Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 26 May 2019

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili istefaya göndərilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, buna Rusiya bayraqları səbəb olub.

Belə ki, Batumidə beynəlxalq folklor festivalı çərçivəsində bu gün şəhərin mərkəzində keçirilən yürüşdə Rusiyanın Rostov şəhərini təmsil edən iştirakçılar əllərində Rusiya bayraqlarını tutublar.

Festival təşkilatçıları bildiriblər ki, iştirakçılar Rusiyanı təmsil etməyiblər və onlar etnik ruslar olublar.

Batumidə Rusiya bayraqlarının məhz Gürcüstanın Müstəqillik günündə meydana gəlməsi muxtar respublika rəhbərliyini hiddətləndirib. Festivalın təşkili ilə bağlı məsuliyyəti Acarıstan MR-in Təhsil, Mədəniyyət və İdman Nazirliyi daşıyıb.

Nəşr olunub DÜNYA

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

28 May – Respublika Günü münasibətilə Rusiyanın Perm şəhərində Azərbaycan diasporu bir araya gəlib.

boyukmillet.com xəbər verir ki, 28 May – Respublika Günü münasibətilə Rusiyanın Perm şəhərində Azərbaycan diasporu bir araya gəlib.
Mərasim Azərbaycan və Rusiya dövlət himnlərinin ifası ilə başlayıb.
Tədbirdə ilk öncə çıxış edən Perm vilayətində Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev tədbir iştirakçılarını salamlayaraq bu bayramın bütün azərbaycanlılar üçün əziz və müqəddəs olduğunu vurğuladı və Müsəlman Şərqində ilk respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın demokratik əsaslarda qurulmuş müstəqil milli dövlətçiliyinin şanlı səhifəsi olduğundan bəhs etdi.
Daha sonra tədbirdə iştirak etmək üçün Permdə səfərdə olan Azərbaycan Diasporu İnformasiya Mərkəzi (ADİM) sədri Toğrul Allahverdili qeyd edib ki, Azərbaycanda dövlət müstəqilliyimizin əldə edilməsi və qorunması yolunda şəhid olan bacı və qardaşlarımızın qəhramanlığını qeyd edib. T. Allahverdili qeyd edib ki, “Bütün tarixi sınaqlardan keçmiş Azərbaycanın hal-hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara doğru irəlilədiyini söyləyən Səfir, ölkəmizin dünyada artan nüfuzunu qeyd etdi və dövlətimizin milli mənafelərə söykənən müstəqil çoxşaxəli xarici siyasətinin prioritetləri sistemində Rusiya Federasiyası ilə strateji xarakterli tərəfdaşlığın xüsusi yer tutduğunu vurğuladı.

Tədbirdə Gənclər Birliyinin sədri Rəşad ... və digər hənclər çıxış edərək xalqımızı Respubilka günü münasibəti ilə təbrik ediblər. 

Tədbir daha sonra Respubilka günü və Nəsiminin 650 illiyi münasibəti ilə filmlərin nümaişi ilə davam edib.
Nəşr olunub SİYASƏT

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi gene­ral-polkovnik Mədət Quliyev Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılışında maraqlı tarixi faktı açıqlayıb.

Boyukmillet.com ONA-ya istinadla xəbər verir ki, DTX rəisi babasının Azərbaycan Xalq Cümhuriy­yətinin xəfiyyəsi işlədiyini açıqlayıb:  “Mən də burada durarkən çox ağır hisslər keçirirəm. Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriy­yətinin polisində xəfiyyə işləyib. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfindən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində çalışıb. Gəncənin, Xanların, Samurun, Qasım İsmayılın rəisi olub və 1930-cu ilin noyabrın 28-də Gəncədə saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi burada durduğum və yaxud kimsənin durduğu yerdə qətlə yetiriblər, həyatını dəyişib”.

Nəşr olunub CƏMİYYƏT

Уважаемые Соотечественники!

Наступает величайший государственный праздник нашего народа — День Республики (Respublika günü), который мы отмечаем 28 мая. В этот день в 1918 году была провозглашена независимость Азербайджанской Демократической Республики (АДР), наследницей которой является современная независимая Азербайджанская Республика. Несмотря на то, что АДР просуществовала всего 23 месяца — до 28 апреля 1920 года, она успела заложить основу азербайджанской государственности. Независимость азербайджанского государства была восстановлена 18 октября 1991 года.

Годы существования АДР был тяжёлым, но золотым периодом в истории нашего народа. Наши предки 101 год назад создали первую во всём Востоке Демократическую Республику. Именно в Азербайджанской Демократической Республике впервые во всём исламском мире женщины получили равные с мужчинами права. Кроме того, АДР была государством, построенном по принципу социальной справедливости. Практические все демократические принципы, которые сегодня торжествуют в странах современной Европы, были реализованы в Азербайджане ещё в годы существования АДР. Поэтому 28 мая — День Республики является днём гордости для каждого азербайджанца.

От своего имени лично и от имени «Союза Азербайджанцев России» и «Всемирного Азербайджанского Культурного Фонда» от всей души поздравляю вас с Днём Республики! Желаю вам всех благ, крепкого здоровья, изобилия добра и любви, долгих лет мирной и счастливой жизни! Пусть всегда сопутствует вам удача!

А Родному Азербайджану желаю процветания, восстановления своей территориальной целостности, укрепления своей независимой государственности и достичь новых высот в своём развитии! Пусть могущественное независимое Азербайджанское Государство крепнет с каждым годом, приумножая свои богатства и свой политический вес на мировой арене, и выстоит на все времена, а Государственный Флаг Азербайджана станет одним из самых уважаемых и влиятельных Флагов мира! Пусть враги нашей Родины всегда склонят свои головы перед и под Флагом Азербайджана!

Слава сильному, независимому, демократическому, свободному и экономически процветающему Азербайджану!

С искренним уважением,

Физули Мамедов

Президент «Союза Азербайджанцев России» и «Всемирного Азербайджанского Культурного Фонда»

Nəşr olunub CƏMİYYƏT

Bir qrup Naxçıvan MR sakini Azinforum.az saytina müraciət edərək, Bakı şəhərində olan “Azal” şirkətinə məxsus aviakassada onlara yaradılan şəraitin qənaətbəxş olmadığından şikayət ediblər. Şikayətçilər bildirir ki, xüsusilə də hazırkı periodda paytaxtdan Naxçıvana gedənlərin sayında çoxluq yaranır. Amma maraqlıdır ki, aviakassada həmin istiqamətdə biletin satışı üçün cəmi bir nəfər təkim olunub. Bu da uzun növbənin yaranmasına səbəb olur. Hadisə yerində olan Azinforum.az-ın reportyorları edilən şikayətin əsaslı olduğunu müəyyən ediblər. Aviakassadan çəkilən və real mənzərəni əks etdirən fotodan da görünür ki, digər pəncərələr boş olsa da, fəaliyyət göstərmir, ancaq Naxçıvan istiqamətində bilet satan pəncərənin önündə uzun növbədir.

Nəşr olunub CƏMİYYƏT
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu millət vəkili Araz Əlizadənin səsləndirdiyi ittihamlara cavab verib.
 
P. Bülbüloğlu jurnalist Fuad Abbasovun Rusiyada yayımlanan tok-şoularda onun müdaxiləsi ilə iştirakı ilə bağlı mətbuatda yayılan fikirlərə kəskin reaksiya verib: 
 
“Mən heç kimi harasa soxmuram. Amma nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm. Rusiya televiziyaları mənə müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Bu səbəbdən də biz həmin tok-şoularda iştirak üçün politolqolar təqdim etməli olduq”. 
 
Səfir açıqlamasında A.Əlizadənin 90-cı illərdən sonra siyasi səhnədən silindiyini deyib. P. Bülbüloğlu digər iddialara da münasibətini açıqlayıb: “Araz Əlizadə deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşı deyil, o yalan danışır. Azərbaycan səfirliyində onun Azərbaycan vətəndaşlığı pasportu var və bizdə Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmalıyıq”.
 
P. Bülbüloğlu deputatı savadsızlıqda da ittiham edib: 
 
“Deputat olan bir şəxs belə savadsız fikirlər söyləməz. Guya rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə muraciət etmişik ki, bizə tok –şoular üçün politoloq versin. Ancaq səfir deyib ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparır.
Nəşr olunub SİYASƏT

Reytinq