Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 09 Yanvar 2019
Çərşənbə, 09 Yanvar 2019 17:55

Qazaxıstanı çalxalayan erməni tutuldu

Qazaxıstanda Yeni İl axşamı yerli sakini qətlə yetirən Ermənistan vətəndaşı Narek Qururyan tutulub.

boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Narek Qururyanın (1997-ci il) Rusiya ərazisində tutulduğu və tezliklə Qazaxıstana ekstradisiya olunacağı gözlənilir. / Modern.az/

Nəşr olunub DÜNYA

PKK ilə Əsəd rejiminin “bazarlığı” – Terrorçular hansı şərtləri irəli sürdü?

ABŞ hərbçilərinin Suriyadan çıxması barədə verdiyi açıqlamdan sonra PKK terrorçuları Əsəd rejimi ilə sıx təmasa girib.

boyukmillet.com  “Yeni şafak”a istinadən xəbər verir ki, PKK terrorçuları ilə Əsəd rejimi arasındakı son görüş yanvarın 6-da Rakkada baş tutub.

Yanvarın 6-da Suriyanın “Əl-Muhaberat” kəşfiyyat idarəsinin rəhbəri Əli Məmlükün başçılığı ilə Əsəd rejiminin nümayəndə heyəti Rakkada PKK terror təşkilatının təmsilçiləri İlham Əhməd, Elder Xəlil və Sipan Hamo, həmçinin Suriyanın Gələcəyi Partiyasının rəhbəri İbrahim Kaftan, Rusiyanın üç yüksəkrütbəli zabitinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Əsəd rejimini təmsil edən “Əl-Muhaberat” rəhbəri Əli Məmlük Mənbiç, Qamışlıdan Cerablus sərhədinə qədər əraziyə nəzarət etməyə hazır olduqlarını açıqlayıb. Bunun müqabilində isə Əsəd rejimi aşağıdakı şərtləri irəli sürüb:

PKK terrorçuları bütün silahlarını Əsəd rejiminə təslim edir;

Hərbi yaşda olan gənclər orduya çağrılacaq.

Bu şərtlər qəbul edildiyi təqdirdə, terrorçu PKK təmsilçilərinə Əsədr rejimində önəmli vəzifələr verilə bilər. Şərtlər qəbul edilərsə, Qamışlı, Ayn əl-ƏrƏb, Ayn İsa və Rəsulyan başda olmaqla, bütün bölgəyə hərbçilərin yerləşdiirlməsinə başlanılır. PKK isə Əsəd rejimi qarşısında aşağıdakı tələbləri qoyub.

Mərkəzi Qamışlı olmaqla muxtar bölgə yaradılsın;

İran, İraq, Türkiyə və digər qonşu ölkələrdən terrorçu təşkilata qatılanlara vətəndaşlıq verilməklə yanaşı, onlara Suriya pasportu verilsin;

PKK Rakka, Deyrizzor, Təl Abyaddan çəkilməsində ciddi bir problem yoxdur, ancaq Hasekədə çıxarılan neft və qazdan pay verilsin.

8 saat davam edən görüşdən sonra PKK qərar vermək üçün vaxt istəyib. “Əl Muhaberat” təşkilatının rəhbəri Əli Məmlük bildirib ki, PKK şərtləri qəbul edəcəyi təqdirdə, Suriyanın yeni konstitusiyasında bəzi istisna hüquqların veriləcək. Bununla belə, görüşdə Rusiya və Türkiyənin nəzarəti altında olan bölgələrin də Əsəd rejiminə verilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığıa gəlinib.

Nəşr olunub DÜNYA

Milli vətətənpərvərlik ruhlu mahnıların, marşların ifaçısı, Türk dünyasının sevilən səsi Şəmistan Əlizamanlı daha bir tarixi əsərə müraciət edib.

Turkustan.info xəbər verir ki, Şəmistan Əlizamanlı 1878-ci ildə Osmanlı İmperiyası ilə Çar Rusiyası arasında yaşanmış savaş zamanı Osmanlı ordusunun sərgilədiyi fədakar “Plevne müdafiəsi”nə həsr olunmuş “Tuna nehri” tarixi mahnısını ifa edib.

Nəşr olunub CƏMİYYƏT

Qazaxıstanda yerli əhali ilə orada yaşayan ermənilər arasındakı münaqişə daha dramatik hal almağa başlayıb. Karaqanda şəhərində baş vermiş faciəvi hadisələr hazırda Qazaxıstanın hüdudlarından kənarda da müzakirə obyektinə çevrilib.

Xatırladaq ki, cari ilin 1 yanvar tarixində, Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc – 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.

Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən milliyyətcə erməni olan 2 nəfər – Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və milliyyətcə qazax olan 1 nəfər – Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs-qətimkan tədbiri seçilib, milliyyətcə erməni olan digər 1 nəfər – Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub.

Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub.

Bu hadisə ermənilər və onların xaricdə formalaşdırdıqları diaspor qurumları ilə bağlı olan həqiqətləri bir daha təsdiqləmiş oldu. Yenidən bəlli oldu ki, ermənilər yaşadıqları ölkələrdə tülkü kimi gizlənib, yalnız fürsət düşəndə üzə çıxmağı xoşlayırlar. Onlar məskən saldıqları ölkələrin ən gəlirli sahələrini ələ keçirməklə, hətta yerli əhalidən də üstün durumda yaşamağı bacarırlar. Yeni il günü baş verən hadisə ermənilərin Türk dünyasına qarşı hansı dərəcədə nifrət, kin bəslədiyini bir daha üzə çıxardı. Bir neçə erməni əsilli şəxs tərəfindən türk soyuna məxsus olan qazax gəncin amansızcasına qətlə yetirilməsi bunun bariz nümunəsidir. Bu hadisə ermənilərin Qazaxıstanın siyasi elitası və güc strukturlarında ciddi himayəçilərinin olduğunu dəqiq təsbit etdi.  Burada “arxalı köpək qurd basar” məsəli lap yerinə düşmüş olur. Hələ SSRİ dönəmindən Qazaxıstanda adlarını gizlətmiş erməni əsilli adamların böyük ranqlara kimi irəlilədiyi faktları olub. Bu günlərdə baş verən hadisə onu deməyə əsas verir ki, Qazaxıstanda kifayət qədər adlarını gizlətmış erməni əsilli məmur var ki, onların da başlıca vəzifəsi diaspor adı ilə fəaliyyət göstərən kriminal zümrəyə dəstək verməkdən ibarətdir. Baş verən hadisə bir daha sübut etdi ki, ermənilər yaşadıqları bütün ölkələrdə kriminal, mafioz qruplar yaratmaq, “qara işlər”lə məşğul olmaq üzrə tam ixtisaslaşıblar. Ən başlıcası isə, Karaqandadakı hadisədə siyasi çalarların nəzərə çarpmasıdır.  Bunu görmək üçün az müddət əvvəl Qazaxıstan siyasi rəhbərliyinin Ermənistanla bağlı tutduğu prinsipial mövqeyə diqqət yetirmək gərəkdir. Yadınızdadırsa, Ermənistanın da təmsil olunduğu KTMT sammitində Qazaxıstan, birmənalı olaraq, rəsmi İrəvanın quruma sədrlik etməsinə qarşı çıxdı. Nursultan Nazarbayev sona qədər həmin prinsipial mövqeyini qoruyub saxladı.  Karaqandadakı qanlı hadisənin məhz belə bir dönəmə təsadüf etməsi onu deməyə əsas verir ki, burada ermənilərin qazaxlardan qisas almaq kimi niyyəti açıq-aydın görünür və bunun Ermənistanın siyasi dairələri ilə bağlılığı istisna edilmir.

 

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev də qəzetimiə bildirdi ki, Qazaxıstanda baş verən hadisə artıq başqa məcraya yönəlib:“Yerli əhalinin təkidli tələblərinin bu şəkildə artması hadisədə başqa izlərin olmasını iddia etməyə əsas verir. Bəli, artıq tam sübut olunur ki, xaricdəki erməni diasporu Ermənistanın kriminal mahiyyətli hakimiyyətləri ilə birgə fəaliyyət göstərir. Onların işbirliyinə aid konkret dəlillər, sübutlar ortaya qoyulub. Əgər erməni əsilli oğrulara diplomatik pasport daşımağa şərait yaradılırsa, onda Qazaxıstandakı hadisələrdə Ermənistan hakimiyyətinin əlinin olması təəccüblü görünməməlidir. Qazaxıstan və Belarusun KTMT-də nümayiş etdirdiyi mövqe Ermənistanın heç xoşuna gəlmədi. Onlar bunu açıq etiraf edirdilər. Hətta ölkə rəhbərlərindən Ermənistana əsl müttəfiqlik mövqeyinin sərgilənməsini tələb edirdilər. Ermənilər diaspor kartından hər zaman öz dövlətlərinin mənfəətləri üçün istifadə ediblər. Ermənistanda diasporun dövlətə, dövlətin isə diaspora təsir imkanları yarıya-yarıdır. Əksər hallarda ikisi bir yerdə hərəkət edir. Qazaxıstanda baş verən hadisədə kriminaldan çox, siyası çalarlar görürəm. Həmin hadisənin qazaxlardan qisas almaq üçün Ermənistan hakimiyyətinin sifarişi ilə törədildiyini də istisna etmirəm”.

Nəşr olunub DÜNYA

Reytinq