Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 03 Aprel 2019
Çərşənbə, 03 Aprel 2019 20:18

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 3-də Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında sərəncam imzalayıb.

BOYUKMILLET.com-un məlumatına görə, Sərəncamda deyilir:

"Müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Aparılan islahatlar kadr hazırlığına müasir yanaşma və eyni zamanda vətəndaşın müasir cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir.

Naxçıvan Muxtar Respublikasında da son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir.

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə 3 ali, 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 98 ixtisas və 1 lisey 31 təşkilata hamiliyə verilmişdir. Bu Sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənmiş, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət etmişdir.

Daim yeniləşən və təhsilin inkişafını tələb edən informasiyalı cəmiyyət kadr hazırlığı işinin yeni müstəvidə hazırlanmasını tələb edir. Bütün bunları nəzərə alıb “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamına əlavələr etməklə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi qaydası” yeni redaksiyada təsdiq edilsin.

2. “İdeyadan başlanğıca” devizi altında hamiliyə verilən təhsil müəssisələri hami təşkilatlarla birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələr (startaplar) həyata keçirsin.

3. Hami təşkilatlar layihələrin dəyərləndirilməsini həyata keçirən ekspert qrupları və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılmasını, layihələrin (startapların) qəbulunu və təqdimatlarının keçirilməsini təmin etsin.

4. Hamiliyə verilən ali və orta ixtisas təhsili müəssisələri bu Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə müvafiq tədbirləri həyata keçirsinlər.

5. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi aid təşkilatların təklifləri əsasında layihələrə (o cümlədən startap fəaliyyətinə) nəzarət mexanizmini asanlaşdıran internet portalını yaratsın.

6. Sərəncamın icrasına nəzarət Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinə tapşırılır.

7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir."

Nəşr olunub RƏSMİ XRONİKA
Ermənistanın Azərbaycana qarşı faşist təbliğatı - Peter Tase`nin araşdırması
18 fevral 2019-cu ildə Brooklyn (Nyu-York) şəhərində yerləşən Hyperallergic onlayn qəzeti qədim Azərbaycan torpağında, Naxçıvan Muxtar Respublikasında erməni dini memarlıq və mədəniyyətini tərənnüm edən məqalə nəşr etmişdir. Bu uzun və yanıltıcı yazıların müəllifləri Sarah Pickman və Simon Mhakyan Azərbaycan xalqına qarşı şər kampaniyası, həmçinin çoxlu sayda heç bir elmi əsası olmayan təhqirlərə başlamışdır.
Pickman və Maghakyan oxuculara yalnış məlumat verməklə Naxçıvan Muxtar Respublikası və onun qədim tarixi ilə bağlı tarixi faktları məhv etməyə və ləkələməyə cəhd edirlər. Məqalə boyunca yanıltıcı sitat və həqiqətə uyğun olmayan fotoşəkillərlə hər iki yazar Azərbaycanın minillik milli mədəniyyətinin şöhrəti hesabına beynəlxalq ad və nüfuza nail olmaq niyyətindədirlər. Naxçıvan Muxtar Respublikasının zəngin irsinə hücüm edərək onu erməni örtüyü ilə örtməyə təşəbbüs göstərmək yalnış fikir formalaşdırmaq və şovinizmdir. ABŞ-da fəaliyyət göstərən erməni maraqlarını müdafiə edən qruplar tərəfindən təşkil edilən bu kompaniyanın əsas məqsədi beynəlxalq dinlərarası dialoqu, multikulturalizmi, Qafqazda sülh və firavanlığı deyil, düşmənçiliyi təşviq etməkdir.
Pickman'ın dəhşətli sözləri Ermənistanın yüksək vəzifəli rəsmilərinin aydın şəkildə təşkil etdiyi hiyləgər siyasi hücumunu və informasiya müharibəsini göstərir. Ermənistan isə 30 ildir Azərbaycanın 20 faiz torpağını işğal edən, Naxçıvan və Dağlıq Qarabağın yeddi ətraf rayonu boyunca atəşkəs rejimini pozan təcavüzkar dövlət kimi xatırlanır. Ermənistanda olna iqtisadi durğunluq, yüksək işsizlik səviyyəsi və boz iqtisadiyyat səviyyəsinin artması, həmçinin Silahlı Qüvvələrdə olan ərzaq çatışmazlığı ölkədə olan daxili problemlərin dəhşətli səviyyədə olmasını göstərir . Digital qəzetləri uydurma faktlar və fotoşəkillərlə, eləcə də çirkin erməni təbliğat maşınının saxta xəbərləri və etibarsız məlumatları ilə çirkləndirməkdəndirsə, yuxarıda qeyd olunan məsələlərin televiziyada göstərilməsi hər bir erməni vətəndaşına və regional inkişafa təsir edə bilər. 
Aydındır ki, Ermənistanın daxildəki faşist rejimi və xaricdəki zəhlətökən diasporası daimi olaraq zəhmətkeş və işğaldan əziyyət çəkmiş Azərbaycan xalqına qarşı bəyanatlar və nifrət dolu fikirlər söyləmişlər. Pickman tərəfindən şəkil və faktlarla yourucu və qeyri-peşəkar şəkildə hazırlanmış məqaləyə müraciət və cavab verməkdəndirsə qeyd etmək lazımdır ki, Naxçıvan və Culfanın qədim və müasir tarixində bu hadisələr baş verməmişdir. Hər iki müəllif Azərbyacan torpağında olan ərazilərin adlarını səhv yazmaqla ictimai fikiri dəyişməyə çalışırılar. 
Simon Maghakyan və digər erməni mənbələri təsdiq edirlər ki, Culfada olmuş qəbir daşları hələ Sovet dövründə ermənilərin özləri tərəfindən Ermənistana daşınaraq müxtəlif məkanlarda yerləşdirilmişdir. Məsələn, Yerevandakı konyak zavodunun həyətində və Ermənistan tarix müzeyində yerləşdirilib. Bu faktları erməni saytları da təsdiq edir : 

Culfa xaçkarı. Sovet dövründə Naxçıvandan aparılmışdır. Hal-hazırda Ermənistanda Metropolitan muzeyində saxlanılır. 

Yale Universitetinin fəlsəfə doktoru Pickman Azərbaycanın suveren ərazisindəki dini, mədəni, məzarüstü qəbr daşları və qədim tarixi abidələrin mövcud vəziyyətinə dair məqalə yazmaq üçün elmi bir cəhd göstərməlidir. Azərbaycanın Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Füzuli rayonları 30 ildən artıqdır ki, erməni silahlı qüvvələrinin işğalı altındadır. I Dünya Müharibəsi dövründə Amerika səfiri Morgenthaunun ləkələnmiş irsini davam etdirməkdəndirsə Azərbaycanın Dağlıq Qarabağa yaxın rayonlarda yaşayan 450 mindən çox Azərbaycan vətəndaşına təhlükə yaradan, erməni nəzarətində olan Sərsəng su anbarı barədə elmi məqalə yazmaq həqiqətən beynəlxalq ictimaiyyətin diqqətini tələb edən həssas məsələlərdəndir.

Qeyd: Peter Tasenin “Ermənilərin Azərbaycan qarşı faşist təbliğatı” başlıqlı məqaləsi ABŞ-da nəşr olunan www.eurasiahoy.com, Venezuella Respublikasının 
www.analitica.com və İspaniyanın www.diariosigloxxi.com qəzetlərində nəşr olunmuşdur. 
Peter Tasenin “Ermənilərin Azərbaycan qarşı faşist təbliğatı” başlıqlı məqaləsi həmçinin Litva Respublikasında fəaliyyət göstərən www.slaptai.lt qəzetinin baş redaktoru Gintaras Visockas adlı jurnalistin köməkliyi ilə litva dilinə tərcümə edilərək nəşr olunub.
Nəşr olunub CƏMİYYƏT
Naxçıvan Dövlət Universitetində “Aprel şəhidlərinin xatirəsinə” həsr olunmuş tədbir keçirilib

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən BOYUKMILLET.COM-a verilən məlumata görə, universitetin İncəsənət fakültəsində keçirilən tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş sərgi nümayiş olunub. Sərgidə 30-dan çox rəsm əsərinə baxış olub.Fakültənin akt zalında keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qeyd edib ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Vurğulanıb ki, son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. 
Heydər Əliyev adına hərbi liseyin Şəxsi heyətlə iş üzrə rəis müavini, polkovnik-leytenant Rəhman Vəliyev Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsini, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi sahəsində görülən işləri yüksək qiymətləndirib. 
Sonra aprel şəhidlərindən Rasim Məmmədov və Qabil Orucəliyevin anaları keçirilən tədbirlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarının ifadə ediblər. 
Sonda universitet tələbələrinin bədii qiraəti dinlənilib və şəhid Qabil Orucəliyev haqqında hazırladıqları “Sonuncu zəng” filmi nümayiş olunub.


Naxçıvan Dövlət Universitetində “Aprel şəhidlərinin xatirəsinə” həsr olunmuş tədbir keçirilib
Naxçıvan Dövlət Universitetində “Aprel şəhidlərinin xatirəsinə” həsr olunmuş tədbir keçirilib
Naxçıvan Dövlət Universitetində “Aprel şəhidlərinin xatirəsinə” həsr olunmuş tədbir keçirilib

 

 
Nəşr olunub CƏMİYYƏT

Rusiyada yüksək rütbəli məmurların həbsi dalğası tüğyan edir. Almaniyanın “Handelsblatt” qəzetinin bu həbslərlə bağlı məqaləsində deyilir ki, görünür bunun arxasında hakimiyyət uğrunda gizli mübarizə dayanır və sonda bütün bunlar prezident Putinə ziyan vura bilər.

Belə ki, ötən həftə Moskvanın Basmannıy rayon məhkəməsi eks-nazir Viktor İşayevin ev dustaqlığına göndərilməsi barədə qərar çıxarıb. İşayev Rusiya siyasətinin ağırçəkili fiqurlarından bididir, o təkcə Xabarovsk vilayətinin qubernatoru olmayıb. Eyni zamanda prezidentin Uzaq Şərq dairəsi üzrə səlahiyyətli nümayəndəsi idi. Və 2013-cü ilə qədər Uzaq Şərqin inkişafı məsələləri üzrə nazir postunu tutub.

Ötən ilə qədər isə İşayev “Rosneft”in vitse-prezidenti vəzifəsini tuturdu. Və onun həbsi də məhz “Rosneft”lə bağlıdır. İstintaq hesab edir ki, İşayev şirkət rəhbərliyini aldadıb və onun üçün daşınmaz əmlakı şişirdilmiş qiymətə icarəyə götürüb. İşayevin həbsinin arxasında Kremlin qüdrətli “boz kardinalı”, “Rosneft”in prezidenti İqor Seçinin dayandığı istisna deyil. 

Baş nazir Dmitri Medvedyevə yaxın olan İşayev ötən ilin payızında keçirilən yerli seçkilər zamanı qeyri-rəsmi olsa da Kremlin namizədinin əleyhinə çıxıb və LDPR-in namizədi Sergey Furqalı dəstəkləyib. Furqal qalib gəlib və bu, Kreml siyasi rəhbərliyi üçün siyasi sillə olub. Görünür İşayevə qarşı təhqiqat da hakimiyyətin cavab reaksiyasıdır.

Həbs edilən və daha sonra ev dustaqlığına göndərilən digər eks-nazir Mixail Abızov da Medvedyevin ətrafına daxil olub. O, dələduzluqda, mənimsəmədə ittiham edilir. Görünür Abızovun vurulması Medvedyevə qarşı yönəlib.

Qəzet yazır ki, Medvedyevin adamlarının vurulması birinci dəfə deyil. Hökumətin liberal qanadına qarşı proses hələ keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsi ilə başlamışdı. İndi isə Rusiyanın təhlükəsizlik və güc strukturları bu təzyiq dalğasını genişləndirir.

Lakin zərbə təkcə liberallara endirilmir. Qafqaz oliqarx klanlarının birinin lideri, senator Rauf Araşukov da iki ay əvvəl həbs edilib. Rusiyalı publisist Dmitri Milin hesab edir ki, güc strukturlarının mövqelərinin güclənməsi yekunda hakimiyyətin özünün zəifləməsinə gətirib çıxara bilər. Çünki elitaların bu təqiblərdən kənarda qalan hissəsi öz aralarındakı ziddiyyətləri yaddan çıxarıb təhlükəsizlik aparatına qarşı birləşəcək.

Lakin təhlükəsizlik aparatı da yekdil deyil. FTX, İstintaq Komitəsi, DİN və QRU arasında pərdəarxası çəkişmələr gedir. Qəzet yazır ki, yaxın illərdə Rusiya hakim elitasında çəkişmələr artacaq. Çünki 2024-cü ilə doğru klanlar varis məsələsində öz namizədlərinin mövqelərini gücləndirməyə çalışacaqlar.

Bu arada məmurların həbsi dalğasının davam etdiyinə dair yeni xəbərlər də gəlir. Belə ki, “Kommersant”ın xəbərinə görə DİN-in məxfi əməliyyat-axtarış Bürosunun iki polkovniki FTX əməkdaşları tərəfindən həbs edilib. Onlar xüsusi texnikanın alınması zamanı 12 milyon rubl mənimsəmədə şübhəli bilinirlər. Polkovniklər Sergey Burkov və Stepan Uvarov barəsində artıq həbs qətimkan tədbiri seçilib.

Digər məlumata görə FTX əməkdaşları prezidentin xüsusi proqramlar üzrə baş idarəsinin xüsusi obyektlər Xidmətinin hərbi hissəsində də axtarış aparır. Axtarış mütəşəkkil cinayətkar qruplaşma yaratmaq maddəsi üzrə gedir, məlumata görə cinayət işi büdcə vəsaitlərinin mənimsənilməsi ittihamı üzrə qaldırılıb. Həmin xidmət ölkə rəhbərliyi üçün yeraltı komanda mərkəzlərini-bunkerləri kurasiya edir. Həbslərin aparılacağı istisna deyil.

Nəşr olunub DÜNYA
img

Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı sahəsində vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi, istehlak bazarında məhsulların qanunsuz dövriyyəsi və haqsız rəqabətə yol verilməsi halları ilə mübarizə çərçivəsində nəzarət tədbirlərini davam etdirir.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş əməliyyat məlumatı əsasında, vergi əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Mini market”də və Gəncə prospektində yerləşən “Şərab evi mağazası”nda həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu mağazalardan külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib.

Nazirlikdən boyukmillet.com-a verilən məlumata görə, müəyyən edilib ki, Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsində yerləşən fərdi yaşayış evlərindən birində vətəndaş Əliyev Şahin Hacı oğlunun rəhbərliyi altında spirt məhsulları kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurulur. Məhkəmə qərarı əsasında fərdi yaşayış evində aparılmış axtarış zamanı Rusiya və yerli istehsal adlı 1059 ədəd saxta aksiz markası, 286 ədəd hazır alkoqollu içki, 52 qutu boş şüşə, 15 qutu qapaq, 5 qutu tıxac, 1 qutu və 2 bağlama etiket aşkar edilib. Bundan başqa, bir neçə qutu saç rəngləyiciləri də aşkar edilib və hazırda həmin kimyəvi qatqıların alkoqol məhsullarının istehsalında istifadə edilib-edilməməsi araşdırılır.

Beləliklə, aparılan tədbir zamanı qanunsuz gəlir əldə etmək məqsədilə istehlakçıların kütləvi şəkildə aldadılması, insan orqanizmi üçün təhlükə yarada biləcək saxta məhsulların hazırlanması, aksiz markalarının saxtalaşdırılması hallarına yol verilməsi müəyyən edilib. Aşkar edilmiş faktlar üzrə cinayət işi qaldırılıb, Şahin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, ev 53 ünvanda yerləşən həyət evində bir sıra brend markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Xəzər Rayonu Məhkəməsinin qərarı əsasında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən həmin ünvanda yerləşən Həmidov Əlövsət Akif oğluna məxsus həyət evində keçirilən nəzarət tədbiri zamanı bir sıra brend markalara, o cümlədən “Ariel”, “Vernel”, “Calgon” və “Domestos” adlı markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanaraq satışa hazırlandığı müəyyən edilib. Ə.Həmidov qonşu ölkələrdən ucuz yuyucu vasitələri alaraq onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına doldurularaq hazırladığını və müxtəlif obyektlərə, o

cümlədən “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən satış obyektlərinə təqdim etdiyini etiraf edib.

Bundan başqa baxış zamanı məhsulların hazırlanması məqsədilə istifadə edilməmiş boş qutular və etiketlər aşkar edilib.

Saxta məhsulların hazırlanmasında Həmidov Əlövsət Akif oğlundan başqa daha 4 nəfərin əmək müqaviləsi olmadan bu işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub. Qeyd olunan faktlarla əlaqədar araşdırma aparılır.

Beləliklə, aparılan nəzarət tədbirləri zamanı hər iki halda yerli və xarici istehsalçıların məhsullarını saxtalaşdırmaqla onların intellektual mülkiyyət hüquqlarına və işgüzar nufuzuna zərər vurulması və vergidən yayınma halları müəyyən edilib.

Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Bununla belə, son zamanlar vergi orqanlarında daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, ölkə ərazisində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində, xüsusilə şadlıq evlərində vətəndaşlara qanunsuz istehsal edilmiş və saxta aksizli, o cümlədən kustar üsulla hazırlanmış alkoqollu içkilər təqdim edilir. Gəlir əldə etmək məqsədilə belə “işbazlar”la sövdələşməyə gedən vergi ödəyiciləri bilməlidirlər ki, bununla yalnız qeyri-qanuni istehsalçıların fəaliyyətinə rəvac vermir, həm də vətəndaşların sağlamlığını təhlükə altına atmış olurlar. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

Vergilər Nazirliyi ölkə vətəndaşlarına müraciət edərək bildirir ki, ticarət şəbəkələrində və ictimai iaşə obyektlərində alkoqollu içkilər alarkən, onların aksizinin olub-olmamasına, malın qiyməti və məhsulun keyfiyyətinin uzlaşmasına diqqət yetirsinlər və hər hansı şübhələri yaranarsa, aidiyyatı dövlət qurumlarına müraciət etsinlər.

 
Nəşr olunub CƏMİYYƏT

Masallı rayonunda yaşayan şəhid anası fəryad edir.

Boyukmillet.com xəbər verir ki, unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, Masallı rayon İcra Hakmiyyəti oğlunun ildönümündə müğənni Damlanın konsertini təşkil edib. Bundan başqa rayon rəhbərliyi oğlumun yas məclisinə gələnlərə qadağa qoydu:

“Masallı rayonu Kalinovka kəndində yaşayırıq. Mənim iki oğlum var. Hər ikisi də hərbçidir. Onlar 2016-cı ildə aprel döyüşlərində iştirak edib. Biri şəhid oldu. Digəri də hələ də hərbçi kimi ölkəmizin keşiyində durub. Keçən il aprelin 5-i Nurlanın vəfatı günü idi. Rayon rəhbərliyi bizim yanımızda olmaq əvəzinə müğənni Damlanın konsertini təşkil etdilər. Yasa gəlmək istəyən rayonda dövlət idarələrində və təşkilatlarda işləyən tanışlarımıza icra hakimiyyəti səviyyəsində xəbərdarlıq etdilər ki, hamı konsertdə olmalıdır. Məclis keçirilən vaxtı konsertin səsi gəldiyi üçün ikinci dəfə həmin ağrını yaşadım. Bir dəfə də mənzil şəraitini yaxşılaşdırmaq üçün rayon icra hakimiyyətinə müraciət etdim. Millət vəkili Elmira Axundova özü də evimə yağış yağdığını görüb. O da bildirib ki, icra hakimiyyətinə müraciət edin kömək etsinlər. 

İcra hakimiyyəti deyir ki, oğlunuza yas vermişik, başdaşı qoymuşuq. O subay olduğu üçün sizə kömək edə bilmərik. Mən də dedim ki, qanunla bizim ailə üçün nə nəzərdə tutulubsa, o diqqəti göstərin. Yuxarı orqanlardan gələn olanda rayon icra hakimiyyəti yalandan məlumat verir ki, guya bizim üçün nəsə ediblər. Bundan başqa baramaçılıqla məşğuluq. Baramalarımızı oğurladılar. Kənd icra nümayəndəsinə məlumat verdim. Qoymadı ki, hüquq mühafizə orqanlarına məlumat verim. Sonra bələdiyyədə işləyən bir tanışımız var dedi ki, sənin oğlun şəhid olandan sonra biz maaş almırıq. Dedilər ki, Masallı rayon İcra Hakmiyyəti sənin oğlununun dəfni üçün xərclənən vəsaiti bizim maaşımızdan tutur. 

Bu da mənə ağır gəlir ki, mənim şəhid oğlumun adından rayon icra hakimiyyəti niyə istifadə edir? Mənim oğlum vətən üçün şəhid olub. Mən ölkə rəhbərliyindən xahiş edirəm ki, bizim ailəmizə kömək olunsun”.

