Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 12 May 2019
 
 
“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyi (DAVİB) və “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin(VMGİB) təşəbüsü ilə bir neçə fəal QHT rəhbərləri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar  Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyini ziyarət ediblər.
 
QHT rəhbərləri ilk öncə Muzey qarşısında ucaldılmış  ulu öndərin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyublar.
“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin prezidenti Nəsimi Qarabağlı QHT.az-a bildirib ki, QHT rəhbərləri  daha sonra "Şöhrət" muzeylə tanış olaraq muzeyin rəhbərliyi tərəfindən muzeydə Ulu öndərə aid olan fotoşəkillər, sənədlər və materiallar haqqında vətəndaş cəmiyyəti nümayəndələrinə geniş məlumat verilib. 
 
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyi Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə yaradılmışdır.
Burada ulu öndərin ömrünün 25 ilini həsr etdiyi xüsusi xidmət orqanlarındakı fəaliyyətinə dair guşə böyük maraq doğurur. Eyni zamanda, onun uşaqlıq, gənclik illərini, respublikaya rəhbərliyinin hər iki dövrünü əhatə edən fotoşəkillər, sənədlər və materiallarla da tanış olmaq mümkündür.
 
Muzeydə Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi dövrə aid hərbi geyimi, kabinetində olan əşyalar, ona verilmiş hədiyyələr, mükafatlar, ümumiyyətlə, ulu öndərlə bağlı minə yaxın eksponat toplanmışdır. Bundan sonra da yeni sənədlərlə zənginləşəcək muzeydə ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən salon, rəsmi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans salonu, arxiv, fond fəaliyyət göstərir. Muzeydə xalqımızın ümummilli liderinin büstü də qoyulmuşdur.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi

Nəşr olunub CƏMİYYƏT
Image result for samir adıgözəlli


 "Dünyanın bir cox ölkəsində hakimiyyətin apardığı siyasətə dəstək üçün belə hərakatlar formalaşır. Mən bir sıra görüşlərdə açıqca demişəm ki, hakimiyyəti mudafiə edən qüvvələr pərakəndə fəaliyyət göstərir, onlar arasında rabitəsizlik var". 

Bu fikirləri Newscenter.az-a İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli "Hilal" təşkilatının sədri Arzuman Abdulkərimovun hakimiyyəti dəstəkləyən hərəkatın yaradılması təşəbbüsünə münasibət bildirərkən səsləndirib. 

Mərkəz rəhbərinin sözlərinə görə, həmin qüvvələrin koordinasiya edilməsi vacibdir:

"Adının nə qoyulması vacib deyil. Hərakat sözü cox yıpranıb, ola bilər ittifaq və ya başqa adda ola bilər. Önəmli olan hakimiyyəti dəstəkləyən geniş ictimai-siyasi platformanı bir araya gətirməkdir. Birdə burada təkcə hakimiyyətin mudafiəsindən söhbət getmir, vətənin mudafiəsindən söhbət gedir. Ölkəmizin birliyinə, bütövlüyünə, milli dəyərlərimizə qarşı azgınlaşmış şər cəbhəsi ilə mübarizədən söhbət gedir".

boyukmillet.com

Nəşr olunub SİYASƏT

boyukmillet.com xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında  gənc əsgərlərin andiçmə mərasimi keçirilib.                                        

Mərasimə hazırlıq barədə raport verildikdən sonra diviziyanın döyüş bayrağı sıra meydanına gətirilib.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Niyaməddin Tağıyev Sərhəd Diviziyasının maddi-texniki bazasının xeyli möhkəmləndirilməsindən, sərhəd zastavalarının müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunmasından, yeni sərhəd infrastrukturu yaradılmasından danışıb, hərbi andı qəbul edən gənc əsgərləri təbrik edib. ,

Tədbirdə çıxış edənlər əsgərlərə  onlara şərəfli xidmətlərində uğurlar arzulayıblar.

Sonra andiçmə mərasimi açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənc əsgərlər vətəni ləyaqətlə  qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.

Mərasim şəxsi heyət tribuna önündən təntənəli keçidi ilə başa çatıb. 

Nəşr olunub CƏMİYYƏT

img

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan sosial mediada İkinci Dünya müharibəsi dövründə Sovet ordusunda xidmət edən ermənilərlə bağlı şəkil paylaşıb.

boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, Mnatsakanyanın paylaşdığı fotolardan birinin Sovet ordusuna qarşı çıxan alman dağ birliyinə qatılan erməni terrorçularına aid olduğu ortaya çıxıb. Nazirin bu paylaşımı ciddi müzakirələrə səbəb olub. Səhvini başa düşən Mnatsakanyan isə sonradan fotoları və yazdığı mətni silib.

 

Nəşr olunub DÜNYA

Yaxud şər qüvvələrin idmanı siyasiləşdirmək cəhdi

Azərbaycan bir qayda olaraq mühüm beynəlxalq tədbirlər, idman yarışları, ölkənin siyasi həyatı üçün əhəmiyyət kəsb edən hadisələr ərəfəsində xaricdə uzun illər formalaşmış qara, şər qüvvələrin hədəfinə çevrilir. Yaxın tariximizdə dəfələrlə biz bu kimi olayların şahidinə çevrilmişik. İstər "Evrovision" musiqi yarışması Bakıda keçirilən ərəfədə, istər ilk Avropa Oyunları zamanı, istərsə də İslam Hərmrəylik Oyunları, Formula-1 yarışlarının təşkili müddətində Azərbaycan ənənəvi şər qüvvələrin hücumuna, qərəzli yanaşmalarına, əsassız dəyərləndirmələrinə məruz qalıb. Təəssüflər olsun ki, hələ də bu məkirli siyasət dəyişməyib və günümüzdə də davam edir. Çünki, Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli idman yarışına evsahibliyi etmək ərəfəsindədir. Söhbət may ayının 29-da Bakıda keçiriləcək UEFA-nın final oyunundan gedir. Kifayətqədər geniş spektri əhatə edəcək və milyonların marağına səbəb olacaq idman yarışıdır. Buna təkcə idman yarışı kimi deyil, eyni zamanda Azərbaycanın növbəti dəfə dünyaya tanıdılması, çıxış əldə etməsi, onun iqtisadi gücünün nümayişi, siyasi sabitliyinin tanıdılması kimi də baxmaq lazımdır. Ən əsası, UEFA-nın final yarışmasının iqtisadi səmərəliliyi də nəzərə alınmalıdır. Bir sözlə bütün parametrləri üzrə yalnız və yalnız uğur gətirə biləcək bir idman yarışıdır və həmin idman yarışına Bakı evsahibliyi etməklə yuxarıda sadaladığımız müsbət tendensiyalara bir daha nail ola bilər. Bu isə təbii ki, xaricdəki antiAzərbaycan şəbəkəni, onların maşası rolunu oynayan milli satqınlarımızı əlbəttə ki, razı salmır. Nəticə etibarilə, Azərbaycana  qarşı əsassız yanaşmalar, qərəzli fikirlər, ədalətsiz hücumların növbəti mərhələsi başlayır. Əslində yaxın keçmişdəki acı təcrübə bunun baş vermə mümkünlüyünü şübhəsiz edirdi və gözlənilən idi. Nəhayət, çox keçmədən Azərbaycana qarşı hücumlar yeni mərhələyə qədəm qoydu.

Azərbaycana qarşı planlı və xüsusi ssenari əsasında həyata keçirilən bu oyunların əsas təşkilatçılarının, ssenari müəlliflərinin erməni lobbisi və onun maliyyəsi ilə hərəkət edən bəzi avropalı siyasilərin olduğu hər kəsə aydındır. Ancaq diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, artıq rəsmi qurumlar da erməni lobbisinin təsir dairəsinə düşür və antiAzərbaycan şəbəkənin sıralarında yer alırlar. Hər halda Böyük Britaniyanın  Xarici İşlər Nazirliyi də daxil olmaqla bu ölkənin bir sıra instansiyaları, həmçinin digər Avropa ölkələrinin bəlli təşkilatlarının idmana aid olmayan siyasi açıqlamalar verməsi, Azərbaycanı əsassız olaraq nələrdəsə ittiham etməsi belə deməyə əsas verir.

Diqqət edək, Azərbaycan nədə ittiham edilir və ölkəmizə qarşı olan bu qərəzli yanaşmaya ən düzgün cavab nə ola bilər?

 
 

Məsələn, iddia edilir ki, guya Azərbaycanda insan hüquqları kobud şəkildə pozulur, qanunun aliliyi gözlənilmir. Yaxud, ölkədə viza problemi var. Və s., və i.

Azərbaycanla bağlı irəli sürülən iddiaların heç birinin reallıqla yaxından-uzaqdan bağlılığı olmadığını deyən "Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov deyib ki, burada əsas məqsəd sözügedən idman yarışının Bakıda keçirilməsinə maneçilik yaratmaqdır: "Baxın, hansı məsələləri qabardırlar? Guya Azərbaycanda insan hüquqları kobud şəkildə pozulur, qanunun aliliyi gözlənilmir. Mən tam əminliklə deyə biləərm ki, belə bir iddia ortaya qoyna şəxsin ümumiyyətlə Azərbaycan barədə məlumatı yoxdur. Çünki, elə bir ay bundan əvvəl, bir qədər də dəqiqləşdirsək Novruz bayramı ərəfəsində Cənab Prezident İlham Əliyev əfv sərəncamı imzalamaqla yüzlərlə insanı azad etdi. Hansı ki, dövlət başçısı tərəfindən əfv edilənlər sırasında bu gün Azərbaycana qarşı qərəzli yanaşmalar ortaya qoyan həmin xarici dairələrin siyasi məhbus kimi qələmə verdiyi şəxslər də vardır. Yüzlərlə insanın bir gündə əfv edilməsi, onların öz ailələrinə qovuşması məgər insan hüquq və azadlıqlarına verilən hörmət deyilmi? Yaxud elə bir müddət əvvəl dövlət başçısı məhkəmə hüquq sistemində islahatların həyata keçirilməsi barədə müvafiq sənəd imzaladı. Heç şübhəsiz ki, bu islahatlar da Azərbaycanda qanunun aliliyinin daha da möhkəmləndirilməsi, bu istiqamətdə mövcud olan xırda problemlərin tamamilə aradan qaldırılmasına xidmət edəcək. Ona görə də, bu gün Azərbaycanı insan hüquq və azadlıqlarının pozulması ilə ittiham etmək tamamilə yalnışdır, hətta ədalətsiz bir yanaşmadır. Həmin dairələr, qüvvələr əvvəlcə öz ölkələrinə diqqət etsinlər, insan hüquq və azadlıqlarına necə hörmət qoyduqlarına nəzər yetirsinlər. Təxminən bir neçə ay əvvəl Fransada, Almaniyada, eləcə də Avropanın digər ölkələrində keçirilən etiraz aksiyalarında dinc, əli silahsız vətəndaşlara fiziki güc tətbiq edən məgər Azərbaycan polisi idi? Yaxud, Suriya, Liviya, eləcə də digər ərəb ölkələrindən Avropaya mühacirət edən əlacsız, ac-yalavac insanlara qarşı amansız davranışlar nə tez yaddan çıxıb? Ona görə də atalar yaxşı deyib ki, utanmasan oynamağa nə var ki?".

Arzuman Abvdulkərimov Azərbaycanla bağlı irəli sürülən digər qərəzli yanaşmalara da toxunub və onların əsassız olduğunu faktlarla göstərib: "Bir başqa iddia ondan ibarətdir ki, Azərbaycanda viza problemi mövcuddur. Təbii ki, bu da qərəzli yanaşmadır və heç bir əsası yoxdur. Hər kəsə bəllidir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ASAN Viza rejimi tətbiq edilib və hava limanında anındaca qısamüddətli prosedurdan sonra viza almaq mümkün olur. Bunu ölkəmizə səfər edən hər bir xarici vətəndaş açıq şəkildə etiraf edir və bu sistemin tətbiqini alqışlayır.  Ona görə də mən bir daha o fikrə qayıdıram ki, Azərbaycan barədə yuxarıda da qeyd edtiyim iddiaları ortaya qoyanlar, belə qərəzli fikirlər səsləndirənlər, ümumiyyətlə Azərbaycan barədə məlumatlı deyillər. Sadəcə onlar erməni lobbisinin maliyyəsi və aldıqları təlimat əsasında danışırlar".

Təşkilat sədrinin sözlərinə görə, Bakıda otellərin baha olması ilə bağlı iddialar da reallıqdan uzaqdır: "Otellərin kifayət qədər baha olması barədə deyilənlərin də heç bir məntiqi əsası yoxdur. Bu gün paytaxtımız da kifayət qədər və fərqli qiymətlərlə fəaliyyət göstərən otellər mövcuddur. Hətta 20-30 dollardan başlayan otellər belə tapmaq mümkündür. Təbii ki, bir qədər bahalı otellər də var və bu da həmin otellərdə göstəilən xidmətlə əlaqədardır. Guya, Avropada otellər su qiymətinədir? İş və tədbirlərlə bağlı səfər etdiyimiz ölkələrdə bunun əyani şahidi olmuşuq. Ona görə də antiAzərbaycan şəbəkənin bu iddiasının da heç bir məntiqi əsası yoxdur və Azərbaycanı gözdən salmaqdan başqa bir şey deyil.  Yaxud uçuş biletlərinin qiymətinin baha olması fikirləri də absurddur. Belə ki,  AZAL hazırda Böyük Britaniyaya və geri olan reyslərinə beynəlxalq mülki aviasiyada mümkün olan ən aşağı qiymətlərdən başlayaraq daha yüksək qiymətlər tətbiq edir. AZAL ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır.  Ona görə də bütün bunları nəzərə alaraq deyə bilərəm ki, onların başlıca məqsədi UEFA-nın final mərhələsinin Azərbaycanda keçirilməsinin qarşısını almaqdır. Çünki həmin qarşılaşmaya minlərlə xarici turist təşrif buyuracaq ki, bu da iqtisadi baxımdan ölkəmiz üçün səmərə verəcək. Onların Bakıda olduqları müddətdə otellərdə, ticarət mərkzələrində, iaşə obyektlərində xərclədikləri pullar büdcəyə əlavə daxilolmalara gətirib çıxaracaq ki, bu da bizim üçün yeni imkanlar yaradacaq. Ona görə də ciddi cəhdlə bu qarşılaşmanın Bakıda keçirilməsinıə mane olmağa çalışılır".

Arzuman Abdulkərimov onu da qeyd edib ki, Azərbaycan istənilən formada keçirilən tədbirlər zamanı onun iştirakçılarına ən yüksək formada təhlükəsizlik təminatı verib və onu həyata keçirib: "Hətta düşmən ölkə olan Ermənistan nümayəndəsinin də Bakıda təşkil olunan istənilən tədbirdə iştirakına ən yüksək səviyyədə şərait yaradılıb və təhlükəsizlikləri  təmin edilib. Ona görəı də Arsenal klubunun oyunçusu erməni əsilli Genrix Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilib. Qeyd edim ki, əvvəllər də erməni idmançılar Azərbaycanda keçirilən müxtəlif idman yarışlarında iştirak ediblər. Hətta Avropa Oyunları zamanı Azərbaycan dövlət başçısı Cənab İlham Əliyev erməni idmançıya şəxsən mükafatı, gümüş medalı təqdim edib və heç bir insident, xoşagəlməz hal qeydə alınmayıb. Ona görə də bu iddia da tamamilə yersiz və əsassızdır" .

Göründüyü kimi, yenə də antiAzərbaycan şəbəkə  ölkəmizə qarşı qarayaxma kampaniyasına start verib. Başlıca məqsədləri mötəbər yarışın, UEFA-nın final qarşılaşmasının Bakıda keçirilməsinə əngəl yaratmaq olan bu şəbəkə dəridən-qabıqdan çıxaraq qarşılarına qoyduqları məqsədə çatmaq istəyirlər. Çünki Bakıda keçirilən bu mötəbər yarışla onlar Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Hazırda irəli sürülən və heç bir əsası olmayan iddialar da növbəti mühüm tədbir ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür.

Ancaq hər zaman olduğu kimi bu dəfə də şər qüvvələrin xeyir üzərində qalib gələcəyi mümkün görünmür. Çünki aparılan kampaniya sonda sabun köpüyü effekti verir və bu və ya digər tədbirə, toplantya təşrif buyuran qonaqlar, idmançılar mövcud reallıqla yerindəcə tanış olurlar. Anlaşılır ki, ayrı ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir. Çünki, Azərbyacan əvvəlki dövrdə də sübut edib ki, istənilən böyük beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Eləcə hazırda  UEFA-nın final qarşılaşmasını.

Süleyman İsmayılbəyli

Nəşr olunub SİYASƏT
Ayaz Mütəllibovun arvadına qanunsuz diplomatik pasport verilib?

boyukmillet.com
. “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu hazırda yalnız Ayaz Mütəllibova şamil edilir. Bir sıra təminatları var". 

