Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 01 Mart 2019

 

Son dəqiqə: Təbrizi “Qarabağ bizimdir, bizim olacaq” şüarları bürüdü – İran rejimi və Ermənistana sərt təpki (Video, Foto)

Ermənistann baş naziri Nikol Paşinyanın İrana səfəri çərçivəsində Tehranın “Ararat” statdionunda erməni icmasının nümayəndələri ilə görüşü zamanı baş verənlər Güney Azərbaycanda etirazla qarşılanıb. 

Boyukmillet.com xəbər verir ki, Təbrizin “Traktor” komandası “Sepahan İsfahan” klubu ilə qarşılaşacaq. Hazırda stadiona yığışan azərbaycanlı azarkeşlər “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirirlər. Saytımıza göndərilən video görüntülərdə bu öz əksini tapır.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Bulud Ələmdarın Cebhe.info-ya verdiyi məlumata görə isə Təbrizdə gənclər ermənilərin “Ararat” idman klubunun divarına “Qarabağ Azərbaycanın ayrımaz parçasıdır” şüarını yazıblar.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Tehranda ermənilərlə görüşü zamanı qondqarma “DQR”in “bayrağı” açılmış, “Qarabağ Ermənistanındır” şüarı yazılmışdı. Güney Azərbaycandan olan fəallar isə buna cavab verəcəklərini bildirirdilər.

Təbrizdə divarlara  “Qarabağ Azərbaycanındır” yazılıb

Nəşr olunub CƏMİYYƏT

Related image

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

Boyukmillet.com xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib. Prezidentin çıxışından bəzi hissləri təqdim edirik:

Mənim ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşlərim olub, həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında. Bu gün isə biz daha geniş formatda görüşürük. Hesab edirəm ki, buna ehtiyac var. Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır. 
İqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın. Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Digər sosialyönümlü addımlar, dünən imzaladığım Fərman 800 min insanı əhatə edir və deyə bilərəm ki, bu Fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir.


Mən düz bir ay bundan əvvəl gənclərlə görüşdə dedim ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür. 

Nəşr olunub RƏSMİ XRONİKA

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 7 saylı Culfa-Ordubad seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin son günlər Naxçıvan Muxtar Respublikası rəhbərliyi haqqında tənqidi fikirlər səsləndirməsinə cavab verib. Sərdar Cəlaloğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Qüdrət Həsənquliyev qətiyyən Azərbaycan xalqının maraqlarını müdafiə etmir:

“Ona görə də Qüdrət Həsənquliyev müsahibələrində “Naxçıvanda bəzi adamlar” deyə hay-kül qaldırır. Görünür, həmin bəzi adamlar onun ya qohumlarıdır, yaxud da himayə olunduğu yüksək vəzifəli məmurların qohumlarıdır. Yoxsa, o qətiyyən Naxçıvanda işsizliklə bağlı problemləri məsələ kimi qaldırmazdı. Onun davası heç də xalqın davası deyil. Qüdrət Həsənqulıiyev şəxsi maraqları üçün bu cür fikirlər səsləndirir. Digər tərəfdən isə Qüdrət Həsənquliyevə mandat Naxçıvandan verilib. Çox güman ki, o növbəti seçkilərdə mandat ala bilməyəcək. Ona görə də səsy-küy salmağa başlayıb. Qüdrət Həsənquliyev çıxışında üstüörtülü bir fikir bildirir. Deyir ki, Prezidentə çıxış olan adamlara Naxçıvanda iş vermirlər. Qüdrətə sual edirəm ki, əgər sən müxalifətsənsə, o zaman Prezidentə kimin çıxışının olub-olmamasını sən haradan bilirsən? Nə üçün məmurların vəkili kimi çıxış edirsən? Bəs Naxçıvanda kasıb, problemi olan camaatı niyə müdafiə etmirsən? Görünür, Vasif Talıbov bunun və ya himayə olunduğu adamların maraqlarını tapdalayıb. Yaxud da bunun növbəti dəfə deputatlığa namizədliyini vermək istəmirlər. Ona görə də Vasif Talıbova bu cür hücumlar etməyə başlayıb”.

Partiya sədri deyir ki, Qüdrət Həsənquliyev ayrı-ayrı yüksək vəzifəli adamların fərdi müdafiəçisi kimi çıxış edir: “Ola bilsin ki, Qüdrət Həsənquliyev və ya onu himayə edən məmurlar Naxçıvanda bina tikdirmək istəyirmiş, Vasif Talıbov da buna imkan verməyib. Ona görə də Qüdrət indi başlayıb Vasif Talıbova hücumlar etməyə. Qüdrətin bu cür əməlləri çox olub. Onu tanıyan bir çox şəxslər deyir ki, Qüdrət Həsənquliyev bizi öyrədirdi ki, ona-buna hücum edin. Sonra özü gedib həmin adamlardan pul alıb mənə zəng edib deyirdi ki, bu şəxslərlə işin olmasın, mənim dostlarımdır və sairə. Yəni, bu barədə bir çox insanlar fikir söyləyib. Hesab edirəm ki, son vaxtlar Qüdrət Həsənqulıiyevin Vasif Talıbova qarşı etdiyi hücumlar da bu qəbildəndir”.

Nəşr olunub SİYASƏT

Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən Boyukmillet.com-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib. 

Qeyd olunub ki, Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib. 

Hazırda Azərbaycan Respblikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir. 
Nəşr olunub CƏMİYYƏT

ABŞ Suriyadan 50 tona yaxın qızıl çıxarıb

Amerikan ordusu Suriyadan 50 tona yaxın qızıl çıxarıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi yerli mənbələrə istinadən məlumat yayıb. Qızılın İŞİD üzvlərinin təhlükəsizliyinin təmini qarşısında amerikalılara verildiyi bildirilir.

Agentliyin məlumatına görə, terrorçular qarət olunmuş sərvəti Deyr-əz-Zor vilayətində yerləşən Baqhuz yaşayış məntəqəsi ətrafında gizlədiblər.

Məlumata görə, İŞİD üzvləri amerikalılara 40 ton qiymətli metal ötürüblər. Bundan əlavə amerikalılar başqa gizli yerlərdə 10 tona yaxın qızıl tapıblar.

Qızıl külçələrinin gecə ilə vertolyotlarla daşındığı bildirilir.

Nəşr olunub DÜNYA

Reytinq