Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 12 Mart 2019
Çərşənbə Axşamı, 12 Mart 2019 18:05

Ərdoğan "ən çox sevilən dünya lideri" seçildi

ABŞ-ın Vaşinqton İnstitutu tərəfindən Küveyt xalqı arasında aparılan sorğuda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "ən çox sevilən dünya lideri" titulunu qazanıb.

Küveyt qəzeti nəticələri "Küveytlilər Trampa əsəbiləşir, Ərdoğanı sevir” başlığı ilə gündəmə gətirib.

Xəbərdə küveytlilərin ABŞ prezidenti Donald Trampa verdiyi səsin 5% olduğu halda, Ərdoğanın 64% səs yığdığı bildirilib.

Boyukmillet.com bildirir ki, nəticələrə görə, xarici liderlər arasında Ərdoğandan sonra ikinci yer 49% səslə Çin prezidenti Şi Cinpingə nəsib olub.

Rusiya prezidenti Vladimir Putinin Trampla eyni səs yığması da diqqət çəkib.

Nəşr olunub DÜNYA

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Elçin Babayevi BDU-ya yeni rektor təyin edib.

Baş tutan təyinatla bağlı Boyukmillet.com saytı BDU-nun yeni təyin olunan rektoru Elçin Babayevlə əlaqə saxlayıb. O saytımıza ekskulizv açıqlamasında hər zaman mətbuata açıq olacaqlarını bildirib.

“Mən diqqətiniZ üçün minnətdaram. Əvvəlcə cənab Prezidentə mənə böyük etimad göstərdiyinə görə təşəkkürümü bildirirəm. Bu təyinat üzərimə böyük məsuliyyət qoyub.”

“Təxaminən 15 dəqiqədən sonra təhsil naziri cənab Ceyhun Bayramov məni kollektivə təqdim edəcək. Təqdimatdan sonra işə başlayacayıq. Biz hər zaman mətbuata, jurnalistlərə açıq olacayıq. Hər zaman açıqlama verməyə hazırıq”.

Nəşr olunub CƏMİYYƏT

Ağdam icra başçısını kimlər ləkələmək istəyir-MÜNASİBƏT



Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır. 

Bundan başqa, bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, ənənəvi ciddi media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Oxucuların əksəriyyəti ciddi media ilə sosial şəbəkə səhifələrini seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.

Bəzən saytlara yanlış informasiya qəsdən ötürülür, özü də müxtəlif mənbələrlə. Sonradan aydın olur ki, bu qərəzli şəkildə edilib. 
Məsələn, son günlər Ağdam icra başçısı Vaqif Həsənovun güya rüşvət alması barədə audio yazı paylaşılıb. Bu yazıya mən bir ağdamlı kimi münasibət bildirməyi ozümə borç bildim. 
Əvvala, o səs yazısı qanunsuz lentə alınıb. Bunu KİV haqda qanuna əsasən deyirəm.
İkincisi, o lentə səsin başçıya aid olub-olmaması naməlumdur. Bunu yalnız xüsusi ekspertiza təyin edə bilər. Bu olmadığı haqda əksini iddia etmək gülüncdür.
Özü də söhbətin nədən,kimdən getdiyi belə anlaşılmır. Sadəcə məqalədə başlıqda Vaqif Həsənovun adı yazılır.
Cənab başçı rayona təyin olunandan bəri vətəndaşların etimadını doğruldur. Rayonda korrupsiyanın kökü kəsilib. Gəliri kəsilmiş kimlərsə media vasitəsilə başçını qaralamaq istəyir ki, bu da əbəsdir. Prezident ona etimad edib. O da etimadı artıqlaması ilə doğruldur. Bunu mənim kimi minlərlə ağdamlı təsdiqləyə bilər.

Nəşr olunub CƏMİYYƏT
 
 
Martın 12-si saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 6 nə­fər silahlı naməlum şəxslər müşahidə olunmuş­dur.
 
Bu barədə Boyukmillet.com-a DSX-dan məlumat verilib. 
 
Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xid­məti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış­dır. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açmışlar.
 
"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­muş və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində və­fat etmiş­dir. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçmışlar.
 
Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilmişdir. İİR sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilmişdir.
 
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunmuşdur.
 
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar vermişdir. DSX rəisi İİR-in Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşmüş, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunmuşdur.
 
Vətən sərhədlərinin keşiyində ayıq-sayıq duraraq dövlət sərhədinin pozulmasının qarşısını almış hərbi qulluqçular təltifləndirilmişlər.
 
Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
 
Nəşr olunub CƏMİYYƏT
Çərşənbə Axşamı, 12 Mart 2019 11:51

GÖZLƏNİLMƏZ OLAY: Prezident mitinqdən qaçdı – FOTO

Ukrayna prezidenti Petro Poroşenko seçki kampaniyası çərçivəsində getdiyi Jitomirdə etirazla qarşılanıb.

Boyukmillet.com yerli mətbuata istinadən bildirir ki, radikalların təpkisindən qorxan Poroşenko mitinqdən qaçıb. Prezidentin qaçışını əks etdirən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Etirazçılar prezidenti müxtəlif şüarlarla qarşılayıb, onun mitinq keçirməsinə imkan verməyiblər.

Xatırladaq ki, Ukraynada seçki martın 31-də keçiriləcək.

Nəşr olunub DÜNYA
 

“Hazırda metroda sərnişinlər böyük təhlükə ilə üz-üzədir”, deyən şikayətçilərin sözlərinə görə, metroda işə qəbulda təcrübə və peşəkarlıq nəzərə alınmır

“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildiriblər. Şikayətçilər bildirirlər ki, problemləri ilə bağlı müvafiq qurumlara müraciət edib kömək ala bilməyincə, məsələni ictimailəşdirmək qərarına gəliblər.

Şikayətçilər özlərini aşağıdakı kimi təqdim ediblər:

BMP-QSC-nin baş müfəttişlik aparatının Qatarların  hərəkət təhlükəsizliyi üzrə müfəttiş 37 ildən artıq fasiləsiz metropolitendə çalışan Nazim Mədət oğlu Abdullayev;

Maşinist, Qarabağ müharibəsi veteranı Asif Mirzə oğlu Rzayev;

Maşinist Fikrət Sərvər oğlu Şıxaliyev.

Şikayətçilər bildirdilər ki, bir neçə həmkarları da üzləşdikləri vəziyyətdən şikayətçidirlər, lakin iş rejimlərinin sərt olması səbəbindən metropolitendən ayrıla bilməyiblər.

Şikayətçilər başlarına gələni aşağıdakı kimi anlatdılar:

“Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı qərarında maşinist və maşinist köməkçisi peşəsi zərərli və ağır istehsalatın peşə və vəzifələri siyahısında öz əksini tapıb. Maşinist və maşinist köməkçilərinin əmək kitabçalarında xüsusi ağır əmək şəraiti və həftədə 36 saatlıq iş rejimi qeyd olunduğu halda ”Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı olmadan 25.09.2017- ci il tarixində 646 saylı əmrlə  10.10.2017-ci il tarixdən etibarən maşinistləri yeni iş qrafikinə keçirib. Həmçinin sədr bu qərarla maşinist köməkçisi peşəsini ləğv edib, metropolitendən heç bir məlumatı olmayan şəxsləri işə qəbul edib, qısa vaxt ərzində maşinist olacaqlarına dair onlara vəd verib. Tuneldə və qatarda heç vaxt işləməmiş, təlimata əsasən ən azı 3-cü çilingərlik dərəcəsi olmayan insanların qatarı necə idarə etməyi bilməmələri sərnişinlərin taleyini təhlükə altına atmaq deyilmi?! Metropoliten rəhbərliyi yaddan çıxarır ki, hər bir maşinist kabinasının arxasında minlərlə insan taleyi durur.

Yeni iş qrafikinə əsasən gecə saat 03-04 radələrindən başlayaraq (maşinistlərin yaşayış yerindən asılı olaraq vaxt tezləşdirilir) maşinistləri evlərindən götürüb işə gətirirlər. Gecikmə, itlərin hücumuna məruz qalma halları olduqda maşinistlər həkim komissiyasından keçmədən işə buraxılır. Həkim komissiyasından keçərkən təzyiqi 160-170 olan maşinistlər belə işə buraxılırlar. 4-5 saat işlədikdən sonra iş sona çatır. Gecə yuxusuz qalmış maşinistlərin  sərnişinləri mənzil başına təhlükəsiz çatdırması böyük riskdir.

“Bakı Metropoliteni”ndə çalışan  işçilərdən hər hansı biri şikayət etdikdə və ya öz hüquqlarını tələb etdikdə, İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan Resursları şöbəsinin rəisi Əli Əliyev, Hüquq şöbəsinin rəisi Adil Atakişiyev, baş müfəttiş Elxan Məmmədov həmin şəxsləri idarəyə çağırtdırıb, günlərlə onları süründürməçiliyə salır, təzyiq yolu ilə onlardan izahatlar alır, təhqir edir, heç bir əsas olmadan mükafatlarını kəsdirir, tutduqları peşədən, vəzifədən aşağı peşəyə, vəzifəyə keçirir. Öz ərizələri ilə işdən çıxmalarını tələb edir, işçi öz ərizəsi ilə işdən çıxmaq istəmədikdə Tərlan Dadaşovun imzası ilə qanunsuz ixtisara salıb, işdən azad edirlər. Bütün bunlarla bağlı əlimizdə kifayət qədər faktlar var.   Xoşları gəlməyən metropoliten işçilərini heç bir əsas olmadan, hətta işçinin istirahət günündə kafedə oturub söhbət etdiklərinə görə də cəzalandırırlar. Bütün bu əmrlərin surəti əlimizdədir. İşçini cəzalandırdıqda Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 1995-ci il tarixli 198 saylı qərarı ilə təsdiq edilmiş “Bakı Metropoliteni QSC ”  işçilərinin əmək intizamı haqqında Nizamnaməsi və təlimatlar deyil, “Zaur Hüseynov hökuməti”nin istəkləri nəzərə alınır”.

Şikayətçilər bildiriblər ki, metropolitenin texniki  istismar qaydaları kobud şəkildə pozulur və sərnişinlər təhlükə altındadır:

“Metropolitenin texniki  istismar qaydaları  kitabının 6.26 bəndinə zidd olaraq ”İçərişəhər” stansiyasında 2-ci baş yolda stansiyanın girişində olan ətalətli avtostop Zaur Hüseynovun əmri ilə sökülüb. Həmin avtostop 2-ci baş yolda stansiyaya girən qatarların təhlükəsiz hərəkətini təmin etməklə bərabər, həm də qatar əks istiqamətdə hərəkət edərkən 2-ci baş yoldan 1-ci baş yola keçiddə sürətə nəzarət edirdi. Nəzərinizə çatdırırıq ki, hazırda “İçərişəhər” stansiyasına sərnişinlə 2-ci baş yola girən qatarların, həmçinin də 2-ci baş yoldan qayıdan qatarların və sərnişinlərin təhlükəsizliyi təmin olunmur.

Metropolitenin texniki istismar qaydaları kitabının 6.35 bəndində metropoliten xətləri, ötüb keçən qatarların vaqon bukslarının qızmasını avtomatik olaraq təmassız aşkara çıxaran və bu barədə müvafiq məlumatı yaxındakı stansiyanın mərkəzləşmə məntəqəsinə, yaxud qatar dispetçerinə ötürən qurğularla təchiz olunmalı olduğu halda Bakı Metropoliteninin rəhbərliyi bunu yaddan çıxarır. Sərnişinlə dolu qatarları heç bir təhlükəsizlik tədbiri görmədən yolda işlədirlər. Nəzərinizə çatdırırıq ki, həmin qurğu Bakı Metropolitenində 2 ədəd var idi, söküləndən sonra yerinə yenisini quraşdırmaq yaddan çıxıb.

Metro vaqonlarının təmiri üzrə rəhbər sənəd olan “Ü metro 4592″ saylı metropoliten vaqonu kitabının 1-ci başlıq 1.7 bəndində – Metro vaqonlarında istehsalçı zavodla razılaşdırmadan konstruktiv dəyişikliklərin edilməsi qadağan olunduğu halda, Bakı Metropolitenində vaqonların ayrı-ayrı aparatları, maşinist kabinələrı çox keyfiyyətsiz şəkildə, yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət edilmədən dəyişdirilir.

Maşinist kabinəsinin ön hissəsində fövqəladə hallar zamanı sərnişinlərin qatardan düşürülüb təxliyə edilməsindən ötəri qapı açılıb (yığılan pilləkən olduğu halda) onları ləğv edərək, yeni kabinə quraşdırılır”.

Şikayətçilərin sözlərinə görə, qatarların hərəkəti ilə bilavasitə əlaqəli olan işçilərlə əmək müqaviləsi pensiya yaşına çatana qədər bağlanmalı olduğu halda, işçilərlə istənilən yaş həddində əmək müqaviləsi bağlanır, bu da hərəkətin təhlükəsizliyini böyük risk altında qoyur: “Təlimata əsasən, lokomotiv briqadalarının ən azı 85 faizinin fərdi iş cədvəlləri ilə işləməsi göstərildiyi halda, indiyədək heç bir maşinistə fərdi iş cədvəli verilməyib. Həmin təlimata əsasən aylıq iş qrafiki və əmək qanunvericiliyinə uyğun surətdə istirahət günlərinin verilməsi ən gec növbəti təqvim ayının başlanmasına 5 gün qalmış elan olunmalıdır. Amma buna hələ də riayət olunmur. Hər il tibbi müayinədən keçməyə görə lokomotiv briqadalarının üzvlərinə ildə bir dəfə 6 iş saatının və texniki təlimə görə hər ay 2 iş saatının haqqı ödənilməli olduğu halda bu qanun icra edilmir”.

Şikayətçilər deyirlər ki, 16 iyun 2015-ci il tarixdə təsdiq edilmiş “Bakı Metropoliteni” QSC-nin elektrik hərəkət qatarının maşinistinə tək maşinist işləmək hüququnun verilməsi barədə əsasnamənin tələbləri yerinə yetirilmir, yeni təlimat yoxdur.

Maşinistlər bildiriblər ki, sədr onları qəbul etmir, iclasları isə rus dilində aparılır:

“30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 4.1 bəndinə zidd olaraq maşinistlərin iclasları rus dilində aparılır. 

Metropoliten sədrinin 16 sentyabr 2014-cü il tarixli 82 saylı əmrinə müvafiq təsis olunmuş təlim-tədris mərkəzinin Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyası yoxdur. Heç bir təhsili olmayan işçilər ali təhsilli mühəndislərə dərs keçir.

Təlim-tədris mərkəzinin təşkil etdiyi ixtisas kurslarını bitirən işçilərə etibarlılıq müddəti 1-2 il olan sertifikat verilir ki, bu da görünməmiş hadisədir.

 Şikayətçilərin sözlərinə görə, vaqonların əsaslı təmiri demək olar ki, aparılmır: “Bir qatarın avadanlıqlarının sökülüb digər qatara yığılması və kabinənin dəyişdirilib, qatarın rənglənməsi ilə vaqonların əsaslı təmiri bitmiş hesab edilir. Yüzdən yuxarı artıq qaçışlı, əsaslı təmirə ehtiyacı olan vaqonlar əvvəlki, metropoliteni dərindən bilən metropoliten rəislərinin vaxtında ehtiyat hissələrinin çatışmaması səbəbindən əsaslı təmir oluna bilmədi, necə olur ki, metropolitendən xəbəri olmayan Zaur Hüseynov bunların hamısını az vaxtda təmir etdirdi? Bu cür təmirdən çıxmış vaqonlarda sərnişin daşınması sərnişinlərin həyatını təhlükəyə atmaq deməkdir.

Metropoliten vaqonlarının dartı mühərriklərinin təmiri “Ü Metro 3896″ saylı təlimatın heç bir bəndinə uyğun gəlmir. Yığılmış dartı mühərrikləri təmirdən sonra yoxlanılmır, stend tələblərə cavab vermir, vaqon formulyarlarına saxta parametrlər qeyd edilir. Bu cür dartı mühərrikləri ilə təchiz edilmiş vaqonlarla sərnişin daşınması sərnişinlərin təhlükəsizliyinə heç vaxt təminat verə bilməz.

29.11.2018 ci il tarixində 2659-2669 saylı qatar tərkibi sərnişinlə xətdə işləyərkən 2669 saylı vaqonda keyfiyyətsiz təmirin nəticəsində təkər cütlərinin reduktorunda “SERQA” adlanan detal sınmış, nəticədə sərnişinlər qatardan boşaldılıb, qatar depoya göndərilmişdir. Bu hadisə böyük bir faciə ilə nəticələnə bilərdi. Gecə işində motovozlarla daşınan yüklər acınacaqlı vəziyyətdə daşınır. Yük platformalarının əyləc avadanlıqları sökülüb əyləcsiz platformalarla yüklərin daşınması, gecə tuneldə işləyən işçilərin həyatlarını təhlükə altına atmaq deməkdir”.

Maşinistlər başqa bir vacib məqama da toxunublar. Onların sözlərinə görə, “Avtovağzal”-“Memar Əcəmi-2” xəttində quraşdırılmış “THALES” sistemi tələblərə cavab vermir: “”THALES” sistemi “Avtovağzal” – “Memar Əcəmi-2″ xəttində təhlükəsizliyi təmin etməlidir, hazırda söndürülüb.

16.08.2017-ci il tarixdə maşinist Rafiq Hüseynov və maşinist köməkçisi Valeh Heybətov “Memar Əcəmi-2″ stansiyasını 73 metr keçmiş, qatar tuneldə iki yolun arasında yığılmış relslərə dəyərək dayanıb. Nəticədə 8857 saylı vaqonun 1-ci təkər cütünün reduktoru sınıb, 2-ci təkər cütünün reduktoru zədələnib və digər aparatlar da zədə alıb. Bu cür faktlar çoxdur və xahiş edirik ki, müvafiq qurumlar tədbir görsünlər. Əks halda, metroda böyük faciə yaşanacaq”.

Məsələ ilə bağlı “Bakı Metropoliteni”nə müraciət etdik. Bildirildi ki, şikayətlərlə tam tanış olduqdan sonra açıqlama veriləcək.Ə

Nəşr olunub CƏMİYYƏT
 

Boyukmillet.com xəbər verir ki, Belçika Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bert Schoofsun dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov səfirin iqamətgahında verilən ziyafətdə iştirak edib.

Qeyd edək ki, Belçika Krallığı ilə Naxçıvan Muxtar Respublikası arasında yaxın münasibətlər mövcuddur. Krallığın Alternativ Enerji Şirkəti olan "SOLTEC" Naxçıvanda Qafqaz regionunun ən böyük Günəş Elektrik Stansiyasını inşa edib.

Nəşr olunub CƏMİYYƏT

Reytinq