ABŞ SEPAH-ı terrorçu təşkilat kimi tanıyıb

08 Apr 2019
26 baxış

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb.

Boyukmillet.com CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib. 

“ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, - o qeyd edib.

Xatırladaq ki, ötən həftəsonu iranlı millət vəkili Seyid Cavad Sədatinejad “Fars” agentliyinə açıqlamasında cavab addımı kimi ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına salacaqlarını açıqlamışdı.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq