İran ABŞ-ın planları ilə bağlı İraqa xəbərdarlıq etdi – Sizi siyasi sahədən siləcəklər… ABŞ qoşunlarını ölkənizdən çıxarın

07 Apr 2019
32 baxış

img

İranın ali lideri Ayətullah Əli Xameney, İraqın şiə baş naziri Adil Abdülmehdini ABŞ qoşunlarını öz ölkəsindən çıxarmağa çağırıb.

Boyukmillet.com Euronews-a istinadən xəbər verir ki, Xamenei, İranda səfərdə olan İraq baş naziri Abdülmehdidən, ABŞ əsgərlərini ən qısa müddətdə İraqdan çıxarmasını istəyib.

"Amerika qoşunlarının İraqdan çıxarılmasını qısa müddətdə təmin etməlisiniz. Çünki onları uzun müddət qaldıqları ölkələrdən çıxarmaq çətin olur" - İranın ali lideri deyib.

Dini lider, İraq parlamenti, hökumət və siyasətçilərə xəbərdarlıq edərək, Vaşinqtonun onları siyasi sahədən silmək niyyətində olduğunu deyib. Xamenei, Vaşinqton rəhbərliyinin bu ölkədə uzun müddət qalmağı və işğalın ilk illərindəki kimi bir hökumət qurmağı planlaşdırdığını ifadə edib.

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq