Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 05 May 2019

img

Son vaxtlar xarici ölkələrdə Azərbaycan diasporu ətrafında cərəyan edən prosesləri ciddi təhlil edib bu nəticəyə gəlirik ki, bəzi yerlərdə bu istiqamətdə ölkəmizin rəsmi hakimiyyətinin iradəsi xaricində ciddi özfəaliyyət meylləri nəzərə çarpır. Bunu bir sıra tutarlı arqumentlərlə izah edirik və ən əsası da budur ki, həmin toplantıların heç birində Azərbaycanın həmin ölkələrdəki səfirliyinin nümayəndələri və daha önəmlisi, Diasporla İş Üzrə Dövlət Komitəsinin rəsmiləri gözə dəymir.

Bu yöndə olan təhlil yazılarımızla bağlı sosial şəbəkədə etdiyimiz paylaşımda Səftər Rəhimli adlı birinin yerləşdirdiyi link nəzərimizi cəlb etdi. Baxdıq ki, təxminən 10 dəqiqəyə yaxın zamanı əhatə edən həmin videomaterial Füzuli Məmmədovun piarına xidmət edir. Orda qeyd edilir ki, güya rəsmi qurumların və səfirlik nümayəndələrinin Moskvada keçirilən diasporun “birləşdirilməsi” tədbirində iştirak etməməsinin başlıca səbəbi erməni faktoru ilə bağlıdır. İzah etməyə çalışılır ki, Rusiyada təşəkkül tapmış güclü erməni diasporu bunu əlində əsas tutub, həmin ölkənin Ədliyyə Nazirliyinə müraciət edib, yeni yaranan təşkilatın fəaliyyətinə maneçilik törədə bilər. Bu arqumenti nə dərəcədə əsaslı saymaq olar? Apardığımız araşdırmadan sonra məlum oldu ki, Səftər Rəhimli Frenkin yaratdığı yeni təşkilatın rəhbərliyində təmsil olunan şəxsdir. Bu səbəbdən də, onun link yerləşdirmə jestini güya bizim yazdıqlarımıza cavab olduğu təəssüratı yaratmaq cəhdi kimi dəyərləndiririk. Amma onun nəzərinə çatdırırıq ki, bu məsələdə erməni kartı ilə manipulyasiya etmək tamamilə yersizdir, ola bilər ki, bunlar ünvanlanan suallara cavab tapa bilməməkdən irəli gəlir, baş qatmağa hesablanır. Belədirsə, Səftər Rəhimli və bizi haqsız çıxarmağa çalışanların diqqətinə məhz Rusiya diasporu ilə bağlı vacib bir detalı çatdırmaq istərdik. Necə ola bilir ki, məhz Moskvada keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin təsis konfransıda Azərbaycan Prezident Administarsiyasının rəsmiləri iştirak edirdi, hətta həmin şəxslər tərəfindən Prezident İlham Əliyevn diaspor qurumumuza təbriki də oxundu? Biz hesab edirik, Azərbaycan hökumətinin tam haqqı çatır ki, xaricdə fəaliyyət göstərən istənilən diaspor qurumu ilə maraqlansın, yeri gələndə onun fəaliyyətinə dəstək ifadə etsin. Heç bir halda bundan bizə qarşı məkrli məqsədlə istifadə oluna bilməz. Başqa bir misalı Ukrayna ilə bağlı çəkə bilərik. Orada da güclü və bir-birilə antoqonist mövqedə dayanan diaspor qurumlarımız vardı. Dövlət Komitəsinin rəhbərliyində baş verən dəyişiklikdən sonra müşahidə etdik ki, Fuad Muradovun bir neçə dəfə həmin ölkəyə səfər etməsi, diaspor liderləri ilə keçirdiyi görüşlər öz bəhrəsini vermiş oldu. Nəticədə bizim hamımızı sevindirən bir hadisə baş verdi. Bütün diaspor qurumlarımız umu-küsünü bir tərəfə qoyaraq, Ukrayna Azərbaycanlılarının Radası adlı qurumda birləşdilər. Tədbirdə Diaspor Komitəsinin rəhbərliyi də iştirak etdi. Yəni bu işdə Azərbaycan dövlətinin dəstəyi və xeyir-duası açıq hiss edildi. Ancaq Rusiyada baş verən son prosesdə səfirlik əməkdaşlarımızın, hansısa dövlət rəsmisinin və ən başlıcası isə Diaspor Komitəsinin nümayəndələrinin iştirakının olmaması, hər halda, erməni təzyiqini önləməklə bağlı deyil. Milli Qeyri Hökumət Forumunun prezidenti Rauf Zeyni də “Bakı-Xəbər”ə bildirdi ki, heç bir halda ermənilər bu prosesə maneçilik törədə bilməz: “Mən fürsətdən istifadə edib diaspor quruculuğu işində uğurlara imza atan şəxsləri təbrik edirəm. Moskvada yaranan təşkilata da uğurlar arzulayıram. Diaspor quruculuğu bizim yaralı yerimizdir. Bizim böyük diaspor təşkilatlarımız bir neçə yerə parçalanıb. Biz diaspor quruculuğu işində indiyə qədər böyük uğurlar əldə etmiş millətlərin təcrübəsindən istifadə etməliyik. Bu məsələdə dövlətlə diaspor bir yerdə olub, zərbəni eyni nöqtəyə vurmalıdır. Ermənilər bundan necə istifadə edə bilər? Bəyəm onların dövləti diaspora kömək etmir? Bu cür məsələlərdə şəxsi ambisiyaları kənara qoymaq lazımdır. Hesab edirəm ki, dövlət rəsmiləri istəsəydi, həmin tədbirə qatıla bilərdi. Ermənilər bundan heç bir halda öz maraqları naminə istifadə edə bilməzdi”.

Məhəmmədəli QƏRİBLİ

 

Nəşr olunub SİYASƏT

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” Beynəlxalq turnirinə start verilib.

boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli Karate Federasiyası və Naxçıvan Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 18-20 yaşlı gənclər iştirak edirlər.

Turnirdə Türkiyə, Rusiya, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Əfqanıstan, Kuba və Azərbaycanın 300-ə yaxın karate ustası mübarizə aparır.

 

İki gün davam edəcək turnirə mayın 5-də keçiriləcək final görüşləri ilə yekun vurulacaq.

Nəşr olunub İDMAN

Reytinq