrayaraq batmış, Panama bayrağı altında üzən “VOLGO-BALT 214” gəmisi Rusiyanın Azov limanından Türkiyənin Samsun limanına kömür daşıyırmış.

Avropa.info virtualaz.org-a  istinadən xəbər verir ki, Rusiyanın bu limanından tez-tez Donbasın işğal edilmiş hissəsindən Türkiyənin və digər ölkələrin limanlarına qanunsuz kömür daşınması üçün istifadə edilir. Mənbə qeyd edir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilər və Köçkünlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

“Türkiyə sahillərində qəzaya uğramış və batmış, Panama bayrağı altında üzən “VOLGO-BALT 214” gəmisi Rusiyanın Azov limanından Türkiyənin Samsun limanına kömür daşıyırdı. Rusiyanın bu limanından tez-tez Donbasın işğal edilmiş hissəsindən Türkiyənin və digər ölkələrin limanlarına qanunsuz kömür daşınması üçün istifadə edilir. Monitorinq sisteminin məlumatlarına görə, bu cür hava şəraitində “VOLGO-BALT” kimi “çay-dəniz” tipli gəmilər üçün qəzalar proqnozlaşdırılandır. Qeyd edək ki, 2017-ci ilin yayına qədər bu gəmi Rusiya bayrağı altında üzüb və sonradan iki ay müddətinə Sent-Kits və Nevis dövlətinin bayrağı altına keçib. 2017-ci ilin avqustundan etibarən gəmi Panama bayrağı altında üzürdü”, – nazirliyin məlumatında deyilir.

Xatırladaq ki, qəza nəticəsində Azərbaycan vətəndaşları – gəmi kapitanı Turbat Kamil oğlu İsmayılov və kapitanın baş köməkçisi Məmmədəli Surxay oğlu İbrahimov həlak olublar.

Gəmidə 20 heyət üzvünün, o cümlədən 9 Ukrayna, 2 Rusiya və 1 Azərbaycan vətəndaşının olduğu bildirilirdi.

Nəşr olunub CƏMİYYƏT

Yanvarın 6-da Qazaxıstanın Karaqanda vilayətində minlərlə qazax küçələrə axışaraq etirazlara başlayıb. Buna səbəb 23 yaşlı qazaxın “Qədim Roma” restoranında öldürülməsidir. Bu aksiyanın Qazaxıstandakı ermənilərə qarşı keçirildiyi şübhə doğurmur. Belə ki, gənc qazaxın qətlinə görə bu ölkədəki erməni disasporunun 3 üzvü şübhəli sayılır.
İzdihamlı aksiyanın öz məcrasından çıxaraq toqquşmalara səbəb olacağından ehtiyatlanan hökumət qabaqlayıcı tədbirlər görüb. Məlumatlardan bəlli olur ki, qətl hadisəsindən bir gün sonra sosial şəbəkələrdə videokadrlar yer alıb. Yüzlərlə qəzəbli qazax qətl olayına görə Qazaxıstandakı erməni diasporunu günahlandırıb. Elə buna görə də polis dərhal küçələri nəzarət altına alıb, qəzəbli kütlənin ətrafını “çəpərləyib”.
Qazaxıstan mediası, öz növbəsində, xəbər verir ki, polis əməkdaşlarının operativ əməliyyat tədbirləri nəticəsində üç kişi həbs olunub. Onlar Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və Nadırbekov Kair Xamiroviçdir.
Saxlananlar ağır cinayət əməli ilə bağlı şübhəli şəxs qismində tanınıblar. Karaqanda şəhər məhkəməsi onların barəsində həbs-qətimkan tədbiri seçib. Bundan əlavə, Karaqanda vilayətinin departamenti Qururyan Narek barəsində axtarış elan edib.
Qazaxıstandakı Ermənistan səfirliyi baş verənlərlə əlaqədar bəyanat verib, qətlə yetirilən gəncin ailəsinə başsağlığı verib, həmçinin, sakitliyə çağırış edib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bu, xaricdəki erməni diasporu ilə bağlı yaranan ilk qalmaqal deyil. Bir müddət əvvəl Avropa ölkələrindəki erməni diaspor nümayəndələrinin transmilli cinayətkar aləmlə olan əlaqələri ifşa olundu. Xüsusilə də İspaniya və Almaniyada bu fəaliyyətin daha qabarıq şəkildə olduğu üzə çıxdı. Hətta Almaniya kanalları diaspor adı altında gizlənən erməni mafiyası haqda sənədli film çəkərək onu telekanallar vasitəsilə yayımladılar. Sonda isə bir çox erməni diaspor fəalı Almaniyada həbs edildi, bəziləri isə Ermənistana qovuldu. Qazaxıstanda baş verən hadisə erməni diasporunun tam olaraq kriminal fəaliyyətə alüdə olduğunun göstəricisi sayıla bilərmi?

Beynəlxalq Diaspor Mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, istər erməni diaspor təşkilatları, istərsə də erməni diplomatik korpusu olsun, onlar işğalçı Ermənistan dövlətinin cinayətkar əməllərinin genişləndirilməsi istiqamətində açıq fəaliyyət göstərirlər: “Son dövrlərdə xarici mətbuatda Ermənistanın müxtəlif ölkələrdəki səfirlərinin kriminal aləmlə əlaqələri haqqında intensiv məlumatlar getməkdədir. Biz hətta erməni əsilli “qanuni oğruya” diplomatik pasportun verildiyinin də şahidi olduq. Bu, Ermənistan müstəqillik əldə etdikdən sonra start götürən və bu günə kimi davam edən bir prosesdir. İstər postsovet, istərsə də Avropa ölkələrindəki erməni kriminal dairələrin fəaliyyəti haqda məlumatlar verilib. Ermənistan hakimiyyətindəki yuxarı dairələrin kriminal avtoritetlərlə münasibətlərini sübut edən dəlillər daha çox Serj Sarkisyan dönəmində ortaya çıxmış oldu. Sonra İspaniya və Almaniyada biz konkret dəlillər əsasında erməni diasporu adı altında fəaliyyət göstərən erməni mafiyasının necə ifşa edildiyinin şahidi olduq. Qazaxıstanda baş verən hadisə bir daha sübut edir ki, erməni diasporu heç bir ölkədə sevilmir. Onlara verilən reaksiyaya fikir verin. Minlərlə adam etiraza qalxıb. Bu, adi kriminal zəmində baş verən hadisə deyil. Ortada millətçilik amili olmasaydı, reaksiya belə sərt olmazdı. Bir daha sübut olunur ki, nankorluq ermənilərin xislətinə aid keyfiyyətdir. Onlar yaşadıqları heç bir ölkəninin adətinə, mənəvi dəyərlərinə hörmət etmirlər. Onları yalnız erməni amili maraqlandırır. Bu səbəbdən də bənzər mənzərə ilə üz-üzə qalırlar. Artıq iç üzü açılan ermənilər yaşadıqları bütün ölkələrdən qovulmaq təhlükəsilə üz-üzədrirlər. Ermənilərin yaşadıqları cəmiyyətlərə məlum olur ki, erməni diasporu deyilən bir məfhumun arxasında, əslində, tamamilə başqa məqsədlər dayanır. Ermənilərin nankorluğu ilə ən ağır formada rastlaşan biz olduq. Onlara öz torpağımızda yer verdik, əvəzində oranı işğal etdilər. Onlar gücü çatan yerləri işğal və ilhaq edirlər. Nisbətən az olduqları ölkələrdə isə Qazaxıstandakı kimi iyrəncliklər törədirlər”.

Nəşr olunub SİYASƏT
Çərşənbə Axşamı, 08 Yanvar 2019 12:48

Onun böyük ürəyi…

Xeyirxahlıq İlahi əməllərdəndir. Bunu hər kəs bacara bilməz. O qədər imkanlı iş adamları, kifayət qədər zəngin vəzifə sahibləri tanıyırıq ki, heç vaxt bir yetimi sevindirməyiblər. Ona görə yox ki, onlar bunu bacarmırlar, ona görə ki, bunun üçün Allahın izni olmayıb. Və heç bir azaman bu izni Tanrıdan diləməyiblər…
Haqqında danışacağım insan böyük yol keçib. Ac qalıb, çətinliklər görüb, min bir əzaba qatlaşıb, nəhayət qərib bir diyarda- Qırğızıstanda var-dövlət, nüfuz sahibi olub. İki ali təhsilə yiyələnib…
Vətəndən uzaqda yaşasa da ürəyi həmişə Azərbaycanla döyünüb, Azərbaycanla nəfəs alıb. Elə buna görədir ki, indiyədək həyata keçirdiyi xeyirxah layihələrin böyük əksəriyyəti Azərbaycanla bağlıdır… 
Onun nə qədər kimsəsizi sevindirdiyi, xəstələrin şəfa tapmasından ötrü çəkdiyi xərclər, imkansızlara payladığı sovqatlar haqqında danışmayacam. Çünki parçası olduğumuz dünyanın Sahibinin bunlardan xəbəri varsa, kifayət edər…
Mən ancaq onun həyata keçirdiyi rəsmi tədbirlərdən söhbət açmaq istəyirəm. Yadınızdadırsa, 2008-ci ildə dünyaşöhrətli Qırğız yazıçısı Çingiz Aytmatov Bakıya gəlmişdi. Böyük Türk yazıçısını müşayət edən 31 nəfərdən ibarət heyətin Azərbaycana səfərinin bütün xərclərini, bu səfəri təşkil edən bir şəxs kimi, o, ödəyib. Həmin vaxt Azərbaycan prezidenti onları qəbul da edib. 
2006-cı ildə “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” yaradaraq qeydiyyatdan keçirən bu soydaşımız 2006-2007-ci illərdə Bişkekdə, Almatada, Bakıda Azərbaycan Respublikasının rəsmi nümayəndələrinin iştirakı ilə I, II, III “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” adlı elmi-nəzəri konfranslar keçirib. Dediyinə görə, 2007- ci ildə Almatada keçirdiyi II elmi nəzəri konfrans Azərbaycanda ilin mühüm hadisəsi elan olunub… 
2008- ci ildə Çingiz Aytmatovun ölümündən bir az əvvəl, Qırğızıstan dövlət filarmoniyasında Heydər Əliyevin 85, Mir Cəlal Paşayevin 100 illiyi ilə əlaqədar möhtəşəm tədbir təşkil edib. Çingiz Aytmatovun da iştirak etdiyi bu tədbirə Azərbaycandan rəsmi nümayəndələr, MM deputatları və bir sıra elm və mədəniyyət xadimləri iştirak ediblər…
2012- ci ilin fevral ayında Vahid Mustafayevin ərsəyə gətirdiyi “Xoca” filminin Qırğızıstanın elm və mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatını keçirib. Tədbirdə demək olar ki, Qırğızıstanın bütün tanınmış adamları iştirak ediblər. Həmin filmi Qırğızstanın bütün aparıcı telekanalları nümayiş etdirib…
Sonra Qırğızıstanın tanınmış elm və mədəniyyət adamlarının Azərbaycana səfərini təşkil edib. Səfərin bütün xərclərini özü ödəyib…
2009- cu ildə Qırğızıstan Parlamentinin birinci vitse spikerinin başçılıq etdiyi 11 nərəlik nümayəndə heyətinin Azərbaycana səfərini təşkil edib. Həmin il mart ayının 13-də prezident İlham Əliyev həmin heyəti qəbul edərkən, o da qonaqların arasında olub. Bu onun prezidentlə ikinci görüşü kimi əbədi yadında qalıb…
Deyir ki, böyük lider Heydər Əliyevin Bişkekdə parkının salınması, heykəlinin qoyulması ən böyük arzumdur. Qırğızıstanın bütün dövlət orqanlarına müraciət ünvanladım. Bunu eşidən ermənilər mənə qarşı əks hücuma keçdilər. Məni qaralamaq, şərləmək istəyirdilər. Çox təzyiqlərlə məruz qaldım və nəhayət bütün sənədləri əldə etdim. Sənədlərdə yazılıb ki, “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun müraciəti əsasında Heydər Əliyev adına Parkın salınması üçün 5 hektar yarım torpaq sahəsi ayrılsın. Amma Qırğızıstandaki sapı özümüzdən olan baltalar bu parkı başa gətirməyə imkan vermirlər… 
2016- cı ildə tanınmış tarixçi yazıçı Yunus Oğuzun iki kitabını rus və qırğız dillərində çap etdirib. Kitabın təqdimatını Qırğızıstan prezidentinin birinci iqamətgahını kiraləyərək, orada keçirib.
“Prezident İlham Əliyev” adlı hər biri təxminən 800 səhifəyə yaxın 3 cildlik kitabı ərsəyə gətirib. Heydər və İlham Əliyevlərdən bəhs edən “Dünya siyasətinin zirvəsini fəth edənlər” kitabını rus dilində çap etdirərək, Qırğızıstanın idarə və təşkilatlarına hədiyyə edib…
Bu günlərdə Ulu Öndər Heydər Əliyevin təbliği çərçivəsində 2004-cü ildə təsis etdiyi “Qırğızıstan Heydər Əliyev fondu”nun sifarişi ilə Bişkekdə “İki dahi Şəxsiyyət…” adlı film çəkdirib. Film Türk dünyasının iki böyük oğlu- Heydər Əliyev və Çingiz Aytmatovdan bəhs edir…
Bu günə kimi Azərbaycanla bağlı 112 kitabı müxtəlif dillərdə nəşr etdirib. Onun vəsaiti hesabına 2 Azərbaycan filmi qırğız dilinə dublyaj olunub… 
2017-ci ildə Qırğızıstanda prezident seçkiləri keçirilərkən öz namizədliyini indiki prezident Sooronbay Jeenbekovun xeyrinə geri götürüb…
Bir sözlə, haqqında söhbət açdığım Nüsrət Məmmədov Azərbaycanı Qırğızıstanda ləyaqətlə təmsil edən soydaşımızdır. Allah ona həmişə yardımçı olsun! Nə yaxşı ki, varsız Nüsrət müəllim!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 1 kişi, takım elbise

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar, ayakta duran insanlar ve takım elbise

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: 6 kişi, ayakta duran insanlar ve takım elbise

Nəşr olunub CƏMİYYƏT

Qərbin böhtan tribunasının “milli ayaq”ları, yaxud müxalifətçilər necə “siyasi mühacir” olurlar?
 

Ölkələrə inqilablar, təlatümlər ixrac edənlərin "siyasi mühacir” şəbəkəsinin pasportu

Müxtəlif bəhanələrlə Azərbaycanı tərk edərək Qərb ölkələrində peyda olan və özlərini "siyasi mühacir” adlandıranlar dövlətimiz əleyhinə aparılan məkrli kampaniyanın elementləridirlər. İlk olaraq siyasi mühacir anlayışına aydınlıq gətirək: siyasi, iqtisadi və ya dini səbəb üzündən ölkəsini tərk edib başqa ölkəyə köçən və orada yaşayan adama siyasi mühacir deyilir. Çirkin kampaniyanın tərkib hissəsi olaraq dövlətimizin, millətimizin ünvanına təhqirlər yağdıranlarların siyasi mühacirliklə heç bir əlaqəsi yoxdur.

 

Onlar ölkəmizdə heç vaxt siyasi təzyiqlərə məruz qalmayıblar, həmin şəxslərin hüquq və azadlıqları digər vətəndaşlar kimi ən yüksək səviyyədə qorunub. Lakin xislətində xəyanət hüceyrələrinin dərin kök saldığı şəxslər üçün məhz "siyasi mühacir” adı altında xaricə getmək, oradan aldıqları qrantların müqabilində öz ölkəsi haqqında çirkin kampaniya aparmaq elə də çətin deyil. Onlar Qərbin bəzi təxribatçı təşkilatlarının və ölkələrə inqilablar, təlatümlər ixrac edən "demokratik” dövlətlərin kəşfiyyat orqanlarının qulbeçəsi, böhtan ruporu rolunda çıxış edirlər. Belələri bütün ölkələrin siyasi tarixlərinin zibil qutusunda özlərinə əbədi pasport qazanıblar. Heç şübhəsiz ki, bu günə qədər dövlətimizə qarşı yönələn, sükanı xarici kəşfiyyat orqanlarının, ermənipərəst qüvvələrin, anti-Azərbaycan şəbəkəkənin əlində olan böhtan maşınları və onun "siyasi mühacir”lər kimi xırda detalları heç vaxt istəklərinə nail ola bilməyiblər. Bundan sonra da bu, mümkün olmayacaq.

Şəxsi uğursuzluqlardan yaranan depressiya, ittiham olunan güclü dövlət, səfil həyat və sonda satqın

Bəs bu "siyasi mühacir”lər xarici ölkərə hansı səbəbdən və necə gediblər? Belələri yalançı bəhanələrlə (siyasi təzyiq, söz azadlığının məhdudlaşdırılması, siyasi repressiya, dini və cinsi istəklərin qorunmaması və. S) ölkələrini tərk etmək üçün saxta sənədlər düzəldirlər. Təsadüfi deyil ki, "siyasi mühacir”lər elə Qərbin bir çox sivil ölkələrində böyük bir beynəlxalq cinayətkar şəbəkənin üzvləri hesab olunurlar. Xarici ölkələrə siyasi mühacir kimi getmək üçün həmin cinayətkar şəbəkənin formalaşdırdığı xüsusi prosedurlar da var və həmin şəxslər buna əməl etməli, hər bir addımı xüsusi həssaslıqla atmalıdırlar. Söhbət nədən gedir? Məsələn, siyasi mövqeyinə görə hakimiyyətə müxalif olan bir nəfər xaricə getmək istəyir, bu zaman o, ilk olaraq ölkənin ən radikal bir siyasi təşkilatına üzv olmalıdır. Ardınca həmin şəxs siyasi partiyanın keçirdiyi icazəli, yaxud icazəsiz aksiyada iştirak etməli və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə məqsədli şəkildə münaqişə yaratmalıdır.

 

Bu zaman öncədən "kirayələnmiş” fotoqraf həmin şəxsin müxtəlif pozalarda fotosunu çəkməlidir. Guya polis bu şəxsə zor tətbiq edib. Daha sonra bu şəxs haqqında radikal, ermənipərəst şəbəkənin maliyyəsi hesabına "ayaq üstündə duran” həmin siyasi təşkilatın nəzarətində olan KİV-lərdə materiallar dərc olunmalıdır. İctimai rəyi çaşdırmaq üçün sosial şəbəkələrdə "sponsor dəstəkli” materiallar yayımlanır. Sonrakı mərhələdə isə siyasi partiyadan arayış almalı olur, bu kimi digər saxta sənədlər hazırlanır. Və nahəyət,artıqbeynəlxalq cinayətkar şəbəkənin üzvü olan bu şəxslər "siyasi mühacir biznesi”nin elementləri olurlar.

 

Sonda siyasi partiyanın rəhbərinin pulu verilməlidir ki, xaricdə yerini hazırlasınlar. "Siyasi mühacir”lərin ölkəni tərk etmələri üçün müxtəlif yollar movcuddur. Bəs səbəb nədir? Şübhəsiz ki, belələri uzun müddət şəxsi həyatlarında dərin xaos yaşayan, müsbət amillərdən uzaq, işləməkdən qorxan, fəaliyyətsizliyi ucbatından yaranan sosial problemlərdən, ailə münaqişəsi zəminində (boşanmalar, əmlak davaları və s. ) aldığı travmalardan əziyyət çəkən şəxslərdir. Bəs edir ki, onlarda cüzi siyasi "dünyagörüş” olsun. Bu zaman bütün uğursuzluqlarının səbəblərini özündə deyil, dövlətdə axtarmağa başlayacaqlar. Yolla gedən zaman ayağına daş dəysə, hakimiyyəti, dövləti ittiham edəcək.

 

Çünki anlayır ki, ölkədə bu adama heç kim gətirib aylıq pul verməyəcək ki, işləmədən-əziyyət çəkmədən şad-xürrəm yaşasın. Bu, heç bir ölkədə mümkün deyil axı. Lakin bu zaman eşitdiyi nağıllar "dad”ına çatır: Avropada insanlara aylıq böyük pullar, ev, maşın verirlər, hər şeylə təmin edirlər, özü də bütün bunları işləmədən ələd edirsən. Maraqlıdır, ağlı başında olan, normal adam anlamalıdır ki, dünyada utopik cəmiyyət yoxdur və əziyyət çəkmədən heç nəyə nail olmaq mümkün deyil. Təbii ki, ölkəmizdəki sağlam rəqabət mühiti, qohum-qonşunun əziyyət çəkib əldə etdiyi maşınlar, evlər belələrində dərin bir depressiya yaradır. Öz cılızlığını başa düşür, iradəsizlik onları nağıllara aparır və yuxarıda qeyd etiyimiz kimi, saxta sənədlərlə, yaxud digər yollarla üz tuturlar Avropaya. Nəticədə görürlər ki, Avropada nə yel əsib, nə də qoz tökülüb.

 

Səfil vəziyyətə düşürlər, ölkəyə qayıtmağa üzləri də gəlmir və başlayırlar doğma vətəni haqqında ermənipərəst qüvvələrlə işbirliyinə.

 

"Siyasi mühacir”lərin söyüş "texnologiya”sı, yaxud zorlanmış mənəviyyat

Qərb konfliktoloqları bildirirlər ki, siyasi mübarizədə (əgər buna mübarizə demək mümkündürsə) söyük söymək iyrənc tendensiyadır. Azərbaycandan xaricə gedib oradan ölkə rəhbərliyinin, dövlətin ən üst adamlarının, onların ailə üzvlərinin ünvanına təhqir, və hədyan yağdıranların kimliyi hər kəsə bəllidir. Və cəmiyyətimiz bütünlüklə belələrini lənətləyir. Söhbət Vidadi İsgəndərli, Orduxan Temurxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Səid Nuri və digər bu kimi adamlardan (?) gedir. Təsəvvür edin, V.İsgəndərlinin həyat tarixçəsində nə özündə, nə də başqalarında xoş təəssürat yaradan heç bircə nüans belə yoxdur. Savadsızlıq, naşılıq, itirilmiş mənəvi- ruhi dəyərlər bu insanı (?) tamamilə fərqli bir kökə salıb. Şübhəsiz ki, xislətində naqislik olmayan, millətinə, dövlətinə sadiq olan bir adam bu kökə düşə bilməzdi. Müxtəlif ölkələrin son 20 ildə baş verən hadisələrini araşdıran zaman görürük ki, siyasi "mübarizə”də söyüşdən istifadə edən şəxslər gec-tez qanun qarşısında cavab verməli olublar.

 

Əslində V.İsgəndərli özü də başa düşür ki, atdığı addımlar onu heç bir halda cinayət məsuliyyəti daşımaqdan yayındırmır, siyasi "mübarizə”, "siyasi mühacir” adı altında səsləndirdiyi fikirlər gec-tez onun cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcək. Əvvəla, insanları təhqir etmək cinayətdir. Digər tərəfdən, dövlət atributlarının, dövlətin ən üst adamlarının, onların ailə üzvlərinin təhqir olunmasından, dövlət əleyhinə, iğtişaşlara, itaətsizliyə çağırışlardan söhbət gedirsə, o zaman V.İsgəndərlinin hansı tipdə cinayətkar olduğu bəlli olur. Nəzərə alsaq ki, ölkəmiz haqqında hələ bir neçə il bundan öncə Avropada yaşayan ermənilər tərəfindən söyüş kampaniyası başladılıb və onlarla eyni dəsti-xətdə çıxış edən V.İsgəndərlinin bu gün kimlərin pulu ilə nəyə xidmət etdiyi aydın olur. Ssenari eynidir, müqayisə üçün ermənilərin hələ illər öncə dövlətimiz əleyhinə apardığı işləri elə internet vasitəsilə araşdırın. Bu adam(?) dövlətimizi ləkələmək üçün öz doğma dədəsinin(?) qəbrini təhqir etdirməkdən çəkinmədi. Nədi-nədi, mənasız ittihamlarına reaksiya verilmədiyini görüncə, bu varianta əl atdı. Ancaq bir şeyi nəzərə almadı ki, buna heç kim inanmayacaq. Ondan fərqli olaraq ən ali dəyərlərin daşıyıcısı olan şəxsiyyətlər onun dədəsinin qəbrini təhqir etdirməzlər.

 

Artıq kələfin ucu çoxdan görünüb, bu vasitə ilə dövlətə təzyiq edə biləcəyini düşünən bu düşüncəsiz daha rəzil bir duruma düşdü. O.Temurxan Azərbaycan xalqının müqəddəs dəyər kimi sevdiyi şəxsiyyətlər haqqında ifadələr işlətdiyinə görə xalqımızın nifrət hədəfinə çevrilib. Bədbəxt, yazıq və çarəsiz durumda olan bu adam(?) ironik hərəkətlərlə diqqət çəkmək istəyir və özülüyndə bunu siyasi "mübarizə” kimi qələmə verir. Yadınızdadırsa, cəmiyyət içərisindəki videolarının bir çoxunda insanların Orduxana qarşı xüsusi aqressiyasının şahidi oluruq. Niderland küçələrində dövlətimiz əleyhinə danışan, nalayiq ifadələr işlədən zaman bir Türkiyə vətəndaşı ona yaxınlaşıb tənbeh etdi. Bunu hamımız onun videolarında bir neçə dəfə izləmişik. Müsəlman dövlətlərinin Avropadakı qaçqınlarının təşkil etdiyi aksiyalara özbaşına soxulub Azərbaycan haqqında mənfi fikirlər almağa çalışan Orduxan dəfələrlə böyük təpki ilə üzləşib. Bunu da onun videolarından izləmişik. Məhəmməd Mirzəli, Tural Sadıqlı arasındakı insident bütün məsələlərə güzgü saldı. Böyük məbləğdə qrant alıb ölkəmizi, dövlətimiz söyməli olan T.Sadıqlı M.Mirzəliyə cəmi 100 avro pul göndərmişdi. Yəni öncədən vəd edilən məbləğ M.Mirzəliyə çatmadı. Bu zaman o, T.Sadıqlını canlı yayımda ifşa etdi.

 

Bu adamlar (?) Orduxanın dostları, onunla eyni bulaqdan su içənlərdirlər. Səid Nurinin kimliyi isə hər kəsə bəllidir, otellərdə, kafelərdəki əxlaqsız hərəkətləri ilə yaddaşlarda qalıb və onun bütün "cinsi akt” səpgili videoları internetdə var. Bumu bizə əxlaq dərsi verir? Və digər eyni şəbəkənin üzvü olan bu tip adamların (?) məqsədi eynidir. Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilən Mehman Hüseynovu da piştaxtaya çıxarıb "siyasi mühacir”lər. Onun həbsindən şou düzəldərək xaricdən əldə etdikləri qrantların məbləğ və çəkilərini artırmaqla məşğuldurlar. Əmin olun, yaxın günlərdə özləri bir-birini ittiham edəcəklər və M.Hüseynovun "müdafiə”si məqsədilə aldıqları qrantların taleyindən elə özləri danışacaqlar.

 

Bəs "siyasi mühacir”lərin məqsədi nədir?

Bu "siyasi mühacir”lərin hədəfləri eynidir, başqa cür desək, onlar pul müqabilində tapşırıqlar alıb əmr icra etməklə məşğuldurlar. Məqsədləri:

Ermənistanı çətin durumdan, dalandan çıxarmaq;

Azərbaycanı ideoloji savaşda Ermənistana uduzdurmaq;

Dağlıq Qarabağın işğalı faktını beynəlxalq aləmdə legitimlədirmək;

Azərbyacanın digər dövlətlərlə münasibətlərinə xələl gətirmək;

Azərbaycanın beynəlxalq imicini zədələmək;

Ölkədə xaos, kütləvi itaətsizlik yaratmaq;

Beynəlxalq təşkilatların Azərbaycana təzyiqinə nail olmaq;

Azərbaycana xarici investorlarının, sərmayənin axının qarşısını almaq;

Azərbaycan məhsullarının xarici ölkələrdəki təqdimatını məhv etmək, bazara daxil olmasını əngəlləmək;
Diaspor təşkilatlarımızın daha ciddi şəkildə formalaşmasına mane olmaq və s.

 

Lakin "siyasi mühacir”lər sadalanan halların heç birinə nail ola bilməyiblər və bundan sonra da niyyətləri həyata keçməyəcək. Çünki Azərbaycan zədələnməsi mümkün olmayan böyük beynəlxalq imicə, böyük və qüdrətli iqtisadiyyata, ən mütərəqqi qanunlara, düşmən dövlət üzərində müqayisə olunmayacaq dərəcədə böyük siyasi-iqtisadi üstünlüklərə malikdir. Təsadüfi deyil ki, Azərbaycanın haqlı mövqeyi, həyata keçirdiyi dünya və region əhəmiyyətli layihələr bütün dünya tərəfindən təqdir olunur. Və bütün bu uğurlar dövlət başçısının atdığı müdrik addımlar sayəsində əldə olunmuşdur.

Nəşr olunub CƏMİYYƏT

“Mehman Hüseynovla bağlı anti-milli şəbəkə və onun xaricdəki havadarları unudurlar və dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu gözəştə məcbur etmək mümkün deyil. Əslində onlar bunu bizdən yaxşı bilirlər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, onlar anlayırlar ki, Azərbaycan dövləti, hakimiyyəti ilə zor, təzyiq dili ilə danışmaq olmaz: “Yəni danışmaq mümkün deyil. Çünki Azərbaycan özünə hörmət edən bir dövlətdir. Azərbaycan Prezidenti məhz Azərbaycan xalqının iradəsi ilə hesablaşır. Xaricdən heç bir iradə, qüvvə Azərbaycan Prezidentinin, xalqının və dövlətinin maraq və mənafeylərinə zidd addımlar atmağa məcbur edə bilməz. Bu tarixən dəfələrlə sübut olunub. Ölkə başçısı bunu dəfələrlə özü də sərt şəkildə sübut edib və göstərib. Təbiidir ki, o qüvvələr də bunu bilirlər. Sadəcə niyə bu cür addımlarını davam etdirirlər?

Məsələ ondadır ki, Mehman Hüseynov məsələsi bu adamlar üçün bir bəhanədir. Bəhanədir ki, Azərbaycana qarşı kampaniya aparsınlar, Azərbaycanda insan hüquqlarının pozuntusu görüntüsünü yaratsınlar və dünyaya göstərsinlər ki, Azərbaycan belə bir ölkədir və o ölkəyə bu və ya digər şəkildə yardım etmək lazımdır. Yəni insan hüquqları ilə bağlı və s. Təbii ki, o yardımı da xaricdə oturub Azərbaycanı söyməklə məşğul olan qüvvələr, şəxslər, mərkəzlər edə bilər. O adamlar bunun hesabına özlərinə əlavə gəlir mənbəyi (əlavə qrantlar almaq) əldə etmək istəyirlər. Guya ölkədə dözülməz vəziyyət var. Onların məqsədi əslində o bloggerin azadlığa çıxması deyil. Ümumiyyətlə onlar həmin bloggerin taleyi ilə maraqlanmırlar. Sadəcə olaraq adam həbsdə olduğuna görə ondan özlərinin çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Beləcə qrant alsınlar və maliyyə imkanlarını genişləndirsinlər. Bunun səbəbi yalnız budur”.

Nəşr olunub CƏMİYYƏT

Ölkədə unun son bir neçə ayda davam edən tədricən bahalaşması prosesi artıq çörək istehsalçılarını, o cümlədən əhalini narahat etməyə başlayıb. Belə ki, son aylarda 50 kiloqramlıq kisələrin qiymətində unun növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb. Ötən ay isə 1 manat bahalaşma olub. İstehlakçılar isə bu səbəbdən çörəyin çəkisində müəyyən azalmaların olduğunu bildirirlər.

Mia.az xəbər verir ki, unun qiymətinin artmasını “Yeni Müsavat”a danışan çörək istehsalçıları da təsdiqləyiblər.

Təndir çörəyi satışı ilə məşğul olan kiçik sahibkar bir ay öncə 27 manata aldığı un kisəsini indi 28.50 manata aldığını bildirdi: “50 kiloqramlıq ”Mehriban” unu 27 manatdan 28.50 manata qalxdı, “Sarı Sünbül” ununun 50 kiloqramlıq kisəsi əvvəl 26 manat idi, sonra 26.50-yə qalxdı, indi də 27.50 manatdır. “Karmen” unu 25.40 manatdan 27 manata qalxdı. Öncəki aylarda 30-40 qəpiklik cüzi artım baş verirdisə, son bir ayda 1 manat bahalaşma oldu”.

“Gilan Holdinq №1″ çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov da təsdiqlədi ki, unun qiymətində son aylar bahalaşma var: ”Bu da bizim işimizə birbaşa təsir edir, unun qiyməti qalxırsa, çörəyin maya dəyəri də artır. Hələ ki çörəyin çəkisini azaltmamışıq. Hazırda ziyanla işləyirik. Unun qiymətinin tənzimlənməyini istəyirik. Son 6 ayda unun qiyməti orta hesabla 40 faizə qədər qalxıb. Əvvəllər kiloqramını 39 qəpiyə alırdıq, indi isə 53-55 qəpiyə qalxıb. Fikrimcə, səbəb xarici amillərlə bağlıdır. Biz unu, buğdanı xaricdən idxal edirik. Rusiyada məhsul az olub, qıtlıq olduğu üçün qiymətin qalxdığını düşünürük”.

Ekspertlər isə unun bahalaşmasına səbəb kimi dünya bazarında baş verən qiymət artımı göstərirlər. Çünki Azərbaycana ərzaq buğdası xaricdən idxal olunur. Unun qiyməti ilə bağlı market və mağazalarda apardığımız müşahidə zamanı bahalaşmanın şahidi olduq. Çəki ilə satılan unun qiymətində 4-5 qəpik, bəzi kağız bağlamalardakı unun qiymətində isə 10 qəpik civarında artım var.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov açıqlamasında bildirdi ki, bu, dünya bazarında taxılın qiymətində baş verən dəyişikliyə daxili bazarın reaksiyasıdır: “Bu daha çox informativ təsirlərdir. Ticarətlə məşğul olan insanlar hər fürsətdən məharətlə istifadə edirlər. Bundan öncə baş verən qiymət artımlarında da biz bunun şahidi olduq. Qiymət artımında hazırda əsas faktor manatın məzənnəsi ola bilərdi ki, o da hələ ki sabitdir və yaxın zamanlarda dəyişəcəyi gözlənilmir”.

İqtisadçı onu da vurğuladı ki, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır: “Azərbaycanın taxılla bağlı əsas problemlərindən biri də budur ki, əlavə növ taxıl buğdasını xaricdən idxal edirik. Yüksək keyfiyyətli un üçün lazım olan taxılı istehsal edə bilmirik. Ona görə də bizim taxılın keyfiyyəti o səviyyədə deyil ki, bazarın tələbatı onunla ödənilsin. Gərək məhsulun əkininin strukturunda müəyyən dəyişikliklər edilsin. Mən bu mövzuda mütəxəssislərlə də söhbət eləmişəm. Yerli şəraitin də müəyyən təsirləri var. Ancaq bunu təkcə şəraitlə bağlamaq düzgün deyil. İndi müasir texnologiyalar imkan verir ki, hətta şoran torpaqda belə istədiyiniz məhsulu əldə edəsiniz. Bu mərhələni adlamaq mümkündür. Hazırda bazarlarda satılan yüksək keyfiyyətli unun taxılı xaricdən gətirilir. Ona görə də buğda idxalı çox böyük rəqəmlərlə ifadə olunur. Əsasən Rusiya və Qazaxıstandan idxal olunur”.

F.Yusifovun sözlərinə görə, dövlət başçısının aqrar sektorun inkişafı ilə bağlı çıxışlarında bu məsələ çox ciddi şəkildə qoyulub: “Kənd Təsərrüfatı Nazirliyinin qarşısında tələb qoyulub ki, taxıl balansında olan vəziyyəti düzəltmək üçün tədbirlər görülsün. Ancaq o proqramların reallaşması nə zaman baş verəcək, bunu demək çətindir. Digər bir məsələ isə odur ki, çox ciddi investisiya tələb edən bu sahədə iş adamlarının vəsaiti sığortalanmır. Çünki aqrar sığorta məsələsi tam reallaşmayıb. Məsələyə kompleks yanaşmaq lazımdır. Bu işi görən sahibkar öz yatırımını sığortalamaq istəyir. Biz bu sahənin problemlərini həll edib idxaldan asılılığımızı azaltmaq istəyiriksə yüksək keyfiyyətli taxıl əkini üçün hər şəraiti yaratmalıyıq”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında yer alan son statistik məlumata əsasən, ötən ilin 11 ayında ölkəmizə 992 353.87 ton buğda idxal olunub və bunun üçün 187 milyon 540 min 920 min ABŞ dolları vəsait xərclənib. Bu rəqəmləri nəzərə alsaq, deyə bilərik ki, bir ton ərzaq buğdası 188 dollara, yəni təxminən 320 manata başa gəlir.

Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, 2017-ci ilin 11 ayında 1 milyon 120 min 804.47 ton buğda idxal edilib və bunun üçün 200 milyon 631min 780 ABŞ dolları vəsait xərclənib. Belə olan halda, buğdanın 1 tonu 179 dollara başa gəlib və bu da manat ifadəsində 304 manata bərabərdir. Buğdanın hər tonuna görə 16 manatlıq bahalaşma sonda unun qiymətində də öz əksini tapır.

Artımın səbəbi ötən il dünyada taxıl istehsalının aşağı düşməsidir. Belə ki, Beynəlxalq Taxıl Şurasının məlumatına görə, ötən il avqustun 2-dək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Ötən ilin eyni dövründə istehsal 758 milyon ton idi. Əsas taxıl ixracatçılarından olan Rusiyada da taxıl istehsalında geriləmənin olduğu bildirilir. Bütün bunlar həm birbaşa, həm də informativ olaraq unun qiymətinə təsir göstərir. Bunun çörəyin qiymətinə və ya çəkisinə necə təsir göstərəcəyini isə qarşıdakı dövrdə görə biləcəyik.

Nəşr olunub İQTİSADİYYAT

Reytinq