NATO-nun baş katibi Türkiyəyə təşəkkür edib

16 Apr 2018
454 baxış

Dinc əhaliyə qarşı kimyəvi hücumlar həyata keçirmiş Suriya cəzasız qalmamalıdır.

Virtualaz.org  xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Türkiyə NATO-nun üzvü qismində Suriyada hava əməliyyatlarının keçirilməsi ilə bağlı ABŞ-ın təklifini dəstəkləyib: "Biz bu addıma görə Türkiyəyə minnətdarıq. Türkiyə bizim üçün dəyərli müttəfiqdir".

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endirmişdilər.

Onu da qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyədə səfərdədir.

O, Türkiyənin xarici işlər və milli müdafiə nazirləri ilə görüşüb.

Baş katibin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də görüşü nəzərdə tutulub.

Səfərin əsas məqsədi NATO-nun Brüsselədə keçiriləcək sammitinə hazırlıq işləri, eləcə də regional proseslər və Suriya böhranı ilə bağlıdır.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq