Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 04 Mart 2019
Bazar Ertəsi, 04 Mart 2019 21:12

Polşada MiQ-29 qırıcısı qəzaya uğrayıb

Polşa Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb. Boyukmillet.com RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Respublika Silahlı Qüvvələrinin Baş Komandanlığının nümayəndəsi Marek Pavlak jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qəzaya uğrayan MiQ-29 döyüş təyyarəsinin pilotu xilas olub, xəstəxanaya aparılıb: "Pilot xilasetmə xidməti əməmkdaşları tərəfindən tapılıb, ümumiyyətlə, yaxşı vəziyyətdədir və xəstəxanaya aparılıb".

Baç Komandanlığın nümayəndəsi deyib ki, təyyarə 

Nəşr olunub DÜNYA

 

Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Boyukmillet.com” xəbər verir ki, sərəncamda bildirilir:

“Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynayıb. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə edib. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri vardır.

Azərbaycan teatrının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alaraq, teatrların fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılsın”.

Nəşr olunub RƏSMİ XRONİKA

Dövlət və Qanun" qəzetinin baş redaktoru, Beynəlxalq Sülh Səfiri Yasəmən Möhübbət qızı, "Boyukmillet.com-a verdiyi məlumata əsasən, onun təşəbbüsü ilə İdarəetmə və Texnalogiya Kollecində, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası, Respublika Şəhid Anaları Xeyriyyə Mərkəzinin  rəhbəri, professor. Rəfiqə Əsgərovanın 85 illik yubleyi münasibəti ilə , tələbələrlə VƏTƏNPƏRVƏRLİK mövzusunda görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan, təhsil ocağının rəhbəri, professor Faiq Şahbazlı görüş haqqında məlumat vermiş və yubilyar haqda xoş sözlər bildirib.

    Sonra tədbirdə iştirak edən:- polkovnik Həmid Cəfərov, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, prof. Miri Həsənov, AJB, AYB- nin üzvü Firdövsi Kazımov, DTX- nın polkovniki, yazıçı publisist Azər Hacıbəyli və başqaları vətənpərvərlik mövzusunda tədbirlərin təhsil ocaqlarında keçirilməsinin böyük əhəmiyyətindən danışıblar. Milli Qəhrəman Gültəkin Əsgərovanın anası psofessor Rəfiqə Əsgərova tələbələr qarşısında çıxış edərək, milli dəyərlərə sədaqət və vətəni sevmək hislərini aşılayan tövsiyyələrini çatdırıb. Tədbirin sonunda Yasəmən Möhübbət qızı çıxış edərək göstərdikləri təşəbbüsün kollec rəhbərliyi tərəfindən müsbət qarşılandığına və tədbirin təşkilinə görə təhsil ocağının kollektivinə təşəkkürünü bildirib. Sonda tələbələr Turan və Türkay tərəfindən vətənpərvərlik şeirləri səsləndirilib və yubiliyarın şərəfinə tort kəsilib.

Tədbirə "Lideraz.Tv" informasiya dəstəyi göstərib.

Nəşr olunub CƏMİYYƏT
Bazar Ertəsi, 04 Mart 2019 20:42

QHT sədri Fəxri Fərmanla təltif olunub - FOTO

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Binəqədi rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxs mükafatlandırılıb.
Mukafatlandırılanlar sırasında   “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə də olub.
Təşkilat rəhbərinə Fəxri Fərmanı Millət vəkili Azay Quliyev təqdim edib.

Nəşr olunub CƏMİYYƏT

Related image

Ölkəmizdə vətəndaşların Konstitusiya ilə təmin olunmuş hüquqlarının qorunması ən önəmli məsələdir. Amma təəssüflər olsun ki, bəzi hallarda müxtəlif dövlət orqanlarında işləyən vəzifəli şəxslər tərəfindən özbaşınalıq və sui-istifadə hallarına rast gəlinir. Belə hallara qarşı dəfələrlə cənab Prezident İlham Əliyev tərəfindən ciddi xəbərdarlıqlar edilmişdir. Son dövrlərdə isə xüsusilə məmur özbaşınalığının qarşısının alınması, ayrı-ayrı vətəndaşlara qarşı həyata keçirilmiş haqsızlıqların aradan qaldırılması ilə bağlı ölkə başçısı tərəfindən daha ciddi göstərişlər verilməkdədir. Lakin görünür ki, özünü padişah hesab edən bəzi səlahiyyət sahibləri dövlətin ən yüksək zirvəsindən gələn tapşırıqlara əhəmiyyət vermək fikrində deyillər. Hətta elə məmurlar da varki, nəinki öz vəzifə səlahiyyətlərini yerinə yetirmir, tutduqları vəzifədən şəxsi mənafeyləri üçün istifadə edirlər. Onlar daha da irəli gedərək, vətəndaşa məxsus vəsaiti mənimsəməkdən belə çəkinmirlər. Söhbət açacağımız məmur AzərbaycanRespublikası “Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi”nin sədri işləmiş, yarıtmaz işi ilə bir neçə gün ölkəmizi qaranlığa qoyaraq əhali arasında ciddi narazıçılıq yaratmış Akim Bədəlovdur. Akim Bədəlov həm də adi bir vətəndaşın deyil, şəhid ailəsinə qarşı haqsızlıq etmişdir. Həmin şəhid ailəsi 1990-cı ilin ən ağır günlərində SSRİ rəhbərliyinə qarşı çıxaraq Azərbaycan xalqının hüquqlarını müdafiə etmiş, “20 yanvar” şəhidlərimizin haqqını Kremlidən tələb edən və nəhayət “Qarakənd” faciəsində helikopterin vurulması nəticəsində şəhid olmuş Tofiq İsmayılovun ailəsidir. Söhbət şəhid Tofiq İsmayılov tərəfindən əsası qoyulmuş “Xəzər” MMC-dən gedir. Həmin “Xəzər” MMC-də Tofiq İsmayılovun qızı Səbinə İsmayılovanın şərikli olduğu halda Akim Bədəlov şəhid ailəsini aldadaraq “Xəzər”-i hissə-hissə ələ keçirib. Bu gün Tofiq İsmayılov kimi bir ziyalının, şəhidin ailəsi həmin şirkətdən kənarlaşdırılıb, evləri və mülkləri isə faiz altındadır. Şəhid Tofiq İsmayılovun ailəsi dəfələrlə ölkə Prezidentinə müraciət etsədə, görünür ki hansısa qaranlıq əllər müraciətlərin çatmasına maneçilik törədir. Mərhum dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılova Akim Bədəlovun qanunsuz əməlləri ilə bağlı Boyukmillet.com xəbər saytı vasitəsilə bir daha Prezident İlham Əliyevə müraciət etdi.

Müraciəti olduğu kimi təqdim edirik: Çox hörmətli cənab Prezident! 13 mart 1987-ci il tarixdə SSSR-i Nazirlər Sovetinin, Professional Birliklərin Ümumittifaq Mərkəzi Sovetinin və Ümumittifaq Lenin Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsinin ”Vahid ümümdövlət gənclərin elmi-texniki yaradıcılıq sisteminin yaradılması barədə” 321 saylı qərarı çıxmışdır. Həmin qərardan sonra rayon komsomol komitələri nəzdində Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzlərinin (mətndə sonra-Mərkəz) yaradılması SSRİ üzrə geniş şəkildə həyata keçirildi. Bu ondan irəli gəlirdi ki, Mərkəzlərə geniş iqtisadi, o cümlədən xarici ölkələrlə fəaliyyət imkanları və tamamilə vergidən azadolma güzəştləri verilmişdir. Mərkəzlər yalnız gəlirlərinin 3(üç)% ümumittifaq və 27(iyirmi yeddi)% yerli Mərkəzlərin koordinasiya sovetlərinin fonduna ödəyirdilər. Bütün proqressiv yeniliklərə həssas olan T.İsmayılov 1989-cı ilin mart ayında Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinə (mətndə sonra-Birlik) rəhbərlik edən dövrdə keçmiş Kirov (indiki Binəqədi) rayonu Komsomol komitəsi nəzdində “Xəzər” Mərkəzini yaradır, müəssisənin fəaliyyəti üçün Binəqədi rayonu 12-ci Aşırım küç. 68A ünvanda tikili və torpaq sahəsinin ayrılmasına nail olur. Cənab Prezident! Həmin dövrdə Birlikdə elmi işçi olan Bədəlov Akim Bədəl oğlu 1989-ci ilin may ayında “Xəzər”ə direktor seçilir. Bilavasitə ümumittifaq büdcəsindən maliyyələşən Birlikdən “Xəzər”in hesabına bağlanmış müxtəlif müqavilələr üzrə külli miqdarda vəsaitlər köçürülürdü, kommersiya əməliyyatları və müxtəlif quraşdırma işləri aparılırdı, elmi və istehsal işləri üçün müasir və qiymətli qurğular və avadanlıqlar alınırdı. T.İsmayılovun rəhbərliyi ilə alternativ energetika üzrə elmi və eksperimental layihələr həyata keçirilirdi. Mərhum atam Moskvadan cəlb edilən vəsaitlər hesabına gənclərə, elm işçilərinə qazanc əldə etmək imkanı yaradırdı və təbii olaraq öz ailəsinin təminatını da düşünürdü. “Xəzər”in gəlirləri bütünlüklə Birliyin sifarişləri və ödənişləri hesabına formalaşırdı. 1990-cı ildə ümumittifaq miqyasında fəaliyyətlərində ciddi sui-istifadələrlə əlaqədar Mərkəzlər üçün nəzərdə tutulan güzəştlər ləğv edildi. Bu səbəbdən 1991-ci ilin martında “Xəzər”in Komsomol komitəsi nəzdindən çıxarılaraq müstəqil şəkildə fəaliyyətinə qərar verildi. Yaradılmasında və fəaliyyətində atam həlledici şəxs olduğuna görə onun qərarı ilə kollektiv mülkiyyət formasında yenidən təşkil edilən “Xəzər”də əsas pay mənə verilmişdi və 6 mart 1991-ci il tarixdə keçirilən payçıların iclasının 8 saylı protokoluna uyğun müəssisənin nizamnaməsi tərtib olunmuşdur (Qoşma-1). A.Bədəlov Mərkəzə yenidən direktor vəzifəsinə seçilmişdi. 23.08.1991-ci il tarixdə yeni təşkil edilən “Xəzər” Kirov rayonu Xalq Deputatları Sovetində qeydiyyatdan keçdi və A.Bədəlov direktor vəzifəsində təsdiq edildi (Qoşma-2). Həmçinin həmin müddətdə A.Bədəlov bu vəzifə ilə bərabər, Birliyin yeni yaradılmış Ekologiya İnstitutunda ödənişsiz direktor müavini vəzifəsinə təyin edildi (Qoşma-3) və Birliyin baş direktoru T.İsmayılov Ekologiya İnstitutu ilə “Xəzər”in birgə fəaliyyət istiqamətləri barədə əmr verdi (Qoşma-4). 20 noyabr 1991-ci il tarixdə atam T.İsmayılov Qarabağ səmasında faciəvi şəkildə həlak oldu. Atamın vəfatından sonra bütün bu müddət ərzində “Xəzər” podratçı şəkildə iri tikintilər apardığına baxmayaraq Akim Bədəlov bizə böyük fasilələrlə cuzi məbləğlər ödəyirdi və bildirirdi ki, guya iri maliyyə xərcləri var, işləri qaydasına düşən kimi ailəmizə olduğu bütün öhdəlikləri ödəyəcək. “Xəzər”in apardığı tikintilər sırasında eks-deputat Dünyamin Xəlilova məxsus “Qlobus Plaza”, eks-Beynəlxalq Bankın sədri Cahangir Hacıyevə məxsus Zaqatala stadionu, Ali Məhkəmənin binası, tikintisi yarımçıq qalan Respublika Uşaq Diaqnostika Mərkəzi və bir çox digər tikintilər. Lakin 2013-cü ilin fevral ayından Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə sədr vəzifəsinə təyin olunandan sonra A.Bədəlov ailəyə pul ödəməkdən imtina etdi. Anam Lalə İsmayılova A.Bədəlovun iş yerinə gedərək ondan bu məsələlərə aydınlıq gətirilməsini istədi. Lakin A.Bədəlov ona hədə-qorxu gələrək aşağıdakıları bildirmişdir: «…Tofiq İsmayılovun “Xəzər”in yaradılmasında heç bir rolu olmayıb. Mənə, A.Bədəlova o vaxtlar Moskvanın Siyasi Bürosu Bakıda T.İsmayılovu güdməyi tapşırmışdı. İşimi yaxşı gördüyümə görə Siyasi Büro “Xəzər”i mənə bağışlayıb. Mənim kim olduğumu heç kəs bilmir, mənim möhkəm arxam var və “Xəzər”in məsələsini qaldırsanız sonradan peşiman olaçaqsınız…».
 
Cənab Prezident! Bildirirəm ki, Akim Bədəlov keçmiş MTN-nın cinayətkar dəstəsinin aktiv üzvü olan bacısı oğlu, MTN-nin hava limanı üzrə keçmiş idarə rəisi Pərviz Vəliyevə arxalanaraq ailəmizə hədə-qorxular gəlirdi. Biz məcbur olub vəkillər vasitəsi ilə araşdırmalar apardıq və “Xəzər”in saxtakarlıq yolu ilə mənimsənildiyini aşkar etdik. “Xəzər”də baş verən saxtakarlıqlar aşağıdakı ardıcıllıqla həyata keçirilib: -1995-ci ildə Nazirlər Kabineti bütün müəssisələrin Ədliyyə Nazirliyində təkrar qeydiyyatdan keçməsi barədə qərar qəbul edir. “Xəzər”in 03.03.1995-ci il tarixli 1 nömrəli saxta iclas protokolunu əldə etmişik. Bu protokolda iclasda “Xəzər”in 6 (altı) nəfər müdiriyyətinin, yəni payçıların iştirakı göstərilib, lakin onların adları və imzaları yoxdur. Protokolda həm də “Xəzər”in nizamnaməsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi qərarının qəbul edildiyi göstərilir (Qoşma-5). Bundan sonra isə 10.08.1995-ci il tarixdə “Xəzər”in təsisçiliyi ilə əlaqədar ortalığa bir müəmmalı sənəd çıxır. A.Bədəlov və üç nəfər qohumu “Xəzər”ə dair təsis müqaviləsi bağlayır, müqaviləni bağlayanlar təsisçi elan edilir. Müqavilə üzərində Bakı şəhəri 34 saylı notariat kontorunun 29.08.2015-ci il tarixli ştampı var (Qoşma-6). Bu müqavilə ilə əlaqədar vəkillərimizin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Notariat Arxiv İdarəsindən aldığımız məktubda və notariat reyestr kitabından çıxarışda göstərilir ki 34 saylı notariat kontorunun müqavilə üzərində olan ştampı ilə təsdiqlənən 3654 saylı hüquqi hərəkət təsis müqaviləsinin təsdiqi yox, müqavilə iştirakçılarından biri olan və yuxarıda qeyd edilən Pərviz Vəliyevin qardaşı Rizvan Vəliyevin imza nümunəsinin düzgünlüyünün təsdiq olunmasına görədir. Notarial qaydada təsdiq olunmayan bu təsis müqaviləsi “Xəzər”in 06.03.1991-ci il tarixdə 8 saylı iclas protokoluna əsasən qəbul edilmiş nizamnaməsinə tam ziddir və müəssisənin qanuni sahiblərinin hüquqlarının mənimsənilməsi deməkdir. Lakin bu saxta təsis müqaviləsi Ədliyyə Nazirliyində əsas kimi qəbul edilir, 25.09.1995-ci il tarixdə “Xəzər”in yeni saxta nizamnaməsi (Qoşma-8) Bədəlov və onun qohumlarının təsisçiliyi ilə qeydiyyatdan keçir və müəssisəyə qeydiyyat şəhadətnaməsi verilir (Qoşma-9). “Xəzər”in qanuni 1991-ci ildə qəbul edilmiş və 1995-ci ildəki saxta nizamnamələrindən aydın görünür ki, müəssisənin adı, hüquqi ünvanı və bank hesabı eynilik təşkil edir. Hüquqi ünvanların bir olduğunu A.Bədəlovun 11.02.1993-cü il tarixdə “Xəzər”ə məxsus obyektdə mağaza açılmasına icazə üçün Binəqədi rayonu İcra Hakimiyyətinə ünvanlanan məktub və məktuba verilən müsbət cavab sübut edir (Qoşma-10). “Xəzər”in hüquqi ünvanı yalnız 08.12.2004-cü il tarixdə dəyişdirilmişdir (Qoşma-11). “Xəzər”in hüquqi ünvanı dəyişdirildikdən sonra müəssisəyə məxsus torpaq və tikili qanunsuz olaraq balansından çıxarılmışdır. «Həmin saxta sənədlərə əsasən “Xəzər”də 50% pay Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şami oğluna məxsusdur…» Cənab Prezident! Atamın vəfatından sonra “Xəzər”in bank hesabında da külli miqdarda maliyyə vəsaitləri qalmışdır. “Xəzər”in təsisçiliyi ilə əlaqədar saxtakarlıqlar növbəti illərdə davam etmişdir. Belə ki 10.12.2009-cu il tarixdə müəssisədə saxta pay alqı-satqısı aparılmışdır (Qoşma-12) və 11.08.2010-cu il tarixdə “Xəzər”in yeni sahiblərinin pay bölgüsü Dövlət qeydiyyatına alınmışdır (Qoşma-13). Hal-hazırda həmin saxta sənədlərə əsasən “Xəzər”də 50% pay Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şami oğluna məxsus edilib. Yuxarıda göstərilən faktlar tam çılpaqlıqla subut edir ki, hazırda fəaliyyət göstərən “Xəzər” 1991-ci ildə təşkil edilən müəssisədir və saxtakarlıq yolu ilə qanuni sahiblərindən alınıb. “Xəzər”in qanuni sahiblərinin adları, o cümlədən əsas payçı kimi mənim adım, 1991-ci ilin nizamnaməsində qeyd edilən 8 saylı protokoldadır. Lakin atam Vətən yolunda, dövləti vəzifəsini yerinə yetirərkən faciəvi şəkildə həlak olduğuna görə protokolun nüsxəsini ailəsinə vermək imkanı olmamışdır. Ailəmiz A.Bədəlovun sözləri və vədlərinə inanaraq, onu mərhum atama sadiq insan kimi tanıyırdı və ondan heç bir sənəd tələb etmirdi. A.Bədəlov ailəmizin ona olan etibarından yararlanaraq 8 saylı protokolun nüsxələrini aradan çıxarıb. Bütün instansiya məhkəmələrində biz vəsadət qaldıraraq A.Bədəlovdan o dövrdə “Xəzər”in direktoru olduğu üçün müəssisənin əsl təsis sənədi olan 8 saylı protokolu məhkəməyə təqdim edilməsini tələb etmişik. Lakin 8 saylı protokolun təqdim edilməsindən imtina edilib və məhkəməyə qeyri adekvat arayışlar təqdim edilib (Qoşma14). «Biz hələ də inanmırıq ki, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev qudasının hərəkətlərinə bəraət qazandırsın…» Məhkəməyə saxtakarlıqları subuta yetirən bütün sənədlər təqdim olunduğundan və cinayət əməllərini subuta yetirən faktlar olduğundan işin prokuror istintaqına göndərilməsi ilə əlaqədar vəsadətlər təmin olunmur.
Amma çox istərdik ki, Akim Bədəlovun vəzifədə olan yaxın qohumları və başbilənləri onu düz yola gətirərək, Tofiq İsmayılovun ailəsinə dəymiş ziyanın ödənilməsi və Səbinə İsmayılovanın hüquqları bərpa edilsin. Vətənpərvər alim- şəhid Tofiq İsmayılovun ailəsi haqq-ədalətin bərqərar olmasını istəyi və bu məqsədlə cənab Prezidentə müraciət edir.
Boyukmillet.com saytı olaraq Akim Bədəlov ilə əlaqə saxlamağa çalışsaq da onun mobil telefonu zənglər üçün qapalı oldu. Boyukmillet.com saytı olaraq Səbinə İsmayılovanın müraciətini gündəmdə saxlayacağımıza, qanuni araşdırılmaların aparılması üçün şəhid ailəsinə dəstək göstərəcəyik.
 
 
Qarşı tərəfi dinləməyə hazırıq.
Boyukmillet.com
Nəşr olunub CƏMİYYƏT

img

Paşinyanın İran səfərindən sonra Ermənistanın İran qazının Gürcüstana nəqli məsələsində tranzit rolunu oynaya biləcəyinə dair mülahizələr ortaya çıxmağa başladı. Bildirildi ki, Tehran İrəvana Rusiya və Gürcüstanla elektroenerji və qaz tranziti sferasında əməkdaşlığı inkişaf etdirməyi təklif edib.

Hətta Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan deyib ki, apreldə Tehranda bu istiqamətdə Rusiya-Gürcüstan-İran-Ermənistan görüşünün keçirilməsi planlaşdırılıb. Olduqca maarqlı bir situasiya yaranır. Əvvəlcə bilmək lazımdır ki, Gürcüstan doğrudan da Ermənistan üzərindən ölkəsinə İran qazını nəql etməyə maraqlıdırmı? Çünki Gürcüstanın qaz təminatının böyük hissəsini Azərbaycan həyata keçirir. Hətta dünya bazar qiymətləri ilə müqayisədə Azərbaycan təbii qazı Gürcüstana böyük güzəştlə satır. Bizim tərəfimizdən heç bir təzyiq  yoxdursa, onda Gürcüstan niyə belə bir sevdaya düşsün? Nəzərə alsaq ki, İran qazını almaqla Gürcüstan həm də ABŞ və Qərbdəki anti-İran koalisiyasının iradəsini zidd addım atmış olur, onda bu risqin də Gürcüstan üçün hansı diskomfortu yarada biləcəyini təxmin edə bilərik. Eyni zamanda, bu addımı ilə Gürcüstan Azərbaycanın da maraqlarını ziddi getmiş olar. Çünki, faktiki olaraq, İranla birləşib işğalçı ölkəyə nəfəslik verir ki, bu da onun strateji müttəfiqi olan Azərbaycanın maraqları ilə uzlaşmır. Təbii ki, bu layihənin gerçəkləşməsi İran və Ermənistana lazımdır. Biri, faktiki olaraq, bununla blokadanı yarmış olur, digəri isə iqtisadi sanksiyaların girdabında ola-ola özünə yeni bazar tapır. Onda isə “Gürcüstana bu lazımdırmı” sualı daha da aktivləşmiş olur.

Əslində,  belə bir layihənin baş tutacağına heç Ermənistanın özündə belə inanmırlar. Erməni ekspert Armen Manvelyan bu yaxınlarda baş nazir Nikol Paşinyanın Tehrana səfərindən sonra gündəmə gəlmiş İran qazının Ermənistan ərazisindən tranziti məsələsini xam xəyal adlandırıb.

Energetika üzrə ekspert rəsmi İrəvanın İrandan təbii qaz idxalını artırmaq və bunun müqabilində qonşu ölkəyə elektrik enerjisi vermək barədə vədlərinə münasibət bildirib. O qeyd edib ki, Ermənistanda öz tələbatını belə güclə ödəyəcək həcmdə elektrik enerjisi istehsal olunur və onun İrana nəqlinin artırılması real deyil. Onun sözlərinə görə, İrəvanla Tehran arasında energetika layihələrinin həyata keçirilməsi həddindən artıq çətin olacaq: “Hazırkı geosiyasi reallıqda İran təbii qazının Ermənistan ərazisindən tranzitindən danışmaq ciddi deyil. Birincisi, İranın özünün təbii qaz hasilatı ilə bağlı problemləri mövcuddur, ikincisi isə, Avropa İttifaqı Tehrandan qaz tədarükünə elə də maraq göstərmir. Avropanın qaz bazarı həddindən artıq yüklənib və İran qazının Ermənistan ərazisindən hansı ölkəyə nəql olunacağı da anlaşılan deyil”. Ekspert əlavə edib ki, Ermənistan-İran yüksək gərginlikli elektrik xəttinin tikintisində də problemlər yaranıb və bu səbəbdən İrəvan elektrik enerjisi müqabilində Tehrandan əlavə qaz ala bilməyəcək. Bu xəttin tikintisi dəfələrlə təxirə salınıb və ötən il istifadəyə verilməsi nəzərdə tutulan obyektdə işlərin cəmi 20 faizi görülüb.

Gürcüstanla energetika sahəsində əməkdaşlığa gəldikdə isə, erməni ekspert vurğulayıb ki, Tiflis Vaşinqtonun reaksiyasına qarşı çox həssasdır və ABŞ-ın sanksiyaları fonunda, energetika sahəsində İranla əməkdaşlıq etməyəcək. “Söhbət İran qazının Ermənistan ərazisindən Gürcüstana nəqlindən gedir və bu məsələ ətrafında tezliklə hər hansı razılaşma əldə ediləcəyi gözlənilmir”.

Neft Araşdırmaları Mərkəzinin analitiki İlham Şaban da bu layihənin perspektivinin olmadığı qənaətindədir: "Bu qaz kəməri layihəsi Saakaşvili hakimiyyətindən sonra ideya kimi ortaya çıxıb. Gürcüstan enerji marşrutlarının diversifikasiyası üçün İrandan qaz almaq fikrini nəzərdən keçirməyə başladı. Layihəni reallaşdırmaq üçün isə danışıqlar prosesi başladı. Lakin tərəflər ortaq məxrəcə gələ bilmədi və bununla da layihə gündəmdən düşdü".

Ekspertin sözlərinə görə, İran-Ermənistan qaz kəməri layihəsi zamanından bəri Ermənistan özünü yeni tranzit ölkə kimi görmək istəyib: “Sadəcə Gürcüstana deyil, hətta Avropaya da qazın nəqlində tranzit olmaq istəyi yaranmışdı. İlk növbədə demək lazımdır ki, İranın qaz istehsalı Fars körfəzindən başlayır. Bu isə kəmərin həmin ərazidən çəkilməsini labüd edir. Yəni 2 min kilometrə qədər qaz kəmərininn çəkilməsi lazım olur. Bu zaman belə bir sual meydana gəlir, bu kəmərin maliyyə xərcini kim ödəyəcək? Ermənistan və Gürcüstan bu qədər xərci qarşılaya bilməz. İran isə bu məbləği ödəsə, əvəzini qaz qiymətlərindən çıxacaq. Bununla da qaz qiymətləri ilk illərdə yüksək olacaq. Bu isə Gürcüstana sərfəli görünmür".

İlham Şaban bildirir ki, bu, Gürcüstanın maraqları ilə də uyğun gəlmir: “Avropa İttifaqının “Şərq Tərəfdaşlıq Planı”na görə, Gürcüstan enerjisini diversifikasiya etməlidir. Bunun üçün isə Azərbaycandan başqa digər ölkələrdən də qaz almalıdır. Belə olduqda, ilk olaraq, İran və Rusiya ağıla gəlir. “Qazprom” 2018-ci ildə qaz qiymətlərinin yeni variantını təklif etdi. Bu təklifə görə, qazın qiyməti hər min kubmetrə 185 dollar edir, yəni Avropaya satdığı qiymətdən bir az ucuz (197 dollar). İranın sadaladığımız şərtlər daxilində satacağı qazın qiyməti isə 200 dolları keçə bilər. Bu zaman Rusiya İrandan daha cazibədar görünür. Bu baxımdan da Ermənistanın regionda tranzit mövqe olmaq istəyi mövcud reallıqlara uyğun gəlmir. İran-Ermənistan-Gürcüstan kəməri sadaladığımız şərtlər daxilində mümkün görünmür”.

Məhəmmədəli QƏRİBLİ 

 

Nəşr olunub SİYASƏT
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara təşəkkür edir
 

 

Xocalı soyqırımının 27-ci ildönümü bu il demək olar ki, dünyanın hər yerində geniş formada qeyd olunub. Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycanın diaspor təşkilatları 50-dən çox ölkədə 200-ə yaxın müxtəlif formatlı anım mərasimi təşkil edib. İlk dəfə 20-dən çox diaspor təşkilatı birləşərək Brüsseldə izdihamlı Ümumavropa Qarabağ mitinqi təşkil edib və Azərbaycanın haqq səsini dünyaya çatdırıblar.

Əziz soydaşlar, Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 27-ci ildönümündə göstərdiyiniz həssaslıq, həmrəylik hər birimizə qürur verir. Bir daha sübut olundu ki, xalqımız milli önəm kəsb edən məsələlərdə toparlanmağı, iradəsini ortaya qoymağı bacarır. Xocalı soyqırımı qurbanlarının anımı üçün müxtəlif ölkələrdə keçirilən kütləvi aksiyalar, tədbirlər dünya ictimaiyyətinin diqqətini bir daha xalqımıza qarşı törədilmiş qanlı cinayətə yönəltmək, bu cinayəti törədənlərin ifşa olunması baxımından olduqca əhəmiyyətlidir.

Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində keçirilən anım tədbirlərinin təşkilatçıları və iştirakçılarına, bu prosesdə dəstəyini əsirgəməyən şəxslərə və təşkilatlara dərin təşəkkürünü bildirir.

İnanırıq ki, Azərbaycanı həqiqətlərinin dünyada daha ucadan səslənməsi üçün birgə səylərimiz bundan sonra da davam edəcək.
Nəşr olunub CƏMİYYƏT
Yeravanda aksiya təşkilatçısına hücum olub, onu zibil qutusuna atmaq istəyiblər
 
Yerevan Dövlət Universiteti rəhbərliyini dəstəkləyən aksiyanın təşkilatçısı, ictimai xadim Narek Malyan martın 4-də gecə saatlarında hücuma məruz qalıb. 

Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində birbaşa efirdə bildirib.

N.Malyan deyib ki, ona, təxminən, 10 nəfər hücum edib: “Onlar mənim üz-gözümü cırmaq istəyirdilər. Bu dəstəyə “Restart” təşəbbüs qrupunun başçısı David Petrosyan başçılıq edirdi. Onlara polis əməkdaşları mane oldu”.

Onun sözlərinə görə, polis məsələyə “dava-dalaş” epizodu üzrə baxır, ancaq faktiki xuliqanlıq baş verib.

Təşəbbüs qrupunun başçısı isə bildirib ki, onlar N.Malyanı yaşadığı binanın girişindən götürüblər və zibil qutusuna atmaq istəyiblər. Onun sözlərinə görə, N.Malyan özünü ora-bura vuraraq, yaralayıb: “Bizim ona barmağımız da dəyməyib”.

Qeyd edək ki, “Restart” qrupu Yerevan Dövlət Universitetonin rektoru və rəhbərliyinin istefası tələb edir
Nəşr olunub DÜNYA

Macarıstan prezidenti Viktor Orbanın Türk dövlət başçılarının Qırğızıstanda keçirilmiş toplantısındakı tarixi çıxışının videosu yayılıb. Turkustan.info xəbər verir ki, Macarıstan prezidenti “Biz qıpçaq Türküyük və Atillanın nəvələriyik” deyə birlik çağırışı edib. Qeyd edək ki, Macarıstanın bayrağı hazırda Türk Akademiyasının iqamətgahında dalğalanır. Həmçinin, Macarıstan Türk Konseyində müşahidəçi statusla təmsil olunur. Artıq neçə ildir ki, Macarıstanda Macar-Turan Fondunun təşkilatçılığı ilə Macar-Turan Qurultayları keçirilir. 

Turksoy.tv-nin yayınladığı həmin videonu təqdim edirik: 

Nəşr olunub DÜNYA

İğdırın bələdiyyə başqanlığına namizəd: “Azərbaycanın qəbul edəcəyi bütün qərarlarda da Türkiyə dövləti Azərbaycan dövlətinin yanındadır; Azərbaycanı sevirəm”

Hazırda qardaş Türkiyədə möhtəşəm bir seçki həyəcanı yaşanır. Martın 31-də ölkədə bələdiyyə seçkiləri keçiriləcək, ona görə də gündəmin əsas mövzusu seçkilərdir. Azərbaycan Kültür Dərnəyinin başqan yardımçısı, Azərbaycan kökənli jurnalist, MHP üzvü İsa Yaşar Tezel İğdırın bələdiyyə başqanlığı uğrunda möhtəşəm təbliğat kampaniyası aparır.

Xəbər verildiyi kimi, MHP başqanı Dövlət Baxçalı və Türkiyə prezidenti Tayyib Ərdoğanın da dəstək verdiyi İsa Yaşar Tezelin rəqibi Adil Aşırımın namizədliyi AK Parti tərəfindən geri çəkilib. Həmçinin uzun müddət bələdiyyə başqanı olmuş, 26-cı dönəm AK Parti deputatı Nurəddin Aras da İsa Yaşar bəyə öz dəstəklərini ifadə ediblər. Hazırda MHP ilə iqtidardakı AKP arasında qurulan “Cümhur İttifaqı”nın tək namizədi İğdırda anadan olmuş İsa Yaşar Tezeldir. Bu qərara MHP başqanı Dövlət Baxçalı və Türkiyə prezidenti Tayyib Ərdoğan birgə gəliblər.

İşğalçı Ermənistanla həmsərhəd olan İqdırdan Azərbaycan əsilli Türkiyə vətəndaşının, Azərbaycan sevdalısının bələdiyyə başqanı seçilməsi, təbii ki, ölkəmiz üçün də müstəsna əhəmiyyəti var. Həm də İsa Yaşar bəy heç zaman Azərbaycan və Türkiyəni bir-birindən ayırmayan dəyərli qardaşımız, əziz həmkarımızdır. Sıx qrafikinə rəğmən vaxt ayırıb “Yeni Müsavat”a verdiyi müsahibəsində də sevgisini bir daha izhar etdi:

- İsa bəy, İğdırda böyük uğur qazanacağınıza şübhəmiz yoxdur. Sosial şəbəkələr üzərindən paylaşımlarınızı da izləyirik və şanslı olduğunuzu bilirik. Siz hazırda proses barədə qəzetimizə nə deyə bilərsiniz?

- İğdırda seçki kampaniyası çox uğurlu gedir. Cümhur İttifaqının qurulması və “Cümhur İttifaqı”nın namizədi olmağım məni qürurlandırdı. Millətimin böyük dəstəyini qazandım, millətimin böyük diqqəti ilə qarşı-qarşıyayam. Millətimiz birlik, bərabərlik istəyirdi. Hörmətli prezidentimizin və hörmətli partiya başqanımız Dövlət Baxçalının bir yerdə olması ölkənin və millətimizin rifahı üçün qurulan Cümhur İttifaqının İqdırda da namizəd irəli sürməsi İqdır əhalisini çox məmnun edib. AKP və MHP mənsubları bu işdən çox razı qalıblar. Bu birlik bizə seçkini qazandıracaq, inşallah! Bu, mənim üçün də böyük şərəfdir.

- İğdır bölgəsində sizə qarşı mübarizə aparan əsas rəqibiniz barədə nə deyə bilərsiniz?

- HDP-nin namizədi bizim rəqibimizdir. Amma biz udacağıq, inşallah! Onlar da çox böyük kampaniya aparırlar. Azərbaycan xalqı HDP-nin Türkiyə və İqdırla bağlı mövqeyini yaxşı bilir. Allahın izni ilə biz birliyimizi hər keçən gün gücləndiririk. Bu seçkinin qalibi biz olacağıq.

- Seçkidə həm də Azərbaycan türkü olaraq mübarizə aparırsınız, İğdır da Azərbaycan türklərinin çoxluq təşkil etdiyi bölgədir. Bu amil sizin uğurunuza nə dərəcədə təsir edəcək? Azərbaycan türkləri əslən azərbaycanlı olan İsa Yaşar Tezeli necə qarşılayırlar?

- Çox böyük məmnuniyyətlə alqışlayırlar. Bundan əvvəlki seçkidə çox az fərqlə seçkidə məğlub olmuşdum. İğdırda yaşayanların əksəriyyəti Azərbaycan türkləridir.

Картинки по запросу İsa Yaşar Tezel Cümhur ittifaqı

- Orda nə qədər seçici var?

- Bələdiyyə seçkisində 56 min nəfər iştirak edəcək. Əhalinin tən yarısı Azərbaycan türkləridir. Amma mən İqdırda yaşayan bütün insanların bələdiyyə başqanı olacağam.

“Azərbaycan dövlətinin və xalqının da dualarını, dəstəyini gözləyirik”

- Bəs, HDP-nin İğdırda nə qədər elektoratı var?

- HDP sonuncu seçkidə - 2014-cü ildə 18 min 700 səs almışdı. MHP isə həmin seçkidə 17 min 800 səs qazanmışdı. Yəni arada az fərq olmuşdu. O zaman Azərbaycan türkləri başqa partiyalara bölünmüşdü. İndi birləşdiyimizə görə bir problemimiz olmayacaq. İnşallah qazanacağıq!

- İsa bəy, 31 mart həm də Azərbaycanlıların soyqırıma məruz qaldığı gündür. Yəqin ki, seçki kampaniyasının gedişində erməni vəhşiliyindən bəhs edən bu acı tarixi də xatırladırsınız...

- Əlbəttə. Bundan sonrakı seçki kampaniyamızda da bu tarixdən bəhs edəcəyik.

Картинки по запросу İsa Yaşar Cümhur ittifaqı

- Bu arada İğdırda Xocalı soyqırımı ilə bağlı keçirilən möhtəşəm yürüşü də izlədik, qürurlandıq...

- Bəli, yürüş oldu, konfranslar keçirdik. 4-5 tədbirdə də çıxış etdik. Bizim seçki kampaniyamızın olması səbəbindən Xocalı adına keçirilən tədbirlər çox güclü şəkildə keçirildi.

- Ermənilər Türkiyəyə qarşı qondarma soyqırım iddialarını davam etdirdiyi dönəmdə iki qardaş ölkə gerçək soyqırımla bağlı hansı addımlar ata bilər? Şəxsən siz nə təklif edirsiniz?

- Vallah, mənim ömrüm Azərbaycan davası ilə keçib. Görəcəyim işlərlə bağlı fikirlərim var. Biz bələdiyyə sədrliyini qazandıqdan sonra bununla bağlı çox gözəl layihələr həyata keçirəcəyəm. Siz də yaxından buna şahid olacaqsınız. Hələlik o fikirlərim məndə qalsın. Bələdiyyə başqanı olaraq Azərbaycanın çəkdiyi acılara necə təpki verəcəyimizi, İğdırın da reaksiyasının necə olacağını, Azərbaycanın haqq səsinin İğdıra, Türkiyəyə, dünyaya necə duyuracağımızın yaxından şahidi olacaqsınız.

- Bu il Azərbaycanda da bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycandakı seçkilərlə bağlı arzu-istəkləriniz, fikirləriniz də maraqlıdır.

- Uğurlar arzulayıram. Sistem fərqlidir, sizdə icra başçılığı qüvvətlidir, bizdə bələdiyyə başqanlığı. Ordakı həmkarlarımıza, məsləkdaşlarımıza da uğurlar arzu edirəm. Gözəl, bayram havasında, yaxşı əhval-ruhiyyədə, qardaşlıq, dostluq şəraitində keçiriləcək kampaniyanın Azərbaycana uğur gətirməsini istəyirəm.

- Türkiyə bölgənin lider dövlətidir. Qardaş ölkəyə qarşı vaxtaşırı təxribatçı, xain planlar hazırlanır. Siz Türkiyənin taleyi, durumu ilə bağlı nələr düşünürsünüz? 

- Türkiyədə hörmətli cümhurbaşqanımızla hörmətli partiya başqanımızın birgə qurduğu “Cümhur İttifaqı” sayəsində bütün çətinlikləri atlatdı, atlatmağa davam edəcək. Bu seçkilərdən sonra da Türkiyə çox güclü bir dövlət olaraq dünyada öz yerini alacaq. Türk milləti böyük millətdir, bütün sıxıntıların, əziyyətlərin hamısını aşacaq gücü var. Bu gücün də siyasətdəki təmsilçiləri cümhurbaşqanımız və partiya başqanımızdır. Onların birliyi 31 mart bələdiyyə seçkilərindən sonra da davam edəcək, Allahın izni ilə. Türk milləti qarşısındakı problemləri böyük başarı ilə adlayıb dünyadakı yerini alacaq və çox güclü bir dövlət olaraq Azərbaycan dövləti ilə inşallah çox uzun illər dost və qardaş olaraq yaşayacaqlar, inşallah!

Картинки по запросу İsa Yaşar Tezel Cümhur ittifaqı

- İsa bəy, Azərbaycan ən böyük dərdi, sıxıntısı Qarabağa görədir və bilirik ki, qardaş Türkiyə də bu problemin həllini çox istəyir. Azərbaycan sevdalısı olaraq siz bu barədə nə demək istərdiniz?

- Qarabağ problemi həm də bizim problemimizdir. Ermənistan bizimlə həmsərhəddir. Biz bu məsələ ilə bağlı üzərimizə düşəni burda edirik. Bəllidir ki, bu məsələ dövlətlər səviyyəsində müzakirə olunur. “Cümhur İttifaqı”nın da Qarabağ məsələsinin çözülməsinə çalışdığına əminəm. İşğala son qoyulana qədər Ermənistanla hər hansı işbirliyindən, əlaqədən söhbət gedə bilməz. Sözsüz ki, yalnız Azərbaycanın acıları bitəndən, torpaqlar geri alındıqdan sonra dövlətlər arasında əlaqələr başlayacaq. Bu gün Türkiyədə yaşayan bütün azərbaycanlılar daxil olmaqla, bütün türk millətinin, Anadolu türklərinin hamısı Qarabağ məsələsini, həyata keçirilən soyqırımları, edilən zülmləri bilir, bütün vətəndaşlarımız Azərbaycan xalqının yanındadır. Azərbaycanın qəbul edəcəyi bütün qərarlarda da Türkiyə dövləti Azərbaycan dövlətinin yanındadır. Bizim seçki kampaniyamızda böyük bir “Cümhur İttifaqı” Koordinasiya Mərkəzimiz var. Həm bizim, həm də bizim qadınlarımızın seçki kampaniyasının aparıldığı ofislərin hamısında Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağı var. Belə bir yanaşmada olan qardaşınız bələdiyyə sədri olmaq istəyir və sizlərin də dəstəyini gözləyir. Azərbaycan dövlətinin də, Azərbaycan xalqının da dualarını, dəstəklərini gözləyirik.

- Dualarımız sizinlədir, təbii. Bir sıra tanınmış ziyalıların, dəyərli professor Aygün Attar başda olmaqla bəzi azərbaycanlıların sizə dəstəyini də müşahidə etdik. Bu sırada daha kimlər var?

- Hamısı dəstək olurlar, bu prosesdə yaxından iştirak edirlər. Hamısı ilə görüşürük, hamısının da böyük marağı var. Əllərindən nə gəlirsə, etmək  istəyirlər. Bundan sonra da gələnlər olacaq. Bilirik ki, yenə də gələnlər olacaq, bizi ürəkləndirəcəklər, yanımızda duracaqlar, bizə ruh verəcəklər. Bu arada Giresun Universitetinin professoru doktor Aygün Attar xanıma çox böyük minnətdarlığımı və təşəkkürümü qəzetiniz vasitəsilə bildirmək istəyirəm. Çox ürəkli bir arxadaşımızdır. Azərbaycanın varlığını istəyən, Azərbaycanla Türkiyənin qardaşlığını dəstəkləyən bir hocamızın bura gəlməsinin bizə çox böyük faydası oldu. Hətta bəzi problemləri var idi ki, bunların hamısını Aygün xanım bir gün içərisində ortadan qaldırdı. Onun bu problemləri həll etməsinin mənə çox böyük faydası oldu. Yəni bir hocamız gəlişi ilə İqdırda bir çox iqdırlıların önündə duran ən ağır məsələləri həll etdi və geri döndü. Ona minnətdaram, təşəkkür edirəm.

- Azərbaycana başqa demək istədikləriniz varmı?

- Azərbaycanı sevirəm. Son sözüm də bu olsun.

“Yeni Müsavat”

Nəşr olunub SİYASƏT
Page 1 of 2

Reytinq