Burda göstərilən tarixə olan xəbərlər: Şənbə, 13 Aprel 2019
Şənbə, 13 Aprel 2019 19:52

Fuad Abbasov həbs olundu -ÖZƏL

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Boyukmillet.com xəbər verir ki, Diasporpress.az-ın əldə etiyi özəl məlumata görə Rusiyada jurnslist fəaliyyəti ilə məşqul olan Azərbaycan vətəndaşı Fuad Abbasov Rusiya xüsusi xidmət orqanları tərəfindən həbs olunub. Məlumata görə Abbasovun evindən 15 milyon rus rubulu aşkarlanaraq götürülüb. Fuad Abbasov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir. 

Yaxın dəqiqələrdə ətraflı məlumat veriləcək.
Nəşr olunub SİYASƏT

İcra başçısının müavini: “Bu, kənd əhalisinin tələbi ilə baş tutub”

Rauf Qurbanov: “Bunun adı vandalizmdir”

Masallı rayonundan olan vətəndaşlar “Bakı-Xəbər” qəzetinə müraciət edib bildiriblər ki, rayonun Qızılavar kəndində, Masallı-Boradigah yolunun sol tərəfində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan möhtəşəm abidə artıq sökülüb: “Bu abidəni dünən rəsmilərin müşayəti ilə bir-neçə saata söküb töküntülərini də ərazidən daşıyıblar. Yerini elə təmizləyiblər ki elə bil bu yekəlikdə və əzəmətdə abidə heç orada mövcud olmayıbmış. Kənd sakinləri söküntüyə mane olmaq istəsə də, buna polislər imkan verməyib. 

Abidənin yerini digərinə satmayıblar ha, elə bu kəndin sakininə satıblar. O da burada gözəl bir kommersiya obyekti tikəcək”. Rayon sakinlərinin bu şikayətini araşdırmaq üçün Masallı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini Nəsir Muxtarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onlarda belə bir məlumat yoxdur: “Bu cür abidələr Mədəniyyət Nazirliyinin balansında olur və onlara heç kim toxuna bilməz. Yalandı. Mən indi ərazi icra nümayəndəsi ilə bu məsələni dəqiqləşdirib sizə deyərəm. Mümkün deyil, indi araşdırıb sizə məlumat verərəm”. Üstündən bir neçə dəqiqə keçəndən sonra icra başçısının müavini bizimlə təkrar əlaqə saxladı və artıq bu zəngində sözügedən tarixi abidənin söküldüyünü təsdiqləmiş oldu: “Mən icra nümayəndəsi və bələdiyyə ilə məsələni dəqiqləşdirdim. Həmin abidəni əvəz edən yenisini tikəndən sonra köhnəni söküblər. Hətta yeni abidənin açılışı da olub. Bu, kənd əhalisinin tələbi ilə baş tutub. Yeni abidənin açılışı ilə bağlı fotolar da var”. “Yeni abidəni köhnənin yerində tikiblərmi” sualına icra başçısının müavini bu barədə məlumatının olmadığını bildirdi. Ancaq redaksiyamıza abidənin olduğu yerin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı təqdim edilən fotolardan görünür ki, həmin ərazidə yeni nəsə inşa edilməyib. Kənd sakinləri bizə bildirdilər ki, abidənin sökülməsi sırf yerin sərfəli olması ilə bağlıdır: “Əgər abidə yarasız vəziyyətdəydisə niyə onun yerində yenisini tikmirdilər? Kəndin içində icra nümayəndəliyinin qarşısında kiçik bir tikili ərsəyə gətiriblər. Yəqin onu nəzərdə tuturlar. Bəyəm, abidənin köhnə yeri pis idi? Əksinə, yol kənarı idi, hamı görürdü. Deməli, burda nəsə maraq var”.

Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidənin söküləməsi ilə bağlı məsələyə münasibət öyrənmək üçün Azərbaycan Kommunist Partiyasının sədri, sabiq millət vəkili Rauf Qurbanovla əlaqə saxladıq: “Buna inanmaq istəmirəm. Çünki Azərbaycanda “9 May” günü rəsmi bayram kimi qeyd edilir. Bilirsiniz ki, bu, faşizm üzərində qələbəni simvolizə edən gündür. Həmin qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətləri olub. Belə bir hadisənin əksini tərənnüm edən bir abidəyə göstərilən bu tip sağızılıq dözülməzdir. Bunun adı vandalizmdir. Bu aksiya kim tərəfinən həyata keçirilibsə, onların hamısı sərt cəzalanmalıdır. Bu, elə Azərbaycan dövlətinin özünə qarşı edilən hörmətsizlikdi. Azərbaycanın bütün şəhər və rayonlarında qələbəni tərənnüm edən abidə kompleksləri var. Bəyəm Massallıda başqa qanunlar hakimdir? Hətta bunun yerini dəyişmək belə doğru deyil. Yaxşı olardı ki, köhnəni düzəldərdilər. Niyə Ukraynadakı hadisələri burda təkrar edirlər?”

Məhəmmədəli QƏRİBLİ

P.S. Abidənin olduğu ərazinin əvvəkli və sonrakı fotolarını eksklüziv olaraq təqdim edirik:

Nəşr olunub CƏMİYYƏT

Beynəlxalq Diaspor Mərkəzinin nümayəndə heyəti Türkiyənin İğdır və Qars şəhərlərinə səfər edib. Səfər çərçivəsində ilk olaraq İğdırda fəaliyyət göstərən QHT rəhbərləri ilə görüş keçirilmiş. Görüşdə BDM sədri İsmayıl Ağayev çıxış edərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında göstərdiyi dəstəyə görə İğdır içtimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.  Eyni zamanda yaxın gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflərini çatdırıb. Daha sonra ASİMDƏR başqanı Göksel Gülbey, Türk Təhsil  Cəmiyyəti İğdır başqanı Əli Arslan, Ensar Vakfı İğdır başqanı Ünal Zaman, ATA Sporları dərnəyi başqanı Hüseyn Yanardağ, İğdır Kültür və Turizm dərnəyi baqkanı Mehmet Engin, Demokratlar dərnəyi İğdır başqanı Soner Aktaş, 15 Temmuz Şəhidlər dərnəyi başqanı Kamber Güzelkaya, Mühəndislər Odası İğdır təmsilçisi Zekeriyya Yalçın və digərləri çıxış edərək Azərbaycan-Türkiyə QHT-lərinin əlaqələrinin daha da inkişaf etdirilməsi üçün fikir və təkliflərini bildirdilər. Səfərin ikinci günü Qars şəhərində Azərbaycan Respublikasının Qars Baş Konsulu Nuru Quliyevlə görüş keçirilib. Görüşdə Baş Konsul N.Quliyev həyata keçirilən tədbirlər haqqında məlumat verərək, Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində QHT-lərin də fəaliyyətinin önəmli olduğunu qeyd edib. Bu məqsədlə BDM-in Türkiyənin Qars, İğdır bölgəsində həyata keçirdiyi lahiyələrin əhəmiyyətli olduğunu bildirib. Görüşdə BDM sədri İ.Ağayev baş Konsula səmimi qəbula görə təşəkkür edərək, yaxın gələcəkdə ölkəmizi tanıdan bir sıra tədbirlərin bu bölgədə keçirilməsinə dair təkliflərini diqqətə çatdırıb. BDM heyəti ilə Baş Konsul arasında keçirilən görüşdə səfərin əsas məqsədi olaraq ASİMDƏR başqanı Göksel Gülbeylə Azərbaycan Baş Konsulu arasında  son aylarda yaranmış narazılıqla bağlı bəzi müzakirələr aparılıb. Nəticə etibarı ilə Qars Baş Konsul, BDM sədri və  ASİMDƏR başqanının birlikdə səmimi keçirilən görüşündə bir neçə müddət öncə baş vermiş insidentə aydınlıq gətirilmiş, ortada olan anlaşılmazlıq aradan qaldırılmışdır. BDM sədri İsmayıl Ağayev Azərbaycan mətbuatına bu haqda məlumat verərək artıq heç bir narazılığın olmadığını və bu bölgədə  Azərbaycanın və Türkiyənin milli maraqlarına xidmət edən birgə lahiyələrin həyata keçirilməsi razılığı əldə olunduğunu bildirib.  Səfər ərəfəsində BDM nümayəndə heyyəti Qars Şəhid və Qazilər dərnəyini və İhlas xəbər agentliyinin Qars təmsilçiliyini də ziyarət etmişlər.

BDM mətbuat xidməti

 

Nəşr olunub SİYASƏT

İnkişaf və yüksəliş əsri olan 21-ci əsr həm də informasiya və kommunikasiya texnologiyalarının günbəgün müasirləşməsi ilə yadda qalır. Xüsusilə gənclərin dövrümüzlə uzlaşan yeni biliklərinin, onlara məxsus innovasiyaların istehsalatda geniş tətbiqi qabaqcıl ölkələrin həm iqtisadi, həm də siyasi maraqları ilə üst-üstə düşür. Bu istiqamətdə Azərbaycanda da ardıcıl tədbirlər həyata keçirilir, dövlət-gənclər siyasətinin məğz və mahiyyəti gənclərin sağlam, intellektli, vətənpərvər, yeni dövrün çağırışlarına cavab verən şəkildə formalaşması ilə uzlaşdırılır. Artıq gənclərimiz dünya elm-təhsil məkanına inteqrasiya edir, yeni texnalogiyaları yaxından mənimsəyir, səmərəli ideya, layihə və təşəbbüslər - startaplar ətrafında birləşirlər.

Bəs startaplar nədir və onlar müasir dövrümüzdə necə başa düşülür?!

Startap dedikdə, ilk növbədə mövcüd olmayan hər hansı bir ideyanın reallaşdırılması nəzərdə tutulur. Həmçinin, daha əvvəldən mövcud olan hər hansı bir ideyanın təkmilləşdirilməsi üçün ehtiyacı aradan qaldıran və bəzən də həmin ideyanı ehtiyac halına gətirən inkişafa meyilli təşəbbüslər və ideyalar başa düşülür. Çox zaman Startap dedikdə yalnız informasiya texnologiyaları sahəsi ilə əlaqədar təşəbbüslər nəzərdə tutulur. Amma unutmaq lazım deyil ki, startaplar iqtisadiyyatın bütün sahələrinə, o cümlədən tibb, turizm, təhsil kimi mühüm əhəmiyyətli sahələrə  aid ola bilər. Bu gün geniş yayılan layihələr sırasında sosial startaplar da vardır. Mütəxəsislərin sözləri ilə desək, təqdim edilən layihələrin son məqsədi isə real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin   təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir.  Yəni hər bir layihə daha effektiv innovasiyalara istiqamətlənməlidir.

Ötən əsrin əvvələrində ilk dəfə Amerika Birləşmiş Ştatlarında meydana gələn startap anlayışı informasiya texnologiyalarının böyük inkişaf yolu keçdiyi müasir dövrdə innovativ inkişafın əsas meyarı kimi qəbul olunur. “Startap” sözü ingilis dilindən tərcümədə başlanğıc, təşəbbüs kimi tərcümə olunur. Bu gün dünyanın ən uğurlu startap layihələri texnologiya nəhəngi “HP”, “Facebook”, “YouTube”, “İnstagram” kimi sosial şəbəkələr, eyni zamanda “Wikipedia” açıq internet ensiklopediyasıdır.

Bununla yanaşı, dünyanın müxtəlif ölkələrində yeni texnoloji avadanlıq olan smart saatlar, müxtəlif onlayn bank sistemləri, istənilən ünvana qida məhsullarının və geyim əşyalarının dərhal, ödənişsiz və təhlükəsiz çatdırılması kimi ideyalar da startap məhsullarıdır. Gənclər tərəfindən həyata keçirilən startaplara adını çəkmədiyimiz bir sıra əlavə layihələr də daxildir. Onlardan ən çoxu innovasiya və texnologiyalar sahəsində tətbiq olunur.

Gəlin, gənclər tərəfindən  həyata keçirilən  bir neçə layihə ilə tanış olaq.

2001-ci il yanvar ayında istifadəyə verilən Vikipediya – açıq dünya ensiklopediyası dünyanın ən geniş informasiya mənbələrindən biridir. 2018-ci ilin sentyabr ayında Vikipediya dünyanın 5-ci məşhur və zəngin saytları sırasında yer alıb. Belə ki, Vikipediya saytına 1 ay ərzində yalnız Amerika Birləşmiş Ştatlarından 117 milyon baxış olub.

2004-cü ilin fevral ayında istifadəyə verilən Facebook bu gün dünyanın ən böyük sosial şəbəkəsi hesab olunur. Bu sayt amerikalı texnologiya sahibkarı gənc Mark Zukerberq və onun otaq yoldaşı Eduardo Saverin tərəfindən tələbəlik illərində yaradılıb. Bu startap layihəsi və özünün mükəmməl ideyası ilə tanınan Mark Zukerberq bu gün dünyanın ən zəngin insanlarından biri sayılır.

Video materialların ən böyük bazası hesab edilən Youtube videopaylaşım kanalı 2005-ci ilin fevral ayında istifadəyə verilib. Əvvəllər internet üzərindən onlayn ödəmə sistemində işləyən  Çad Hörli, Stiv Çen və Ceyvid Karim tərəfindən yaradılıb. Youtube kanalına ilk videonun yüklənməsi Ceyvid Karim tərəfindən həyata keçirilib. Elə bunun nəticəsidir ki, Ceyvid Karim hazırda San-Fransiskoda fəaliyyət göstərən “Airbnb” şirkətinin ən zəngin investorlarından biridir.

Şəkil və qısa videoların paylaşıldığı ən böyük sosial şəbəkə olan İnstagram ilk dəfə 2010-cu ilin oktyabr ayında 27 yaşlı gənc kompyuter proqramçısı Kevin Sistrom tərəfindən yaradılıb. Kevin Sistrom 2016-cı ildə dünyanın ən zəngin sahibkarları sırasına daxil edilib.  Bu sosial şəbəkə istifadəyə verildiyi zaman şirkətin cəmi 13 işçisi var idi. Lakin hazırda şirkət 15 mindən artıq işçi ilə fəaliyyət göstərir. Hazırda instagram sosial şəbəkəsinin 1.1 milyard izləyicisi vardır.

Ağıllı telefonlarda - smartfonlarda ani mesajlaşmada mətn mesajlarını, təsvirləri, videoları və audio səsləri göndərmək üçün nəzərdə tutulan “Whatsapp” sosial şəbəkəsi 2009-cu ildə Brian Akton tərəfindən yaradılıb. Hazırda geniş izləyici kütləsinə sahibdir.

Daha bir uğurlu startap layihəsi olan “Starlinq bank” Böyük Britaniyada fəaliyyət göstərən online bank xidmətinə görə fərqlənir. Bütün ənənəvi bankların funksiyalarını həyata keçirir. İstifadəçilərə ümumi hesab açmaq imkanı verən bank həmin hesabdan ortaq məqsəd üçün əldə edilmiş vəsaiti 39 müxtəlif ölkənin kartlarına təcili şəkildə köçürə bilir.

Gənclərin yaratdığı Selfi dronla isə yüksək effektli çəkilişlər həyata keçirilir. Alimlərin araşdırmalarına görə, 2018-ci ilin sonlarında 600 min dron istifadə olunub. Bu gün həmin dronlar vasitəsilə çöllərdə, səhralarda və digər əlçatmaz, ucqar yerlərdə çəkilişlər aparmaq mümkündür. Bu iqtisadi bazara böyük maraq var. Hesablamalar göstərir ki, əldə olunan gəlir 127 milyard dollardan artıqdır. Bu gün həmin dronlar vasitəsilə istənilən məsafədən və dünyanın ən ucqar nöqtələrində də çəkilişlər etmək mümkündür.

Göründüyü kimi, startap layihələrinin uğurlu olmasında əsas şərt ideyanın mükkəmməlliyidir. Bu zaman investisiya cəlbi və layihənin reallaşdırılması asan başa gəlir. Əksər vaxt startaplar bir neçə şəxs tərəfindən birgə yaradılır. İlkin mərhələlərdə startapların özünü təsdiq etməsi və gəlir gətirməsi xeyli zaman tələb edə bilir. Ona görə də, bu zaman kəsiyində mövcüd problemləri düzgün dəyərləndirmək, konkret nəticə çıxarmaq əsas məsələdir.

Son illər ölkəmizdə müasir informasiyalı cəmiyyətin qurulması, yeni texnologiyaların tətbiqi, gənclərin təşəbbüslərinə geniş yer verilməsi və ideyalarının dəstəklənməsi startap hərəkatının inkişafına səbəb olub. Azərbaycanda startap və sahibkarlıq sahəsində görülən işlər startap rezidentləri-təşəbbüskarları ilə investorlar arasında əlaqələri quran, onların görüşməsini təmin edən startap-biznes inkubasiya mərkəzlərinin sayının artmasına səbəb olur.

Ölkəmizdə startap layihələri daha çox aşağıdakı istiqamətlər üzrə reallaşdırılır:

  • biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərini inkişaf etdirmək, onlar üçün maddi baza təmin etmək və biznes vərdişlərini formalaşdırmaq;
  • informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların böyüməsinə kömək etmək;
  • istedadlı gəncləri müəyyənləşdirmək, fərqli perspektivli ideyaları təkmilləşdirmək və layihələri ölkə sərhədlərindən kənarda da tanıtmaq;
  • gənclərin biznes savadlılığının artırılmasına nail olmaq;
  • gənclərin innovativ potensialı və təşəbbüskarlığını dəstəkləmək;
  • gənclərin ölkə iqtisadiyyatında daha səmərəli iştirakını təmin etmək və məşğulluğunu artırmaq.
  • startapçılar üçün təlimlər  təşkil etmək və investorlarla görüşlər keçirmək.

Artıq dünya bir reallığı qəbul edib ki, startap layihələrinin dəstəklənməsi hər bir ölkənin innovasiya potensialının məhv olmasının qarşısının alınmasında yeganə faktordur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” 2019-cu il 10 yanvar tarixli Sərəncamı bu sahədə yeni yanaşmanın və mühüm bir mərhələnin əsasını qoyub.

Müvafiq Sərəncam Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsinə mühüm töhfədir. Sərəncama əsasən innovativ inkişafın, o cümlədən startap fəaliyyətinin dəstəklənməsi sahəsində yeni tələblər və vəzifələr müəyyənləşdirilib.

Startap ekosisteminin yaradılmasını dəstəkləmək, eyni zamanda Azərbaycanda və beynəlxalq arenada özəl sektorun innovasiyasını və inkişafını təşviq etmək məqsədi ilə yaradılmış "İNNOLAND" İnnovasiya Mərkəzi də bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikasında da gənclərin fəaliyyətinin dəstəklənməsi, onlar üçün geniş imkanların yaradılması innovativ inkişaf sahəsində mütərəqqi tədbirlər kimi diqqəti cəlb edir. Son illər elm və təhsilin inkişafı, bu sahənin maddi-texniki bazasının xeyli möhkəmləndirilməsi, yeni texnologiyaların iqtisadiyyatın və sosial həyatın bütün sahələrində tətbiqi, elektron hökümətə keçid, sürətli internet təminatı, əlverişli biznes və investisiya mühitinin yaradılması innovativ inkişafın ilkin mərhələdə tətbiqinə və uğurlu biznes sahəsinə çevrilməsinə şərait yaradıb.

Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə 3 ali, 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 98 ixtisas və 1 lisey 31 təşkilata hamiliyə verilib. Bu Sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənmiş, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət etmiş, gənclər tərəfindən irəli sürüləcək yeni startaplar üçün münbit zəmin hazırlamışdır.

Naxçıvanda son illər həyata keçirilən elektron sənəd dövriyyəsi layihəsi, teleradioların bölgələrlə əlaqəsini təmin edən intranet şəbəkəsi, elektron kitabxana, elektron sağlamlıq kartları və tibbi sosial sığorta, elektron universitet, muzeylərlə təhsil müəssisələri arasındakı interaktiv əlaqə, sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən distant təhsil, Ağbulaq kənd turizm bölgəsi startap layihələrə nümunə ola bilər.

Həmçinin ölkəmizdə, eləcə də Naxçıvanda tələbələrin iştirakı ilə "İdeyadan biznesə" layihəsi çərçivəsində təşkil edilən “Startap turları” da gənclərin yeni ideyalar ətrafında birləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Ötən il Naxçıvanda keçirilən startap turunda tələbə-gənclərimizin təqdim etdikləri "Nouhland" və "Compex" layihələri, eləcə də "Naxçıvan məhsullarının onlayn satışı", "Nads" və "Naxçıvan Book House" layihələri qalib olublar.

Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2019-cu il aprelin 3-də “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncam imzalayıb: Sərəncamda deyilir: "Müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Aparılan islahatlar kadr hazırlığına müasir yanaşma və eyni zamanda vətəndaşın müasir cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir.Naxçıvan Muxtar Respublikasında da son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir"

Sərəncamda da qeyd olunduğu kimi, ali və orta ixtisas məktəblərindəki ixtisasların hamiliyə verilməsi kadr potensialının dəstəklənməsi ilə yanaşı, həm də gənclərin istedadlarının üzə çıxarılması, ideyalarının diqqətə alınması və ilkin startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addım olmuşdur.

Ali Məclis Sədrinin həmin Sərəncamına əsasən “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi qaydası” yeni redaksiyada təsdiq edilib. Bundan başqa Sərəncamda “İdeyadan başlanğıca” devizi altında hamiliyə verilən təhsil müəssisələri tərəfindən hami təşkilatlarla birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin - startapların həyata keçirilməsi, hami təşkilatlarda layihələrin dəyərləndirilməsini həyata keçirən ekspert qrupları və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılması, həmin layihələrin - startapların qəbulunu və təqdimatlarının keçirilməsini təmin edilməsi qərara alınıb. Qarşıya qoyulmuş tələblərə əsasən hamiliyə verilən ali və orta ixtisas təhsili müəssisələri bu Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə müvafiq tədbirləri həyata keçirəcək, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi aid təşkilatların təklifləri əsasında layihələrə, o cümlədən startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran internet portalını yaradacaqdır.

Hesab etmək olar ki, Ali Məclis Sədrinin müvafiq Sərəncamında irəli gələn vəzifələrin icrası muxtar respublikada innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsinə, gənclərin startap layihələrinin dəstəklənməsinə və yeni şirkətlərin formalaşmasına mühüm töhfə verəcəkdir.

Sahil Tahirli

Nəşr olunub CƏMİYYƏT
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib
Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
Boyukmillet.com xəbər verir ki, deputat secicilərin sosial, məşğulluq, əmək, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciətlərini dinləyib. 

Seçicilərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər müraciətlərin də həlli ilə bağlı müvafiq qərarlar qəbul edilib. 

Görüşdə iştirak edən seçici Bahar Əliyeva, S.S.Axundov küçəsi 3, 3A və 3B binalarının sakinləri adından deputat Azay Quliyevə ünvanlanan təşəkkür məktubunu təqdim edərək qeyd edib ki, son 2 il ərzində mövcud olan və onları ciddi narahat edən problem Azay Quliyevin müdaxiləsi ilə aradan qaldırılıb. 



Qəbulda Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov və Binəqədi rayon Məşğulluq İdarəsinin rəisi Anar Bağıyev də iştirak edib. 

Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (https://azvision.az/redirect.php?url=http://azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər. 
Nəşr olunub CƏMİYYƏT

Boyukmillet.com verir ki, bu fikriləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ARB kanalının “Günə Baxış” proqramında səsləndirib.
 
Şura sədri rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri və digər aktual məsələlər ilə bağlı fikirlərini bölüşüb.
Nəşr olunub SİYASƏT

img

Görkəmli Azərbaycan yazıçısı və böyük ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) çoxəsrlik tarixi inkişaf yoluna malik olan milli ədəbiyyatımızı yeni mərhələ səviyyəsinə çatdırmışdır. Cəlil Məmmədquluzadə mənsub olduğu xalqın ümummilli oyanışına və istiqlalına xidmət edən böyük ədəbiyyat yaratmaq missiyasını şərəflə yerinə yetirmişdir. Heç tərəddüd etmədən demək olar ki, Cəlil Məmmədquluzadə Azərbaycan milli istiqlal ədəbiyyatının Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisidir.

Böyük demokrat ədibin bütün əsərləri milli oyanış və dirçəlişə, azərbaycançılıq ideyalarına və istiqlala həsr olunmuşdur. Ədib 1894-cü ildə yazdığı “Danabaş kəndinin əhvalatları” povesti ilə sadə, sıravi, “kiçik” insanı böyük ədəbiyyatın əsas qəhrəmanı səviyyəsinə qaldırmışdır. O vaxta qədər “kiçik adam” ədəbiyyatda epizodik obraz səviyyəsində təmsil olunmuşdur. Cəlil Məmmədquluzadə sadə adamların timsalında mənsub olduğu xalqın taleyini ədəbiyyata gətirmiş, onu axıradək müdafiə etmişdir. Yazıçı Məmmədhəsən əmi, Novruzəli, Usta Zeynal kimi insanların yanıqlı taleyini açıb göstərmiş, onların halına ürək ağrısı ilə yanaşmış, həmvətənlərinin hüquqlarını əlindən almış müstəmləkəçilik siyasətini tənqid etmişdir.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadıdır. Mirzə Cəlil Məmmədquluzadə tragikomediya janrının yaradıcısıdır. Yazıçının “Ölülər”, “Dəli yığıncağı”, “Anamin kitabı” tragikomediyaları bu janrın dünya ədəbiyyatındakı ən yaxşı nümunələrindən biri sayılmağa layiqdir. Böyük ədib “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi məqalələrdə satirik publisistikanın əsasını qoymuşdur. Ən əsası Cəlil Məmmədquluzadə ədəbiyyatda azərbaycançılıq idealının və milli istiqlal ideayasının ən qüdrətli carçısıdır. Xalqımızın müstəqil dövlətçiliyə hazırlanmasında Cəlil Məmmədquluzadənin misilsiz xidmətləri vardır.Azərbaycan Respublikasının Przeidenti İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqındakı 17 yanvar 2019-cu il tarixli Sərəncamı bpyük sənətkarın Azərbaycan ədəbiyyatı və xalqımız qarşısındakı xidmətlərinə dövlət səviyyəsində göstərilən böyük ehtiramın əməli ifadəsidir.

Bütün bunlarla bərabər, Cəlil Məmmədquluzadə haqqında sosial şəbəkələrdə aparılan müzakirələr ciddi narahtlıq doğurur. Çox təəssüf edirəm ki, bir qrup cavan qələm sahibi Cəlil Məmmədquluzadəyə qarşı nahaqdan ağır ittihamlar irəli sürürlər. Bu, ilk növbədə xalqımızın görkəmli şəxsiyyətlərini hörmətdən salmağa, keçmişimizə qara yaxmağa yönəldilmiş zərərli bir kampaniyadır. İkincisi isə irəli sürülən iradlar həm də Cəlil Məmmədquluzadənin yaradıcılığının özünəməxsusluğunu lazımınca bilməməkdən irəli gəlir. Çünki Cəlil Məmmədquluzadə ittihamlarda irəli sürüldüyü kimi Məmmədhəsən əmini, Novruzəlini, yaxud Usta Zeynalı heç vaxt tənqid hədəfinə çevirməmişdir. Əksinə, diqqət edilərsə, görmək çətin olmaz ki, Cəlil Məmmədquluzadə «kiçik adamları» halal, zəhmətkeş, tox, mənəvi cəhətdən saf, səxavətli və sədaqətli insanlar kimi təqdim etmiş və onları müdafiə etmək vəzifəsini özünə borc bilmişdir. Misallara müraciət edək. «Danabaş kəndinin əhvalatları» povestindəki Məhəmmədhəsən əmi haqqında Mirzə Cəlilin fikri belədir: «Adam kasıb olanda nə olar, çox yaxşı adamdı Məmmədhəsən əmi… Bu kasıb vaxtında heç zaddan müzayiqə eləməz. Birisi gedə deyə «Məhəmmədhəsən əmi, mənə üç-dörd manat pul lazımdır», əgər özündə olsa, əlüstü çıxarıb verəcək, olmasa çalışacaq hər törnən olmuş olsa, özgəsindən tapsın, sənin işin düzəlsin… Məhəmmədhəsən əmi dünya malına əsla və qəta talib deyil… Amma nə demək, kasıblığın evi yıxılsın. İndiyə kimi yazıq kişinin qolunu-qıçını bağlayıb, qoymur bir yana tərpənsin».

“Usta Zeynal” hekayəsində Cəlil Məmmədquluzadə bu obrazı aşağıdakı kimi təqdim edir: «Üsta Zeynal sözünün üstündə möhkəm adamdır, …mömindir, Allah bəndəsidir, qeyrətlidir, sadiqdir, zirəkdir, ağıllıdır, artıq dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıbdır».

Cəlil Məmmədquluzadə mənəvi cəhətdən əsil insanlıq xüsusiyyətlərinə malik olan həmvətənlərinin cəmiyyətdən geri qalmasının səbəblərini də aydınsurətdə göstərmişdir. «Poçt qutusu» hekayəsindəki aşağıdakı dialoqda yazıçı bunu

belə ifadə etmişdir:

“Xan üzünü tutdu qonağa:

- Novruzəli, poçtxananı tanıyırsan?

- Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədir?

- Çox əcəb, nəçərnik divanxanasını ki tanıyırsan?

- Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsan sənin başına, bizi katda çox incidir».

Cəlil Məmmədquluzadə çox yaxşı bilirdi ki, divanxananı tanıyıb, poçtxananı tanımamasının günahı Novruzəlidə yox, onu bu imkandan məhrum edən, “qolunu-qıçını bağlayan” müstəmləkə rejimində idi. «Erməni uşağı»nın poçtxanadan istifadə etməsini göstərməklə Cəlil Məmmədquluzadə mövcud rejimin xalqlara ikili standartla yanaşmasına diqqəti çəkmişdir. Cəlil Məmmədquluzadənin əsas tənqid hədəfi də eyni coğrafiyada yaşayan xalqlardan birinə divanxananı, digərinə isə poçtxananı tanıdan müstəmləkə üsul-idarəsidir. Böyük vətəndaş yazıçı mövcud reallığı ürək ağrısı ilə təsvir edərək xalqının gözünü açmağa, hüquqlarını başa salmağa, həmvətənlərini ayıltmağa çalışmış, onları müdafiə etmişdir. Mirzə Ələkbər Sabir də «əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyirik» - deyəndə mənsub olduğu xalqı tənqid etmək yox, ayıltmaq məqsədində olmuşdur. Reallıq belə olduğu halda, sovet ədəbiyyatşünaslıq elmi Cəlil Məmmədquluzadənin «kiçik adam» obrazlarına ideoloji cəhətdən yanaşaraq, onlardan nadan, cahil adamlar qismində bəhs etmişdir. Bu mənada Mirzə Cəlilə qarşı olan ittihamlar və iftiralar sovet ideoloji sisteminin geniş mənada tənqidi realizm ədəbiyyatına, xüsusən də Cəlil Məmmədquluzadəyə qarşı səsləndirilən fikirlərdən uzağa gedə bilməyən, obyektiv reallıqdan çox uzaq olan yanlış mübahisələrdir.

İkincisi, erməni məsələsinə münasibətdə də Mirzə Cəlilin mövqeyi yanlış izah olunur. Əvvəla, geniş dünyagörüşə malik olan humanist bir yazıçı kimi bütün xalqlara və insanlığa ehtiram bəsləyən Cəlil Məmmədquluzadə radikal millətçi düşüncədən uzaq olmuşdur. Bununla belə, əsərlərini diqqətlə oxuyanlar yaxşı bilirlər ki, Cəlil Məmmədquluzadə o fikirdə idi ki, ermənilərin heç vaxt dövləti olmamışdır. Savadsız Usta Zeynalın dili ilə hələ 1905-ci ildə səsləndirdiyi «Xozeyin, niyə sizin padşahınız yoxdu» - sözləri ilə Cəlil Məmmədquluzadə ermənilərin dövlətə malik olmadıqlarını, Qafqaz coğrafiyasına gəlmə olduqlarını nəzərə çarpdırmışdır. Bundan başqa, yazıçı Azərbaycan xalqı ilə eyni mühitdə yaşayan, hər gün rastlaşdıqları ermənilərin etibarsız, hiyləgər, fəndgir olduğunu da yaxından görmüş və əsərlərində obyektiv olaraq, olduğu kimi təqdim etmişdir. Yenə “Usta Zeynal” hekayəsində Mirzə Cəlil sadə bir mükalimə ilə etibarsız qonşuların murdar sifətlərə malik olmalarından söz açmışdır. Eyni zamanda, Cəlil Məmmədquluzadə bu hiyləgər xalqın nankor nümayəndələri haqqında Usta Zeynalın dili ilə yazmışdı ki, “belə fərz elə, ermənilərin hamısı gəlib müsəlman oldu, onda cəhənnəmi Allah kimdən ötrü xəlq edib, ora kimləri göndərəcək?” Yazıçının mənsub olduğu xalqı maarifləndirmək baxımından hər hansı bir xalqın və ya ölkənin həyatından misal gətirməsi həmin xalqa rəğbətini deyil, konkret faktdan ədəbi priyom kimi istifadə etməklə ikili standartlara diqqət yetirmək və ayıq-sayıq olmağa çağırmaq, nəticə etibarilə irəliyə doğru inkişafa xidmət etməkdən ibarətdir. Cəlil Məmmədquluzadənin möhkəm qənaətinə görə xalqının mövcud əsarətdən xilas olmasının yeganə yolu isə müstəmləkə rejiminin rişəsini kökündən kəsməkdir: «Sən gərək məsələni rişədən başlayasan. Əgər rişə bərk və möhkəm olsa, ağac möhkəm duracaq və qanad-budağını doğrasan da, yenə axırda onlar dübarə pöhrələnib təzələnəcəklər… Əgər rişəni baltalayıb, ona zərər yetirə bilsək, qol-qanad onsuz da öz-özünə quruyub məhv olacaq».

Müqəddəs Vətəninə və xalqına üz tutaraq «Sizi deyib gəlmişəm» andı ilə böyük mübarizə yoluna çıxan Cəlil Məmmədquluzadənin proqramı da özünün bəyan etdiyi kimi «Vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət»dən başqa heç nə deyildi. Böyük demokrat Cəlil Məmmədquluzadə şəxsi həyatı, dönməz məsləki və ölməz əsərləri ilə bütün ömrü boyu həmin müqəddəs ideallara şərəflə xidmət etmişdir. Bu gün Cəlil Məmmədquluzadəni bilərəkdən, ya bilməyərəkdən aşağılamaq, ona ləkə yaxmaq yazıçının günahı deyildir… Çarə yenə də Cəlil Məmmədquluzadənin ibrətamiz əsərlərini və «Molla Nəsrəddin» jurnalını daha dərindən, düşünə-düşünə oxumaqdan ibarətdir.Onu da qeyd etməyi lazım bilirəm ki, sovet hakimiyyəti illərində Cəlil Məmmədquluzadənin ermənilərə münasibətindən narazı qalan Ermənistan tərəfi SSRİ və Azərbaycan rəhbərliyinə şikayət məktubları göndərərək, erməni xalqını təhqir etdiyi üçün “Usta Zeynal” hekayəsinin çapının qadağan olunmasını tələb etmişdir. Hətta rəsmi Moskva bu məsələ barəsində Azərbaycan rəhbərliyinə təlimatı məktub da göndərmişdir.

Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin öz sağlığında çap olunmasının səbəbləri vardır. Tədqiqatçılar yaxşı bilirlər ki, Cəlil Məmmədquluzadə 1903-cü ildə İrəvanda işləyərkən “Danabaş kəndinin əhvalatları” povestini çap etdirmək istəmiş, lakin senzor buna icazə verməmişdir. Çap hökumətinin təyin etdiyi kəndxudanın, məhkəmə sisteminin əsərdə tənqid olunması dövrün senzorunu razı salmamışdır. Əsər isə əlyazma halında yayılaraq rəğbətlə qarşılanmışdır. Cəlil Məmmədquluzadə «Xatiratım» memuarında yazmışdı ki, “Məmmədhəsən əminin hekayəsi» (yəni “Danabaş kəndinin əhvalatları” povesti – İ.H.) onun yoldaşları arasında danışığa düşmüşdü. Yazıldığı vaxtdan uzun illər keçəndən sonra ədib 1921-ci ildə bir çox əsərləri ilə birlikdə “Danabaş kəndinin əhvalatları”nı da kitab halında nəşr etdirmək üçün yenidən Xalq Maarif Komissarlığının nəşriyyatına təqdim etmişdir. Lakin həmin vaxt da sovet dövlətinin Azərbaycandakı rəsmiləri Cəlil Məmmədquluzadəyə soyuq münasibət bəslədikləri üçün bu əlyazmanı it-bata salıb, çapına mane olmuşdular. Çox güman ki, bu məqamda Təbrizdən Bakıya dəvət olunarkən Cəlil Məmmədquluzadəyə Maarif Komissarı vəzifəsinin vəd edilməsi də müəyyən rol oynamışdır. Ehtimal ki, Maarif Komissarlığının nəşriyyatı bu nazirliyə rəhbərlik etmək üçün dəvət olunmuş Cəlil Məmmədquluzadənin əlyazmalarını «itirməklə» mövcud rəhbərliyə «sədaqətini» ifadə etmişdir. Sonralar Cəlil Məmmədquluzadəyə sovet dövlətinin soyuq münasibəti daha da dərinləşdiyi üçün onun əsərləri çox az halda kitab halında çap edilmişdir. 1927-1928-ci illərdə nəşr etdirdiyi «Bəlkə də qaytardılar» hekayələr toplusundan başqa sağlığında onun sovet dövründə çap olunan ayrıca «Əsərləri» olmamışdır. Cəmi 4-5 hekayəsi («Baqqal Məşədi Rəhim» (1925), «Molla Fəzləli» (1925), «Sirkə» (1925), «Şeir bülbülləri» (1925), «Konsulun arvadı» (1926) və «Ölülər» tragikomediyası ayrı-ayrı kitabça halındaçap edilmiş, «Ölülər»in dili və üslubunda mətbəədə edilmiş yersiz «düzəlişlər» onu narazı salmışdır. Bütün bunlara görə “Əhvalatlar” povestinin əlyazması yazıçının vəfatından sonra 1936-cı ildə ilk dəfə Həbibulla Səmədzadə tərəfindən aşkara çıxarılmış və bir il sonra Cəlil Məmmədquluzadənin əsərləri ilə bir yerdə kitab halında nəşr olunmuşdur.

Gürcü yazıçısı Yekaterina Qabaşvilinin (1851-1938) «Maqdananın Lurçası» əsəri ilə Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povesti arasında bənzərlikdən bəhs edənlərin yazıçını plagiat hesab etməsi ədalətsizlikdir. Cəmi 7-8 səhifəlik həcmə malik olan bu hekayə gürcü dilində yazıldığı üçün Cəlil Məmmədquluzadə həmin dili bilmədiyinə görə bu hekayəni köçürə bilməzdi.

İkincisi, Cəlil Məmmədquluzadənin 80 səhifəlik «Əhvalatlar» povestində «eşşəyin itməkliyi» süjeti tamamilə fərqlidir. Yekaterina Qabaşvilinin hekayəsində yoldan tapılmış yaralı uzunqulağın sağaldılması, ondan istifadə edilməsi və nəhayət, sahibi kömürçünün yolda onu tanımasından sonra məhkəmənin qərarı ilə eşşəyin ona qulluq göstərən Maqdanada qalması hadisəsindən bəhs olunur. «Danabaş kəndinin əhvalatları»nda isə məlum olduğu kimi eşşəyin itməsi də, tapılması və alınması da tamam fərqlidir. Cəlil Məmmədquluzadədə «Eşşəyin itməkliyi»ndən dövrün ictimai ziddiyyətlərini göstərmək üçün, Yekaterina Qabaşvilidə isə insani münasibətləri izah etməkdən ötrü istifadə olunmuşdur. Axtarsaq, dünya ədəbiyyatında ev heyvanını (eşşəyini, atını, itini, inəyini) itirmiş onlarla başqa əsərlər də tapmaq mümkündür. «İtirilmə» və ya «tapılma» süjetlərindəki zahiri  oxşarlığa əsaslanaraq bu əsərləri «plagiat» hesab etmək heç cür doğru hesab edilə bilməz. İtirilmə də, tapılma da yazıçı üçün dövrə, insanlara münasibətləri göstərmək üçün yaxşı mənada bəhanədir. Hər yazıçı fərqli mühiti və taleləri təsvir etmiş, tamam başqa mətləbləri izləmişdir. Göründüyü kimi, Yekaterina Qabaşvili və Cəlil Məmmədquluzadə öz əsərlərində bir-birinə bənzəməyən ictimai-mənəvi mühitdən söz açmışlar. Bundan başqa, Cəlil Məmmədquluzadədə Məhəmmədhəsən əmi uzunqulağın sahibi, Yekaterina Qabaşvilidə isə xanım Maqdana eşşəyi yoldan tapan adamdır. Obraz baxımından isə Məmmədhəsən əmi surəti daha çoxplanlı hadisələrin fonunda təsvir edilən ümumiləşdirilmiş kəndli obrazıdır. Maqdana isə kiçik ticarətlə – süd-qatıq satmaqla məşğul olankəndlilərdən biridir. «Danabaş kəndinin əhvalatları»ndakı eşşəyi oğurlamış kəndxuda Xudayar bəylə «Maqdananın Lurcası» hekayəsindəki eşşəyin sahibi olan kömürçü obrazları da müqayisə edilməyəcək dərəcə fərqli obrazlardır.

«Maqdananın Lurcası»ndakı kömürçü ilə xırda alverçi Maqdana təxminən eyni taleyə malikdirlər. «Danabaş kəndinin əhvalatları»ndakı Xudayar bəy yalnız eşşək əhvalatı ilə əlaqədar olmayıb, kənddəki bütün ictimai ziddiyyətlərin mərkəzində dayanan mərkəzi simadır. Əsərdəki Xudayar bəy-Zeynəb-Vəliqulu-Ziba xətti, yaxud «sigə» əhvalatları «Maqdanın Lurcası» hekayəsində heç bir izi-tozu olmayan süjetlərdir. Beləliklə, Cəlil Məmmədquluzadənin və Yekaterina Qabaşvilinin əsərləri zahiri oxşarlıqdan başqa daha heç bir əlaməti ilə bir-birinə bənzəməyən fərqli əsərlərdir. Cəlil Məmmədquluzadə özü də vaxtilə «Əhvalatlar» povestində doğru olaraq yazmışdı ki, «hər kənddə, hər şəhərdə gün olmaz ki, eşşək itməsin. Amma xeyr, Məhəmmədhəsən əminin eşşəyinin özgə eşşəklərin itməkliyinə bir tük qədər də oxşarı yoxdur… Vallah, billah, Məhəmmədhəsən əminin eşşəyinin itməkliyi bir qəribə əhvalatdı ki, nağıl edim».

Cəlil Məmmədquluzadə «Danabaş kəndinin əhvalatları»nın süjetini hər hansı bir yazıçının əsərindən deyil, real həyatdan almışdır. Yazıçı bunu «Xatiratım» memuarında aşağıdakı kimi bəyan etmişdir: «Miladın min səkkiz yüz doxsanıncı illərində Nehrəm kəndində müəllim olduğum vaxt kəndlərimizdə qəribə hallar görərdim və gördüklərimi yazıya götürərdim. «Danabaş kəndi əhvalatı» sərlövhədə Məhəmmədhəsən əminin eşşəyinin itməyini birinci dəfə hekayə surətində yazdım».

Cəlil Məmmədquluzadənin kəşfi olan «Danabaş kəndi» ifadəsi geniş mənada ümumiyyətlə Azərbaycan kəndində feodal-patriarxal münasibətlərinin yaratdığı ictimai-mədəni geriliyin ümumiləşdirilmiş təyinatıdır. Yekaterina Qabaşvelinin təsvir etdiyi Misiri kəndi isə «bərəkətsiz, quraq ərazidə yerləşdiyi» üçün əhalisi kasıb yaşayan sadəcə yaşayış məntəqəsidir.

Böyük ədib əsərlərində mövzusunu başqa müəlliflərdən aldığı məqamlarda bunu etiraf etməyi həmişə özünə borc bilmişdir. Onun müxtəlif vaxtlarda Sokratdan, Nikolay Qoqoldan, Con Stüart Mildən bəhrələnməsi haqqındakı etirafları bunun sübutudur. Cəlil Məmmədquluzadənin Yekaterina Qabaşviliadında yazıçını heç vaxt tanıdığını qeyd etməmişdir. Cəlil Məmmədquluzadənin bütün yaradıcılığı boyu hər hansı bir süjeti və ya obrazı kimdənsə köçürməsindən danışmaq gülüncdür. Böyük və parlaq istedadı Cəlil Məmmədquluzadəyə istənilən mövzuda tam orijinal əsərlər yazmaq üçün bəs etmişdir.

Cəlil Məmmədquluzadəni plagiatlıqda ittiham edənlər bilməlidirlər ki, Mirzə Cəlilin süjetləri və obrazları, dili və üslubu o qədər orijinal, bənzərsiz bir sistemə malikdir ki, onun əsərlərinə heç nəyi calaq etmək mümkün deyildir. Yazıçının böyüklü-kiçikli bütün əsərləri onun öz fərdi üslubunda və bənzərsiz təhkiyəsi ilə yazılmışdır. Cəlil Məmmədquluzadənin yaradıcılığında yamaq kimi görünən nəinki bir əsər, heç bir abzas və ya bir cümlə də yoxdur. Böyük istedad sahibi olan Cəlil Məmmədquluzadənin əsərləri süjet-mövzu, dil-üslub, obrazlar sistemi baxımından tam orijinaldır. Qeyri-adi istedad sahibi olan Mirzə Cəlil Məmmədquluzadənin kimdənsə ehtiyacı olmamışdır.

Hazırda Cəlil Məmmədquluzadə ətrafında süni şəkildə kampaniya aparanlar böyük yazıçını, onun timsalında xalqımızın ədəbi keçmişini, görkəmli ədəbi şəxsiyyətlərimizi aşağılamağa hesablanmış xoşagəlməz bir aksiyanı həyata keçirirlər. Bu, demokratiya pərdəsi altında tariximizə, ədəbiyyatımıza, klassik yazıçılarımıza qarşı ünvanlanmış təhqirdən başqa bir şey deyildir. Cəlil Məmmədquluzadəni Novruzəlini aşağılamaqda ittiham edənlər xalqımızın görkəmli bir ədəbi simasını haqsız yerə təhqir edirlər. Belə çıxır ki, böyük bir sənətkarı təhqir etmək, aşağılamaq xalqa aid olmayan məsələdir. Halbuki xalqı təmsil edən yazıçı da, onun sıravi nümayəndəsi olan Novruzəli də bizim üçün eyni dərəcədə qiymətli və əhəmiyyətlidir. Cavan ədəbi nəsil istedadlarını keçmişimizi və şəxsiyyətlərimizi söyməkdə yox, heç olmasa Mirzə Cəlilin bir hekayəsinə bərabər əsər yazmaqda göstərərsə, daha faydalı olar. Çox təəssüf edirəm... 

Qeyd etməyi lazım bilirəm ki, media müzakirələrində Cəlil Məmmədquluzadə-Həmidə xanım münasibətləri də yanlış mövqedən işıqlandırılır: Güya Cəlil Məmmədquluzadə varlı təbəqəyə malik olan Əhməd bəy Cavanşirin qızı Həmidə xanımla ona görə evlənib ki, onun iqtisadi imkanlarından "Molla Nəsrəddin» jurnalının nəşri üçün istifadə etsin. Hətta heç bir mənbə göstərmədən Mirzə Cəlilin Əhməd bəy Cavanşirin qızılları hesabına «Molla Nəsrəddin»i çapetdirdiyini də yazırlar. Reallıq isə heç də belə olmamışdır. Mirzə Cəlil-Həmidə

xanım münasibətləri dərin ictimai-mənəvi dəyərlər üzərində qurulmuşdur. Həmidə xanım Cəlil Məmmədquluzadənin əqidə və məslək dostu, sadiq və vəfalı ömür-gün yoldaşı olmuşdur. O, Azərbaycanın görkəmli maarifçi qadın ziyalılarından biridir. Həmidə xanımın Mirzə Cəlil Məmmədquluzadə haqqında yazdığı “Xatirələr” Azərbaycan ədəbiyyatına böyük xidmətdir. Lakin onlar ailə qurduğu illərdə Həmidə xanımın “Molla Nəsrəddin”in nəşrinə maddi kömək etmək üçün heç bir imkanı olmamışdır. Bunu əyani şəkildə Həmidə xanım Məmmədquluzadə 11 noyabr 1936-cı il tarixli məktubunda aşağıdakı kimi etiraf etmişdir: «Özümə borc bilirəm qeyd edəm ki, ailə qurduğumuz vaxt mənim maddi imkanım heç də yaxşı deyildi… 1907-ci ildə bizim bölgədə qorxulu çəyirtkə məhsulları məhv etmişdi. Aclıq idi, tif xəstəliyi yayılmışdı. Erməni-türk davası da Qarabağa kasıblıq gətirmişdi. … O zaman Mirzə Cəlilin jurnal işləri çox yaxşı gedirdi. Bundan başqa, onun himayəsində böyük bir ailə var idi. Mən və mənim birinci nigahdan olan iki uşağım mənim yox, Mirzə Cəlilin maddi vəsaiti hesabına yaşayırdıq. Yuxarıda qeyd etdiyim kimi, həmin dövrdə mənim heç bir gəlirim yox idi». Belə olduğu halda Həmidə xanımın rolunu süni şəkildə şişirtmək, onu Mirzə Cəlillə qarşı-qarşıya qoymaq və hətta mətndə ona yaraşmayan sözlər işlətmək obyektivlikdən uzaq olan və etik normalara sığmayan təzahürlərdir. Artıq bir aya yaxındır ki, Cəlil Məmmədquluzadəyə qarşı qarayaxma kampaniyası davam edir. Bir qrup əhli-qələmin böyük yazıçını alçaltmaq ehtirası sönmək bilmir. Çox təəssüf ki, ziyalı mühitimiz bu xoşagəlməz, zərərli hala seyrçi münasibət bəsləyir. “Dayanın!” demək istəyən belə görünmür. Əslində isə nəinki dayanmaq, dərindən düşünmək, Cəlil Məmmədquluzadələri, Cəfər Cabbarlıları, Nəriman Nərimanovları, Səməd Vurğunları söyməklə, aşağılamaqla nə qazandığımızın, nələri itirdiyimizin, bu yolun bizi hara apardığının fərqində olmaq vaxtıdır!

Cəlil Məmmədquluzadə bütün zamanlar üçün müasir olan əsərləri ilə daim xalqımızın və milli-mənəvi dəyərlərimizin keşiyində dayanan, daha böyük gələcəyə doğru inkişafımıza bələdçilik edən, əbədiyyət qazanmış qüdrətli sənətkardır.Cəlil Məmmədquluzadə kimi böyük sənətkarlardan imtina etmək keçmişimizin mühüm bir dövrünü boş qoymaq, bü gün reallaşdığımız problemlərin fərqində olmamaq, gələcəyə gözübağlı getmək deməkdir. Cəlil Məmmədquluzadəyə yenidən qayıtmaq ədəbi-tarixi köklərimizi, ictimai-mənəvi təməllərimizi daha da möhkəmləndirmək və milli-mənəvi dərketmə proseslərini dərinləşdirmək, dostu və düşməni yaxından görmək və irəliyə doğru ayıq-sayıq getmək kimi mühüm mətləbləri ifadə edir. Cəlil Məmmədquluzadənin bədii irsinə, böyük sənət ideallarına yenidən qayıtmaq geniş mənada dünyanı və ölkəni daha dərindən başa düşmək, milli taleyimizi dərk etmək, xalqımızı irəli aparmaq yollarına işıq salmaq deməkdir.

İsa HƏBİBBƏYLİ

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun direktoru, akademik

 

Nəşr olunub MƏDƏNİYYƏT

Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi istiqamətində gərgin, ardıcıl və səmərəli fəaliyyətin uğurlu nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası illərdir, sürətli sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. İnkişaf və yeniləşmə istiqamətində həyata keçirilən tədbirlər, vətənpərvərliklə aparılan quruculuq işləri, güclü nizam-intizam, idarəetmə sahəsində mövcud olan zəngin təcrübə 95 illiyini qeyd edən muxtar respublikada tarixi irəliləyişlərin əldə olunmasına yol açıb.

Xarici iqtisadi əlaqələrin coğrafiyası daha da genişlənib

Çoxşaxəli sosial-iqtisadi inkişafın nəticəsidir ki, Naxçıvanda xarici iqtisadi əlaqələrin coğrafiyası daha da genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib. Təsadüfi deyil ki, xarici ticarət tərəfdaşlarının da sayı hər gün artmaqdadır. Bu mənada, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün geniş imkanlar var. Araz Azad Ticarət və Sənaye Zonası qarşılıqlı əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır.

Martın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nərimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri muxtar respublikanın iş adamlarının Araz Azad Ticarət və Sənaye Zonası ilə əlaqələrinə diqqəti çəkib, muxtar respublika ilə sərhəddə iki azad ticarət və sənaye zonasının, eləcə də gömrük-keçid məntəqələrinin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını bildirib. Ali Məclisin Sədri deyib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən səfərlər, iqtisadi, mədəni, təhsil və energetika sahələrindəki əlaqələr, hər iki tərəfdən dövlət qurumlarının qarşılıqlı fəaliyyəti və Araz çayından səmərəli istifadə uğurlu əməkdaşlığın nəticəsidir.

15 illik tarixi olan Kəngərli rayonunun bütün yaşayış məntəqələri abadlaşdırılıb

Ötən ay muxtariyyət tariximizin müstəqillik dövrünün böyük quruculuq salnamələrindən olan Kəngərli rayonunun yaranmasının 15 ili tamam oldu. Davamlı dövlət qayğısı və hər bir sakininin əməyi nəticəsində bu müddətdə rayonda əhəmiyyətli nailiyyətlər əldə olunub, inkişaf təmin edilib. Ötən dövrdə rayonun əsas inkişaf göstəricilərindən biri əhalinin sayının 7 min nəfərə yaxın artaraq 32 minə çatmasıdır. Bundan başqa, rayonda sənaye məhsulu 16, kənd təsərrüfatı məhsulu 7, investisiya qoyuluşu 50, rabitə xidmətlərinin həcmi 7 dəfə, əkin sahəsi isə 54 faiz artıb.

Bir vaxt boş çöllərdən ibarət olan bu ərazilər indi şəhər görkəminə qovuşub. Ötən dövrdə Kəngərli rayonunun bütün kəndləri və Qıvraq qəsəbəsi kompleks abadlaşıb, inzibati binalar tikilib, yeni yollar, körpülər salınıb, 2 meqavatlıq Günəş Elektrik Stansiyası qurulub, dünya əhəmiyyətli memarlıq nümunəsi olan Qarabağlar Türbə Kompleksinə ikinci həyat verilib.

Son illərin quruculuq ünvanları olan müasir sənaye kompleksi və sement zavodu da ölkəmizin mühüm sənaye obyektləri sırasındadır. Həm sənaye müəssisələrində, həm də rayonda qurulan onlarla kiçik istehsal və xidmət sahələrində yüzlərlə iş yeri açılıb. Müasir Kəngərli Azərbaycan dövlətinin bir rayonun timsalında iqtisadi gücünün və sosial dayanıqlığının, insan amilinə hərtərəfli qayğısının göstəricisidir. Qıvraq qəsəbəsində tikilən 7 mərtəbədən və 48 mənzildən ibarət yaşayış binası da insan amilinə, əhalinin firavan yaşamasına verilən dəyərin ifadəsidir.

Martın 7-də Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunub, Qıvraq qəsəbəsində yeni yaşayış binasının açılışı olub.

Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri deyib: “Rayonun yaradılması və inkişaf etdirilməsi üçün uzun illər tələb olunur. Lakin yaranmasından qısa müddət keçməsinə baxmayaraq Kəngərli rayonu tam formalaşmış və inkişaf etmişdir. Rayonun yaranmasının 15-ci ildönümündə 48 mənzilli yeni yaşayış binasının istifadəyə verilməsi mühüm nailiyyətdir və rayonun yubileyinə layiqli töhfədir...”

Ali Məclisin Sədri rayonun inkişafında əməyi olan bütün sakinlərə təşəkkür edib və əminliyini bildirib ki, Kəngərli rayonu bundan sonrakı yubileylərini də yüksək inkişaf göstəriciləri ilə qeyd edəcəkdir.

Şəhid ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır

Muxtar respublikada sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu günədək şəhid ailələrinə və müvafiq kateqoriyadan olan şəxslərə 217 mənzil və fərdi yaşayış evləri, 462 nəfərə isə minik avtomobilləri təqdim edilib. Martın 7-də Qıvraq qəsəbəsindəki yeni yaşayış binasında hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş bir nəfərə üçotaqlı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxsə isə ikiotaqlı mənzilin təqdim olunması da bu sahədə görülən işlərin davamıdır. Həmin gün Kəngərli rayon dini icmasına xidməti avtomobil də verilib.

Bu gün dünyada nümunəvi model kimi qəbul olunan “ASAN xidmət”in ölkəmizdə tətbiqi əhalinin rahatlığına xidmət edir. Muxtar respublikada əhaliyə göstərilən səyyar xidmət də “ASAN xidmət”in bir forması kimi sakinlər tərəfindən böyük razılıqla qarşılanır. Artıq muxtar respublikada Daxili İşlər Nazirliyində, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində səyyar xidmətlər fəaliyyət göstərir. Həmçinin əhaliyə internet üzərindən onlayn xidmət edilir. Bütün bunlar isə imkan verir ki, sakinlər vaxt itkisinə yol verməsin. Muxtar respublikada sığorta sahəsində də səyyar xidmətin yaradılmasına ehtiyac vardı. Bu baxımdan Dövlət Sığorta Agentliyinə 2 ədəd səyyar xidməti avtomobilin təqdim edilməsi, Kəngərli Rayon Dövlət Sığorta Agentliyinin yeni binasında müasir iş şəraitinin yaradılması bu sahədə fəaliyyətin hərtərəfli təşkili üçün görülən işlərin davamıdır.

Martın 7-də Ali Məclisin Sədri Kəngərli Rayon Dövlət Sığorta Agentliyinin yeni binasında yaradılan şəraitlə tanış olub, Dövlət Sığorta Agentliyinə 2 ədəd səyyar xidməti avtomobil təqdim edilib.

Şərur müasir görkəmə qovuşub

Muxtar respublikada aparılan quruculuq işləri Şərur şəhərini müasir görkəmə qovuşdurub. Şəhərdə yeni inzibati binaların, sosial obyektlərin, eləcə də yaşayış binalarının istifadəyə verilməsi, müasir içməli su və kanalizasiya sistemlərinin qurulması əhalinin rahat yaşayışına xidmət edir. Quruculuq tədbirləri 2019-cu ildə də davam etdiriləcək. Şərur şəhərinin avtomobil yolları yenidən qurulacaq, rayon Mədəniyyət Sarayı üçün yeni bina və müasir yaşayış kompleksi inşa olunacaqdır.

Martın 7-də Ali Məclisin Sədri Şərur şəhər avtomobil yollarının yenidən qurulması, Mədəniyyət Sarayının və yaşayış kompleksinin layihələrinə baxıb.

Qədim diyarımızın kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi ilə yanaşı, həm də müasir içməli su sistemləri qurulur, sakinlər 24 saat davamlı və keyfiyyətli su ilə təmin olunurlar. Bu sahədə görülən tədbirlərin tərkib hissəsi olaraq Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində də yeni içməli su sistemləri qurulacaq, rayonda sutəmizləyici qurğular kompleksi inşa olunacaqdır.

Martın 7-də Ali Məclisin Sədri həmin yaşayış məntəqələrində həyata keçiriləcək içməli su təchizatı sisteminin layihəsinə baxıb.

Qadınların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir

Bu gün muxtar respublika əhalisinin 52 faizə yaxını qadınlardır. Hazırda muxtar respublika qadınları dövlət quruculuğunda, təhsil, səhiyyə, mədəniyyət və sahibkarlıq sahələrində, hüquq-mühafizə orqanlarında, eləcə də ailə dəyərlərinin qorunmasında uğurla fəaliyyət göstərirlər. Sevindirici haldır ki, ali məktəblərə qəbul olan gənclərin 60 faizdən çoxunu qızlar, təlim-tərbiyə sahəsində çalışanların isə 70 faizdən çoxunu qadınlar təşkil edir. Qadınların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir.

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub.

Ali Məclisin Sədri təltif olunan qadınları, eyni zamanda onların timsalında bütün muxtar respublika qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, “Dövlət qulluğunda fərqlənməyə görə”, 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” və “Tərəqqi” medallarının, “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adının döş nişanlarını və vəsiqələrini, eləcə də hədiyyələri təqdim edib.

Yeni hərbi hissələr istifadəyə verilir, müalicə turizmi inkişaf etdirilir

Yüksək döyüş qabiliyyətinə malik olan Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yeni hərbi hissələr istifadəyə verilir, şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması diqqətdə saxlanılır. Bu sahədə görülən işlərin davamı olaraq martın 9-da Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib.

Ali Məclisin Sədri təlim mərkəzində yaradılan şəraitlə tanış olub, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib, xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.

Naxçıvanda müalicə turizminin inkişafına da geniş diqqət yetirilir. Bu sahədəki imkanlardan səmərəli istifadə olunur, yeni müalicə mərkəzləri fəaliyyətə başlayır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır.

Martın 9-da Ali Məclisin Sədri tikinti aparılacaq əraziyə gəlib, kompleksin layihəsinə baxıb, tikinti işlərinə başlanılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

292 kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib

Muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyaların tətbiq edilməsi, dünyanın aparıcı ölkələrində istehsal olunan kənd ­təsərrüfatı texnikalarının istifadə olunması bu sahədə yeni-yeni nailiyyətlərin əldə edilməsinə yol açıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2019-cu ildə tələbata uyğun olaraq 292 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Bu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması və Tədbirlər Planının təsdiq edilməsi də bu sahənin inkişafına səbəb olub. Hazırda Naxçıvanda 525 böyük ailə təsərrüfatı mövcuddur.

Martın 14-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar keçirilən səyyar müşavirədə də bu məsələlər qeyd olunub.

Ali Məclisin Sədri aid dövlət təşkilatları tərəfindən qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetiriləcəyinə və ailə təsərrüfatlarının formalaşmasında ciddi dönüşə nail olunacağına əminliyini bildirib, bu işdə hər kəsə uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb, aqrar sahədə ailə təsərrüfatlarının formalaşdırılması, onların tələbatına və sifarişlərinə uyğun texnikaların alınıb gətirilməsi, kənd təsərrüfatının inkişafında texnoloji yeniliklərin tətbiqi və səmərəli metodlardan istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verib.

Yeni mənzillər təqdim olunub

Bu gün sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçıları və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlıq imkanları məhdudlaşmış şəxslər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Görülən işlərin davamı olaraq martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub.

Naxçıvanın muxtariyyət qazanmasının 95 illiyində keçirilən Novruz bayramı möhtəşəm el şənliyinə çevrildi

Hər il Naxçıvan Muxtar Respublikasında Novruz bayramının quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunması ulu öndərimiz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir.

Martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib.

Ali Məclisin Sədri ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib, Novruz bayramı və ilin axır çərşənbəsi olan Od çərşənbəsi münasibətilə muxtar respublika əhalisini, şəhid ailələrini, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrinin şəxsi heyətlərini təbrik edib, onlara xoş bayram ovqatı arzulayıb.

Ali Məclisin Sədri deyib: “Builki Novruz bayramını Naxçıvanın muxtariyyət qazanmasının 95 illiyi və muxtar respublikada elan olunmuş “Ailə təsərrüfatları ili”ndə qeyd edirik. Əminik ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət və bu yolun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi ölkəmizi və onun Naxçıvan Muxtar Respublikasını daha böyük tərəqqiyə qovuşduracaq, dövlət müstəqilliyimiz və sabitlik daha da möhkəmlənəcəkdir”.

Builki Novruz bayramında da musiqi kollektivlərinin və xalq sənətkarlarının iştirakı, Novruz adətlərimizin və milli dəyərlərimizin nümayişi böyük marağa səbəb olub.

Dini-mənəvi dəyərlər yaşadılır, yeni-yeni obyektlər inşa olunur

Qədim diyarımızda dini-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir. Dini dəyərlərin mahiyyətinə uyğun təbliğ olunmasına, dini-tarixi abidələrin bərpası və yeni məscidlərin tikilməsinə mühüm əhəmiyyət verilir. Hazırda Naxçıvan şəhərində inşası davam etdirilən yeni məscid də mənəvi dəyərlərimizin yaşadılacağı məkan kimi diqqəti cəlb edir.

Martın 21-də Ali Məclisin Sədri məscidin tikintisi ilə maraqlanıb, tikinti işlərinin keyfiyyətinə diqqətin artırılması, yerli iqlim xüsusiyyətlərinin nəzərə alınması, məscidin fasadına və daxilinə İslam dəyərlərinə və milli memarlıq üslubuna uyğun tərtibat verilməsi barədə tapşırıqlar verib.

Əhalinin rahatlığının təmin olunmasında və turizm infrastrukturunun inkişafında vacib məsələlərdən biri də muxtar respublikada turistlərin tələbatına uyğun xidmət sahələrinin yaradılmasıdır. Naxçıvan şəhərində “Saat Meydanı” Kompleksi inşa olunması da bu məqsədə xidmət edir.

Martın 21-də Ali Məclisin Sədri kompleksdə olub, görülən işlərlə maraqlanıb, gənclərin və turistlərin maraqlarının nəzərə alınması, xidmət sahələrində kitab mütaliəsi üçün şəraitin yaradılması və yerli ərzaq məhsullarının satışının təşkil olunması barədə tapşırıqlar verib.

Bu gün muxtar respublikada sakinlərin təhlükəsiz və rahat yaşayışı diqqətdə saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər görülür. Uzun illərdir, fəaliyyət göstərən və istismar müddətini başa vuran Naxçıvan Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının yenidən qurulması da insanların təhlükəsizliyinin təmin olunmasına hesablanmaqla yanaşı, həm də fövqəladə halların qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Martın 27-də hər iki obyekt yenidənqurmadan sonra istifadəyə verilib.

Ali Məclisin Sədri təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması, ərazidə yaşıllıqların salınması və muxtar respublikanın rayonlarında da qazdoldurma məntəqələrinin qurulması barədə tapşırıqlar verib.

Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə keçirilib

1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş sоyqırımı bəşəriyyət tarixində ən qanlı cinayətdir. Həmin dövrdə Naxçıvanda da ermənilər tərəfindən qırğınlar törədilib, yaşayış məntəqələri dağıdılıb. Buna baxmayaraq, naxçıvanlılar düşmən qarşısında mərdliklə dayanıb, mübarizə aparıb, düşməni darmadağın ediblər. Soyqırımı qurbanlarının xatirəsi bu gün də əziz tutulur, yad edilir.

Martın 30-da muxtar respublikada soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə keçirilib.

Ali Məclisin Sədri soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmədə iştirak edib, yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Prezident İlham Əliyevin müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyası Naxçıvanda uğurla reallaşdırılır.

Bu gün Naxçıvan keçmişə hörmətlə, bu günümüzə diqqətlə, gələcəyə inamla sürətlə inkişaf edir, daha böyük uğurlara doğru irəliləyir. İnkişafın mərkəzində isə insan amili dayanır. Muxtar respublikanın inkişafı ölkə başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanır. Həyata keçirilən bu strategiya muxtar respublikada ayrı-ayrı sosial qrupların həyat şəraitinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə diqqətin daha da artmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilib. Bunun nəticəsidir ki, bu gün qədim diyarda sosial proqramlar uğurla davam etdirilir, əhalinin rifah halı gündən-günə daha da yaxşılaşır. Ötən 24 ildə qədim diyarın yaradılan və yazılan tarixi də məhz belə işıqlı ideyaya söykənib, Naxçıvandakı sabitlik, əmin-amanlıq, birlik, həmrəylik, nizam-intizam və davamlı inkişaf nümunəyə çevrilib. Bu baxımdan ötən ay da muxtar respublikanın inkişaf tarixinə yeni-yeni töhfələr bəxş edib.

Nəşr olunub CƏMİYYƏT

“Makronun bu addımı Azərbaycan-Fransa münasibətlərinə də ciddi zərər gətirəcək”

img

Erməniləri özünün “kiçik bacısı” hesab edən Fransanın “erməni soyqırımı”nın tanıdılması istiqamətində həyata keçirdiyi zərərli proseslər bu ölkənin təqviminə 24 aprelin “erməni soyqırımı qurbanlarının” xatirə günü kimi daxil edilməsilə nəticələnib. 

Belə ki, Fransa Prezidenti Emmanuel Makron 24 apreli “erməni soyqırımı qurbanlarının” xatirə günü elan edib. Onun bu qərarı Fransanın rəsmi qəzetində dərc edilib. Qeyd edək ki, o, bununla da prezident seçkilərindən öncə, həmçinin, bu ilin fevralında Fransa Erməni Təşkilatları Şurasının tədbirində verdiyi sözü tutub. Fransa Prezidentinin qəbul etdiyi bu zərərli qərarı Azərbaycana, eləcə də Türk dünyasına atılan bir daş hesab etmək olar.

Fransada 24 aprelin “erməni soyqırımı qurbanlarının” xatirə günü elan edilməsinin Azərbaycan-Fransa münasibətlərinin pisləşməsinə gətirib çıxaracağı şübhə doğurmur. Bundan başqa, Azərbaycan və Fransa arasında bir sıra sahələrdə, o cümlədən də iqtisadi, ticarət sahəsində əməkdaşlıq əlaqələri mövcuddur, “Total” başda olmaqla ölkəmizdə Fransanın bir neçə iri şirkəti fəaliyyət göstərir.

Fransanın bu zərərli addımından sonra Fransa-Azərbaycan əlaqələri hansı şəkildə olacaq, eyni zamanda, bu, Azərbaycan hökumətinin Fransa şirkətlərinin fəaliyyəti məsələsinə yenidən baxmasına səbəb olacaqmı?

  • Qabil Hüseynli: “Sabah Türkiyə Böyük Millət Məclisi fransızların əlcəzairlilərə qarşı törətdiyi soyqırımla bağlı bir müddəa qəbul etsə, buna təəccüblənmək lazım deyil”

Tanınmış politoloq Qabil Hüseynli məsələni “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, Makronun bu zərərli qərarı nəinki Azərbaycan-Fransa, hətta Türkiyə-Fransa münasibətlərinə də mənfi təsir edəcək.

“Makronun verdiyi qərar çox təhlükəli bir addımdır. Fransızlar qondarma erməni soyqırımı ilə bağlı illərdir həm çox zərərli, həm də təhlükəli addımlar atmaqda davam edirlər. Əvvəllər “soyqırımı” tanıdılar, sonra “soyqırımı” ölkə ərazisində tanımaq istəməyənlərə qarşı qanunvericilikdə cinayət tərkibi yaradan maddələr tətbiq etdilər. Sonra isə Ana Yasa Məhkəməsi bu maddələri aradan qaldırdı, rədd etdi. İndi isə 24 apreli “erməni soyqırımı qurbanlarının” xatirə günü elan ediblər. Ümumiyyətlə, fransızlar çox millətçi və tarixə qarşı çox soyuqqanlı davranan bir xalqdır. Özlərinin tarixinə baxsanız görərsiniz ki, onun hər səhifəsi ötən əsrin 70-ci illərinə qədər qanla yazılıb. 1961-62-ci illərdə fransızlar Əlcəzairdə başlayan milli-azadlıq hərəkatını qan içində boğdular, 1,2 milyona yaxın əlcəzairlini isə, sözün həqiqi mənasında, vəhşicəsinə öldürdülər. Bu elə uzaq tarixdə baş verməyib. Bu faciənin, audio, videomaterialları, şahidləri var. Bilmirəm, bununla bağlı məhkəmə qərarı olub, yoxsa olmayıb. Ancaq bu hadisəni fransızların ərəblərə qarşı soyqırımı kimi qəbul etmək olar. Əlcəzairlilər qeyrət göstərib bu materialları toplayaraq məhkəməyə təqdim etsələr, fransızlara qarşı ciddi iddia qaldıra bilərlər. Bundan başqa, başqa digər müstəmləkə ölkələrində, xüsusən də Mərkəzi Amerika ölkələrində fransızlar hindulara qarşı soyqırımlar törədiblər. Bir sözlə, özünün tarixi başdan-başa başqa xalqlara qarşı soyqırımlar törətmək faktları ilə dolu olan bir xalq başqa bir xalqın tarixində 100 il bundan əvvəl baş verdiyi əsassız olaraq iddia edilən, sübut olunmayan bir məsələni “soyqırım” hesab edir” - deyə bildirən Q.Hüseynlinin sözlərinə görə, Fransa Prezidentinin bu qərarına qarşı Türkiyə Millət Məclisi də fransızların əlcəzairlilərə qarşı həyata keçirdiyi soyqırımı gündəmə gətirə bilər. “Tarixə baş vurmadan, tarixlə hesablaşmadan fransızların, xüsusən də Makronun bu qeyri-ciddi və səfeh addımı Fransa-Türkiyə münasibətlərinə də zərər vuracaq, münasibətlərdə gərginlik yaranacaq. Sabah Türkiyə Böyük Millət Məclisi fransızların əlcəzairlilərə qarşı törətdiyi soyqırımla bağlı bir müddəa qəbul etsə, buna təəccüblənmək lazım deyil. Çünki əlcəzairlilər bunu etmirsə və onların əvəzinə bunu Türkiyə edəcəksə, bu, Fransaya qarşı tamamilə yaxşı bir cavab olar.

Ermənilər Azərbaycan ərazilərinin 20 faizini işğal edib, Xocalıda, Qaradağlıda, Qazaxın Bağanis-Ayrım kəndində soyqırımlar törədiblər. Lakin bu soyqırımlara heç reaksiya verən yoxdur. Üstəlik, də işğal edilmiş ərazilərin həlli məsələsi ən çətin dövrünü yaşayır. Əlbəttə, Makronun bu addımı Azərbaycan-Fransa münasibətlərinə də ciddi zərər gətirəcək. Onsuz da münasibətlər qaydasında deyil. Hazırda Azərbaycanla Fransa arasında münasibətlər çox soyuqdur. Hələ ki, bu münasibətlərin düzəlməsi istiqamətində hər hansı bir perspektiv görünmür. Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinə gəlincə, deyim ki, indi hələ onlara toxunmaq imkanımız yoxdur. Azərbaycan inkişaf etməkdə olan ölkədir. “Əsrin kontraktı”nda iştirak edən fransız şirkətlərini həmin kontraktlardan çıxarmaq, demək olar ki, mümkünsüzdür. Əvvəla onlar xeyli bonus yatırıblar, texniki qazma işləri aparıblar, mühəndis, fəhlə heyəti gətiriblər və s. Ona görə də bu məsələlərdə onları ölkədən çıxarmaq üçün uzun məhkəmə prosesi tələb olunur. Ancaq Azərbaycanla Fransa arasında ticarət əlaqələri var. Bu hadisədən sonra Azərbaycanın Fransa ilə ticarət əlaqələrini ya tamam kəsmək, ya da minimuma endirmək olar. Onlar onsuz da məhsullarını Azərbaycana çox baha qiymətə satırlar. Fransa Azərbaycana hərbi sahədə əməkdaşlıq təklifi etmişdi, Azərbaycan bu təkliflərin heç birini qəbul etməyib. Yəni Azərbaycan-Fransa münasibətləri soyuq mərhələdədir”- deyə Q.Hüseynli vurğuladı.

Nəşr olunub SİYASƏT

Reytinq