Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 12 İyun 2018

Mərhum prezident Əbülfəz Elçibəyin Mərdəkanda olan bağ evi dağılmaq üzrədir.

Musavat.com-un müxbiri Ə.Elçibəyin qohumu, müstəqil jurnalist Çingiz Özgürlə birgə eks prezidentin ömrünün son illərini keçirdiyi bağ evinə baş çəkib.

Birmərtəbəli, kürsülü olan ev bərbad vəziyyətdədir. Xüsusilə, 2015-ci ildə baş verən yanğın zamanı ev və içindəki əşyalar yararsız hala düşüb. Tavan və döşəmə tamamilə sıradan çıxıb. Həmçinin Ə.Elçibəydən qalan bəzi şəxsi əşyalar da yanğında məhv olub.

Musavat.com-a danışan Çingiz Özgür vaxtilə Azərbaycana rəhbərlik etmiş Əbülfəz Elçibəyin xatirəsini yaşadan evin təmir və bərpaya ehtiyacı olduğunu bildirdi.

Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.

Nəşr olunub CƏMİYYƏT
Çərşənbə Axşamı, 12 İyun 2018 16:28

Azərbaycan, Türkiyə və Avropa üçün tarixi gün gəldi

Bu gün Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi baş tutacaq. Boyukmillet.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bir çox ölkənin dövlət və hökumət başçıları, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri də iştirak edəcəklər.

TANAP-ın açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Mərasimdən sonra Türkiyə prezidenti TANAP layihəsinin açılış mərasiminə qatılan qonaqlara iftar verəcək.

Xatırladaq ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır.

TANAP layihəsi "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

Qeyd edək ki, TANAP layihəsinin Gürcüstan-Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə birləşməsi, Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" saziş 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilib. TANAP layihəsi təbii qazın "Şahdəniz" və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Nəşr olunub SİYASƏT
Çərşənbə Axşamı, 12 İyun 2018 16:27

Yeni sədr aparat rəhbərini işdən çıxardı

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, o öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, aprelin 11-də keçirilən prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması zamanı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Nəşr olunub SİYASƏT
Çərşənbə Axşamı, 12 İyun 2018 16:26

Etibar Məmmədov 25 illik sirri Real-a açdı - VİDEO

AMİP sədri: İsa Qəmbər mənimlə qardaşımın evində görüşdü

1993-cü ilin iyun hadisələri ilə bağlı Real TV-nin araşdırmaları davam edir

“Aktual müsahibə”nin bu dəfəki qonağı 1990-cı illərdə ana müxalifət pariyası AMİP sədri Etibar Məmmədovdur.

O, Gəncə qiyamının pərdəarxası məqamları barədə danışıb. Etibar Məmmədov 1993-cü ildə İsa Qəmbərin istefa ərizəsini qardaşının evində ona verdiyini deyib.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.

 
Nəşr olunub SİYASƏT
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalayıb.
 
Maliyyə Nazirliyi xəbər verir ki, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 9,6 mlrd. dollar təşkil edib.
 
Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 22%-i qədər olmaqla adambaşına 972,4 dollar xarici dövlət borcu deməkdir. 
 
Beləliklə, martın sonuna xaricdən alınmış kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:
 
- Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları – 6%;
 
- ABŞ dolları – 81%;
 
- avro – 9,4%;
 
- yapon yeni – 2,5%;
 
- digər valyutalar – 1,1%.
 
Cəlb edilmiş kreditlərin 46,5%-i sabit, 53,5%-i isə dəyişkən dərəcəli olub. Xarici dövlət borcunun 43,9%-i 10 ilə qədər müddətdə, 52,3%-i 10 ildən 20 ilə qədər müddətdə, 3,8%-i isə 20 ildən artıq müddətdə kreditorlara qaytarılmalıdır.
 
Bu ilin I rübündə imzalanmış kredit sazişləri üzrə 255,9 mln. dollar vəsait istifadə edilib.
 
Aprelin 1-nə dövlətin daxili borcu isə 1 069,9 mln. manat təşkil edib/Report. 

 

 

Nəşr olunub İQTİSADİYYAT
Azərbaycan 25 ildir sürükləndiyi qara zolaqdan çıxmaqdadır. 4 günlük aprel döyüşlərində işğalçının burnunun ovulmasının ardından iyunun ilk günlərində Naxçıvanda nəzərəçarpacaq əraziləri azad etməklə rəsmi İrəvana ikinci şok yaşatmağımız cəmiyyətin ovqatını yüksəltdiyi kimi silahlı qüvvələrimizin də tarixi qələbə əzmi birə beş artıb. 
 
Artıq kimsə o torpaqların daha bir neçə il də yağı tapdağında inləyəcəyini düşünmür. Hamı bir himə bənddir və məmləkət insanı Ali Baş Komandan tərəfindən Müqəddəs Savaş elan olunmasını, yaxud sadəcə antiterror əməliyyatına başlamağımızla bağlı bütünü dünyanı xəbərdar edəcəyi günü gözləyir. 
Bu gün iyunun 12-dir. Düz 25 il öncə məhz iyunun 12-də Azərbaycan əsgəri kimsənin gözləmədiyi halda təkcə işğalçı Ermənistana deyil, başda ABŞ, Fransa və Rusiya olmaqla ermənipərəst ikiüzlü dünyaya tərs şillə vuraraq ASALA terror təşkilatının əsas simalarından olan Monte Melkonyanı diz çökdürməklə başını it başı kimi kəsmişdi. Üstündən 25 il keçsə də bu saqqallı terrorçubaşını kimin öldürməsi üstündə daxili çəkişməni üzüntü ilə seyr etsək də bir həqiqət danılmazdır ki, kəşfiyyatçı İbad Hüseynovun dünyaya səs salmış bu qəhrəmanlığı sabah Müqəddəs Savaşımızda işğalçının üzərinə şığıyacaq əsgər və zabitlərimiz üçün ölçüyəgəlməz bir stimul olacaq. 
 
İbadın Ermənistana və onun havadarlarına qulaqburması verməsi sadəcə onu sevənlərin fantaziyası deyil və bu qəhrəmanlıq xüsusi xidmət orqanlarının və dövlətin ən ali orqanının rəhbərinin faktlara söykənən rəyində öz əksini tapıb. 
 
Təkcə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2015-ci ildə bir neçə dildə çap olunan "Dağlıq Qarabağ: Qaynaqların dili ilə tarix" kitabında İbad Hüseynov haqqında yazıılanları xatırlamaq və xatırlatmaq mühakimə yürütməyi bacaran diribaş oxucu üçün kifayət etməlidir:
"Xarici düşmən Azərbaycanın daxilindəki ağır böhranlı şəraitdən istifadə edərək, cəbhədə üstünlüyə nail olmaq üçün fürsət əldə etmiş oldu. Azərbaycanın mərkəzi rayonlarını ələ keçirmək məqsədilə Yerevan həmin dövr irimiqyaslı hücum əməliyyatı hazırlayırdı. Azərbaycanı parçalayan faktiki anarxiya, hakimiyyətsizlik, vətəndaş qarşıdurması və separatçılıq ab- havasının hökm sürdüyü bir dövrdə bütün ölkə xarici düşmən üçün asan qənimət ola bilərdi. 
    
Yerevanın bu planını yenə də həmin o səhra komandiri, ASALA-nın lideri Monte Melkonyan həyata keçirməli idi. Hücum 1993-cü ilin iyun ayının ortalarına təyin olunmuşdu. Lakin böyük hücum əməliyyatından bir neçə gün əvvəl İbad Hüseynovun başçılıq etdiyi Azərbaycan kəşfiyyat qrupu erməni silahlı qüvvələrinin nəzarət etdiyi əraziynin dərinliyinə baş vurur. 1993-cü ili 12 iyun tarixində Xocavənd rayonunun Muğanlı kəndində azərbaycan kəşfiyyatçıları ilə üzbəüz toqquşmada Monte Melkonyan öldürülür.
Beynəlxalq dairədə Monte Melkonyan ən ağır cinayət hadisələrini öz üzərinə götürə biləcək təhlükəli bir element kimi qəbul edilirdi. Erməni terrorizminin hədəf aldığı ölkələrdə o, uzun illər əsl təhlükə mənbəyi kimi tanınırdı. Hələ 1970-ci illərdən M.Melkonyan (Kaliforniya ştatının sakini, ixtisasca arxeoloq, əsl siması terrorist) müxtəlif ölkələrin xüsusi xidmət orqanları üçün ələkeçməz sayılırdı. Bu müddət ərzində bir çox ölkələrdə çoxsaylı dinc əhalinin ölümü ilə nəticələnən terror hadisələri həyata keçirib. Bu əməllərinə görə Fransa həbsxanasında cəza çəkərkən, bu ölkənin də mötəbər qurumları onun haqqında müfəssəl məlumata malik idilər. Lakin Fransa höküməti onu cəza müddəti başa çatmadan azad etdi. Bir şey dəqiq məlum idi: Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Melkonyanın həbsdən azad edilməsi və Ermənistana ötürülməsi bir zəncirin həlqəsi kimi məqsədyönlü şəkildə həyata keçirilmişdi.
Ermənistan SSRİ-nin rəhbərliyi və ictimaiyyəti belə görünür ki, tarixi vətənləri yolunda xüsusi xidmətlərinə görə terrorist hesab olunan birinə qucaq açdı, o şəxsə ki, bir çox ölkələrdə çoxsaylı dinc əhalinin ölümünə səbəb olmuş qanlı terror hadisələrinin müəllifi kimi rəsmi ittiham hələ üzərində idi.
   
Azərbaycana qarşı aparılan işğalçılıq müharibəsində Melkonyanın üzləşdiyi aqibət əsl ədalətin qələbəsi idi".
 
DTK-nin uzun illərdi Moskvaya sığınan keçmiş sədri Vaqif Hüseynovun Melkonyanın başının kəsilməsinə göz yaşı axıtması da bir daha onun təsdiqi hesab oluna bilər ki, Azərbaycan oğulları istənilən an işğalçı üçün cəllad olmağa hazırdı və şəhidlərimizin qanını yerdə qoymayacaq cəsarətə sahibdir. İnşallah nankor qonşularımıza başqasının torpağna göz dikməyin aöılr bədəlini ödətdirəcəyimiz gün uzaqda deyil və Azərbaycan tezliklə yüzlərlə deyil, minlərlə İbadı, Mübarizi olduğunu bütün  dünyaya bir daha göstərəcək...
Nəşr olunub SİYASƏT

Reytinq