Burda göstərilən tarixə olan xəbərlər: Şənbə, 11 May 2019

boyukmillet.com xəbər verir ki, Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim briqadası tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Ordubad rayonunda 4 günlük humanitar tibbi aksiya keçirilib.

Klinik Xəstəxananın 28 yüksəkixtisaslı həkim və tibb işçiləri Ordubad Rayon Mərkəzi Xəstəxanasında olublar. Briqadaya həkim cərrah, mama–ginekoloq, kardioloq, otolarinqoloq, nevropatoloq, uroloq, nefroloq, endokrinoloq və başqa həkimlər daxil edilib.

Kliniki xəstəxananın cərrah, lor, terapevt həkimlərindən təşkil olunan briqadası rayonda 800-dən artıq müayinə və müalicə  həyata keçirib. Cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb.

Qeyd edək ki, Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birlikdə  tibbi aksiyada yaxından iştirak ediblər.

Nəşr olunub CƏMİYYƏT

“Bizim azərbaycanlılar və türklərə əsəbiləşəcək heç nəyimiz yoxdur. Biz İvanişvilinin bizim üçün müəyyən etdiyi yerdəyik”.

boyukmillet.com Eurasia Diary-yə istinadla xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Azərbaycanlılar və türklərin yerində olsaydım, bunları “heç kim” yerinə saymazdım. Hər kəs özünə hörmət edir. Biz İvanişvilinin bizim üçün müəyyən etdiyi yerdəyik. Biz regionun ən cəlbedici, həmçinin dünyanın bir nömrəli reformator ölkəsiydik, amma indi kiçik kəndə çevrilmişik. Rusiya bizi qapadır. Artıq Lazika limanı layihəsini boğublar”.

Qeyd edək ki, bir müddət əvvəl Ankarada Türkiyə, Rusiya və Azərbaycan arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Memorandumun imzalanması mərasimində Gürcüstan tərəfindən heç kim iştirak etməyib. Memoranduma əsasən, bundan sonra Rusiya yüklərinin Bakı-Tiflis-Qars dəmiryoluyla daşınmasına izn veriləcək.

Nəşr olunub SİYASƏT

“1994-cü il aprel-may aylarında Tərtərin Qapanlı-Seysulan istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək, Milli qəhrəman adına layiq görülmüş Zabit Quliyev Ukraynanın Kiyev şəhərində insult keçirdib və xəstəxanaya yerləşdirilib”.

Bu barədə qazi Hikmət Məmmədov məlumat paylaşıb.

O bildirib ki, Zabit Quliyevin vəziyyəti ağırdır:

“Milli qəhrəmanımızın səhhəti ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti dövlət qurumları hərəkətə keçib. Bu vəziyyəti görə Rusiya Azərbaycanlıları İttifaqının Prezidenti Füzuli Məmmədov da öz köməyini əsirgəməyərək hazırda zabitimiz üçün lazımi tədbirlər görür. Əgər Ukraynada müalicə istənilən səviyyədə olmazsa, zabitimiz qardaş Türkiyə dövlətinə aparılacaq”.

 

Nəşr olunub RƏSMİ XRONİKA

Keçmiş səfir Arif Məmmədov xəyanətkar olduğunu bir daha sübut etdi. Bu sözləri boyukmillet.com-a açıqlamasında İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədr müavini Səbuhi Əliyev bildirib. O, açıqlamasında ordumuzun ermənilərlə müqayisə olunmasını və aşağılanmasına qarşı ağır ifadələr işlədib. Ay şərəfsiz belə ermənipərəstsənsə ad və soyadından imtina et. Ordumuz millətimizin güvənc yeri, ocağıdır. Orduya dil uzadan əsl Azərbaycanlı ola bilməz. Səbuhi Əliyev eyni zamanda belə bir alçaq statusu yazan Arif Məmmədovu müdafiə edənləri də vətən xaini və ləyaqətsiz adlandırıb.

Nəşr olunub CƏMİYYƏT

Eston yazıçısı Kersti Kivirüütün “Küləklər şəhəri” kitabı Azərbaycanlı diaspor fəalımız Sənəm Əliyevanın məhz eston dilindən tərcüməsində artıq bu yaxınlarda oxuculara təqdim edilib. Biz də həm kitab qurdu olaraq, həm də bir estonun Azərbaycan haqqında nə yaza biləcəyini öyrənmək marağımızdan dərhal kitabı əldə etdik, oxuduq. Və peşman olmadıq.

Kitabda ötən yüzilin əvvəllərində Bakıda yaşamış azsaylı eston icmasından söhbət gedir. Onların Bakıda neft və ona yaxın sənayedə axtarışları, araşdırmaları və əldə etdikləri tapıntılardan danışılır. Eyni zamanda qırmızı bolşeviklərin onlardan birini öldürməsi də kitabın ən diqqət çəkən məqamlarındandır.

Kitabdakı olaylar sadəcə Bakıda cərəyan etmir. Heç zaman baxımından da eyni dövrü əhatə etmir. Burada biz Sovetlərin qurulmasının ilk illəri və ərəfəsi, eyni zamanda o dövlətin ən məşhur dönəmlərinə də rast gəlirik. Əlavə olaraq kitab 2000-ci illərin hadisələrinə də işıq tutur.

Coğrafiya da genişdir. Bakı, Qobustan, Xınalıqla yanaşı biz burada Skandinaviyanı belə görürük. Kersti Kivirüüt özünün bu əsərində həm adı keçən coğrafiyaları, həm də yüz illik zaman kəsimini bir araya sığdırmağı bacarıb. Özü də ustalıqla.

Kersti həm də çox qədim tarixə ekskurs edib. Burada biz Skandinaviya allahı Odini görürük. Eyni zamanda Odinin məhz Odlar Yurdundan Skandinaviyaya səyahət etməsi təsvir edilir. Qeyd olunur ki, Odin başda olmaqla Skandinaviya xalqları məhz Azərbaycandan – azər millətindən törənib. Onlar bizim coğrafiyamızdan başlayaraq Xəzər dənizi – Volqa çayı vasitəsilə Baltik akvatoriyasına gedib çıxıblar.

Əlbəttə ki, məşhur səyyah Tur Heyerdal! Kitabda Qobustandan və onun Skandinaviya bağlarından danışılırsa, Tur Heyerdalsız olmaz ki. Kersti ustalıqla bu məşhur səyyaha da öz kitabında yer ayırmağı bacarıb. Həm də ən önəmli yerlərdən birini.

Detektiv janrında yazılmış kitabda həm də mistika – mifik keçmiş və bağlar çox ustalıqla əlaqələndirilib. Həyat iksirinin – əbədilik suyunun içilməsi kimi bir olayla bərabər yol göstərən qarğalara qədər diqqət çəkən obrazlar oxucunun marağını daha da artırır.

Maraq artıracaq məqamlar arasında Xınalıq kimi ucqar bir dağ kəndinin Odinin ardıcıllarıyla hətta çağdaş dönəmimizdə belə bağlı olmasıdır. Maraqla oxunur bu bağlar haqqında bilgilər.

Bir də dörd oğlan uşağının qurban kəsilməsi durumu var ki, əsəri daha da dramatik edir, oxucunu ardınca çəkib aparır. Əlbəttə, sevgi macərası da yox deyil əsərdə.

Əsər xoşbəxt sonluqla bitir. Sirr arxasınca gələnlər o sirləri aşka etməyi bacarırlar. Zalım və qəddarlarsa öz cəzasını alır. Ən əsası isə odur ki, bu əsər Azərbaycanla Estoniya arasında yeni bağlar – yeni körpü yaratmaq baxımından təqdirəlayiqdir.

Bir az da tərcümə haqqında. Əslində, bəlkə də bu kitabı həvəslə oxumağımın səbəbi tərcümənin mükəmməlləyidir.

Son illər tez-tez tərcümələri tənqid etməyə məcbur oluruq. Həqiqətən də bəzən dünyanın diqqət mərkəzində olan ədəbiyyat örnəkləri ana dilimizə o qədər bərbad tərcümə edilir ki, sadəcə oxumaq mümkün olmur. Lakin “Küləklər şəhəri” olduqca mükəmməl tərcümə edilib. Çox xırda, yalnız mənim kimi hədsiz həssas oxucuların diqqətini çəkəcək qüsurları nəzərə almasaq tərcümə həqiqətən də çağdaş tərcümə ədəbiyyatı içində parlaq bir örnək kimi diqqətimizi cəlb edir. Bu isə bir daha göstərir ki, tərcüməçi Sənəm Əliyeva qürbətdə yaşasa da öz milli kimliyinə – ana dilinə bağlılığını ən yüksək səviyyədə qorumağı bacarıb. Bu da təsadüfi deyil. Bir insanın harada yaşamasından asılı olmayaraq öz milli kimliyinə bu qədər bağlı qala bilməsi onun soyunun düzgünlüyündən xəbər verir. Düşünürəm ki, Sənəm xanıma Azərbaycan dövlətinin uyğun qurumları bu tərcüməyə görə xüsusi diqqət göstərməlidir. Bu, sadəcə bir bədii əsər tərcüməsi deyil, Estoniya kimi kiçik olsa da önəmli bir Baltik ölkəsi ilə əlaqələrimizin optimallaşdırılması baxımından çox ciddi addımdır.

Sonda hər kəsə tövsiyə edərdim ki, bu kitabı tapıb oxusun. Əminəm, həvəslə oxuyacaqsınız. Necə ki, mən oxudum.

Nəşr olunub CƏMİYYƏT

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Əsgər Ailələrinə Dəstək ictimai birliyi 01.05.2019-cu il tarixindən Şəhidlərin xatirəsinə həsr olunmuş idman turnirinin keçirilməsi və şəhid övladlarının asudə vaxtının təşkili layihəsnin icrasına başlayıb.

Layihə müddəti 2 aydır. Bu barədə ictimai birliyin sədri və layihə rəhbəri Mətanət Əsgərqızı Sosialxəbər.az-a məlumat verib. O, qeyd edib ki, layihə gənclərin vətənpərvərlik hisslərinin, vətənə, dövlətə, torpağa bağlılığının gücləndiriməsindən, dövlətin şəhidlərimizə və onların ailələrinə olan diqqətin nəticəsində həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin artırılmasından bəhs edir. Mətanət Əsgərqızının sözlərinə görə müharibə hələ bitməyib.

Hər an başlayacaq müharibə üçün vətənpərvər gənclərin yetişməsi dövlətimiz üçün önəmli məsələlərdən birirdir. Tədbirlərdə iştirak edənlərin hər biri sabahın əsgəri, vətənin müdafiəçiləridir. Ona görə də nə qədər vətənpərvər gəncimiz çox olarsa, ordumuz güclənər, torpaqlarımızın işğaldan azad olunması üçün ruh yüksəkliyi olar.

Nəşr olunub CƏMİYYƏT

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
boyukmillet.com xəbər verir ki, festivalda 14 ölkəni – Ukrayna, Belarus, Belçika, ABŞ, İran, Hindistan, Latviya, Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Azərbaycanı təmsil edən 356 şahmatçı mübarizə aparıb. Zəka sahibləri “A”, “B” və “C” qruplarında iştirak ediblər.

Mayın 10-da Naxçıvan şəhərindəki Şahmat Mərkəzində festivalın qaliblərinin mükafatlandırma mərasimi olub. Tədbirdə festivalın baş hakimi Faiq Həsənov çıxış edərək şahmatçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib.
Sonra mükafatlandırma mərasimi başlayıb. İlk olaraq “C” qrupunda yaş qrupları üzrə qaliblər mükafatlandırılıb. Belə ki, 8, 10 və 12 yaşlı oğlanların mübarizəsində müvafiq olaraq Turan Mirzəyev (Naxçıvan), Nazar Talgatov (Qazaxıstan), İlqar Məmmədov (Rusiya), qızların mübarizəsində isə Məryəm Abbaszadə (Bakı), Lalə Hüseynova (Bakı) və Bayram Banu (Bakı) qalib adını qazanıblar. Ümumilikdə, “C” qrupunun qalibi 8 xalla İlqar Məmmədov olub.
“B” qrupunda Elxan Bayramov (2158) son görüşdə qələbə qazanaraq 8,5 xalla qrupda qalib olub. Atilla Eynullayev (2175) 7,5 xalla ikinci, Amil Abbasov (2215), Şahin Hüseynov (2189) və Elvin Bayramov 7 xalla 3-5-ci yerləri bölüşüblər.
“A” qrupunun lideri amerikalı qrossmeyster Timur Qarayevin (2560) isə belçikalı qrossmeyster Vadim Malaxatko (2508) ilə görüşü heç-heçə nəticələnib.
Azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) qrossmeyster Nicat Abasova (2633), azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlı isə (2451) gürcüstanlı qrossmeyster Tornike Sanikidzeyə (2488) məğlub olublar. Azərbaycanlı beynəlxalq usta Vüqar Əsədli (2454) özbəkistanlı beynəlxalq usta Ortik Niqmatovla (2469) heç-heçə oynayıb.
Naxçıvanlı zəka sahiblərindən qrossmeyster Urfan Sevdimalıyev (2352) azərbaycanlı beynəlxalq usta Abdulla Qədimbəyliyə (2394), FİDE ustası Sadiq Məmmədov (2205) qrossmeyster Xəyalə Abdullaya (2228) məğlub olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) azərbaycanlı şahmatçı Ləman Hacıyeva ilə (2041), FİDE ustası Pərviz Qasımov isə (2328) beynəlxalq usta Xanım Balacayeva ilə (2358) xalları bölüşüblər. Beynəlxalq usta Talıb Babayev (2329) hindistanlı beynəlxalq usta Nandhidhaa PV üzərində qələbə (2314) qazanıb. Beləliklə, 9 görüşdən 7,5 xal toplayan amerikalı qrossmeyster Timur Qarayev (2560) turnirin qalibi olub. Azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) 7 xalla ikinci, gürcüstanlı qrossmeyster Tornike Sanikidze isə 6,5 xalla üçüncü olub. Digər 5 zəka sahibi 6 xalla 4-8-ci yerləri bölüşüb.
Sonda çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov festivalın keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib. Federasiya sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının qalibi amerikalı qrossmeyster Timur Qarayevə kuboku təqdim edib, yarışda yaxşı nəticə göstərmiş ən kiçikyaşlı şahmatçı Əli Zamanovu (Naxçıvan) da mükafatlandırıb.
Federasiya sədri qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb və festivalı bağlı elan edib.

Nəşr olunub CƏMİYYƏT

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə ölkəmizin Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda geniş tədbir təşkil olunub.

boyukmillet.com xəbər verir ki, tədbirdə ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra xalqımızın xilaskar oğlunun həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Rəsmi hissədə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev və vali Türkər Öksüz çıxış ediblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin təxminən yarım əsri əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışılıb. Diqqətə çatdırılıb ki, dünya şöhrətli siyasi və dövlət xadiminin əsas amalı qurub-yaratmaq, insanların güzəranını yüksəltmək, ölkəni inkişaf etdirmək və dövləti qüdrətləndirmək olub. Ümummilli Lider siyasi hakimiyyətinin ikinci dövründə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Azərbaycan və Türkiyənin liderliyi ilə regionda həyata keçirilən beynəlxalq layihələrin tarixi əhəmiyyətindən bəhs edən çıxışçılar vurğulayıblar ki, bütün bu işlər bütövlükdə Avrasiya məkanı üçün strateji xarakter daşıyır. Bu layihələr arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkiyənin şərq və cənub-şərq bölgələrinin inkişafına birbaşa təsir göstərən uğur kimi dəyərləndirilib.

Qeyd olunub ki, Ulu Öndər hələ Naxçıvan Ali Məclisinin Sədri olduğu dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafı üçün əsaslı zəmin yaradıb. Hazırda Türkiyənin şərq vilayətləri ilə Azərbaycanın Naxçıvan bölgəsi arasında inkişaf edən əlaqələr bu siyasətin bəhrəsidir.

Əminliklə bildirilib ki, qədirbilən Azərbaycan və Türkiyə xalqları Heydər Əliyev şəxsiyyətini hər zaman ehtiramla yad edəcəklər. Çünki bu mirasın qorunmasında və inkişafında ulu öndər Heydər Əliyevin tarixi missiyası var. Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri əbədi və sönməzdir.

Azərbaycanın Türkiyənin Qarsdakı Baş Konsulluğunun konsulu Tural Həsənov Azərbaycanda diplomatik xidmət orqanlarının yaranması, keçdiyi inkişaf yolu və müasir dinamikası barədə məlumat verib.

Sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi şərəfinə Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun həyətində xatirə ağacları əkilib.

Nəşr olunub CƏMİYYƏT

Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi ictimai birliyi yeni bir layihənin icrasına start verib. 
 
“Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş tədbirlərin təşkili“ layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra olunur. İctimai birliyin icra etdiyi layihənin  əsas mahiyyəti ailənin yeganə övladı Tahir Həsənovun xatirəsinin yad olunmasının timsalında gənclərimizin bütün şəraitlərdə vətən qarşısında borclarını unutmamağa çağırışdı. Həm də gənclər belə qəhrəmanların həyat yollarını özlərinə nümunə götürərək, şəhidləri tanısınlar.
 
 
Tahir Həsənov kim idi? O, dəfələrlə yaralansa da müalicə olunar- olunmaz cəbhəyə qayıtdı. O illərdə ölkə gündəmini zəbt edən Tahir  Həsənovun qəhrəmanlığını İkinci Dünya Müharibəsində igidlik göstərmiş Mehdi Hüseynzadə ilə bir tutdular. Mehdi Hüseynzadə kimi Tahir Həsənov da döyüşçüləri  mühasirədən çıxarıb  təkbaşına vuruşdu. Düşmənləri yaxına buraxaraq sonuncu qumbaranı partlatdı və şəhid oldu. İyirmi beş gün düşmən əlində qalan Tahir Həsənovun cəsədini Azərbaycan əsgəri Çıldıran kəndini azad edərək götürə bildi. 1992-ci il sentyabrın 2-də şəhid olan Tahir Həsənovu  Şəhidlər Xiyabanında yalnız sentyabrın 28-də dəfn etmək mümkün oldu. Kim bilir, bəlkə Tahir Həsənov  Mehdi Hüseynzadədən nümunə götürdüyü kimi müasir Azərbaycan gəncliyinin kumirinə çevrilmiş Mübariz, Fərid -Tahirlərdən,  İlqarlardan,  Natiqlərdən ,  Vəzirlərdən örnək aldılar. Və 2016-cı ilin aprel döyüşləri - bu dəfə daha yeni qəhrəmanların adları Azərbaycanın hərb tarixinə yazıldı. Hələ ki, müharibə bitməyib. Bundan sonra da sözsüz şəhidlər verə bilərik. Nə dünən, nə bu gün, nə də sabah qəhrəmanlıq göstərəcək oğullarımızı unutmağa haqqımız yoxdur. Axı vətən yolunda canlarından keçən qəhrəmanlarımızın valideynləri onları  çox böyük çətinliklə böyütdülər. Şəhidlər  məhz bizlər üçün canlarından keçdilər. Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov ailənin yeganı övladı idi. Onun anasının təsəllisi isə övladının yad edilməsi, xatırlanmasıdı. Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş tədbirlərin təşkili layihəsinin rəhbəri şəhidin anası Qalibə Budaqovadır.Layihə iki ay icra olunacaq. Layihə çərçivəsində Cüdo  idman növü üzrə yarış keçiriləcək.  
    Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi ictimai birliyi

Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyi

Nəşr olunub CƏMİYYƏT

Mayın 10-da Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Dərbənd filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Dərbənddəki Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli açıb. O, Rusiya, Azərbaycan və Dağıstanın dostluq münasibətlərinin inkişafı üçün əvəzsiz xidmətlər göstərmiş Heydər Əliyevin keçdiyi həyat yolundan, eləcə də onun Dağıstanın ictimai-siyasi və dövlət xadimi olan Səid Qurbanovla şəxsi dostluğundan danışıb.

Şəhərin Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov, “Dədə Qorqud” Xeyriyyə Fondunun sədri Rafiq Mövsümov, "Dərbənd şəhəri" şəhər dairəsinin Deputatlar Məclisinin üzvü Polad Namətullayev, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Dərbənd filialının direktor müavini Təranə Abbasova, ağır atletika üzrə dünya çempionu Abı Cavadov çıxış edərək bildiriblər ki, Heydər Əliyev sovet dövrünün görkəmli nümayəndəsi və Azərbaycan xalqının tanınmış lideridir. Azərbaycanın sülhə, sabitliyə, dövlətçilik ənənələrinə söykənmiş siyasi kursu birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də Heydər Əliyev tamamilə haqlı olaraq müasir Azərbaycan dövlətinin banisi hesab edilir.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Dram Teatrının artistləri Heydər Əliyevə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

Tədbirdən sonra Ümummilli lider Heydər Əliyevin Dərbənddəki abidəsi ziyarət edilib.

Nəşr olunub CƏMİYYƏT
Page 1 of 2

Reytinq