Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 03 May 2019

Prezident İlham Əliyev I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Nəşr olunub RƏSMİ XRONİKA

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı-Sizə iki məzarı olan aprel şəhidi Cabbarxan Hacıağayevdən danışacam. Cabbarxanın adı babalarından yadigar götürülüb. Nənəsi, ulu babası Səttarxanın qızıdır. Atası İlham Hacıağayev 1992-ci ildə Cabbarxan hələ dünyaya gəlməyəndə Lələtəpə uğrunda döyüşlərdə iştirak edib. Tale elə gətirdi ki, Cabbarxan da bu bölgədə hərbi xidmət keçdi. 2016-cı il aprelin 1-də evə dönməli idi.

Məlum döyüşlər başlayanda onu geri göndərmək istəsələr də Cabbarxan əsgərlərimizlə döyüşlərdə iştirak edir. Aprelin 4-ü səhər tezdən evə zəng vurur. Deyir ata ermənini qova-qova gəlmişik. Artıq sənin ala bilmədiyin Lələtəpəni də qaytarmışıq. Bayrağımız elə gözəl dalğalanır ki, adamın ürəyi fərəhlənir… Sən demə telefonla danışıb qurtarandan on dəqiqə sonra düşmənin atdığı mərminin qəlpəsi onun ayağını kəsib və qarnının altını yarıb keçib. Elə həmin dəqiqə də canını tapşırıb. Aprelin beşində Cabbarxanı Xocahəsəndəki kənd qəbristanlığında dəfn edərkən görüblər ki, Cabbarxanın sağ ayağı yoxdu. Onu dəfn edəndən sonra hərbçi yoldaşları onun ayağını taparaq Lələtəpədə dəfn ediblər. Cabbarxan Hacıağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Şəhidimizin çox kasıb və imkansız ailəsi var…Hələ də səkkiz nəfər ailə üzvü bu günə qədər kirayələrdə yaşayır. Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva hər zaman şəhid ailələrinə xüsusi ehtiram göstərir, onların ailələrinin mərtəbələrinin daha yüksək, statuslarının daha önəmli olduğunu vurğulayırlar. Aprel şəhidlərinin çox bir qisminə şəraitlər yaradılıb. Dövlət rəhbərinin fəxr etdiyi ailələr isə bəzən məsuliyyətsiz məmurlar, şəxslər tərəfindən unudulur, və ya onları layiq olduqları haqqları almaqlarına çətinlik yaradırlar. Gözləməyə vadar edirlər. Kirayələrdə 8 nəfər üzvü ilə ağır şəraitdə yaşaya Hacıağayevlər ailəsinin yəqin ki, vətənimizə şərəf gətirən aprel döyüşlərinin 3-cü ildönümündə ev problemi həll olunacaq. Şəhid ailəsinin kirayələrdə qalmaq utancından qurtaracağıq.

Allah şəhidimizə rəhmət eləsin. Sosialxəbər.az saytı olaraq,bizdə inanırıq ki,bu məsələ tezliklə öz həllini tapacaq.

Nəşr olunub CƏMİYYƏT

İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun iş otağında prezident Rəcəb Tayyib Ərdoğanın fotosunun götürüldüyü, yerinə Mustafa Kamal Atatürkün rəsminin asıldığı iddia edilib.

Boyukmillet.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu məsələyə aydınlıq gəlməsi üçün Əkrəm İmamoğlunun iş otağının yeni görüntüsü paylaşılıb.

Məlum olub ki, Ərdoğanın fotosu iş otağından götürülməyib, sadəcə onun yeri dəyişdirilib.

Hazırda İstanbul Böyükşəhər Bələdiyyəsi rəhbərinin başı üstündə Mustafa Kamal Atatürkün, sağ divarda isə Rəcəb Tayyib Ərdoğanın portreti asılıb.

Nəşr olunub DÜNYA

Bakıda səfərdə olan İraq parlamentinin millət vəkili, İraq Türkman Cəbhəsinin lideri dəyərli Erşat Salihi və İTC-nin Türkiyə təmsilçisi Mehmet Tütünçü ilə Milliyyətçi Gənclər Təşkilatının fəalları ilə görüşüb.

Boyukmillet.com təşkilata istinadla xəbər verir ki, görüşdə Türkmanelinin hazırkı durumu, mövcud problemlər, Azərbaycanla əlaqələr və qarşılıqlı əməkdaşlıq perspektivləri barədə müzakirələr olub.
Növbəti görüşün yaxın aylarda Kərkükdə keçirilməsi qərarına alınıb.

Nəşr olunub CƏMİYYƏT

Reytinq