Nəşr olunub CƏMİYYƏT

Ümummilli lider Heydər Əliyev: “Dünya azərbaycanlılarının ancaq bir vətəni, müstəqil dövləti var, bu, Azərbaycan Respublikasıdır. Biz hamımız da onun ətrafında birləşməliyik”.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və başqaları milli dövlət qurmaq məqsədinə çata bilmədilər. Onlar ümumazərbaycan ideyasını aktuallaşdırsalar da Şimali və ya Cənubi Azərbaycan hüdudlarını aşmağı bacarmadılar. Sovetlər dönəmində isə vəziyyət daha ağır oldu. Slavyan xalqları qanunpərəst, gürcülər vətənpərvər, ermənilər daha çox ruslara sadiq xalq kimi tanındığı halda, azərbaycanlılara qarşı soyuq münasibət bəslənirdi.

1969-cu ildə Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələndən sonra bu stereotip beyinlərdən birdəfəlik silindi. Heydər Əliyevin idarəçiliyi dövründə minlərlə azərbaycanlının dövlət işlərinə cəlb olunması nəticəsində xalqımızın elitar təbəqəsi formalaşdı. Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində xalqımızın, dövlətimizin bütövlüyünü təşkil edən ideologiyanın bünövrəsini qoydu. Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşməsi bu istiqamətdə göstərilən diqqətin davamlı nümunəsidir. Ümummilli lider Heydər Əliyevin hər il dünya azərbaycanlılarına göndərdiyi tarixi müraciətlərindən mühüm bir ana xətt var idi: Xaricdə yaşayan soydaşlarımız arasında həmrəylik və milli birlik ideyalarının möhkəmlənməsi. O, xaricdə yaşayan soydaşlarımız arasında möhkəm həmrəyliyi həyati məsələ kimi ortaya qoyurdu.

Xaricdə yaşayan soydaşlarımız arasında milli birlik ideyalarının möhkəmləndirilməsi məsələsi Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən birinci qurultayında da Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində oldu. Ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlalarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün təşkilati məsələlərin hazırlanması işi başa çatdı. Bu tədbirlər soydaşımızı “Vahid Azərbaycan dövləti və Azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşdirdi. Sevindirici haldir ki, ulu öndər Heydər Əliyevin diaspor quruculuğu sahəsində apardığı siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 2008-ci il noyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Bütün bunlar göstərir ki, dövlətimiz azərbaycanlıların harada yaşadığından asılı olmayaraq,vətən üçün fəaliyyətlərində birləşmələri üçün qərarlıdır. Lakin açıq etiraf edək ki, ötən dövr ərzində bir çox diaspor təşkilatları nəinki birləşmədilər, antimilli insanlar həmin təşkilatlrın içinə soxula da bildilər. Arvadı erməni, qızı ermənidə olan, hər zaman erməniləri müdafiə edən insanlar necə xalqımıza xidmət edə bilərlər? Bu günlərdə isə nəhayət ürəyimizə su səpəcək hadisələr baş verdi.

Martın 22-də Ümumdünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Moskvada Novruz bayramı münasibətilə mərasim keçirildi. 300 nəfərin qatıldığı bayram tədbiri Moskvanın məşhur məkanlarından birində baş tutdu.Tədbirə Moskva vilayətində və Rusiyanın bir çox regionunda fəaliyyət göstərən Azərbaycan icmalarının rəhbərləri, Rusiyada çalışan azərbaycanlı elm xadimləri, ictimai fəallar iştirak etdilər. Qonaqlar sırasında Azərbaycanın Rusiya böyükelçiliyinin təmsilçiləri ilə yanaşı Rusiyadakı diplomatik korpusun nümayəndələri, milli azlıqların, eləcə də Rusiya Dövlət Dumasında təmsil olunan siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri də olub.
Martın 31-də Ümumdünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Xaçmazda və Azərbaycanın digər bölgələrində erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırıma diqqətləri çəkmək üçün anım tədbiri keçirib.
Uzun zamanlar umu-küsü edən tərəfləri barışdırmaq üçün vətən naminə artıq real işə keçmək niyyətini ortaya qoyan Ümumdünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Prezidenti Füzuli Məmmədovun təşəbbüsü, rəhbərliyi və təşkilatçılığı ilə Dünya Azərbaycanlıları Birliyi ətrafında Azərbaycan diasporunun birləşdirilməsi haqqında memorandumun imzalanıb.


Tədbirdə diasporumuzun ondan artıq ictimai təşkilatının rəhbərləri, o cümlədən Rusiyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş azərbaycanlılarla bağlı yeddi ictimai təşkilatı birləşdirən Moskva azərbaycanlılarının yerli milli-mədəni muxtariyyatları Koordinasiya Şurasının üzvləri DAB və DAMF ətrafında birləşmək istədiklərini söyləyiblər. Daha sonra diaspor nümayəndələrimiz Rusiyada və MDB ölkələrində soydaşlarımızın bir ictimai təşkilat altında birləşməsi məsələlərini müzakirə ediblər. Görüşün bütün iştirakçıları diaspor təşkilatlarımızın Dünya Azərbaycanlıları Birliyi ətrafında birləşməsini dəstəkləyiblər.
Toplantının rəsmi hissəsindən sonra Moskva şəhərində azərbaycanlıların milli–mədəni muxtariyyətləri üzrə Əlaqələndirmə Şurasının sədri Əli Kazımov və Dünya Azərbaycanlıları Birliyinin prezidenti Füzuli Məmmədov arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Məlumatda bildirilir ki, bu əməkdaşlığın məqsədi, Azərbaycan diasporunu bütün dünyada, habelə Rusiya və MDB ölkələrində, həmvətənlərimizi vahid beynəlxalq ictimai təşkilat ətrafında birləşdirməkdir. Ukrayna, Qazaxıstan, Özbəkistan, Latviya, Litva və Estoniyadakı Azərbaycan diasporları Füzuli Məmmədovun birləşmək təşəbbüsünü dəstəkləyiblər.
Toplantı zamanı Novosibirskdən Regionlararası Azərbaycanlılar Konqresi Assosiasiyasının, “Birlik” hüquqi və qanuni mənafe cəmiyyətinin prezidenti Mirkazım Heydər oğlu Seyidov zəng vuraraq, Sibir əyalətində yerləşən 25-dən artıq ictimai birliyin Əlaqələndirmə Şurası ilə əməkdaşlığa qoşulmağa və Füzuli Məmmədovun bütün dünya Azərbaycan diasporasının, o cümlədən Rusiya azərbaycanlılarını birləşdirmək təşəbbüsünü dəstəkləməyə hazır olduğunu bəyan edib. Mirkazım Seyidov aprelin 2-də ictimai birliklərin adından əməkdaşlıq haqqında Memoranduma imza atmaq üçün Moskvaya yollanacağını bildirib.
Əsgər Ailələrinə Dəstək İctimai Birliyi az zamanda Ümumdünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun gördüyü bu işləri yüksək qiymətləndirir.Fəaliyyətlərində uğurlar diləyir. İnanırıq ki, bu fəaliyyətlərdə yalnız qanı təmiz, özündən çox millətini, xalqını və dövlətini sevən insanlar cəmləşəcəklər.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı

Nəşr olunub CƏMİYYƏT

İki ilə yaxındır ki, Dubayda müəmmalı şəkildə yoxa çıxan və günə qədər barəsində heç bir xəbər olmayan iş adamı Elçin Hacıyevin anası Hacıyeva Xanım Hüseyn qızı Azinforum.az İnformasiya Portalına sensasion müsahibə verib. Ana ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, onlardan oğlunun ölüsünün və ya dirisinin tapılması üçün kömək istəyir. Xanım Hacıyeva bildirir ki, oğlunun itməsində şübhəli sayılan şəxslərlə bağlı heç bir istintaq hərəkəti aparılmır. Çünki hadisə Azərbaycanda deyil, Dubayda baş verib. Dubay polisi isə hazırda Azərbaycanda olan şübhəli adamların Birləşmiş Ərəb Əmirliklərinə təhvil verilməsini istəyir. Şikayətçinin dediyinə görə, bunun üçün Dubay polisi və həmin ölkənin əlaqədar qurumları Azərbaycana heç bir rəsmi müraciət etmirlər. Xanım Hacıyeva oğlunun yoxa çıxmasında Dubaydakı güc strukturlarında çalışan, general ləqəbli Əhməd adlı birini də şübhəli sayır. Boyukmillet.com yoxa çıxan iş adamının anası ilə olan sensasion videomüsahibəni təqdim edir.

P.S. Videomüsahibədə adları çəkilən hər bir şəxsin də mövqeyinə yer verməyə hazırıq.

Nəşr olunub HADİSƏ

Reytinq