Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 10 Aprel 2019

Boyukmillet.com xəbər verir ki, Anar Tağıyevin hazırladığı və Naxçıvanın turizm potensialını özündə əks etdirən videoçarx Azərbaycanın Pakistandakı Səfriliyinin twitter səhifəsində yerləşdirilib. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası başlığı ilə ingilis və Azərbaycan dilində təqdim edilən videoçarx  izləyicilərin  diqqətini  çəkib.

Boyukmillet.com həmin videonu təqdim edir:  

Nəşr olunub CƏMİYYƏT
 
 
Bu gün Almaniyadan daha 53 nəfər azərbaycanlı deportasiya olunub. Onlar aprelin 9-da Düsseldorf hava limanından Bakıya göndərilib.
 
Təyyarədə deportasiya olunan azərbaycanlıları 100-ə qədər alman polis müşayiət edib. Onlar təhlükəsizliyi təmin etmək məqsədilə təyyarədə göndəriliblər.
 
Boyukmillet.com xəbər verir ki, bu barədə "Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat yayıb. Onun sözlərinə görə, deportasiya olunanlar 10-a qədər ailənin üzvləri olub.
 
"Həmin ailələrin əksəriyyəti bu il fevral ayının 5-də deportasiyası nəzərdə tutulmuş, lakin texniki səbəblərdən baş tutmamış şəxslər olub. Bakıda Binə hava limanındakı etibarlı mənbədən aldığımız məlumata görə, Düsseldorf şəhərindən yola düşmüş 53 nəfər azərbaycanlı Bakı vaxtı ilə saat 17:02-də təyyarədən eniblər. Onların arasında siyasi fəallığı ilə seçilən şəxslər də var. Hazırda müvafiq orqanlar tərəfindən həmin vətəndaşların dindirilməsi prosesi davam edir”, – deyə Əlövsət Əliyev bildirib.
 
"Azlegat”ın məlumatına görə, təkcə 2018-ci ilin 11 ayında 2188 nəfər Azərbaycan vətəndaşı qaçqın statusu üçün Almaniyaya müraciət edib. Onlardan 1682 nəfəri ilk dəfə, 506 nəfəri isə təkrar müraciət edənlərdir.
 
11 ay ərzində 207 Azərbaycan vətəndaşına müvəqqəti oturum icazəsi verilib. 1605 nəfər barəsində Dublin sazişinə görə başqa (şengen vizasını verən) ölkəyə göndərilmə qərarı çıxarılıb və ya onlar könüllü Azərbaycana qayıdıblar.
Nəşr olunub CƏMİYYƏT

Naxçıvana səfər edib, daha sonra orada gördüyün inkişaf və yeniliklər haqda yazmamaq olmur. Ötən ayın sonunda səfər təəsüratlarımı, ümumilikdə Muxtar Respublikada medianın müasir inkişafı ilə bağlı fikirlərimi sizlərlə bölüşmüşdüm. Muxtar Respublikada təkcə quruculuq və yeni tikililərlə bağlı işlər aparılmır. Bu gün Naxçıvanda təhsildən, səhiyyədən, turizmdən başlamış bütün sahələrdə sürətli inkişaf var. Orada bir sıra dövlət proqramları həyata keçirilir.

Naxçıvan MR müasir həyatın tələblərini bütün sahələrdə nümunəvi şəkildə təmin edir. O cümlədən, dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərə qayğı göstərilməsi, tolerantlıq mühütünün tam formalaşması siyasəti Naxçıvanda qüsursuz formada aparılır.  Burada inkişaf dedikdə, eyni zamanda dini etiqad sahəsində də görülən işləri qeyd etmək lazımdır. Muxtar Respublikada mənəvi dəyərlərin qorunması ilə yanaşı, ziyarətgahlar, məscidlər təmir olunaraq bərpa edilib. Dindarlar üçün bununla bağlı hər cür şərait yaradılıb. Naxçıvan Universitetində İlahiyyat fakultəsi fəaliyyət göstərir. Təbii ki, belə bir ixtisasın fəaliyyətə başlaması dini kadrların formalaşmasına, kənardan zərərli, yad ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının tamamilə alınmasına xidmət edir.

Naxçıvan regionu tarixən hər zaman dini etiqada bağlı olub. Bu baxımdan Azərbaycanın ən həssas nöqtələrindən biridir. Məhz bu baxımdan burada dövlət-din münasibətlərinin həyata keçirilməsində doğru siyasət formalaşdırılıbr. Məhz ümumilli lider Heydər Əliyevin dövlət quruculuğunda dövlət-din münasibətlərinə dair siyasi-ideoloji xətti də Naxçıvanda tam mənasında milli dövlət marağlarımıza uyğun şəkildə həyata keçirilir. Statistik rəqəmlərə diqqət etsək, bir daha bunun əyani şahidi olacaöıq. Hal hazırda Muxtar Respublika ərazisində 211 məscid fəaliyyət göstərir. Bunlardan 74-ü yeni tikilən məscidlərdir. Eyni zamanda 95 məscid yenidən qurulub və ya bərpa olunaraq istifadəyə verilib. Hazırda Naxçıvan şəhərində görkəmli bir məscidin tikintisi yekunlaşmaqdadır. Bu məscid böyüklüyünə görə, bütün Qafqazın ən böyük məscidlərinən biri olacaq. Naxçıvan şəhərində gəzinti zamanı həmin məscidi yaxından müşahidə etdim. Məscid kompleksinin ərazisi 6400 kv.m-dir. İki minarəli və on beş gümbəzli məsciddə eyni zamanda 5000 nəfərin ibadət edəcəyi nəzərdə tutulub. Məscid Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunub. Dini rəmzlər əsas götürülməklə milli nəqqaşlıq elementləri də nəzərə alınıb. Kompleksdə eyni zamanda Muxtar Respublika Qazisi yanında Şura üçün iki mərtəbəli inzibati bina da inşa olunub. Din, mənəviyyat sahəsində Naxçıvanda həyata keçirilən tədbirlər dövlət-din münasibətləri siyasətində özünəməxsus nümunə formasını yaradır. Bu gün Naxçıvanda dini bayramlar, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə  və xalqımızın ənənələrinə uyğun şəkildə keçirilməsinin tənzimlənməsi istiqamətində görülmüş işlər nümunəvi tədbirlər olaraq ölkəmizin digər bölgələrində də tətbiq edilməlidir. Həyatın bütün sahələrində olduğu kimi, din-mənəviyyat sahəsində də Naxçıvanın əldə etdiyi uğurlar bütün Azərbaycanımızın islam aləmində və dünyada dini etiqad azadlığı, tolerant cəmiyyət nümunəsi olaraq göstərilməlidir. Bu baxımdan Naxçıvanda əldə olunan naliyyətlər müstəsna əhəmiyyətə malikdir.

Samir Adıgözəlli, İSBAM sədri, “Böyük Millət” qəzetinin baş redaktoru



Nəşr olunub CƏMİYYƏT
 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Çexiyadakı biznesini dayandırmaq qərarına gəlib.

Boyukmillet.com xəbər verir ki, jurnalist Cavanşir Həsənlinin araşdırıb ki, cənab Paşazadə Karlovı-Varı sərgüzəştləri ilə özünün mövqeyinə ciddi zərbə vurduğunun fərqinə varıb və siyasi hakimiyyətin də tövsiyyəsi ilə bu ölkədəki şirkətini birdəfəlik qapatmaq üçün Çexiya Ədliyyə Nazirliyinə müraciət edib.

Müraciəti MP İnternational şirkətinin meneceri Sergey Kopanev göndərib və müraciət ötən ayın 11-də icraata götürülüb.

Səbəb kimi şirkətin iflası göstərilir. Şeyx həzrətləri zirək tərpənib və 15 milyon kronluq aktivləri olan şirkətinin son bir il ərzində nə az-nə çox 18 miyon kron zərərə düşdüyünü qeyd edib.

Üstəlik də belə ehtimal var ki, Allahşükür Paşazadə Çexiyadakı kapitalını daha dərinə gizlətmək üçün İspaniyaya köçürür. Hansı ki, burada qudası Ali Evsenin də böyük biznesi var.

Şeyx bir vaxtlar Çexiyada mülkünün, şirkətinin olmadığını deyirdi. Deyirdi ki, “bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.

Amma şirkətə aid sənədlər ortaya çıxanda A. Paşazadə tələm-tələsik şirkəti oğlunun adına keçirdi ki, izi itirsin, bu da keçmədi, şirkətin yenidən qeydiyyatı ilə bağlı sənədlər də ortaya çıxdı.

Xatırladaq ki, Şeyx və qardaşı Cavanşir Paşazadə Aynur KV (Karlovı Varı) şirkətini hələ 2008-ci yanvarında Çexiyada qeydiyyatdan keçirmişdilər. 2017-ci ilin sentyabrında müvafiq sənədlər ictimailəşəndən sonra Şeyxülislam ötın ilin mayında şirkətin adını dəyişərək oğlu Məhəmməd Paşazadənin adına keçirmişdi.

Nəşr olunub CƏMİYYƏT

Əli Orucov: “Hesab edirəm ki, bu, rəsmi Kiyevin buraxdığı böyük siyasi səhvdir”

img

“Bununla bağlı Ukrayna rəhbərliyinə, paytaxt meriyasına müxtəlif səviyyələrdə etiraz edilməlidir”

 

Bu günlərdə Ukraynada Azərbaycanla münasibətlərə zərbə vuracaq hadisə baş verib. Məsələ ondadır ki, aprelin 5-də paytaxt Kiyev şəhərində 2016-cı ilin aprel döyüşlərində ölmüş ermənilərin xatirəsinə abidə ucaldılıb. Abidənin qarşısına toplaşan erməni diasporunun nümayəndələri işğalçı əsgərləri anmaq üçün abidənin qarşısına güllər düzüb, şamlar yandırıblar. 

Abidənin açılışında Ermənistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Seyranyan, Ukrayna Erməniləri İttifaqının sədr müavinləri David Mkrtçyan və Armen Vardanyan, Kiyev erməni icmasının rəhbəri Norik Gevorkyan, erməni kilsəsinin nümayəndələri və “Ukrayna erməniləri” Vətəndaş Platformasının təmsilçiləri iştirak ediblər. Kilsə mərasimindən sonra səfir Seyranyan media iştirakçılarına və erməni icmasına müraciət edib.

Ukrayna rəhbərliyinin ermənilərə belə bir imkan yaratması bütün mənalarda təəssüf doğurur. Ən azından, ermənilər sözügedən abidəni səfirliyin ərazisində qoysaydılar, o zaman hardasa rəsmi Kiyevi başa düşmək olardı. O mənada ki, səfirlik ərazisinə müdaxilə etmək mümkün deyil. Ancaq məlum olanda ki, erməni dığalarına Kiyevin mərkəzində abidə ucaldılıb, o zaman paytaxt meriyasının buna icazə verməsi bağışlanılmazdır. Ən başlıcası, Ukraynanın özü neçə ildir separatizmdən, onun yaratdığı acı fəsadlardan əziyyət çəkir. Bunun nə demək olduğunu ölkə rəhbərliyi yaxşı bilir. Bu səbəbdən Ukrayna müəyyən ərazilərini itirib. Bununla yanaşı, rəsmi Kiyev daim Azərbaycandan Krım və Donbas məsələsində işğalçılıq faktının pislənməsini və Ukraynanın ərazi bütövlüyünə dəstək verilməsini istəyib. Belə olan halda, Ukrayna hakimiyyət orqanlarının Azərbaycan torpaqlarında hərbi əməliyyat zamanı ölmüş işğalçı orduya abidə ucaldılmasına icazə verməsi heç bir məntiqə sığmır. Donbasda və Krımda döyüşlər zamanı öldürülmüş separatçılara hansısa ölkədə abidə ucaldılsaydı, Ukrayna rəsmiləri şübhəsiz ki, bunu müsbət qarşılamazdılar. Düzdür, Ukraynada erməni diasporu güclüdür. Ancaq bu heç bir əsas vermir ki, Azərbaycana qarşı vuruşan erməni işğalçılarına abidə qoyulmasına şərait yaradasan. Bu həm də Ukrayna dövlət başçısı Poroşenkonun səhvinin nəticəsidir. O, Azərbaycanın Ukrayna ilə dostluq münasibətlərinə necə böyük önəm verdiyini nəzərə alaraq buna yol verməməli idi. Başı seçkilərə qarışsa da, hər halda, çoxdan ermənilərə bununla bağlı icazə verib. Çünki abidənin hazırlanması üçün müəyyən vaxt lazımdır.

Bu ilin əvvəlində bənzər xoşagəlməz hal Gürcüstanda yaşandı. Belə ki, azərbaycanlılar üçün həssas olan bir gündə (20 Yanvar günü) Axalkalakidə əslən oradan olan, Qarabağ müharibəsində ölən Avakyana abidə qoyuldu. Baxmayaraq ki, Gürcüstanın iqtisadi inkişafında Azərbaycanın müstəsna rolu var. Gürcüstan hakimiyyəti bunu görməzdən gəldi. Bu nankorluq azmış kimi, indi də Ukraynanın timsalında belə xoşagəlməz hal yaşanır. O baxımdan bunu ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov bunu kəskin tənqid etdi:“Ukrayna hakimiyyətinin bu səhvi heç bir məntiqə və dövlətlərarası münasibətlərə uyğun deyil. Uzun illərdir Ukrayna ilə Azərbaycan arasında mehriban münasibətlər var. İkitərəfli dostluq münasibətləri üstün səviyyədədir. Belə olan halda, Ukrayna hakimiyyətinin erməni lobbisinin təsiri altına düşərək abidənin qoyulmasına icazə verməsi çox yanlışdır. Hesab edirəm ki, bu, rəsmi Kiyevin buraxdığı böyük siyasi səhvdir. Hansı ki, belə hallar iki ölkə münasibətlərinin hazırkı səviyyəsinə kölgə sala bilər. Mən özüm də bu prosesi izləyirəm. Nədənsə, Kiyevdə erməni işğalçısına qoyulan abidə o qədər də ictimailəşmədi. Gürcüstanda Avakyanla bağlı məsələ böyük müzakirələrə səbəb oldu. Hesab edirəm ki, Ukraynada yaşanan bu rəzalət geniş ictimailəşdirilməlidir. Eyni zamanda, bununla bağlı Ukrayna rəhbərliyinə, Kiyev meriyasına müxtəlif səviyyələrdə etiraz edilməlidir. İstənilən halda, buna şərait yaratmaq yolverilməzdir. O baxımdan bunu kəskin pisləyirəm. Ukraynanın özünün separatçılıqdan əziyyət çəkdiyini nəzərə alsaq, ölkə rəhbərliyinin buna icazə verməsi heç cür anlaşılan deyil. Anlamaq olmur ki, ermənilərə niyə belə önəm verilir”.

Nəşr olunub SİYASƏT

Aprelin 11-də Bakıda Pakistan,Türkiyə və Azərbaycanın birgə qida, turizm məhsulları və tekstil sərgisi başlayır.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Boyukmillet.com-un məlumatına görə, bununla keçirilən mətbuat konfransında çıxış edən Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmand deyib ki, tədbir Pakistan tərəfinin təşəbbüsü ilə ilk dəfə keçirilir və sərginin məqsədi Azərbaycan, Türkiyə və Pakistan arasında ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək və 3 ölkənin xalqlarını bir araya gətirməkdir. Onun sözlərinə görə, Azərbaycan və Pakistan arasındakı ticarət əlaqələri mövcud olan potensialı tam əks etdirmir: "Sərgidə 34 şirkət iştirak edəcək və ümid edirəm ki, bu, ölkələrimiz arasında mövcud olan ticari əlaqələrin inkişafına səbəb olacaq. Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin inkişafı üçün ən başlıca addım birbaşa reyslərin açılmasıdır. Pakistanlı iş adamları buraya gəlmək üçün Dubay və Qatar üzərindən uçuşlar həyata keçirir. Bu məsafənin qısalması malların qiymətinə də öz təsiri göstərəcək".

Səfir vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi 2016-cı ildən bu yana 2 dəfə artaraq 16 milyon dollara çatıb.Sərgi aprelin 13-nə kimi davam edəcək. Sərgidə 35 Pakistan, 20 Türkiyə və 10 Azərbaycan şirkəti iştirak edəcək.
Nəşr olunub İQTİSADİYYAT

“Hər ay Müsavat Partiyası adına xas olan saxta sənədlərdən 200-300 min avroluq dövriyyə var”

img

Taleh Xasməmmədov: “Hazırda Müsavatın adı ilə xaricdə saxta sığınacaq alanların sayı 10 minə yaxındır”

 

Müsavat Partiyasının çox fəal üzvlərindən olan hüquq müdafiəçisi Taleh Xasməmmədov partiya sıralarından çıxarılıb. O, Müsavat Partiyasından çıxarılması səbəbini partiyadan belə izah edildiyini dedi ki, guya ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, partiyanın siyasi xətti ilə üst-üstə düşməyən fəaliyyət göstərib, “Facebook” sosial şəbəkəsində partiya əleyhinə  böhtan xarakterli statuslar paylaşıb. “Çağırdıqları iclaslara gəlmədiyimi bəhanə edərək, özümün iştirakı olmadan məni Müsavatdan uzaqlaşdırıblar”.

Taleh Xasməmmədov Boyukmillet.com-a açıqlamasında partiyanın qərarını antidemokratik adlandırdı: “Mən 2000-ci ildən Müsavat Partiyası sıralarındayam, amma bu müddət ərzində heç vaxt partiyaya üzvlük barədə vəsiqə almamışam. Hətta 2011-ci il tarixdə həbsim zamanı Müsavat Partiyasının bir məsul şəxsi guya axtarış aparmasına baxmayaraq, mənim partiyaya üzv olub-olmamağım barədə arayış təqdim edə bilməmişdi. Hansı ki, mən uzun illər Müsavat Partiyasını seçki komissiyasına təqdim edilən üzv olaraq təmsil etmişəm, eyni zamanda, bir çox mitinqin fəal iştirakçısı olmuşam. Amma indi necə olursa Avropada hər yoldan keçən birinin cibindən Müsavat üzvü olduğunu təsdiq edən vəsiqə çıxır? Belə hallarda işi çətinə düşən kimi partiya rəhbərliyi  "saxtadır" deyib məlumatları təkzib edir. Bəli, doğrudan da saxtadır, çünki Müsavatın o qədər üzvü heç vaxt olmayıb, amma "saxta" olaraq onlara üzvlük vəsiqəsi verilib. Bundan əlavə, qeyd edim ki, bu cür faktiki sənədlərə istinad edilmiş ittihamlar hansı partiyaya yönəlsəydi, həmin partiya rəhbərliyi ya məhkəmə qaydasında "nüfuz" davası açardı, ya da ki, hüquq-mühafizə orqanlarına müraciət edilərək cinayət əməli törətmiş şəxslərin məsuliyyətə cəlb olunması tələb olunardı. Amma heç bir tələb edilmir, edilməyəcək də. "Qara bazar" elə bazardır, yararlananlar və yaradanlar üçün. Təəssüf ki, mənə çatanda "arxiv arayışı" tapa bilmirdilər.

Bu arada mən onlar üçün bəzi önəmli "dələduz" olsaydım, mənim də vəsiqəm verilərdi, partiyada şəklim divara vurulardı, hansı ki, vicdan məhbusu idim!”

T.Xasməmmədov iddia edir ki, onun mühacir biznesi ilə bağlı əlaqədə şübhələndiyi partiyadan izahat tələb etməsi belə vəziyyəti yaradıb: “Burada çox böyük pullar oynayır. Hazırda Müsavatın adı ilə xaricdə saxta sığınacaq alanların sayı 10 minə yaxındır. Partiyanın fəaliyyətinin ən pik vaxtı 2003-cü ilə təsadüf edir. Heç onda Müsavatın 10 min fəal, cəfakeş üzvünü biz görməmişik. Mən hesab edirəm ki, hər ay Müsavat Partiyası adına xas olan saxta sənədlərdən 200-300 min avroluq dövriyyə var. Bununla bağlı ortaya faktlar qoyulur, saxta sənədlərin surətləri paylaşılır. Niyə partiya rəhbərliyi bunu susqunluqla qarşılayır? Bəlli şəbəkə artıq tam oturuşub. Burdan gedən adamın sənədlərini düzəltmək üçün 3 min avro alırlar. Orada qarşılayan adam 3 min avro alır. Təxminən 1500 avro da vəkilə verilir ki, oradakı saxtakarlıqları malalasın. Hər ay da 100-ə yaxın belə adam yola salınır. Mən bunun hesabatını tələb etmişəm. Müsavatın bu qədər əzabkeş üzvü vardısa, niyə biz onları meydanlarda, mitinqlərdə görmürük”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

Reytinq