Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 08 Mart 2019

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar xanım sürücülərin bayramını təbrik edib, onlara çiçək hədiyyə ediblər.

Naxçıvan televiziyasının əməkdaşları buunla bağlı video matrial hazırlayıb.

Boyukmillet.com həmin video matrialı təqdim edir:

 

Nəşr olunub CƏMİYYƏT

36 saylı bağçada 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib
Tədbiri giriş sözü ilə açan 36 saylı Uşaq bağçasının müdiri Ruxsarə Əliyeva bildirib ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır: Bu gün əbəs yerə deyil ki, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş ana, vəfalı həyat yoldaşıdır”.Boyukmillet.com xəbər verirki daha sonra tədbirin bədii hisəssində uşaqlar Azərbaycan və rus dillərində şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər ifa ediblər.Hər 2 dildə səhnəciklərin göstərildiyi şənlikdə uşaqların çıxışları alqışlarla qarşılanıb.

Nəşr olunub CƏMİYYƏT

Prezident İlham Əliyev martın 8-də Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kannerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner səfər çərçivəsində Quba şəhərinə getdiklərini, Azərbaycanın regionlarında inkişaf proseslərinin şahidi olduqlarını, ölkədə bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin firavan yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıb və bunu yüksək qiymətləndirib.

Azərbaycanda ayrı-ayrı xalqların və dini icmaların əsrlər boyu bir ailə kimi yaşadıqlarını deyən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq içərisində yaşamaları üçün lazımi şəraitin mövcud olduğunu bildirib. Dövlət başçısı Azərbaycanda sivilizasiyalar və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Nəşr olunub RƏSMİ XRONİKA

Türkiyə ilə Rusiya Qara dənizdə birgə hərbi təlim keçirib.

Boyukmillet.com RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Qara Dəniz Donanması informasiya təminatı bölməsinin rəisi ikinci dərəcəli kapitan Aleksey Rulyov bildirib.

Onun sözlərinə görə, təlimdə Rusiyanın Qara dəniz Donanmasının Novorossiysk hərbi bazasının “Vasili Bıkov” patrul və “Valentin Pikul” dəniz minaaxtarn gəmisi, Türkiyənin isə “Burgazada” kateri və “Akçay” minaaxtaran gəmisi iştirak edib.

Qeyd edək ki, martın 6-da Türkiyə Hərbi Dəniz Qüvvələrinin iki gəmisi Novorossiysk limanına işgüzar səfər edib.

Nəşr olunub DÜNYA

Təlimlərə 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq

 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 11-dən 15-dək müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçiriləcək.

Boyukmillet.com bildirir ki, Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək.

Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.

Nəşr olunub RƏSMİ XRONİKA

Azərbaycanda feminist qadınlardan ibarət təşəbbüs qrupu 8 Mart tarixi gününə əsl mahiyyətini geri qaytarmaq məqsədi ilə "8 MARŞ" yürüşü keçirməyə cəhd ediblər.

Yürüşün məqsədi qadın qətllərinə, qadınlara qarşı zorakılığın bütün növlərinə diqqəti çəkmək və bunların aradan qaldırılmasına çalışmaqdır.

Aksiya keçirənlərin arasında hüquq müdafiəçisi Xədicə İsmayıl da olub.

Qeyd edək ki, dünən Bakı Şəhər Baş Polis İdarəsi feminist qadınların “8 Marş - Zoraklığa Qarşı Get” adlı yürüşü ilə bağlı xəbərdarlıq etmişdi. Bu gün polis qüvvələri icazəsiz aksiyanın qarşısını zorakılıq etmədən alıblar.

Nəşr olunub CƏMİYYƏT

Şamaxıda baş vermiş zəlzələ nəticəsində dağılmış bütün evlər yenidən tikiləcək, bərpa ediləcək.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şamaxıda ötən gün sakinlərlə keçirdiyi görüşdə deyib.

“Bilirsiniz ki, zəlzələdən dərhal sonra mən Şamaxıya gəldim, vəziyyətlə tanış oldum. Dərhal göstəriş verdim ki, evlər qısa müddət ərzində bərpa edilsin, tikilsin. Bu gün artıq biz ilk evlərin, o cümlədən Saray nənənin evinin açılışını etdik. Bir neçə başqa ev də tikilib. İndi çoxmənzilli yeni binanın təməli qoyulacaqdır. Şamaxı, Ağsu, İsmayıllı rayonlarında minlərlə ev tikiləcək və yenidən bərpa ediləcək. Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bizim sosial siyasətimiz güclü siyasətdir və zəlzələdən ziyan görmüş bütün evlər dövlət vəsaiti hesabına tikiləcək və bərpa ediləcəkdir.

Mənə dünən Ağsu rayonunda, eyni zamanda, bu gün Şamaxı rayonunda məktublar verilib. Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər, müxtəlif şikayətlər, xahişlər var. Məhkəmə işləri, evlə, işsizliklə, sosial ədalətsizliklə bağlı məktublar var. Hər bir məktuba diqqətlə baxılacaq. Xahiş edirəm məktubları mənim köməkçilərimə çatdırın. Mən özüm bunlara baxacağam və lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır. Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq. Mən gəlmişəm sizdən bunu eşidim. Bu dəstəyə görə, bu hörmətə görə sizə təşəkkür edirəm, sizi bağrıma basıram. Əmin ola bilərsiniz ki, bütün məsələlər həll olunacaq”, – deyə dövlət başçısı bildirib.  

Nəşr olunub RƏSMİ XRONİKA
Nazirlər Kabineti mənzil-tikinti kooperativlərinin (MTK) tikdiyi, lakin yüksək qiymət qoyulduğuna görə satılmayan mənzillərin qiymətinin aşağı salınması üçün tədbirlərin görülməsi barədə təklifə münasibət bildirib.
 
Boyukmillet.com-un Trend-ə istinadən məlumatına görə, Nazirlər Kabineti bildirib ki, istifadə edilib-edilməməsindən asılı olmayaraq, fiziki şəxslərin mülkiyyətində olan hər bir mənzil sahəsi əmlak vergisinə cəlb edilir. Hüquqi şəxslərin balansında olan bütün əsas vəsaitlərin dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir:
 
“Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı mənzillərin istifadəsiz olub-olmaması daşınmaz əmlakın dövlət reyestrində toplanılan məlumatlar sırasına daxil deyil. Sözügedən məsələ bazar iqtisadiyyatı prinsiplərinə uyğun qaydada, tərəflərin razılaşması əsasında həll edilə bilər”.
 
Qeyd edək ki, Nazirlər Kabinetinə MTK-lar tərəfindən tikilmiş və satılmayaraq boş qalmış mənzillərin əmlak vergisinə cəlb edilməsi və digər tədbirlərin görülməsi təklif edilir. Hesab edilir ki, bu tədbirlər sayəsində həmin mənzillərin qiymətləri aşağı enər və onlar daha ucuz qiymətə satılar.
Nəşr olunub CƏMİYYƏT

Rusiya dövlət başçısı Vladimir Putin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Moskvada atlı polis qadınların xidmət etdiyi I polis alayını ziyarət edib.

Boyukmilet.com xəbər verir ki, Kreml rəhbəri polislərin dəvəti ilə ata minib və 16 atdan ibarət qrupa başçılıq edərək müəyyən ərazidə yürüş edib.

Putinin tünd qəhvəyi rəngli atda, polis qadınların isə ağ atlarda olması diqqət çəkib.

Daha sonra prezident

Nəşr olunub DÜNYA

Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və belə istifadəyə  xitam verilməsi  Qaydası”nın təsdiq edilməsi haqqında qərar verib.

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Sənədə əsasən, yeni qayda özəl və bələdiyyə yollarına şamil olunmur.

Aşağıdakı hallarda və müddətdə avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması barədə qərarın qəbul edilməsi üçün ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumu Komissiyaya müraciət edir:

– alternativ ödənişsiz avtomobil yolundan istifadəyə mane olan hallar yarandıqda – 6 aydan artıq olmayan müddətə;

– hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə – bu barədə qərarda qeyd olunmuş hallar başa çatanadək;

– avtomobil yollarında yenidənqurma və ya əsaslı təmir işləri görüldükdə – yenidənqurma və təmir işləri başa çatanadək;

– avtomobil yollarının müayinəsi zamanı müvafiq konstruksiya və mühəndis qurğularının möhkəmliyində qüsurlar aşkar edildikdə və zəruri yol işləri yerinə yetirildikdə, habelə iqlim şəraiti xeyli pisləşdikdə – müvafiq hallar aradan qalxanadək;

– yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün real təhlükə yarandıqda – həmin təhlükə aradan qalxanadək;

– kütləvi tədbirlər keçirildikdə – həmin tədbirlər başa çatanadək.

Fövqəladə hallar və təbii fəlakətlər, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zamanı avtomagistraldan istifadə ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqanın (qurumun) qərarı əsasında 24 saatdan artıq olmayan müddətə müvəqqəti məhdudlaşdırıla bilər. 

Bu barədə həmin müddət başa çatanadək müvafiq qərarın qəbul edilməsi üçün ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir.

Qərar olmadan yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə yalnız fövqəladə hadisələr, həmçinin qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zamanı, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müvafiq qurumun razılığı əsasında yol verilir.

Avtomagistralda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edildikdə, avtomobil yolunun sahibi avtomobil yolunun istifadəçilərinə nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbi, yeri, vaxtı və şərtləri, habelə alternativ yoldan istifadə imkanları barədə əvvəlcədən məlumat verməyə və bu məlumatın kütləvi informasiya vasitələri ilə yayımlanmasını təmin etməyə borcludur.

Ödənişli avtomagistralda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarda göstərilən şərtləri və ya qadağan edilməsi müddətini pozan və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada  məsuliyyət daşıyırlar.

Avtomagistraldan ödənişli əsaslarla istifadə ilə bağlı qərarda göstərilən istifadə müddəti bitdikdə, Komissiyanın qərarı əsasında avtomagistraldan ödənişli əsaslarla istifadəyə xitam verilir və bu barədə kütləvi informasiya vasitələrində yayımlanmaqla, avtomobil yolunun sahibi tərəfindən əhalinin məlumatlandırılması təmin edilir.

Nəşr olunub CƏMİYYƏT

Reytinq