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Əkrəm Həsənov deyib ki, sabiq prezident büdcədən ayda pensiya və təmsilçilik xərcləri qismində 10500 manat pul alır. Üstəgəl dövlət onun avtomobilinin, sürücüsünün və 3 cangüdəninin xərcini çəkir. 

"Hələ onu demirəm ki, həm özü, həm də arvadı Mütəllibov prezident seçilməzdən əvvəl və prezident olarkən etdiyi əməllərə görə məsuliyyətə cəlb edilə bilməzlər. Düzdür, arvadı bu imtiyazdan yalnız Mütəllibovun vəfatından sonra istifadə edə bilər (deməli, indi məsuliyyətə cəlb edilə bilər!). Həmçinin Mütəllibovun sağlığında dövlətdən aldığı məbləğin yarısını da alacaq. Çünki sözügedən Qanunun 1.2-ci maddəsində deyilir: “Bu Konstitusiya Qanununda “keçmiş Prezidentin arvadı (əri)” dedikdə, keçmiş Prezidentin vəfat etdiyi tarixdə onunla qanuni nikahda olan arvadı (əri) nəzərdə tutulur”. Deməli, bu Qanuna əsasən (imtiyazlar kontekstində) prezident arvadı onun sağlığında müəyyən edilə bilməz. Mütləq ölməlidir!

Bu baxımdan da bir sual yaranır. Həmin Qanunun 10.3-cü maddəsində deyilir: “Keçmiş Prezidentə və onun arvadına (ərinə) ömürlük diplomatik pasport verilir”. Yuxarıdakı qeydi nəzərə alsaq, belə çıxır ki, Mütəllibovun arvadına diplomatik pasport da yalnız onun vəfatından sonra verilə bilər. İndi mənə maraqlıdır ki, Adilə Mütəllibovaya diplomatik pasport verilib, ya yox? Veirlməyibsə, deməli, Qanunu düzgün tətbiq ediblər. Verilibsə, Qanun pozulub. Pasport geri alınmalıdır".

Nəşr olunub CƏMİYYƏT
Vətəndaş cəmiyyəti nümayəndələri Keşikçidağda-FOTOLAR

boyukmillet.com Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi son vaxtlar Gürcüstanla mübahisə predmetinə çevrilmiş Keşikçidağ qoruğu ərazisinə səfər edib.

Vətəndaş cəmiyyəti nümayəndələri Keşikçidağda-FOTOLAR


Newscenter.az xəbər verir ki, "Hilal" təşkilatının sədri Arzuman Abdulkərimovun təşəbbüsü ilə həyata keçirilən səfərdə məqsəd Azərbaycan dövlətinə, dövlətçiliyə dəstək nümayiş etdirmək, Gürcüstanla Azərbaycan arasında ziddiyət, problem yaratmaq istəyən qüvvələrə etiraz ifadə etmək olub.

Vətəndaş cəmiyyəti nümayəndələri Keşikçidağda-FOTOLAR


Azərbaycan bayrağını Keşikçidağ qoruğu ərazisində dalğalandıran tədbir iştirakçıları Tbilisi ilə Bakı arasında problem yaratmaq istəyən qüvvələrin diqqətinə çatdırıblar ki, belə bir niyyətə düşənlərin planları baş tutmayacaq. 

Vətəndaş cəmiyyəti nümayəndələri Keşikçidağda-FOTOLAR


Bildirilib ki, Gürcüstanla Azərbaycan arasında ziddiyyət yaratmaq istəyən qüvvələr, sabiq müdafiə naziri İrakli Okuraşvili və Liberal Partiyasının sədri Şalva Natelaşvili Gürcüstanın siyasi cameəsi, eləcə də cəmiyyətində ciddi fiqur kimi qəbul edilmirlər.

Vətəndaş cəmiyyəti nümayəndələri Keşikçidağda-FOTOLAR


Vətəndaş cəmiyyəti nümayəndələri bəyan ediblər ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, heç bir qüvvə Azərbaycanın sərhədlərini poza, ölkəmizə qarşı ərazi iddiasında çıxış edə bilməz. Belə olan halda vətəndaş cəmiyyəti nümayəndələri dövlətçiliyin, dövlət başçısının, Ali Baş Komandanın yanında yer alacaqlar.
İnqilab

Vətəndaş cəmiyyəti nümayəndələri Keşikçidağda-FOTOLAR

Nəşr olunub CƏMİYYƏT
Bazar, 12 May 2019 16:59

Əshabi-Kəhfin sirrləri - FOTOLAR

“Qurani Kərim”in 18-ci “Kəhf” surəsində məlumat verilən Əshabi Kəhf mağarası haqqında bir-birindən fərqli fikirlər var. Bu mağara ilə bağlı rəvayətlər oxşar olsa da, harada, hansı ölkədə olması bəzən  mübahisə mövzusuna çevrilir. Çünki dünyanın bir çox ölkələrində “Əshai-Kəhflər” var və hər kəs də öz ölkəsində olanı məhz Qurani Kərimdə adı çəkilən mağara kimi qəbul edir.

Sevindirici və qürurverici haldır ki, Əshabi-Kəhf  adlanan  ziyarətgah doğma Naxçıvanda da var.  Əfsuslar olsun ki, 70 il ömür sürən sovet hakimiyyəti illərində ziyarətgaha getmək heç də yaxşı qəbul olunmur, hətta bura gedənlər təqib edilir, mənəvi repressiyaya məruz qalırdılar. Dırnaqarası alimlərimiz isə öz cızmaqarası ilə Əshabi Kəhf ziyarətgahını gözdən salmağa çalışırdılar. 1988-ci ildə “Elm və həyat” jurnalında adını unutduğum müəllif yazdığı məqalədə əsl Əshabi-Kəhfin İordaniyada, Amman şəhərinin 12 kilometrliyində olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxırdı. Hələ o zaman biz Əshabi-Kəhf ziyarətgahına qadağa qoymaq əvəzinə, oranı bərpa edib, təbliğatını aparmaq, sərhədləri bağlı olan SSRİ-də olan müsəlman respublikalarından, Rusiya Federasiyası tərkibində yaşayan müsəlmanlardan Naxçıvana turist axınını təşkil etməyin mümkün olduğunu bildirmişdik.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  dini ziyarətgaha münasibət dəyişdi. Müxtəlif tədqiqatçılar ziyarətgah haqqında məqalələr, kitablar yazdılar və həqiqi ziyarətgahın, Qurani Kərimdə adı çəkilən Əshabi-Kəhfin məhz Naxçıvanda olduğunu sübut etdilər.

Qurani Kərimin Kəhf surəsinin 17-ci ayəsində deyilir: “Və  günəş çıxan zaman onu onların mağaralarından sağ tərəfə meyl edən, batanda isə onların sol tərəfindən kəsərək əyilən görərsən.Və onlar həmin mağaranın geniş bir yerində idilər. Bu, Allahın nişanə və möcüzələrindəndir. Allah kimi hidayət etsə, o, həqiqi yolu tapmışdır və kimi öz zəlalətində boşlasa, onda onun üçün əsla doğru yol göstərən bir köməkçi və başçı tapmazsan”.

Göründüyü kimi, müqəddəs kitabımızda yazılan əlamətlər (koordinatlar) Naxçıvanda olan Əshabi-Kəhfdəki əlamətlərlə eynidir.

Əshabi-Kəhfdə aparılan geniş miqyaslı quruculuq işləri, onun təbliğinin təşkili, bizim 30 il qabaq arzuladığımız kimi, buranın əsl turizm məkanına çevrilməsinə səbəb olub.

Uzun illər müxtəlif istiqmətlərdə araşdırmalar, arxeoloji qazıntılar aparılsa da, bu müqəddəs diyarın sirləri, bizcə, hələ də tam açılmayıb. Məşhur internet portalı olan Google-Map-ın axtarış səhifəsində Əshabi-Kəhfin yüksəkdən görünüşü çoxdan diqqətimizi çəkmişdi. Buradan baxanda digər hamar dağların fonunda Əshabi-Kəhfin ərazisində fərqli landşaft və relyef diqqəti çəkir. Kilometrlərlə sahədə sanki ərəb əlifbası ilə hansısa bir yazıya oxşayan xətləri hamı görür. Düzdür, bu “yazını” Əshabi-Kəhf mağarasını ziyarət edənlər görə bilmir. Çünki yalnız  üstdən (fəzadan) baxanda qaranlıq (kölgə) dərələr, həmin şaxələnən kanyonlar yazını təşkil edir.  Bu məsələyə bir qədər aydınlıq gətirmək üçün “Əshabi Kəhf ziyarətgahı” Dini-mədəni abidə kompleksinin direktor müavini, ilahiyyatçı Əli Orucovla da görüşdük. Əli müəllim orada internet görüntüsündə Əshabi-Kəhfdə bu cür maraqlı və diqqəti çəkən məqamların çox olduğunu qeyd etdi.

Əslində belə bir nəticəyə gəlmək olur ki,  Əshabi Kəhf mağarası bir neçə yerə şaxələnən, qranit daşlardan ibarət dar kanyonlardan ibarətdir. Əhali arasında “Yeddi kimsənə” adlanan yerə qalxan pilləkəndən  sağ tərəfə ayrılan dərə ziyarətgaha aid hesab edilmir. Kanyonun kənarları xeyli dik, uzun və nisbətən yaşıllıqdan ibarət olsa da giriş hissədə sel sularının gətirdiyi selintilərin qarşısını almaq üçün tikilən bənd turistlərin də həmin hissəyə keçməsinə mane olur. Lakin Əshabi Kəhf kompleksinin möcüzəsinin yaranmasında bu kanyonun və ziyarətgahdan aralı yarğan və dərələrin də xüsusi rolu vardır.

İlk piləkəni qalxanda, sol tərəfdə “Yeddi kimsənə” adlanan qayaaltı sığınacaqda daşda insan bədəninin “izləri” bilinir. Üçüncüdən sonra sayları dəqiqləşdirmək mümkün deyil. İnsanlar bu hissəni ziyarət edir, burada  namaz qılırlar.

Kəhf surəsinin 25-ci ayəsində: “ Və mağaralarında üç yüz  il qaldılar və doqquz il artırdılar”. Təbii ki, burada söhbət rəvayətə görə mağaraya sığınan gənclərdən gedir.

Gənclərin mağarada neçə nəfər olması və nə qədər müddətə mağarada yatmaları bəzən mübahisə doğurur. Bu mövzu hələ orta əsr mənbələrində də öz əksini tapıb.  Eldənizlər dövlətinin saray şairi Əbu Bəkir ibn Xosrov əl-Ustadi “Yeddi yeniyetmə mağara sakini, Dəqyanus (Dağyunus) və onlar arasında baş verənlər” haqqında rəvayət (Munisnamə əsəri) də yazır ki, adamlar Təmleyxagilə deyir ki, Dağyunusun çarlığından 309 il keçib. Biz  İncildə uca Allah tərəfindən bu barədə, “Dağyunusdan  qaçan altı gənc” haqqında oxumuşuq.

Əsərdə göstərilir ki, Dağyunusun (Dəqyanusun) ölümündən sonra şahlığa Qasım adlı biri gəlir və cəmisi iki il şahlıq edir. Bundan sonra hakimiyyət  rumların əlinə keçir. Onlar dörd il  hakimiyyətdə olurlar.

“Naxçıvan tarixi” kitabında isə göstərilir ki, eradan əvvəl  I - bizim eranın II əsrlərində Naxçıvan Atropotena, Parfiya və Romanın döyüş meydanına çevrilmişdi. (Göründüyü kimi, rəvayətlə tarixdə uyğunluq vardır)  Əbu Bəkir ibn Xosrov əl-Ustadinin Mağara sakinləri rəvayətində yenə qeyd edilir ki, Dağyunususun ölümündən 20 il sonra Zəkəriyyə peyğəmbər zühur edir.  İsa peyğəmbərin dövründə isə möcüzəli hadisələr baş verir, 309 ildən sonra mağarada yatanlar oyanırlar.

Rəvayətdə Dəqyanusun zülmündən, əslində küfründən,  6 nəfər və bir çobanın “Qıtmır” adlı iti ilə qaçdığı göstərilir.

Kəhf surəsinin 14-cü ayəsində deyilir: “Onlar qiyam edib “bizim Rəbbimiz göylərin və yerin Rəbbidir, biz Ondan savayı əsla başqa bir məbud çağırmayacayıq ki, onda həddi aşmış bir söz söyləmiş olarıq” deyən zaman onların qəlblərini möhkəmləndirdik”.

Əshabi- Kəhfdə   “Yeddi kimsənə” adlanan kiçik mağarada neçə nəfərin yatdığı bəzən mübahisə doğurur. Lakin kəhf surəsinin 22-ci ayəsində deyilir: “Tezliklə deyəcəklər: “Onlar üç nəfərdirlər, dördüncüsü itləridir”. Və deyəcəklər:” Yeddi nəfərdirlər və səkkizincisi itləridir” De: “ Mənim Rəbbim onların sayını daha yaxşı bilir”.

Naxçıvanda dolaşan rəvayətə görə “Qıtmır”in Əshabi-Kəhf mağarasına 500 metr qalmış təpənin üzərində öldürüldüyü və çobanın çomağının isə qəbrin üzərinə taxıldığını, sonradan çomağın göyərib qol-budaq açmasını söyləyirlər. Ziyarətçilərin bəziləri indi də ziyarətgaha çatmamış yolun solunda bir daş yığınını guya “Qitmir”in qəbrinin  olduğunu deyirlər. Hətta ora gedib bu daş kələyinin üzərin bir daş da atırlar. Əvvəllər burada  dağdağan ağacı da vardı. Amma bizə elə gəlir ki, təpənin üzərində ziyarət edilən  qəbrin “Qitmir”ə heç bir aidiyyəti yoxdur. Çünki Qurani Kərimin Kəhf surəsinin 18-ci ayəsində: “Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdır”- deyilir.  

“Yeddi kimsənə”dən sonra mağara sola və sağa şaxələnir. Sol tərəfə kanyon davam etsə də insan gedişi mümkün deyil. Amma buradakı qayaaltı sığınacaqda köhnə tikili qalıqları mövcuddur. Tikililərdən birinin uzunluğu 2 m, hündürlüyü 0.5 m-ə yaxındır. Tikinti üçün xüsusi narın qumlu gildən istifadə edilib. Gil sarımtıl rəngdədir. İkinci tikinti qalığı ondan bir qədər altda uzunluğu 1.5 m, hündürlüyü isə 0.4-0.5 m-dir. Nisbətən ağ rəngli, narınqumlu gillə hörülüb. Bələdçimiz Əli Orucovun dediyinə görə, tikintidən nümunələr analiz edilib və eramızın III əsrinə aid olduğu qənaətinə gəlinib.

Sağ yoldan isə dalğavari olmaqla bir daha  sağ tərəfdə “Cənnət bağı”na qol ayrılır.

Əvvəldə də qeyd etdiyimiz kimi bu yazını yazmağımıza səbəb Google-Map-ın axtarış səhifəsində Əshabi-Kəhfin yüksəkdən maraqlı  görünüşü idi. Əslində bu yazının dini inancala nə dərəcədə əlaqəsinin olub-olmadığını deyə bilmərik. Amma ərəb əlifbasının hərflərinə  oxşar dağ yarğanları, qayaların təsviri, o cümlədən Əshabi–Kəhf ziyarətgahı özü də Naxçıvan torpağının müqəddəsliyinə bir işarədir. Buranın qədim tarixi, insanların tanrıya sonsuz inancı və vətənpərvərliyi onların qəlbində inamla yanaşı torpaq sevgisini də  formalaşdırıb. Hər bir Naxçıvan insanı üçün o sevgi Tanrıya olan sevgi qədər müqəddəsdir.  

Nəşr olunub CƏMİYYƏT
 

"Çox sevindirici haldır ki, "Qarabağ" ölkə çempionu oldu. Bu həm də qanunauyğun çempionluqdur".

Bunu "Report"a açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısıVaqif Həsənov deyib.

V.Həsənov "Qarabağ"ı Ağdamda çempionluq kuboku ilə qarşılamağa hazır olduqlarını bildirib:

"Onları Ağdamın girişindəki Sultanbud təpəsində qarşılayacağıq. Oradan isə Quzanlı Olimpiya Kompleksinin stadionuna gedəcəyik. İnanıram ki, çox yaxın vaxtlarda Ağdamın mərkəzindəki "imarət" stadionunda oynayacağıq. O gün olsun, "Qarabağ" doğma rayonundakı stadionunda çıxış edəndə çempionluq yaşasın".

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Vaqif Həsənova çempionluq kubokunu Ağdama aparacaqlarına söz verib.

boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

Reytinq