Rusiya təhlükəsi: Böyük Britaniya Norveçə hərbi qüvvə göndərir

01 Okt 2018
58 baxış

Böyük Britaniya yeni Arktika strategiyası çərçivəsində Norveçdə 800 dəniz piyada və xüsusi təyinatlısı yerləşdirəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə naziri Qevin Uilyamson danışıb.

Məlumata görə, Britaniyanın sözügedən addımına səbəb bölgədə rus sualtı qayıqlarının aktivləşməsi olub.

“Biz Rusiya sualtı qayıqlarının Soyuq müharibə illərindəkinə çox yaxın şəkildə aktivləşməsini görürük. Bizim məsələyə müdaxilə etməyə başlamamız çox doğru olacaq”, - nazir bildirib.

(Axar.az)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq