İndoneziyada zəlzələ və sunamidən 384 nəfər ölüb

29 Sen 2018
140 baxış

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 384 nəfərə çatıb.

Boyukmillet.com TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sentyabrın 28-də İndoneziyada baş verən 7,7 bal gücündə zəlzələ okeanda 3 metr hündürlükdə dalğaların yaranmasına səbəb olub. Dəniz sahilində yerləşən iki şəhər və bir neçə kənd sunaminin zərbəsinə tuş gəlib.

Palu şəhərində 380 min insan dağıntıların altında qalıb. Şəhərlə əlaqə kəsilib. Xilasedicilər oraya yalnız helikopterlər vasitəsilə gedə bilirlər.

Xatırladaq ki, dünən səhər saatlarında Sulavesi adası sahillərində, Palu şəhəri yaxınlığında dağıdıcı zəlzələ baş verib. Bundan bir qədər sonra həmin rayonda 7,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq