Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 05 İyun 2019

Bu gün Bakı şəhəri Sabunçu rayonunda 3 yaşlı qız uşağının yoxa çıxması ilə bağlı məlumatlar yayılıb.

Qəsəbədə ailəsi ilə yaşayan və küçədə oynayan Zəhra adlı qızcığazın dünən səhər saatlarında itkin düşdüyü bildirilir.

Nəzarət kameralarına düşən görüntüdən bəlli olub ki, naməlum şəxs uşağın əlindən tutaraq onu harasa aparır.

Uşağın axtarışları hələlik nəticə verməyib.

Nəşr olunub CƏMİYYƏT

img

Yunanıstan Birinci və İkinci Dünya müharibələri dövründə nasist Almaniyası tərəfindən işlənmiş hərbi cinayətlər üçün təzminat ödənilməsilə bağlı Berlinə nota verib.

boyukmillet.com xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada, notanın bu ölkənin Berlindəki səfiri tərəfindən Almaniya Xarici İşlər Nazirliyinə təqdim edildiyi bildirilir.

Notada Almaniyadan “Yunan xalqı üçün mənəvi və maddi baxımdan böyük əhəmiyyət daşıyan məsələ” ilə bağlı danışıqlara başlanması tələb edilir.

Birinci və İkinci Dünya müharibələrində işğallar zamanı yunan xalqının böyük zərər və itkilər yaşadığı notada deyilir: “Tələblərimiz qurbanlar, onların vərəsələrinə Almaniya işğalı, fazisiz işğal kreditinin geri ödənməsi, talan edilmiş və ya qanunsuz yollarla çıxardıqları arxeoloji və mədəni xəzinələrin geri qaytarılmasını nəzərdə tutur”.

Yunanıstan parlamenti apreldə müzakirəyə çıxardığı Almaniyadan müharibə tazminatı tələb edilməsi təklifini qəbul edib.

Yunanıstan parlamentinin, nasist Almaniyası dövründə həyatını itirənlər və vurulan zərərin müəyyənləşdirilməsi ilə bağlı yaratdığı komissiyanın 2016-cı ildə hazırladığı hesabat 2018-ci ilin oktyabrında açıqlanıb.

Yunanıstan, həyatını itirənlərin yaxınlarına təzminat, maddi zərər və ölkənin Mərkəzi Bankından zorla alınan fazisiz işğal krediti də daxil olmaqla, Almaniyadan təxminən 300 milyard avro tələb edir.

Almaniya tərəfi isə 1960-cı ildə 115 min alman markı ilə ödəniş edildiyini bildirərək, üstündən 70 ildən çox vaxt keçmiş müharibə ilə bağlı yeni bir təzminat ödəməyi rədd edir.

 

Nəşr olunub DÜNYA

img

ABŞ rəhbərliyinin jurnalist Camal Kaşıqçı cinayətindən 16 gün sonra bəzi Amerika firmalarına Səudiyyə Ərəbistan ilə həssas nüvə məlumatlarını paylaşmağa icazə verdiyi ortaya çıxıb.

boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə demokrat senator Tim Keyn açıqlama verib.

Keyn, Camal Qaşıqçının ötən ilin oktyabrında Türkiyədəki Səudiyyə Ərəbistanı konsulluğunda qətlindən sadəcə 16 gün sonra Vaşinqtonun “bəzi Amerika firmalarına nüvə silahının hazırlanması ilə bağlı həssas məlumatları Səudiyyə Ərəbistanla paylaşma izni verdiyini” göstərən sənədləri gördüyünü deyib.

Keyn bütün dünyaya səs salan, Riyadla yanaşı Vaşınqtona da təsir edən sözügedən cinayətdən qısa müdət sonra ABŞ-ın Səudiyyəyə tanıdığı bu imtiyazın Vaşinqtona baş ucalığı gətirmədiyini qeyd edib.

Bu ilin fevralında ABŞ administrasiyasının Səudiyyəyə nüvə məsələsində daha bir imtiyaz verdiyini deyən senator bildirib ki, bütün bunlar ictimaiyyətə açıqlanmalıdır.

Xatırladaq ki, ötən ilin oktyabrın 2-də jurnalist Camal Kaşıqçı İstanbuldakı konsulluqda sui-qəsd nəticəsində öldürülmüşdü. Cinayət barədə vəliəhd şahzadə Məhəmməd bin Salmanın xəbəri olub. Qətldən sonra Səudiyyə Ərəbistanına təzyiqlər yüksəlmişdi.

 

Nəşr olunub DÜNYA

Yasemen Mohubbetqizi adlı şəxsin şəkli.Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 1saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Riablitasiya Mərkəzində, Müqəddəs Ramazan bayramı münasibəti ilə tədbir keçirilib. Günel Abdullayevanın aparıcılığı ilə keçirilən tədbirdə ictimaiyyət və media nümayəndələri iştirak edib. Tədbirdə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədrinin müşaviri Yasəmən Möhübbətqızı çıxış edərək Sağlamlıq İmkanları Məhdud olan gənclərin bayramını təbrik etmişdir.

boyukmillet.com

Yasemen Mohubbetqizi adlı şəxsin şəkli.

 

Nəşr olunub CƏMİYYƏT

Bu gün Beynəlxalq Diaspor Mərkəzi  (BDM) və  İctimai Siyasi Prposeslər Beynəlxalq Araşdırmalar Mərkəzi  (İSBAM) adından bir qrub  tələbə gəncə  ictimai və diaspor fəaliyyətində   göstərdikləri  fəallığa görə  mükafatlar təqdim edilib. Mükafat alanların arasında Azərbaycan Dillər Universitetinin  tələbələri: Aida Ramiz, Zibeydə Mirzəli, Nərmin Yüsifova və Azərbaycan Pedoqoji Universitetinin tələbəsi Arif Hacıyev olub.  Mükafatlandırma mərasimində gənclər qardaş Türkiyədə keçirdikləri görüşlər və sonuncu səfər proqramaları barədə ətraflı məlumat veriblər.  Gənclərə mükafatları  - İSBAM sədri, BDM sədrinin birinci müavini  Samir Adıgözəlli, tanınmış jurnalist Məhəmmədəli Qəribli və İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı  təqdim ediblər.

 

 

Nəşr olunub CƏMİYYƏT

Azərbaycanın müdafiə naziri Zakir Həsənov "Şöhrət" ordeni ilə təltif edilib.

boyukmillet.com AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə Zakir Əsgər oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilir

Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov 6 iyun 1959-cu ildə anadan olub. Bu gün onun 60 yaşı tamam olur.

biz də boyukmillet.com xəbər saytı adından Cənab Generalı təbrik edirik.

Nəşr olunub CƏMİYYƏT

Reytinq