PKK ilə Əsəd rejiminin “bazarlığı” – Terrorçular hansı şərtləri irəli sürdü?

09 Yan 2019
32 baxış

PKK ilə Əsəd rejiminin “bazarlığı” – Terrorçular hansı şərtləri irəli sürdü?

ABŞ hərbçilərinin Suriyadan çıxması barədə verdiyi açıqlamdan sonra PKK terrorçuları Əsəd rejimi ilə sıx təmasa girib.

boyukmillet.com  “Yeni şafak”a istinadən xəbər verir ki, PKK terrorçuları ilə Əsəd rejimi arasındakı son görüş yanvarın 6-da Rakkada baş tutub.

Yanvarın 6-da Suriyanın “Əl-Muhaberat” kəşfiyyat idarəsinin rəhbəri Əli Məmlükün başçılığı ilə Əsəd rejiminin nümayəndə heyəti Rakkada PKK terror təşkilatının təmsilçiləri İlham Əhməd, Elder Xəlil və Sipan Hamo, həmçinin Suriyanın Gələcəyi Partiyasının rəhbəri İbrahim Kaftan, Rusiyanın üç yüksəkrütbəli zabitinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Əsəd rejimini təmsil edən “Əl-Muhaberat” rəhbəri Əli Məmlük Mənbiç, Qamışlıdan Cerablus sərhədinə qədər əraziyə nəzarət etməyə hazır olduqlarını açıqlayıb. Bunun müqabilində isə Əsəd rejimi aşağıdakı şərtləri irəli sürüb:

PKK terrorçuları bütün silahlarını Əsəd rejiminə təslim edir;

Hərbi yaşda olan gənclər orduya çağrılacaq.

Bu şərtlər qəbul edildiyi təqdirdə, terrorçu PKK təmsilçilərinə Əsədr rejimində önəmli vəzifələr verilə bilər. Şərtlər qəbul edilərsə, Qamışlı, Ayn əl-ƏrƏb, Ayn İsa və Rəsulyan başda olmaqla, bütün bölgəyə hərbçilərin yerləşdiirlməsinə başlanılır. PKK isə Əsəd rejimi qarşısında aşağıdakı tələbləri qoyub.

Mərkəzi Qamışlı olmaqla muxtar bölgə yaradılsın;

İran, İraq, Türkiyə və digər qonşu ölkələrdən terrorçu təşkilata qatılanlara vətəndaşlıq verilməklə yanaşı, onlara Suriya pasportu verilsin;

PKK Rakka, Deyrizzor, Təl Abyaddan çəkilməsində ciddi bir problem yoxdur, ancaq Hasekədə çıxarılan neft və qazdan pay verilsin.

8 saat davam edən görüşdən sonra PKK qərar vermək üçün vaxt istəyib. “Əl Muhaberat” təşkilatının rəhbəri Əli Məmlük bildirib ki, PKK şərtləri qəbul edəcəyi təqdirdə, Suriyanın yeni konstitusiyasında bəzi istisna hüquqların veriləcək. Bununla belə, görüşdə Rusiya və Türkiyənin nəzarəti altında olan bölgələrin də Əsəd rejiminə verilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığıa gəlinib.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq