Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 01 May 2019

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti təyin edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq əmri federasiyanın sədri Elman Rüstəmov imzalayıb. Seymur müəllimi səmimi təbrik edir və yeni uğurlar arzulayırıq.

Nəşr olunub CƏMİYYƏT

 

Bu gün “Naxçıvan 2019” Beynəlxalq Şahmat Festivalının açılış tədbiri olub. Qeyd edək ki, Naxçıvanda keçirilən ənənəvi Beynəlxalq Şahmat Festivalına böyük maraq var. Bu il də ənənəvi olaraq festivalda çoxsaylı şahmatçı iştirak edir. Festivalda 14 ölkədən təxminən 356 şahmatçı iştirak edir və onlar üç qrupda mübarizə aparacaqlar. Azinforum.az Naxçıvanda fəaliyyət göstərən Kanal-35 Televiziyasının festivaldan hazırladığı qısa videoçarxı sizə təqdim edirik.

Nəşr olunub İDMAN

“Müasir tarixdə Gürcüstanda etnik azlıqların yaşadığı müxtəlif bölgələrin inkişafı və inteqrasiyası üçün mənim hökumətimdən çox iş görən olmayıb”.

Boyukmillet.com Unikal.org-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

O, etnik azərbaycanlı və ermənilər arasında lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyasına dayanıqlı dəstəyin olmasını belə izah edib: “Ötən seçkilər sübut etdi ki, etnik azlıqlar bizi dəstəkləyir. Bu halda mənim genetik testimin əhəmiyyəti yoxdur. Mən bir neçə dəfə təkrar etmişəm ki, ermənilərə nifrət edənlər üçün erməni, azərbaycanlılara nifrət edənlər üçün isə azərbaycanlıyam. Yəhudilərə nifrət edənlərə qarşı yəhudi olacağam və eyni zamanda, hamıdan daha çox gürcü olmaqda davam edəcəyəm”.

M.Saakaşvili qeyd edib ki, hakimiyyətdə olduğu illərdə etnik azlıqlar üçün çox işlər görülüb: “Buna görə də qədir bilən xalq, böyük təzyiqə baxmayaraq, bizə səs verib”.

Sabiq dövlət başçısı həmçinin ABŞ-da genetik testdən keçdiyini də yazıb: “Test göstərdi ki, mən təxminən 99 faiz gürcü, 1 faiz isə yunanam. Məndə bir damcı olsun belə, qeyri-gürcü qanı yoxdur. Mən əlbəttə ki, bütün qonşularımıza hörmət edirəm, Gürcüstanın istənilən etnik mənsubiyyətə sahib vətənpərvərlərini sevirəm. İndi məni digər etnosa aid edənlər qoy genetik testdən keçsinlər”.

Qeyd edək ki, M.Saakaşvilinin Gürcüstanın prezidenti olduğu illərdə bəzi ictimaiyyət nümayəndələri və siyasətçilər onun erməni olması ilə bağlı iddialar səsləndiriblər.

Daha əvvəl Mixeil Saakaşvili bildirib ki, Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir.

Nəşr olunub DÜNYA
“Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə qəbul olmaq istəyənlərin sayı artmaqdadır və buraya qəbul üçün hətta güclü müsabiqə vəziyyəti yaranır”
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə deyib. 
Onun sözlərinə görə, bu gün AMEA büdcədənkənar vəsaitləri Yüksək Texnologiyalar Parkının fəaliyyəti nəticəsində əldə edir: “Bizim arzumuz budur ki, elmin inkişafı üçün dövlət büdcəsinin vəsaitləri ilə yanaşı, büdcədənkənar vəsaitlərdən də istifadə edək”. 
A.Əlizadə bildirib ki, son illər ərzində akademiyada elm və təhsilin inteqrasiyası sahəsində mühüm tədbirlər həyata keçirilib. Akademik AMEA-da Tədqiqat Universitetinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsini zəruri sayıb. Bildirib ki, gənc alimlərin təcrübə keçmək və təhsil almaq məqsədilə dünyanın nüfuzlu elmi mərkəzlərinə və ali təhsil müəssisələrinə göndərilməsi istiqamətində işlər daha da gücləndirilməlidir. 
Onun sözlərinə görə, akademiyanın Strateji Elmi Tədqiqatlar Mərkəzinin ölkənin müdafiə qüdrətinin gücləndirilməsi ilə bağlı fəaliyyəti davam etdirilməlidir. Həmçinin multidissiplinar tədqiqatların gücləndirilməsi istiqamətində riyaziyyat və informatikanın elmin müxtəlif sahələrinə tətbiqinə xüsusi diqqət ayrılmalı, alimlər qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməlidirlər. 
Azərbaycan alimlərinin əldə etdikləri uğurlardan söz açan A.Əlizadə deyib ki, ilk dəfə olaraq, xarici alimlərlə birlikdə Qafqazın tektonik xəritəsi hazırlanıb. Tarixçilər İrəvanın Azərbaycanın tarixi torpağı olması barədə yeni sübutlar əldə edib, orada xristian əhalinin olması ilə bağlı uydurma fikirləri təkzib edən faktlar üzə çıxarıblar.
Nəşr olunub CƏMİYYƏT
“Azərbaycan Adını Uca Tutan Soydaşlarımız Yetərincədir.

Kiyevdə yaşayan, uzun illər Energetika nazirinin müavini işləmiş Burzu Əliyev Azərbaycan adını uca tutan soydaşlarımızdandır.
Diaspor info saytının Ukrayna bürosu həmyerlimizdən video müsahibə alıb.
Müsahibəni olduğu kimi oxucularımıza təqdim edirik

Nəşr olunub CƏMİYYƏT

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə hərbiyönümlü QHT-lər - Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev, sədr müavini Həsən Əmirov, İdarə Heyətinin üzvləri - polkovnik, "Azərbaycan Bayrağı" ordenli Xətai Baxışov, polkovnik, "Azərbaycan Bayrağı" ordenli Hikmət Ağayev, "20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə, Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində rektor Cəfər Cəfərovla görüş keçiriblər.

Lent.az xəbər verir ki, görüşdə QHT rəhbərləri universitetdə aparılan geniş miqyaslı islahatları dəstəklədiklərini, bu işlərin bütün ali təhsil ocaqlarında davam etdirilməsini arzuladıqlarılnı bildiriblər. 

Görüşdə mütəmadi birgə tədbirlərin keçirilməsi ilə bağlı iş planı hazırlanıb. Pedaqoji Universitetin Azərbaycan üçün çox əhəmiyyətli olduğu vurğulanıb.

Tədbirdə müəllimlərimizin yetişdiyi Azərbaycanda ilk universitetlərdən olan Pedaqoji Universitetin böyük kollektivinin olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, 17 mindən artıq tələbənin təhsil aldığı ali məktəbdə 2500-ə müəllim və texniki kadr heyəti çalışır.

Görüşün müzakirə mövzusunun əsasını universitetin məzunu olan şəhidlərin, milli qəhrəmanların anım tədbirlərinin keçirilməsi, Qarabağ müharibəsi qaziləri ilə  görüşlərin təşkili, gənclərə onların həyat yolu haqqında məlumat vermək təşkil edib.

Qeyd olunub ki, Pedaqoji Universitetdə 1981-ci ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə hərbi kafedra yaradılıb. Həmin  kafedranın gələcəkdə birgə bərpası istiqamətində işlərin həyata keçirilməsi planlaşdırılıb.

Tələbələrin tez-tez hərbi hissələri ziyarət etməsi, əsgərlərin fəaliyyəti ilə tanış olması üçün görüşlərin təşkili nəzərdə tutulub.

Sonda rektor Cəfər Cəfərov Vətən Müharibəsi Veteranlar Birliyinin təsis etdiyi "Milli Ordunun 100 illik yubiley" medalı ilə təltif edilib.

Nəşr olunub CƏMİYYƏT

 

Yaxud, “Azərbaycan saatı”nın “əqrəbləri” düşmənin yeni layihəsi kontekstində

Fransada “Azərbaycan saatı” adı altında dağıdıcı və satqın müxalifətin xəyanətkar siyasətini yürüdən Qənimət Zahidin daha öncələr də erməni lobbisinin pulları hesabına təlimatlandırılması barədə kifayət qədər yazılıb və deyilib. Bu barədə faktlar, sübutlar necə deyərlər, “N” qədərdir. Lakin onun hal-hazırda açıq-aşkar şəkildə erməni işğalına dəstək verməsi artıq bütün hədləri aşıb. İstər sətiraltı, istərsə də açıq qaydada Azərbaycan dövlətinin əleyhinə, Ermənistanın isə lehinə fikirlər səsləndirən Q.Zahid əlində olan bütün imkanlardan maksimum istifadə edir.

Əli Kərimlinin trolları belə, bəyənmələrin sayını artıra bilmirlər

Bəlli layihəsi vasitəsi ilə dövlət və xalq maraqlarına qarşı düşmən kəsilən xain şəxsləri “Azərbaycan saatı”na dəvət edib, erməni lobbisinin tezislərinə uyğun fikirlərin səsləndirildiyi həmin verlişə isə əlbəttə ki, mənfi rəylər daha çox yazılır, “Youtibe”də dislaykların (bənəyilməyən işarəsi-R.R.) sayı durmadan artır. Hətta Əli Kərimlinin trolları belə, bəyənmələrin sayını artıra bilmirlər. Bu isə sosial şəbəkə istifadəçilərinin əksə çoxluğunun sözügedən xainlikləri birmənalı şəkildə rədd etməsi anlamını isbatlayır.

