Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 13 May 2019

Bu gün İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) rəhbərliyi Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
boyukmillet.com xəbər verir ki, Türkiyə səfirliyində keçirilən səmimi görüşdə İSBAM sədri Samir Adigözəlli ilk növbədə mərkəzin fəaliyyət istiqamətləri barədə səfirə məlumat verib. Daha sonra Azərbaycan Türkiyə yüksək tərafdaşlıq və  iki qardaş ölkə arasında yaxın münasibətləri əhatə edən mövzular ətrafında söhbət aparan səfir Erkan Özoral görüşdə Türkiyə Azərbaycan əlaqələrinin qardaşlıq əlaqələri olduğunu və bu münasibətlərin daha da möhkəmlənməsində Azərbaycandaki ictimai təşkilatlarinda əməyi olduğunu qeyd etdi.
Səmimi qəbula görə, İSBAM sədri Samir Adigözəlli səfirə təşəkkürünü bildirib. Görüşdə İSBAM sədrinin müavini Səbuhi Əliyev, sədrin müşavirləri Yasəmən Möhübbətqızı Samir Şahverdiyev iştirak ediblər

Nəşr olunub CƏMİYYƏT
Bazar Ertəsi, 13 May 2019 21:48

Ali Məclisin Sədri Sərəncam imzaladı

Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
boyukmillet.com-un məlumatına görə, Sərəncamda deyilir:

"Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimovun 2019-cu il mayın 23-da anadan olmasının 100 illiyi tamam olur.

Böyük ziyalılar yetirmiş Şahtaxtı kəndində anadan olan Hüseyn İbrahimov orta məktəbi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumunda oxumuş, 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır.

1940-cı ildə Sədərək kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayan Hüseyn İbrahimov sonrakı illərdə Naxçıvanda müxtəlif vəzifələrdə, o cümlədən “Şərq qapısı” qəzetinin redaktoru, Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət naziri, Yazıçılar Birliyinin sədri vəzifələrində işləmiş, üç çağırış muxtar respublika Ali Sovetinin və bir çağırış Ali Məclisinin deputatı olmuşdur.

Zəngin yaradıcılıq fəaliyyətinə malik Hüseyn İbrahimov ədəbi fəaliyyətə ötən əsrin 40-cı illərindən başlamışdır. Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır.

Onun yarım əsrdən artıq dövrü əhatə edən çoxşaxəli fəaliyyətinə 100-ə yaxın hekayə, 20-dən çox novella, 3 pyes, 8 povest, 5 roman və dünya ədəbiyyatının dəyərli nümunələrinin tərcüməsi daxildir.

Yazıçının ədəbiyyat sahəsindəki fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, “Şöhrət” ordeni ilə təltif edilmiş, “Xalq yazıçısı” adına layiq görülmüşdür.

Xalq yazıçısı Hüseyn İbrahimovun ədəbi fikrin inkişafındakı xidmətlərini nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilsin.

2.“Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin"
Nəşr olunub RƏSMİ XRONİKA

 

Xalq şairi Sabir Rüstəmxanlı Xırdalan qəsəbəsində rastlaşdığı biabırçı mənzərə ilə bağlı fikirlərini bölüşüb. boyukmillet.com Azinforum.az-a istinadən xəbər verir ki, Sabir Rüstəmxanlının fikirlərini olduğu kimi təqdim edir: ” Bu gün Xırdalanln yeni məhəllələrindən birinə qonaq getmişdim. Getməyimə peşman oldum. Belə bir acı peşmançılıq duyğusunu Yeni Yasamala gedəndə yaşayıram… Nə maşına yol var, nə piyadaya! Deməyə söz tapmırsan! Hansı acı söz, hansı ittiham ürəyini soyuda bilər? Niyə bizim bu ev tikənlərimiz vicdanı, məsuliyyəti, qanun qorxusunu yaddan çıxarırlar. Bunlar anlamırlarmı ki, buraları görən hər kəs 10 ildən, 30 ildən sonra da, Bakının böyründə, Xırdalan kimi bir yerdə bu cür vəhşi qazanc ehtirasıyla ev tikənlərin ata-babasını gorundan çıxaracaq, onda urvatlı bir yer qoymayacaq! Görəsən dünyanın hansı vəhşı tayfası 15-20 qatlı binaların ətrafında darısqal da olsa bir səki yeri saxlamaz? Üz-üzə binalarda bir balkondan o birinə tullanmaq olar! Doğrudanmı, on illər boyu əzizlərinin ən ağır söyüşlərlə söyülməsinə razı olurlar, amma binanı bir addım geri çəkə bilmirlər? Niyə şərəflərini, adlarını qazanca, mal-mülkə görə belə asanca ayaq altına atırlar? Bəs bu şəhər sizin, bizim deyil? Bəs bu binalarda sizin xalqınızın övladları yaşamayacaq? Axı bu nəhəng evlər gündə sökülüb yenidən tikilmir. Məgər hər kim harda balaca bir boş yer tapınca orda bir göydələn ucaltmalıdır? Bəs bu Xrdalan deyilən şəhərin bir sahibi yoxdur?”

Nəşr olunub CƏMİYYƏT
Azərbaycan Prezidenti İlham Əliyev Fuad Ələsgərovla bağlı sərəncam imzalayıb. 
Sənədə əsasən, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah Fuad Ələsgərovun 60 yaşı tamam olur. 
Nəşr olunub CƏMİYYƏT

Reytinq