Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 10 Mart 2019

2019-cu ilin 10 mart tarixində saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.
 
Boyukmillet.com Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən bildirir ki, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunaraq, qarşısı alınıb: 
 
"Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.
 
Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu sinəsindən güllə yaraları almış, sərhəd naryadının üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu əlindən yaralanıb. 
 
Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmamışdır.
 
Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçmışlar".
 
Məlumata görə, hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar veriblər.
 
Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həlak olmuş kiçik çavuş S.Məmmədovun atası ilə görüşmüş və başsağlığı veriblər.
 
Dövlət Sərhəd Xidmətinin rəisinin əmri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu (ölümündən sonra) və əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.
 
Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. 
 
Fakt üzrə cinayət işi başlanılıb.
 
 
 
 
 

 

 

Nəşr olunub CƏMİYYƏT


Boyukmillet.com xəbər verir ki, bir zaman qalmaqallı açıqlamaları ilə gündəmi zəbt edən Xeberal saytının baş redaktoru tanınmış jurnalist Mirismayıl Xələfli ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, müraciətində qeyd edir ki, Bakı şəhərində xəstə uşağı ilə birlikdə kirayədə yaşayır, mediaya gələn gündən Azərbaycan hakimiyyətinin dəsti xəttini dəstəkləyib, buna baxmayaraq normal şəraitdə yaşamır, bəzi sosial problemlər onu narahat edir, bunlardan biri də jurnalistin özünün evinin olmamasıdır. Məlumatın həqiqiliyi naminə Xeberal saytının baş redaktoru Mirismayıl Xələflinin özünün bildirdiyi kimi dəstək verdiyi hakimiyyətin ən başlıca nümayəndələri olan ölkə başçısı cənab prezidentə və onun xanımına üz tutub öz facebook hesabında paylaşdığı sözügedən statusunu oxucularımıza təqdim edirik:

Dəyərli həmkarlarım, bilirsiniz ki, imkanlarım daxilində hər bir dostumuza probleminin işılqlanadırlmasında əlimdən gələni etmişəm.  Xahiş edirəm müraciətin yayılmasına yardım edin. Bu mənim üçün ədalətin sınaq dövrüdü. Öncədən təəşəkkürlər. 

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab 
İlham Əliyevə 

Möhtərəm cənab Prezident! 

Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin  milli dövlətçilik kursunu davam etdirərək həyata keçirdiyiniz siyasət sayəsində Azərbaycan bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayır. Cəmiyyətimizdəki sabitlik və inkişaf mühitinə, bütün bunların həyatımızda yaratdığı çoxsaylı müsbət dəyişikliklərə görə bir vətəndaş olaraq Sizə ailəm adından dərin minnətdarlığımı yetirir, müstəqil dövlətimizin xoş gələcəyi naminə fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.

2005 2006-ci ildən mətbutda fəaliyyətlə məşğul olan bir şəxs kimi, özümü o şanslı jurnalistlərimizdən sanıram ki, Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu prosesinin bir çox mərhələləri yazılarımda öz əksini tapmış, bu şərəfli tarixin yazılı salnaməsinin yaradılmasında az-çox iştirak etmişəm.

2008-cü ilin prezident seçkisi ərəfəsində, Azərbaycanın XXI əsrdə Sizin rəhbərliyiniz altında əldə edə biləcəyi tarixi nailiyyətlərlə bağlı “Müstəqil Press” qəzetindəki yazılarımda ifadə olunmuş böyük ümidlərin bu gün düşündüyümdən də parlaq şəkildə özünü doğrultması peşə fəaliyyətimin əlamətdar məqamlarıdır.

Möhtərəm cənab Prezident!

14 ildir jurnalist fəaliyyəti ilə məşğulam. Ölkənin ən aparıcı media qurumlarında çalışmış, 2014-ci ildən Xəbəral saytında fəaliyyət göstərirəm  və adı cəkilən bu sayıtın redaktor işləyirəm. İmkanlarım daxilində dövlətimizə və dövlətçiliyimizə xidmət etməyə çalışıram.

Zati-Aliləri!

2002-cı ildən bəri – düz 17 ildir ki, Bakıda kirayədə yaşayıram. Bu illər ərzində özüm də, ailə üzvlərim də mənzilsizlikdən çox əziyyət çəkmişik və indi də bu əziyyətlərlə baş-başayıq. Ağır maddi durumumla mənzil problemimi nə vaxtsa öz imkanlarım hesabıma həll edəcəyimə daha heç bir ümidim yoxdur. İndi özümün 36,  oğlumun 9,xəstə qızımın isə 10 yaşı var. Oqlumu Azərbaycan Ordusuna darısqal kirayə evdən deyil, cənab Ali Baş Komandanın jurnalist atasına hədiyyə etdiyi öz mənzilimizdən əsgər getməsi ən böyük arzumdur.

Həyatımdakı ən böyük şəxsi problemin həllində kömək göstərməyinizi, jurnalistlər üçün tikilmiş yeni binada mənzillə təmin olunmağıma dəstək verməyinizi Sizdən dönə-dönə xahiş edirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun.

Dərin ehtiramla,Mirismayıl Xələfi

Nəşr olunub CƏMİYYƏT

Latviya prezidenti Raymonds Veyonis Avropa dövlətlərini Rusiyanın aqressiyasına qarşı birləşməyə çağırıb.

Boyukmillet.com xarici agentliklərə istinadən xəbər verir ki, Latviya lideri bu çağırışını Almaniyanın “Der Spiegel” qəzetində vurğulayıb.

“Bizim bir gün Rusyanın Ukraynada törətdiyi kimi, hər hansı Avropa ölkəsinə hücum etməsi halında onu durduracaq etibarlı faktorlara ehtiyacımız var. Avropa bu məsələdə vahid olmalıdır”, – deyə R.Veyonus bildirib.

Prezident rəsmi Moskvanın Latviya əhalisi üzərindəki təsirinin görməzdən gəlinməyəcəyini vurğulayıb. Ona görə ki, Latviyada çoxlu sayda ruslar yaşayır və onlar əsasən Rusiyanın dövlət kanallarına baxmağa üstünlük verirlər.

Onun fikrincə, məhz bu cür vətəndaşlar Kremlin qara təbliğat vasitələrinin təsirinə daha tez düşürlər. Bundan başqa onlar ölkədə latış dilində təhsilə qarşı sərt çıxışlar edirlər.

Veyonis ölkəsində yerləşən NATO bazasının onlar üçün sakitləşdirici və özünə əminlik effekti törətdiyini bildirib. O, Avropa Birliyi və NATO-nun münaqişə halında Latviyanı dəstəkləyəcəyinə əmin olduğunu ifadə edib.

Bütün bunlara rəğmən prezident Rusiya və Latviya arasında iqtisadi bağların sıxlığına diqqət çəkib.

Latviya lideri Kremlin Avropa Parlamentində rusiyapərəst qüvvələri yerləşdirməyə və bununla Avropanı parçalamağa cəhd göstərəcəyini bildlirib.

Bu səbəbdən o, Birlik ölkələrini Avropa Parlamentinə keçiriləcək seçkilərə çox ciddi hazırlamağa və vəziyyətin həssaslığını dərk etməyə çağırıb. 

Nəşr olunub DÜNYA

Image result for eli hesenov

Bu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor, tarix elmləri doktoru, YAP İdarə Heyətinin üzvü Əli Həsənovun doğum günüdür !

Boyukmillet.com bildirir ki, Əli müəllim  həm elmdə, həm də özünün ictimai-siyasi həyatında böyük uğurlara imza atmış ziyalı, alim və dövlət xadimidir.

O, nümunəvi ailə başçısı və pedaqoq kimi də tanıyanların rəğbətini qazanmış nümunə göstəriləcək azərbaycanlıdır.

Biz də Boyukmillet.com olaraq Əli Həsənovu bu gözəl gündə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində yeni -yeni uğurlar və ən xoş arzularımızı çatdırırıq.

 

Nəşr olunub CƏMİYYƏT

Reytinq