Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 09 Aprel 2019

Ötən ilin sonlarında bağlanan Bakının ən məşhur və ən qalmaqallı kecə klublarından olan “İnfiniti” fəaliyyətini yenidən bərpa edib.

Boyukmillet.com-a daxil olan məlumata görə, hazırda gecə klubunu İrandan olan bir iş adamı işlədir. Ancaq klubunu sahibinin və himayəçilərinin yerli vəzifəli şəxslər olduğu bildirilir.

“İranlı iş adamının, fəaliyyəti ciddi ictimai narazılıq doğuran klubu yenidən işə salması elə də çətin olmayıb. Dediyinə görə, “haqqını” verərək, icazə alıb. İndi orada və ətrafında əvvəlkindən də biabırçı vəziyyət hökm sürür. Ərazidə “İnfiniti”dən əlavə “Ellepis” və başqa bir adda gecə klubu açıldığından, həmçinin çoxlu sayda otel fəaliyyət göstərdiyindən, pozgun həyat tərzi keçirən insanların, əxlaqsız qadınların əsas məkanına çevrilib”, – ətrafda yaşayan Bakı sakini bildirib.

Qeyd edək ki, Bakının mərkəzində yüngül əxlaqlı qadınların ən çox toplaşdığı və bu üzdən də ərəblərin sevimli məkanına çevrilmiş gecə klubunun ötən ilin sentyabr ayının sonlarında bağlandığı elan olunmuşdu. Konkret səbəbi açıqlanmasa da, bunu klubda baş verənlərin geniş ictimai narazılıq doğurması ilə izah edirdilər. Ərəblərin Bakının gecə klublarında, hətta şəhərin mərkəzində pozğun qadınlarla min cür hoqqadan çıxması ölkə ictimaiyyətinin narazılığına səbəb olmuşdu. Hətta bəzi ziyalılar bununla bağlı müafiq tədbirin görülməsi üçün ölkə rəhbərliyinə müraciət də etmişdilər. Klubda əxlaqsızlığın əndazəni aşması, orada baş verənlərin səsinin hətta ölkə hüdudlarından kənara belə yayılması ilə bağlı belə bir qərarın verildiyi iddia olunurdu.

mans1

Düzdür, klub bağlandığı elan edildikdən sonra da müəyyən müddət fəaliyyətini davam etdirdi. Belə ki, bir müddət əvvəlcədən aylıq pul ödəyib kluba üzv olan “elit müştərilərə” və varlı turistlərə xdmət göstərdi. Ancaq bu da çox çəkmədi.

Ötən ilin dekabrında dövlət orqanlarının (konkret qurumun adı çəkilmir-müəl.) tələbi ilə klubun fəaliyyəti tam dayandırıldı, hətta içi belə boşaldıldı. Bundan sonra klub bir müddət işləmədi. Ancaq çox keçmədi ki, hansısa “sehirli əl” klubun fəaliyyətinə “yaşıl işıq” yandırdı və “İnfiniti”nin ətrafında “can bazarı” bərpa edildi. Yəni, hər şey qaldığı yerdən davam etdirilir.

Gözləyək, görək, indi hansı xarici ölkə vətəndaşı gəlib buradan reportaj hazırlayacaq…

Xatırladaq ki, ötən ilin əvvəlində İraqdan olan blogerin “İnfiniti” gecə klubundan hazırladığı reportaj həm yerli, həm də xarici mətbuatda geniş şəkildə yayımlanmışdı.Ərəblərin Azərbaycandaki gecə həyatından bəhs edən reportajda “İnfiniti” klubun qarşısında qadın alverinin getdiyini, klubun əxlaqsız qadınların məskəninə çevrildiyini nümayiş etdirən görüntülər əks olunmuşdu. Məhz həmin qalmaqallı reportajdan qısa müddət sonra gecə klubunun bağlandığı elan olunmuşdu.

Nəşr olunub CƏMİYYƏT
 

Bakının Abşeron rayonunda 2 il əvvəl yerində park, yaşıllıq salınacağı vədi ilə sökülən qarajların yerində fərdi yaşayış evləri tikilib.

Sakinlərin “AzPolitika.info”-ya verdikləri məlumata görə, Xırdalan şəhərinin 27 və 28-ci məhəllələrində sakinlərə məxsus qarajlar sökülərkən onlara heç bir kompensasiya ödənilməyib. Həmin vaxt müxtəlif dövlət orqanlarına şikayətlər etsələr də, heç bir nəticəsi olmayıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ərazini Prezidentin tapşırığı ilə boşaltdığını bildirib, deyib ki, sökülən qarajların yerində sakinlərin istirahət etməsi üçün kiçik parklar, yaşıllıqlar salınacaq. Bundan sonra qarajı sökülən sakinlər sakitləşiblər və şikayətlərini dayandırıblar.

Lakin bir qədər sonra ərazidə park, yaşıllıq salmaq əvəzinə oranı müxtəlif şəxslərə satmağa, fərdi evlər və obyektlər tikməyə başlayıblar.
Bu işlərə isə, bir başqası yox, elə icra başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyev rəhbərlik edib. Qarajların bəzilərinin yerində evlər, bəzilərinin yerində isə iaşə obyektləri inşa olunaraq icarəyə verilib, bu zaman isə xeyli sayda ağac məhv olunub.

Sakinlərə məxsus qarajların yerində tikilən ev və obyektlərdən bir neçəsinin fotosunu təqdim edirik:

01
02

 

Nəşr olunub CƏMİYYƏT

Müstəqilliyimizin bərpası isə çox ağır zamanlarla paralel addımladı. Ötən əsrin əvvəllərində ilk Demokratik Respublikanı quranda yolumuzda olan erməni manesə 90-cı illərdə də Müstəqilliyini bərpa edən Azərbaycan, yenə onların xain oyunlarının hədəfində idi. Sovetlərin 70 illik əsarətindən canını qurtaran Azərbaycan ordu yaratmaq məcburiyyətində idi. Nə yaxşı ki, hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev bütün sahələrin inkişafına önəm versə də milli hərbi zabitlərin hazırlanmasına diqqət yetirərək daxildə hərbi məktəblərin açılmasına və azərbaycanlı gənclərin ölkədən kənarda hərbi peşələrə yiyələnmək üçün imkanlar yaratdı.Hələ 1993-ci ildə sovetlərin məşhur “Komsomolskaya pravda” qəzetində bir məqalə dərc edilmişdi. Məqalədə deyilirdi ki, Heydər Əliyev bilirdi bir gün Azərbaycan müstəqillik qazanacaq. Onun özünün milli hərbçi kadrları olmalıdır. Elə məhz həmin zabitlər Qarabağ müharibəsində iştirak etdilər. Hərdən düşünürsən ki, ulu öndərin bu uzaqgörənliyi olmasa idi, hansı bəlalarla üz-üzə qala bilərdik… Qarabağ müharibəsinin qəhrəmanları şücaətlər göstərdilər. Yaralı olsalarda hospitala getməkdən imtina edən igidlərimiz oldu. Dönə-dönə yaralanıb hospitalda müalicəsi bitməmiş döyüşə qayıdan nə oğullar gördük. Saatlarla döyüşdə olub, istirahətin nə olduğunu bilməzdilər. Çox ağır dövrlər idi. Şəhidlər dəfn edilirdilər. Ailələri isə o şəhidlə qürur duyaraq bir qapını döyməzdilər . Ö dövrün atasız qalmış şəhid uşaqları yaman çətinliklə böyüdülər. Amma nə şəhid anaları nə də şəhid xanımları dövlətdən bir təmənna ummadılar. Heç fiziki sağlamlığını itirən oğullarımız da “mən qəhrəmanam” demədilər. Məhz o dövrün Milli Qəhrəmanları Tahir Həsənovdan, İlqar İsmayılovdan, Vəzir Orucovdan, Natiq Qasımovdan örnək götürən Mübariz İbrahimov, Fərid Əhmədov kimi yeni qəhrəmanlar yetişdi . Və nəhayət, 2016-cı ilin dörd günlük aprel döyüşlərinin daha başqa qəhrəmanları üzə çıxdı. Artıq dövlətimiz möhkəmlənmişdi və şəhidinə, onun ailəsinə, fiziki sağlamlığını itirmiş, əlil olmuş insanlarına, müharibə veteranlarına böyük qayğılar göstərildi. Bütün imkanlar səfərbər edilərək həssas qruplarla bağlı müxtəlif Fərman və Sərəncamlar imzalandı. Cənab Prezident İlham Əliyev son prezident seçkilərindən sonra bir çox islahatlar apardı. Yeni yanaşmada həssas qruplara bir daha qayğılar və diqqət var. Amma bunlara baxmayaraq hələdə müəyyən problemlərin olduğunun şahidiyik. Bəzi hallarda məmurlar tərəfindən narazılıqlar da yaradılır, bir çox hallarda həssas qruplardan da haqsızlıqlar edənlər olur. Bu isə cəmiyyətdə heç də yaxşı qarşılanmır, narahatlıq doğurur. Ən diqqət olunası məsələ isə şəhid ailələrinin içinə gələrək onları başqa yönə istiqamətləndirən insanların olduğu faktıdır. Onların problemlərini həll etmək əvəzinə dövlətə qarşı qaldırmaq meylləri çoxalıb. Hələ 2016-cı ildə mən müraciətlərimdə qeyd edirdim, həssas qruplar çox ehtiyatlı olmalıdılar ki, onların faktından istifadə olunmasın. Belə bir cəhdi oktyabr-noyabr aylarında 11 min manatla bağlı olaylarda gördük. İndi ortada xoşagəlməyən daha bir meyl də var. İllərlə ev ala bilməyən insanlar kənarda qalıblar. Hətta ölkə rəhbərinin bağışladığı evi sataraq yenidən mənzillər alanlar var. Özü də özləri rayonda yaşasalar belə Bakı şəhərindən mənzil istəyirlər.Bu fakt da artmaq üzrədir. Bir çoxları evləri adlarından çıxarırlar, yenidən mənzil növbəsinə dayanırlar. Amma həqiqətən evə ehtiyacı olanlar kənarda qalır. Bu isə sosial ədalətsizliyə gətirib çıxarır. Bəzi qurumlar da bu faktlara göz yumurlar. Təki kimlərinsə səsi çıxmasın…Yəqin ki, uzun müddətdir şahidsiniz ki, aprel hadisələrinin iki məzarı olan şəhidi Cabbarxan Hacıağayevin ailəsi ilə bağlı müraciətlər edirəm. Görəsən azda olsa şəraiti olan insanlara mənzil verilirsə niyə kirayələrdə yaşayan ailə evlə təmin olunmur??? Bax bu da gərginlik və narazılıq yaradır. Yəni kim çox danışır qazanır, abrına qısılan kənarda qalır. Nəhayət, şəhid ailəsi, müharibə veteranı və əlili adından sui istifadə edilməməlidir. Bu vəziyyət belə davam edəcəksə cəmiyyətdə onlara qarşı münasibət artıq əvvəlki kimi olmayacaq. Və məsələdə elə buna gedir. Bu günlərdə saytlarda bir şəhid anası ilə bağlı yazılar dərc olundu. O saytlar daha çox qızışdırıcı mövqe sərgilədilər. Hətta şəhid anası ilə xanım icra başçısının şəkillərini yanaşı qoyub yazı tirajladılar. Çox utanc gətirən fakt idi. Səhv də haqsızlıq da ola bilərdi. Bunu düzəltmək əvəzinə şəhidimizin ruhunu incitmək insanlığa sığmır. Və dövləti hörmətdən salmaq üçün belə faktlardan istifadə bu vətənə düşmən kəsilməkdir. Dediyim kimi şəhid ailələri öz məsuliyyətlərini dərk edərək hər əsəbi anda dilə gətirdiklərini mətbuata çıxarmamalıdılar. Qanun hamı üçün qanundur. Məsələ ilə yaxından tanış olmaq üçün Masallıya getmək qərarına gəldim. Aprel hadisələrində şəhid olmuş Firdovsi Bağırzadənin və Nurlan Əsgərlinin ailələrində oldum. Sehranə və Ziba ana dövlətimizin qayğısından danışdılar. Sehranə ana dedi ki, hər şeydən razıyam, oğlum olmadığı halda mənə heç nə lazım deyil. Heç kimə minnət qoymuram. Firdovsi vətəni uğrunda şəhid olub… Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Adına küçə verilib. Bizə ev tikilib. Hər il oğlumun anım mərasimləri keçirilir. Şəhid Nurlan Əsgərlinin ailəsində oldum. Şəhid Nurlan Əsgərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Ziba ana ilə ailəyə göstərilən qayğılar barədə maraqlandım. Dedi ki, digər oğlum da zabitdir. Qayğılardan razıdır. Narahatlığımı və gəlişimin məqsədini bildirdim. Ziba ana dedi ki, əsəbi olub və onun bu məqamından istifadə ediblər. Saytların məsələni bu dərəcədə şişirtdiyinə təəsüf edir. Bütün olanların nəticəsi olaraq bircə fikrim var, dövlətə barmaq uzatmaq, silkələmək olmaz. Bunu nə şəhid ailəsi, nə müharibə veteranı nə əlili, nə də sıradan bir vətəndaş edə bilməz.

 

Mətanət Əsgərqızı Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri.

 

 

Nəşr olunub CƏMİYYƏT

Göygöl Rayon Məhkəməsi  Azərbaycan Mətbuat Şurasının qərarı ilə  adı “reket” siyahısına salınan demokratik.az adlı domenin istifadəçisi, özünü bölgələrdə jurnalist kimi qələmə verən, əslində isə jurnalistika ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan  Rzayev Osman Nərimanoğlunu yazdığı qərəzli, təhqir dolu yazılara görə 2000 manat cərimə edib.  Buna səbəb tanınmış jurnalist, “Tərəqqi” medalı laureatı Əhməd İsayevin verdiyi şikayət olub.  Jurnalistikadan şantaj aləti kimi istifadə edən Osman Rzayev qocaman jurnalist haqda yazdığı “Əhməd haradadır?”  yazısında  ekspertiza və məhkəmə şərəf və ləyaqətin təhqiri motivlərini müəyyən etdiyi üçün belə qərar verib. Qeyd edək ki,  əsl adı və soyadı Osman Rzayev olan bu şəxs məmurlara və cəmiyyətə özünü Nərimanoğlu təxəllüsü ilə təqdim edir.

Onunla bağlı Göygöl Məhkəməsinə əvalə şikayətlər də edilib. Hazırda həmin məhkəmənin icraatında Osmana qarşı qaldırılan iki iddiaya baxılır. İddiaçılardan biri Göygöl  Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur. Digər iddaiçı isə tanınmış jurnalist Məhəmmədəli Qəriblidir. Azinforum.az-ın əldə etdiyi məlumata görə  hər iki iş  rəy verilməsi üçün ekspertizaya göndərilib. Azinforum.az mövzu ilə  bağlı Məhəmmədəli Qəribli ilə əlaqə saxlayıb. Məhəmmədəli Qəribli saytımıza açıqlamasında  bildirdi ki,  “Şərəf və ləyaqətin müdafəsi” ilə bağlı demokratik.az adlı domenin istifadəçisi Rzayev Osman Nəriman oğlu barəsində etdiyi şikayətə Göygöl Rayon Məhkəməsi tərəfindən  baxılır: “Jurnalistikaya heç bir aidiyyəti olmayan bu adamla bağlı nəsə danışmaq istəmirəm. Çünki səviyyələrimiz uyğun deyil. Yaxından uzaqdan heç bir tanışlığım olmayan bu adamın üzünü belə görməmişdim. Hazırda DTX tərəfindən insanları şantaj etmək ittihamı ilə həbs edilən bir dostunun sifarişi ilə məni hədəfə alıb, təhqir etməyə başladı. Məhkəməyə qədər bütün vasitələrdən istifadə etdim ki, həmin şəxs özünə yığışsın.

Sonda məsələnin hüquq müstəvisində araşdırılmasını tələb etmək məcburiyyətində qaldım. Onunla bağlı hazırda Göygöl rayon Məhkəməsində bir neçə şikayətə baxılır. Tanınmış jurnalsit Əhməd İsayevin  şikayəti əsasında artıq onunla bağlı qərar qəbul edilib. Etdiyi təhqirə görə 2000 manat cərimə olunub. Ancaq təəssüflər olsun ki, bu cür ictimai və hüquqi tənbeh tədbirlərinə baxmayaraq, bu adam öz domeni vasitəsilə insanların şərəf və ləyaqətini ləkələməyə davam edir. Bunun qarşısının alınması ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə şikayət ünvanlamağı palnalşdırıram ki,  şantaj və təhqir üçün istifadə olunan domenə girişi məhdudlaşdırsınlar”.

Qeyd edək ki, Osman Nərimanoğlu xaricdən yayımlanan və Azərbaycanın  siyasi rəhbərliyini və simvollarını daima təhqir edən Qurban Məmmədovun  internet televiziyası ilə də yaxından əməkdaşlıq edir, ordakı siyasi verilişlərdə ekspert qismində çıxış edir. Azinforum.az “reket jurnalist” in Qurban Məmmədovla yaxından əməkdaşlığını sübut edən videomaterialı təqdim edir. Videonu bu linkə tiklamaqla iləyə bilərsiniz. https://ok.ru/live/900514455051

 

Nəşr olunub CƏMİYYƏT

Boyukmillet.com xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının Xüsusi mühafizə olunan təbiət əraziləri”  kitabı çapdan çıxıb. Nəfis şəkildə tərtib olunan kitabda “Qırmızı kitab”a daxil olan nadir fauna  və flora növləri haqqında məlumat verilib. 

Bundan başqa, oxucular Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Zəngəzur Milli Parkı, Ordubad Dövlət Təbiət Yasaqlığı, “Arazboyu” Dövlət Təbiət Yasaqlığı və “Arpaçay” Dövlət Təbiət Yasaqlığı haqqında  geniş informasiyalar əldə edə bilərlər. Kitabda, eyni zamanda həmin park, qoruq və yasaqlıqlarda mövcud olan fauna və flora növlərinin maraqlı fotoşəkilləri, eləcə də bu təbiət ərazilərinin yaradılması ilə bağlı fərman və sərəncamların surətləri də yer alıb.

Naxçıvandakı “Əcəmi” nəşriyyatının məhsulu olan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Nəşr olunub CƏMİYYƏT

ABŞ Türkiyəni “F-35 Beşinci Nəsil Müştərək Hücum Təyyarələri İstehsalı Proqramı”ndan çıxarmaqla təhdid edir.

Bu, baş verərsə, proqramın istehsal rəqəmləri yarıya düşəcək və 7,5 milyard dollarlıq zərər olacaq.

ABŞ-ın prezident köməkçisi Mayk Pens və Pentaqon israrlı şəkildə Türkiyəyə F-35 qırıcılarının verilməyəcəyini vurğulayır. Buna səbəb isə Ankaranın Rusiyadan S-400 zenit raket kompleksini tədarük etməsidir.

F-35 proqramına rəhbərlik edən admiral Matias Vinter Nümayəndələr Palatasındakı çıxışında Türkiyənin proqramdan çıxarılması təqdirində nələr yaşanacağı sualını bu sözlərlə cavablayıb: “Türkiyə F-35-in hissələrinin böyük qismini istehsal edir. Türkiyənin proqramdan çıxarılması təqdirində proqram iki il ərzində 50-75 daha az təyyarə istehsal edəcək və ildə 90 gün zərərə uğrayacaq”.

Vinterin bu sözlərindən sonra, Pentaqon “türk pilotların təlimləri davam edəcək, Türkiyəyə təhvil verdiyimiz 2 qırıcını geri almağı düşünmürük” açıqlamasını verdi. Bundan başqa, daha iki ədəd F-35-in Türkiyəyə tədarük edəcəyini elan etdi.

Xüsusilə, Mayk Pens Türkiyənin yerinə yaxın münasibətlərinin olduğu İsrailin yeni ortaq olaraq proqrama daxil edilməsini istəyərlən, admiral Vinterin Türkiyənin olmaması təqdirində nələr yaşanacağına dair dəqiq bilgiləri Pentaqonu çətin vəziyyətdə qoyub.

Lakin daha iki təyyarənin Türkiyəyə təhvil veriləcəyi ilə bağlı açıqlama əslində, zaman qazanmaq manevrindən ibarət idi. Çünki Türkiyə proqrama qatılarkən 2020-ci il üçün 30 ədəd F-35 tələb etmişdi.

Türkiyənin yerinə İsrailin proqrama daxil edilməsi…

F-35 qırıcıları standart uçuş zolaqları, şaquli eniş və təyyarə gəmiləri üçün 3 fərqli çeşiddə istehsal olunur. Ən son texnoloji vasitələrə sahib olması, ən son istehsal olunan bombaları daşıma bacarığı nəzərə alındıqda, təyyarənin qiyməti də bir xeyli yüksəlir. Standart “F-35A Lightning II” təyyarəsinin istehsal qiyməti 100 milyon dollardır. Təyyarə üçün istehsal olunanlarda isə mancanaqla tutula bilməsi üçün sağlamlaşdırılan modelləri 115 milyon dollara qədər çıxır.

Türkiyə şirkətləri təyyarənin bu hissələrini istehsal edir:

F-35 təyyarə gövdəsinin parçaları və qurğuları

Eniş komplektinin hissələri

F-35 motorunun titaniumla inteqrə olunmuş qanad rotorları

F-35 Elektro-Optik Hədəf Sisteminin parçası

F-35 CNI Avionik Elektronik İnterfeys Nəzarət Cihazı

Raketləri uzaqdan idarəetmə interfeysi

Panoramik kabinet ekranının elektronik kartları

F-35 Elektrik Şəbəkəsi və ara şəbəkə sistemi

Eniş komplektinin açar hissələri

Həssas radarlı Stand-off raketi

Təyyarənin mərkəz gövdəsinin istehsal və montajı

Xarici örtük

Silah bölməsinin qapaqları

Hava girişi kanalları

Havadan yerə adapterlər

F-35-in alternatif ehtiyat hissələeinin 50%-i.

Bu materiallar bir F-35-in təxminən, 6-7 hissəsini təşkil edir. Ancaq Türkiyə həm bu materialları uyğun qiymətə istehsal edərək, həm də 100 ədəd F-35 almaq təminatı verərək layihənin maliyyə büdcəsini ciddi şəkildə aşağı endirir. Hətta Türkiyənin proqrama daxil olmasından öncə ABŞ kəskin tənqidlərə məruz qalmış və layihənin həyata keçirilməsi məsələsinin təxirə salınması gündəmə gəlmişdi.

“Lockheed Martin”in hesabatına görə, 2011-ci ildə 9 təyyarə istehsal edilərkən gələcək illərdə 30, 35, 36, 45 və 46 təyyarə istehsal olundu. Türkiyənin ciddi şəkildə fayda verməyə başladığı 2017-ci ildə bu rəqəm 66-ya qalxdı. 2018-ci ildə isə 91 ədəd F-35 istehsal olundu. Bu da mövcud istehsalın 2 il içində 157 ədəd olduğunu göstərir.

Bu da o deməkdir ki, Türkiyə olmasa, proqramın istehsal gücü yarı-yarıya enəcək. Üstəlik, daha çox büdcə tələb olunacaq.

Pentaqon və Pens narahat olsa da, İsrail israrlı şəkildə “Türkiyə F-35-ləri alarsa, bizim bölgədəki üstünlüyümüz təhlükə altında qalacaq” açıqlaması versə də, Türkiyənin bu təhdidlərə yer verməyən qətiyyətli duruşunun nəticə verəcəyi gözlənilir.

Nəşr olunub DÜNYA

Reytinq