Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 04 Aprel 2019
“Если друг оказался вдруг, И не друг, и не враг, а – так…
 

Так говорилось в строках одной из известнейших и любимых нами еще с советских времен песен легендарного поэта и исполнителя В. Высоцкого – «Песне о друге».

Мы живем в век прогресса и инноваций, где с молниеносной скоростью развиваются разные страны и народы мира. Сегодня мир стал настолько хрупким, что мировое сообщество уже в буквальном смысле осознало значение этого слова и стало очень трепетно относиться к международной и региональной системе безопасности.


Сегодня общественно-политическая стабильность в той или иной стране является одним из важнейших факторов экономического, социального развития и прогресса в целом того или иного государства.

В наши дни мир, мультикультурализм и диалог между цивилизациями стали новыми геополитическими ценностями, которые укрепляют симбиоз. Политическая элита многих состоявшихся и развитых государств придает особое значение этим ценностям и совместными усилиями старается противоборствовать новым вызовам и угрозам современного мира. Однако, к большому нашему сожалению, мы видим, что сегодняшнее армянское государство все еще живет пережитками феодального строя, занимаясь самообманом об иллюзиях и мифах о великой Армении. Стереотипы, недальновидность и притупленное самосознание людей, проживающих в этом геополитическом ареале, мешают развитию и прогрессу самого армянского общества и способствуют формированию агрессивной политики в отношении соседних стран.

Информацию о том, что в Ереване 29 марта проходит научно-практическая конференция на тему «Право наций на самоопределение в современной международной практике: возможности и вызовы» в рамках мероприятий, приуроченных к 5-летию «воссоединения Крыма с Россией», я воспринял с глубоким потрясением. Более того, армянская пресса с гордостью анонсировала об участии на мероприятиях высоких чинов правительства Республики Армения и других авторитетных зарубежных гостей.

В очередной раз эта «страна» не перестает нас удивлять своей непоследовательностью. Это событие – очередной «нож в спину» Украине, который никак не совмещается в рамках логики с наличием двусторонних «дипломатических» отношений и многочисленностью армянской диаспоры, которая, по нашему мнению, очень даже комфортно себя чувствует, проживая в этой дружественной стране – Украине. Вот так в Армении относятся к территориальной целостности Украины, к ее суверенитету, к ее боли и трагедии.

К сожалению, Азербайджан уже 27 лет сталкивается с агрессивным лицемерием Армении.

Подобные действия Армении, на наш взгляд, вполне ожидаемы. Ведь, Армения и сама является государством, которое более четверти века держит 20% территорий соседнего государства, Азербайджана, под оккупацией. Она игнорирует все нормы и принципы международного права, в том числе резолюции Совета Безопасности и Генеральной Ассамблеи ООН, в которых черным по белому прописано требование о немедленном выводе всех армянских вооруженных формирований с оккупированных территорий Азербайджана.

В Армении много и красиво любят говорить о том, что в этой стране произошли демократические перемены. Но, даже после смены власти в этой стране не изменилась сама сущность политики данного государства. Оно остается государством-оккупантом, игнорирующим все нормы международного права и нарушившего права более миллиона азербайджанцев, ставших беженцами и вынужденными переселенцами в результате захватнической политики и этнической чистки, проводимых Арменией. Наверное, риторическим является вопрос: «Стоило ли ожидать от Армении, которая сама является оккупантом, уважения к территориальной целостности, суверенитету Украины?»

Но, подобные действия армянской стороны лишь доказывают, что Азербайджану и Украине, как двум дружественным и братским странам, столкнувшимся с такой бедой, как сепаратизм и потеря территориальной целостности, следует всесторонне развивать и углублять сотрудничество, в первую очередь на политическом уровне поддерживать друг друга в таких чувствительных вопросах. И, в этой связи, хотелось бы отметить, что на сайте МИД Украины недавно была размещена долгожданная информация о правилах въезда на оккупированные территории Азербайджана для граждан Украины. Сообщение внешнеполитического ведомства носит предупредительный характер, в нем говорится, что категорически запрещены незаконные визиты в Нагорно-Карабахский регион Азербайджана и семь прилегающих районов – Агдамский, Лачинский, Кельбаджарский, Губадлинский, Зангиланский, Джабраильский и Физулинский, и посещать эти территории можно только с разрешения официальных структур Азербайджана.

В противном случае граждане Украины, нарушившие закон, будут объявлены в АР «персоной нон грата», и им будет запрещен въезд в эту страну. МИД Украины также заявил, что без разрешения азербайджанского правительства на указанных территориях физическим и юридическим лицам категорически запрещается заниматься коммерческой деятельностью.

Считаем эти действия МИД Украины правильными. Ведь, к нашему глубочайшему сожалению, порой граждане Украины, местные СМИ совершают незаконные визиты на оккупированные Арменией территории нашей страны. Хотелось бы верить в то, что такая практика будет прекращена. Да и вообще, на мой взгляд, как Украина, так и Азербайджан уже прекрасно поняли, кто является для наших государств другом, а кто – так …

Почетный консул Азербайджанской Республики в г. Харьков

Nəşr olunub DÜNYA
Cümə Axşamı, 04 Aprel 2019 14:25

Gürcüstanda Meriya seçkiləri keçiriləcək

Bu ilin may ayının 19-da Marneuli Meriyasına seçkilər keçiriləcək. Meriyaya başçı olmağa namizədlərdən biri Zaur Darğallıdır. Zaur Darğallı Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatorunun müavini vəzifəsində çalışıb. Gənc və idarəçilik təcrübəsi olan soydaşımız hal-hazırda Marneuli Meriyasına başçı vəzifəsinə namizədlik irəli sürülüb. Boyukmillet.com saytı olaraq Zaur Dərğallıya seçkilərdə uğurlar arzulayır, bu bölgədə olan soydaşlarımız onu dəstəkləyəcəyinə inanırıq.

Nəşr olunub DÜNYA

Related image

Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. 

Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.

Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

2. Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər:

3.1. sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması;

3.2. məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi;

3.3. hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması;

3.4. hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;

3.5. məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;

3.6. məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi;

3.7. məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi;

3.8. mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi.

4. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, apellyasiya instansiyası məhkəmələrinə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, mülki prosessual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

5. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki:

5.1. hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaratsın;

5.2. hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığı daha da artırsın, bu sahədə tətbiq edilən meyarları təkmilləşdirsin;

5.3. hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünü təmin etsin;

5.4. ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə aşağıdakı sahələrdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə məhkəmələrin riayət etməsinin mütəmadi monitorinqini aparsın:

5.4.1. məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi;

5.4.2. məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi;

5.4.3. qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki:

6.1. məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görsün;

6.2. ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirsin;

6.3. məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılması barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

7.1. məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görsün;

7.2. məhkəmələrin və digər orqanların qərarlarının icrasının sürətləndirilməsi və effektivliyinin artırılması məqsədilə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni öyrənsin və həmin təcrübənin Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyü barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni təhlil etsin və müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə:

7.5.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasını təmin etsin;

7.5.2. “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görsün;

7.5.3. fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görsün;

7.6. mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərini həyata keçirsin.

7.7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.8. birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

8. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsini mütəmadi təhlil etsin və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 3.1-ci və 3.4–3.6-cı bəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanmasında iştirak etsin;

10.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə aşağıdakı məsələlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

10.2.1. məhkəmələrdə mövcud olan iş yükünü nəzərə alaraq, onlara məhkəmə icraatının təmin edilməsi, o cümlədən kargüzarlığın aparılması üçün ayrılan vəsaitin ehtiyaclara uyğun artırılması;

10.2.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə məhkəmə infrastrukturunun təkmilləşdirilməsi və məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması məqsədilə əlavə maliyyə vəsaitinin ayrılması.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə, xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair birgə təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

12. Məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılsın.

13. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

13.1. dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

13.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il.

Nəşr olunub RƏSMİ XRONİKA

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Boyukmillet.com xəbər verir ki, P.Poroşenko bu barədə şəxsi “Twitter” hesabında yazıb. O, rəqibini arenada gözlədiyini qeyd edib: “Debatın qaydaları prezident seçkiləri haqqında qanunda yazılıb - oxuyun, lütfən. Debatlar ictimai televiziyanın bazasında keçirilməklə digər telekanallar vasitəsilə on milyonlarla insan üçün yayımlana bilər. Amma stadion deyirsinizsə, olsun. Sizi gözləyirəm, Vladimir Aleksandroviç”.

