Yunanıstan Birinci və İkinci Dünya müharibələrinə görə Almaniyadan 300 milyard avro təzminat istədi

05 İyu 2019
20 baxış

img

Yunanıstan Birinci və İkinci Dünya müharibələri dövründə nasist Almaniyası tərəfindən işlənmiş hərbi cinayətlər üçün təzminat ödənilməsilə bağlı Berlinə nota verib.

boyukmillet.com xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada, notanın bu ölkənin Berlindəki səfiri tərəfindən Almaniya Xarici İşlər Nazirliyinə təqdim edildiyi bildirilir.

Notada Almaniyadan “Yunan xalqı üçün mənəvi və maddi baxımdan böyük əhəmiyyət daşıyan məsələ” ilə bağlı danışıqlara başlanması tələb edilir.

Birinci və İkinci Dünya müharibələrində işğallar zamanı yunan xalqının böyük zərər və itkilər yaşadığı notada deyilir: “Tələblərimiz qurbanlar, onların vərəsələrinə Almaniya işğalı, fazisiz işğal kreditinin geri ödənməsi, talan edilmiş və ya qanunsuz yollarla çıxardıqları arxeoloji və mədəni xəzinələrin geri qaytarılmasını nəzərdə tutur”.

Yunanıstan parlamenti apreldə müzakirəyə çıxardığı Almaniyadan müharibə tazminatı tələb edilməsi təklifini qəbul edib.

Yunanıstan parlamentinin, nasist Almaniyası dövründə həyatını itirənlər və vurulan zərərin müəyyənləşdirilməsi ilə bağlı yaratdığı komissiyanın 2016-cı ildə hazırladığı hesabat 2018-ci ilin oktyabrında açıqlanıb.

Yunanıstan, həyatını itirənlərin yaxınlarına təzminat, maddi zərər və ölkənin Mərkəzi Bankından zorla alınan fazisiz işğal krediti də daxil olmaqla, Almaniyadan təxminən 300 milyard avro tələb edir.

Almaniya tərəfi isə 1960-cı ildə 115 min alman markı ilə ödəniş edildiyini bildirərək, üstündən 70 ildən çox vaxt keçmiş müharibə ilə bağlı yeni bir təzminat ödəməyi rədd edir.

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq