Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 09 May 2019

Mayın 10-da Türkiyənin Kocaeli şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə "Heydər Əliyev və Türk Dünyası" adlı konfrans keçiriləcək. 
 
 
boyukmillet.com QHT.az-a istinadən xəbər verir ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən təşkil olunacaq tədbirdə Türkiyə və Azərbaycandan tanınmış ziyalılar və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər. 
 
 
Tədbir Türkiyə vaxtı ilə saat 18:00-da Kocaeli şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət Evində təşkil olunacaq. 
Nəşr olunub CƏMİYYƏT

img

Türkiyənin ABŞ-la münasibətlərindəki gərginliyi fürsət bilən Yunanıstan, Vaşinqtona İncirlik bazasına alternativ bazalar təklif edib.

boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi Afina bu təklifi, ötən həftə amerikalı senator Robert Menendesin Türkiyədəki İncirlik bazasındakı silahların Yunanıstana köçürülə biləcəyi ilə bağlı açıqlamasından sonra verib.

Yunanıstanın müdafiə naziri Kammenos Vaşinqtona Yunanıstanda üç hərbi baza qurmağı təklif edib.

Yunanıstan mediası isə, Qiritdəki Suda bazasının ABŞ üçün Türkiyədəki İncirlik bazasına alternativ ola biləcəyini iddia edir. Qeyd edilir ki, rəsmi Afina ABŞ-ın Yunanıstanın üç şəhərində baza qurmasını istəyir.

Xatırladaq ki, demokrat senator Bob Menendes deyib ki, rəsmi Ankara ilə münasibətlərin korlanacağı təqdirdə Türkiyədə yerləşən İncirlik bazasındakı silahlar Yunanıstana köçürülə bilər. "Biz Türkiyənin yanlış yolla gedəcəyini düşünmürük. Lakin bu baş versə, biz öz milli maraqlarımızı və öz tərəfdaşlarımızın maraqlarını qorumaq üçün əlimizdən gələni edəcəyik", - deyə senator qeyd edib.

O bildirib ki, ABŞ NATO razılaşmasının 5-ci maddəsinə müvafiq olaraq götürdüyü öhdəliyə sadiqdir və öhdəliklərini yerinə yetirəcək: "Biz bazanın yerinin dəyişdirilməsi də daxil olmaqla lazım olan hər şeyi edəcəyik. Ümid edirik ki, məsələ buna qədər gedib çıxmayacaq. Türkiyə öz kursunu müəyyənləşdirməlidir".

Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.

 

Nəşr olunub DÜNYA

Ağdam rayonunun təmas xəttinə yaxın yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş 121 evin bərpası davam etdirilir. Bərpa işləri Prezident İlham Əliyevin "Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2018-ci il 5 noyabr tarixli Sərəncamına əsasən aparılır.

Ağdam Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin mühəndisi İlkin Aslanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bərpa ediləcək evlərin 23-ü Çəmənli, 11-i Qaradağlı, 9-u Mahrızlı, 9-u Sarıcalı, 7-si Hacıməmmədli, 7-si Məmmədbağırlı, 7-si Orta Qərvənd, 7-si Təzəkənd, 6-sı Evoğlu, 6-sı İsalar, 5-i Ayaq Qərvənd, 5-i Əfətli, 4-ü Çıraxlı, 4-ü Rzalar, 3-ü Əhmədağalı, 3-ü Mirəşelli, 3-ü Zəngişalı, 1-i Kolqışlaq, 1-i Şükürağalı kəndlərindədir. Artıq 85 evdə əsaslı bərpa işləri başa çatdırılıb. Bu evlərdə dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələr dəyişdirilib, suvaq işləri görülüb. Həmin evlər sakinlərin istifadəsinə verilib. Yaxın günlərdə qalan 36 evdə də təmir işlərinə başlanılacaq.

Təmas xəttinə yaxın olan yaşayış məntəqələrində zərər dəymiş evlərin dövlətimizin başçısının Sərəncamına əsasən bərpa edilməsi cəbhəyanı kəndlərin sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Mahrızlı kəndində məskunlaşan Xocalıdan olan məcburi köçkün Emiliya Mirzəliyeva evinin bərpasına görə sevincini belə ifadə edib: "27 ildir bu kənddə məskunlaşmışıq. Şəraitimiz yaxşı deyildi. Kəndə düşən mərmilərin partlaması nəticəsində evimiz bərbad vəziyyətə düşmüşdü. Buna görə çox çətinlik çəkirdik. Dövlətimizin başçısına minnətdarıq. Evimiz sökülərək yüksək səviyyədə yenidən tikildi. Çox sevinirik. Hazırda otaqlarda təmir işləri aparılır. Tezliklə rahat, təmirli mənzildə yaşayacağıq".

Mahrızlı kənd sakini Mahir Tanrıverdiyev Qarabağ müharibəsi veteranıdır. Erməni silahı birləşmələrinin atəşi nəticəsində onun evinə də zərər dəymişdi. Bu gün isə ailəsi ilə birlikdə əsaslı şəkildə təmir edilən mənzildə yaşayır. Mahir Tanrıverdiyev görülən işlərdən razılıqla danışıb: “Düşmənin atəşi nəticəsində kəndimizdə onlarla ev qəzalı vəziyyətə düşmüşdü. O evlərdən biri də bizim ev idi. Hörmətli Prezidentimizin Sərəncamı əsasında evimizdə əsaslı tikinti-təmir işləri aparıldı. Öz adımdan, ailəm adımdan Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Sarıcalı kənd sakini Etibar Şahmurov isə deyib: "Düşmənin atdığı mərmilər nəticəsində bizim evimiz də qəzalı vəziyyətdə idi. Evdə yaşamaq mümkün deyildi. Sağ olsun Prezidentimiz. Onun Sərəncamına əsasən bizim ev də yüksək səviyyədə bərpa edildi. Artıq bir neçə gündür ki, evimizdə yaşayırıq. Dövlətimizdən, onun başçısından çox razıyıq”.

Qeyd edək ki, Sərəncama əsasən Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

 

Nəşr olunub CƏMİYYƏT

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə müharibə veteranlarına, sosial qayğıya ehtiyacı olan vətəndaşlara qayğı ilə yanaşıb. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xətt hazırda ölkəmizdə uğurla davam etdirilir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müharibə veteranlarına diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 9-da - faşizm üzərində Qələbənin 74-cü ildönümündə Naxçıvan şəhərində 2 nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına, 2 Azərbaycan Vətən Müharibəsi veteranına və 3 hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş şəxsə “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin, habelə 1941-1945-ci illər müharibəsi iştirakçılarının rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 266 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 78 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 ailəyə mənzil, 1 nəfərə minik avtomobili təqdim olunub. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqətə və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycanda möhkəm dövlətçilik mövcuddur. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətçilik olan yerdə isə vətənpərvərlik, inkişaf, sabitlik və sosial qayğıya ehtiyacı olanlara dövlət qayğısı olur. Bu gün ölkəmizdə inkişaf və sabitlik vardır. Sosial himayəyə ehtiyacı olan insanlara dövlət qayğısı göstərilir. Müharibə veteranlarına və sosial himayəyə ehtiyacı olanlara minik avtomobillərinin təqdim olunması da Azərbaycan dövlətçiliyinin mühüm göstəricilərindəndir.

“Bu gün ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçıları, Azərbaycan Vətən müharibəsi veteranları, xidməti vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslər və digər sosial himayəyə ehtiyacı olan insanlar dövlət qayğısı ilə əhatə olunublar. Onlara avtomobillər və mənzillər verilir, müalicəyə göndərilir, təqaüdləri artırılır. Bu da Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlətimizin verdiyi qiymətdir”, - deyən Ali Məclisin Sədri vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə avtomobil təqdim olunanlara təşəkkür edib.

Sonra Ali Məclisin Sədri avtomobillərin açarlarını təqdim edib.

Avtomobillərlə təmin olunanlar göstərilən qayğıya görə minnətdarlıq ediblər. Onlar bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirib, bundan sonra da Heydər Əliyev siyasi xəttinə sadiq qalacaqlarını bildiriblər.

 

Nəşr olunub CƏMİYYƏT
Cümə Axşamı, 09 May 2019 14:58

BDM-də yeni təyinat

Beynəlxalq Diaspor Mərkəzində yeni təyinat olub. BDM mətbuat xidmətindən verilən məlumata əsasən mərkəzin sədri İsmayıl Ağayevin əmri ilə Aslanova Zəhra Əliağa qızı Departament rəhbəri vəzifəsinə təyin olunub.

Nəşr olunub CƏMİYYƏT

Abşeron rayonunda olduqca kuryoz sayıla biləcək bir hadisə baş verib. Həmin rayonun İcra Başçısı İradə Gülməmmədova və polis rəisi Şəmşirli Şəhriyar Qəmbər oğlu birgə imzaladıqları şikayət ərizəsi ilə elə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, sayt rəhbərinin həbsinə nail olmaq istəyirlər. Bu barədə məlumatı “Xeber-Xetti.az” saytının rəhbəri Mirəziz Əzizov öz “Feysbuk” səhifəsində yazıb. Onun paylaşdığı məlumatlardan görünür ki, artıq Məhkəmə xüsusi ittiham qaydasında edilən şikayəti icraata götürüb. Bununla da jurnalist Cinayət Məcəlləsinin 147.2 maddəsilə təqsirləndirilən şəxs kimi tanınıb.

Barəsində şikayət edilən saytın rəhbəri Azinforum.az-a verdiyi açıqlamada bildirib ki, yaranmış vəziyyətə səbəb onun yazdığı məqalə olub: “Mən həm polis rəisi, həm də rayon icra başçısının fəaliyyətinin sərt tənqid etmişəm. Yazılmış materialla bağlı onların hər hansı formada iradları olmadı. Yalnız məhkəmədən zəng gəldi ki, artıq iş icraatdadır. Onlar tənqidə dözümsüz yanaşaraq, bu yolla məni susdurmaq istəyirlər. Artıq həbsin bir addımlığındayam. Maraqlıdır ki, mənim yazdığım tənqidi İradə Gülməmmədova barəsində hər gün bir neçə sayt yazır. Yazmışam ki, Xırdalanın yolları bərbad vəziyyətdədir, illərdi bu mənzərə davam edir. Gəlsinlər baxsınlar, bəlkə elə deyil? Mənə qarşı olunan təzyiqi azad mətbuatın işinə edilən ən kobud müdaxilə kimi dəyərləndirirəm. Ölkə rəhbərliyindən xahiş edirəm ki, Abşerondakı məmurların bu özbaşınalığına son qoyulması ilə bağlı göstəriş versin. Gərək Məhkəmə özünə hörmət edib bu işi icraata götürməyəydi. Təbiidir ki, mən də lazımi şəkildə müdafiəmi quracam və birmənalı şəkildə işin başqa rayon məhkəməsində baxılmasını tələb edəcəm”.

Çinarə SEYİDOVA,

Nəşr olunub CƏMİYYƏT
Cümə Axşamı, 09 May 2019 14:13

Xalq artisti Arif Məlikov dünyasını dəyişdi

Azərbaycan Respublikasının xalq artisti Arif Məlikov 86 yaşında vəfat edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ONA-ya məlumat verib.

Qeyd edək ki, Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.

Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışdı.

Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir.

Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri – “Məhəbbət Əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S.M.Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D.Şostakoviç yazırdı: “Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.

Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun “İki qəlbin kitabı” əsəri əsasında yaratdığı “İki qəlbin poeması” baleti olub. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilib.

Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfaniyasıdır. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində – Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” çap olunub.

Nəşr olunub MƏDƏNİYYƏT
“Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT

boyukmillet.com diaspor.info-ya istinadən xəbər verir ki, Milli Məclisin deputatı Nəsib Məhəməliyevin qardaşı Şamil Məhəməliyev Balakən rayonunun Hənifə kəndində qanunsuz fəaliyyət göstərən kərpic zavodu açaraq Meşə Şambul, Şambul, Mahamalar kəndlərinin inzibati ərazisinə daxil olan kənd təsərrüfatı təyinatlı, əkinə yararlı sahələri məhv etməklə məşğuldur. Neçə ildir ki, fəaliyyət göstərən kərpic zavodunda adıçəkilən kəndlərin yararlı torpaq sahələri qazılaraq xammal kimi istifadə olunur. Adıçəkilən kəndlərin sakinlərinin dediklərinə görə neçə illərdir ki, qanunsuz fəaliyyət göstərən zavodda istehsal olunan kərpiclər rayon məmurlarının gəlir mənbəyinə çevrilməklə, satış məqsədilə ölkə xaricinə də daşınır. Əldə etdiyimiz məlumatlara görə, bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları çoxsaylı şikayətlərdən sonra kərpic zavodunda yoxlama aparıblar. Maraqlı orasıdır ki, sözügedən zavod qanunsuz fəaliyyət göstərdiyi üçün cərimələr Nəsib Məhəməliyevin qardaşı Şamil Məhəməliyevə deyil, kərpicləri daşıyan yük avtomobillərinə tətbiq olunub. Hal-hazırda qazılmış torpaq sahələrinin yeri kərpic qırıntıları ilə doldurulur. Bir sözlə, Balakən rayonunun əkinə yararlı, münbit torpaq sahələri təyinatından kənar istifadə edilərək ekoloji fəlakətə məruz qalır. Balakən Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak məsələləri üzrə Dövlət Komitəsi baş verənlərə göz yummaqla ekoloji fəlakətin yaranmasında maraqlı olduqlarını nümayiş etdirirlər. Balakənə ezam olunmuş əməkdaşımızın hazırladığı reportajla bu yaxınlarda tanış ola biləcəksiniz. Mövzu ilə bağlı adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var...

Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT

 

 

 
Nəşr olunub CƏMİYYƏT

Milli Məclisin deputatı Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun “Azneft” meydanında yeraltı keçiddə uşağın popkorn satması ilə bağlı etdiyi etiraza sosial şəbəkə hesabından münasibət bildirib.

Millət vəkili bu məsələdən çox təsirləndiyini qeyd edir:

“O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı”.

Qeyd edək ki, deputat Rasim Musabəyov “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə uşağın popkorn satmasına etiraz edərək azyaşlının vergidən yayındığını, ətrafı popkorn qoxusu bürüdüyünü bildirib. Nəticədə, uşaq popkorn aparatı ilə birlikdə ərazidən çıxarılıb. 

Nəşr olunub CƏMİYYƏT

Xeyirxahlıq İlahi əməllərdəndir. Bunu hər kəs bacara bilməz. O qədər imkanlı iş adamları, kifayət qədər zəngin vəzifə sahibləri tanıyırıq ki, heç vaxt bir yetimi sevindirməyiblər. Ona görə yox ki, onlar bunu bacarmırlar, ona görə ki, bunun üçün Allahın izni olmayıb. Və heç bir zaman bu izni Tanrıdan diləməyiblər…

Haqqında söhbət açmaq istədiyim insan uzun yol keçib. Ac qalıb, çətinliklər görüb, min bir əzaba qatlaşıb, nəhayət qərib bir diyarda- Qırğızıstanda var-dövlət, nüfuz sahibi olub. İki ali təhsilə yiyələnib. Vətəndən uzaqda yaşasa da ürəyi həmişə Azərbaycanla döyünüb, Azərbaycanla nəfəs alıb. Elə buna görədir ki, indiyədək həyata keçirdiyi xeyirxah layihələrin böyük əksəriyyəti Azərbaycanla bağlıdır.
Onun nə qədər kimsəsizi sevindirdiyi, xəstələrin şəfa tapmasından ötrü çəkdiyi xərclər, imkansızlara payladığı sovqatlar haqqında danışmayacam. Çünki yerin-göyün sahibinin bunlardan xəbəri varsa, kifayət edər. Mən ancaq onun həyata keçirdiyi rəsmi tədbirlərdən danışmaq istəyirəm. Yadınızdadırsa, 2008-ci ildə dünyaşöhrətli Qırğız yazıçısı Çingiz Aytmatov Bakıya gəlmişdi. Böyük Türk yazıçısını müşayət edən 31 nəfərdən ibarət heyətin Azərbaycana səfərinin bütün xərclərini, bu səfəri təşkil edən bir şəxs kimi, o, ödəyib. Həmin vaxt Azərbaycan prezidenti onları qəbul da edib...

2006-cı ildə "Türkdilli dövlətlərin siyasətinə dəstək fondu" yaradaraq qeydiyyatdan keçirən bu soydaşımız 2006-2007-ci illərdə Bişkekdə, Almatada, Bakıda Azərbaycan Respublikasının rəsmi nümayəndələrinin iştirakı ilə I, II, III "Türkdilli dövlətlərin inkişafında liderlərin rolu" adlı elmi-nəzəri konfranslar keçirib. Dediyinə görə, 2007- ci ildə Almatada keçirdiyi II elmi nəzəri konfrans Azərbaycanda ilin mühüm hadisəsi elan olunub…

2008- ci ildə Çingiz Aytmatovun ölümündən bir az əvvəl, Qırğızıstan dövlət filarmoniyasında Heydər Əliyevin 85, Mir Cəlal Paşayevin 100 illiyi ilə əlaqədar möhtəşəm tədbir təşkil edib. Çingiz Aytmatovun da iştirak etdiyi bu tədbirə Azərbaycandan rəsmi nümayəndələr, MM deputatları və bir sıra elm və mədəniyyət xadimləri iştirak ediblər…

2012- ci ilin fevral ayında Vahid Mustafayevin ərsəyə gətirdiyi “Xoca” filmini Qırğız dilinə dublyaj etdirərək Qırğızıstanın elm və mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatını keçirib. Tədbirdə demək olar ki, Qırğızıstanın bütün tanınmış adamları iştirak ediblər. Həmin filmi Qırğızıstanın bütün aparıcı telekanalları nümayiş etdirib. Sonra Qırğızıstanın tanınmış elm və mədəniyyət adamlarının Azərbaycana səfərini təşkil edib. Səfərin bütün xərclərini özü ödəyib…

2009- cu ildə Qırğızıstan Parlamentinin birinci vitse spikerinin başçılıq etdiyi 11 nərəlik nümayəndə heyətinin Azərbaycana səfərini təşkil edib. Həmin il mart ayının 13-də prezident İlham Əliyev həmin heyəti qəbul edərkən, o da qonaqların arasında olub. Bu onun prezidentlə ikinci görüşü kimi əbədi yadında qalıb...

Deyir ki,- "Böyük lider Heydər Əliyevin Bişkekdə parkının salınması, heykəlinin qoyulması ən böyük arzumdur. Qırğızıstanın bütün dövlət orqanlarına müraciət ünvanladım. Bunu eşidən ermənilər mənə qarşı əks hücuma keçdilər. Məni qaralamaq, şərləmək istəyirdilər. Çox təzyiqlərlə məruz qaldım və nəhayət bütün sənədləri əldə etdim. Sənədlərdə yazılıb ki, "Türkdilli dövlətlərin siyasətinə dəstək fondu"nun müraciəti əsasında Heydər Əliyev adına Parkın salınması üçün 5 hektar yarım torpaq sahəsi ayrılsın. Amma Qırğızıstandaki sapı özümüzdən olan baltalar bu parkı başa gətirməyə imkan vermirlər"…

2016- cı ildə tanınmış tarixçi yazıçı Yunus Oğuzun iki kitabını rus və qırğız dillərində çap etdirib. Kitabın təqdimatını Qırğızıstan prezidentinin birinci iqamətgahını kiraləyərək, orada keçirib.
“Prezident İlham Əliyev” adlı hər biri təxminən 800 səhifəyə yaxın 3 cildlik kitabı ərsəyə gətirib. Heydər və İlham Əliyevlərdən bəhs edən "Dünya siyasətinin zirvəsini fəth edənlər" kitabını rus dilində çap etdirərək, Qırğızıstanın idarə və təşkilatlarına hədiyyə edib...

Bu günlərdə Heydər Əliyevin təbliği çərçivəsində 2004-cü ildə təsis etdiyi "Qırğızıstan Heydər Əliyev fondu"nun sifarişi ilə Bişkekdə “İki dahi Şəxsiyyət...” adlı film çəkdirib. Film Türk dünyasının iki böyük oğlu- Heydər Əliyev və Çingiz Aytmatovdan bəhs edir...

Bu günə kimi Azərbaycanla bağlı 112 kitabı müxtəlif dillərdə nəşr etdirib. Onun vəsaiti hesabına 2 Azərbaycan filmi Qırğız dilinə dublyaj olunub...

2017-ci ildə Qırğızıstanda prezident seçkiləri keçirilərkən öz namizədliyini indiki prezident Sooronbay Jeenbekovun xeyrinə geri götürüb. Bir sözlə, haqqında söhbət açdığım Nüsrət Məmmədov Azərbaycanı Qırğızıstanda ləyaqətlə təmsil edən soydaşımızdır. Mayın 9-da Onun doğum günüdür. Bu münasibətlə Onu uzaq Amerika qitəsindən təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, Azərbaycan naminə gördüyü işlərdə yeni-yeni uğurlar arzulayırıq.
62 yaşınız mübarək, gözəl insan!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Nəşr olunub CƏMİYYƏT
Page 1 of 2

Reytinq