Daha əvvəl V.Zelenski debatların “Olimpiyski” stadionunda keçirilməsi və canlı yayımlanması üçün P.Poroşenkonun qarşısında şərt qoyub. O, həmçinin prezidentliyə namizədlərin çıxışdan öncə qanda alkoqolun və ya narkotikin olub-olmamasını müəyyənləşdirmək üçün tibbi müayinədən keçməsini tələb edib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Ukraynanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, aktyor və şoumen Vladimir Zelenski birinci turda 30,24 faiz səs toplayıb. P.Poroşenko isə 15,95 faiz səs yığıb. "Olimpiski" stadionu 70 min tamaşaçı tutumuna malikdir. 
Nəşr olunub DÜNYA

Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı Yusif Abdulla oğlu Eyyubov 2001-ci ildən Xorvatiyada yaşayır, bu ölkədə biznes sahibidir.

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli üzə çıxarıb.

Məlum olub ki, Yusif Eyyubov Azərbaycan Sahibkarlar konfederasiyasının Balkanlardakı nümayəndəsidir. O, Xorvatiya paytaxtında “Montevideo doo” şirkətini təsis etdiyi vaxtdan yaşayır. Şirkət 27 fevral 2001-cu ildə Zaqreb Ticarət Məhkəməskndə (Trgovački sud u Zagrebu) qeydiyyatdan keçib və Zagreb, Rijeka küçəsi 10 ünvanında fəaliyyət göstərir.

Şirkətin qeydiyyat nömrəsi: 080389265-dir. Şirkət daşınmaz əmlak, ticarət, inşaat, turizm, reklam və idman sahələrində fəaliyyət göstərir. Şirkət “Vita” fitnes mərkəzi, “La Vita” cafe-barı, massaj salonu və saunadan ibarət iri kompleksə də sahibdir.

Xorvat mənbələrində kompaniyanın ilkin kapitalı 19,908,400.00 xorvar kunesi və ya 3 milyon dollardan bir qədər artıq göstərllir. 2013-cü ildə gəliri təxminən 10 milyon xorvat kunesi və ya 1.5 milyon dollar olub.

 

Baş nazirin 1-ci müavinin qardaşı Avropada masaj salonu işlədir
Baş nazirin 1-ci müavinin qardaşı Avropada masaj salonu işlədir
Baş nazirin 1-ci müavinin qardaşı Avropada masaj salonu işlədir
Baş nazirin 1-ci müavinin qardaşı Avropada masaj salonu işlədir
Baş nazirin 1-ci müavinin qardaşı Avropada masaj salonu işlədir
Nəşr olunub CƏMİYYƏT

 

Müdafiə naziri Zakir Həsənov Ermənistan müdafiə naziri David Tonoyanın “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” açıqlamasına münasibət bildirib.

Zakir Həsənov AZTV-yə müsahibəsində bildirib ki, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar.

“Hesab edirəm ki, Tonoyan hərbçi deyil. O, rəhbərlik etdiyi ordusunun imkanlarından xəbərsizdir. Tonoyan bu sözləri Nyu-Yorkda - erməni lobbisinin qarşısında deyib. Oraya pul dilənməyə getmişdi. Bu gün Ermənistan ordusunun Azərbaycana hücum etməsi üçün nə iqtisadi imkanı, nə silahı, nə şəxsi heyəti, nə də digər imkanları var”.

Zakir Həsənov bildirib ki, bu sözləri eşidəndə onların, doğrudan da, hücuma keçməsini arzulayıb.

“Hücuma keçsəydilər, mən onunla Yerevanda görüşərdim. Lakin onların hücuma keçməyə imkanları yoxdur. Bütün imkanlarını yığsalar, aprelin dörd-beş qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm”.

Nəşr olunub CƏMİYYƏT

Rusiyalı tanınmış siyasi və hərbi analitiklər savaş variantında işğalçı Ermənistana labüd kapitulyasiya “biçdilər”; “Azərbaycanda artıq döyüşən hücum ordusu yaradılıb...”

2016-cı ilin “4 günlük” aprel müharibəsinin ildönümü günlərində ermənilər tərəfdən hürüşmə göz görəsi artıb. Xüsusən də Nikol Paşinyan və onun komandasının təmsilçiləri ictimai rəyi sakitləşdirmək üçün davakar ritorikanın “dozası”nı xeyli artırıblar. Keçmiş və indiki hakimiyyət nümayəndələrinin son günlər işğal altındakı Qarabağa çoxalan səfərləri də özlüyündə az şey demir: işğalçı qorxur.

Düşmən ehtiyat edir ki, yaz-yay mövsümünün gəlişi ilə aprel sindromu təkrarlana bilər - özü də bu dəfə daha geniş miqyasda. Çünki ötən 3 ildə təcavüzkar “aprel dərsi”ni yaxşı mənimsəməyib. Erməni tərəfinin təlaşı əlbəttə ki, əsaslıdır. Azərbaycan prezidentinin iki gün öncə Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində söylədiyi kimi, müharibə hələ bitməyib, onun yalnız birinci mərhələsi başa çatıb.

Prezident aprel döyüşlərinin 3 illiyi ile ilgili görsel sonucu

Heç şübhəsiz, Azərbaycan ordusunun zəfəri ilə bitəcək ikinci mərhələ yazda da başlaya bilər, yayda da - bu, artıq hərbi strateqlərin verəcəyi qərardır...

*****

Dünyanın 96-cı ordusunun - işğalçı erməni qüvvələrinin dünyanın 52-ci ordusu olan Azərbaycan ordusuna - regionun ən güclü silahlı qüvvələrinə qalib gəlmək şansı yoxdur. Bunu təkcə biz demirik. Müharibənin yekun fazasının mümkün nəticələrini şərh edən əcnəbi siyasi və hərbi ekspertlər də deyirlər.           

“Aprel müharibəsi, hərbi dillə desək, Azərbaycan ordusunun taktiki əməliyyatıdır. Azərbaycan hərbi fəaliyyətlərlə lokal uğura nail oldu və cəbhə xəttinin müəyyən məntəqələrinin konfiqurasiyasını özü üçün daha əlverişli hala gətirdi”. “Yeni Müsavat”ın məlumatına görə, bunu axar.az-a tanınmış rusiyalı politoloq-tarixçi Oleq Kuznetsov deyib.

aprel döyüşlərinin 3 illiyi ile ilgili görsel sonucu

Onun sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu qələbənin dadını hiss etdi, aprel uğuru Azərbaycanın hərbi-siyasi rəhbərliyinə, zabitlər və əsgərlərə qələbə ruhu aşılamağa imkan verdi: “Bu şərtlər qoşunların döyüş hazırlığı və bütövlükdə dövlətin hərbi doktrinasının təyin olunması üçün son dərəcə vacibdir”.

Rusiyalı ekspert aprel döyüşləri ilə bağlı “medalın əks tərəfi”nə də diqqət çəkib: “Əgər tam açıq danışsaq, həmin hadisələr həmçinin qoşunların hazırlığı, xüsusən döyüş meydanında qoşunların idarə edilməsi cəhətdən çatışmazlıqlar və boşluqların olduğunu göstərdi. Bütün bunlar o zaman əsassız itkilərə gətirib çıxardı. Həmin vaxtdan ötən 3 il ərzində Azərbaycan ordusunun rəhbərliyi müvafiq nəticələr çıxardı, kadr rotasiyası və komandir heyətinin yeni hazırlıqları həyata keçirildi, yeni ağır hücum silahlarının alınması hesabına raket artilleriyasının atəş gücü qaldırıldı, döyüş meydanında itkiləri azaltmaq üçün döyüş vəziyyətində silah növlərinin qarşılıqlı əlaqələndirilməsi sistemi yenidən nəzərdən keçirildi”.

Kuznetsov hesab edir ki, bütün bunları cəmləşdirdikdə Azərbaycanda yeni qərargah düşüncə tərzi modelinin yarandığını söyləmək olar. “Bu döyüşən ordu üçün prinsipial əhəmiyyət daşıyır. Bütün bunlar mart ayında keçirilən Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərinin nəticələri ilə aydın şəkildə nümayiş edildi. Bütün bunlara görə Azərbaycan ordusunun müdafiə ordusundan Qarabağın azad edilməsi uğrunda vuruşan hücum ordusuna çevrildiyi nəticəsinə gəlmək olar”, - ekspert bildirib.

aprel döyüşlərinin 3 illiyi ile ilgili görsel sonucu

Siyasi təhlilçi yuxarıda qeyd olunanlara əsaslanaraq bildirir ki, 2016-cı ilin əvvəllərində baş verən hadisələr Azərbaycanda hərbi quruculuğun yeni bir məqsədyönlü mərhələyə keçdiyini göstərir, həmçinin Silahlı Qüvvələrin həm hərbi-texniki, həm də mənəvi-psixoloji cəhətdən yeni keyfiyyət səviyyəsinə qalxmasına səbəb olub.

*****

“Aprel müharibəsinin növbəti ildönümü tarixindən danışarkən həqiqətən Azərbaycanın və onun iradəsini xüsusi qeyd eləmək lazım gəlir. Həmin döyüşlər zamanı Azərbaycan 90-cı illərdən üzü bəri ilk dəfə geniş miqyasda silah tətbiq eləmişdi”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri digər tanınmış rusiyalı analitik, siyasi-hərbi ekspert Qriqori Trofimçuk deyib.

Onun fikrincə, belə bir statistika təbi ki, heç də o demək deyil ki, Bakı İrəvandan “qorxur”. “Sadəcə, Bakı təkcə Qarabağla deyil, bütövlükdə regionla bağlı mürəkkəb amillər kompleksini ağıllı şəkildə ölçüb-biçir. Ən əsası, geosiyasi aspektləri nəzərə alır, nədən ki, müharibə çətin ki, lokal xarakter daşısın”, - deyə o qeyd edib.

“Ancaq həmin aprel olayı Ermənistana birmənalı şəkildə anlatdı ki, Azərbaycan öz ərazilərinin qeyd-şərtsiz qaytarılmasına köklənib və başqa variant olmayacaq. Azərbaycana ünvanlı belə bir qarşılıqlı hədə ki erməni ordusu Bakıya və Xəzər dənizinə kimi gələcək, sadəlövhlük kimi görünür və Azərbaycanın öz xeyrinə işləyir. Belə ki, əvvəla, kimsə zərbə endirməyə hazırlaşırsa, bunu xəbərdarlıqsız edir. İkincisi isə Azərbaycanda belə bir düşüncəni möhkəmlədir ki, Qarabağ münaqişəsinin faktiki həlli olmadan bölgəyə sülh heç vaxt gəlməyəcək”, - deyə ekspert ardınca vurğulayıb.

Onun əminliyinə görə, xarici amillər getdikcə daha çox Azərbaycanın xeyrinə işləyir: “Xüsusən də proqnoz edilməyən Paşinyanın başında durduğu ”yeni İrəvan"ın peyda olması nəzərə alınarsa, Azərbaycan Avrasiya İttifaqının, KTMT-nin üzvü olmaya-olmaya Rusiyaya daha yaxın olur. Və əgər birdən hansısa anda və müxtəlif səbəblərdən Ermənistan-İran sərhədi bağlansa, bu yaxınlıq artıq konkret strateji “formalar” kəsb edə bilər".

Qarabağ məsələsinə gəlincə, Trofimçuka görə, istənilən halda, yekunda təmkinlik qalib gələcək: “Hansını ki, bu gün ən çox Azərbaycan nümayiş etdirir - xüsusən də ”yeni İrəvan" tərəfindən açıq şəkildə Qarabağ prosesinin baza prinsiplərini sındırmaq cəhdi fonunda. Təmkinlik - hər şeyin əsasıdır. Amma bu zaman məsələnin digər tərəfini də ciddiyə almaq lazımdır: istənilən təmkinlik sonsuz deyil. Hansısa məqamda - apreldə, avqustda və ya fevralda bu amillər yenə bir nöqtədə birləşəcək. Ancaq bu dəfə Azərbaycan, məncə, kimisə qorxutmayacaq və ya xəbərdarlıq etməyəcək, sadəcə, axıra kimi gedəcək".

*****

Bu, iki rusiyalı tanınmış politoloq-analitikin, həm də kifayət qədər qərəzsiz analitiklərin fikirləridir. Hər halda, biz işğalçı Ermənistanın Azərbaycanla təkbətək savaşda hansısa hərbi uğura nail ola biləcəyi barədə hər hansı ekspert fikrinə rast gəlməmişik. Əksinə, onların hamısı əmindir ki, müharibənin uzanacağı təqdirdə ilk növbədə Ermənistan çöküş yaşayacaq, çünki İrəvanın müharibəni uğurla davam etdirməsi üçün yetərli iqtisadi-maliyyə və insan potensialı yoxdur. Müasir dövrdə qalibiyyətli müharibənin əsas şərti havada üstünlükdür ki, onu da Azərbaycan təmin edib.

Hətta nəzəri cəhətcə Rusiyanın ona hansısa hərbi köməyi göstərməsi qəliz olacaq. Çünki Rusiya Ermənistanla birbaşa quru əlaqəsinə malik deyil. Gərək bundan ötrü Moskva diplomatik əlaqələrinin olmadığı Gürcüstandan və ya İrandan (dəniz yolu) xahiş etsin. Buna isə Azərbaycan və Türkiyə imkan verməz. Heç İran və Gürcüstan da Azərbaycan və Türkiyə ilə münasibətlərinin əhəmiyyətini ciddiyə alıb buna razı olmaz.

Odur ki, işğalçı ölkə üçün 2019 düşünüb-daşınmaq və qəti qərara gəlmək üçün bəlkə də sonuncu il olacaq. Müharibənin “tətiyi” çəkilərsə, yekun təxminən məlumdur. Müharibəni qarşı tərəf başlasa belə, onu Azərbaycan tamamlayacaq - özünün döyüşən və hücum ordusu ilə...

Nəşr olunub SİYASƏT

Image result for alparslan türkeş

Bu gün Türk dünyasının böyük oğlu, əfsanəvi lider Alparslan Türkeşin (Başbuğun) vəfatının 22-ci ildönümüdür. Alparsan Türkeş 1917-ci ildə Lefkoşada (Quzey Kıbrıs) anadan olub. 1933-cü ildə, yeniyetmə yaşında ailəsi ilə birgə İstanbula köç edib. Türkeş özünün bütün şüurlu həyatını böyük türk millətinə və türk dünyasının maraqlarına xidmətə həsr eləyib.
Hələ orta məktəb illərindən özünün türkçülüyü ilə fərqlənən Türkeş sonadək türkçülüyə sadiq qalıb və bu yolda hədsiz xidmətlər göstərib. Məhz bu xidmətlərinə görə ona Başbuğ adı verilib.
O, türk-milliyyətçi kəsimin (“Bozqurd”ların, Ülküçülərin) mənəvi atası, ölməz lideri hesab olunur. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının banisidir. Alparsalan Türkeş həm də şanlı türk ordusunun polkovniki olub. 
Alparslan Türkeş siyasi türkçülüyün ideoloji bazasını yaradanlardan biri hesab olunur. Onun “Dış türklər” postulatı Türkiyədə uzun illər tənqid olunsa da, SSRİ dağılan kimi bu böyük liderin nə qədər uzaqgörən və haqlı olduğu dərhal üzə çıxdı. Türkiyə dövlətinin həmin zamanlarda SSRİ-dən qopan türk dövlət və topluluqları ilə bütün əlaqələri hazır mexanizmləri olan Milliyyətçi Çalışma Partiyasının, Alparsalan Türkeşin üzərindən oldu. Çünki dövlət özü bu cür gəlişməyə hazır deyildi.
Türkeş Azərbaycana və onun istiqlalına, Azərbaycan davasına böyük önəm verirdi. Azərbaycan türklərinin lideri və daha sonra prezidenti olan Elçibəylə xüsusi dostluq münasibətləri var idi. Türkeçin təlimatı ilə xeyli sayda ülküçü gənclər 1992-93-cü illərdə Azərbaycana gələrək, ermənilərə qarşı savaşlarda qəhrəmanlıqlar göstəriblər. Onun göstərişi və Elçibəy iqtidarının qatqısı ilə Tovuzun Kirən kəndində qurulan “Ruzigar” əsgəri düşərgəsi türk dünyasında bir əfsanə, o düşərgənin yaşayan könüllüləri isə qəhrəman obrazındadırlar.

O gün ülkücü dünya Türkeşin vəfatını belə qarşılamışdı:

Nəşr olunub CƏMİYYƏT

Image result for samir adıgözəlli

Müharibə hələ bitməyib! Bu sözü Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Xüsusi Təyinatlıları ilə görüşündə dedi. Cənab Prezident işğalçı Ermənistana açıq mesaj verərək bildirdi ki, torpaqlarımız sülh yolu ilə geri qaytarılmasa, Azərbaycan güc yolu ilə ərazilərini azad edəcəkdir.

Aprel döyüşləri Ordumuzun ciddi tarixi qələbəsidir. 4 günlük müharibə Azərbaycan Ordusunun həm peşəkarlığını, həm də qəhrəmanlığını, vətənə bağlılığını bütün dünyaya göstərdi. Ordumuz döyüşlər zamanı 2000 hektardan artıq ərazimizi azad etdi, eləcə də bir neçə mühüm strateji yüksəklikləri öz nəzarəti altına aldı. Ordumuzun 2016-cı ildə tarixi aprel qələbəsindən sonra, 2018-ci ilin mayında Naxçıvanda Əlahiddə Ümümqoşun Ordumuzun erməni təxribatına qarşılıq olaraq əks-həmlə əməliyyatı nəticəsində 11000 hektar ərazimiz, eləcədə Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq yüksəkliyi”, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub. Həmçinin ordumuz, Dərələyəz mahalının Arpa kəndinə nəzarət imkanı əldə edib. Bu əməliyyat nəticəsində Silahlı Qüvvələrimiz İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanına sahib oldu. Azərbaycan Ordusunun son 3 ildə Qarabağda və Naxçıvan istiqamətində əldə etdiyi qələbələr düşmən tərəfi ciddi qorxu altında saxlayır. Silahlı Qüvvələrimiz hal-hazırki inkişaf dövründə istənilən istiqamətdə hərbi əməliyyatlar aparmaq iqtidarındadır.

Prezidetin sərəncamı ilə 2013-cü ildə 5-ci Ordu Korpusunun Bazasında Naxçıvanda Əlahiddə Ümümqoşun Ordusunun yaradılması, son illərdə Naxçıvan cəbhəsi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin gücünü yüksək həddə çatdırıb. Məhz ötən il keçirilən Günnüt əməliyyatı ordumuzun yüksək imkanlarını tam olaraq isbat etdi. İndi düşmənin yuxusu həm Qarabağ cəbhəsində, həm də Naxçıvan cəbhəsində ərşə çəkilib. Ordumuzun qüdrəti və döyüş qabiliyyətinin yüksək səviyyədə olması təkcə güclü texniki təminatla bağlı deyil. Bu həm də sıralarında xidmət edən vətənpərvər gənclərimizin fəaliyyəti ilə ölçülür. Aprel döyüşləri həm də Azərbaycan xalqının ordusu ilə birgə nəfəs aldığını, ayaqda olduğunu bütün dünyaya nümayiş etdirdi.

Yazımın əvvəlinə qayıdaraq, cənab Prezident demişkən, “Müharibə hələ bitməyib”. Tarixi ədalətin tezliklə bərqərar olub, torpaqlarımızın düşmən tapdağından azad olunacağı hissi ilə, ordumuza tezliklə böyük qələbə diləyirəm.

Samir Adıgözəlli, İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri

Nəşr olunub SİYASƏT

Muxtar respublikaya səfər edən ziyalılar diyarımızdan zəngin təəssüratlarla ayrılırlar. Bu dəfə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev Vilayəti üzrə sədri Yunus Alıyev Naxçıvana öz vurğunluğunu  gizlədə bilməyib. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Regionda Media və Cəmiyyət MMC-nin sədri, Diaspor.info saytının təsisçisi və baş redaktoru, MDB ölkələri arasında diaspor təşkilatlarının fəaliyyətinin monitorinqini aparan Əlmaniz Ələkbərli ilə birlikdə Naxçıvanda səfərdə olan Yunus Alıyev  dünyada və ölkəmizdə yaşayan hər bir azərbaycanlının  Naxçıvanı mütləq ziyarət etməli və görməli olduğunu deyib. 

Hər iki ziyalı öz təəssüratlarını Naxçıvan televiziyasının əməkdaşları ilə bölüşüblər.

Boyukmillet.com həmin müsahibəni təqdim edir:

Nəşr olunub CƏMİYYƏT

Reytinq