Beləliklə, sual: Qənimət Zahid necə, hansı üsulla ermənilərə işləyir? Məsələ ondadır ki, verlişlərinin birində Q.Zahid Azərbaycanın cəbhəyanı Tərtər rayonunu “sərhədyanı ərazi” olaraq təqdim edib. Maraqlısı da budur ki, uzun illər “Azadlıq” qəzetinə baş redaktorluq eləmiş bu ünsürün bilərəkdən Tərtər rayonunu “sərhədyanı” adlandırması kimsədə şübhə doğurmur. Daha dəqiq desək, adam ən azından, illər boyu bu qəzetə rəhbərlik edib və siyasi incəliklərdən də xəbərsiz deyil.

Azərbaycanın cəbhəyanı ərazilərini “sərhədyanı” olaraq təqdim elə, bu vasitə ilə “DQR”-i “ərazi vahidi” kimi sətiraltı şəkildə ictimailəşdir və al qrantları nə qədər istəyirsən!

Bu baxımdan, Q.Zahidin qəsdən, bilərəkdən erməni dəyirmanına su tökməsi də şübhəsizdir. Çünki erməni lobbisinin xarici təşkilatlar vasitəsi ilə verdiyi tezisdə həmin amil tələb kimi qarşısına qoyulub – Azərbaycanın cəbhəyanı ərazilərini “sərhədyanı” olaraq təqdim elə, bu vasitə ilə “DQR”-i “ərazi vahidi” kimi sətiraltı şəkildə ictimailəşdir və al qrantları nə qədər istəyirsən!

Yəni bu fakt sübut edir ki, Q.Zahid ermənilərin yeni layihəsini həyata keçirir. Həmin layihənin təlimatçılarından biri isə nə qədər təəccüblü görünməsə də, “Sülh və Demokratiya İnstitunun” rəhbəri Leyla Yunusdur. Əgər onu da xatırlasaq ki, L.Yunus dəfələrlə (!) Azərbaycanın milli dövlətçilik maraqlarını erməni maraqlarına satıb, bu zaman nəyin-nə olduğunu nəticələndirmək çətin deyil.

Fakt isə budur ki, bu gün “xalqım”, “millətim” bağırıb, mitinqlər tələb edən dağıdıcı müxalifətin tərkib hissəsi sayılan ünsürlər reallıqda birbaşa düşmən qoltuğuna sığınıblar və nə zamansa, bütün bunlara görə mütləq, amma mütləq cavab verməli olacaqlar – Azərbaycan xalqı və qanunları qarşısında!

Rövşən RƏSULOV

Nəşr olunub SİYASƏT

 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun (ETİ) Türkiyənin ASELSAN şirkəti ilə birlikdə hazırladığı lazer yönləndirməli aviasiya bombasının inert versiyası sınaqlar üçün hazırdır.

Bu barədə “AzeriDefence”ə İDEF-2019 sərgisində iştirak edən Müdafiə Sənayesi Nazirliyindən (MSN) məlumat verilib.

Bombanın ilk prototipindən üç ədəd hazırlanıb. Gövdə qismi bir müddət əvvəl ASELSAN tərəfindən yaradılmış Lazer Yönləndirmə Dəsti (LGK- Lazer Güdüm Kiti) ilə uyğunlaşdırılmaq üçün Türkiyəyə göndərilib. LGK üzərində kiçik dəyişikliklər edilməklə Azərbaycan istehsalı olan aviasiya bombasına inteqrasiya olunub.

ETİ-nin baş direktoru Novruz Abdullayevin sözlərinə görə, inert versiya sınaq üçün hazırdır. Bunun müəyyən edilmiş tarixdə Azərbaycanda sınaqları həyata keçiriləcək. Daha sonra sifarişdən asılı olaraq yönləndirmə dəstinin 250 kiloqramlıq qəlpəli-fuqas bombalara inteqrasiyası həyata keçiriləcək.

Qeyd edək ki, LGK-nin inteqrasiya edildiyi Azərbaycan istehsalı olan QFAB-250 aviasiya bombaları buraxıldığı hündürlükdən asılı olaraq, 12000 metrədək məsafədə hədəfləri maksimum 10 metr sapma ilə vurmağa imkan verəcək. Bu, NATO standartlarına uyğun yaradılmış LGK yönləndirmə dəstinin sovet standartlarına uyğun aviasiya bombasına ilk inteqrasiyasıdır.

Nəşr olunub CƏMİYYƏT

Reytinq