Son dəqiqə : Ukrayna Rusiya vətəndaşı olan kişilərin ölkəyə girişini qadağan etdi

30 Noy 2018
96 baxış

Ukrayna, Qara dənizdə yaşanan gərginliyin ardından, 16-60 yaş arası Rusiya vətəndaşları ölkəyə girişini yasaqlayacağını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu haqda Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə keçirdiyi mətbuat konfransında məlumat verib.

Poroşenko qadağanın yalnız  Rusiya vətəndaşı olan kişilərə şamil ediləcəyini deyib.

“16-60 yaş arası rus kişilərinin ölkəyə girişini məhdudlaşdırmaqla, əslində onların ölkəmizdə xüsusi hərbi birliklər qurmalarının qarşısını almaq üçündür. Rusiyanın hərbi təcavüzünün qarşısını almaq üçün, lazımi imkanlarımız var” – Poroşenko belə deyib.

(Avropa.info)

 
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq