Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 14 May 2019

Mayın 14-də Ordubad rayon İcra Hakimiyyətinin binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Nəşr olunub SİYASƏT

boyukmillet.com xəbər verir ki, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutu ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İnstitutun direktoru Valeri Kopeyka bildirib ki, Anlaşma Memorandumu iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək. Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu deyən V. Kopeyka bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının təcrübəsinin azərbaycanlı həmkarları ilə bölüşməkdə maraqlıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri də gənclərin təhsilinin yüksəldilməsi olduğunu vurğulayan ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdirilməli və təcrübə mübadiləsi aparılmalıdır. A. Xudiyev Azərbaycanla Ukrayna arasında səmərəli əlaqələrin mövcudluğunu və təhsil sahəsinin bu əlaqələrdə xüsusi yeri olduğunu qeyd edib. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açan səfir istər universitetlərarası, istərsə də orta təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Anlaşma Memorandumunda təcrübə müəllim və tələbə mübadiləsi də nəzərdə tutulub.

Görüşün sonunda səfir institutun direktoruna “Naxçıvan: şərqin əfsanəsi” kitabını hədiyyə edib.

Nəşr olunub CƏMİYYƏT

Türkiyənin Antalya şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirin təşkilatçısı Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin Başqanı Lalə Həsənova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb. Tədbirdə iştirak edən Beynəlxalq Diaspor Mərkəzinin Türkiyədə Gənlərlə İş Üzrə Koordinatoru Elman Əzizov Ümummilli Lider Heydər Əliyev haqqında çıxış edərək, Onun təkcə Azərbaycan üçün deyil, bütün Türk Dünyası üçün misilsiz xidmətlər göstərmiş bir şəxsiyyət olduğunu bildirib. Tədbirdə iştirak edən İctimai-Siyasi Proseslər  Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədrinin köməkçisi Aida Ramiz Azərbaycan Türkiyə əlaqələrinin bu günkü yüksək səviyyədə inkişaf etməsində məhz Heydər Əliyevin xüsusi əməyi olduğunu qeyd edib. Daha sonra Aida Ramiz İSBAM adından Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin Başkanı Lalə Həsənovaya Plaket və hədiyyə təqdim edib. Tədbirin təşəbbüskarlarından biri olan Antalya Jurnalistlər Dərnəyinin başkanı Mevlüt Yenibey Türkiyə Azərbaycan qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində bu kimi keçirilən tədbirlərin rolunu xüsusilə vurğulayıb. O bildirib ki, Azərbaycan xalqının Lideri Heydər Əliyevin Türkiyədə də keçirilən tədbirlərlə yad edilməkdədir.  Tədbirdə Azərbaycandan Beynəlxalq Diaspor Mərkəzinin və İSBAM-ı təmsil edən bir qrup tələbə heyyəti iştirak edib. Ulu Öndərə həsr olunmuş gecədə Antalyanın ictimai-siyasi, iş və sənət dünyası və media təmsilçiləri də iştirak ediblər. Təntənəli gecə bəstəkar Sevinc Tofiqqızının və digər sənətçilərin iştirakı ilə davam edib.

Nəşr olunub CƏMİYYƏT

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının gördüyü işlər bir vətən borcudur. Mən Azərbaycan əsilli bir Türkiyə vətəndaşı olaraq bundan sonra da Azərbaycanın mənafeyinin qorunması və dünyada tanıdılması üçün xidmətlərimi əsirgəməyəcəyəm.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib. Federasiya sədri qeyd edib ki, 2000-ci ilin əvvəlindən rəhbərlik etdiyi qurum Azərbaycanla bağlı çoxsaylı tədbirlər həyata keçirib. 2010-cu ildə Kocaeli şəhərinin Qartəpə rayonunda ümummilli lider Heydər Əliyevin adına istirahət parkı salınıb, 2011-ci ildə həmin şəhərin Dərincə rayonunda dəniz kənarında Ulu Öndərin adını daşıyan mədəniyyət parkı açılıb. Həmin parklar Federasiyanın təşəbbüsü ilə yerli bələdiyyələr tərəfindən yaradılıb.

2012-ci ildə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ümummilli lider Heydər Əliyev adına mədəniyyət evi və kitabxana istifadəyə verib. Eyni zamanda, mədəniyyət evinin nəzdində soyqırımı muzeyi də fəaliyyət göstərir. Türkiyə miqyasında ilk soyqırımı muzeyini indiyədək 200 mindən çox insan ziyarət edib. Muzeydə ermənilərin türk xalqına qarşı törətdikləri soyqırımına dair sənədlər və faktlar yer alır. Türkiyə vətəndaşları ilk dəfə Xocalı soyqırımı ilə bağlı məlumatları bu muzey vasitəsilə əldə ediblər. Bununla yanaşı, yerli və xarici televiziya kanalları muzeydən reportajlar hazırlayıb.

Federasiyanın gördüyü digər işlər barədə məlumat verən Bilal Dündar əlavə edib ki, 2015-ci ildə rəhbərlik etdiyi qurumla İzmit bələdiyyəsinin ortaq layihəsi əsasında şəhərin mərkəzində Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidə ucaldılıb. Həmçinin Kocaeli şəhərinin Körfəz rayonunda, Sakarya şəhərinin Karasu rayonunda Xocalı abidələri qoyulub və Qarabağ prospektinin açılışı olub.

Bilal Dündarın sözlərinə görə, Federasiya sosial layihələr də reallaşdırır. Belə ki, Azərbaycandan Türkiyəyə müalicə üçün gələn xəstələr Federasiya tərəfindən qarşılanıb klinikda yerləşdirilir. Habelə Kocaeli və Sakarya universitetlərində təhsil alan 55 tələbə üçün müxtəlif şirkətlər tərəfindən təqaüdlər verilməsi təşkil olunub.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər nəzərdə tutub. Türkiyədən 30 şəhid və müharibə veteranı ailələrinin uşaqları Azərbaycana, buradan da eyni kateqoriyaya aid yeniyetmələr Türkiyəyə aparılacaq. Həmçinin Orta Doğu, Kocaeli və Sakarya universitetlərində geniş elmi konfranslar keçiriləcək.

Nəşr olunub CƏMİYYƏT
ADTGT Dağlıq Qarabağla bağlı tədbərlər çərçivəsində Avropa ölkəsinin dövlət rəhbərliyi ilə görüşəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) növbəti beynəlxalq layihəsinin icrasına başlamışdır. "Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı təbliğati, beynəlxalq informasiya və ictimai dəstək xarakterli layihə 3 ay - 01 may – 01 avqust 2019-cu il müddətində əsasən, Bosniya və Hersoqovinada icra olunacaqdır. 
Layihə çərçivəsində Balkan ölkələrinin siyasi dairələri, millət vəkilləri, hökumət strukturu təmsilçiləri, nüfuzlu QHT, KİV, sosial, internet media qurumları, akademik çevrələri, ekspert və araşdırmaçı mütəxəssisləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin real vəziyyəti, həqiqətləri, işğal və həll yolları haqda məlumatlandırılacaq, ölkəmizin ədaləti mövqeyinin, dünya ictimaiyyətinə yönələn sülh çağırış və təşəbbüslərinin dəstəklənməsi üçün Bosniya və Hersoqovinanın vətəndaş cəmiyyəti institutları, siyasət adamları, tanınmış şəxsləri və əcnəbi tərəfdaşları silsilə PR fəaliyyətlərinə cəlb olunacaqlar. Layihə eyni zamanda hər iki ölkənin QHT sektorunun ikitərəfli və çoxtərəfli ictimai və mədəni-humanitar əməkdaşlığını özündə əks etdirəcəkdir. 
Layihə fəaliyyətinin ən uğurlu addımı olaraq iyunun 16 – 20 tarixlərində Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda bu ölkənin millət vəkillərinin, siyasi dairələrinin, hökumət qurumu təmsilçilərinin, ekspert, QHT və KİV təmsilçilərinin iştirakı ilə "Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri Balkan ictimaiyyətinin baxışında” mövzusunda konfransın keçirilməsi və Avropada son soyqırım yeri kimi tanınan Srebrenitsada Dağlıq Qarabağla bağlı sərginin təşkili nəzərdə tutulur.
ADTGT tərəfindən konfrans iştirakçıları Dağlıq Qarabağ münaqişəsi və həqiqətlərinə dair ingilis dilində hazırlanmış audio-vizual materiallar, kitabça və digər çap məhsulları ilə təmin olunacaqlar. 
Səfər çərçivəsində ADTGT rəhbərliyinin Bosniya və Hersoqovina Rəyasət Heyətinin üzvü (dövlət başçısı funksiyasını yerinə yetirən üçlük) Şefik Caferoviçlə, bu ölkənin parlament spikeri, keçmiş dövlət başçısı və hakim partiyanın sədri olan Bakir İzetbeqoviçlə, millət vəkilləri və hökumət üzvləri ilə də Dağlıq Qarabağ münaqişəsi, həqiqətlər, beynəlxalq səviyyədə aparılan danışıqlar, Azərbaycanın ərazi bütövlüyü, ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi və ikitərəfli münasibətlər mövzusunda görüşləri və müzakirələri də nəzərdə tutulur. 
 
 
 
 
Nəşr olunub SİYASƏT

Ölkəmizin, o cümlədən qədim diyarımızın inkişafı, yüksəlişi üçün daim çalışan ümummilli liderimiz Heydər Əliyev xalqı və dövləti qarşısındakı müqayisəolunmaz xidmətləri ilə təkcə böyük tarixi epoxanın yaradıcısı yox, həm də alternativi olmayan mütərəqqi inkişaf strategiyasının müəllifidir. Məhz həmin strategiyanın muxtar respublikada vətənpərvərliklə davam etdirilməsinin nəticəsidir ki, bu gün özünün sosial-iqtisadi inkişaf dövrünü yaşayan, gündən-günə çiçəklənən qədim diyarımız beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkan kimi şöhrət qazanıb, belə mühüm tədbirlərin reallaşdırılmasında hər kəsin rəğbətlə ifadə etdiyi inkişafın Naxçıvan nümunəsini yaradıb.

Naxçıvanda iqtisadi potensialın hər il sürətlə artması bura gələn yüksək səviyyəli qonaqların diqqətini cəlb edir

Tanınmış ekspertlərin də qeyd etdiyi kimi, 30 ilə yaxın bir dövrdə blokada şəraitində yaşayan bir məkanın böyük nailiyyətlər əldə etməsinin dünyada ikinci bir nümunəsi yoxdur. Bunun səbəbi isə Ümummilli Liderimizin ölkəmizə, xalqımıza, dövlətə, dövlətçiliyə sədaqətli kadrlar yetişdirməsidir. Bu gün Heydər Əliyev siyasi məktəbinin yetirmələri olan həmin kadrlar mayak kimi parlayaraq cəmiyyətə düzgün yol göstərir, inkişafın davamlılığının təmin edilməsi, ən çətin şəraitdə belə, çox mühüm nailiyyətlərin əldə olunması üçün fədakarlıqla çalışırlar. Yorulmaz fəaliyyət, yüksək tələbkarlıq, prinsipiallıq, yurda, elə-obaya bağlılıq öz nəticəsini doğma diyarımızın yüksəlişi ilə göstərir. Bu yüksəliş muxtar respublikanın ölkəmizin tərəfdaşı olan dövlətlərlə iqtisadi-ticarət, humanitar-mədəni əlaqələrinin genişlənməsinə də yol açır. Naxçıvanda sabit iqtisadi sistemin yaradılması, iqtisadi potensialın hər il sürətlə artması isə bura gələn yüksək səviyyəli qonaqların diqqətini daha çox cəlb edir. 

Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli, aprelin 9-da İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani, aprelin 16-da isə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti ilə görüşüb. Görüşlərdə iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunulub.

İnnovasiyayönümlü inkişaf ön plandadır

Naxçıvan Muxtar Respublikası bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, həmçinin elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində daha böyük nailiyyətlərin əldə olunmasıdır. Bunun üçün ciddi kadr potensialına həmişə ehtiyac var. Kadr potensialını yaradan müasir təhsil sistemində gedən qlobal proseslərin səciyyəvi xüsusiyyəti isə onun fasiləsiz modernləşməsidir. Bu mənada, təhsilin innovasiyayönümlü inkişafı mühüm əhəmiyyət kəsb edir. Təbii ki, innovasiya dedikdə təhsil, tədris-təlim prosesinin gedişini və alınmış nəticələrin keyfiyyətini yüksəltmək məqsədilə həyata keçirilən yeni ideyalar, texnologiyalar, metodlar, vasitələr və əldə olunmuş nəticələr nəzərdə tutulur. Bu nəticələri innovasiyaların tətbiqi üzə çıxarır. İnnovasiyalar qaçılmazdır və tərəqqi yolu məhz onların tətbiqindən keçir. Tərəqqi isə hər şeydən imtina etmək deyil, yenilikləri tətbiq edib daha faydalı olanı seçmək, lazım olan retroinnovasiyaların da yeni mexanizmlərini işləyib hazırlamaqdır. Yəni, burada ənənə və yeniliyin mübarizəsi, vəhdəti, sinergetik inkişafı məsələləri özünü göstərir.

Əminliklə deyə bilərik ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında innovasiyalar uğurla tətbiq olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün ərazisi fiber-optik xətlə, stasionar və mobil rabitə xidməti, eləcə də sürətli internetlə təmin edilib. Təhsil müəssisələrinin yeni texnologiyalar və internetlə təminatı isə gənclərin hazırlıq səviyyəsini və innovasiyalara çıxış imkanlarını xeyli yüksəldib. Ötən illərdə muxtar respublikada innovasiyaların tətbiqi sahəsində yaradılan şərait imkan verir ki, gənclərin ideyaları dəstəklənsin və startap layihələri uğurla həyata keçirilsin. Bu zərurətdən yaranan “Startap Naxçıvan” hərəkatının əsas məqsədi də muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul, eləcə də “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamları elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına, qarşılıqlı və çoxşaxəli fəaliyyət planlarının reallaşdırılmasına, kadr hazırlığına müasir yanaşma və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasına yol açıb.

Aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirədə də bu məsələlər qeyd olunub, müvafiq tapşırıqlar verilib.

Ali Məclisin Sədri deyib: “Müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Müasir əmək bazarında praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Buna görə də hami təşkilatlar ali və orta ixtisas təhsili müəssisələri ilə birlikdə kadr hazırlığına diqqəti artırmalı, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə etməli, kadrların ixtisas üzrə təcrübi bilik və bacarıqlarının artırılmasına nail olmalıdırlar...”

Ordu quruculuğu sahəsində görülən işlər sırasında kadr hazırlığına xüsusi diqqət yetirilir

Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və hissələr hər il müasir silah və texnikalarla təmin olunur. Bu da mütəxəssis hazırlığını zəruri edir. Ona görə də muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər sırasında kadr hazırlığına xüsusi diqqət yetirilir. Nəticədə, mürəkkəb reaktiv qurğuları və digər döyüş texnikalarını idarə edən şəxsi heyət formalaşıb. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində yaradılan şərait bu sahədə işlərin uğurla həyata keçirilməsinə imkan verir.

Aprelin 18-də Təlim-Tədris Mərkəzində Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının uzlaşdırılmış plan üzrə kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib. Ali Məclisin Sədri təlimi izləyib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün alınmış xidməti avtomobillərə baxışdan sonra təlim başlayıb.

Muxtar respublika rəhbəri nəzəri dərslərin real ərazi maketləri üzərində keçirilməsi, uzlaşmış təlim və məşğələlərin nəticələrinin qarşılıqlı təhlil və müzakirə olunması barədə tapşırıqlar verib.

Sonra “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı” üzrə görülən işlərin nəticələrinə həsr olunmuş müşavirə keçirilib.

Ali Məclisin Sədri müşavirədəki çıxışında deyib: “Naxçıvan Hərbi Qarnizonu Qoşunları üçün müasir Təlim-Tədris Mərkəzinin yaradılması, təlim və məşğələlərin uğurla keçirilməsi muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Ötən il Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təliminin, bu gün isə kompüter dəstəkli komanda-qərargah təliminin keçirilməsi birgə fəaliyyətin nəticəsidir. Bundan sonra da Uzlaşma Planına uyğun olaraq birgə təlimlər keçirilməli, qarşılıqlı fəaliyyət təmin olunmalıdır”.

Ali Məclisin Sədri “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı” üzrə tapşırıqların uğurla yerinə yetirildiyinə görə Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının şəxsi heyətinə təşəkkür edib.

Daha bir Naxçıvan nümunəsi

Muxtar respublikada həyata keçirilən ardıcıl ekoloji tədbirlər bu gün dünya miqyasında nümunə kimi götürülür. Yeni yaşıllıq zolaqlarının və meşələrin salınması, təbiətin mühafizəsi, aparılan ardıcıl maarifləndirmə işləri nəticəsində insanların təbiətə doğma münasibətinin formalaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə Naxçıvanda bu sahədə uğurlu nəticələrin əldə edilməsinə səbəb olub. Görülən işlər nəticəsində, artıq muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Vaxt var idi ki, bu rəqəm 0,6 faiz təşkil edirdi. Dünya miqyasında yaşıllıq sahələrinin sürətlə azaldığı bir vaxtda muxtar respublikada həmin sahələrin artması bu məsələdə dünya üçün növbəti Naxçıvan nümunəsini gündəmə gətirir.

Aprelin 27-də muxtar respublikada növbəti iməcilik keçirilib. Ali Məclisin Sədri yaşıllaşdırma tədbirində iştirak edib.

Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 21 mindən artıq sakin iştirak edib, 6000-ə yaxın ting əkilib, meyvə bağlarına qulluq göstərilib.

Yollar abadlaşır, tikilən obyektlərin sayı hər il daha da artır

Müasir yol infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edir. Görülən işlərin davamı olaraq bu il Şahbuz rayonunun Badamlı qəsəbə avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Aprelin 27-də Ali Məclisin Sədri yolda aparılan yenidənqurma tədbirləri ilə tanış olub, hava şəraitinə uyğun olaraq asfalt işlərinə başlanılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Muxtar respublikamızda iqtisadiyyatın hərtərəfli inkişafı təbii sərvətlərimizdən səmərəli istifadəyə imkan verir. Artıq diyarımız ölkəmizin əsas mineral su istehsalçısına çevrilib. “Badamlı” mineral suyu da bu gün geniş ixrac imkanlarına malikdir. Tələbatın artmasının nəticəsidir ki, hazırda Badamlı qəsəbəsində yeni zavod inşa olunur.

Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” mineral sular zavodunun inşası ilə maraqlanıb, istehsal sahəsində avadanlıqların quraşdırılması, zavodun ərazisində, eləcə də Badamlı qəsəbəsində abadlıq işlərinin aparılması barədə tapşırıqlar verib.

Səmərəli idarəetmə sistemi uğurların təminatıdır

Reallıq budur ki, tarixin hər bir inkişaf mərhələsinin özünəməxsus xüsusiyyətləri, hədəfləri və çağırışları vardır. Bu çağırışlara cavab vermək üçün elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Muxtar respublikada fəaliyyətdə olan dövlət proqramlarının icrası zamanı məsələlərə yanaşmada müasir dövrün tələblərinin əsas götürülməsi, inkişafın planlaşdırılması və idarə olunmasına əsaslanan səmərəli idarəetmə sisteminin mövcudluğu davamlı yüksəlişi təmin edəcək əsaslı amillərdən biridir. Naxçıvanın bugünkü sürətli sosial-iqtisadi inkişafına paralel olaraq milli-mənəvi və ideoloji dəyərlərimizin ən yüksək səviyyədə yaşadılması, mədəni, elmi sahələrdə mühüm irəliləyişlərin əldə olunması Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modelinin tərkib hissəsi kimi diqqəti cəlb edir.

Nəşr olunub CƏMİYYƏT

Reytinq