Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 02 May 2019

Bu gün “Park İnn” otelində “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” adlı beynəlxalq simpozium keçirilib.

Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən simpoziumda tədbirdə İraq Türkman Cəbhəsinin rəhbəri, Kərkük millət vəkili Ərşad Salehi, professor Qəzənfər Paşayev, professor Kürşad Zorlu, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, Fəzail İbrahimli, Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzeçi, “Yeni Müsavat” Media qrupunun rəhbəri Rauf Arifoğlu və b. iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ATEV sədri Tənzilə Rüstəmxanlı bildirib ki, simpoziumun bu ğun keçirilməsi təsadüfü deyil:

“Sabah Türk Milli Oyanış – Türkçülük günüdür. Biz o tarixi hər il qeyd edirdik. Ancaq bu il o tarixi belə bir miqyaslı bilimsəl tədbir çərçivəsində də qeyd edəcəyik.

Bu simpoziumda Kərküklə Qarabağın seçilməsi təsadüfi deyil. Hər ikisi türk dünyasının qanayan yarasıdır. Kərkük Azərbaycanın qardaşı deyil, Kərkük bizimdir, özümüzündür, Azərbaycanın səsidir”.

Sonra çıxış edən İraq Türkmən Cəbhəsinin rəhbəri, Kərkük millət vəkili Ərşad Salihi bildirib ki, türklər əsarəti qəbul edən millət deyil:

“Orta Asiyada sıxışdırılan türklər heç vaxt əsarəti qəbul etmir. Biz əminik ki, əsarəti sevməyən Azərbaycan türkləri də bir gün Qarabağı işğaldan azad edəcək. 1992-ci ilin fevralında Xocalı faciəsində biz İraq türkləri Səddamın zülmündə inləyirdik. Buna rəğmən Azərbaycanın müstəqilliyinə çox sevindik”.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında milli şüurun oyanması məsələsinin çox önəmli olduğunu deyib:

“Azərbaycan müstəqillik qazandıqdan sonra dünyanın müxtəlif ölkələrində, az qala, bütün qitələrində Qarabağla bağlı konqreslər keçiririk. Azərbaycanda da bununla bağlı çoxsaylı tədbirlər təşkil edilir. Bəziləri bunu irqçilik adlandırır, amma bu, millətçilikdir. Xüsusən bizim kimi nihilist kosmopolit dövründən çıxan bir toplum üçün millətçiliyi yaşamaq önəmlidir. Milli şüurun oyanması son dərəcə önəmlidir. Türk dünyası bu gün heç vaxt olmadığı qədər böyük güclərlə qarşı-qarşıyadır. Türk dünyası 1000 ildir mədəniyyətlərin parçalanması, əlifbaların bölünməsi, adların, tarixin, coğrafiyanın dəyişiminə məruz qalır. SSRİ dağıldıqdan sonra 5 müstəqil türk dövləti yarandı. İstər-istəməz bu 5 dövlət arasında türk birliyi yarana bilər. Bu fikirdən yayındırmaq üçün ortaya Avrasiya ideyası atılır. Biz daim türklərin bir olmasına çalışmalıyıq”.

 

 

Nəşr olunub CƏMİYYƏT

Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev və ATƏT PA-da nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili Almaniya Bundestaqı və ATƏT PA-nın təşkilatçılığı ilə Almaniyanın Laynsvayler şəhərində keçiriləcək seminarda iştirak etmək üçün mayın 3-də bu ölkəyə səfərə gedəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Turkustan.info-ya verilən məlumata görə, “İqtisadiyyat – münaqişə mənbəyi, və ya münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı dövrdə reabilitasiyanın həyata keçirilməsi üçün alət – Avropa tarixindən öyrənilmiş dərslər” mövzusuna həsr edilmiş tədbirdə ATƏT regionunda, o cümlədən Avrasiyada davam edən münaqişələrin həlli istiqamətində ATƏT-in fəaliyyətinin rolu, nəqliyyat, qaz və neft layihələrinin dövlətlərarası əlaqələrə təsiri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq. 

“Avrasiya məkanında qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlər: Şərq-Qərb qarşıdurmasının aradan qaldırılmasında ATƏT-in iqtisadi və ekoloji ölçülərinin yeni vəzifəsi və oynadığı rol” mövzusuna həsr edilmiş 3-cü sessiyaya Azay Quliyev sədrlik edəcək. 

Bununla yanaşı deputatımız “Qafqaz və Mərkəzi Asiyada nəqliyyat dəhlizləri, o cümlədən Yeni İpək Yolu layihəsi” mövzusuna həsr edilmiş 5-ci sessiyada məruzə ilə çıxış edəcək. 

Səfər çərçivəsində Azay Quliyev 6-8 may tarixlərində Berlində Almaniya Parlamentinin deputatları və rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Səfər mayın 8-də başa çatacaq. 

Nəşr olunub SİYASƏT

 


Millət vəkili Adil Əliyev haqqında bir neçə gündür sosial şəbəkədə yayımlanan şikayətlə bağlı ittihamlar səngimir. O cümlədən, dünən Azərbaycan Reallığı səhifəsi canlı yayım edən vətəndaş Məmmədova Xəzəngülün nümayəndəsi Şükürov Ələmşah Nəsir oğlu iddia edir ki, müdafiə etdiyi şəxsin 1000 kvadrat metrlik torpaq sahəsini deputat Adil Əliyev özbaşına qeyri-qanuni yollarla zəbt edərək yerində "Çıraq Palas" adlı şadlıq sarayı tikib. Torpaq sahəsi qanunla Xəzəngül Məmmədovanın adına olsa da, Adil Əliyev bu qanunsuz işi öz deputat statusundan istifadə edərək törətmiş və həmin torpaq sahəsində tikilən tikintinin Korrupsiyaya qarşı baş mübarizə idarəsi tərəfindən tikildiyini bildirmişdir. İndi isə Adil müəllimə sual olunur ki, bu "Çıraq Palas" restoranı nə vaxtdan korrupsiyaya qarşı mübarizə idarəsinin məntəqəsi sayılır? Sözügedən məsələ ilə bağlı millət vəkili Adil Əliyev Boyukmillet.com münasibət bildirib. O qeyd edir ki, "mənim adımı yerli-yersiz hallandırdıqları üçün, şərəf və ləyaqətimə xələl gətirdikləri üçün, inşallah, bunları məhkəməyə verəcəyəm. Səbirimi basıb gözləyirdim ki, bəlkə ağıllanarlar. Görürəm ki, mən səbir etdikcə bunlar üstümə gəlirlər.. bu dəfə yazığım gəlməyəcək. Bunlar Allahdan qorxmurlar, şər və böhtanla məşğuldurlar. Mənim qohumlarım bu işə məhkəmələrdə aydınlıq gətiriblər. Dövlətin qurumları bu işə hüquqi qiymət verib. Bu boyda qərarlardan sonra bu işlə məşğul olmaq ağılsızlıqdan başqa bir şey deyil. Və yaxud dələduzluqdur. Bilə-bilə ki, vətəndaş Xəzəngül Məmmədova bələdiyyəni verib məhkəməyə və uduzub, sən onu yenidən aldadaraq ümidləndirib, pulunu alırsan ki, sənə kömək edəcəm. Vaxtımı bu dələduz şaykasına sərf etmək istəmirdim, ancaq bunlar məcbur edirlər ki, bizi məhkəmələrdə süründür", - deyə millət vəkili haqqında səsləndirilən ittihamlara cavab verib.


Nəşr olunub SİYASƏT

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının ilk turu yekunlaşıb və nəticələr məlum olub.

Boyukmillet.com xəbər verir ki, turnirin ən yüksək reytinqli şahmatçısı, belaruslu qrossmeyster Vladislav Kovalyev (2678 - beynəlxalq əmsal), rusiyalı FIDE ustası Aleksandr Demyanjukla (2338) qarşılaşıb və görüş birincinin qələbəsi ilə başa çatıb.

Azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli ikinci şahmatçısı Nicat Abasov (2633) ilk turda azərbaycanlı FIDE ustası Aydın Süleymanlını (2334) sınağa çəkib. Gərgin keçən görüş Nicat Abasovun üstünlüyü ilə yekunlaşıb.

Digər azərbaycanlılar - qrossmeyster Eltac Səfərli (2624) və beynəlxalq usta Nail Bəşirli (2333) arasında keçən görüşdə isə Eltac Səfərli qələbə qazanıb.

Belaruslu qrossmeyster Aleksey Aleksandrov (2603) hindistanlı FIDE ustası Mithil Ajqaonkaru (2332), latviyalı qrossmeyster Nikita Meşkovsla (2574) isə azərbaycanlı qrossmeyster Sərhan Quliyevi (2330) məğlub etməyi bacarıb.

Turnirin ən reytinqli 10-cu şahmatçısı, ukraynalı qrossmeyster Eldar Qasanov (2506) türkiyəli FIDE ustası Əmirxan Tarlabaşı (2323) ilə “sülh” bağlayıb.

Yunanıstanlı qrossmeyster Vasilios Kotronias (2474) isə hindistanlı FIDE ustası Nixil Dixit (2302) üzərində qələbə qazanıb.

“A” qrupunda Naxçıvan Muxtar Respublikasını 5 zəka sahibi təmsil edir. Qrossmeyster Urfan Sevdimalıyev (2352) ustalığa namizəd Ayan Allahverdiyevadan (2076) üstün olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) ilk turda belaruslu qrossmeyster Vadim Malaxatkoya (2508), digər beynəlxalq usta Talıb Babayev (2329) isə turnirdə çıxış edən ABŞ-lı qrossmeyster Timur Qarayevə (2560) məğlub olublar. FIDE ustalarımızdan Sadiq Məmmədov (2205) azərbaycanlı beynəlxalq usta Kənan Qarayevi (2368) məğlub etməyi bacarıb. Pərviz Qasımov (2328) isə azərbaycanlı qrossmeyster Fərid Abbasovla (2534) xalları yarı bölüb.

İlk turdan sonra 20 şahmatçının aktivində bir xal var.

Əmsalı nisbətən aşağı olan şahmatçıların mübarizə apardığı “B” qrupunda isə ölkənin müxtəlif regionlarından 104 zəka sahibi qüvvəsini sınayır. İlk turdan sonra 50 şahmatçı maksimum xal toplayaraq turnir cədvəlinə liderlik edir.

Cari ildə “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının “C” qrupunda rekord sayda – 186 şahmatçı qüvvəsini sınayır ki, onların da 67-nin beynəlxalq əmsalı 1000-dən çoxdur. İlk turdan sonra 84 şahmatçı maksimum xal toplamağa nail olub.

Nəşr olunub İDMAN

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin, Şuranın kollektivinin və QHT ictimaiyyətinin iştirakı ilə 96-cı doğum günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin Fəxri Xiyabanda məzarı ziyarət olunub.

Ziyarət zamanı Heydər Əliyevin məzarı üstünə tər güllər düzülüb, ruhuna dua oxunub. 

 

 57425251_10156746203453645_3880232205787594752_o.jpg (308 KB)

58835374_10156746203468645_3286443858900025344_o.jpg (364 KB)

58737467_10156746203788645_5524666933070266368_o.jpg (212 KB)

Nəşr olunub CƏMİYYƏT
Dərbəndin  meri Xizri Abakarov şəhərin Azərbaycan icmasının nümayəndələrini hədələdi

Şəhər meri 9 May Qələbə Günü münasibəti ilə keçiriləcək tədbirdə Azərbaycan bayrağının qaldırılmasını qadağan etdi

Dərbənd şəhər meriyasının saytı aprelin 30-da mer Xizri Abakarovun şəhər məclisinin deputatları və ictimai fəallar ilə görüşü barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, tədbirdə Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının tikilməsi məsələsi də müzakirə edilib. Qeyd olunub ki, teatrın hazırki binası təhlükəsizlik tələblərinə cavab vermir, burada işləmək və yaradıcılıqla məşğul olmaq üçün imkan yoxdur, yeni bina tikilməlidir. Son günlər ictimaiyyət arasında bəzi Dərbənd sakinlərinin dövlət və respublika rəhbərlərinə müraciətləri müzakirə olunur. Teatr binasının Nizami Gəncəvi parkında tikilməsi fikri ortalığa atılır. Məsələ burasındadır ki, parkın ərazisində məzarlıq aşkarlanıb və burada əsaslı tikinti aparmaq olmaz. Görüşdə Nizami Gəncəvinin heykəlinə qarşı vaxtaşırı törədilən vandalizm aktları da müzakirə olunub. Bildirilib ki, Azərbaycandan olan arxitektorlar böyük şairin abidəsinin maketini təqdim ediblər. Abidənin bürüncdən tökülməsi qərara alınıb, bu məsələ şəhər sakinləri ilə müzakirə olunacaq. Köhnə heykəl isə Nizami Gəncəvi adına məktəbə təhvil veriləcək. Teatr binasının tikilməsi isə şəhərin baş planının təsdiqindən sonra müəyyənləşəcək.

Bir daha xatırladıram ki, şəhər meriyasının rəsmi saytı Dərbənd meri Xizri Abakarovun bir qrup azərbaycanlı ilə görüşü barədə məlumatı yuxarıdakı formada yayıb. Lakin tədbir heç də rəvan keçməyib. Dərbənd şəhərində yaşayan ictimai fəallardan biri “Şimal xəbərləri”nə müsahibəsində bildirdi ki, tədbir barədə saytda yayılan məlumat həqiqəti əks etdirmir: “Saat 12-də başlayan görüş çox gərgin keçdi. Bizim nümayəndələrdən biri Azərbaycanın, konkret olaraq, H. Əliyev adına fondun şəhərin abadlaşmasına yardımından danışdı. Onu da qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, əslən dərbəndli Nəcməddin Sadıqov da bu istiqamətdə kömək göstərib. Merdən Nizami parkında dram teatrı binasının tikilməsinə nəyə görə razılıq verilmədiyini soruşub. Əlavə edib ki, azərbaycanlılar yalnız öz mədəniyyətlərini inkişaf etdirmək istəyirlər”. Müsahibimiz bildirdi ki, Dərbənd meri Xizri Abakarovun çıxışı onları təəccübləndirib. Şəhər başçısı nitqinə islam alimləri Sünəni Əbu Davud, Səhih Müslim və Buxaridən millətçiliyi pisləyən hədislər gətirməklə başlayıb, tədbir iştirakçıları ilə aşağılayıcı tonda danışıb və görüşə gələnləri millətçilikdə ittiham edib. “Həmin hədislərin mənası təxminən odur ki, Allahın rəsulu Məhəmməd peyğəmbər(s.a.v) əsabiyyə(traybalizim və ifrat millətçilik) nədir sualına cavab verərkən deyib ki, kim millətçiliyə çağırırsa, kim millətçilik üçün vuruşur və ölürsə, bizdən deyildir. Bundan əl çəkin. Bu çirkin və iyrəncdir. Şəhər meri dedi ki, dram teatrını Nizami adına parkda inşa etmək mümkün deyil, Dərbənddə teatr binası üçün yer yoxdur”. Müsahibimizin dediklərinə əsasən, Abakarov 9 May Qələbə Günü münasibəti ilə şəhərdə keçiriləcək tədbirdə Azərbaycan bayrağının qaldırılması barədə edilən müraciətə rədd cavabı verib. 

Başqa bir görüş iştirakçısının “Şimal xəbərləri”nə verdiyi məlumatda deyilir ki, Dərbənd meri Xizri Abakarov görüşə tək gəlməyib. Onu yanında şəhərin milis rəisi, prokurorunun müavini və federal təhlükəsizlik xidmətinin vəzifəliləri də olublar. Mer bu şəxsləri təsadüfən çağırmayıb. Çıxışı zamanı azərbaycanlıları hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsi ilə hədələyib. Bu da onun azərbaycanlı fəallara qarşı gələcək planlarından xəbər verir. 

Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkəmiz qardaş Dağıstana da lazım olan hər cür köməyi edir. Təbii ki, rəsmilərimiz burada ik yüz minə yaxın azərbaycanlının yaşadığının fərqindədirlər. Dərbənd-Xaçmaz dostluğu isə onilliklərdir davam edir. Dərbənd şəhər meri Xizri Abakarovun mövqeyi isə hiddət doğurur. Onun Rusiya vətəndaşı olan azərbaycanlılarla bu cür rəftarı qəbuledilməzdir. Niyə başqalarına öz tarixlərini və mədəniyyətlərini qorumaq və inkişaf etdirmək imkanı verilir, azərbaycanlılar isə gözümçıxdıya salınır? Axı Dərbənd teatrı bir əsrdən çoxdur ki, fəaliyyətdədir. Nədən onun yenisi ilə əvəzlənməsi böyük problemə çevrilib? Onsuz da Dərbənd torpaqları buralardan olmayanlar arasında xırıd edilir, şəhərdə demoqrafik vəziyyət süni şəkildə dəyişdirilir. Biz nə qədər susacağıq? Xizri Abakarov kimdir ki, Azərbaycan-Dağıstan dostluq münasibətlərinə xələl gətirən bəyanatlar səsləndirsin? Mer anlamalıdır ki, Dərbənddə yaşayan etnik azərbaycanlılar da digər Rusiya vətəndaşları kimi öz haqlarını tələb etmək hüququna malikdirlər. Onlar heç vaxt ikinci sort vətəndaş olmayacaqlar!!!

Yeri gəlmişkən, deyəsən cənab X. Abakarov şəhər meriyası ilə mədrəsəni səhv salıb. Hədis əzbərləməkdənsə RF qanunlarına riayət etməyi daha yaxşıdır. Ona bir tövsiyyəmiz də var. Yaxşı olar ki, əzbərlədiyi hədisləri yazdırıb kabinetinin qapısının üstünə asdırsın...

Bir məsələyə də münasibət bildirmək az qala yadımdan çıxmışdı. Doğrudan da Dərbənddəki N. Gəncəvi adına parkda məzarlıq aşkarlanıb. Dərbənddə olarkən mütəxəsislərdən biri mənə dedi ki, bu məzarlıq qədim oğuz türklərinə məxsusdur. Bunu cənab X. Abakarovun bilməsi də vacibdir... 

Müqəddəs Mehdiyev 

Nəşr olunub SİYASƏT
Masallı rayon icra hakimiyyəti başçısı səyyar-görüş qəbul keçirib (FOTO)
 
1 may  2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Masallı rayon İcra hakimiyyəti başçısının Təklə inzibati dairəsi üzrə nümayəndəliyinin Sığıncaq kəndində keçirilmişdir.
 
Səyyar qəbulda 100-dən çox kənd sakini iştirak etmişdir. 
 
Təklə ərazisi 5 kənddən, 8225 nəfərdən ibarətdir. Sığıncaq kəndində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlayıb, ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən Təklə ərazisində cənab Prezidentin tapşırığına əsasən 2 yeni məktəbin tikintisi, dünya Səhiyyə Standartlarına uyğun, viləş çayı mənbəyindən götürülmüş içməli suyun çəkilişi, ərazidə qazlaşmanın aparılması və SİP kabelləşmənin tam başa çatmasını vurğulayıb.
 
Qeyd olunub ki, 2019-cu il sosial inkişaf və əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artırılması əlavə gəlirlər yaradıb. Nəticədə minimum əməkhaqqı və minimum pensiyaların məbləğini 38 faiz artırmaq mümkün olub.
 
Sonra rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
 
Ərazi sakinlərindən Cavanşir Əhmədov, Əhmədağa Cəfərov, Sabir Mustafayev, Nazim Eyniyev, Fəxrəddin Tağıyev, İbadulla Ağayev, Yavər İsmayılov və başqaları çıxış edərək  Xoşçobanlı kəndinin tam qazlaşdırılmasını, Sığıncaq kənd tam orta məktəbin qaz xəttinə qoşulmasını, güclü yağan yağışlar zamanı ərazinin su basmasının qarşısını almaqdan ötəri kanalların təmizlənməsini məsələsini gündəmə gətirmişlər.
 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş. Əksər məsələlər yerində həll olunmuşdur.
Nəşr olunub CƏMİYYƏT

Reytinq